Məhkəmə qərarları › İş №2-2(102)-514/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-514/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-514/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRAR 2-2(102)-514/2023 Açar sözlər: kredit razılaşması, borc, ipoteka predmeti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli, 2-2(107)-30/2023 saylı qətnam əsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 2020-ci il 13 fevral tarixli, 005L**********02 nömrəli Uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 300.000 manat məbləğində uzunmüddətli kredit xətti açmışdır.

2. İddiaçı QSC ilə cavabdeh-borcalan Cavabdeh2 arasında 2020-ci il 13 fevral tarixli, 005R********** nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana aylıq 1,75 % dərəcəsi ilə, 36 ay müddətinə 35.000 manat məbləğində kredit verilmişdir.

3. Kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər Cavabdeh3 və Cavabdeh1 borc alanın bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşlar.

4. Kredit öhdəliklərinin icrasının təminatı üsulu kimi Bank ilə ipoteka qoyan Cavabdeh3 arasında 2020-ci il 13 fevral tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 41.6 kv.m-lik ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 16.000 manat məbləğində qiymətləndirilmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, ipoteka ilə yüklülük reyestrdə qeydiyyata alınmışdır.

6. Kredit öhdəliklərinin icrasının təminatı üsulu kimi Bank ilə ipoteka qoyan Cavabdeh2 arasında 2020-ci il 13 fevral t arixli ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyanın mülkiyyətində olan “Shacman SX3315TD366” markalı özüboşaldan yük avtomobil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 20.000 manat məbləğində qiymətləndirilmişdir.

7. X7 bölməsi tərəfindən “daşınar əmlakın rəsmi reyesrindən” verilmiş çıxarışdan müəyyən edilir ki, ipoteka ilə yüklülük reyestrdə qeydiyyata alınmışdır.

8. İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən 2020-ci il 13 fevral tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 2022-ci il 18 yanvar tarixə ödənilməmiş qalmış əsas kredit borcu 27.378,54 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 5.088,84 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 16.562,71 manat təşkil edir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”), Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) və Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış 2020-ci il 14 fevral tarixli, 005R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada bankın xeyrinə 005R********** nömrəli kredit razılaşması üzrə 27.378,54 manat məbləğində kredit borcu, 5.088,84 manat faiz borcu və 16.562,71 manat məbləğində cərimə borcunun, 200 manat mediasiya xərcinin və 37,09 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun v ə 30 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, tələb olunan borc məbləğinin hərracdan əldə olunmuş vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq ödənilməsi, Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 41.6 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh2 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 2020-ci il 14 fevral tarixli 005R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 36 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 35.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planına əsasən cavabdeh kredit vəsaitini hər ay 1.324 manat, sonuncu ay isə 1.323,17 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. 35.000 manat vəsait bank tərəfindən cavabdehin **********831872 nömrəli hesabına köçürülmüşdür. 2020-ci il 14 fevral tarixli 005S**********02 nömrəli (zamin Cavabdeh3) və 005S**********01 nömrəli (zamin Cavabdeh1) nömrəli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında bağlanmış 120 ay müddətinə 300.000 manat məbləğində kredit xətti açılması barədə 2020-ci il 13 fevral tarixli, 005L**********02 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. 2020-ci il 13 fevral tarixdə bağlanmış 005L**********2 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 özünə məxsus ünvan 2 ünvanında yerləşən 41.6 kv.mlik ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzil dəyəri (tərəflərin qarşılıqlı razılığı ilə) 16.000 manat qiymətləndirilməklə ipoteka qoymuşdur. Həmçinin, Cavabdeh2, özünə məxsus Shacman SX3315TD366 markalı özüboşaldan yük avtomobili dəyəri (tərəflərin razılığı ilə) 20.000 manat qiymətləndirilməklə ipoteka qoymuşdur. Göstərilənlərə baxmayaraq cavabdehlər Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, kredit müqaviləsi üzrə Banka olan borcu ödəməmişlər. Öhdəliyin icra edilməməsi səbəbindən cavabdehlərin Banka 27.378,54 manat məbləğində əsas, 5.088,84 manat məbləğində müqavilə müddəti bitən tarixə hesablanmış faiz borcu yaranmışdır. Öhdəliyin icra edilməməsi səbəbindən Bank tərəfindən cavabdehlərə 116.562,71 manat məbləğind ə cərimə (dəbbə) tətbiq edilmişdir. Bank qeyd edilən məbləğlərin ödənilməsini cavabdehlərdən yazılı surətdə tələb etsə də, cavabdehlər borcu ödəməmişlər. Bu səbəbdən də Bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək, meliasiya xərci olaraq 200 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 37,09 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu, xidmət haqqına görə 30 manat ödəmək məcburiyyətində qalmışdır.

11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 317.1, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 501, -ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 34.1.1-43.1.3, 39.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə istinad etm əklə əsaslandırmışdır.

12. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 27 may tarixli qərardadına əsasən iş üzrə cavabdehlər – ipoteka qoyan şəxs Cavabdeh2 arvadı X1 (bundan sonra – “D.Abdulzadə”) və Cavabdeh3 arvadı X2 (bundan sonra – “A.Əsgərova”) iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. 13. "xxxx" MMC tərəfindən 2022-ci il 28 iyul tarixli, ƏEN/İ51-515/22 nömrəli məktubla təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən 41.6 kv.m-lik ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzilin likvid dəyəri 24.000 manat və Cavabdeh2 məxsus “Shacman SX3315TD366” markalı özüboşaldan yük avtomobilin likvid dəyəri isə 22.000 manat müəyyən edilmişdir.

14. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 29 sentyabr tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 16 noyabr tarixli, 9/4838 nömrəli ekspert rəyində 2020-ci il 13 fevral tarixli 005R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh2 2022-ci il 27 may tarixə (banka olan borcu ümumilikdə 35.438,52 manat (əsas borc üzrə 27.264,83 manat və faiz borcu 8173,69 manat) müəyyən edilmişdir.

15. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – “birinci instansiya məhkəməsi”) e-2-2(117)-7/2023 nömrəli iş üzrə 2023-cü il 18 yanvar tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2020-ci il 14 fevral tarixli, 005R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 005R********** saylı kredit razılaşması üzrə 27.264,83 manat əsas, 5088,84 manat faiz borcu, 800 manat cərimə borcu, 131,97 manat mediasiya xərci, 37,09 manat dövlət rüsumu və 26,39 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə dövlət rüsumu tutularaq İddiaçıya ödənilməsi, borc məbləği Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən 41.6 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzilə və Cavabdeh2 məxsus “Shacman SX3315TD366” markalı özüboşaldan yük avtomobilinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən 41.6 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzilin likvid dəyərinin 24.000 manat və Cavabdeh2 məxsus “Shacman SX3315TD366” markalı özüboşaldan yük avtomobilin likvid dəyərinin isə 22.000 manat müəyyən edilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh2 iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət olunmuşdur (hakim M.Hüseynov).

16. Məhkəmənin mövqeyi belə olmuşdur ki, tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kredit alan borcu ödəniş planına uyğun qaytara bilmədikdə bankın kredit müqaviləsinə xitam vermək və borcu faizlərlə birlikdə qaytarmağı tələb etmək hüququna malikdir. Bu səbəbdən məhkəmənin qənaəti belədir ki, tərəflər arasına kredit razılaşmasının ləğv edilməsini iddiaçı tələb edə bilər.

17. Faiz borcu iddia ərizəsində tələb edilən məbləğin ekspert rəyin də olan məbləğdən aşağı olduğundan məhkəmə cavabdehlərin faiz borcuna münasibətdə tələb olunan məbləği, əsas borc isə borcu isə ekspert rəyində aşağı olduğundan həmin məbləği əsas tutur. Məhkəmənin müvafiq olaraq faiz borcuna münasibətdə iddia tələbindən kənara çıxmaq hüququnun olmadığını, həmçinin əsas borca münasibətdə ekspert rəyinin tələbə münasibətdə daha az müəyyən olunmasını nəzərə alır.

18. Tərəflər arasında bağlanmış kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, Kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılmas ı, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 800 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağlabatandır.

19. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın Cavabdeh2 məxsus Shacman SX3315TD366 markalı özüboşaldan yük avtomobilə və Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən 41.6 kv.m-lik ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzilə yönəldilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır.

20. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiym ətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən 41.6 kv.m-lik ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzil dəyəri (tərəflərin qarşılıqlı razılığı ilə) likvid dəyəri 24.000 manat və Cavabdeh2 məxsus Shacman SX3315TD366 markalı özüboşaldan yük avtomobilin likvid dəyəri isə 22 000 manat müəyyən edilmişdir.

21. Məhkəmə iddia tələbinin “tutma yönəldildikdən və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsi əsasən prosessual münasibə tləri nizamlamaqla, ipoteka qoyan şəxsin (şəxslərin) ipoteka predmeti olan mənzildən çıxarılması ilə bağlı əlavə qərarın qəbul edilməsinə zərurət olmadığını bildirir.

22. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə iddianın həmin hissədə rədd edilməli olması qənaətinə gəlmişdir.

23. Məhkəmə mövqeyini MM-in 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2-ci, “İpoteka haqqı nda” Azərbaycan Respublikası Qanununun 33, 39.3.3, 59.3, 59.3.1, 59.3.2, 59.4-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 115.0.1, 116.2, 117.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Cavabdeh2 apellyasiya şikayəti və apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə verərək həmin qətnamənin qismən, yəni “800 manat cəimə pulu və ipoteka predmeti olan “Shacman SX3315TD366” markalı özüboşaldan yük avtomobilin ilkin satış qiymətinin 22.000 manat müəyyən edilməsi” hissələrində ləğv edilməsi, iddia tələbinin 800 manat cərimə puluna aid hissədə təmin olunmaması, “Shacman SX3315TD366” markalı özüboşaldan yük avtomobilin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyas iya instansiyası məhkəməsindəki icraat

25. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli, 2-2(107)-30/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – G.Cavaddova, hakimlər – V.Məlikov və E.Hüseynov).

26. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 kredit müqaviləsini bağlamaqla müqavilənin bütün şərtlərini, o cümlədən cərimənin hesablanması halları və qaydası barədə şərtləri qəbul etmişdir. Cavabdeh əsas və faiz borcunun yüksək olması və maddi vəziyyətinin ağır olması, onun bank qarşısında götürmüş olduğu öhdəliklərin icrasından azad etmir. Çünki, bununla bağlı tərəflər arasındakı kredit müqaviləsində hər hansı şərt nəzərdə tutulmamış dır.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi borclu Cavabdeh2 ilə yanaşı kreditorun da həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq dəbbə pulunun məbləğini azaltmışdır. Odur ki, birinci instansiya məhkəməsi Cavabdeh2 Bankın xeyrinə tutulacaq cərimənin (dəbbənin) məbləğini azaltmaqda haqlı olmuşdur. Bu səbəbdən, göstərilən hissədə apellyasiya şikayətinin dəlili əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə isə əsaslı və işin hallarına uyğun olmuşdur.

28. Apellyasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə girov predmeti olan “Shacman SX3315TD366” markalı özüboşaldan yük avtomobilinin ilkin satış qiyməti kimi müəyyən etdiyi 22.000 manat həmin av tomobilin real qiymətindən aşağıdır.

29. Bununla bağlı məhkəmə kollegiyası bildirmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi girov predmeti olan avtomobilin ilkin satış qiymətini müəyyən etmək məqsədi ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş və "xxxx" MMC-nin 2022- ci il 28 iyul tarixli qiymətləndirmə rəyini almışdır. Həmin rəydə göstərilmişdir ki, avtomobilin ilkin satış (likvid) qiyməti 22.000 manatdır. Cavabdeh2 avtomobilin qiymətinin daha da yüksək (50.000- 55.000 manat) olduğunu bildirsə də, bu xüsusatı təsdiq edə və qiymətləndirici tərəfindən verilmiş rəyi şübhə altına ala biləcək sübutları (məsələn: başqa qiymətləndiricinin rəyini) məhkəməyə təqdim etməmişdir. Göstərilənləri və Cavabdeh2 müzakirə edilən dəlilini təsdiq edə biləcək sübutların təqdim edilməməsini n əzərə alan məhkəmə kollegiyası, apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab etmişdir.

30. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 269.1, 269.4, 269.5, 442, 443.1, 448.1, 448.4, 462.1, 462.3, 465, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 34.1.1, 39.3, 39.3.3-cü, MPM-in 77.1, 88, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Qətnaməni yeni qərar qəbul olunmasını xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

32. MM-in 466 və 467-ci maddələri üzrə - qanunvericilik dəbbə pulunun azaldılmasını məhkəmələr üçün əlçatan etmişdir. Məhkəmə bank tərəfindən hesablanmış absurd bir rəqəm olan 16.562,71 manat məbləğində dəbbə pulunu azaltmışdır. Lakin, məhkəmənin müəyyən etdiyi 800 manat cəri mə pulu da kifayət qədər çoxdur. Belə ki, kifayət qədər borclanmış birinə əlavə olaraq 800 manat cərimə hesablanması ədalətsizlikdir. Məhkəmə cərimə məbləğini tamamilə silmək hüququna malikdir. Cavabdeh müqaviləni könüllü şəkildə bağlayıb və onun şərtləri ilə razı olduğum üçün bank qarşısında bütün öhdəliklərini yerinə yetirməli olduğu ona məlum olmuşdur. Əgər belə olmasa idi o, əsas borcu və fazi borcunu da mübahisələndirərdi. Lakin, sırf dəbbə pulu ilə bağlı şikayət etmiş, onun silinməsini xahiş etmiş və bu zaman da MM-nin 467-ci maddəsinə istinad etmişdir.

33. MM-in 152.1 və 152.5-ci maddələri üzrə - Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bi lər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan Shacman SX3315TD366 markalı özüboşaldan yük avtomobilinin ilkin satış (likvid) qiymətinin 22.000 mana t məbləğində müəyyən olunmasını qət etmiş, apellyasiya instansiya məhkəməsi də bu halı təsdiqləmişdir. Məhkəmələr həmin nəticəyə gələrkən "xxxx" MMC-nin 2022-ci il 28 iyul tarixli rəyinə istinad etmişlər. Həmin rəydə göstərilmişdir ki, Shacman SX3315TD366 markalı özüboşaldan yük avtomobilinin ilkin satış (likvid) qiyməti 22.000 manat təşkil edir. Cavabdeh isə bununla qəytiyyən razı deyil. Belə ki, ona məxsus olan Shacman SX3315TD366 markalı özüboşaldan yük avtomobilinin dəyəri 50-55 min manat (bəlkə də daha çox) dəyərindədir və cavabdehin həmin avtomobili 22 min manata almış olması mümkün deyildir. Cavabdeh hesab edir ki, başqa bir qiymətləndirici təşkilatdan avtomobilin real qiymətini özündə əks etdirən rəy alınmalı və həmin rəyə uyğun olaraq da qərar qəbul edilməli idi (şikayətlərinin əs as məğzi də məhz avtomobilə qoyulmuş qiymət ilə bağlıdır). Cavabdeh səhhəti ilə əlaqədar olaraq birinci instansiya məhkəməsində iştirak edə bilməmiş, ilk dəfə iştirak etdiyim məhkəmə iclasında isə belə bir rəyin olmasından məlumatsız olmuşdur. Qətnaməni alan zaman rəydən məlumatlı olmuş və dərhal apellyasiya şikayəti verərək məhz həmin qiyməti mübahisələndirmişdir. Hazırda internet üzərindən yayımlanan satış (alqı-satqı) saytları mövcuddur ki, orada da real və ya real qiymətə çox yaxın olan məbləğlər göstərilməkdədir. Şikayətə əlavə olunan “Turbo.az” avtomobil alqı-satqısı saytında yerləşdirilmiş Shacman markalı özüboşaldan yük avtomobillərinin qiymətləri göstərilmişdir. Həmin məbləğlərdən görünür ki, mübahisəli avtomobilin qiymətləri 40.000-80.000 manat arasında dəyişir. Mübahisəli avto mobilin istehsal ili 2011-ci ildir və o, F-2000 markalıdır. Qeyd olunan saytdan çıxarılmış sırf həmin əlamətlərə məxsus 5 ədəd avtomobilin qiymətləri aşağıdakı kimi göstərilmişdir: 58.500, 65.000, 50.000, 47.500 və 62.000 manat. Göründüyü kimi məhkəmənin müəyyən etdiyi 22.000 manat real qiymətdən çox-çox aşağıdır. Bu isə gələcəkdə cavabdehin onsuz da ağır olan maddi vəziyyətini daha da ağırlaşdıracaqdır. Çünki, ilkin olaraq 22.000 manata hərraca çıxarılacaq avtomobil 2-ci və 3-cü hərraclar zamanı daha da ucuz qiymətə satılacaqdır ki, bu isə onun banka olan borcunun az bir hissəni əhatə edəcəkdir.. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti va xtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş fakt iki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. ” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvə zinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 465.3. Əgər borclu pul cəriməsinin ödənilməsi əvəzinə başqa hərəkəti icra edəcəyini vəd edirsə, bu Məcəllənin 465.1 və 465. 2-ci maddələrinin tələbləri tətbiq edilir.” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” 39. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;...” “Maddə

39. İpo teka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...”

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istina d etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlil lərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli, 22(107)-30/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

42. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə bundan ibatər olmuşdur ki, məhkəmənin cavabdehə 800 manat cərimə hesablaması ədalətli olmamış, habelə cavabd ehə məxsus olan Shacman SX3315TD366 markalı özüboşaldan yük avtomobilinin dəyəri əmlak ekspertizası tərəfindən müəyyən edilmiş dəyərdən daha artıq olmuşdur.

43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 44. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, ç ünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

45. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin işdə olan sübutlar əsasında və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün apardığı hüquqi qiymətləndirmə ilə razılaşaraq qeyd edir ki, MM-in 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

46. Həmçinin, MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

47. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə 2020-ci il 14 fevral tarixdə bağlanmış kredit müqaviləsində əsas borc üzrə ödənişin müqaviləyə uyğun olaraq həyata keçirilmədikdə, gecikdirilmiş məbləğin vaxtı keçmiş kredit öhdəliyi hesab olunması və həmin məbləğə müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun hesablanması nəzərdə tutulmuşdur. Hazırkı halda, cavabdeh K. Abdulzadə sözügedən kredit müqaviləsini bağlamaqla, müqavilənin bütün şərtlərini, o cümlədən də cərimənin hesab edilməsi halları və qaydası barədə şərtlərini qəbul etmişdir. Cavabdehin əsas və faiz borcunun yüksək olması və maddi vəziyyətinin ağır olması isə, bununla bağlı müqavilədə hər hansı şərt nəzərdə tutulmadığından onu bank qarşısında götürmüş olduğu öhdəliklərin icrasından azad edə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin dəbbə pulu məbləği ilə bağlı mövqeyi borclu K. Abdulzadə ilə yanaşı kreditorun da həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alınması meyarına cavab verdiyindən kassasiya şikayətinin cərimənin yüksək olmasına dair dəlili əsassız olmuşdur.

48. Məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdehin ona məxsus Shacman SX3315TD366 markalı özüboşaldan yük avtomobilinin dəyərinin əmlak ekspertizası tərəfindən müəyyən edilmiş dəyərdən daha artıq olmasına dair dəlilləri ilə də razılaşmır. Cavabdeh həmin avtomobilin dəyərinin ekspert rəyi ilə müəyyən olunmuş dəyərdən daha artıq olduğunu iddia etsə də, ekspert rəyi ilə müəyyən olunmuş qiymətləri təkzib edən hər hansı sübutlarını aşağı instansiya məhkəmlərinə təqdim etməmiş, yalnız ekspert rəyi ilə razılaşmaması əsası ilə apellyasiya instansiyası məhkəməsinə təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası iş üzrə qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə tələbin yeni sübutun təqdim edilmə si ilə bağlı olmasına və MPM-nin 78-ci maddəsinin tələbinə görə, sübutların işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli olmasına dair apellyasiya məhkəməsinin möveyi ilə razılaşdığını qeyd edir.

49. Belə ki, MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri, çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir (MPM-in 165, 167.1 və 167.1.2-ci maddələri).

50. Mülki prosessual qanunvericiliyin tələblərinə görə həmçinin işdə iştirak edən şəxslər də prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa haz ırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-in 47, 77.1, 78.1-ci maddələri).

51. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə tərəflərin öz dəlillərini əsaslandıra biləcək sübutlar mövcud olduğu halda prosessual qanunvericiliyin tələblərinə (istisna hallarda) riayət etməklə onları birinci instansiya məhkəməsinə deyil, apellyasiya məhkəməsinə təqdim etmələri birinci instansiya məhkəmlərinin işin tam və hərtərəfli araşdırma səlahiyyətini lüzumsuzlaşdırmaqla eyni funksiyaların apellyasiya instansiyası məhkəmələrinin üzərinə qoyulması ilə nəticələnərdi.

52. Məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdehin səhhəti ilə əlaqədar olaraq işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclaslarında işti rak edə bilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin işə birinci instansiyasında baxılan zaman məhkəmə iclaslarında səhhəti ilə əlaqədar və yaxud hər hansı digər üzrlü səbəblərdən iştirak edə bilməməsi ilə bağlı sübutlarının təqdim olunması da iş materialları ilə müəyyən edilməmişdir.

53. Bu baxımdan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 5 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdi r ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında – birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.

54. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin t am hüquqlu məhkəmə kimi mahiyyəti üzrə işə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və həmin qiymətləndirmənin təkrarən qeyd edilməsinə də zərurətin aradan qalxması qənaətinə gəlir.

55. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli, 2-2(107)-30/2023 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

56. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilə r.

57. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli, 2-2(107)-30/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar