Məhkəmə qərarları › İş №2-2(102)-514/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-514/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-514/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “borcun əvəzləşdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, borcun əvəzləşdirilməsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlundan və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Mə hkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 1 may tarixli, 22(104)-33/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları: 1. 2019-cu il 5 mart tarixli, 000497 saylı kredit müqaviləsi ilə İddiaçı Səhmdar Kredit Təşkilatı tərəfindən Cavabdeh MMC-yə avadanlıq alınması məqsədilə illik 10 faiz, güzəşt müddəti 2 ay, kreditin müddəti isə 3 ay olmaqla, 460.000 manat məbləğində kredit verilmişdir. 2. 2020-ci il 30 sentyabr tarixli Kredit borcunun restrukturizasiya edilməsinə dair müqavilə ilə qeyd olunan kredit müqaviləsi üzrə yaranmış kredit borcu restrukturizasiya olunmuş, tərəflər 456.494 manat ödənilməmiş borcun müqavilə bağlanıb imzalandığı tarixdən 3 ay güzəşt müddət i olmaqla 2020-ci il 31 dekabr tarixədək kredit təşkilatına ödənilməsi ilə bağlı razılaşmışlar. 3. 2023-cü il 25 aprel tarixli “Tələb hüququnun ötürülməsi barədə” 001 saylı müqavilə ilə "xxxx" MMC-nin İddiaçı QSC-yə olan 3.077.733,33 manat dəyərində artıq ödəməsinin 562.356,50 manatı üzrə tələb hüququ Cavabdeh MMC-yə ötürülmüşdür. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 22 dekabr tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" MMC-nin 40.000.000 manat əsas borc, 36.885.794,54 manat faiz borcu olmaqla, cəmi 76.885.794,54 manat, 168.806,15 ABŞ dolları və 427,73 avro məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi, borc tələbinin "xxxx" MMCnin mülkiyyətində olan 82 adda qeyri-yaşayış sahəsinə yönəldilməsi, "xxxx" MMC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi, İddiaçı QSC BOKT-un həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması və İddiaçı QSC BOKT-un yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 5. "xxxx" MMC tərəfindən İddiaçı QSC-yə ünvanlanmış 2020-ci il 14 iyul tarixli PRx/20 saylı məktubunda qətnamə icra olunduqdan sonra "xxxx" MMC-nin qətnamə üzrə əmlakların verilməsi nəticəsində İddiaçı QSC-yə müəyyən məbləğdə artıq ödəməsinin yarandığı, "xxxx" MMC-nin borcu üzrə yaranmış 2.496.522,24 manat məbləğində artıq ödəmənin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi ilə “X2 Müəssisəsi” MMC-nin İddiaçı QSC-nə "xxxx" ASC-nin əmlakı hesabına ödəmiş olduğu 1.418.470,70 ABŞ dolları məbləğində kredit borcu ilə əvəzləşdirilməsini, “X2 Müəssisəsi” MMC-nin borcunun qarşılığında İddiaçı QSC-nin mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinin "xxxx" ASC-nin əmlakı hesabına ödəmiş olduğu 1.418.470,70 ABŞ dolları məbləğində kredit borcu ilə əvəzləşdirilərkən yaranacaq fərqdən də imtina etdikləri bildirilmişdir.

6. İddiaçı QSC BOKT tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2023-cü il 2 may tarixli məktubunda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 22 dekabr tarixli qətnaməsində qeyd edilən b orc üzrə "xxxx" MMC-nin İddiaçı QSC-yə hər hansı artıq ödəməsi qalmadığı bildirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı QSC BOKT Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il 30 sentyabr tarixli restrukturizasiya müqaviləsi üzrə 456.494 manat əsas borc, 123.868,20 manat faiz borcu olmaqla, cəmi 580.362,20 manat borc məbləğinin, ödənilmiş 400 manat mediasiya xərcinin və 470,36 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh restrukturizasiya müqaviləsinə əsasən əsas borcu və ona hesablanmış faiz borcunu müqavilənin şərtlərinə uyğun olaraq vaxtında ödəməmişdir. Borcun ödənilməsi barədə cavabdehə mür aciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamış və borc ödənilməmiş qalmışdır.

9. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı QSC BOKT-a qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya təqdim etdiyi 2023-cü il 25 aprel tarixli 001 saylı tələb hüququnun ötürülməsi barədə müqavilənin icrasının təmin edilməsi, 562.356,5 manat məbləğinin iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 5 mart tarixli 00497 saylı kredit müqaviləsi üzrə borcun və faizlərin ödənilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, həmin tələb üzrə iddiaçı və "xxxx" MMC arasında imzalanmış 2016-cı il 1 5 noyabr tarixli 11/16 saylı borc müqaviləsinə və borcun təhvil-təslim edilməsinə dair akta əsasən Cavabdeh MMC "xxxx" MMC-yə 2.550.000 manat məbləğində borc vermişdir. Həmin borc hesabına borcalana məxsus qeyri-yaşayış sahələri təmir edilərək, satış vəziyyətinə çatdırılmalı və satışdan əldə edilən vəsait hesabına cavabdehin borcu qaytarılmalı idi. 2017-ci ildə borcalanın "xxxx" ASC qarşısında 76.885.794,54 manat borc öhdəliyi yaranmış və həmin borc üzrə tələb hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli 101 saylı sərəncamının icrası ilə əlaqədar olaraq 2017-ci il 21 aprel tarixli müqavilə əsasında ilk iddia üzrə iddiaçıya keçmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 22 dekabr tarixli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" MMC-ni n ümumi dəyəri 80.188.331,94 manat olan 82 adda daşınmaz əmlakı iddiaçının balansına keçirilmişdir. Faktiki olaraq həmin MMC 3.007.733,33 manat dəyərində banka artıq ödəmə etmiş və bankın MMC qarşısında öhdəliyi yaranmışdır. Bu öhdəlik əslində "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə iddiaçının qarşısında 2016-cı il 15 noyabr tarixli borc müqaviləsi üzrə mövcud olan 2.550.000 manat borcunun ödənilməsinə yönəlməli idi. 2019-cu ildə ilk iddia üzrə iddiaçının maliyyə çətinliyi olduğundan həmin iddia üzrə iddiaçıdan 456.494 manat kredit rəsmiləşdirmiş və faktiki olaraq MMC-nin iddiaçıya artıq ödəməsi olan 3.007.733,33 manat həmin kredit müqaviləsi üzrə 456.494 manatın sığortası (girovu) kimi çıxış etmişdir. Cavabdeh və "xxxx" MMC arasında bağlanmış 2023-cü il 25 aprel tarixli 001 saylı tələb hüquq unun ötürülməsi barədə müqaviləyə əsasən "xxxx" MMC-nin 3.007.733,33 manat dəyərində ilk iddia üzrə iddiaçıya olan artıq ödəməsindən 562.356,5 manat tələb hüququnun müvafiq qanunvericilik çərçivəsində qarşılıqlı iddia üzrə iddiaçıya ötürülmüş və bu barədə banka rəsmi məktublar göndərilmişdir. Məktuba cavab olaraq göstərilmişdir ki, sözügedən 3.007.733,33 manatdan bir hissəsi "xxxx" MMC-nin güzəşt müqaviləsinə əsasən digər şirkətlərə keçirilmiş və "xxxx" MMC-yə artıq ödəmə qalmamışdır. "xxxx" MMC-nin faktiki olaraq cavabdehə olan borcu təsdiq edilməklə, tələb hüququnun ötürülməsi barədə müqavilə müvafiq qaydada iddiaçıya təqdim edilsə də, məlum olmayan səbəblərdən tələb hüququnun ötürülməsi barədə müqavilə icra edilməmişdir.

11. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 18 oktyabr tarixli, e -2-2(115)1074/2023 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) ilk iddianın təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 30 sentyabr tarixli kredit borcunun restrukturizasiya edilməsinə dair müqavilə üzrə 456.494 manat əsas borc və 123.868,20 manat faiz borcu olmaqla, cəmi 580.362,20 manat kredit borcunun və ödənilmiş 400 manat mediasiya xərcinin, 470,36 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 400 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini ilkin iddia üzrə cavabdehə vermiş, cavabdeh isə müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, nəticədə iddiaçıya 456.494 manat əsas borc və 123.868,20 manat faiz borcu yaranmışdır.

13. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə istər iş materiallarından, istərsə də qarşılıqlı iddia üzrə iddiaçının və cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən iddiaçının MMC-yə hər hansı artıq ödəməsinin qalmasının təsdiq olunmadığını göstərmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.2, 449.1, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 1 may tarixli, 2-2(104)-33/2024 nömrəli qətnaməsi ilə (hakim L.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Rzaquliyevdən və İ.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 18 oktyabr tarixli, e-2-2(115)-1074/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 30 sentyabr 2020-ci il tarixli kredit borcunun restrukturizasiya edilməsinə dair müqavilə üzrə qalan 456.494,0 manat borc pul məbləğindən hər hansı məbləğdə ödəni ş edilməmişdir.

18. Apellyasiya kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçının "xxxx" MMC qarşısında hər hansı öhdəliyinin olması və ya artıq ödəməsinin qalmasının iş materialları ilə müəyyən olunmamışdır.

19. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qanunsuz qətnamə qəbul edilməsi, iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verilməməsi, hərtərəfli, tam və obyektiv araşdırma aparmadan əsassız və ədalətsiz qətnamə qəbul edilməsinə dair dəlili ilə razılaşmamış və qeyd etmişdir ki, təqdim olunmuş bütün sənədlər məhkəmə tərəfindən araşdırılaraq onlara hüquqi qiymət verilmişdir. Həmçinin, cavabdeh şikayətində iddiaçının "xxxx" MMC qarşısında öhdəliyinin olduğunu göstərsə də, həmin xüsusat işdəki hər hansı sübutla t əsdiq olunmur. Əksinə işdə olan məktublardan görünür ki, edilmiş müraciətlərə cavab olaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının "xxxx" MMC qarşısında öhdəliyinin olmadığını bildirmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

20. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: 21.1. Mülki Məcəllənin 528 və 529.1-ci maddələri üzrə - məhkəmə qarşılı qlı əvəzləşmələr nəticəsində iddiaçının "xxxx" MMC qarşısında hər hansı öhdəliyinin qalmadığını qeyd etsə də, qarşılıqlı əvəzləşmələr ilə icranı təsdiq edən halı müəyyən etməmişdir. Apellyasiya məhkəməsi iş materiallarında olan məktublara istinad etsə də, öhdəliyin icrasına yönəlmiş kreditorun xeyrinə lazımınca icrasını təsdiq edən, kreditoru icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiq edən sənəd iş materiallarında mövcud olmamışdır. 21.2. Mülki Məcəllənin 546-cı maddəsi üzrə - apellyasiya məhkəməsi qətnaməsində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 22 dekabr tarixli qətnaməsi icra olunduqdan sonra "xxxx" MMC-nin qətnamə üzrə əmlakların verilməsi nəticəsində iddiaçıya müəyyən məbləğdə artıq ödəməsinin əvəzləşdirmələr və kreditorun imtinası nəticəsində artıq o lmadığı nəticəsinə gəlmişdir. Lakin bu zaman məhkəmə kollegiyası kreditorun əmlakın bağışlanması ilə bağlı Mülki Məcəllənin 546-cı maddəsi ilə nəzərdə tutulan tələbləri tətbiq etməmişdir. 21.3. Mülki Məcəllənin 49-1.2-ci maddəsi üzrə - "xxxx" MMC - təşkilatı hüququ formasına görə Məhdud Məsuliyyətli Cəmiyyətdir və əmlak barəsində sərəncam verilməsi ümumiyyətlə tək başına müəssisəni direktoru tərəfindən qəbul edilən qərar ilə həyata keçirilə bilməzdir. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, Vergi Xidmətinin açıq veb saytından hamıya aşkar - 200 manat Nizamnamə kapitalı olan və Dövlət büdcəsinə Borcu olan MMC-nin direktorunun məktubu ilə borcun bağışlanması və ya 1.418.470,70 ABŞ dolları məbləğində kredit borcu ilə əvəzləşdırməsi kreditorun əmlakı barəsində hüquqi şəxsin iştirakçılarını n ümumi yığıncağının hüquqlarının pozmasına və Dövlət büdcəsinə borcun yaranmasına səbəb olmuşdur. 21.4. Mülki Prosessual Məcəllənin 15.1-15.4-cü maddələri üzrə - kassator ilə "xxxx" MMC arasında imzalanmış protokola əsasən cavabdeh öhdəliyinin MMC-nin iddiaçının alacağı vəsait hesabına əvəzləşməsi Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2024-cü il 7 may tarixli qətnaməsində əksini taparaq icraya yönəldilmişdir. Nəticə etibarilə MMC-nin iddiaçıya mövcud olmuş 562.356,5 manat öhdəliyinin MMC-nin üzərinə keçməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sübut edilmişdir. Lakin, MMC-nin məhkəmə tərəfindən Konstitusiya ilə qorunan hüquqları pozularaq ətraflı araşdırma aparılmadan qərar qəbul edilmişdir. 21.5. Mülki Prosessual Məcəllənin 204.1 və 204.2-ci maddələri üzrə - apellyasiya kollegiyası qətnaməni əsaslandırarkən iddiaçının təqdim etdiyi MMC tərəfindən ona ünvanlanmış 2020-ci il 14 iyul tarixli PR-x/20 saylı məktuba istinad edərək, artıq ödəmələr üzrə müxtəlif əvəzləşmələrin baş verdiyini və bunun nəticəsində borc qalmadığını bildirmişdir. Lakin, məhkəmə baxışı zamanı MMC tərəfindən məhkəməyə ərizə ilə yuxarıda qeyd edilən məktubun onlar tərəfindən imzalanmadığı və saxta olduğu barədə müraciət edilsə də, məhkəmə kollegiyası qətnaməsində saxta sübut ilə bağlı heç bir qiymət verməmişdir.

22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

23. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tə ləbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. Kassator apellyasiya instansiyası məhkəməsinin qətna məsini tam mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsi ndə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 541.1-ci maddəsinə əsasən tələb güzəşt edilərkən borclu ilk kreditora qarşı özünün qarşılıqlı tələbini yeni kreditorun tələbi ilə əvəzləşdirə bilər. 541.2-ci maddəsinə əsasən əvəzləşdirmə bu şərtlə aparıla bilər ki, tələb, onun güzəşt edilməsi barədə borclunun bildiriş aldığı anda mövcud olmuş əsasa görə əmələ gəlsin və tələbin müddəti o alınana qədər çatsın və ya həmin müddət göstərilməsin və ya tələbetmə anı ilə müəyyənləşdirilsin. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verə n) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəlləd ə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandı rır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, kassatorun iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliyini icra etməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiym ətləndirmə ilə tam razılaşır.

30. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, kassatorun ilk iddia üzrə iddiaçı ilə bağlanmış 30 sentyabr 2020-ci il tarixli Borcun restrukturizasiya müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etməməsi və ilk tələbdə göstərilən məbləğdə borcunun olması mübahisələndirilmir.

31. Mübahisəli məsələ kassatorla üçüncü şəxs "xxxx" MMC arasında bağlanmış tələb hüququnun ötürülməsi müqaviləsi üzrə iddiaçının həmin MMC-yə borcun olubolmaması və həmin borcla kassatorun borcunun əvəzləşdirilməli olub-olmamasıdır.

32. Bununla bağlı işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, kassatorun istinad etdiyi 25 aprel 2023-cü il tarixli Tələb hüququnun ötürülməsi müqaviləsi bağlanan anadək İddiaçı QSC BOKT-un 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabr 2017-ci il qətnaməsinin icrasından irəli gələrək "xxxx" MMC-yə borcu qalmamışdır.

33. Belə olan halda isə, kassatorun dəlilləri Mülki Məcəllənin 541.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir.

34. Odur ki, kassatorun Mülki Məcəllənin 528 və 529-cu maddələrinə istinad edilərək, öhdəliyinə xitam verilməli olmasına dair dəlili əsassızdır.

35. Kassatorun, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 546-cı maddəsinin tələblərinin nəzərə alınmamasına dair dəlili açıq-aydın əsassızdır. Belə ki, həmin maddə borcun kreditor tərəfindən bağışlanması əsası ilə öhdəliyə xitam verilməsini tənzimləyir ki, hazırkı halda kassatorun iddiaçıya olan öhdəlikdən sonuncu tərəfindən azad edilməsi dəlili aşağı instansiya məh kəmələrində irəli sürülməmiş və belə hal müəyyən olunmamışdır. 36. "xxxx" MMC-nin qanuni təmsilçisinin 2020-ci il 14 iyul tarixli məktubu imzalamağa səlahiyyətli olmaması dəlili həmçinin qətnamənin ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən ki, bu "xxxx" MMC, onun qanuni təmsilçisi və İddiaçı QSC BOKT arasında olan münasibətlərə aiddir ki, hazırkı mülki iş çərçivəsində həll olunması qeyri-mümkündür.

37. Nəhayət, qeyd olunan məktubun saxtalığı ilə bağlı dəlil aşağı instansiya məhkəmələrində irəli sürülsə də, kassator onunla bağlı hər hansı mötəbər sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

38. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

39. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmi n dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 1 may tarixli, 2-2(104)-33/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar