Məhkəmə qərarları › İş №2-2(102)-515/2018

Ali Məhkəmə Qərar — İş №2-2(102)-515/2018

19.12.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-515/2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı X1 cavabdehlər “xxxx”xxxx“xxxx” ASC-yə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-515/18) Bakı şəhəri 19 dekabr 2018-ci il 19.12.2018 Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Aygün Nəbiyevanın, cavabdeh xxxx” ASC nümayəndəsi Rasim Bəgülovun və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdehlər “xxxx”xxxx“xxxx” ASC-yə qarşı sığorta ödənişinin və dəbbə pulunun tutulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 09 avqust 2018-ci il tarixli 2-2(103)399 /2018 qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 dekabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” QSC (keçmiş adı: “X4” QSC) ilə iddiaçı arasında imzalanmış 24.12.2013-cü il tarixli, 580/64/2013 saylı X3 müqaviləsinə əsasən iddiaçıya (lizinqalana) 1 ədəd 10 S 941 dövlət qeydiyyat nişanlı, HMK 140 W3 markalı ekskavatoryükləyici verilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı ödəniş cədvəlində qeyd edilən növbəliliklə hər ay mütəmadi olaraq lizinq haqqını (həmin ödənişə sığorta haqqı da daxildir) ödəməyə davam edir. 05.07.2016-cı il tarixdə Bakı şəhəri, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində yerləşən avto dayanacaqda baş vermiş yanma nəticəsində lizinq obyekti yanaraq sıradan çıxmış və istismara yararsız hala düşmüşdür. Faktla əlaqədar “Yanğın haqqında akt" tərtib edilərək baş vermiş hadisənin təfərrüatları qeyd edilməklə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və iddiaçının imzası ilə təsdiq edilmişdir. Lizinq obyektinin bərpasına çəkilməli xərcin dəyəri Agrointer müəssisəsi tərəfindən 18.07.2016-cı il tarixdə verilmiş “140 W3-nun təmiri ilə bağlı təklifə əsasən 62103.7 manat təşkil etmişdir. Həmin müəssisə tərəfindən təmiri nəzərdə tutulan ehtiyat hissələrinin ABŞ dolları ilə gətirilməsi səbəbi ilə həmin təklifdəki qiymətlərin AZN-USD məzənnəsindəki cari fərqə görə dəyişdirilə biləcəyi qeyd edilmişdir. Təmir ilə bağlı təklifdə yanma nəticəsində ekskavatorun idarəetmə sütunu (sükan), kom plekt, komplekt kabin (kabin bağlantı elementləri, qapı, şüşələr və s. daxil olmaqla), kabin elektrik təsisatı (kabellər), monitor və s. idarəetmə avadanlıqları, operator oturacağı sıradan çıxmış və təmirinə çəkiləsi xərc 52317,7 manat təşkil etmişdir. Əlavə olaraq 7 günlük usta təmiri xərcləri (hidromekdən), ustaların otel və yemək xərcləri, təyyarə bileti iki nəfərlik, gediş, dönüş cəmi 9786 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən 1 ədəd HMK 140 W3 markalı ekskavator “xxxx” ASC tərəfindən MTRC SAQ 47865 nömrəli, 29.12.2013-cü il tarixli sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitələrinin sığortası sinfi üzrə sığortalanmışdır. 05 iyul 2016-cı il tarixli “xxxx” QSC-nin (keçmiş adı: “X4” QSC) xxxxnin İddialar departamentinin direktoru F.İsmay ılova ünvanladığı 358 nömrəli məktubla lizinqalana verilmiş HMK 140 W3 markalı ekskavator yükləyicinin yanması səbəbi ilə sığorta ödənişinin texnikanın təmirinə yönəldilməsi, 26 iyul 2016-cı il tarixli məktubla isə lizinq müqaviləsi üzrə İddiaçı Bəhmən oğlunun 22 970 manat borcu olduğunu və sığorta ödənişindən həmin məbləğin lizinqverənin hesabına, yerdə qalan məbləğin isə iddiaçının yəni lizinqalanın hesabına ödənilməsi bildirilmişdir. xxxxnin idarə heyətinin sədri tərəfindən 07 sentyabr 2016-cı il tarixli, 324 saylı “xxxx” QSC-yə ünvanlanmış məktubla sığorta ödənişi edilməsindən imtina edilmişdir. Belə ki, imtina məktubunda sığorta şəhadətnaməsinin “Sığorta təminatı” adlanan bölməsində Ümumi sığorta haqqının cəmi 4.121 manat olduğu və Ümumi sığorta haqqının 6 hissəyə bölünərək müəyyən edilmiş tarixlərdə ödəniləcəyinin nəzərdə tutulduğu, Ümumi sığorta haqqının ilk hissəsinin (686 manat) lizinqverən tərəfindən razılaşdırılan müddətdə, ikinci hissənin (686 manat) 18 gün gecikməklə ödənildiyi və sonra ödənişin dayandırıldığı qeyd edilmişdir. Hadisənin baş verdiyi tarixdən sonra Ümumi sığorta haqqının qalan hissəsinin, yəni həm gecikdirilmiş 3, 4 və 5-ci hissələri (2061 manat), həm də hələlik vaxtı çatmamış 6-cı hissə (686 manat), ümumilikdə 2.749 manat nağd qaydada birdəfəlik ödənilmişdir. Sığorta ödənişi barədə müraciətə cavab olaraq, Mülki Məcəllənin 935.1.9-cu maddəsinə istinad edilərək ümumi sığorta haqqının 29.12.2014-cü il, 29.06.2015-ci il və 29.12.2015-ci tarixlərində ödənilməsi 3,4 və 5 hissələri barəsində müraciət edilən yanğın hadisəsi baş verənədək ödənilmədiyin dən, həmin hadisə üzrə sığorta ödənişi edilməsindən imtina edilmişdir. 24.12.2013-cü il tarixli 580/64/2013 saylı X3 müqaviləsinin 18-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən lizinq haqqı vaxtlı-vaxtında ödənilmişdir. Müqavilənin 1 nömrəli Əlavəsinə əsasən lizinq haqqına avadanlığın alqı-satqı müqaviləsi üzrə dəyəri, gömrük rəsmiləşdirilməsi, daşınma, quraşdırma və təlimatlandırma, lizinqalanın avans ödənişi, sığorta haqqı və maliyyə lizinqi üzrə kreditin məbləği daxildir. İddiaçı tərəfindən ödəniş qrafikinə uyğun olaraq gecikmə olmadan ödənişlər edilmişdir. Sığorta tələbi barədə müraciətin 06.07.2016-cı il tarixdə edilməsinə baxmayaraq cavabdeh xxxx tərəfindən sığorta ödənişindən imtina 07.09.2016-cı il tarixdə edilməklə qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət (7 iş gününd ən az olmayaraq) kobud surətdə pozulmuşdur. Sığorta ödənişi barədə müraciət 05.07.2016-cı il tarixdə edilmişdir ki, sığortaçı təşkilat 7 iş günündən gec olmayaraq sığorta ödənişini həyata keçirilməli idi. Mülki qanunvericiliyin tələbinə əsasən, iddiaçıya ödənilməli 62103.7 manat sığorta ödənişinin hər gecikdirilən gün (22.12.2016-cı il tarixədək cəmi 148 gün) üçün 0.1 faiz həcmində hesablanmış 9191 (doqquz min yüz doxsan bir) manat dəbbə pulu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən lizinq müqaviləsinin şərtləri heç bir halda pozulmamış və müqavilənin 1 nömrəli Əlavəsində göstərilən qrafikə uyğun olaraq hər ay mütəmadi surətdə lizinq haqqı ödənişlərini ödəmişdir. Sığortaçının sığorta ödənişi etməkdən imtinasına əsas olmuş müqavilə öhdəliyinin pozulması halı, yən i sığorta haqqının gecikmələrlə həyata keçirilməsi lizinqverən - “xxxx” QSC tərəfindən törədilmiş, buna görə də məsul şəxs lizinqverən hesab edilməlidir. İddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam şəkildə yerinə yetirildiyindən cavabdehlər tərəfindən iddiaçıya veriləsi sığorta ödənişinin gecikdirilmiş hər gün üçün sığorta ödənişi məbləğinin 0.1 faiz həcmində dəbbə pulu hesablanıb əlavə edilməklə ödənilməlidir. Əlavə olaraq bildirilməlidir ki, iddia ərizəsinə əlavə edilmiş bəzi sənədlərin əslləri cavabdehlərdə olduğu üçün iddiaçı tərəfindən onların notariat qaydada təsdiq edilərək iddia ərizəsinə əlavə edilməsi mümkün olmamışdır. İddiaçı cavabdehlər “xxxx”xxxx“xxxx” ASC-yə qarşı cavabdehlər “xxxx”xxxx“xxxx” ASC-dən 62103,7 manat sığorta ödənişinin və hər gecikdirilmiş 148 gün üçün 0,1 faiz həcmində hesablanmış 9191 manat məbləğində dəbbə pulunun iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər “xxxx”xxxx“xxxx” ASC-dən 75237 manat sığorta ödənişinin və hər gecikdirilmiş 289 gün üçün 0,1 faiz həcmində hesablanmış 21743,50 manat məbləğində dəbbə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 97010,50 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər “xxxx”xxxx“xxxx” ASC-dən 75237 man at sığorta ödənişinin və hər gecikdirilmiş 322 gün üçün 0,1 faiz həcmində hesablanmış 24226.30 manat məbləğində dəbbə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 99493.30 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümyəndəsi yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə tədim edərək, “xxxx”xxxx“xxxx” ASC-dən 75237 manat sığorta ödənişinin və hər gecikdirilmiş 417 gün üçün 0,1 faiz həcmində hesablanmış 31373.9 manat məbləğində dəbbə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 106640.9 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər xxxx”xxxx“xxxx” ASC-dən 75237 man at sığorta ödənişinin və hər gecikdirilmiş 433 gün üçün 0,1 faiz həcmində hesablanmış 32577.6 manat məbləğində dəbbə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 107844.6 manat pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər “xxxx”xxxx“xxxx” ASC-dən 75000 manat sığorta ödənişinin və hər gecikdirilmiş 593 gün üçün 0,1 faiz həcmində hesablanmış 44475 manat məbləğində dəbbə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 119505 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 15 mart 2018-ci il tarixli iş № 2-2(81)-39/2018, (sədrlik edən hakim A.Hüseyn) qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “xxxx” ASCdən 75.000 manat sığorta ödənişi, 44475 manat məbləğində dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh xxxx” ASC apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilməsi hissəsin də ləğv edilməsi, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 09 avqust 2018-ci il tarixli iş № 2-2(103)-399/2018 (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və M.Məmmədov) qətnaməsi ilə birin ci instansiya məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsiqət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə işə birtərəfli qaydada baxaraq, son mərhələdə iddiaçının nümayəndəsinin izahatını dınləyib və izahata uyğun şəkildə qətnaməni çıxarmışdır. “xxxx” ASC-nin HMK 140 W3 markalı, 10-S-941 dövlət qeydiyyat nişanlı ekskavator yükləyicinin yanması nəticəsində sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı müraciətinin ödənişlərin vaxtında həyata keçirilməməsi nəticəsində imtina edilməsi Şirkətlə “xxxx” arasında olan müqavilənin tərkib hissəsi olan müddəalara uyğun həyata keçirildiyindən məhkəmənin həmin hissədə sığorta şirkətinin üzərinə bu cür ağır maddi vəzifə qoyması başa düşülən deyildir. Məhkəmə özü də qətnaməsində baş vermiş hadisəni tam və açıq şəkildə izah edir və imtinanın səbəblərinin nədən ibarət olmasını göstərir. Lakin verilmiş imtinanın hüquqi əsaslarına dair heç bir münasibət bildirmir, imtinanın qanuni və ya qanunsuz olması barədə bir kəlmə belə təfsir vermir. Belə olan halda vurulan ziyanın məhz Şirkət tərəfındən İddiaçı ödənilməsi ə dair (müqavilə şərtlərinə əsasən faydalanan şəxs “xxxx” şirkətidir) məhkəmənin gəldiyi hüquqi nəticənin qanunvericiliyin hansı normasına istinad edildiyi qətnamədə öz əksini tapmadığından iddianın həmin hissədə təmin edilməsini əsassız hesab edilməklə ləğv edilməsini məqsədəuyğun hesab edirik. “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış sığorta müqaviləsinə əsasən sonuncu tərəfındən cədv ələ uyğun olaraq sığorta ödənişləri vaxtında həyata keçirilmədiyindən, “sığorta polisi ekskavator-yükləyicidə yanğın baş verən zaman sığorta ödənişinin həyata keçirilməsini əhatə etməmişdir. Lizinq şirkəti sığorta ödənişi öhdəliyini vaxtında icra etmədiyi üçün əmlakın mülkiyyətçisi kimi onun təmir xərclərini də öz vəsaiti hesabına keçirməlidir. Nə “xxxx” ASC ilə “xxxx” QSC arasında, nə də İddiaçı ilə “xxxx” QSC arasında bağlanmış müqavilələrdə İddiaçı faydalanan şəxs qismində tanınmadığından onun birbaşa “xxxx” ASC-ya qarşı iddia qaldırmaq hüququ məhkəmə tərəfindən qəbul edilməməli idi. Qətnamənin ikinci qanunsuz halı isə iddiaçının “xxxx”xxxx“xxxx” ASC-yə qarşı verdiyi iddiasından “xxxx”xxxx“xxxx” ASC-ni cavabdeh kimi tanısa da, “xxxx” QSC-nın cavabdeh qismindən çıxarılmasına heç bir müna sibət bildirməmişdir. Təəssüf hissi ilə qeyd edirik ki, məhkəmənin birtərəfli qaydada baxdığı prosesdə sığorta şirkəti olaraq bizim bərabərlik, çəkişmə, birgə ədalətli araşdırma hüquqlarımız təmin edilmədiyindən yuxarıda qeyd etdiyimiz xüsusatları məhkəmənin diqqətinə çatdıra bilmədik. “xxxx” ASC-nin İddiaçı qarşısında müqavilə üzrə nə kimi öhdəliyinin olub-olmaması məhkəmə tərəfindən araşdırılmadığından səthi olaraq, vurulan ziyanın sığorta şirkəti var deyə pulun tələb edilməsi anlamına gəlməməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh “xxxx” ASC kasasiya şikayətində 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 15 mart 2018-ci il tarixli, 2-2(81)-39/2018 saylı, qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qətnaməs ınin ləğv edilərək İddiaçı “xxxx” ASC-yə qarşı 75000 manat sığorta ödənişi, 44475 manat dəbbə pulunun tutulmasına dair iddiasının əsassız olduğuna görə təmin edilməməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsınin ləğv edilərək İddiaçı “xxxx” ASC-yə qarşı 75000 manat sığorta ödənişi, 44.475 manat dəbbə pulunun tutulmas ına dair iddiasının əsassız olduğuna görə təmin edilməməsinə dair qərarın Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Bəgülovda vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsınin ləğv edilərək İddiaçı “xxxx” ASC-yə qarşı 75000 manat sığorta ödənişi, 44475 manat dəbbə pulunun tutulmasına dair iddiasının əsassız olduğuna görə təmin edilməməsinə dair qərarın Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili A.Nəbiyeva kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 09 a vqust 2018-ci il tarixliqətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnamənin isə dəyişiklik edilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili A.Nəbiyevanın çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnamənin isə dəyişiklik edilmədən saxlanılmasınıAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçınınkasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 09 avqust 2018-ci il tarixli, 22(103)-399/2018 saylı qətnamə ilə, apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 15 mart 2018-ci il tarixli, 2-2(81)-39/2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 445.2.1, 903.1, 903.4, 922.1, 922.2, 926.1, 934.1, 934.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 372.6, 372.7, 376.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməzxxxx“xxxx” ASC-nin kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh “xxxx” ASC kasasiya şikayətinin iki yerində apelyasiya məhkəməsinin işə birtərəfli qaydada baxdığını bildirmişdir ki, belə ki, kasasiya şikayətinin üçüncü səhifəsinin 3-cü abzasında (iş vərəqi 229) cavabdeh yazır ki, “məhkəmə işə birtərəfli qaydada baxaraq, son mərhələdə iddiaçının nümayəndəsinin izahatını dinləyib və izahata uyğun şəkildə yuxarıda qeyd edilən qətnaməni çıxarmışdır”. Kasasiya şikayətinin 4-cü səhifəsinin 3-cü abzasında isə (iş vərəqi 230) cavabdeh göstərir ki, “təəssüf hissi ilə qeyd edirik ki, məhkəmənin birtərəfli qaydada baxdığı prosesdə sığorta şirkəti olaraq bizim bərabərlik, çəkişmə, birgə ədalətli araşdırma hüquqlarımız təmin edilmədiyindən yuxarıda qeyd etdiyimiz xüsusatları məhkəmənin diqqətinə çatdıra bilmədik”xxxx“xxxx” ASC-nin bu dəlillərini əsassız hesab edir, belə ki, məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İV hissəsinə müvafiq olaraq ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə müvafiq olaraq hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli s ürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bu xüsusata məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Prosessual Məcəllənin yuxarıda göstərilmiş müddəalarına riayət etmiş və həmin müddəaları pozmamışdır. Belə ki, sözügedən iqtisadi mübahisə üzrə başlanmış iş apelyasiya məhkəməsinə daxil olduğu 11 iyun 2018-ci il tarixdən apelyasiya məhkəməsinin qətnaməsi qəbul edildiyi 09 avqust 2018-ci il tarixədək olan müddət ərzində apelyasiya instansiyasında 2 məhkəmə iclası keçirilmişdir. 19 iyul 2018-ci il tarixdə keçirilmiş məhkəmə iclası haqqında cavabdeh “xxxx” QSC-ya 27 iyun 2018-ci il tarixdə (poçt xəbərnaməsi - iş vərəqi 201), cavabdeh “xxxx” ASC-ya isə 05 iyul 2018-ci i l tarixdə rəsmi məlumat verilmişdir (poçt xəbərnaməsi - iş vərəqi 202). Eyni zamanda qeyd edilməlidir ki, apelyasiya instansiyasında keçirilmiş 19 iyul 2018-ci il tarixli məhkəmə iclasının protokolundan göründüyü kimi (iş vərəqi 205) məhkəmə iclasında cavabdeh “xxxx” QSC-dən Vəkil, cavabdeh “xxxx” ASC-dən isə X2 iştirak etmiş, lakin onların işdə olan etibarnamələrinin (müvafiq olaraq iş vərəqi 44 və iş vərəqi 45) müddəti bitdiyindən, Vəkil və R.A.Bəgülova növbəti məhkəmə iclasına, yəni, 09 avqust 2018-ci il tarixinə yeni etibarnamələrin verilməsi sədrlik edən hakim tərəfindən təklif edilmiş, bununla yanaşı işin baxılmasının 09 avqust 2018-ci il tarixinə təxirə salınmasına dair bildiriş vərəqəsi təqdim edilməklə, Vəkil və R.Bəgülova həmin bildiriş vərəqəsinə imza etdirilmişdir (iş vərəqi 209). Lakin apelyasiya instansiyası məhkəməsinin 09 avqust 2018-ci il tarixli iclasında cavabdehlər öz nümayəndələrinin iştirakını təmin etməmişlər. Halbuki Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “xxxx” ASC-nin məhkəmənin işə birtərəfli qaydada baxaraq, bərabərlik, çəkişmə və ədalətli araşdırma prinsiplər ini pozması barədə dəlilləri əsassızdır. Cavabdeh “xxxx” ASC-nin digər dəlili ondan ibarətdir ki, “Məhkəmə özü öz qətnaməsində baş vermiş hadisəni tam və açıq şəkildə izah edir və imtinanın səbəblərinin nədən ibarət olmasını göstərir. Lakin verilmiş imtinanın hüquqi əsaslarına dair heç bir münasibət bildirmir, imtinanın qanuni və ya qanunsuz olması barədə bir kəlmə, bir təfsir vermir. Belə olan halda vurulan ziyanın məhz şirkət tərəfindən İddiaçı ödənilməsinə dair (Müqavilə şərtlərinə əsasən faydalanan şəxs “xxxx” şirkətidir) məhkəmənin gəldiyi hüquqi nəticənin qanunvericiliyin hansı normasına istinad edildiyi qətnamədə öz əksini tapmadığından iddianın həmin hissədə təmin edilməsini əsassız hesab edilməklə ləğv edilməsini məqsədəuyğun hesab edirik. Nə “xxxx” ASC ilə “xxxx” QSC arasında, nə də İddiaçı ilə “xxxx” QSC arasında bağlanmış müqavilələrdə İddiaçı faydalanan şəxs qismində tanınmadığından onun birbaşa “xxxx” ASC-ya qarşı iddia qaldırmaq hüququ məhkəmə tərəfindən qəbul edilməməli idi”. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlilləri də əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 05 iyun 2016-cı il tarixdə ünvan 1 ünvanda yerləşən avtodayanacaqda baş vermiş yanğın hadisəsi zamanı “HMK 140W3” markalı 10-S-941 dövlət nömrə nişanlı təkərli ekskavatorun kabinası, idarəetmə sistemi yanmış mühərrikxana hissəsi zədələnmişdir. “xxxx” MMC tərəfindən verilmiş 13 fevral 2017-ci il tarixli 140W3-nün təmiri ilə bağlı təklifinə əsasən 140W3-nün dəyişilməli hissələrinin qiyməti 51477,82 AZN, usta-təmir xərcləri 5300 AZN, cəmi 56 777,82 AZN təşkil edir. 03 noyabr 2016-cı il tarixli, 502/CM-191/2016 saylı Sığorta aktına əsasən sığortalıya məxsus “HMK 140W3” markalı 10-S-941 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyiciyə dəymiş zərərin məbləği 63712,88 manat müəyyən edilmiş sığorta ödənişinin 25000 manat məbləğində hissəsinin “xxxx” QSC-nin, 38212,88 manat məbləğində hissəsinin İddiaçı Bəhmən oğlunun hesabına köçürülməli olması qeyd edilmişdir. 04 yanvar 2018-ci il tarixli 165202 saylı ödəniş tapşırığına görə 75000 manat məbləğində sığorta ödənişi İddiaçı Bəhmən oğlu tərəfindən “xxxx” MMC-nin hesabına ödənilmişdir. Beləliklə, yuxarıda göstərilmiş sığorta hadisəsinin baş verməsi, buna görə də İddiaçı tərəfindən sözügedən ekskavator-yükləyiciyə dəymiş zərərin aradan qaldırılması məqsədi ilə “xxxx” MMC-yə 75000 manat m əbləğinin ödənilməsi işin təkzibolunmaz faktıdır. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş müqavilədən göründüyü kimi, lizinq obyektinə sahiblik hüququnun Lizinqalana verilməsindən əvvəl sığortalamalıdır və bu zaman sığorta şırkətini Lizinqverən seçir və faydalanan tərəf Lizinqverən təyin olunur. Lizinqalan bu sığorta şərtlərini pozmaqla lizinq obyektini sığortaladıqda, Lizinqverən belə sığortanı qəbul etməyə bilər və sığortanın bu maddədə göstərilən şərtlərə uyğun olaraq edilməsini tələb edə bilər. Lizinqalan Lizinq obyektinin icbari sığortasını öz vəsaiti hesabına həyata keçirməlidir. Lizinqalan bu maddənin şərtlərinə uyğun olaraq lizinq obyektini sığortalamadıqda və ya sığortalam aqdan imtina etdikdə və ya sığorta ödənişlərini gecikdirdikdə və ya bu maddədə göstərilən sığorta şərtlərini pozmaqla lizinq obyektini sığortaladıqda, Lizinqverən öz hesabına lizinq obyektini sığortalamaq hüququna malikdir. Belə halda Lizinqverən bu müqavilənin müddəti üçün benefisiar və sığorta olunmuş qismində (özünün seçdiyi sığorta şirkəti ilə sığorta müqaviləsinin həcmini və şərtlərini müəyyən edərək) Lizinq obyektini sığorta edir. Bu zaman Lizinqverən həyata keçirdiyi bütün sığorta ödənişlərinin əvəzini Lizinqalandan heç bir məhdudiyyətsiz (o cümlədən bu müqavilənin 6-cı maddəsində müəyyən edilmiş illik faiz dərəcəsi əlavə edilməklə) tələb etmək hüququna malikdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir k i, lizinq alan sığorta müqaviləsinin tərəfi olmasa da və müqavilə üzrə faydalanan şəxs qismində qeyd olunmasa da, sığorta haqqını ödəyən tərəf kimi, bundan başqa lizinq obyektinə gələcəkdə mülkiyyət hüququ əldə etmək hüququna malik şəxs qismi sığorta obyektinin sığortalanmasında marağı olan şəxsdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının lizinq alan kimi subyektiv hüquqa malik olmaması barədə dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş dıgər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsı üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 922.1-ci maddəsinə müvafiq olaraq sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə görə sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 934.1-ci maddəsinə görə bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sığortaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş 7 günlük müddət də gözlənilməmiş, iddiaçının müraciətindən 2 ay keçdikdən sonra ödənişin verilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası cavabdehin ““xxxx” QSC-nin cavabdeh kimi çıxarılması” barədə kasasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, bu dəlil də əsassızdır, belə ki, əvvəla “xxxx” QSC cavabdehin təbirincə “cavabdeh kimi çıxarılmamış”, sadəcə ona münasibətdə iddia tələbi təmin edilməmişdir. Digər tərəfdən apelyasiya mə hkəməsi mübahisəyə sığorta münasibətlərini tənzimləyən normaların tələbləri baxımından hüquqi qiymət vermiş və iddiaçının tələb etdiyi pul məbləğini iddia qarşısında əsl cavabdeh olan sığorta şirkətindən onun tələb etdiyi miqdarda tutmaqla, lakin iddianı digər cavabdeh lizinq şirkətinə qarşı təmin etməməklə iddianı qismən təmin etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “xxxx” ASC-nin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxxx” ASC kasasiya şikayəti təmin edilməsin. Bakı Apelya siya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 09 avqust 2018-ci il tarixli, 22(103)-399/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar