Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-515/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iş üzrə QƏRAR 2-2(102)-515/2023 Açar sözlər: hüquqi şəxsin ümumi yığıncağının qərarının ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “hüquqi şəxsin ümumi yığıncağının qərarının ləğv edilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyu l tarixli 2-2(103)-503/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İş materiallarında olan Cavabdeh MMC-nin 2005-ci il tarixli (sonuncu) nizamnaməsinə əsasən cəmiyyətin təsisçisi (iştirakçısı) qismində X4 və “Saaco” şirkəti çıxış edir (3-cü bənd), təsisçilər nizamnamə kapitalında bərabər paylara (50 faiz) malikdirlər (6.3-cü bənd), cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə cəmiyyətin icra orqanını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən direktor və baş mühasibi təyin etmək və və vəzifədən azad etmək daxildir (9.1.2.2-ci bənd), cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır (9.1.4-cü bənd), cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır (9.1.5-ci bənd), iştirakçıların yarıdan çoxunun iştirak etdiyi ümumi yığıncaq səlahiyyətli hesab edilir (9.1.6-cı bənd).
2. Məhkəməyə təqdim olunan 2002-ci il 25 aprel tarixli protokola əsasən, Ahmad Fakhari cavabdehin baş direktoru təyin edilmişdir.
3. İş materiallarında olan kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən təqdim olunan çıxarışdan Cavabdeh MMC-nin təsisçilərinin X4 - 50% və “Saaco” şirkəti (İİR) -50 % olduğu görünmüşdür.
4. Məhkəməyə təqdim olunan təsisçi X4 tərəfindən imzalanmış və cavabdehin möhürü ilə təsdiq edilmiş 2021-ci il 28 oktyabr tarixli protokola əsasən, yığıncaqda X4 iştirak etmiş, gündəlikdə duran məsələ Cavabdeh MMC-nin qanuni təmsilçi dəyişikliyi və dəyişikliklə bağlı qeydiyyat orqanına müraciət olunması göstərilmiş, təsisçilərin 2021-ci il 28 oktyabr tarixli ümumi yığıcağı barədə EE001741729AZ nömrəli bildiriş iddiaçıya göndərilmiş, lakin sonuncu heç bir əsas bildirmədən yığıncaqda iştirak etməmişdir, yetərsay olmadığından ümumi yığıncağın iclası 2021-ci il 3 noyabr tarixə təxirə salınmışdır.
5. İddia ərizəsinə əlavə olunmuş təsisçi X4 tərəfindən imzalanmış və cavabdehin möhürü ilə təsdiq edilmiş 2021-ci il 3 noyabr tarixli ümumi yığıncağın qərarına əsasən, iddiaçıya bildiriş göndərilməs inə baxmayaraq, heç bir əsas bildirmədən ümumi yığıcaqda iştirak etməmişdir.
6. Həmin qərara əsasən, Qanuni nümayəndə Cavabdeh MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmiş və bu barədə rəsmi sənədlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməsi vəzifəsi ona həvalə edilmişdir.
7. Məhkəməyə təqdim olunan iddiaçının nümayəndəsi və vəkili tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ünvanlanmış sorğudan və həmin soğuya verilmiş cavaba əsasən, sonuncudan cavabdehə məxsus təsis və qeydiyyat sənədlərinin surətləri tələb edilmiş, müvafiq sənədlər iddiaçının nümayəndəsi və vəkilinə təqdim edilmiş, həmin sənədlərə eləcə də EE001741729AZ və EE001742004AZ nömrəli göndərişlər əlavə edilmişdir.
8. İddiaçının nümayəndəsinin sorğusuna cavab olaraq təqdim edilmiş "xxxx" MMC-in “Azərekspresspoçt” rabitə müəssisəsi filialının 2022-ci il 15 aprel tarixli məktuba əsasən, EE001741729AZ nömrəli göndəriş 2021-ci il 19 oktyabr tarixində X4 tərəfindən müəssisəyə təqdim edilmiş, 2021-ci il 20 oktyabr tarixində təyinatı üzrə İran İslam Respublikasına yola salınmış, 2021-ci il 30 oktyabr tarixində sonuncunun poçt xidmətində qeydiyyatdan keçmiş, 2021-ci il 2 noyabr tarixində alıcıya çatdırılmaq üçün yerli çatdırılma məntəqəsinə göndərilmiş, 2021-ci il 3 noyabr tarixində həmin məntəqəyə daxil olmuş, ünvan səhvi səbəbindən çatdırıla bilməmiş və 2021-ci il 21 noyabr tarixində Azərbaycana geri qaytarılmış dır. EE001742004AZ nömrəli göndəriş 2021-ci il 29 oktyabr tarixində X4 tərəfindən müəssisəyə təqdim edilmiş, 2021-ci il 30 oktyabr tarixində təyinatı üzrə İran İslam Respublikasına yola salınmış, 2021-ci il 4 noyabr tarixində sonuncunun poçt xidmətində qeydiyyatdan keçmiş, 2021-ci il 7 noyabr tarixində alıcıya çatdırılmaq üçün yerli çatdırılma məntəqəsinə göndərilmiş, 2021-ci il 8 noyabr tarixində həmin məntəqəyə daxil olmuş, ünvan səhvi səbəbindən çatdırıla bilməmiş və 2021-ci il 21 noyabr tarixində Azərbaycana geri qaytarılmışdır. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 14 noyabr tarixində Bakı Komm ersiya Məhkəməsinə müraciət edərək, Qanuni nümayəndə cavabdehin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilməsi haqqında təsisçilərin (iştirakçıların) ümumi yığıncağının 2021-ci il 3 noyabr tarixli qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin həmtəsisçisi X4 təsisçilərinin ümumi yığıncağını keçirmək üçün həmtəsisçi olan iddiaçıya hüquqi qeydiyyat ünvanı üzrə poçt vasitəsilə yazılı müraciət edərək iclasın keçirilməsini təklif etmişdir. Guya iddiaçı təklifə münasibət bildirmədiyindən X4 ancaq özünün iştirakı ilə 2021-ci il 3 noyabr tarixində təsisçilərin ümumi yığıncağını keçirmiş və Qanuni nümayəndə cavabdehin qanuni təmsilçisi – baş direktoru təyin etmişdir. Bu barədə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən reyestrdə 2021-ci il 4 noyabr tarixində qeydiyyat aparılmış və ona müvafiq çıxarış verilmişdir. İddiaçı tərəfindən araşdırılarkən müəyyən edilmişdir ki, həmtəsisçi X4 cavabdehin təsisçilərinin yığıncağını çağırmaq üçün təkliflərini qəsdən iddiaçının hüquqi qeydiyyat ünvanı olan İran İslam Respublikası, Şərqi Azərbaycan Vilayəti, Təbriz şəhəri, Abresan kəsişməsi, Rəsa binası, mərtəbə 5 ünvanına deyil, fərqli ünvana göndərmişdir. Ünvanlar qəsdən yanlış yazıldığından bildirişlərin həmin ünvana da çatdırılması mümkün olmamışdır. Eləcə də ümumi yığıncağı qanunla müəyyən edildiyi kimi cavabdehin icra orqanı deyil, qanunsuz olaraq Tağı İbrahimov çağırmışdır. Halbuki ümumi yığıncaq təsisçi kimi Tağı İbrahi movun təklifi ilə cavabdehin icra orqanı tərəfindən çağrıla bilərdi. Ümumi yığıncağın keçiriləcəyi vaxt və yer barədə göndərildiyi göstərilən bildirişlərin nüsxələri vergi orqanına təqdim edilməmişdir. Ümumiyyətlə, belə bir bildirişin həqiqətən də tərtib edilərək göndərildiyini təsdiq edən sübutlar olmamışdır. X5 cavabdehin qanuni təmsilçisi və direktoru Ahmad Fakharini azad etmədən qanunsuz tərtib etdiyi 2021-ci il 3 noyabr tarixli qərarı Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim etməklə Qanuni nümayəndə cavabdehin qanuni təmsilçisi – baş direktoru kimi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən hüquqi qeydiyyatının aparılmasına və çıxarışı almağa nail olmuşdur. Bu isə cavabdehin bərabər paylarla digər təsisçisi kim i iddiaçının qanunla qorunan mənafelərinə, ona məxsus böyük bazar qiymətlərinə malik daşınmaz əmlaklarının özgəninkiləşdrilməklə əldən çıxmasına real təhlükə yaratmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin arayışına əsasən, cavabdehin mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 87A saylı əmlak kompleksi və ev 89-da 10 və 11 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi, 9 saylı qeyri-yaşayış sahələri vardır. Qeyd edilənlərə əsasən Qanuni nümayəndə cavabdehin qanuni təmsilçilik funksiyasına malik direktoru təyin edilməsi barədə 2021-ci il 3 noyabr tarixli qərarının ləğv edilməsi tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə bağlı zəruriyyət yaranmışdır.
11. İddia tələbinin maddi hüquqi əsası k imi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 91.1-4, 91.1-5, 91.1-6, 91.1-7-ci maddələrinə istinad edilmişdir.
12. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 23 fevral tarixli e-2-2(113)-360/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin (VÖEN – **********) qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Qanuni nümayəndə təyin edilməsi barədə cavabdehin ümumi yığıncağının 2021-ci il 3 noyabr tarixli qərarın ləğv edilməsi qət edilmişdir (hakim – N.Əhmədova).
14. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı mübahisə üzrə sübutetmə predmetinə hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının qanunvericiliyin tələblərinə uyğun keçirilib-keçirilməməsinin müəyyən olunması daxildir.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən etmişdir ki, iddiaçı və X4 cavabdehin nizamnamə kapitalında bərabər-hər biri 50 fazi paya malik olmuş, Ahmad Fakhari 2002-ci il 25 aprel tarixində cavabdehin direktoru təyin edilmişdir. X4 qanuni təmsilçi dəyişikliyi və dəyişikliklə bağlı qeydiyyat orqanına müraciət olunması məqsədilə 2021-ci il 28 oktyabr tarixə cavabdehin iştirakçılarının (təsisçilərinin) növbədənkənar ümumi yığıncağını çağırmış, yığıncaq barəsində bildirişi 2021-ci il 19 oktyabr tarixində poçt rabitəsinə təqdim etmiş, bildiriş 2021-ci il 3 noyabr tarixində İran İslam Respublikasının yerli poçt məntəqəsinə daxil olmuş, çatdırıla bilməmiş və 2021-ci il 21 noyabr tarixində A zərbaycana geri qaytarılmışdır. 2021-ci il 28 oktyabr tarixə təyin olunmuş ümumi yığıncaqda iddiaçı iştirak etməmiş, X4 iştirak etmiş, yetərsay olmadığından ümumi yığıncaq 2021-ci il 3 noyabr tarixə təxirə salınmış, X4 yığıncaq barəsində bildirişi 2021-ci il 29 oktyabr tarixində poçt rabitəsinə təqdim etmiş, bildiriş 2021ci il 7 noyabr tarixində İran İslam Respublikasının yerli poçt məntəqəsinə daxil olmuş, çatdırıla bilməmiş və 2021-ci il 21 noyabr tarixində Azərbaycana geri qaytarılmışdır. 2021ci il 3 noyabr tarixli ümumi yığıncaqda iddiaçı iştirak etməmiş, X4 iştirak etmiş, Qanuni nümayəndə cavabdehin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilməsi qərara alınmışdır.
16. Göründüyü kimi, qanunverici məhdud məsuliyyətli cəmiyyətinin icra orqanı (hazırkı halda tək başçı icra orqanı-direktoru təyin etmək) yaratmaq və onun səlahiyyətinə vaxtından əvvəl xitam vermək iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid etmiş, ümumi yığıncağın səlahiyyətli olması birinci çağırışda ən azı cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçılarının, ikinci çağırışda isə ən azı cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçılarının iştirakı ilə şərtləndirilmişdir.
17. Eyni zamanda, MM-də cəmiyyətin idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydasının MM-ə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilməsi qeyd olunmuşdur ki, hazırkı iş üzrə cavabdehin nizamnaməsinə əsasən, təsisçilər (iştirakçılar) iştirakçıların yarıdan çoxunun iştirak etdi yi ümumi yığıncağın səlahiyyətli hesab edilməsini razılaşdıraraq nizamnamədə qeyd etmişlər (nizamnamənin 9.1.6 bəndi).
18. Qeyd edilmişdir ki, mülki qanunvericilik məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağının çağrılması üçün iştirakçılara məlumat verilməsinin forma və qaydası barədə bilavasitə tənzimləmə həyata keçirməsə də, hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək hüququnu tanımışdır. Bu mənada məhkəmə qeyd etmişdir ki, mülki hüquqların onların realizə olunma imkanı olmadan xəyali və nəzəri xarakterə malik olması hüquqi dövlət anlayışı ilə üst-üstə düşmür, qanunçuluq və hüquq qaydası həmin hüquqların həqiqi təminat mexanizminə və realizə imkanına malik olmasını tələb edir. Təsadüfi deyil ki, MM-in 17.1-ci maddəsində qeyd olunm uşdur ki, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.
19. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, MM-in 91.1-3-cü maddəsi cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılmasını nəzərdə tutmuşdur. Hazırkı iş üzrə cavabdehin nizamnaməsində növbədənkənar ümumi yığıncağın çağırılmasının dəqiq qaydası qeyd olunmamışdır.
20. İşin müəyyən olunmuş halları göstərmişdir ki, cavabdehin iştirakçılarının növbədənkənar ümumi yığıncağı 2021-ci il 28 oktyabr tarixində keçirilərkən həmin yığıncağa çağırış üçün iddiaçıya yollanmış bildiriş hələ İran İslam Respublikasının poçt xidməti tərəfindən qəbul edilməmiş, 2021-ci il 3 noyabr tarixli yığıncaq keçirilərkən də həmin yığıncağın yeri və vaxtı barədə bildiriş hələ İran İslam Respublikasının poçt xidməti tərəfindən qeydiyyata alınmamışdır.
21. Məhkəmə nəzərə almışdır ki, poçt göndərişlərinin izləmə kodu göndərişi edən təsisçi X3 poçt müəssisəsi tərəfindən təqdim edilmiş və həmin göndərişin izlənmə imkanı sonuncuda olmuşdur. Həmçinin iddiaçı hüquqi şəxsin ünvanı İran İslam Respublikasında olduğu halda, X4 növbədənkənar yığıncağı sadəcə 5 gün təxirə salmışdır. Eləcə də cavabdehin nümayəndəsi poçt göndərişindən başqa, iddiaçının hər hansı digər üsulla xəbərdar edilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Bu mənada məhkəmə cavabdehin iştirakçılarının hər iki yığıncağının ke çirilməsi barədə iddiaçının lazımi qaydada xəbərdar olunmadığı və qanunla ona verilmiş hüqunun realizə imkanından məhrum olduğu qənaətinə gəlmişdir.
22. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, təsisçilər (iştirakçılar) mülki qanunveriliciyin ümumi yığıncağın keçirilməsi üçün yetərsay barədə müəyyən etdiyi qaydadan fərqli qayda müəyyən etmiş, iştirakçıların yarıdan çoxunun iştirak etdiyi ümumi yığıncağın səlahiyyətli hesab edilməsini razılaşdıraraq nizamnamədə qeyd etmişlər (nizamnamənin 9.1.6 bəndi). Buna baxmayaraq 2021-ci il 3 noyabr tarixli ümumi yığıncaqda 50% paya malik iştirakçı iştirak edərək müvafiq qərar qəbul edilmişdir.
23. Bundan başqa, MM-in 91.1-3 və 91.1-5-ci maddələrinə əsasən, cəmiyyətin iştirakçılarının ümumi yığıncağı, eləcə də yetərsay olmadıqda, təkrar ümumi yığıncaq cə miyyətin icra orqanı tərəfindən çağırılmalıdır. Hazırkı işə əsasən, 2021-ci il 28 oktyabr və 2021-ci il 3 noyabr tarixə təyin olunmuş ümumi yığıncaq hüquqi şəxsin icra orqanı tərəfindən deyil, təsisçisi tərəfindən çağırılmışdır.
24. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağı qanunvericiliyin və hüquqi şəxsin nizamnaməsinin tələblərinə əməl olunmadan keçirilmişdir.
25. Məhkəmə öz mövqeyini MM-in 17.1, 89, 91.1-1, 91.1-3, 91.1-4, 91.1-5, 91.2, 91.3, 91.3.2-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Cavabdeh 2023-cü il 6 aprel tarixində apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2023- cü il 23 fevral tarixli e-2-2(113)-360/2023 saylı qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 7 iyul tarixli 22(103)-503/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 23 fevral tarixli 2-2(113)-360/2023 saylı qətnaməsinin ləğv, iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən hakim – V.Baxışova, hakimlər – E.Kazımov və A.Hüseyn).
28. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçı xarici hüquqi şəxs olduğundan mübahisə xarici elementlidir. İddiaçının tələbi hüquqi ünvanı Azərbaycan Respublikasında olan hüquqi şəxsi cavabdehin ümumi yığıncağının qəra rının ləğvi barədə olduğundan işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aid olduğu üçün Bakı Kommersiya Məhkəməsi işə baxmağa səlahiyyətli olmuşdur.
29. Məhkəmə hesab etmişdir ki, hüquqi şəxsin təsisçisinin hüquqi şəxsin ümumi yığıncağında iştirak etmək və səs vermək hüququ qeyri-əmlak xarakterli hüquq olduğundan məhkəmə “Beynəlxalq xüsusi hüquq” haqqında Qanunun 23-cü maddəsini analogiya qaydasında tətbiq edərək təsisçinin cavabdehin ümumi yığıncağında iştirak etmək hüququnun Azərbaycan Respublikasında realizə edilməli hüquq olduğu üçün mübahisəyə hüququn həyata keçirildiyi ölkənin, yəni Azərbaycan Respublikasının qanunvericiliyi əsasında baxılmasının düzgün olması nəticəsinə gəlmişdir.
30. Mübahisə ilə bağlı məhkəmə ilk öncə qeyd etmişdir ki, MM-də təşkila tı hüquqi forması MMC olan hüquqi şəxsin ümumi yığıncağının qərarlarının ləğv edilməsi əsasları nəzərdə tutulmamışdır. Hüquqi şəxsin ümumi yığıncağı hüquqi şəxsin təsisçilərindən ibarət qurum olaraq qəbul etdiyi qərarların digər təsisçilərin və hüquqi şəxsin mənafeyinə uyğun olub-olmamasına görə özü məsuliyyət daşıdığından qanunvericilikdə məhkəməyə hüquqi şəxsin ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarları bu baxımdan təftiş etmək, digər təsisçinin mənafeyinə uyğun olmayan qərarı ləğv səlahiyyəti verilməmişdir. Buna görə də, hüquqi şəxsin ümumi yığıncağının qərarı mübahisələndirildiyi halda məhkəmənin səlahiyyəti yalnız yığıncağı çağırmış şəxs tərəfindən ümumi yığıncaqda iştirak etmək səlahiyyətinə malik təsisçilərin iştirakının təmin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş tələ bə əməl edilib-edilməməsini yoxlamaqla məhdudlaşır.
31. Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, MM-in 91.1-5-ci maddəsində cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncağın cəmiyyətin icra orqanı tərəfindən çağırılması nəzərdə tutulmuş, hazırkı halda isə həm 2021-ci il 28 oktyabr, həm də 2021-ci il 3 noyabr tarixlərdə nəzərdə tutulmuş ümumi yığıncaqlar təsisçi tərəfindən çağırılmışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, hüquqi şəxsin ümumi yığıncağını çağırmaq öhdəliyinin icra orqanına aid olması qanunla müəyyən edilmiş ümumi qaydadır. MM-də hüquqi şəxsin təsisçinin ümumi yığıncağı çağırmaq hüququnu istisna edən hər hansı norma yoxdur. Hətta MM-in 91.1-3cü maddəsində qeyd edilir ki, cəmiyyətin iştirakçılarının növbədənkəna r ümumi yığıncağı bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırıla bilər. Eyni müddəa cavabdehin sonuncu nizamnaməsinin 9.1.6-cı bəndində də nəzərdə tutulmuşdur. Məhkəmə hesab etmişdir ki, 10/1 səs hüququna malik təsisçinin növbədənkənar ümumi yığıncaq çağırılmasını tələb etmək hüququ qanunda nəzərdə tutulmuşsa, bu hüququn yetərsay olmadıqda təkrar çağırılan ümumi yığıncağa aid olmadığını və həmin yığıncağın yalnız icra orqanı tərəfindən çağırıldıqda qanuni olduğunu düşünmək məntiqsizdir. Əks halda icra orqanının rəhbəri vəfat etdiyi təqdirdə təsisçilər tərəfindən çağırılan bütün növbədənkənar ümumi yığıncaqlar qanunsuz sayılar.
32. İddiaçının mübahisələndirilən qərarın qanunsuz olduğunu əsaslandırmaq üçün istinad etdiyi digər hal ondan ibarətdir ki, həmtəsisçi X4 cavabdehin təsisçilərinin yığıncağını çağırmaq üçün təkliflərini qəsdən iddiaçının hüquqi qeydiyyat ünvanı olan İran İslam Respublikası, Şərqi Azərbaycan Vilayəti, Təbriz şəhəri, Abresan kəsişməsi, Rəsa binası, mərtəbə 5 ünvanına deyil, fərqli ünvana göndərmişdir. Bu mülahizə ilə bağlı cavabdeh məhkəməyə bildirmişdir ki, ümumi yığıncaqla bağlı bildirişlərin göndərildiyi ünvanın (Təbriz şəhəri, 29, Bəhmən Bulvarı, Su və Kanalizasiya İdarəsinin qarşısı, Zümrüd binası, 4-cü mərtəbə, dairə “A”) iddiaçıya məxsus olması barədə iddiaçı özü məlumat vermiş, bütün yazışmalar bu ünvanla aparılmış, ünvanın dəyişdiyinə dair qarşı tərəfdən hər hansı məlumat təqdim edilməmişdir.
33. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəsatətinə əsasən məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı 2013-cü il 25 may tarixində nümayəndə təyin etdiyi X1 verdiyi etibarnamədə hüquqi şəxsin qeydə alınmış və inzibati binasının yerləşdiyi ünvanı Təbriz şəhəri, 29, Bəhmən Bulvarı, Su və Kanalizasiya İdarəsinin qarşısı, Zümrüd binası, 4-cü mərtəbə, dairə “A” göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, sözügedən etibarnamə cavabdehin özündə olmadığı üçün həmin sübutu birinci instansiya məhkəməsinə təqdim etmək imkanı olmadığından apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul edilməlidir. Bu etibarnaməyə əsasən müəyyən olunmuşdur ki, ümumi yığıncağın keçiriləcəyinə dair bildir işlərin digər təsisçi tərəfindən qəsdən yanlış ünvana göndərildiyinə dair iddiaçının dəlili əsassızdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, iddiaçı digər həmtəsisçiyə 2013-cü ildən sonra inzibati binasının yerləşdiyi ünvanın dəyişməsi barədə hər hansı məlumat göndərmədiyindən bildirişlərin həmtəsisçi X4 tərəfindən ona məlum olan sonuncu ünvana göndərilməsi pozuntu hesab edilə bilməz.
34. İddiaçının digər dəlili bundan ibarətdir ki, ümumi yığıncağın keçirilməsi barədə bildirişlər iddiaçıya çatmamışdır. Bu mülahizə ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu hal o halda ümumi yığıncağın qərarının ləğv edilməsinə əsas ola bilərdi ki, ümumi yığıncaqla bağlı bildişlərin çatmamasına görə bildirişi göndərmiş şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı halda işdən müəyyən olu nmuşdur ki, cavabdehin təsisçilərin növbədənkənar ümumi yığıncağının 2021-ci il 28 oktyabr tarixdə keçiriləcəyi barədə bildiriş 2021-ci il 19 oktyabr tarixdə göndərilməsi üçün poçt şöbəsinə təqdim edilmiş, həmin bildirişin çatması barədə məlumat daxil olmamış, iclasın təxirə salınması barədə ikinci bildiriş isə 2021-ci il 29 oktyabr tarixdə göndərilməsi üçün poçta təqdim edilmişdir. “Azərekspresspoçt” Rabitə müəssisəsinin iş materiallarına əlavə edilmiş arayışından müəyyən olunmuşdur ki, İran İslam Respublikasının poçt xidməti tərəfindən bildirişlərin çatdırılmamasının səbəbi ünvanın səhv olması, yəni iddiaçının göndərilmiş ünvanda fəaliyyət göstərməməsi olmuşdur. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçının inzibati binasının yerləşdiyi Təbriz şəhəri, 29, Bəhmən B ulvarı, Su və Kanalizasiya İdarəsinin qarşısı, Zümrüd binası, 4-cü mərtəbə, dairə “A” ünvanının dəyişdiyinə dair həmtəsisçiyə məlumat verilməməsi ilə bağlı məsuliyyət iddiaçının üzərinə düşdüyündən iddiaçı bu əsasa istinad etməklə ümumi yığıncağın qərarının ləğv edilməsini tələb edə bilməz.
35. İddiaçının nümayəndəsi və vəkilinin iddia ərizəsində qeyd edilməmiş, məhkəmə iclaslarında səsləndirdiyi mülahizələrlə bağlı məhkəmə qeyd etmişdir ki, 2021-ci il 28 oktyabr tarixə təyin edilmiş ümumi yığıncaq barədə 2021-ci il 19 oktyabr tarixdə poçta təhvil verilmiş poçt göndərişinin qaiməsinin üzərində zərfin çatdırılacağı hüquqi şəxsin adının və “29” rəqəminin qeyd edilməməsi iddiaçı ünvanda fəaliyyət göstərmiş olsaydı bildirişin çatmaması üçün əsas ola bilməzdi. Hamıya məlum olan haldır ki, poçt göndərişinin ünvanlandığı şəxsin adı yalnız qaimədə deyil, eyni zamanda poçt zərfinin üzərində qeyd olunduğundan zərfin hansı hüquqi şəxsə çatmalı olduğu məlum olmuş və poçt şöbəsi göndərişi bu əsasla qaytarmamışdır. Bundan əlavə zərfin çatdırılacağı ünvanın Bəhmən Bulvarı, Su və Kanalizasiya İdarəsinin qarşısı, Zümrüd binasında yerləşdiyi (Bəhmən Bulvarında cəmi bir Su və Kanalizasiya İdarəsi olduğu nəzərə alınarsa) aydın qeyd edildiyindən “29” rəqəminin qeyd edilməməsi bildirişin çatdırılmaması üçün əsas ola bilməzdi. İşdən görünür ki, 2-ci göndərişdə ünvan tam qeyd edilsə də, həmin bildiriş də eyni əsasla “ünvan səhv olduğuna” görə çatmamışdır.
36. MPM-nin 91.1-5-ci maddəsinə əsasən yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçılar iştirak etdik də səlahiyyətli sayıldığından 2021-ci il 3 noyabr tarixə təyin olunmuş ümumi yığıncağın qərarının ləğv edilməsi üçün qanuni əsaslar müəyyən olunmamışdır.
37. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-nin 89, 91.1, 91.1-1, 91.1-2, 91.1-3, 91.1-4, 91.1-5, 91.2, 91.3-cü; “Beynəlxalq xüsusi hüquq” haqqında Azərbaycan Respublikası Qanunun 1.1, 1.2, 1.3, 23-cü; MPM-in 28, 372.2, 439.1, 440.1, 440.2, 444.0, 444.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
38. Həmin qətnamə 2023-cü il 21 iyul tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.
39. İddiaçı 2023-cü il 31 iyul tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyul tarixli 2-2(103)-503/2023 saylı qətnaməsini tamamilə ləğv edərək apellyasiya instansiyası məh kəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
40. MM-in 91.1, 91.1-1, 91.1-3 və 91.1-5-ci maddələrinin tələbləri pozulmuşdur – növbədən kənar ümumi yığıncağı çağıran və keçirərək qanuni təmsilçini təyin edən (əvvəlkini azad etmədən) iştirakçı Tağı İbrahimovun nizamnamə kapitalındakı payının miqdarı 50 faizdir. Ona görə də onun təkbaşına keçirdiyi ümumi yığıncaq səlahiyyətli olmamışdır. "xxxx" MMC-nin “Azərekspresspoçt” rabitə müəssisəsi filialının işə əlavə edilmiş 2022-ci il 15 aprel tarixli PİKNŞ-137/163 saylı arayışına əsasən, MMC-nin təsisçisi Tağı İbrahimov ümumi yığıncağın çağırılması barədə bildirişi iddiaç ıya EE001741729AZ nömrəli göndərişlə 2021-ci il 19 oktyabr tarixdə AZ9602 kodlu stasionar qəbul məntəqəsi vasitəsilə iddiaçının qeydiyyatda olduğu və faktiki fəaliyyət göstərdiyi ünvana deyil, fərqli ünvana göndərmişdir. Göndərişdə bildirişin kimə çatacağı qeyd olunmamışdır.
41. Zərfin özü və ya fotosu məhkəməyə təqdim edilmədiyindən məhkəmə kollegiyasının guya zərfin özündə bildirişin kimə çatacağının göstərilməsi barədə qətnamədəki qeydi əsassızdır, cavabdehin marağına xidmət edir. Arayışa əsasən, göndərişdə ünvan düzgün göstərilmədiyindən çatdırılması mümkün olmamış, Bakıdakı stasionar qəbul məntəqəsinə qaytarılmış, məktubu götürməsi Tağı İbrahimova təklif edilsə də götürməmişdir.
42. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak et dikdə səlahiyyətlidir. İddiaçının ikinci dəfə də ümumi yığıncaqda iştirakı qanunsuz olaraq təmin edilməyib. Ümumi yığıncağın keçiriləcəyi vaxt və yer barədə ona lazımı qaydada məlumat verilməmişdir. Həmin ümumi yığıncağın çağırılması qaydası barədə qanunun tələbi pozulmuşdur.
43. Məhkəmə kollegiyasının təsisçinin MMC-nin ümumi yığıncağının çağırılması barədə hərəkətinin qanuni olması barədə qanunun mənası təhrif edən izahı yolverilməzdir, cavabdehin maraqlarına xidmət etmişdir. Məhkəmə kollegiyası qanuni təmsilçinin təyin edilməsi barədə ikinci ümumi yığıncaq keçirilərkən bildirişin hələ İran İslam Respublikasına çatdırılmaması kimi işin nəticəsinə təsir edən mühüm halı gizlətmiş, qətnamədə iddiaçının dəlili və işin halı kimi göstərməmiş, cavabdehin mənafeyini güdərək hüquqi qiymət verməmi şdir. İkinci bildirişin göndərildiyi poçt göndərişində də bildirişin kimə göndərildiyi qeyd olunmamış, iddiaçının faktiki və hüquqi ünvanı əvəzinə fərqli ünvan qeyd olunmuşdur. Məhkəmə kollegiyasının Tağı İbrahimovun iddiaçının həqiqi hüquqi ünvanı ilə məlumatlandırılmaması barədə qətnamədə gəldiyi nəticə ilə razılaşmaq olmaz.
44. Belə ki, MMC-də və Tağı İbrahimovda iddiaçının əlaqə telefonları poçt ünvanları barədə məlumatlar olmuşdur. Sədrlik edən və məruzəçi hakim cavabdehin istəyinə uyğun olaraq onun etibarnaməni əldə etmək üçün sorğu verilməsinə dair ikinci ərizəsinin 2023-cü il 4 iyun tarixində qəbul edib, növbəti məhkəmə iclasında müzakirə etmədən, növbəti məhkəmə iclasınadək, yəni 2023-cü il 7 iyul tarixində keçirilən iclasa qədər vergi orqanına etibarnamə axtarışı ilə əlaqədar iki nci sorğunu vermişdir. Vergi orqanının bildirişlərdə qeyd olunmuş ünvanın əks etdirən etibarnamənin məlum olmayan mənbədən tapılaraq hakimə göndərilməsi haqqında məktubu elektron məhkəmə portalında 2023-cü il 10 iyul tarixində qeydiyyatdan keçmişdir, etibarnamə isə qeydiyyatdan keçməmişdir. Maraqlıdır ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olmuş etibrnamənin elektron məhkəmə portalında qeydiyytadan keçməməsinə, vergi orqanının məktubunun isə qətnamə çıxarılandan 3 gün sonra portalda yerləşdirilməsinə baxmayaraq, həm də qanunla apellyasiya məhkəməsində sübutların təqdim edilməsinə və qiymətləndirilməsinə yol verilmədiyi halda etibarnamənin surəti (əsli tələb edilmədən) sübut kimi cavabdehin xeyrinə qiymətləndirilmiş, məhkəmə kollegiyası özünü maraqlı tərəf kimi göst ərmişdir.
45. MPM-in 19.1, 19.1.7, 22.3, 129.2, 120.3, 130.3, 366.1, 366.2, 372.1 və 372.2-ci maddələrinin tələbləri pozulmuşdur – cavabdehin qətnamədən apellyasiya şikayəti mülki prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, qətnamə elektron məhkəmə kabineti vasitəsilə cavabdehə 2023-cü il 6 mart tarixində təqdim edilmiş, cavabdeh tərəfindən isə apellyasiya şikayəti məhkəməyə elektron qaydada 2023-cü il 6 aprel tarixində, yəni bir aylıq prosessual müddətin tamam olduğu gündən sonrakı gün təqdim edilmişdir. Apellyasiya məhkəməsi qanunun həmin tələblərini pozmuşdur.
46. Cavabdeh apellyasiya baxışı zamanı məhkəməyə bildirişlərdə göstərilən ünvanın düzgünlüyünü sübut etmək üçün iddiaçının adından verildiyi göstərilən etibarnamənin surətini əla və etmişdir. Həmin etibarnamənin əsli cavabdehdə olmamışdır. Cavabdeh həmin etibarnamənin surətini və ya əslini birinci instansiya məhkəməsində də məhkəməyə təqdim etmək imkanı olmuşdur. Etibarnamənin surəti cavabdeh tərəfindən apellyasiya baxışının gedişində məhkəmə portalına daxil edilmişdir. Hakim qanunun tələbini pozaraq cavabdehin ərizəsinə əsasən 2023-cü il 31 may tarixli məhkəmə iclasında etibarnamənin əldə olunması məqsədilə vergi orqanına sorğu ilə müraciət etmişdir. Alınmış cavabda etibarnamənin olmadığı göstərilmişdir. Buna baxmayaraq sədrlik edən və məruzəçi hakim işin nəticəsi ilə maraqlı olduğundan cavabdehin istəyinə uyğun olaraq 2023-cü il 4 iyun tarixində cavabdehin etibarnamə axtarmaq barədə ərizəsinin qəbul etmişdir, növbəti məhkəmə iclasında müzakirə etmədən, növbəti mə hkəmə iclasınadək, yəni 2023-cü il 7 iyul tarixində keçirilən iclasa qədər vergi orqanına etibarnamə axtarışı ilə ikinci sorğunu vermişdir.
47. Vergi orqanının bildirişlərdə qeyd olunmuş ünvanın əks etdirən etibarnamənin məlum olmayan mənbədən tapılaraq hakimə göndərilməsi haqqında məktubu elektron məhkəmə portalında 2023-cü il 10 iyul tarixində qeydiyyatdan keçmişdir. Etibarnamə isə qeydiyyatdan keçməmişdir. Halbuki, qətnamə həmin sübuta istinad edilməklə bundan əvvəl, yəni 2023-cü il 7 iyul tarixində çıxarılmışdır. Maraqlıdır ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olmuş etibarnamənin elektron məhkəmə kabinetində qeydiyyatdan keçməməsinə, vergi orqanının məktubunun isə qətnamə çıxarılandan 3 gün sonra portalda yerləşdirilməsinə baxmayaraq, həm də qanunla apellyasiya məhkəməsində sübutların təqdim edilməsinə və qiymətləndirilməsinə yol verilmədiyi halda etibarnamənin surəti (əsli də tələb edilməmişdir) sübut kimi cavabdehin xeyrinə qiymətləndirilmiş, məhkəmə kollegiyası özünü maraqlı tərəf kimi göstərmişdir. Məhkəmə kollegiyası bununla MPM-nin 372.1 və 372.2-ci maddələrinin tələblərini pozmuşdur.
48. Məhkəmə 2023-cü il 7 iyul tarixində iddia ərizəsinin baxılması başa çatdırılanadək elektron məhkəmə kabineti vasitəsilə məhkəmə tərkibinə iddiaçı tərəfindən etiraz təqdim olunmuşdur. Məhkəmə kollegiyası etirazı müzakirə etməmişdir. Məcəllənin 22.3-ci maddəsinə görə məhkəmədə işlərə kollegial baxıldığı zaman hakimlərdən birinə edilmiş etiraz, etiraz edilənin iştirakı olmadan digər hakimlər tərəfindən həll edilir. Etirazın lehinə və əleyhinə verilən səsləri n sayı bərabər olduqda, hakim kənar edilmiş hesab edilir. Apellyasiya və kassasiya qaydasında işə baxan bir neçə hakimə və ya bütün məhkəmə tərkibinə edilən etiraz apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin sədrləri tərəfindən həll edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. IV. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
50. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
51. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliy i və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
53. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
89. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsi Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir.” “Maddə
91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən tək başına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ il ə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilibedilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər.[87] 91.1-2. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. 91.1-3. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. 91.1-4. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 91.1-5. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin niz amnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.... 91.2. Cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatların ı təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; 91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 91.3.5. cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək....” 54. “Beynəlxalq xüsusi hüquq” haqqında Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi 1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə t ətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir....” “Maddə
23. Şəxsi qeyri-əmlak hüquqları Şəxsi qeyri-əmlak hüquqlarına, onların müdafiəsinə bu hüquqların həyata keçirildiyi ölkənin hüququ tətbiq edilir.”
55. Azərbaycan Respublikası Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” “Maddə
439. Xarici şəxslərin prosessual hüquqları 439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır....” “Maddə
440. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 440.2. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir....” “Maddə
444. Müstəsna səlahiyyət 444.0. Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aşağıdakılar daxildir: 444.0.1. daşınmaz əmlaka əşya hüququ, eləc ə də həmin əmlakın icarəyə verilməsi və ya girov qoyulması haqqında iddialara dair işlər, əgər onların predmeti olan əmlak Azərbaycan Respublikasının ərazisindədirsə; 444.0.2. hüquqi şəxsin həqiqiliyinin və ya qeyri-həqiqiliyinin tanınması və hüquqi şəxsin buraxılması, yaxud onun qərarlarının ləğv edilməsi iddialarına dair işlər, əgər hüquqi şəxsin Azərbaycan Respublikasında hüquqi ünvanı (olduğu yer) vardırsa; 444.0.3. patent, marka və ya digər hüquqların həqiqiliyinin tanınması iddialarına dair işlər, əgər bu hüquqların qeydə alınması və ya onların qeydə alınması üçün ərizələrin verilməsi Azərbaycan Respublikasında olmuşdursa; 444.0.4. məhkəmə baxışı zamanı məcburi icra tədbirləri barədə qəbul edilmiş qətnamə Azərbaycan Respublikasında irəli sürülmüş və yaxud həyata keçirilmişsə; 444.0.5. yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər; 444.0.6. əgər ər-arvadın hər ikisinin Azərbaycan Respublikasında yaşayış yerləri vardırsa, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın pozulmasına dair işlər.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyul tarixli, 2-2(103)-503/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlan ılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
57. Kassasiya şikayətinin ilk dəlili bundan ibarət olmuşdur ki, növbədənkənar ümumi yığıncağı çağıran və keçirərək qanuni təmsilçini təyin edən iştirakçı Tağı İbrahimovun nizamnamə kapitalındakı payının miqdarı 50 faiz olduğundan həmin ümumi yığıncaq səlahiyyətli olmamışdır.
58. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya şikayətinin yuxarıda göstərilən ilk dəlili də daxil olmaqla ümumilikdə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmuş və həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada qiymətləndirilmişdir.
59. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin şikayətin göstərilən dəlilinə münasibətdə apardığı hüquqi qiymətləndirmə ilə razılaşaraq qeyd edi r ki, hüquqi şəxsin ümumi yığıncağını çağırmaq öhdəliyinin icra orqanına aid olması qanunla müəyyən edilmiş ümumi qayda olsa da, mülki qanunvericilikdə hüquqi şəxsin təsisçisinin ümumi yığıncağı çağırmaq hüququnu istisna edən norma da mövcud deyildir. Bunula yanaşı, MM-də cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının bütün səslərin azı onda birinə malik olan iştirakçılarının tələbi ilə çağırıla bilməsi nəzərdə tutulduğundan, habelə bu cavabdehin nizamnaməsində də öz əksini tapdığından, hazırkı halda belə səs hüququna malik T.İbrahimov tərəfindən cəmiyyətin ümumi yığıncağının çağırılmasının qanunsuz olmasına dair iddiaçının dəlilləri əsaslı sayıla bilməzdi.
60. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya ümumi yığıncağın keçiril məsi barədə bildirişlər onun qeydiyyatda olduğu və faktiki fəaliyyət göstərdiyi ünvana deyil, fərqli ünvana göndərilmişdir.
61. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya şikayətinin də dəlillərindən biri olan göstərilən dəlili üzrə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh bildirişlərin iddiaçı tərəfindən ona məlumat verilmiş və yazışmaların aparıldığı ünvana göndərildiyini bildirmiş, apellyasiya məhkəməsi isə cavabdehin vəsatətinə əsasən Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquq Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə verilmiş sorğuya cavab olaraq göndərilmiş 2013-cü il 25 may tarixli etibarnamədə də iddiaçının ünvanı kimi cavabdehin ona bildirişləri göndərmiş olduğu ünvan öz əksini tapmışdır. Həmin etibarnamənin cavabdehdə olmas ı ehtimalı mövcud olmadığından məhkəmə dövlət orqanı tərəfindən göndərilmiş həmin etibarnaməni MPM-in 372.2-ci maddəsi baxımından sübut kimi qiymətləndirməkdə haqlı olmuşdur.
62. İddiaçının kassasiya şikayətinin apellyasiya məhkəməsinin istinad etdiyi etibarnamənin və Vergi Xidmətinin sorğuya cavabının məhkəmə qətnaməsi qəbul olunduqdan sonra yəni 2023-cü il 10 iyul tarixdə əldə olunmasına dair dəlilinə münasibətdə qeyd olunmalıdır ki, işdən göründüyü kimi sorğuya cavab və etibarnamə vergi orqanından elektron məktub şəklində apellyasiya məhkəməsi tərəfindən qətnamənin qəbul olunduğu 2023-cü il 7 iyul tarixindən əvvəl, yəni 2023cü il 5 iyul tarixdə göndərilmişdir (İİ cild, iş.v33).
63. Kassasiya şikayətinin cavabdehin apellyasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsinə dair də lilinə münasibətdə qeyd olunmalıdır ki, MPM-in 128.3-cü maddəsinə əsasən, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün 1 ay prosessual müddət nəzərdə tutulmuş (MPM-in 360-cı maddəsi), cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi 6 mart 2023-cü il tarixdə əldə olunmaqla, MPM-in 128.3-cü maddəsinin tələbi çərçivəsində prosessual müddət ötürülməməklə 6 aprel 2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin göstərilən dəlili əsaslı sayıla bilməz.
64. Kassasiya şikayətinin məhk əmə tərkibinə etiraz edilmiş olmasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, işdən göründüyü kimi iddiaçının vəkili qətnamənin qəbul olunduğu 2023-cü il 7 iyul tarixli məhkəmə iclasında məhkəmə tərkibinə və məhkəmə iclas katibinə etirazının olmadığını bildirmiş, məhkəmə iclası qətnamənin elan olunması üçün bir neçə saat təxirə salındıqdan sonra, bu zaman kəsimində elektron qaydada etirazını göndərsə də, məhkəmə qətnaməsinin elan olunduğu məhkəmə iclasında da iştirak etməmişdir (İİ cild, iş.v42). Bu isə, həmin etirazın və kassasiya şikayətinin müvafiq dəlilinin də formal xarakter daşıdığını göstərir.
65. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 66. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmışdır.
68. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir k i, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
69. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyul tarixli 2-2(103)-503/2023 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
70. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
71. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyul tarixli 2-2(103)-503/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.