Məhkəmə qərarları › İş №2-2(102)-516/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-516/2022

01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-516/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Dövlət Xidmətinin Cavabdeh ASC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi 01.07.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli 2-2(103)-326/2022 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: I. İŞİN HALLARİ

1. Dövlət Xidməti (bundan sonra – “İddiaçı”) 2021-ci il 7 may tarixində Cavabdeh ASCyə qarşı (bundan sonra – “Cavabdeh”) id dia ərizəsi ilə və 2021-ci il 16 noyabr tarixində iddia həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 2021-ci il 16 noyabr tarixinə mövcud olan icarə haqqı borcu üzrə 16.797 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 2 dekabr tarixli e-2-2(113)-2512/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2021-ci il 16 noyabr tarixinə yaranmış 7.649,04 manat məbləğində icarə haqqı borcu və 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – E.Əliyev).

3. İddiaçı 2022-ci il 28 yanvar tarixində həmin qətnamədən apellyasiy a şikayəti vermiş, qətnamənin iddianın qismən rədd edilməsi hissəsində ləğv edərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli 2-2(103)-326/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın rədd edildiyi hissədə ləğv edilmiş, iddia həmin hissədə təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 9.147,96 manat icarə borcunun tutulması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).

5. Cavabdeh 2022-ci il 17 iyun tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər....” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyü Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

7. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.

8. Hazırkı iş üzrə iddiaçı cavabdehdən 16.797 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir.

9. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, cavabdehdən 7.649,04 manat məbləğində borcun tutulmasını qət etmişdir.

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verməmiş, beləliklə, 7.649,04 manat məbləğin ondan tutulmasına dair məhkəmənin gəldiyi nəticə ilə faktiki olaraq razılaşmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən - iddianın rədd edildiyi hissədə ləğv etmiş və iddianı həmin hissədə təmin edərək cavabdehdən iddiaçının xeyrinə 9.147,96 manat icarə borcunun tutulmasını qət etmişdir.

12. Cavabdeh a pellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini xahiş etsə də, faktiki olaraq 9.147,96 manat hissəsini mübahisələndirmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməklə, 7.649,04 manat məbləğin ondan tutulmasına dair məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır.

13. Bu da o anlama gəlir ki, cavabdehin kassasiya icraatında mübahisələndirdiyi məbləğ (9.147,96 manat) on min manatdan azdır.

14. Odur ki, kassasiya şikayəti MPM-in 402.1-ci maddəsi ilə (bax yuxarıda § 6) nəzərdə tutulmuş tələbə uyğun deyildir, bu baxımdan da, cavabdehin hazırkı şikayətlə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmək hüququ yoxdur.

15. Belə olan halda Bakı Apelly asiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli 2-2(103)-326/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə (bax yuxarıda § 6) uyğun olaraq qeyri-mümkün hesab edilməlidir.

16. Şərh olunanları nəzərə alaraq və MPM-in 402.1 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli 2-2(103)-326/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar