Məhkəmə qərarları › İş №2-2(102)-517/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-517/2019

11.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-517/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 iyun tarixli 2-2(103)-366/2019 nömrəli qətnaməsindən cavabdehtərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Tərəflər arasında bağlanmış 2015-ci il 15 yanvar tarixli, A-S-001/2015 nömrəli alğısatqı müqaviləsinə əsasən, satıcı (iddiaçı) bu müqavilənin ayrılmaz hissəsini təşkil edən 1 nömrəli əlavədə nəzərdə tutulmuş malları alıcının (cavabdehin) sifarişinə əsasən təchiz etməyi, alıcı isə bu malların haqqını müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz üzərinə götürür. İddiaçı 2018-ci il 5 mart tarixdə cavabdehə pretenziya qaydasında müraciət edərək 142.785,02 manat məbləğində pulun ödənilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı 2 saylı Bakı İnzibati-İqtis adi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 142.785,02 manat əsas maddi zərərin, 10.000 manat işgüzar nüfuza vurulan zərərin, 2017-ci il 1 aprel tarixdən 2018-ci il 1 sentyabr tarixədək uçot faiz dərəcəsi üzrə 25.701 manat, 30 manat dövlət rüsumunun, cəmi 180.658,02 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 2015-ci il 15 yanvar tarixli, A-S-001/2015 nömrəli alğı-satqı müqaviləsinə əsasən, 2017-ci il 28 mart tarixədək olan dövr ərzində cavabdehə 1.097.385,88 manat məbləğində müxtəlif çeşidli balıq məhsulları satmışdır. Cavabdeh həmin məbləğdən 954.600,86 manat ödəniş etmişdir. Onun 2017-ci il 28 mart tarixə 142.785,02 manat borcu qalmışdır. B u borcun mövcudluğunu cavabdehin məsul işçiləri də etiraf və təsdiq etmiş bu barədə “Qarşılıqlı hesablaşmalar haqqında” üzləşmə aktı tərtib olunmuşdur. Cavabdehə borcun qaytarılması barədə dəfələrlə müraciət edilmiş, lakin cavabdeh müraciəti təmin etməmişdir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1, 21.2, 441.1, 441.2, 443.1, 448.2-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 fevral tarixli 2-2(82)184/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 142.785,02 manat əsas borc, 13.207,61 manat faizlə birlikdə, cəmi 155.992,63 manat məbləğində pul vəsaitinin tutularaq idd iaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin “əsas borcun ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, işə əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı tərəfindən cavabdehə 1.097.385,88 manat məbləğində müxtəlif çeşidli balıq məhsulları satılmış, cavabdeh həmin məbləğdən 954.600,86 manat ödəniş etsə də, 142.785,02 manat borcu qalmışdır. Məhkəmə iddia tələbinin “10.000 manat işgüzar nüfuza vurulan zərərin ödənilməsi” hissəsi ilə bağlı hesab etmişdir ki, iddiaçı onun işgüzar nüfuzuna zərər vurulduğunu və ya əldə edəcəyi gəlirdən məhrum olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 iyun tarixli 2-2(103)-366/2019 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, tərəflər arasında bağlanmış 2015-ci il 15 yanvar tarixli alğı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən, alıcı tərəfindən ödəniş satıcı tərəfindən mallar təhvil-təslim aktı əsasında təh vil verildikdən və hesab-faktura təqdim edildikdən sonra 45 (qırx beş) gün ərzində satıcının bu müqavilədə göstərilən hesablaşma hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödənilir. Məhkəmə tərəfindən müqavilənin bu bəndinə istinad olunsa da, iddiaçı tərəfin malların təqdim edilməsi barədə hesab-fakturaların mövcudluğuna dair sübutları məhkəməyə təqdim etməməsinə əhəmiyyət verməmişdir. Məhkəmə, iddiaçının təqdim etdiyi “Qarşılıqlı razılaşmalar haqqında” üzləşmə aktını araşdırarkən, həmin sənədin cavabdehin maliyyə meneceri X tərəfindən imzalandığını təsdiq etmişdir. Lakin aktı imzalamış Xun cavabdehin adından borcun etiraf edilməsinə dair səlahiyyətinin mövcudluğu məhkəmə tərəfindən araşdırılmamış, belə bir səlahiyyətin olmadığı cavabdehin nümayəndəsi tərəfindən məhkəmənin diqqətinə çatd ırılsa da, məhkəmə bu faktın üzərindən sükutla keçmiş, məsələyə düzgün hüquqi qiymət verməmişdir. Hətta Xun cavabdehin maliyyə meneceri olduğuna dair sübut da məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan, iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş və yalnız özü tərəfindən təsdiq edilmiş, malların qaimələr üzrə hərəkət cədvəlinin məhkəmə tərəfindən sübut qismində qəbul edilməsi, məhkəmənin sübutlara obyektiv və düzgün qiymət vermədiyinin əyani sübutudur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən tələb olunan borc məbləğini təsdiq edən sənədlər, o cümlədən, qətnamədə istinad olunan üzləşmə a ktının cavabdehin adından borcu etiraf etmək səlahiyyəti olan şəxs tərəfindən imzalandığına dair sübut məhkəməyə təqdim olunmamışdır. Şərh olunanlardan aydın olur ki, cavabdehin iddiaçıya 142.785,02 manat borcunun olması heç bir sübutla təsdiq olunmur, iddiaçının istinad etdiyi əsas borc təsdiq olunmadığı üçün, həmin borca görə hesablanmış faiz borcunun da heç bir hüquqi əsası yoxdur. İşin apellyasiya baxışında, cavabdehin nümayəndəsi tərəfindən dəfələrlə şifahi vəsatətlər verilərək, iddia ərizəsində göstərilmiş, iddiaçının cavabdehə 1.097.385.88 manat dəyərində mal verməsini təsdiq edən vergi hesab fakturalarının məhkəməyə təqdim edilməsinin təmin edilməsi xahiş olunmuş, cavabdeh göstərilən dövriyyəni təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən 2016-cı il 12 aprel, 2016-cı il 26 aprel və 2016-cı il 13 may tarixli vergi hesab fakturaları təqdim edilmişdir. Qeyd olunan vergi hesab fakturaları ilə təqdim edilmiş malların dəyəri ardıcıllığa müvafiq olaraq 54.816 manat, 51.049.51 manat və 60.643,55 manat, cəmi 166.509.10 manat təşkil etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, malların dəyərinin bank vasitəsilə ödənilməsinə dair ödəniş tapşırıqlarındakı məbləğin cəmi 161.618 manat təşkil etmiş, həmin rəqəmlərin mənfi fərqi 4.891,10 manatdır. Yalnız bu sənədlərə istinad etməklə, borcun məbləğinin 4.891 manat olduğu qənaətinə gəlmək olar. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş kassa mədaxil orderlərində də, cavabdeh tərəfindən iddiaçıya 750.000 manat vəsaitin ödənildiyi təsdiq olunur. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işə baxarkən göstərilənləri nəzərə almamış prosessual hüquq normalarının tələblərini pozmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının vəkili X1 2019-cu il 4 d ekabr tarixli məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırıcı hissə: Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər arasında 2015-ci il 15 yanvar tarixində bağlanmış A-S-001/2015 nömrəli alğısatqı müqaviləsinin şərtlərinə görə satıcı bu müqavilənin ayrılmaz hissəsini təşkil ed ən 1 nömrəli əlavədə nəzərdə tutulmuş malları alıcının sifarişinə əsasən təchiz etməyi, alıcı isə bu malların haqqını müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz üzərinə götürür. Müqavilənin 2.2-ci bəndinə görə, alıcı tərəfindən ödəniş satıcı tərəfindən mallar təhvil-təslim aktı əsasında təhvil verildikdən və hesab-faktura təqdim edildikdən sonra 45 (qırx beş) gün ərzində satıcının bu müqavilədə göstərilən hesablaşma hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödənilir. Müqavilənin 7.1-ci bəndinə əsasən, alıcı satıcı tərəfindən bu müqaviləyə əsasən ona təhvil verilən malları qəbul etməli, satıcının təmin etdiyi malların haqqını vaxtında ödəməlidir. Müqavilənin 8-ci bəndinə əsasən, tərəflər bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi, yaxud səhlənkar yerinə yetir məsi üçün Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar (8.1). Tərəflərdən hər hansı biri bu müqavilə ilə nəzərdə tutulan öhdəliklərini yerinə yetirə bilmədiyi təqdirdə, əks tərəfin həmin tərəfin öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində çəkdiyi itki, ziyan və digər xərclərə görə təzminat almaq hüququ vardır (8.2). Müqavilənin 11-ci bəndinin müddəalarına əsasən, müqavilə imzalandığı gündən (2015-ci il 21 yanvar tarixdən) qüvvəyə minir və tərəflərin öhdəliklərini tam yerinə yetirdiyi tarixə qədər qüvvədədir (11.1). Bu müqavilə üzrə təsdiq olunan sənədlər (təhvil-təslim haqqında aktlar, aşkar edilmiş nöqsanlar haqqında aktlar və s.) müqavilənin tərkib hissəsini təşkil edir (11.5). Bu müqavilənin qüvvəsinə xitam verilməsi halı heç bir tərəfi bu müqav iləyə müvafiq olaraq xitam tarixinə qədər yaranmış öhdəliklərinin yerinə yetirilməsi məsuliyyətindən azad etmir (11.6). Apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlar, o cümlədən iddiaçı tərəfindən təqdim olunmuş qaimələr və ödəniş sənədləri ilə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar (malların təhvil verilməsi və ödənişlərin qismən icrası) təsdiq olunmuş, sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmiş, qətnamə MPM-in 217-ci maddəsinin tələblərinə uyğun əsaslandırılmışdır. Şikayətin əsas dəlillərindən biri ondan ibarətdir ki, məhkəmə, iddiaçının təqdim etdiyi “Qarşılıqlı razılaşmalar haqqında” üzləşmə aktını araşdırarkən həmin sənədin cavabdehin maliyyə meneceri X tərəfindən imzalandığını təsdiq etmişdir. Lakin aktı imzalamış Xun cavabdehin adından borcun etiraf edilməsinə dair səlahiyyətinin mövcudluğu məhkəmə tərəfindən araşdırılmamış, belə bir səlahiyyətin olmadığı cavabdehin nümayəndəsi tərəfindən məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə bu faktın üzərindən sükutla keçmiş, məsələyə düzgün hüquqi qiymət verməmişdir. Şikayətin həmin dəlili qətnamənin ləğvinə əsas vermir. Belə ki, işin araşdırılmış hallarına görə, hətta cavabdehin istinad etdiyi sənədin sübut kimi qəbul edilmədiyi halda belə, bu, vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı araşdırılmış təhvil-təslim və ödəniş sənədləri ilə əsas borca (məhkəmə qətnaməsi ilə təmin olunmuş tələbin məbləğinə) və ona hesablanmış faiz dərəcəsinə dair iddianın əsaslılığı təsdiq olunmuşdur. Eyni səbəblərə görə, ş ikayətin cavabdehə 1.097.385,88 manat dəyərində mal verildiyini təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyinə dair dəlili də iddianın əsaslılığına dair məhkəmənin gəldiyi nəticəyə təsir etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 iyun tarixli 2-2(103)-366/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar