Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-517/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və Gəncə Şəhəri üzrə İcra İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-517/2023 Açar sözlər: hərracların etibarsız sayılması, hərracın keçirilməsi barədə elan və bildiriş Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və X3 ibarət tərkibdə, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhəri üzrə İcra İdarəsinə qarşı “hərr acların etibarsızlığı” tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 may tarixli 2-2(103)369/2023 saylı qətnaməsindən üçüncü şəxs X17 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-835/2016 saylı icra vərəqəsinə əsasən cavabdehlər "xxxx" MMC, X14, X17, X18, X11, X15, X16 müştərək qaydada - 06R000008288 saylı kredit razılaşması üzrə 19.353,78 ABŞ dolları məbləğində kredit borcu, 5.157,78 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə, - 06R000011084 saylı kredit razılaşması üzrə 54.077,31 ABŞ dolları məbləğində kredit borcu, 14.045,08 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cə rimə, - 06R000013491 saylı kredit razılaşması üzrə 103.504,05 ABŞ dolları məbləğində kredit borcu, 14.692 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə, - 06R000013690 saylı kredit razılaşması üzrə 49.186,70 ABŞ dolları məbləğində kredit borcu, 9.898,82 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə, - 06R000014778 saylı kredit razılaşması üzrə 97.368,01 ABŞ dolları məbləğində kredit borcu, 19.879,30 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə, 06K000000034 saylı kredit razılaşması üzrə 20.000 ABŞ dolları məbləğində kredit borcu, 4.641,70 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə, ümumilikdə cəmi 414.804,53 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməli, tələbin - X9 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Qəzənfər Əliyev küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 83.6 kv.m. yaşayış, 31.2 kv.m köməkçi sahədən 21 nömrəli fərdi yaşayış evinə, - X12 məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı, 81.9 kv.m. yaşayış, 95.7 kv.m köməkçisahədən 69 nömrəli fərdi yaşayış evinə, - X13 məxsus Gəncə şəhəri, Nizami rayonu,Üç-bulaq yaşayış ərazisində, məhəllə B sahə 4də mülkiyyətində olan 0.052 ha torpaq sahəsinə və həmin torpaq s ahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76 kv.m. yaşayış, 120.4 kv.m yardımçı, 196.4 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə, - X6 məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1-ci döngədə istifadəsində olan 0,0261 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 88 kv.m yaşayış, 64.4 kv.m köməkçi sahədən ibarət 3B nömrəli fərdi yaşayış evinə, - **-CV-*** dövlət qeydiyyat nişanlı «VOLVO» yük markalı nəqliyyat vasitəsinə və **-ZA-*** dövlət qeydiyyat nişanlı «SCHMİTZ» markalı yarım qoşqu furqona, - X10 məxsus **-CT-*** i/o dövlət qeydiyyat nişanlı «VOLVO-FH 13440» yük markalı nəqliyyat vasitəsinə və **-ZA-*** dövlət qeydiyyat nişanlı «SCHMİTZ-SKO 2»4 markalı yarım qoşqu furqona, - X19 məxsus **-ZA-*** dövlət qeydiyyat nişanlı «KRONE» markalı yarım qoşqu furqona və 20-CT555 i/o dövlə t qeydiyyat nişanlı «SCANİA» yük markalı nəqliyyat vasitəsinə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərracdan satılmalı və cəmi 414.804,53 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqı tutulmalı; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun "xxxx" MMC-dən, X7, X4, X8, X1, X5, X2 və X16 ümumi qaydada tutulmalıdır.
2. İcra vərəqəsi icra edilməsi üçün 2016-cı il 22 may tarixində Gəncə Şəhəri üzrə İcra idarəsinə göndərilmişdir.
3. Məhkəmə tərəfindən tədqiq edilmiş icra işinin materiallarından görünür ki, icra şöbəsi tərəfindən hərrac mərkəzinə 201 6-cı il 26 avqust tarixdə məktub ünvanlanaraq ünvan 1ilmiş əmlakların açıq hərrac yolu ilə satışının həyata keçirilməsi xahiş olunmuşdur.
4. Hərrac təşkilatçısı tərəfindən hərrac iştirakçılarına göndərilmiş 2016-cı il 9 sentyabr tarixli bildirişdən görünür ki, tərəflərə hərracın 2016-cı il 10 oktyabr tarixdə saat 11:00-da keçiriləcəyi, habelə ilkin satış qiyməti, beh və hərracın keçiriləcəyi yer barədə məlumat verilmişdir.
5. Gəncə şəhər Kəpəz rayon Məhkəməsi tərəfindən Gəncə şəhər İcra İdarəsinə göndərilmiş 2016-cı il 10 oktyabr tarixli məktubdan görünür ki, iş üzrə qəbul edilmiş Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2016-cı il 22 aprel tarixli 2(043)-835/2016 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi barədə məlumat verilmişdir.
6. Gəncə şəhər İcra İdarəsi tərəfindən hərrac təş kilatçısına göndərilmiş 2016-cı il 14 oktyabr tarixli bildirişdən görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2016-cı il 22 aprel tarixli 2(043)-835/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verildiyi üçün göstərilən icra sənədi üzrə hərracın keçirilməsinin dayandırılması və icra sənədinin geri qaytarılması xahiş olunmuşdur.
7. Gəncə şəhər Kəpəz rayon Məhkəməsi tərəfindən icra şöbəsinə göndərilmiş 2018-ci il 19 sentyabr tarixli məktubdan görünür ki, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi xahiş olunmuşdur.
8. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən hərrac təşkilatçısına göndərilmiş 2018-ci il 15 noyabr tarixli məktubdan görünür ki, ünvan 1ilmiş əmlakların açıq hərrac yolu ilə satışının həyata keçirilməsi xahiş olunmuşdur.
9. Hərrac təşkilatçısı tərəfindən tərəflər ə göndərilmiş 2018-ci il 7 dekabr tarixli bildirişlə tərəflərə hərracın 2019-cu il 7 yanvar tarixdə saat 11:00-da keçiriləcəyi, habelə ilkin satış qiyməti, beh və hərracın keçiriləcəyi yer barədə məlumat verilmiş, bildirişin “Birja yenilikləri” qəzetində, habelə www.birjanews.az saytında (elan nömrəsi – İD 683) dərc edildiyi qeyd edilmişdir.
10. Hərrac təşkilatçısı tərəfindən tərəflərə göndərilmiş 2019-cu il 11 yanvar tarixli ikinci bildirişlə tərəflərə hərracın 2019-cu il 28 yanvar tarixdə saat 11:00-da keçiriləcəyi, habelə ilkin satış qiyməti, beh və hərracın keçiriləcəyi yer barədə məlumat verilmiş, bildirişin “Birja yenilikləri” qəzetində, habelə www.birjanews.az saytında (elan nömrəsi – İD 683) dərc edildiyi qeyd edilmişdir.
11. İddiaçı tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünva nlanmış 2019-cu il 11 mart tarixli ərizədən görünür ki, hərracın keçirilməsinin dayandırılması xahiş olunmuşdur.
12. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən hərrac təşkilatçısına ünvanlanmış 2019cu il 11 mart tarixli məktuba əsasən 2018-ci il 15 noyabr tarixli sifariş məktubuna əsasən aparılan hərrac hərəkətlərinin dayandırılmasına göstəriş verilməsi xahiş edilmişdir.
13. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2020-ci il 3 fevral tarixli 2(044)-100/2020 saylı qətnaməsi ilə iddiaçılar X15 və qeyrilərinin cavabdehlər X18 və qeyrilərinə qarşı “müqavilələrin etibarsızlığı” tələbinə dair iddiaları təmin edilməmişdir.
14. İddiaçı tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış 2021-ci il 17 dekabr tarixli ərizədən görünür ki, icra sənədi üzrə icraatın təzələnməsi və hərracın keçirilmə sinə dair hərəkətlərin davam etdirilməsi xahiş olunmuşdur.
15. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən hərrac təşkilatçısına göndərilmiş 2022-ci il 28 yanvar tarixli məktubdan görünür ki, 2018-ci il 15 noyabr tarixli sifariş məktubunun icrasının davam etdirilməsi xahiş olunmuşdur.
16. İddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş hərrac təşkilatçısı tərəfindən iddiaçıya ünvanlanmış 2022-ci il 8 fevral tarixli məktuba əsasən təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 2022-ci il 8 fevral tarixli nömrəsində elan dərc edildiyi bildirilmiş, icra sənədində göstərilmiş ipoteka predmetlərinin ilkin satış qiymətlərindən 25 faiz aşağı qiymətlə ipoteka saxlayana təklif edilmişdir.
17. İddiaçı tərəfindən hərrac təşkilatçısına ünvanlanmış 2022-ci il 17 fevral tarixli məktuba əsa sən ipoteka predmetlərinin ilkin satış qiymətlərindən 25 faiz aşağı qiymətlə əldə edilməsinə razılıq verilmiş, qeyd edilən əmlakları əldə edə bilmələri üçün müvafiq sənədləşmənin aparılması xahiş olunmuşdur. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
18. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) 2022-ci il 14 noyabr tarixində Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə (bundan sonra – “MMC”) və Gəncə Şəhəri üzrə İcra İdarəsinə (bundan sonra – “icra idarəsi”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Gəncə şəhəri üzrə İcra və Probasiya Şöbəsinin sifarişi əsasında X9 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Qəzənfər Əliyev küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 83.6 kv.m. yaşayış, 31.2 kv.m köməkçi sahədən 21 nömrəli fərdi yaşayış evinin, X12 məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 81.9 kv.m. yaşayış, 95.7 kv.m köməkçi sahədən 69 nömrəli fərdi yaşayış evinin, X13 məxsus Gəncə şəhəri, Nizami rayonu, Üç-bulaq yaşayış ərazisində, məhəllə B sahə 4-də mülkiyyətində olan 0.052 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 76 kv.m. yaşayış, 120.4 kv.m yardımçı, 196.4 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin, X6 məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1-ci döngədə istifadəsində olan 0,0261 ha torpaq sahəsində yerləşən 88 kv.m yaşayış, 64.4 kv.m köməkçi sahədən ibarət 3B nömrəli fərdi yaşayış evinin, X6 məxsus **-CV-*** dövlət qeydiyyat nişanlı «VOLVO» yük markalı nəqliyyat vasitəsinin, X6 məxsus **ZA-*** dövlət qeydiyyat nişanlı «SCHMİTZ» markalı yarım qoşqu furqonunun, X10 məxsus **-CT-*** i/o dövlət qeydiyyat nişanlı «VOLVO-FH 13440» yük markalı nəqliyyat vasitəsinin, X10 məxsus **-ZA-*** dövlət qeydiyyat nişanlı «SCHMİTZ-SKO 24» markalı yarım qoşqu furqonunun, X19 məxsus **-ZA-*** dövlət qeydiyyat nişanlı «KRONE» markalı yarım qoşqu furqonunun, X19 məxsus **-CT-*** i/o dövlət qeydiyyat nişanlı «SCANİA» yük markalı nəqliyyat vasitələrinə aid "xxxx" MMC tərəfindən keçirilmiş hərracların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2016-cı il 22 aprel tarixli 2(043)-835/ 2016 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Gəncə Şəhəri üzrə İcra id arəsinə göndərilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar olaraq Gəncə şəhəri üzrə İcra İdarəsi ipoteka predmeti olan daşınar və daşınmaz əmlakların satışının təşkil edilməsi üçün Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə sifariş verilmişdir. Lakin "xxxx" MMC və Gəncə şəhəri üzrə İcra və Probasiya Şöbəsi hərracın keçirilmə qaydasını pozmuşdur. Belə ki, hərracın keçirilməsi barədə 2018-ci il 15 noyabr tarixində sifariş edilmiş, ilkin hərrac 2019-cu il 7 yanvar tarixində saat 11:00-da keçirilmiş və əmlakları açıq hərracda alan olmadığı/baş tutmadığı üçün təkrar hərrac 2019-cu il 28 yanvar tarixində saat 11:00-a təyin edilərək tərəflərə bildirişlər göndərilmiş və hərracın keçirilməsi barədə elanlar verilmişdir. Belə ki, Gəncə şəhəri üzrə İ cra və Probasiya Şöbəsi hərraca məlumat göndərərkən məktubunda təkrar hərracın 2019-cu il 28 yanvar tarixində deyil, əsassız olaraq 10 gün təxirə salınması barədə məlumat vermiş və Hərrac təşkilatı "xxxx" MMC tərəfindən isə qanunvericiliyin tələbi bilərəkdən və ya bilməyərəkdən pozulmuşdur. Müvəqqəti təxir üçün heç bir məhkəmə qərarı olmamışdır. Eyni işlə əlaqədar olaraq daha bir hərrac isə 2019-cu il 4 mart tarixində saat 11:00-da keçirilməmişdir. Yəni “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinin və Mülki Məcəllənin tələbləri pozularaq "xxxx" MMC hərracları keçirmişdir. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc edilməmiş, Hərrac Mərkəzi tərəfindən t əkrar hərraclar, 2019-cu il 28 yanvar, 8 fevral tarixində və 4 mart tarixlərinə saat 11:00-a təyin edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin bildirişlərdə tələbin Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2016-cı il 22 aprel tarixli 2(043)-835/ 2016 saylı qətnaməsi üzrə daşınar və daşınmaz əmlaklara yönəldiyi və hərracda satılmalı olduğu qeyd edilmişdir. Əgər birinci hərrac baş tutmamışdırsa, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat Hərrac Mərkəzi tərəfindən dərc etdirilməli olduğu halda dərc etdirilməmişdir. Bununla da “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1 və 43.2-ci maddələrinin tələbləri pozulmuşdu r. 2019-ci il 7 yanvar tarixdən, yəni təkrar hərracın keçirilmə tarixindən sonra Hərrac Mərkəzi tərəfindən təkrar hərrac baş tutmamış elan edilməmişdir. İpoteka saxlayan - bankın ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətə almaq hüququ, yəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinin tələbləri pozulmuşdur.
20. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 319.5, 414.2, 415.2, 415.5, 416-cı maddələrinə; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42, 43, 44-cü; “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 61, 62-ci maddələrinə istinad edilmişdir.
21. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 dekabr tarixli e-2-2(113)-6767/2022 saylı qərardadı ilə X14, X17, X18, X11, X15, X22 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər.
22. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 yanvar tarixli e-2-2(113)-352/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Ü.Həsənova).
23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-835/2016 saylı icra vərəqəsi icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Həmin icra sənədinin icra edilməsi ilə əlaqədar Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən MMC-yə hərracın keçirilməsi ilə bağlı müvafiq sifariş göndərilmiş, sonuncu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada iki dəfə (2018-ci il 7 dekabr və 2019-cu il 28 yanvar tarixlərində) hərrac keçirilmiş, təkrar hərrac baş tutmadığı üçün ipoteka predmetləri ipoteka qoyana təklif edilmiş, iddiaçı tərəfindən həmin əmlakların əldə edilməsinə razılıq verilmişdir.
24. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, hərrac iki dəfə - 2018-ci il 7 dekabr və 2019-cu il 28 yanvar tarixlərində keçirilmiş, 2016-cı il 10 oktyabr tarixə təyin edilmiş hərrac isə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2016-cı il 22 aprel tarixli 2(043)835/2016 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi səbəbindən dayandırılmışdır. Bundan əlavə, 2019-cu il 11 mart tarixindən 2021-ci il 17 dekabr tarixinədək olan dövrdə isə tələbkarın ərizəsi əsasında icra sənədi üzrə icraat dayandırılmışdır. Cavabdeh MMC 2023-cü il 10 yanvar tarixində məhkəməyə ərizə ünvanlayaraq iddianın təmin edilməsinə etiraz etmədiyini bildirsə də, hansı səbəbdən keçirilmiş hərracların etibarsız hesab edilməli olmasını göstərməmişdir.
25. Məhkəmə mövqeyini MM-in 414.2, 415.2, 415.5, 416-cı maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 53.1, 53.2, 61.1, 61.2, 62-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. İddiaçı 2023-cü il 13 fevral tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 may tarixli 2-2(103)-369/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instan siyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin edilməsi qət olunmuşdur (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
28. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-43-cü maddələrinin tələblərinə əsasən müəyyən olunur ki, qanunvericilik yalnız iki dəfə, yəni ilkin və təkrar hərracın keçirilməsi qaydasını nəzərdə tutmuşdur. Eyni zamanda müəyyən olunmuşdur ki, təkrar hərrac bu və ya digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Lakin iş materiallarında mübahisəli əmlaklara dair hərracların 4 müxtəlif tarixlərdə, yəni 2019-cu il 7 yanvar (birinci), 2019-cu il 28 yanvar (təkrar), 2019-cu i l 8 fevral (təkrar), 2019-cu il 4 mart (təkrar) tarixlərində keçirilməsinə dair bildirişlər və məktub mövcuddur. Həmin sənədlərə əsasən qeyd olunan ardıcıllığın hansı səbəblərə görə bu qaydada baş verməsini, hərracların təxirə salınma səbəblərini, həmçinin prosesin bu və ya digər səbəbə görə dayandırılıb-dayandırılmamasını dəqiq müəyyən etmək mümkün olmur.
29. Bundan əlavə keçirilən hərracların vaxtı və yeri barədə bildirişlərin hərrac təşkilatı tərəfindən ipoteka saxlayana və ipoteka qoyana göndərilməsini təsdiq edən hər hansı sənəd, həmçinin hərracın keçirilməsi ilə bağlı mediada və özünün rəsmi internet saytında dərc olunmuş hər hansı elan da mövcud deyildir.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən hərracların qanunla müəyyən edilmiş qaydada keçirilməsi müəyyən edi lmədiyinə və bunun nəticəsi olaraq ipoteka predmetlərinin realizə edilərək ipoteka saxlayan banka pulun ödənilməsi təmin edilmədiyinə görə iddiaçının “İpoteka haqqında” Qanunun 47.2.1-ci maddəsində və MM-in 298.1.3-cü maddəsində təsbit edilmiş ipoteka saxlayanın tələblərinin ödənilməsi ilə bağlı hüquqları pozulmuşdur. Bu baxımdan iddiaçı hazırkı iddianı irəli sürmək üçün müvafiq subyektiv hüquqa malikdir. Ona görə də, kollegiya hesab etmişdir ki, iddia tələbləri təmin edilməli və mübahisəli əmlaklara dair MMC tərəfindən keçirilmiş hərraclar etibarsız hesab edilməlidir.
31. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və hərracın keçirilməsi ilə bağlı sənədlərin içərisində bildirişin ipoteka saxlayan və ipoteka qoyana göndərilməsini təsdiq edən hər hansı sənəd, həmçinin h ərracın keçirilməsi ilə bağlı mediada dərc olunmuş hər hansı elan olmamasına baxmayaraq, hərrac təşkilatçısı tərəfindən iddiaçıya ünvanlanmış 2022-ci il 8 fevral tarixli məktubda və iş materiallarında olan bildirişdə qeyd olunan məlumatlara əsasən ipoteka saxlayan və ipoteka qoyanın ünvanına bildiriş göndərilməsi və hərracın keçirilməsi ilə bağlı mediada elanın dərc olunması faktını təsdiq etmişdir. Halbuki, həmin fakt hər hansı məktubda qeyd olunan məlumatlara əsasən deyil, bildirişin göndərilməsini təsdiq edən sənədin və mediada dərc olunmuş hər hansı elanın özü ilə təsdiq oluna bilər.
32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələri ilə (bax yuxarıda §25), həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42, 43, 44-cü maddələri ilə əsaslandırmışdır.
33. Qətnamə 2023-cü il 19 may tarixində tərəflərə məktubla göndərilmiş, həmçinin proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
34. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 2023-cü il 12 iyul tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
35. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 130, 147 və 149-cu maddələrinin tələbləri pozulmuşdur.
36. MM-in 298.1.3, 415.2, 416-cı maddələri üzrə - Mübahisələndirilən hər iki hərracın keçirilməsi barədə bildirişlər cavabdeh tərəfindən qa nunvericilikdə müəyyən olunmuş müddətdə və qaydada iddiaçıya həmçinin üçüncü şəxslərə çatdırılmışdır. Belə ki, iş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübut kimi təsbit edilən bildirişlərin məzmunundan görünür ki, qəbul olunmasını təsdiq edən iddiaçının səlahiyyətli şəxsinin imzası və ştampı mövcüddur.Həmçinin həmin bildirişlərdə hər iki hərracın baş tutmaması barədə cavabdehin rəsmi internet səhifəsi və “Birja yenilikləri” qəzetində məlumatların dərc olunması da qeyd edilmişdir. Məhkəmə tərəfindən tətbiq edilmiş normanın bu müddəaları əslində hərracı udmuş şəxslə bağlanmış müqavilənin etibarsız hesab edilməsi hallarını nizamlayır. Hazırkı işdə isə hərracın qalibi mövcüd deyildir. 37. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42, 43, 47.2.1-ci maddələri üzrə - Birinci instansiya məhkəməsi iki hərracın qanunvericiliyə uyğun müddətdə və qaydada keçirildiyinə dair qeyd edilən normaların tələblərinə əməl olunmasını iş üzrə digər cavabdeh Gəncə şəhəri üzrə icra idarəsindən daxil olmuş təqribən yüz səhifəlik sənədlərin araşdırılması nəticəsində müəyyən etmişdir. Qanunun maddələrinə əsasən ipotekasaxlayana (iddiaçı) ipoteka predmetini əldə etməsi üçün imtiyazlı şərtlərlə yalnız bir dəfə imkan verilir. İddiaçı bu imkandan bilərəkdən istifadə etməmişdir. Ona görə də, məhkəmənin iclasda özünün də qeyd etdiyi kimi, təcrübədə ipotekasaxlayan tərəfindən deyil məhz ipotekaqoyan tərəfindən bu qəbildən olan iddia tələbi irəli sürülür. Bu baxımdan iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ olsa da belə əsl məqsədi əmlakların h ərracda satılması deyil (bu hal statistika və təcrübə ilə təsdiqlənir) onları yenidən əldə etmək cəhdidir. Çünki Qanunun 43.8-ci maddəsinə görə İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Eyni zamanda hərracın bütün mərhələlərində ipotekasaxlayana əmlakları əldə etmək və sonradan onları satmaq hüququ da verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən 2023-cü il 13 sentyabr tarixində etiraz təqdim edilərək şikayətinin təmin olunmaması xahiş edilmişdir. Etirazda qeyd edilmişdir ki, qanunvericiliyin pozulması ilə keçirilən hərraclar nəticəsində əmlakları hərracdan alan olmadığı üçün məcburən borcun bir qisimi qarşılığında əmlakl arı məcburi alması nəticəsində Bank tərəfindən hərrac xərcləri ödənməsi və əlavə xərclərin çəkilməsi ilə nəticələnməsinə səbəb olacaq. Həmçinin, Bank tərəfindən BDYPİ-ində və İqtisadiyyat Nazirliyi yanında DƏDRX publik hüquqi şəxsə əlavə rüsum və xidmət haqqının ödənməsi və əlavə xərclərin çəkilməsi ilə nəticələnməsinə səbəb olacaq, iddiaçı əlavə olaraq maddi itkilərə məruz qalacaq. IV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. Üçüncü şəxs apellyasiya məhkəməsinin qətnaməsini bütö vlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
414. Müqavil ənin hərracda bağlanması... 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir....” “Maddə
415. Hərracın təşkili və keçirilmə qaydası... 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmal ıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.... 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir....” “Maddə
416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.” 43. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir. Hərracda iştir ak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun ke çirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. 42.8. Hər racın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.” “Maddə
43. Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadı lmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hə rracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 43.9. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipo teka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir.” “Maddə
44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.” 44. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
53. Üzərinə həbs qoyulmuş əmlakın satılması 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif o lunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakının hərrac yolu ilə satılması vergi orqanının sifarişi əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə həyata keçirilir. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin (vergi borcuna görə siyahıya alınmış daşınar əmlaka münasibətdə vergi orqanının) müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur....” “Maddə
61. Hərracların hazırlanması və keçirilməsi 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2. İxtisaslaşdırılmış m üəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir....” “Maddə
62. Hərracın keçirilməsi müddətləri və qaydası 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.”
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
46. Məhkəmə kollegiyası üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikay ətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi).
47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 may tarixli, 2-2(103)-369/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
49. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, məhkəmə tərəfindən tətbiq edilmiş MM-in 416-cı maddəsi əslində hərracı udmuş şəxslə bağlanmış müqavilənin etibarsız hesab edilməsi hallarını nizamlayır. Hazırkı işdə isə hərracın qalibi mövcüd olmamışdır. Həmçinin, mübahisələndirilən hər iki hərracın keçirilməsi barədə bildirişlər cavabdeh tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə və qaydada iddiaçıya həmçinin üçüncü şəxslərə çatdırılmışdır.
50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən ilk növbədə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 51. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəmə si işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
52. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən məhkəməyə məktub ünvanlayaraq iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə hərracın keçirilməsi ilə bağlı prosedur qaydalarına riayət edilməməsi onun özü tərəfindən qəbul edilmişdir.
53. Bununla yanaşı, işin apelly asiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə cavabdeh iddianın faktiki halları ilə bağlı məhkəməyə hər hansı məlumat verməmişdir. Belə ki, mübahisələndirilən hərracların vaxtı və yeri barədə hərrac təşkilatı tərəfindən ipoteka saxlayan və ipoteka qoyana bildirişlərin göndərilib göndərilməməsi, həmçinin hərracın keçirilməsi ilə bağlı mediada və özünün rəsmi internet saytında elanların dərc olunub-olunmadığının müəyyən edilməsi üçün apellyasiya baxışı zamanı cavabdehə sorğu göndərilmiş, lakin cavabdeh tərəfindən həmin sorğuya cavab verilməmişdir.
54. İpoteka haqqında qanunvericiliyin tələblərinə əsasən isə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğin də beh ödəməlidir (bax §43).
55. Göründüyü kimi apellyasiya məhkəməsi tərəfindən işin faktiki hallarına əsasən mübahisəli əmlaklara dair hərracların qanunvericliyin tələblərinin pozulması ilə baş tutması müəyyən olunmuş, cavabdeh isə bunu təkzib edə biləcək sübut və məlumatları məhkəməyə təqdim etməmişdir.
56. Halbuki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
57. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin ge dişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmışdır. Bununla yanaşı, apellyasiya məhkəməsinin iddiaçıya hərraclar baş tutmadığına görə ipoteka predmetlərinin əldə olunmasının təklif edilməsi səbəbindən onun hüquqlarının pozulmaması əsası ilə hazırkı iddianı irəli sürməkdə subyektiv hüququnu itirmədiyinə dair gəldiyi nəticə də qanuni və əsaslı olmuşdur.
59. Məhkəmə kollegiyası qeyd edir ki, hərracın keçirilməsi məqsədi məhz qaydalara uyğun olaraq onun iştirakçıları olan potensial alıcıların çəkişmə şəraitinin təmin edilməsi yolu ilə satışa çıxarılan əmlakın dəyərinin həmin potensial alıcılar tərəfindən müəyyənləşdirilməsinə (tənzimlənməsinə) yönəlmişdir. MM-in 416-cı maddəsinə əsasən isə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddədə həmçinin hərracın etibarsız sayılmasının hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olması nəzərdə tutulmuşdur (MM-in 416.1, 416.2-ci maddələri).
60. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu m əhkəmə kimi mahiyyəti üzrə işə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşdığından, məhkəmə kollegiyası iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı göndərilmiş etirazın dəlillərinin qiymətləndirilməsinə zərurətin aradan qalxması qənaətinə gəlir.
61. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 may tarixli, 2-2(103)-369/2023 saylı qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
62. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkə məsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
63. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 may tarixli, 22(103)-369/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.