Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-518/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Kişik Müəssisəsinin Cavabdeh İB-yə qarşı iş üzrə QƏRAR 2-2(102)-518/2023 Açar sözlər: qaz borcunun abonent kodundan silinməsi 01.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli, 2-2(103)-451/2023 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş ka ssasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Cavabdeh İB ilə istehlakçı "xxxx" Kiçik Müəssisəsi arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. 2. “Azərqaz” İB tərəfindən tərtib olunmuş 2022-ci il 31 avqust tarixli, SS 29/164001823 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda qeyd edilmişdir ki, Cavabdeh İB-nin SOCAR **********31791640X01823 saylı, 2022-ci il 22 iyul tarixli telefonoqramın a əsasən dövlət yoxlamasına aparılmış Abşeron rayonu xidmət sahəsinin Bəşir firmasına (Kolbasa məmulatları istehsalı) məxsus qaz xətti üzərində quraşdırılmış G650 markalı 83048131 nömrəli turbin tipli “Elster” qaz sayğacı 2022-ci il 26 iyul tarixində xətdən çıxarılmış (Forma-2 № 9030453), 2022-ci il 18 avqust tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir: 1) İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektor sönüb. İmpuls ötürücüsü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. 2) Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. 3) Ehtiyyat batareya quraşdırıldı, korrektor 2021-ci il 7 oktyabr tarixində sönüb. Pbaza=1.01325 bar, Tbaza=20O C. Göstərici lər Vbt=5702483 m3, Vt=1676210 m3 əks olundu. Batareya yoxlandı, gərginliyi 0V. Təzyiq həddinin aşılması nəticəsində alarm rejimdə Vbd=3860 m3, Vd=699 m3 qeydə alınmışdır. Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 309433 m3 qaz həcmi elektron hissədə qeydə alınmışdır. İmpuls ötürücüsü işləyir. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı, gözləmə rejimində cərəyan şiddəti 77mka qeydə alındı. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. 3. “Azərqaz” İB tərəfindən tərtib olunmuş 2022-ci il 19 sentyabr tarixli, ******* nömrəli “Təbii X1nın pozulması haqqında” aktda qeyd edilmişdir ki, 2022-ci il 31 avqust tarixli, 29/1640-01823 saylı rəyə əsasən 83048131 saylı sayğacın korrektorunun sönməsi nəticəsində mexaniki hiss ədən keçən 309.433 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır.
4. Cavabdeh uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair 2022-ci il 20 sentyabr tarixli tələbnamədən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 185.556 m3 müəyyən edilmişdir. 5. 2022-ci il 1 noyabr tarixli abonentin saldosundan müəyyən olunur ki, "xxxx" Kiçik Müəssisəsinin qeyd edilən tarixə ümumilikdə borcu 69.485,02 manat (sayğac oxunması: 1.709.357,94 manat + aktlar: 199.620,90 manat – ödəmələr: 1.839.493,82 manat = son borc: 69.485,02 manat) təşkil edir. Eləcə də, sözügedən abonentin saldosundan görünür ki, 2022-ci ilin sentyabr ayında akt üzrə 40.822,32 manat məbləğində borc hesablanmışdır. 6. "xxxx" Kiçik Müəssisəsi tərəfindən Cavabdeh İB-yə 2022-ci il 10 noyabr tarixli pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən hesablanmış borcun silinməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı "xxxx" Kiçik Müəssisəsi (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 40.822,32 manat məbləğində borcun **********00000 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Quşçuluq massivi ərazisində iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə qaz sayğacı quraşdırılmış və **********00000 saylı abonent hesabı verilərək təbii qaz v erilmişdir. 2022-ci il 19 sentyabr tarixə kimi cavabdehlə iddiaçı arasında qaz təchizatı və qaz pulunun ödənilməsi ilə bağlı heç bir problem olmamışdır. Lakin, 2022-ci il 19 sentyabr tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacının nasaz olması müəyyən edilmiş və bununla bağlı ******* saylı akt tərtib edilərək, iddiaçıya 40.822,32 manat qanunsuz borc hesablanmışdır. Belə ki, iddiaçının istifadəsində olan ELSTER G-650 tipli, 83048131 nömrəli qaz sayğacı iddiaçının əməkdaşları tərəfindən çıxarılaraq yoxlamaya göndərilmişdir. Yoxlamanın nəticəsi olaraq cavabdeh 2022-ci il 31 avqust tarixdə SS № 29/1640-01823 saylı akt tərtib etmişdir. Həmin akta əsasən isə 2022ci il 19 sentyabr tarixdə “Təbii X1nın pozulması haqqında” ******* sayl ı akt tərtib edilmiş və iddiaçının qaz hesabına 40.822,32 manat məbləğində əlavə borc hesablanmışdır. Cavabdeh təşkilat tərəfindən borcun hesablanmasına əsas olmuş sənədlərə baxdıqda cavabdehin qanunsuz əməllərini sadəliklə görmək olar. Cavabdeh təşkilat sayğacda aşkar edilmiş qüsurun istehlakçının təqsirindən baş verməsini əsaslandırmadan bütün məsuliyyəti iddiaçının üzərinə qoymuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş “X1”nın (bundan sonra – “Qaydalar”) 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, qazın dəyəri tam ödənildikdən sonra geri tarixlə iddiaçıya hər-hansı əlavə borcun hesablanması qadağandır. Lakin, abonent saldosundan da göründüyü kimi, cavabdeh təşkilat geri tarixlə əlavə qanunsuz borc hesablamışdır. Digər tərəfdən qaz sayğacı çıxarıldığı ay sayğac göstəricilərinə əsasən sərf edilən qazın dəyəri müəyyən edilmiş və iddiaçının qaz hesabına yüklənmişdir. Belə olan halda sayğac göstəricisindən əlavə borcun hesablanması heç bir normativ hüquqi akta, qanuna əsasla nmadan cavabdeh tərəfindən həyata keçirilmişdir. Bütün bunlarla bağlı pretenziya qaydasında cavabdehə iddiaçı tərəfindən müraciət olunmuşdur. İddiaçının müraciəti araşdırılmamış və qanunsuz borc abonent kodundan silinməmişdir. Bundan başqa, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçının barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan isə görünür ki, cavabdeh yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və apar ılması qaydası haqqında” Əsasnamənin müavfiq normalarına əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz.
9. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-368/2023 saylı, 2023-cü il 21 fevral tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya **********00000 abonent kodu üzrə hesablanmış 40.822,32 manat məbləğində borcun silinməsi qət edilmişdir (hakim – Z.Axundova).
10. Məhkəmənin mövqeyi belə olmuşdur ki, tərəflər arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış və tərəflər həmin müqavilə ilə öz üzərlərinə öhdəliklər götürmüşlər. İddiaçıya məxsus Abşeron rayonu, Quşçuluq massivi ərazisind ə yerləşən qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən iddiaçının adına **********00000 saylı abonent kodu açılaraq təbii qazla təchiz edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən qeyd edilən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, 2022-ci il 19 sentyabr tarixli, ******* nömrəli akt tərtib olunmuş və aktda sayğacın korrektorun sönməsi nəticəsində mexaniki hissədən keçən 309433 m3 qaz həcmi elektron hissədə qeydə alınmadığı qeyd olunmuş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və iddiaçıya dəymiş ziyana görə 40.822,32 manat borc hesablanmışdır.
11. Məhkəmə tərəfindən cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etmədiyi, cavabdeh tərəfindən aparılan yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığı müəyyən edilmişdir. Be lə olan halda məhkəmə, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələrinin də qanunsuz hesab edilməli olması nəticəsinə gəlmişdir.
12. Məhkəmə mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5, 3.5-1-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd edilməsi barədə y eni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli, 2-2(103)-451/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apardığı hüquqi qiymətləndirmə ilə razılaşmış və bildirmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin p ozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu səbəbdən, iddiaçı həmin yoxlamaların nəticəsi olaraq hesablanmış borcun silinməsini tələb etməkdə haqlı olmuşdur.
16. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5, 3.5-1, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5-ci bəndlərinə istinad etməklə əsaslandırmı şdır.
17. Qətnamə 2023-cü il 23 iyun tarixdə iş üzrə tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmiş, cavabdeh 2023-cü il 9 avqust tarixdə kassasiya şikayəti verərək onun ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. MPM-in 9.1-ci maddəsi üzrə - Məhkəmə əsassız olaraq sayğacın arxiv yaddaşına əsasən aparılmış hesabatı yoxlama kimi qiymətləndirmiş, Cavabdeh İB-nin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin Cavabdeh İB tərəfindən pozulması barədə səhv qənaətə gəlmiş və borcun silinməsi barədə qərar qəbul etmişdir. Qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1” (bundan sonra – “Qaydalar”) ilə tənzimlənir və Qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Cavabdeh tərəfindən Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir və qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. Cavabdehin nümayəndələri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olm adan, yalnız Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir.
19. MPM-in 88-ci maddəsi üzrə - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Aşağı instansiya məhkəmələri iş üzrə olan sübutları araşdırmadan, iddiaçıya məxsus qaz sayğacının işləməməsini, iddiaçıya məxsus sayğacın qaz sərfini qeydə almamasını nəzərə almadan, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarını n müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini əsas götürməklə 38.451,10 manat borcun silinməsi barədə qətnamə qəbul etmişlər. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Qaz təchizatı haqqında” müddəalarında nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası Qanununun müvafiq “Maddə
3. Ümumi tələblər... 3.5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” A zərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. 3. 5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir....” 25. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.” “Maddə
3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.”
26. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “ İ.Ümumi müddəalar... 1.4. qanun əsasında sahibkarlıq sahəsində hə r hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan apar ılan yoxlamaların hüquqi nəticəsi yoxdur....”
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
28. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irə li sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 31. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
32. Kassasiya şikayətinin dəlillərinin mahiyyəti bundan ibarət olmuşdur ki, cavabdeh tərəfindən Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir və qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. Cavabdehin nümayəndələri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olmadan, yalnız Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədin də quraşdırılmış qaz sayğaclarına baxış keçirilir.
33. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsaslı hesab etmir.
34. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə yoxlamalar yoxlamaların vahid reyestrində qeydə alınmalıdır. Hazırkı halda, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, 2022-ci il 19 sentyabr tarixli, ******* nömrəli akt tərtib olunmuş və aktda sayğacın korrektorun sönməsi nəticəsində mexaniki hissədən keçən 309433 m3 qaz həcmi elektron hissədə q eydə alınmadığı qeyd olunmuş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və iddiaçıya dəymiş ziyana görə 40.822,32 manat borc hesablanmışdır. Bu isə, cavabdehin hərəkətlərinin istinad olunan Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin də təsirir dairəsini düşdüyünü göstərir. Həmçinin, “X1n”da da qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
35. Göründüyü kimi, cavabdehin hərəkətləri Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamalara aid olmuş, lakin cavabdehin iddiaçının barəsində borcun hesablanmasına dair aktların tərtib edilməsinə əsas olmuş yoxlamaları qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə daxil olmadan qaz sayğacına baxış keçirməsini təsdiq edən sübutların cavabdeh tərəfindən işə aşağı instansiya məhkəmələrində baxılarkə n təqdim edilməsi isə iş materiallarından müəyyən olunmamışdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmışdır.
37. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı ara şdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
38. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
39. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İB tərəfindən veri lmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli, 2-2(103)-451/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.