Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-519/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun cavabdehlər "xxxx" MMC, Hacı-zadə X4 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-519/2023 Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə və sədrliyi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun cavabdehlər "xxxx" MMC, Hacı-zadə X4 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 may tarixli 2-2(103)-383/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2020-ci il 30 noyabr tarixli, 179/2020 nömrəli Zəmanət Məktubundan görünür ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ilə "xxxx" ASC arasında bağlanmış 2018-ci il 27 iyun tarixli “Çərçivə” müqaviləsinə uyğun olaraq, Müvəkkil "xxxx" ASC-yə 3 iş günü müddətində zəmanət üzrə ödəniş məbləğini birdəfəlik qaydada hesabına köçürür. 2. "xxxx" ASC ilə "xxxx" MMC arasında 2020-ci il 1 dekabr tarixli, 108880-949862/1 nömrəli kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, kreditor borcalana 12 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 150.000 manat məbləğində kredit xətti vermişdir. 3. "xxxx" ASC ilə Cavabdeh3 arasında 2020-ci il 1 dekabr tarixli, 108880-949862/1 nömrəli və "xxxx" ASC ilə Cavabdeh1 arasında 2020-ci il 1 dekabr tarixli, 108880-949862/1/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən, 2020-ci il 1 dekabr tarixli, 108880-949862/1 nömrəli kredit xətti müqaviləsində qeyd olunan 150.000 manat məbləğində pul 2020-ci il 2 dekabr tarixində "xxxx" MMC-nin hesabına köçürülmüşdür. 4. 2022-ci il 24 may tarixli X1 görünür ki, "xxxx" ASC 2020-ci il 1 dekabr tarixli, 108880949862/1 nömrəli kredit xətti müqaviləsi üzrə tələb hüquqlarını Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna güzəşt etmişdir. Həmin müqaviləyə əsasən, əsas borcun icra edilməmiş hissəsi 150.000, müqavilə üzrə icra edilməmiş faiz məbləği 3.908,66 manat, dəbbə pulu isə 23.066,67 manat müəyyən olunmuşdur. 5. 2022-ci il 29 mart tarixli, MŞB/2-00507 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" MMC, Hacı-zadə X3 və Cavabdeh3 sessiyanın tarixi, saatı və yeri barədə 6 gün öncə poçt vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. "xxxx" ASC tərəfindən ilkin mediasiya sessiyası üçün 400 manat məbləğində vəsait ödənmişdir. 6. "xxxx" ASC tərəfindən "xxxx" MMC, Hacı-zadə X3 və Cavabdeh3 ünvanlanmış 2021ci il 26 noyabr tarixli, 102/102/0273/2021 nömrəli xəbərdarlıq məktubundan görünür ki, 2021ci il 2 noyabr tarixinə "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə 153.575,33 manat məbləğində borcu yaranm ışdır. "xxxx" ASC həmin müqavilə üzrə yaranmış 153.575,33 manat məbləğində borcun 5 gün müddətində ödənilməsini xahiş etmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
7. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra – “iddiaçı”) "xxxx" MMC, Hacı-zadə X4 və Cavabdeh3 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “cavabdeh”, “cavabdeh H.İlqar” və “cavabdeh H.Fidan”) qarşı iddia ərizə ilə 2022-ci il 21 aprel tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 150.000 manat məbləğində əsas bоrc,19.508,66 manat faiz borcu olmaqla, cəmi 169.508,66 manat kredit borcunun, ödənilmiş 400 man at məbləğində mediasiya xərcinin və 59,51 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 1 dekabr tarixli, 108880-949862/1 nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 150.000 manat məbləğində kredit vеrilmişdir. İddiaçı ilə H.Fidan arasında 2020-ci il 1 dekabr tarixli, 108880-949862/1 nömrəli və cavabdeh H.İlqar arasında 2020-ci il 1 dekabr tarixli, 108880-949862/1/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da kredit bor cu yaranmışdır. Məhkəmədən əvvəl mediasiya şurasına müraciət olunsa da, tərəflərdən heç biri həmin sessiyada iştirak etməmişdir.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 443.1, 445.1, 445.2.1, 449.4-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddələrinə istinad etmişdir.
10. Cavabdehlər tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.
11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 10 iyun tarixli e-2-2(113)-2321/2022 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir (hakim – K.Hüseynov).
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 12 avqust tarixli 9/4602 nömrəli rəyinə əsasən, müqavilə müddətinin bitdiyi 2021-ci il 1 deka br tarixə "xxxx" MMC-nin "xxxx" ASC-yə olan borcu 161.933,33 manat məbləğində müəyyən edilmiş, o cümlədən əsas borc üzrə 150.000 manat, faiz borcu 11.933,33 manat məbləğində müəyyən olunmuşdur. 13. 2022-ci il 5 oktyabr tarixli və 2022-ci il 21 oktyabr tarixli ərizələrdən görünür ki, "xxxx" ASC ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun iddiaçı qismində işə cəlb edilməsini xahiş etmişdir. 14. 2022-ci il 26 oktyabr tarixli, e-2-2(113)-2321/2022 nömrəli məhkəmə hazırlıq iclasının protokolundan görünür ki, iddiaçı "xxxx" ASC əsl iddiaçı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ilə əvəz olunmuşdur.
15. İddiaçı 2022-ci il 28 noyabr tarixdə iddianın dəyişdirilməsinə dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə mür aciət edərək, cavabdehlərdən müştərək qaydada 2020-ci il 1 dekabr tarixli, 108880-949862/1 nömrəli kredit xətti müqaviləsi üzrə 2021-ci il 1 dekabr tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) 150.000 manat məbləğində əsas borc, 4.041,99 manat faiz borcu və 2021-ci il 1 dekabr tarixdən 2022-ci il 27 oktyabr tarixə kimi olan müddət ərzində isə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 6.812,49 manat məbləğində faiz borcu olmaqla, cəmi 160.854,48 manat məbləğində borcun və ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin və 59,51 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli e-2-2(113)-2321/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, əsas borc üzrə 150.000 manat və faiz borcu üzrə 3.908,66 manat olmaqla, cəmi 153.908,66 manat məbləğində pul, əsas borca illik 5 faiz hesablanmaqla 6.719,50 manat məbləğində pul, mediasiya xərcinin 400 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59,51 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilmiş və ekspertizaya ödənilmiş 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim – K.Hüseynov).
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılma sından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarət olmuşdur. Belə ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün əhəmiyyətsiz olmuşdur. İddianın 4.041,99 manat faiz borcu borcunun tələb edilməsi hissəsində isə qismən əsaslı hesab edilmişdir.
18. Belə ki, hazırkı iddiaçının tələb hüququ məhz "xxxx" ASC ilə bağlanmış olan 2022-ci il 24 may tarixli X2 ilə keçmişdir, həmin müqavilədə isə "xxxx" ASC iddiaçıya müqavilə üzrə yaranmış məhz 3.908,66 manat hissəsini güzəşt etmişdir. Müqavilə üzrə faiz borcu olaraq 3.908,66 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi qeyd olunmuşdur. Belə ki, iddianın 2021-ci il 1 dekabr tarixdən 2022-ci il 27 oktyabr tarixə kimi olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 6.812,49 manat məbləğində faiz borcunun tələb edilməsi hissəsi ilə bağlı qeyd edilmişdir ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış olan kredit müqaviləsinin müddəti 2021-ci il 1 dekabr tarixdə bitmiş, iddiaçı isə 2022-ci il 28 noyabr tarixdə iddia tələbini dəyişdirərək MM-in maddəsinə istinad etməklə 6.812,49 manat məbləğində pulun tutulmasını xahiş etmiş və cavabdeh tərəfindən öhdəliyin icrası təxmini 327 gün gecikdirilmişdir. İddia qeyd edi lən hissədə qismən əsaslı olmaqla 6.719 (150.000x5/100=7500 (1 il üçün), 7500/365=20,54 (1 gün üçün) 20,54x327 gün=6.719,5 (327 gün)) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 445.1, 445.7, 470.1, 472.1, 472.2, 739.1, 741-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh H.Fidan 2023-cü il 21 fevral tarixində apell yasiya şikayəti verərək, həmin qətnamənin dəyişdirilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 may tarixli 2-2(103)-383/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsində ilk hazırlıq iclası 2022-ci il 20 may tarixə təyin olunmuş, iclasda iştirak edən cavabdeh, eyni zamanda cavabdehin nümayəndəsi H.Fidan əsas borc məbləği ilə razı olduqlarını, faiz məbləğini mühasiblərlə dəqiqləşdirməli olduqlarını, pandemiya dövrün də tam ödənişin edilməsinin mümkün olmadığını, şirkətin iflas vəziyyətində olduğunu bildirmiş və borcun ödənilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. Lakin qeyd edilən məhkəmə iclasında iştirak edən cavabdeh H.Fidan ekspertiza keçirilməsi barədə hər hansı vəsatət verməmişdir. Növbəti məhkəmə iclası 2022-ci il 10 iyun tarixə təyin olunmuş, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etmişdir. İş üzrə icraat təzələnərək məhkəmə iclasları bir neçə dəfə təxirə salınmasına baxmayaraq cavabdeh H.Fidan məhkəmə iclaslarının heç birində iştirak etməmişdir. Məhkəmə bildirişləri cavabdeh H.Fidanın hazırda apellyasiya şikayətində qeyd etmiş olduğu ünvana – ünvan 1 məhkəmə bildirişləri sonuncunun qeyd olunan ünvanda yaşamaması əsası ilə geri qa ytarılmışdır. Apellyasiya baxışı zamanı iki dəfə məhkəmə iclası təyin olunmasına və tərəflərə, həmçinin cavabdeh H.Fidan və onun nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər.
23. Faiz borcunun tutulması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya tələb hüququ məhz "xxxx" ASC ilə bağlanmış olan 2022-ci il 24 may tarixli X2 ilə keçmiş, həmin müqavilədə isə "xxxx" ASC iddiaçıya müqavilə üzrə yaranmış məhz 3.908,66 manat hissəsini güzəşt etmişdir. Müqavilə üzrə faiz borcu olaraq 3.908,66 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməli, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış olan kredit müqaviləsinin müddəti 2021-ci il 1 dekabr tarixdə bitmiş, iddiaçı isə 2022-ci il 28 noyabr tarixdə iddi a tələbini dəyişdirərək MM-in maddəsinə istinad etməklə 6.812,49 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icrası təxmini 327 gün gecikdirilmişdir. İşin müəyyən olunmuş halının cavabdehlər tərəfindən öhdəliyin icra olunmaması təşkil etməsini də nəzərə alaraq iddia qeyd edilən hissədə qismən əsaslı olmaqla 6.719 (150.000x5/100=7.500 (1 il üçün), 7.500/365=20,54 (1 gün üçün) 20,54x327 gün=6.719,5 (327 gün)) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması qənaətinə gəlinmişdir.
24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 445.1, 445.7, 470.1, 472.1, 472.2, 739.1, 741-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə, “Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3. 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, MPM-in 103.1, 107, 115.0.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 9 iyun tarixdə cavabdeh H.Fidanın nümayəndəsinə göndərilmişdir.
26. Cavabdeh H.Fidan 2023-cü il 8 avqust tarixində kassasiya şikayəti verməklə həmin qətnamənin dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətin in dəlilləri
27. Azərbaycan Respublikası Konstitusiyasının 25, 26-cı maddələrinin tələbləri pozulmuşdur. Qeyd olunan maddələrinin tələblərinə riayət olunmamışdır.
28. MM-in 329.1, 389, 390, 390.7, 407.2, 407.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçı ilə müqavilə bağlayan zaman və həmin müqavilə üzrə zamin duran cavabdeh H.Fidanın etibarından sui-istifadə edərək yaranmış borcun ödənilməsindən yayınmışdır.
29. MPM-in 102-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, məhkəmə prosesi zamanı cavabdehin iştirakı təmin olunmadığından, sonuncu məhkəmədən təkrar ekspertiza keçirilməsini xahiş edə bilməmişdir. Cavabdeh H.Fidan məhkəmə baxışında deyil yalnız məhkəmə hazırlıq iclasında iştirak etmişdir. Həmçinin məhkəmə proseslərində iştirakı olmadığı üçün H.Fidan hüquqlarını müd afiə edə bilməmiş və yaranmış borcun tam deyil hissə-hissə (ayda 50 manat məbləğində) ödəməyə razılıq vermişdir. Lakin hakim cavabdeh H.Fidanın iştirakını təmin etməmiş və qəbul olunmuş qətnamə barəsində sonuncuya heç bir məlumat verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. IV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya baxışının predmetini yalnız hesablanmış faiz məbləğinin tutulması və apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəal arında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” “Maddə
741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.” 35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2014-cü il 24 dekabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... lakin konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəf MM-in 399.3-cü maddəsi ilə on lara təklif olunan dispozitif hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər....” 36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3. 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2023-cü il 29 mart t arixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir....”
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 may tarixli, 2-2(103)-383/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
39. Cavabdeh3 kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, cavabdeh onun etibarından sui-istifadə edilərək borcun ödənilməsindən yayınılmışdır. Həmçinin, məhkəmə F.Hacızadənin məhkəmə iclaslarında iştirakını təmin etmədiyindən o təkrar ekspertiza keçirilməsi barədə müraciət edə bilməmiş, habelə məhkəmə qətnamə si barədə də məlumatlandırılmamışdır.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
41. MPM-in tələblərinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə birbirlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin (MPM-in 9.1, 9.2-ci maddələri).
42. İş materiallarından görünür ki, cavabdehə birinci instansiya məhkəməsindəki icraat zamanı iclasların yeri və vaxtı barədə lazımi qaydada müvafiq məhkəmə bildirişləri göndərilməklə məlumat verilmiş, lakin cavabdeh F.Hacızadə məhkəmə iclaslarında iştirak etmək, etiraz vermək, sübutlar təqdim etmək kimi prosessual qanunvericiliklə ona verilmiş hüquqlarından istifadə etməyərək, məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə qarşı etirazı və etirazın əsaslarını təsdiq edə biləcək müvafiq sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Belə olduqda isə, birinci instansiya məhkəməsi mübahisəyə iş materiallarında olan sübutlar əsasında baxaraq qiymət verməkdə haqlı olmuşdur.
43. Bundan başqa, işdən göründüyü kimi apellyasiya instansiya məhkəməsindəki icraat zamanı da iclasın yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məhkəmə bildirişinin və sms xəbərdalığın göndərilərək məlumat verilməsinə, habelə cavabdehin vəkilinin elektron kabinetinin mövcud olmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, cavabdehin apellyasiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulmasına dair dəlili də əsaslı sayıla bilməz.
44. Cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya qarşı etirazları və bu etirazların əsasını təşkil edən sübutları məhkəmələrə təqdim olunmamışdır. Məhkəmə isə öz təşəbbüsü ilə cavabdehlərin əsas və faiz borclarının müəyyənləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, həmin ekspertiza nəticəsində əldə olunan ekspert rəyi də işdəki digər sübutlarla yanaşı qiymətləndirilməklə qanuni və əsaslı nəticəyə gəlinmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində də ekspert rəyi ilə razılaşmadığını bild irsə də, ekspert rəynin mötəbərliyini şübhə altına ala biləcək hər hansı dəlillərə və sübutlara istinad olunmamışdır.
45. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipinə üstünlük verməklə hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsi vəzifəsini də nəzərdə tutur.
46. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hü quqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətlərinin dəlilləri ilə eyni məzmunlu olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilmişdir.
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 49. “Kassasiya məhkəməsi sübut və faktl ara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərar ı).
50. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi qeyd edilən hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
51. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən, qanunvericiliyin tələblərinə riayət edilmiş, prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 may tarixli, 2-2(103)- 383/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabedeh Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 may tarixli, 2-2(103)-383/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.