Məhkəmə qərarları › İş №2-2(102)-52/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-52/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-52/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X2 və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 sentyabr tarixli 2-2(103)-794/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qayda sında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2019-cu il 18 iyun tarixli 009L**********80 nömrəli İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsindən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün 250.000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Kreditlər tərəflər arasında “kredit razılaşması” “bank qarantiyası verilməsi haqqında müqavilə” və “akkreditiv açılması üçün razılaşma” formasında bağlanacaq ayrıca razılaşma əsasında veriləcək. 2. 2021-ci il 9 iyul tarixli 009R**********SC nömrəli 2019-cu il 18 iyun tarixli 009L**********80 nömrəli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, Cavabdeh2 kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faiz ləri bu sazişə əlavə olunan 2021-ci il 9 iyul tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Ödəniş planından görünür ki, müqavilənin müddəti 2022-ci il 18 avqust tarixə kimi uzadılmışdır. 3. 2019-cu il 18 iyun tarixli 009R********** nömrəli "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış kredit razılaşmasından görünür ki, "xxxx" QSC Cavabdeh2 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 manat məbləğində krеdit verir. Müqavilənin 4.2.2-ci maddəsinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalğının 0,1%-i məbləğində cərimə ödəməyə borcludur. 4. 2019-cu il 18 iyun tarixli 009S**********02 nömrəli İddiaçı QSC ilə cavabdeh X2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, X2 2019-cu il 18 iyun tarixli 009L**********80 nömrəli İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh2 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 5. 2022-ci il 18 avqust tarixli İddiaçı QSC tərəfindən tərtib olunan maliyyə arayışından görünür ki, Cavabdeh2 2019-cu il 18 iyun tarixli 009R********** nömrəli kredit razılaşması üzrə 13.503,45 manat əsas, 1.930,14 manat faiz, 2.762,34 manat cərimə, cəmi 18.195,93 manat borcu vardır. Cərimə hesablanmış gecikdirilən günlərin sayı 304 gün təşkil edir. 6. 2022-ci il 30 sentyabr tarixli MŞB/6-5959 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayı şdan görünür ki, İddiaçı QSC Bakı şəhəri 6 saylı mediasiya təşkilatına 200 manat məbləğində mediasiya xərci ödəmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi və iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) və X1 (bundan sonra – “cavabdeh B.Həsənzadə”) müştərək qaydada iddiaçının хеyrinə 009R********** saylı krеdit razılaşması üzrə 13.503,45 manat məbləğində krеdit bоrcu, 2.281,23 manat məbləğində faiz bоrcu və 3.408,76 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 19.193,44 manat məbləğində bоrcun, ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh2 iddiaçı ilə bağladığı 2019-cu il 18 iyun tarixli 009L**********80 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 250.000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh2 vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ilə bağladığı 2019-cu il 18 iyun tarixli 009R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 2020-ci il 17 aprel tarixli 009R**********S saylı, 2020-ci il 29 iyul tarixli 009R**********SA saylı, 2020-ci il 30 oktyabr tarixli 009R*** *******SB saylı, 2021-ci il 31 mart tarixli 009R**********SB saylı, 2021-ci il 9 iyul tarixli 009R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq, krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 2021-ci il 18 oktyabr tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 6.496,55 manat ödəmiş, onun 13.503,45 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faiz in 1/30 hissəsi kimi hesablanır, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2022-ci il 23 sentyabr tarixə 340 gün üçün hesablanmış faiz borcu 2.281,23 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 2022-ci il 23 sentyabr tarixə 340 gün üçün hеsablanmış cərimə 3.408,76 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqa vilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh B.Həsənzadə zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 442, 445.2.1, 465.2, 467, 472.1, 472.2, 501-ci maddələrinə, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə istinad etmişdir.

10. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 15 noyabr tarixli e-2-2(113)-6272/2022 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir ( hakim – E.Əliyev).

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023cü il 1 fevral tarixli 9/9352 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh2 2022-ci il 18 avqust tarixə 13.106,96 manat əsas, 2.801,06 manat faiz borcu vardır.

13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 23 may tarixli e-2-2(113)-238/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlərdən müştərək qaydada 13.106,96 manat əsas, 1.930,14 manat faiz və 462,90 manat cərimə, cəmi 15.500 manatın, həmçinin mediasiya xə rci kimi ödənilmiş 200 manatın alınaraq iddiaçıya ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı olan 100 manat məbləğində xərcinin 80,75 manatının cavabdehlərdən müştərək qaydada, 19,25 manatının isə iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir (hakim – E.Əliyev).

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.

15. Məhkəmə hesab etmişdir ki, iddia tələbi 13.503,45 manat əsas borc hissədə qismən, yəni ekspert rəyinə müəyyən edildiyi 13.106,96 manat məbləğində, həmçinin 200 manat məbləğində medi asiya xərci hissədə təmin edilməlidir.

16. Bununla yanaşı məhkəmə bildirmişdir ki, iddiaçı 2022-ci il 23 sentyabr tarixə 2.281,23 manat məbləğində faiz bоrcu tələb etsə də, müqavilənin müddəti 2022-ci il 18 avqust tarixdə bitmiş, bank isə sonrakı dövr üçün vəsaiti MM-in 445.7-ci maddəsinə əsasən tələb etmədiyinə görə məhkəmə hesab etmişdir ki, tələb həmin hissədə qismən 2022-ci il 18 avqust tarixə yaranmış 1.930,14 manat məbləğində faiz borcu həcmində təmin edilməlidir.

17. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd etmişdir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 462,90 manat məbləğində müəyyən edilməlidir.

18. İddia tələbinin 80,75%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab etmişdir ki, məhkəmə mühasibatlıq ekspe rtizası ilə bağlı olan 100 manat məbləğində xərcin 80,75 manatı cavabdehlərdən müştərək qaydada, 19,25 manatı isə iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

19. Məhkəmə bu qənaətini MM-in 385.1, 386, 421.1, 465.2, 467, 470.1-ci maddələrinə, MPM-in 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

20. Cavabdeh B.Həsənzadə apellyasiya şikayəti verərək, 2023-cü il 23 may tarixli e-22(113)-238/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 sentyabr tarixli 2-2(103)-794/2023 nömrəli qətnaməsi ilə cavabdeh B.Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 23 may tarixli e-2-2(113)-238/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələblərinin qanuni əsasını MM-in 739.1, 741, 462.1-ci maddələri təşkil edir, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.

23. Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun olaraq (bax §13) əsas borcun tutulması hissəsində iddianı qismən təmin etmiş, faiz borcuna aid hissədə də müqavilə müddətinə uyğun olaraq iddianı qismən təmin etmiş, həmçinin cərimə borcunu azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir.

24. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredi t müqaviləsinə aid ödəniş cədvəlini, hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə 2022-ci il 18 avqust tarixli maliyyə arayışını, qeyd olunan ekspert rəyini araşdıraraq və bir sıra maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab etmişdir ki, kredit borcunun məbləğinə aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan cavabdeh B.Həsənzadə borclu olan Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır, buna görə də həmin borcun cavabdeh B.Həsənzadədən tutulması barədə nəticə də düzgündür.

26. Apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd etmi şdir ki, iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları MPM-in 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir.

27. Məhkəmə kollegiyası, iş üzrə verilmiş rəyi mötəbər sübut kimi qiymətləndirərək qeyd etmişdir ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında ver ilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmış, cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, məhkəməyə bununla bağlı zəruri sübutları təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

28. Kredit müqaviləsi üzrə sonuncu razılaşma (restrukturizasiya) 2021-ci il 9 iyul tarixdə həyata keçirilmiş və həmin razılaşmaya əsasən kredit məbləği 13.641,58 manat, ödənilməli olan faiz məbləği 2.707,16 manat, hesablanmış faiz borcu 219,2 manat, hesablanmış cərimə borcu 413,72 manat, cəmi ödənilməli olan məbləğ 16.981,66 manat məbləğində müəyyən edilmişdir. Həmin razılaşmadan sonra isə cəmi 1.517,11 manat ödəniş edilmiş və ekspert tərəfindən də həmin ödənişlər nəzərə alınaraq hesablama aparılmışdır.

29. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 741-ci maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

30. Cavabdeh B.Həsənzadə apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

31. MM-in 739-cu maddəsinin tələbləri pozulmuşdur. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şə klində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisə olunmayan hal odur ki, iddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış və sonuncu müqavilənin şərlərinə əsasən pul götürmüşdür. Həmin müqavilə üzrə cavabdeh B.Həsənzadə zamin olaraq qeyd edilmişdir. Mübahisə olunan odur ki, iddia üzrə cavabdehlər tərəfindən iddia ərizəsində göstərilən məbləğdən artıq məbləğdə banka ödəniş olunmuşdur, lakin bank müəyyən olunmayan səbəbdən ödənilmiş məbləği az göstərmişdir. Birinci instansiya məhkəməsində cavabdeh tərəfindən təkrar mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verilsə də, məlum olmayan səbəblərdən təmin olunmamışdır. Apellyasiya instansiya məhkəməsi isə qəbul etmiş olduğu qətnamədə göstərmişdir ki, cavabdeh borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq ed ən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Halbuki, cavabdeh bankdan rəsmi qaydada almış olduğu və birinci instansiya məhkəməsinə təqdim etdiyi arayışda banka cavabdehlər tərəfindən ödənilən pulun iddiaçının iddia ərizəsində göstərmiş olduğu məbləğdən yüksək olması öz təsdiqini tapmışdır.

32. MPM-in 9, 88, 102, 119.1, 185-ci maddələrinin tələbləri pozulmuşdur. 2023-cü il 19 sentyabr tarixdə Bakı Apellyasiya Məhkəməsində təyin olunmuş ilk məhkəmə iclasında cavabdehin iştirakını mümkün olmaması ilə bağlı ərizə 2023-cü il 19 sentyabr tarixdə elektron məhkəmə sisteminə yüklənmişdir. Ərizədə cavabdehin səhhətində yaranmış problem səbəbindən iclasda iştirak edə bilməyəcəyini göstərilmiş, bu səbəbdən mə hkəmə iclasının təxirə salınması xahiş olunmuşdur. Lakin məlum olmayan səbəblərdən hakim elə ilk məhkəmə baxışında tərəflər iştirak etmədən qərar qəbul etmişdir. Məhkəmə ərizədə göstərilən səbəbi üzürlü saymayaraq iclası təxirə salmaması nəticəsində cavabdehin və tərəflərin prosessual hüquqları pozulmuşdur.

33. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etsə də mediasiya xərci kimi çəkilmiş 200 manat məbləğində pulu mütənasib şəkildə azaltmamışdır. Cavabdeh bununla bağlı vermiş olduğu apellyasiya şikayətində prosessual pozuntunun olmasını qeyd etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi qəbul etmiş olduğu qətnamədə buna qiymət verməmişdir.

34. İş materiallarından göründüyü kimi cavabdeh bankdan arayış alaraq sübut etmişdir ki, onun tərəfindən banka iddiaçının təqdim et diyi maliyyə arayışında göstərilən məbləğdən daha çox pul ödənilib və bu ziddiyyəti aradan qaldırmaq üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi zəruridir. Lakin apellyasiya instansiya məhkəməsi bu məsələyə səthi yanaşaraq, hazırkı işdə təkrar ekspertizasının təyin edilməsi üçün əsaslar mövcud olmamasını bildirərək, təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir. Cavabdehlər tərəfindən artıq pulun ödənilməsi barədə sübutun təqdim edilməsi təkrar ekspertizanın təyin edilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh B.Həsənzadə tərəfindən verilmiş kassasiya şikayəti əsas ında MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdiril ən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşıs ında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götü rür....” “Maddə

741. Borc vermək və almaq öhdəliyinin birtərəfli ləğvi 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıqaşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 741.2. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər.”

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “M addə

14. İş üzrə məhkəmə baxışının prinsipləri........ 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İll. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üz rə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 sentyabr tarixli 2-2(103)-794/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

41. Məhkəmə kassasiya şikayətinin təkrar ekspertiza keçirilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, apelyasiya məhkəməsi tərəfindən iş üzrə verilmiş rəy, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparıldığı üçün mötəbər sübut kimi qiymətləndirilmiş, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, işə baxmış məhkəmələrə bununla bağlı müvafiq sübutları təqdim etməmiş və beləliklə, üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirməmişdir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, 2021-ci il 9 iyul tarixdə həyat a keçirilmiş sonuncu razılaşmadan (restrukturizasiya) sonra cəmi 1.517,11 manat ödəniş edilmiş və ekspert tərəfindən də həmin ödənişlər nəzərə alınaraq hesablama aparılmışdır.

42. İşdəki sənədlərdən həmçinin görünür ki, apelyasiya məhkəməsi tərəfindən 19 sentyabr 2023-cü il tarixdə məhkəmə iclasının keçiriləcəyi barədə bütün tərəflər və onların nümayəndələri lazımi qaydada məlumatlandırılmış, Vəkil səhhətində yaranmış nasazlıqla əlaqədar iclasın başqa vaxta keçirilməsini xahiş etsə də bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası da haqlı olaraq və tərəflərin lazımi qaydada xəbərdar edildiklərini nəzərə almaqla apelyasiya şikayəti üzrə hazırkı qətnaməni qəbul etmişdir.

43. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd edir ki, id diaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmiş, həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas olmamış, hazırkı işdə əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsinin MPM-in 102-ci maddəsində göstərilmiş əsasları mövcud deyildir. 44. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkə mə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məh kəməsi iş üzrə qanuni nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəyə düzgün tətbiq etmişdir.

46. Kassasiya şikayətlərinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslan dırılmışdır.

47. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 sentyabr tarixli 2-2(103)-794/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Mə hkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 sentyabr tarixli 2-2(103)-794/2023 nömrəli qətnaməsindən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar