Məhkəmə qərarları › İş №2-2(102)-52/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-52/2025

13.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-52/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar söz: müqavilə üzrə borc tələbi və gecikdirilmiş borca illik 5% Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-760/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazı lı icraat qaydasında baxılmışdır. İşin halları

1. İcraçı İddiaçı MMC ilə sifarişçi "xxxx" MMC arasında 2014-cü il 12 sentyabr tarixli x nömrəli işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilə Lənkəran rayonu 6 saylı Vergilər İdarəsinin inzibati binasının əsaslı təmiri işlərində söküntü işlərinin görülməsi və hər növ dəmir quraşdırma işlərinin hazırlanması, rənglənməsi və montaj edilməsi işlərinin yerinə yetirilməsi üçün bağlanmışdır.

2. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə aylıq görülmüş işlərin dəyərinin hesablanması bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşdırma” protokoluna və görülmüş işlərin təhvil-təslim aktına əsasən aparılacaqdır. 3. 2014-cü il 12 sentyabr tarixli 1 saylı qiymət razılaşdırma protokolu ilə tərə flər görüləcək işlərin dəyərini 40.190,60 manat məbləğində razılaşdırmışlar. 4. 2015-ci il 19 noyabr tarixli qiymət razılaşdırma protokolu ilə tərəflər görüləcək işlərin dəyəri 32.616,50 manat məbləğində razılaşdırmışlar.

5. Sifarişçi tərəfindən müqavilə üzrə 2014-cü il 12 sentyabr tarixdə 10.000 manat, 2014-cü il 20 noyabr tarixində 4500 manat, 2014-cü il 25 dekabr tarixində 2400 manat məbləğində ödənişlər olmuşdur.

6. Sifarişçi tərəfindən icraçıya ünvanlanmış 2023-cü il 3 yanvar tarixli məktubda podrat müqaviləsi üzrə yaranmış 72.000 manat məbləğində borcun mart ayının onuna qədər ödəniləcəyi bildirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC (bundan sonra iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra cavabdeh) qarşı “pulun tutulması” tələb inə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 72.000 manat məbləğində borc pulun, həmçinin iddiaçı tərəfindən mediasiyaya çəkilmiş 410 manat və vəkilə ödənilmiş 120 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə tikinti işlərinin aparılması ilə əlaqədar əməkdaşlıq etmiş və həmin əməkdaşlıqla əlaqədar cavabdeh tərəfindən qismən ödənişlər həyata keçirilsə də, nəticədə cavabdehin iddiaçıya 72.000 manat məbləğində qalıq borcu yaranmışdır. Cavabdeh tərəfindən göndərilmiş 2023-cü il 3 yanvar tarixli ST/CC/23-001 nömrəli məktub da cavabdehin borcunun mövcudluğunu təsdiq edir.

9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 55.907 m anat məbləğində əsas borcun, 16.092 manat cərimə borcu, həmçinin iddiaçı tərəfindən mediasiyaya çəkilmiş 410 manat və vəkilə ödənilmiş 120 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Ərizədə göstərilmişdir ki, cavabdehin müqavilə üzrə 72.000 manat borcu yaranmış, həmin borcdan 2014-cü il 12 sentyabr tarixində 10.000 manat, 2014-cü il 20 noyabr tarixində 4500 manat, 2014-cü il 25 dekabr tarixində 2400 manat ödənilmişdir. Üzərindən 10 il keçməsinə baxmayaraq qalıq 55.907 manat ödənilməmişdir. İddiaçı hesab etmişdir ki, bu səbəbdən cavabdeh həmin borca illik 5 faizlə hesablanan 16.092 manat cərimə ödəməlidir. İddiaçı qeyd etmişdir ki, cavabdehlə bu barədə razılıq əldə olunmuşdur.

11. Cavabdeh tərəfindən iddia əri zəsinə qarşı etiraz təqdim edilməmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 15 may tarixli e-2-2(113)-486/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Ü.Həsənova).

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında 12 sentyabr 2014-cü il tarixli x nömrəli müqavilə imzalanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri tam həcmdə icra etmiş, cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. Belə ki, müqavilə üzrə görülmüş işlərinin ümumilikdə 72.807,10 manat məbləğindən cavabdeh ümumilikdə 16900 manat ödəniş etmiş, qalıq 55907,10 manat ödənilməmişdir. Cavabdehin həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə üzrə iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlm işdir ki, podrat müqaviləsi üzrə yaranmış 55.907 manat borcun tələb edilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir.

14. Həmçinin, iddiaçı borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 16.092 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında-illik 5% olmaqla) ödənilməsi tələbini də irəli sürmüşdür. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 449.1,752.1 və 753.1, maddələrinə, Az ərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

16. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-760/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və Z.Şirinov).

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən görülmüş podrat işlərinin dəyəri cəmi 72.807,10 manat təşkil etmişdir. Cavabdeh isə cəmi 16.900 manat məbləğində ödənişlər etmiş və onun tərəfindən qeyd edilən ödənişlərdən əlavə məbləğlərin ödənilməsi barədə sübutlar təqdim edilməmişdir..Bu baxımdan, iddiaçı MM-in 752.1-ci maddəsinə əsasən görülmüş işlərə görə ödənilməyən 55.907,10 manat məbləğdə qalıq borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

19. İddiaçı tərəfindən irəli sürülən illik 5 faizlə hesablanmış cəmi 16.092 manat məbləğində pul vəsaitinin tutulması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işin hallarını, yəni cavabdeh tərəfindən pulun ödənilməsi öhdəliyinin icrasının 10 ildən artıq müddətdə gecikdirildiyini və ödənilməli olan əsas məbləği nəzərə alınaraq iddiaçı 16.092 manat məbləğində pul vəsaitinin tutulm asını tələb etməkdə haqlı olmuşdur.

20. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərmişdir ki, borcun mövcudluğu və gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, eləcə də borcun və icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin məbləği xüsusi bilik tələb etmədən sadə riyazi hesablama ilə müəyyən olunduğundan iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi zərurəti olmamışdır.

21. Məhkəmə gəldiyi nəticəni MM-in 445.7, 752.1, 753.1 və 769-cu maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

22. Cavabdeh tərəfindən qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri

23. MM-in 445, 448, 449 və 753-cü maddələri üzrə-apellyasiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi ziddiyyətli və mötəbərliyi şübhə doğuran sənədlər əsasında, heç bir araşdırma aparmadan əsassız qətnamə qəbul etmişdir. Məhkəmə mülki qanunvericiliyin podrat və öhdəliklə bağlı bir sıra normalarını qətnamədə sadalasa da, podrat müqaviləsi kimi nəzərdən keçirdiyi müqaviləyə ümumiyyətlə istinad etməmiş, tələbin müqavilə əsasına müraciət etməmişdir. Beləliklə, məhkəmə cavabdeh tərəfi dinləmədən, çəkişmə prinsipinin tələblərini təmin etmədən, maddi hüquq normalarını formal tətbiq edərək, qanunsuz qətnamə qəbul etmişdir.

24. MPM-in 14.1-ci maddəsi üzrə-apellaysiya məhkəməsi iddiaçının təqdim etdiyi sənədlərin və iza hatların mötəbərliyini yoxlamamış, həmin sənədlərdə olan imzaların və möhürün həqiqiliyinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin etməmiş, cavabdeh tərəfi dinləməmiş və nəticə etibarı ilə iş üzrə heç bir araşdırma aparmadan qanunsuz və əsassız yekun akt qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri

26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib -etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 28.Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. …” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qaba qcadan azad etmək olmaz.” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür...” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə

769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir....”

29. Azərbayca n Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin möv qeyi

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 31. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab o lunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nətic ə ilə razılaşır (bax yuxarıda § 1820).

33. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

34. Göstərilənlərə əsasən məhkəmə kolle giyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

35. MPM-in 416, 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-760/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar