Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-520/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 may tarixli e-2-2(103)282/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan 2019-cu il 5 mart tarixli AZTX/438 saylı icarə müqaviləsinə (bundan sonra – “İcarə Müqaviləsi”) əsasən “İcarəyə verən” (iddiaçı MMC, bundan sonra – “İddiaçı”) müqavilənin əlavələrində qeyd olunmuş “İcarə obyektini” (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi”yə (Cavabdeh MMC, bundan sonra – “Cavabdeh”) verməyi, İcarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında Əlavələrdə götərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür.
2. Həmin müqavilənin şərtlərinə görə: 2.1. icarə haqqı aylıq ödənilir (4.1-ci bənd); 2.2. icarəyə verən icarə obyektinin təslim tarixindən növbəti ayın eyni günündə və sonrakı ayların da eyni günlərində bir aylıq icarə məbləğinə ƏDV əlavə edərək hesab faktura tərtib edir, həmin hesab-faktura icarəçi tərəfindən təsdiq edildikdən sonra 5 iş günü ərzində ödəniş həyata keçirilir (4.3 və 4.4-cü bəndlər); 2.3. faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənilmədiyi halda illik 5%-i keçməmək şərti ilə günlük 0,01 % gecikmə faizi hesablanır (4.10-cu bənd).
3. İş materiallarında olan 2019-cu il 12 aprel tarixli, EAAT seriyalı, 044941 saylı elektron qaiməyə əsasən cavabdeh-a icarəyə verilmiş nəqliyyat vasitəsinə görə borc 23.933,41 manat, 2019-cu il 10 may tarixli, EAAU seriyalı, 249010 saylı elektron qaiməyə əsasən 63.001,53 manat, 2019-cu il 20 iyun tarixli, EAAW seriyalı, 063660 saylı saylı elektron qaiməyə əsasən 84.682,80 ma nat, 2019-cu il 23 avqust tarixli, EAAY seriyalı, 875309 saylı elektron qaiməyə əsasən 72.846,48 manat, 2019-cu il 12 noyabr tarixli EBAC seriyalı, 326721 saylı elektron qaiməyə əsasən 73.636,86 manat, 2019-cu il 12 noyabr tarixli, EBAC seriyalı, 332281 saylı elektron qaiməyə əsasən 69.929,54 manat, 2019-cu il 12 noyabr tarixli, EBAC seriyalı, 334657 saylı elektron qaiməyə əsasən 68.005,14 manat, 2020-ci il 16 yanvar tarixli, EBAF seriyalı, 103079 saylı elektron qaiməyə əsasən 42.647,41 manat, 2020-ci il 16 yanvar tarixli, EBAF seriyalı, 101558 saylı elektron qaiməyə əsasən 2.522,01 manat və 2020-ci il 27 yanvar tarixli EBAF seriyalı, 493268 saylı elektron qaiməyə əsasən 68.193,75 manat təşkil edir.
4. İş materiallarında olan 2019-cu il 6 may tarixli görülmüş işlərin təhvil-təslim aktına ə sasən ümumi məbləğ 63.001,55 manat, 2019-cu il 4 iyun tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 84.682,81 manat, 2019-cu il 3 iyul tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 72.846,49 manat, 2019-cu il 5 avqust tarixli görülmüş işlərin təhviltəslim aktına əsasən ümumi məbləğ 73.636,87 manat, 2019-cu il 5 sentyabr tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 69.929,54 manat və 2019-cu il 7 oktyabr tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 68.005,13 manat təşkl etmişdir.
5. İddiaçı 2020-ci il 30 yanvar tarixli Pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, borc məbləğinin müəyyən edilmiş müddətdə ödənilmədiyi təqdirdə, aralarında bağlanmış icarə müqaviləsinə və qüvvədə olan mövcud qanunvericiliyi n tələblərinə əsasən həmin pulun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəklərini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 6. iddiaçı 2020-ci il 16 mart tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İcarə Müqaviləsinə əsasən istifadə üçün təhvil verilmiş icarə obyektlərinə görə 272.391,41 manat əsas borc və gecikdirilmiş günlər üzrə 4.221,12 manat məbləğində cərimə olmaqla, ümumilikdə 276.612,53 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İcarə Müqaviləsi və onun əlavələrinə əsasən icarəçinin istifadəsinə verilmiş icarə obyektlərinin istifadəsinə görə göndərilmiş aylıq hesabfakturaların bir çoxu bu günə qədər icarəçi tərəfindən tam ödənilməmişdir. Belə ki, müqavilə bağlanıldıqdan sonra 4-cü ayda yəni, 2019-cu il 3 iyul tarixində AHC-004 saylı e-qaimə göndərilməsinə baxmayaraq icarə haqqı tam ödənilməmiş və 21.093,60 manat borc ödənilməmiş qalmışdır. Bundan əlavə, 2019-cu il 6 sentyabr tarixindən 69.929,54 manat, 2019-cu il 7 oktybabr tarixindən 68.005,13 manat, 2019-cu il 7 noyabr tarixindən 68.193,76 manat, 2019-cu il 30 noyabr tarixindən 42.647,41 manat, 2019-cu il 30 dekabr tarixindən isə 2.521,97 manat borc ödənilməmiş qalır. Beləliklə, cavabdehin icarə müqaviləsi əsasında iddiaçıdan istifadə üçün təhvil aldığı icarə obyektlərinə görə 272.391,41 manat əsas borc və gecikdirilmiş günlər üzrə 4.221,12 manat məbləğində cərimə olmaqla, ümumilikdə 276.612,53 manat məbləğində ödənilməmiş borcu var (İcarə Müqaviləsinin 4.1, 4.3, 4.4, 4.10-cu bəndlərinə əsasən – bax yuxarıda § 2).
8. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.1, 373, 389.1, 390.1, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.1, 26.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 9. cavabdehin nümayəndəsi Vəkil (bundan sonra – “Vəkil”) iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, müqavilənin 3.1 və 3.2-ci bəndlərində icarə obyektlərinin aktlar vasitəsilə təhvil verilməsi göstərilsə də bu barədə heç bir sənəd təqdim olunmamışdır. Bundan başqa müqavilənin əlavəsində qeyd olunan icarə obyektləri ilə təhvil-təslim aktlarında göstərilən icarə ob yektləri arasında əlaqə yoxdur. Həmçinin borc məbləği və cərimə də dəqiq hesablanmamışdır.
10. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 30 noyabr tarixli e-2-2(113)-1185/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 272.391,41 manat məbləğində əsas borc və 2.000 manat cərimə olmaqla ümumilikdə 274.391,41 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29,7 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.(hakim – F.Qasımov).
11. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 11.1. cavabdeh iddiaya etirazını 2 xüsusatla əsaslandırmışdır: icarə obyektlərinin aktlar vasitəsilə təhvil verilməsi və müqavilənin əlavəsində qeyd olunan icarə obyektləri ilə təhvil-təslim aktlarında göstərilən icarə obyektləri arasında əlaqənin olmaması. 11.2. Müqaviləyə əlavələrdə qeyd olunan icarə obyektləri təhvil-təslim aktlarında da əksini tapmışdır və obyektlərin aktlar vasitəsilə təqdim olunması barədə sənəd təqdim olunmasa da, təhvil-təslim aktları onu təsdiq edir ki, icarə obyektləri təhvil verilmişdir. Yəni, qeyd olunan xüsusatlar iddianın rədd edilməsi üçün əsas ola bilməz. 11.3. cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, İcarə Müqaviləsi üzrə 272.391,41 manat borcu yaranmışdır. Buna görə də iddianın icarə haqqı üzrə yaranmış borcun ödənilməsi hissəsi təmin edilməlidir. 11.4. Lakin məhkəmə 272.391,41 manat əsas borca 4.221,12 manat dəbbə pulu hesablanmasını əsa slı hesab etmir. Hesablanmış 4.221,12 manat dəbbə pulunun miqdarı azaldılaraq 2.000 manat miqdarında müəyyən edilməlidir.
12. Məhkəmə öz qətnaməsini MM-in 462.1, 463.1, 467, 675, 684.1, 700.1, 700.3-cü, MPM-in 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 13. cavabdeh həmin qətnamədən 2020-ci il 28 dekabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 may tarixli 22(103)-282/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilmısi, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 30 noyabr tarixli e-2-2(113)-1185/2020 saylı qətnaməsinin qismən – 272.391,41 manat əsas borcun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, cavabdeh-dan 267.391,40 manatın tutularaq iddiaçı-ya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir (sədrlik edən – A.Hüseyn, hakimlər – A.Nuriyeva və V.Məmmədov).
15. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 15.1. iddiaçı tərəfindən cavabdeh-a 10 elektron qaimə göndərilmiş, həmçinin tərəflər arasında görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təsliminə dair 6 akt tərtib edilmişdir. 15.2. cavabdeh təhvil-təslim aktlarına əsasən müəyyən edilən 432.102,39 manat borcu qəbul edir və qeyd edir ki, ödəniş tapşırıqlarına əsasən 302.007,53 manat ödəniş həyat a keçirilmiş və 130.094.86 manat borcu qalmışdır. Yəni tərəflər arasında əsas borca dair olan mübahisə 4 elektron qaimə ilə bağlıdır. Bunlar 2019-cu il 12 aprel tarixli, EAAT seriyalı, 044941 saylı, 2020-ci il 16 yanvar tarixli, EBAF seriyalı, 103079 saylı, 2020-ci il 16 yanvar tarixli, EBAF seriyalı, 101558 saylı və 2020-ci il 27 yanvar tarixli EBAF seriyalı, 493268 saylı elektron qaimələrdir. 15.3. Ödənişlərə nəzər yetirdikdə görünür ki, ödənişlərin əksəriyyəti cavabdeh-un qəbul etdiyi elektron qaimələr üzrə olsa da, iki ödəniş cavabdeh-un qəbul etmədiyi və aktlardan əvvəl aprel ayında göndərilmiş elektron qaimə üzrə olmuşdur. 15.4. Belə ki, 2019-cu il 12 aprel tarixdə 7.349,76 manat EAAT seriyalı, 044941 saylı elektron qaiməyə əsasən ödənilmişdir. Bundan başqa 2019-cu il 16 aprel tarixd ə 3.650,86 manat ƏDV məbləği ödənilmişdir. 2019-cu il 12 aprel tarixli, EAAT seriyalı, 044941 saylı elektron qaimə üzrə cəmi 23.933,41 manat (20.282,55 manat, 3.650,86 manat ƏDV) ödənilməsi nəzərdə tutulmuşdur. cavabdeh tərəfindən isə əsas borc üzrə qismən, ƏDV borcu üzrə isə tam ödəniş həyata keçirilmişdir. 2021-ci il 20 may tarixində keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 həmin ödənişləri araşdıracağını, texniki səhv ola biləcəyini, aprel ayında olan ödənişi dəqiqləşdirəcəyini bildirmiş, lakin sonuncu məhkəmə iclasında iştirak etməmişdir. 15.5. İcarə Müqaviləsinin 4.4-cü bəndində qeyd edilir ki, xidmətlərə görə ödəmələr İcarəyə verənin təqdim etdiyi düzgün və əsaslandırılmış hesab-fakturanın İcarəçi tərəfindən təsdiq edilməsindən sonra 5 iş günü ərzində həyata keçirilir. 15.6. İş materiallarında olan elektron qaimələrdən də görünür ki, iddiaçı tərəfindən cavabdeh-a əsaslandırılmış formada elektron qaimələr göndərilmiş, sonra borcun ödənilməməsi səbəbindən 2020-ci il 30 yanvar tarixli pretenziya məktubu ünvanlanmış, daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən nə elektron qaimələrə, nə də pretenziya məktubuna hər hansı etiraz edilməmiş, cavabdeh-un qəbul etmədiyi elektron qaimələr üzrə isə qismən ödəniş edilmişdir. 15.7. Birinci instansiya məhkəməsi əsas məbləğin hesablanması ilə bağlı hər hansı hesablama aparmadan iddia tələbini həmin hissədə tam təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. 15.8. Belə ki, elektron qaimə fakturalar üzrə ümumi borc məbləği 569.398,93 manat təşkil edir. Ödəniş tapşırıql arı üzrə isə ödənilmiş məbləğ 302.094,86 manat təşkil edir. Ödənilməmiş borc məbləği isə 267.391,4 manat (569.398,93 manat - 302.094,86 manat) təşkil edir. 15.9. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, qətnamə icarə haqqı üzrə əsas borcun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdeh-dan 267.391,4 manat tutularaq iddiaçı-ya ödənilməlidir. 15.10. Birinci instansiya məhkəməsi cərimə məbləğinin tutulması hissəsində düzgün nəticəyə gəldiyindən həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 15.11. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya həmin dəlilləri sadəcə olaraq borcun ödənilməsindən yayınmaq kimi qiymətləndirir. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh elektron qaimələrin qəbulundan imtina etməmiş, əsaslı olmadığını iddia etdiyi elektron qaimələrin bəziləri üzrə ödəniş həyata keçirmişdir. Sonradan məhkəmə prosesində əsas və cərimə borcunun hesablanması üçün ekspertiza keçirilməsini tələb etməsi (hazırkı halda xüsusi bilik tələb olunan hər hansı hesablama mövcud deyil), cərimə məbləğlərinin səhv tarixlərdən hesablanması barədə dəlilləri əsaslı deyil. 15.12. Kollegiya apellyasiya şikayətinin cərimə borcu ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun məbləği mütənasib həddədək azaldılmışdır. Belə ki, iddiaçı tərəfindən cərimə məbləği düzgün hesablanmamış olsa belə, birinci instansiya məhkəməsi cərimə borcunu kifayət qədər azaltmışdır ki, bu isə müqavilə üzrə nəzərdə tutulmuş ümumi borc məbləğinin 5 faizindən aşağıdır.
16. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 385, 386, 427.3, 429.1.3, 442, 448.1, 700-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. 17. cavabdeh həmin qətnamədən 2021-ci il 9 avqust tarixində kassasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
18. Qətnamədən görünür ki, iddiaçı tərəfindən görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təsliminə dair 6 akt təqdim edilsə də, cavabdeh-a 10 elektron qaimə göndərilmişdir. Təhviltəslim aktlarına əsasən ümumi məbləğ 432.102,39 manat, elektron qaimələrə əsasən isə 569.398,93 manat təşkil edir. cavabdeh tərəfindən təhvil-təslim aktlarına əsasən 302.007,5 3 manat ödəniş həyata keçirilmişdir. Lakin 2019-cu il 12 aprel tarixində texniki səhv nəticəsində ödəniş tapşırığının təyinatında EAAT seriyalı 044941 saylı elektron qaimə göstərilmiş və ödəniş həyata keçirilmişdir. Eyni zamanda, 2019-cu il 16 aprel tarixində 3.650,86 manat ƏDV məbləği ödənilmişdir. Həmin məbləğ də eyni qaimə üzrə nəzərdə tutulmuş ƏDV ödənişinin məbləğidir. Məhkəmə məhz qeyd olunan halı, digər qaimələr üzrə də xidmətin göstərilməsi kimi hesab edərək apellyasiya şikayətini həmin hissədə təmin etməmişdir. Halbuki bu hal iddiaçı-nı öz iddiasını sübut etmə yükündən azad etmir. Belə ki, iddiaçı faktiki olaraq işlərin görülməsini təhviltəslim aktlarını təqdim etməklə sübut etməli idi. Məhz İcarə Müqaviləsinin 4.4-cü bəndində qeyd edilir ki, xidmətlərə görə ödəmələr İcarəyə ver ənin təqdim etdiyi düzgün və əsaslandırılmış hesab-fakturanın İcarəçi tərəfindən təsdiq edilməsindən sonra 5 iş günü ərzində həyata keçirilir. Göründüyü kimi, faktiki olaraq müqavilə üzrə qeyd edilən hesab fakturalar təqdim edilməmişdir. Hesab etsək ki, elektron qaimələr hesab faktura əvəzi təqdim edilib, o halda onun cavabdeh tərəfindən təsdiq edilməsinə dair iddiaçı tərəfdən hər hansı sübut təqdim edilməmişdir.
19. Kassasiya şikayəti MM-in 386, 387.1, MPM-in 9.1, 9.3, 88, 217.1, 217.3, 407.1.4, 408.1.5, 416, 417.1.3, 417.1.4, 417.2, 418.1, 418.2, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İlk məhkəmə iclasında idd iaçı tərəfin vəkili iştirak edərək izahat vermiş, kassasiya şikayəti ilə razı olmadığını bildirmiş və şikayətin rədd edilməsini xahiş etmişdir.
22. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq son məhkəmə iclasında iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 24. cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən – iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
26. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti et məlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavi lənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icr a edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəb bə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə
684. Əmlak kirayəsi üçün ödəniş müddəti 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haq qı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəb ul etmirsə, iş qəbul edilmiş sayılır.”
27. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 may tarixli 2-2(103)-282/2021 saylı qətnaməsi qismən ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
29. Məhkəmə kollegiyası kassatorun dəlilini (bax yuxarıda § 18) qismən əsaslı hesab edir.
30. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 6 ədəd təhvil-təslim aktı tərtib edilmişdir. Həmin aktlar üzrə borc 432.102,39 manat təşkil edir. cavabdeh həmin borcu qəbul edir və qeyd edir ki, ödəniş tapşırıqlarına əsasən 302.007,53 manat ödəniş həyata keçirmiş və 130.094,86 manat borcu qalmışdır. 31. iddiaçı tərəfindən cavabdeh-a 10 elektron qaimə göndərilmişdir. Həmin elektron qaimələr üzrə ümumi borc məbləği 569.398,9 3 manat təşkil edir.
32. Beləliklə, iddiaçı tərəfindən cavabdeh-a təhvil-təslim aktlarından kənar 4 elektron qaimə üzrə ümumilikdə 137.296,54 (569.398,93 – 432.102,39) manat borc hesablanmışdır.
33. O cümlədən, 2019-cu il 12 aprel tarixli, EAAT seriyalı, 044941 saylı elektron qaimə üzrə 23.933,41 manat, 2020-ci il 16 yanvar tarixli, EBAF seriyalı, 103079 saylı elektron qaimə üzrə 42.647,41 manat, 2020-ci il 16 yanvar tarixli, EBAF seriyalı, 101558 saylı elektron qaimə üzrə 2.522,01 manat və 2020-ci il 27 yanvar tarixli EBAF seriyalı, 493268 saylı elektron qaimə üzrə 68.193,75 manat hesablanmışdır.
34. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında əsas borca dair olan mübahisə məhz həmin 4 elektron qaimə ilə bağlıdır.
35. Məhkəm ə kollegiyası sözügedən 4 elektron qaimədən biri olan 2019-cu il 12 aprel tarixli, EAAT seriyalı, 044941 saylı elektron qaimə (23.933,41 manat) üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.
36. Belə ki, həmin elektron qaimə üzrə cavabdeh tərəfindən 2019-cu il 12 aprel tarixində 7.349,76 manat, 2019-cu il 16 aprel tarixində isə 3.650,86 manat ƏDV məbləği ödənilmişdir. Yəni, həmin elektron qaimə üzrə cavabdeh tərəfindən əsas borc üzrə qismən, ƏDV borcu üzrə isə tam ödəniş həyata keçirilmişdir. 37. cavabdeh apellyasiya icraatı zamanı, habelə kassasiya şikayətində həmin ödənişləri (7.349,76 manat və 3.650,86 manat) texniki səhvlə əlaqələndirsə də, nə apellyasiya baxışında, nə də kassasiya şikayətində bunu təsdiq edən mötəbər dəlillər gətirə bilmişdir. Halbuki həmin halın sü but olunması vəzifəsi, MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 26) uyğun olaraq, məhz cavabdeh-un üzərinə düşürdü. Lakin cavabdeh həmin vəzifəni yerinə yetirə bilməmişdir.
38. Beləliklə, cavabdeh-un 2019-cu il 12 aprel tarixli, EAAT seriyalı, 044941 saylı elektron qaimə üzrə qismən də olsa, müəyyən ödənişlər etməsi və həmin qaiməyə etiraz etməməsi bu qaimə əsasında hesablanmış borcun faktiki etirafı kimi qəbul olunmalıdır.
39. Bununla belə, cavabdeh-un heç bir ödəniş aparmadığı və mübahisələndirdiyi digər 3 elektron qaimə (o cümlədən 42.647,41 manat dəyərində işlərlə bağlı göndərilmiş 2020-ci il 16 yanvar tarixli, EBAF seriyalı, 103079 saylı, 2.522,01 manat dəyərində işlərlə bağlı göndərilmiş 2020-ci il 16 yanvar tarixli, EBAF seriyalı, 101558 saylı və 68.193,75 manat dəyərində işlərlə ba ğlı göndərilmiş 2020-ci il 27 yanvar tarixli EBAF seriyalı, 493268 saylı elektron qaimələr – cəmi borc 42.647,41 + 2.522,01 + 68.193,75 = 113.363,17 manat) üzrə apellyasiya instansiyası məhkəməsinin isə mövqeyini məhkəmə kollegiyası aşağıdakı səbəblərdən əsaslı hesab etmir.
40. Əvvəla, apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 24 may tarixli iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki: “cavabdehun sonuncu aktı imzalamaqdan imtina etməsi səbəbindən sonuncu akt imzalanmamışdır.” (İİ cild, i/v 94). 41. iddiaçı-nın nümayəndəsinin məhkəmə iclasında verdiyi həmin ifadə sonuncu təhvil-təslim aktının imzalanmasının əslində məhkəmə icraatı başlamaışdan əvvəl tərəflər arasında müzakirə predmeti olduğuna, cavabdeh tərəfin bu aktın imzalanmasından şüurlu şəkildə imtina etdiyinə dəlalət e dir. 42. cavabdeh-un hazırda mübahisə predmeti olan 3 təhvil-təslim aktı ilə əlaqədar heç bir ödəniş aparmaması nəzərə alındıqda, cavabdeh tərəfin mövqeyi daha da əsaslı görünür.
43. İstənilən halda tərəflər görülmüş işlərin böyük hissəsini təhvil-təslim aktları ilə rəsmiləşdirildikləri halda, işlərin digər qisminə münasibətdə belə aktların imzalanmaması həmin işlərin görülməsinin həqiqiliyinə əsaslı şübhələr yaradır.
44. Məhkəmə kollegiyasının mövqeyinə görə, ilkin vergi uçot sənədi olan elektron qaimələr mahiyyət etibarilə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq edən düzünə (bilavasitə) sübut olmadığından, işə baxan məhkəmələr hər bir mübahisədə həmin sənədlərə fərdi qaydada (işin hallarına uyğun şəkildə) yanaşmalıdır. Yəni, qanunvericil iyin tələblərinə uyğun şəkildə tərtib olunaraq göndərilmiş və cavabdeh tərəfindən lazımi qaydada etiraz olunmamış elektron qaimələr işdə başqa mötəbər sübutlar olmadığı halda mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb etsə də, digər hallarda tərəflər arasında formalaşmış münasibətlərin xarakteri, işgüzar təcrübə, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla birlikdə (kompleks şəkildə) qiymətləndirilməlidir.
45. MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 27) tələblərindən biri də məhz ondan ibarətdir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Hazırkı halda müqavilə bağlandıqdan sonra tərəflər öz aralarındakı rəsmi əməkdaşlığı təhvil-təslim aktları əsasında qurmuşlar. Ona görə də həmin aktlar onlar arasında yaranmı ş mübahisənin həllində öz əhəmiyyətinə görə heç də müqavilədən, eləcə də elektron qaimələrdən az rol oynamır.
47. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış, nəticədə MPMin 88-ci maddəsinin tələblərini pozmuş, MPM-in 217.1-ci maddəsinin (bax yuxarıda § 27) tələblərinə cavab verməyən əsassız qətnamə qəbul etmişdir.
48. Nəzərə alınmayan mühüm hallardan biri də ondan ibarətdir ki, tərəflərin bağladıqları müqavilə icarə müqaviləsi adlansa da, onların arasındakı münasibətlər faktiki və hüquqi baxımdan qarışıq xarakterə malikdir. Belə ki, icarəyə verən tərəf icarəyə götürən tərəfə faktiki olaraq xidmət göstərmiş, “Görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim akt”ları ilə işlər qəbul olunmuşdur.
49. Beləliklə, hazırkı halda tərəflər arasındakı işgüzar münasi bətlər bir tərəfdən, icarə müqaviləsi, digər tərəfdən tərəfdən isə, MM-in 752.1-ci maddəsinə (bax yuxarıda § 26) görə, faktiki olaraq podrat müqaviləsinin əlamətləri ilə xarakterizə olunmaqdadır.
50. Odur ki, sözügedən təhvil-təslim aktlarının mövcudluğu həm də MM-in podrat müqavilələrinə dair müddəaları, xüsusilə də 770-ci maddəsinin (“Yerinə yetirilmiş işin qəbul edilməsi”) tələbləri (bax yuxarıda § 26) baxımından mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.
51. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisə predmeti olan üç elektron qaiməyə münasibətdə qüvvədə saxlanılması mümkün deyildir.
52. Yeni apellyasiya baxışı zamanı məhkəmə tərəflərin işgüzar münasibətlərinin müqavilə və təhvil-təslim aktları əsas ında qurulduğunu, cavabdeh-un qəbul etdiyi borcdan fərqli olaraq, hazırda mübahisələndirdiyi 3 elektron qaimədə əks etdirilmiş borc məbləğini ehtiva edən təhviltəslim aktını imzalamaqdan imtina etdiyini, borcun bir hissəsinin təhvil-təslim aktları və elektron qaimələr əsasında, bir hissəsinin isə yalnız cavabdeh-un etiraz etmədiyi elektron qaimələr əsasında müəyyən olunmasının ədalətli və əsaslı olmadığını nəzərə almalı, habelə MM-in podrat müqaviləsinə dair müddəalarının hazırkı mübahisəyə tətbiqi imkanlarını dəyərləndirməli, nəticəsinə uyğun olaraq və iş üzrə toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək iddia tələbini müvafiq hissədə qiymətləndirməlidir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Qətnamə həmin kassasiya şikayətinə münasibətdə qismən – 2020-ci il 16 yanvar tarixli, EBAF seriyalı, 103079 və 101558 saylı, 2020-ci il 27 yanvar tarixli EBAF seriyalı, 493268 saylı elektron qaimələr üzrə yarandığı bildirilən cəmi 113.363,17 manat hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.