Məhkəmə qərarları › İş №2-2(102)-520/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-520/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-520/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı pul tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 may tarixli 2-2(106)- 55/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2021-ci il 19 mart tarixli, SF**589 saylı satış qaiməsindən görünür ki, İddiaçı1 MMC (bundan sonra – “iddiaçı”) tərəfindən 5.860,50 manat dəyərində mallar müştəri kimi “Y1” nümayəndəliyinə göndərilmiş, həmin mallar “Y1” adından X2 (bundan sonra – “X1”) imzalayaraq təhvil almış, əvvəlki borc 14.961,53 manat olmaqla, verilən 5.860,50 manat dəyərində mal da nəzərə alınmaqla müştərinin son borcu 20.822,03 manat təşkil etmişdir. 2. 2021-ci il 19 mart tarixli, SF**591 saylı satış qaiməsindən görünür ki, iddiaçı tərəfindən 2.208 manat dəyərində mallar “Y2-Alko” adlı müştəriyə göndərilmiş, həmin malları “Y2-Alko” adından X1 imzalayaraq təhvil almış, əvvəlki borc 13.644 manat olmaqla, verilən 2.208 manat dəyərində mal da nəzərə alınmaqla müştərinin son borcu 15.852 manat təşkil etmişdir. 3. 2021-c i il 27 mart tarixli, SF**790 saylı satış qaiməsindən görünür ki, iddiaçı tərəfindən 6.322 manat dəyərində mallar “Y2-Topdan” adlı müştəriyə göndərilmiş, həmin malları “Y2-Topdan” adından X1X1raq təhvil almış, əvvəlki borc 34.578,10 manat olmaqla, verilən 6.322 manat dəyərində mala 225 manat endirim tətbiq edilməklə müştərinin son borcu 40.675,10 manat təşkil etmişdir.

4. Əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) 2020-ci il 16 oktyabr tarixindən müddətsiz olaraq "xxxx" MMC-nin bölgə müdiri vəzifəsinə təyin edilmişdir. Həmin əmək müqaviləsinə 2021-ci il 25 fevral tarixində Əmək Məcəlləsinə əsasən xitam verilmişdir.

5. İddiaçı tərəfindən O. Qasımova ünvanlanmış 2021-ci il 29 iyun tarixli 226 saylı pretenziya məktubundan görünür ki, Cavabdeh1 iddiaçıdan qəbul etdiyi istehlak mallarına görə 115.824,91 manat debitor borcunun yarandığı bildirilərək 3 gün ərzində şirkətin hesabına ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

6. Daha sonra iddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış 2021-ci il 6 iyul tarixli 38 saylı pretenziya məktubundan görünür ki, tərəflər arasında razılıq nəticəsində təhvil verilmiş mallara görə 77.079,13 manat məbləğində borcun olduğu bildirilmiş və 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 77.079,13 manat debitor borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra iddiaçı digər cavabdeh kimi X1i da cəlb edərək 77.079,13 manat dəyərində debitor borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 və X1dən (bundan sonra birgə işlədikdə - “cavabdehlər) müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında əldə olunmuş razılığa əsasən, dəyərini ödəmək şərti ilə sonuncu iddiaçıdan istehlak məhsullarını qəbul etmiş, lakin iddiaçıya etməli olduğu ödənişi gecikdirərək öz öhdəliklərini lazımınca icra etməmişdir. Bununla da alıcının iddiaçı qarşısında 77.079,13 manat məbləğində ümumi debitor borcu yaranmışdır.

10. Belə ki, təhvil-qəbul qaimələrindən müəyyən edili r ki Cavabdeh1 öz anbardarı olan X1 vasitəsilə iddiaçıdan istehlak məhsullarını faktiki qəbul etmiş, bununla da cavabdehin hər 3 obyekti üzrə iddiaçı qarşısında toplam 77.079,13 manat debitor borcu vardır: 1) 2021-ci il 19 mart tarixli SF**589 saylı təhvil qəbul sənədindən FLY.**13 kodlu obyektinə 5.860,50 manat istehlak məhsulu verilmişdir və həmin obyekt üzrə əvvəlki borcu 14.961,53 manat olmaqla cavabdehin yekun borcu 20.822,03 manat göstərilmişdir. 2) 2021-ci il 19 mart tarixli SF**591 saylı təhvil qəbul sənədindən FLY.**32 kodlu obyektinə 2.208 manat istehlak məhsulu verilmişdir və həmin obyekt üzrə əvvəlki borcu 13.644 manat olmaqla cavabdehin yekun borcu 15.852 manat göstərilmişdir. 3) 2021-ci il 27 mart tarixli SF**790 saylı təhvil qəbul sənədindən FLY.**11 kodlu obyektinə 6.322 manat istehlak məhsulu verilmişdir və həmin obyekt üzrə əvvəlki borcu 34.578,10 manat olmaqla cavabdehin yekun borcu 40.675,10 manat göstərilmişdir.

11. Tərəflərin qarşılıqlı münasibətlərinin olması faktı nəzərə alınaraq iddiaçı tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi məqsədi ilə cavabdehə borcun könüllü ödənilməsi təklifi irəli sürülmüşdür. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə əlaqə saxlanılaraq danışıqların aparılmasına baxmayaraq, mövcud borcun qaytarılmasında heç bir irəliləyiş olmamışdır və borc məbləği ödənilməmişdir. Eyni zamanda bildiririk ki, cavabdehlərin rəsmi qeydiyyatda olduğu sonuncu yaşayış ünvanı üzrə müvafiq olaraq sifarişli, xəbərnaməli poçt göndəriş ilə ("xxxx" MMC tərəfindən - identifikatoru SS682870325AZ) müvafiq olaraq pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir.

12. İddiaçı tərəfindən məsələnin məhkəmədənkənar həll olunması və cavabdeh tərəfindən borcun ödənilməsi üçün bütün cəhdləri heç bir nəticə verməmişdir. Bu səbəbdən də borcun və vurulmuş zərərin əvəzinin, məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi zəruridir.

13. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.1, 427.2, 443.1, 443.4, 445.2.1, 448.1, 449.4, 459.1, 567, 6**.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 236-ci maddələrinə istinad etmişdir.

14. Cavabdeh1 tərəfindən iddia tələbinə dair etiraz təqdim edilərək, iddiaçının 77.079,13 manat məbləğində pul tələbinə dair iddiasının rədd ed ilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı yeganə sübut növü kimi qeyd olunan “təhvil qəbul sənədlərin”də cavabdehin imzası, ümumiyyətlə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi və ya həmin şirkətin bölgə rəisi işçisi olması barədə imzalarla təsdiq edilmiş hər hansı hüquqi sənəd-razılaşma yoxdur. Cavabdehin anbardan kimi yanlış olaraq adı qeyd olunan X1 ilə iddiaçı və ya Cavabdeh1 arasında, onların işçisi olması barədə hər hansı hüquqi sənəd-müqavilə, razılaşma yoxdur.

15. İddiaçı iddia ərizəsində qeyd etdiyi hüquqi suallara münasibət bildirməmiş, aydınlıq gətirməmiş, borcun məbləği, təhvil qəbul sənədlərinin nömrəsi kodu barədə yazır, lakin həmin borc məbləğlərin Cavabdeh1 aid olmasını sübut edə bilmir. İddia çının sübutlara, faktlara əsaslanmayan, həmçinin əmək müqaviləsi əsasında bölgə müdiri işlədiyi "xxxx" MMC (VÖEN: **********) ilə heç bir iş birliyi olmayan iddiaçı arasında əlaqə, hüquqi varis və sairə kimi məsələlərə hüquqi aydınlıq gətirməyən iddiaçı, hansı əsaslarla Cavabdeh1 cavabdeh kimi tanıyaraq barəsində pul tələbi iddiası ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində alıcı ilə əldə olunmuş razılıq əsasında, tərəfindən dəyərini ödəmək şərti ilə iddiaçıdan istehlak məhsullarının qəbul edildiyini qeyd etmişdir.

16. İddiaçı ilə aralarında hər hansı bir şifahi və ya yazılı razılıq olmamışdır. Yəni iddiaçının 3 obyekt üzrə qeyd etdiyi təhvil qəbul sənədlərinin heç birində Cavabdeh1 imzası yoxdur. İddiaçı iddia ərizəsində Cavabdeh1 öz anbarından cavabdeh vasitəsilə iddiaçıda n istehlak məhsulların qəbul etməklə, 3 obyekt üzrə iddiaçıya 77.079,13 manat məbləğində debitor borcunun yaranmasını qeyd etsə də, onun X1 adlı anbardarının olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

17. Çünki X1 ilə iddiaçı və ya Cavabdeh1 arasında onların işçisi olması barədə hər hansı bir hüquqi sənəd, müqavilə, razılaşma yoxdur. Bu o deməkdir ki, X1in imzaladığı “təhvil qəbul sənədləri”nin heç bir hüquqi səlahiyyəti yoxdur. "xxxx" MMC-nin (VÖEN: **********) direktoru X3 ilə alıcı arasında 2020-ci il 16 oktyabr tarixli əmək müqaviləsi bağlanmışdır və 2021-ci il 25 fevral tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçının direktoru Qanuni nümayəndəla alıcı arasında əmək müqaviləsi bağlanılmamışdır.

18. Əsas mötəbər sübut növü kimi iddiaçı ilə "xxxx" MMC- nin VÖEN-lərinin fərqli olmasıdır. Bu isə Vergi Məcəlləsinin tələblərinə ziddir. Belə ki, şirkətlər hər biri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyata durmaqla müstəqil, bir-birləri ilə heç bir əlaqəsi olmayan MMC-lərdir. İddiaçı tərəfindən Cavabdeh1 göndərilən 2021-ci il 29 iyun tarixli 226 nömrəli pretenziya məktubunda pul tələbinin məbləği düz 115.824,91 manat göstərilmişdir. Daha 7 gün keçəndən sonra iddiaçı tərəfindən göndərilən 2021-ci il 6 iyul tarixli 38 nömrəli pretenziya məktubunda pul tələbinin məbləği 77.079,13 manat qeyd olunmuşdur.

19. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 19 yanvar tarixli e-2-2(121)-84/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 77.079,13 manat borc və ödənilmiş rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 77.109,13 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir (hakim – E. Abdullayev).

20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı tərəfindən müxtəlif çeşiddə spirtli içkilər cavabdehə göndərilmiş, 2021-ci il 19 mart tarixli SF**589 saylı, 2021-ci il 19 mart tarixli SF**591 saylı və 2021-ci il 27 mart tarixli SF**790 saylı qaimə məlumatlarına əsasən, iddiaçı tərəfindən göndərilən mallar cavabdehin qohumu X1 tərəfindən imzalanıb təhvil alınmış və cavabdehin anbarında yerləşdirilmişdir. Bundan əlavə, X1in cavabdehin qohumu olduğu və cavabdeh anbarda olmadığı müddətdə göndərilən malların X1 tər əfindən qəbul edildiyi məhkəmə tərəfindən müəyyən edilmişdir.

21. Eyni zamanda, cavabdehin anbardarı X1 qaimə məlumatlarını imzalamaqla cavabdehin 77.079,13 manat məbləğində borcunun olduğunu da təsdiq etmişdir. 2021-ci il 19 mart tarixli SF**589 saylı, 2021-ci il 19 mart tarixli SF**591 saylı və 2021-ci il 27 mart tarixli SF**790 saylı qaimə məlumatlarına əsasən ümumi borc 77.349,13 manat təşkil edir. Borcun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, məhkəmə hesab etmişdir ki, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır.

22. Şifahi alğı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən şifahi müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, iddiaçıya şifahi müqavilə üzrə cəmi 77.079,13 manat borcu q almışdır.

23. Alğı-satqı müqaviləsindən irəli gələn münasibətlər MM ilə tənzimlənir. MM-in normalarında alğı-satqı müqaviləsinin forması qanunverici tərəfindən müəyyənləşdirilməmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, alğı-satqı müqaviləsi şifahi formada da bağlana bilər.

24. Hazırki halda iddiaçı X1in hüquqi şəxsə ziyan vurduğunu iddia etsə də, həmin halların mövcudluğunu əsaslandıra bilməmiş, iddiaçıya ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Buna görə də X1ə münasibətdə iddia tələbi əsassızdır.

25. Hazırkı iddia tələbi üzrə cavabdehin borclu olması Lənkəran ŞRPŞ-də təhqiqat araşdırması zamanı da müəyyən olunmuşdur.

26. Məhkəmə öz mövqeyini MM-in 14.2.1, 329.2, 385.1, 390.4, 442, 448.1, 567, 6**.1, 6**.4-cü, MPM-in 14.2, 77.1, 82.1, 82.4, 107, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Cavabdeh 2022-ci il 5 mart tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 may tarixli 2-2(106)-55/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmışdır. İddiaçının cavabdehlərə qarşı pul tələbinə dair iddiası rədd edilmişdir (sədrlik edən hakim – T.Kərimov, hakimlər – T. Heydərov və Z. Zeynalov).

29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarından iddiaçı ilə Cavabdeh1 arasında işgüzar münasibətlərin mövcud olmas ına, müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmələrinə, iddiaçının məhz Cavabdeh1 oferta (müqavilə bağlamaq təklifi) göndərməsinə (iş materiallarında mallar “Y2” adlı müştəriyə göndərilmişdir) və sonuncunun onu aksept etməsinə (təklifin qəbulu) dair hər hansı sübut mövcud deyildir.

30. İddiaçının istinad etdiyi satış qaimələrinə əsasən malların cavabdehin anbarından olan X1 tərəfindən qəbul edilməsi məsələsi də kollegiyanın diqqətindən yayınmamışdır. Burada ilk növbədə malların məhz cavabdehə göndərilməsi və sonuncunun əşyanın alıcısı olaraq göstərdiyi şəxsə təhvil verilməsi məqamında satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayıla bilərdi.

31. Lakin satış qaimələrində malların "Y1" adlı müştəriyə göndərilməsi, X1in də məhz həmin malları "Y 1" adlı müştərinin adından təhvil alması, elə həmin satış qaimələrinin özlərində əvvəlki borc məbləğlərinin göstərilməsi, iddiaçının Cavabdeh1la deyil, "xxxx" MMC ilə işgüzar münasibətlərdə olmasının birbaşa sübutudur. Ümumiyyətlə, iddiaçı tərəfindən satış qaimələrində qeyd olunan əvvəlki qalıq borcların Cavabdeh1 hər hansı aidiyyətinin olub-olmamasına dair sübut verilməmişdir. Cavabdeh1 vaxtı ilə işlədiyi "xxxx" MMC ona 115.824,91 manat debitor borcla bağlı pretenziya verir, lakin Lənkəran Rayon Məhkəməsində qaldırdığı iddiasında 38.219,78 manat debitor borcun tutulması tələbini irəli sürür. Yaranan fərq məhz hazırki iş üzrə iddiaçının tələb etdiyi məbləğə uyğundur.

32. Bundan başqa, cavabdehin anbardarı kimi adı çəkilən E. Zaliyevin satış qaimələrində qeyd edilən əvvəlki qalıq borcunu tə sdiq etməyə səlahiyyəti olmamışdır, o, yalnız anbardar olaraq məsul saxlanca qəbul etdiyi malların sayına və saxlanmasına görə məsuliyyət daşıya bilərdi. Qeyd olunanlardan da savayı, iddiaçının istinad etdiyi satış qaimələri ilə adına mallar göndərilmiş "Y2" adlı müştərinin həmin malların ona təhvil verilməməsi ilə bağlı mübahisə açdığı da iş materiallarından müəyyən olunmur. Əgər 2020-ci il 16 oktyabr tarixindən 2021-ci il 25 fevral tarixinədək "xxxx" MMC-nin Lənkəran rayonunda bölgə müdiri vəzifəsində işləmiş Cavabdeh1 əmək münasibətlərinə xitam verildikdən sonra, yəni 2021-ci il 19 mart və 2021-ci il 27 mart tarixlərində iddiaçının "xxxx" MMC-yə göndərdiyi malları qəbul edərək həqiqətən mənimsəmişdirsə, bu zaman "xxxx" MMC keçmiş işçisi barəsində hüquq mühafizə orqanlarına müraciət etmə k hüququnu özündə saxlayır.

33. Hazırkı halda isə iddianın əsasını iddiaçı ilə Cavabdeh1 arasında olan işgüzar münasibətlər çərçivəsində iddiaçının cavabdehə verdiyi malların dəyərinin ödənilməsi təşkil etdiyinə, işin yuxarıda sadalanmış müəyyən olunan hallarına əsasən mübahisə tərəflərinin arasında hər hansı razılaşma (nə şifahi, nə də yazılı) olmadığından və həmin razılaşma əsasında iddiaçı tərəfindən bilavasitə cavabdehə istehlak mallarının verilməsi sübuta yetirilmədiyindən, iddia əsaslı hesab oluna bilməz, iddiaçının cavabdehə qarşı öhdəliyin icrasından irəli gələn tələb hüququ yaranmamışdır.

34. Birinci instansiya məhkəməsinin qətnaməsinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarılmasından ibarət cavabdehin dəlilləri əsaslıdır.

35. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 14.2.1, 386.1, 389.1, 389.2, 390.1, 405.1, 405.2, 406.1, 407.1, 567, 568.1, 570.1, 570.1.1, 6**.1-ci, MPM-in 14.2, 76.1, 77.1, 88, 89.1, 106.3, 384.0.2, 385.1.2, 392.2, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

36. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 16 may tarixində iş üzrə tərəflərə göndərilmişdir.

37. İddiaçı 2022-ci il 16 iyun tarixində kasasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

38. MM-in 14.2.1, 329.2, 329.3, 385.1, 390.4, 442, 448.1, 567, 6**.1, 6**.4-cü maddələri üzrə - İşə birinci instansiya məhkəməsin də baxılan zaman hər iki cavabdehin izahatı ilə müəyyən olunmuşdur ki, malların göndərildiyi obyektlər (anbarlar) Cavabdeh1 məxsus olmuşdur. X1 isə O. Qasımovun qohumu olmaqla bərabər, muzd müqabilində həmin şəxsin anbarlarına nəzarət etmiş, adıçəkilən anbarlara təqdim edilən malları qəbul etmək səlahiyyətinə malik olmuşdur. Deməli, Cavabdeh1 ilə X1 arasında faktiki olaraq işəgötürən işçi münasibətləri mövcud olmuş və X1 Cavabdeh1 razılığı və göstərişi əsasında mübahisə predmeti olan malları qəbul etmişdir. Lakin apellyasiya məhkəməsi bu hala düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iddianı rədd edərkən hesab etmişdir ki, Cavabdeh1 "xxxx" MMC-nin vaxtilə işçisi olmuş, həmin şəxsin iddiaçı ilə hər hansı əmək münasibəti mövcud olmamış, həmçinin "xxxx" MMC ilə iddiaçının ayrı-ayrı hüquqi ş əxslər olmaqla səbəbli əlaqənin mövcud olmaması əsasında hazırkı iş üzrə tərəflərin arasında hüquq münasibətlərinin olmaması qənaətinə gəlmişdir. Lakin bu mübahisə işçi ilə işəgötürən arasında olan mübahisə deyil, tərəflər arasında şifahi qaydada bağlanmış alğı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsindən ibarətdir. Eyni zamanda, polis orqanının qəbul etdiyi qərardan görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında şifahi bağlanmış alğı-satqı münasibətləri mövcud olmuş və həmin alğı-satqı müqaviləsi üzrə yaranmış mübahisənin mülki məhkəmə icraatı qaydasında həll edilməsi tövsiyə edilmişdir. Hazırkı iş üzrə diqqət çəkən əsas məqam ondan ibarətdir ki, 77.049,13 manat məbləğində malların təhvil verilməsi və həmin malların X1 tərəfindən təhvil alınması işin mübahisələndirilməyən halıdır. Lak in məhkəmə iddianı rədd edərkən tərəflər arasında alğı-satqı münasibətlərinin olmaması qənaətinə gəlsə də, təhvil verilmiş mallar üzrə ödəniş məsələsini (mallara görə yaranmış borcun hər hansı birindən tutulması məsələsini) həll etməmişdir. Göründüyü kimi, məhkəmənin iş üzrə qəbul etdiyi qətnamə mübahisəni həll etməmiş, əksinə ziddiyyətli məqamların açıq qalmasına şərait yaratmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Cavabdeh1 kasasiya şikayətinə qarşı etiraz etmişdir. Etirazın dəlillərini əsasən apellyasiya instansiyası məhkəməsinin əsaslandırıcı hissəsində əks olunmuş məsələlərin təkrarlanması təşkil etmişdir. İİ. KASASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kasasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olu nduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kasasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

41. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

42. Kasasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqav ilələr və başqa əqdlər....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağl aya bilərlər....” “Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.” “Maddə

406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. “Madd ə

407. Müqavilənin bağlanması anı 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə

570. Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göst ərdiyi şəxsə təhvil verildiyi məqamda;...” “Maddə 6**. Nisyə satılmış əşyanın ödənilməsi 6**.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 6**.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipl əri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmama sı və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır....” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informa siya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda § 38) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 may tarixli 2-2(106)55/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından məlum olur ki, mübahisə predmeti olan mallar iddiaçı tərəfindən: 1) 2021-ci il 19 mart tarixli SF**589 saylı satış qaiməsi üzrə FLY.**13 kodlu obyektinə - müştəri kimi "Y2" nümayəndəliyinə göndərilmiş, həmin malları "Y2" ad ından Cavabdeh3 imzalayaraq təhvil almış; 2) 2021-ci il 19 mart tarixli SF**591 saylı satış qaiməsi üzrə FLY.**32 kodlu obyektinə - "Y2-Alko" adlı müştəriyə göndərilmiş, həmin malları "Y2-Alko" adından Cavabdeh3 imzalayaraq təhvil almış; 3) 2021ci il 27 mart tarixli SF**790 saylı satış qaiməsi üzrə FLY.**11 kodlu obyektinə - "Y2-Topdan" adlı müştəriyə göndərilmiş, həmin malları "Y2-Topdan" adından Cavabdeh3 imzalayaraq təhvil almışdır.

47. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında işgüzar münasibətlərin mövcud olmasına, müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmələrinə, iddiaçının məhz Cavabdeh1 oferta (müqavilə bağlamaq təklifi) göndərməsinə (iş materiallarında mallar "Y2" adlı müştəriyə göndərilm işdir) və sonuncunun onu aksept etməsinə (təklifin qəbulu) dair hər hansı bir sübut iş materiallarında mövcud deyildir.

48. İşin hallarına istinadən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, satış qaimələrində malların "Y1" adlı müştəriyə göndərilməsi, Cavabdeh3 də məhz həmin malları "Y1" adlı müştərinin adından təhvil alması, elə həmin satış qaimələrinin özlərində əvvəlki borc məbləğlərinin göstərilməsi, iddiaçının Cavabdeh1la deyil, "xxxx" MMC ilə işgüzar münasibətlərdə olmasının birbaşa sübutudur.

49. Bundan başqa, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından o da məlum olur ki, iddiaçı tərəfindən satış qaimələrində qeyd olunan əvvəlki qalıq borcların Cavabdeh1 hər hansı aidiyyətinin olub-olmamasına dair heç bir sübut verməmişdir. B undan başqa, cavabdehin anbardarı kimi adı çəkilən Cavabdeh3 satış qaimələrində qeyd edilən əvvəlki qalıq borcunu təsdiq etməyə səlahiyyəti olmamışdır, o yalnız anbardar olaraq məsul saxlanca qəbul etdiyi malların sayına və saxlanmasına görə məsuliyyət daşıya bilərdi.

50. Kassator apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsində qeyd etdiyi həmin halları və gəldiyi nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

51. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.

52. Bundan başqa, işin materiallarından məlum olur ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçı malları hər dəfə fərqli kod nömrəsi və adı olan müştərilərə göndərmiş, Cavabdeh3 isə məhz həmin müştərilərin adından malı təhvil almışdır.

53. Belə olan təqdirdə hazırkı halda malları təhvil alaraq anbara yerləşdirərkən Cavabdeh3 məhz Q.Qasımovun göstərişi və razılığı əsasında hərəkət etməsi barədə kassatorun dəlilini məhkəmə kollegiyası yalnız subyektiv mülahizə kimi qiymətləndirir və hesab edir ki, həmin xüsusatın qiymətləndirilməsi ilə bağlı da apellyasiya instansiyası məhkəməsi hər hansı hüquq pozuntusuna yol verməmişdir.

54. Kassasiya şikayətində istinad edilən Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, poils leytenantı Orucəli Mürşüdzadə tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 2021-ci il 23 avqust tarixli qərarına gədikdə isə qeyd olunmalıdır ki, MPM-in 82.4-cü maddəsinin (bax yuxarıda § 44) tələbləri baxımından həmin qərar hazırkı kommersiya mübahisəsi üzrə məhkəmə icraatında preyudisial qüvvəyə mal ik deyildir, odur ki, həmin qərarda göstərilənlər mötəbər sübutlar olmadan iddia tələbinin əsaslığını təsdiq edən hallar kimi qəbul edilə bilməz. Belə sübutlar isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.

55. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 44) tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 44) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

56. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəh bər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 may tarixli 2-2(106)-55/2022 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar