Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-520/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi üzrə borcun tutulması 09.10.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı icarə müqaviləsi üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Şə ki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 18 aprel tarixli 2-2(107)-46/2025 nömrəli qətnaməsindən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə "xxxx" MMC arasında 2019-cu il 1 oktyabr tarixli 10-İC-AX-19 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən müqavilənin 1.3cü bəndində göstərilən sahəni 11 ay müddətinə icarəçiyə ofis kimi istifadə üçün verməyi, icarəçi isə icarə obyektinin hər kv.m-ə görə 25.15 manat olmaqla, aylıq 1.569,75 manat icarə haqqı və aylıq 14 manat kommunal xidmət haqqı ödəməyim öz öhdəsinə götürmüşdür. 2. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 2020-ci il 1 sentyabr tarixli sazişlə tərəflərin qarşılıqlı razılığına əsasən 2019-cu il 1 oktyabr tarixli 10-İC-AX-19 nömrəli icarə müqaviləsinə 2020-ci il 1 sentyabr tarixindən xitam verilmişdir. Sazişə görə icarəçi icarə obyektini 2020-ci il 10 sentyabr tarixinədək təhvil verəcəyini bəyan etmişdir.
3. Həmin tərəflər arasında üzləşmə aktı tərtib edilmiş və akta əsasən 2022-ci il 30 dekabr tarixə cavabdehə icarəyə verilmiş obyektin ödənilməli icarə haqqı borcu 19005,21 manat təşkil edir. Həmin üzləşmə aktı hər iki tərəfin imza və möhürləri ilə təsdiq olunmuş, lakin üzləşmə aktında 19005,21 manat borcun cavabdehin hansı müqavilə və ya öhdəliyinin nəticəsində yaranmasına dair qeyd mövcud deyildir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il 5 iyul tarixli 145 nömrəli sərəncamına əsasən "xxxx" MMC Cavabdeh MMC adlandırılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı "xxxx" ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2019-cu il 1 oktyabr tarixli 10-İC-AX-19 nömrəli icarə müqaviləsi üzrə yaranmış 12.670 manat borcun və 128,01 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 16 iyul tarixli e-2-2(117)-583/2024 nömrəli qətnaməsi ilə tərəflər arasında imzalanmış 2021-ci il 1 aprel tarixli 07-İ-2021-0013 nömrəli icarə müqaviləsi üzrə 6.335,34 A zərbaycan manatı məbləğində icarə haqqı borcunun və 49,01 Azərbaycan manatı dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bundan sonra, cavabdehə 2024-cü il 30 avqust tarixli 13-5/2-313/2024 nömrəli pretenziya məktubu ünvanlanaraq müqavilə üzrə 12.670 manat məbləğində ödənilməyən borcun 5 gün ərzində iddiaçıya ödənilməsi tələb olunmuş, lakin cavabdeh ödəniş etməmişdir.
7. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək bildirmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi 2020-ci il 1 sentyabr tarixli sazişlə ləğv edildiyindən iddiaçı tərəfindən hazırkı iddia ərizəsi verilərkən iddia müddəti ötürülmüşdür.
8. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 3 dekabr tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəl ələri Dövlət Xidməti (bundan sonra – “üçüncü şəxs”) iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilmişdir.
9. Üçüncü şəxsin nümayəndəsi bildirmişdir ki, iddia tələbinin onun təmsil etdiyi təşkilatın maraqlarına birbaşa təsir etməyindən mahiyyəti üzrə müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır.
10. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 19 dekabr tarixli e-2-2(117)1440/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Mübariz Hüseynov).
11. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında imzalanmış sazişə əsasən, 2019-cu il 1 oktyabr tarixli 10-İC-AX-19 nömrəli icarə müqaviləsinə icarəyə verən tərəfindən 2020-ci il 1 sentyabr tarixli sazişlə tərəflər qarşılıqlı razılığa gələrək 2020-ci il 1 sentyabr tarixdən xitam verilmişdir. Sazişə görə icarəçi icarə obyektini 2020-ci il 10 sentyabr tarixədək təhvil verəcəyini bəyan etmişdir ki, bundan sonra da cavabdeh tərəfindən borcun ödənilməsinə yönəlmiş hər hansı hərəkət edilməmişdir.
12. İddiaçı məhkəmə tərəfindən ünvanlanmış sorğuya cavab olaraq 2024-cü il 23 noyabr tarixli məktubunda bildirmişdir ki, tərəflər arasında tərtib edilmiş 2022-ci il 30 dekabr tarixli üzləşmə aktındakı 19.005,21 manat məbləğ, 2019-cu il 1 oktyabr tarixli və 2021-ci il 1 aprel tarixli icarə müqavilələri üzrə ödənilməmiş borcun təminatı kimi tərtib edilmişdir.
13. Məhkəmə tərəflər arasında imzalanmış 2022-ci il 30 dekabr tarixli üzləşmə aktına münasibətdə qeyd etmişdir ki, həmin aktda göstərilmiş 19.005,21 manat məbləğ iki icarə müqaviləsi üzrə yaranmış borcla bağlı tərtib edilmişdir. Eyni zamanda Ş əki Kommersiya Məhkəməsinin 2024-cü il 16 iyul tarixli e-2-2(117)-583/2024 nömrəli qətnaməsindən də göründüyü kimi 2021-ci il 1 aprel tarixli müqavilə üzrə yaranmış 6.335,34 manat borcun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Buradan bu nəticəyə gəlinir ki, cavabdehin hər iki icarə müqaviləsi üzrə cəmi 19.005,21 manat borcu olmuş və həmin borcun 6.335,34 manatlıq hissəsi 2021-ci il 1 aprel tarixli müqaviləyə aid edilmişdir. Bununla da (19.005 – 6.335 = 12.670 manat) cavabdehin hazırkı müqavilə üzrə 12.670 manat borcunun olduğu təsdiq olunur.
14. Qüvvədə olan Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 16 iyul tarixli e-22(117)-583/2024 nömrəli qətnaməsində müəyyən edilmişdir ki, iddiaçı borcun 2021-ci il 1 aprel tarixli 07-İ-2021-0013 nömrəli icarə müqaviləsi əsasında yarandığını iddia etsə də, məhkəmə araşdırması zamanı cavabdehə təqdim edilmiş elektron qaimə-fakturaların məzmunundan müəyyən edilmişdir ki, tərəflər arasında eyni zamanda 2019-cu il 1 oktyabr tarixdə ********** nömrəli icarə müqaviləsi bağlanmışdır. Hazırkı vəziyyətdə iddiaçı 2019-cu il 1 oktyabr tarixdə ********** nömrəli icarə müqaviləsini məhkəməyə təqdim etməmiş və iddia ərizəsinin əsaslandırmasında həmin müqaviləyə istinad etməyərək borcun məhz 2021-ci il 1 aprel tarixli 07-İ-2021-0013 nömrəli icarə müqaviləsi əsasında yarandığını iddia edir ki, 2021-ci il 1 aprel tarixli 07-İ-2021-0013 nömrəli icarə müqaviləsi əsasında icarəyə verilmiş qeyri-yaşayış sahəsinin icarə haqqı 19.005,21 manat deyil, 6275,34 manat təşkil edir.
15. Məhkəmə iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalara münasibətdə qey d etmişdir ki, həmin elektron qaimə-fakturalardan cəmi ödənilməli icarə haqqı kommunal xərclərlə birlikdə 1.583,75 manat təşkil etmişdir (14+1569.75=1583.75). Cavabdeh tərəfindən qaimələrdə göstərilən 8 ay ərzində heç bir ödəniş edilmədiyindən cavabdehin hazırkı dövrə cəmi 12.670 manat borcu olduğu müəyyən olunmuşdur (8x1583,75=12.670).
16. Məhkəmə cavabdehin iddia müddətinin ötürülməsinə dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə 2020-ci il 1 sentyabr tarixli sazişlə ləğv edilsə də, 2022-ci il 30 dekabr tarixində borcla bağlı üzləşmə aktı tərtib edilmiş və həmin akt cavabdeh tərəfindən imzalanmışdır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət ötürülməmişdir. Cavabdeh borcu etiraf edən hərəkət etmiş, yəni 2022-ci il 30 dekabr tarixdə hər iki icarə müqaviləsi üzrə ümumi borcun olduğunu etiraf etmişdir. Cavabdeh tərəfindən elektron-qaimələr üzrə heç bir ödəniş edilməmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərkən icarə haqqının ödənişi ilə bağlı hər hansı bir arqument irəli sürmədiyindən cavabdehin ödənilməmiş 12.670 manat borcu qalmışdır.
17. Gəldiyi nəticəni məhkəmə MM-in 372.1, 373.2, 375.2, 377.1, 380.1, 380.2, 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 700.1, 700.2. 710.1. 710.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Üçüncü şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 18 aprel tarixli 2-2(107 )-46/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Nuru Quliyev, hakimlər – Elçin Hüseynov və Əyyub Kərimov).
20. Apellyasiya şikayətində göstərilmiş birinci dəlil icarə müqaviləsinin notariat qaydada təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası isə qeyd etmişdir ki, qanuna görə yalnız 11 aydan artıq müddətə bağlanmış müqavilələr qeydiyyata alınmalıdır, halbuki tərəflər arasında icarə müqaviləsi 11 ay müddətinə bağlandığından belə zərurət yoxdur. Bundan əlavə, icarə müqaviləsi əşya hüququ yaratmadığından onun üçün xüsusi forma şərti tələb edilmir.
21. Məhkəmə həmçinin apellyatorun müqavilənin uydurma əqd olm ası ilə bağlı dəlilini də əsassız hesab etmişdir. Belə ki, iş materiallarında uydurma əqd üçün zəruri olan halların heç biri təsdiqlənməmiş, əksinə, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyi və iddiaçıya borcunu ödəmədiyi müəyyən edilmişdir. Buna görə apellyasiya şikayətinin bu dəlilləri əsassız sayılaraq rədd edilmişdir.
22. Apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli sərəncamı ilə ləğv edildiyinə görə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası isə qeyd etmişdir ki, həmin sərəncama əsasən iddiaçı yalnız ləğv prosesinə daxil edilmiş, lakin ləğv prosesi hələ başa çatmamışdır. Vergi Xidmətinin məlumatından da iddiaçının ləğv prosesində olduğu aydın olmuşdur ki, bununla yanaşı dövlət re yestrində ləğvin tamamlanması barədə qeyd mövcud deyil. MM-in 60.2 və 61.12-ci maddələrinə görə, ləğvetmə prosesi bitənədək hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən şikayətini iş üzrə icraata xitam verilməsi üçün əsas kimi qəbul etməmişdir.
23. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 60.1, 60.2, 60.3, 61.12, 337.1, 340.1, 340.2, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 700.1, 700.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Üçüncü şəxs kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia müddəti tətbiq olu nmaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. MM-in 139.1, 146, 340.1, 377.1, 377.2, 393-cü maddələri üzrə – apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış icarə müqaviləsinin formal xarakterli olmasına diqqət yetirməmişdir. İcarə müqaviləsinin formal xarakterli olması isə onunla təsdiq olunur ki, iddiaçı cavabdeh təşkilatın ödəniş qabiliyyətli olmadığını bildiyi halda cavabdehlə formal icarə müqaviləsi bağlamaqla süni şəkildə cavabdehi borclandırmışdır. Cavabdeh 2019-cu ilin noyabr ayından fəaliyyətini dayandırmışdır və hazırda da fəaliyyət göstərmir. Belə ki, iş materiallarında olan Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 16 iyul tarixli qətnaməsindən d ə göründüyü kimi hazırkı icarə müqaviləsi üzrə ödəniş qabiliyyəti olmadığından iddiaçı tərəfindən icarə müqaviləsinə xitam verildiyi halda sonradan 2021-ci il tarixdə eyni binada yerləşən 59,09 kv.m-dən ibarət sahə 2021-ci il 1 aprel tarixli 07-İ2021-0013 nömrəli icarə müqaviləsi əsasında 11 ay müddətinə cavabdehin istifadəsinə verilmiş, cavabdeh tərəfindən yenidən icarə müqaviləsi üzrə ödənişlər həyata keçirilmədiyindən müqaviləyə tərəflərin razılığı ilə 2021-ci il 1 oktyabr tarixdə xitam verilmişdir. Belə olan halda iddiaçı öz tabeliyində olan cavabdehin ödəniş qabiliyyətli olmaması səbəbi ilə əlaqədar 2020-ci ildə 2019-cu il 1 oktyabr tarixli 10-İC-AX-19 nömrəli icarə müqaviləsinə xitam verildiyi halda onunla yenidən icarə müqaviləsi bağlanması müqavilənin formal xarakter daşımaqla sadə cə olaraq süni şəkildə cavabdehi öz qarşısında borclandırmaq məqsədi daşıdığını sübut edir. Belə ki, mövcud iş materialları ilə cavabdehin həmin sahədən hansı məqsədlə istifadə etməsi, hər hansı fəaliyyət növü ilə məşğul olması müəyyən edilmir və iddiaçı tərəfindən bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, qanunvericiliyin tələblərinə uyğun olaraq hər hansı şəxsə məxsus əmlakın digər şəxsin icarə əsasında istifadəyə verilməsini nəzərdə tutan müqavilələr müvafiq qaydada notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Hazırkı müqavilənin formal xarakter daşıması onunla sübut olunur ki, tərəflər arasında icarə müqaviləsi 2019-cu ildə bağlanmış olsa da, icarə müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən pozulması səbəbindən icarə müqaviləsinə xitam verildikdən 4 il sonra iddiaçı tərəfindən 2024-cü il tarixdə pretenziya irəli sürülüb, məhkəməyə müraciət olunmazdı. Yəni, münasibətlər şəffaf və doğru müəyyən olunduğu halda ən azından qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq vergitutma məqsədləri ilə yarana biləcək sanksiya ehtimallarının qarşısını almaq üçün heç olmasa qanunvericiliklə müəyyən edilmiş müddətlərdə pretenziya məktubu və ya iddia ərizəsi məhkəməyə təqdim edilmiş olardı. MM-in 340 və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 72-ci maddəsinin tələblərin baxımından qeyd olunan əqdlərin yalan olubolmasının araşdırılması məqsədilə, yuxarıda qeyd olunan icarə müqaviləsi barədə məlumatın iddiaçı tərəfindən dövlət vergi orqanına təqdim olunmuş vergi hesabatlarına (vergi bəyannamələri nə) daxil olunub-olunmaması barədə Dövlət Vergi Xidmətinə sorğu verilməli olduğu halda, apellyasiya instansiya məhkəməsi tərəfindən bununla bağlı hər hansı tədbir görülməmiş, apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibətdə araşdırma aparmaqdan, hazırkı iş üzrə mötəbər sübut kimi hər hansı əhəmiyyəti olmayan üzləşdirmə aktına və qaimə-fakturalara əsaslanmaqla iddiaçının xeyrinə birtərəfli araşdırma aparmaqla kifayətlənmişdir. Belə ki, mövcud iş materialları ilə iddiaçı tərəfindən icarə müqaviləsi üzrə borcun qaytarılması ilə bağlı hansı tədbirlərin görülməsi müəyyən edilmir və bununla bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən heç bir araşdırma aparılmamışdır. İddiaçı bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prez identinin 2021-ci il 29 oktyabr tarixli 2979 nömrəli sərəncamı ilə "xxxx" MMC özəlləşdirməyə açıq elan edilmiş və sərəncamın 2.1-ci bəndinə əsasən özəlləşdirməyə açıq elan edilmiş müəssisə və obyektlərin özəlləşdirilməsi üsulları barədə qərarları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qəbul edir. Qeyd olunan sərəncamın icrasını təmin etmək məqsədilə üçüncü şəxsin 2023-cü il 5 iyul tarixli 145 nömrəli sərəncamı ilə iddiaçının "xxxx" MMC Cavabdeh MMC adlandırılmış və üçüncü şəxsin tabeliyində olan “X2 və Koordinasiya Mərkəzi” Publik Hüquqi şəxsin idarəetməsinə verilmişdir. İş materiallarından göründüyü kimi cavabdeh müəssisə uzun müddət ərzində iddiaçının tabeliyində olmasına, iddianın predmeti olan icarə müqaviləsinə 2020-ci il tarixdə xitam verilməsinə baxmayaraq, iddiaçı tərəfi ndən 4 il ərzində icarə haqqı borcunun tələb edilməsi ilə bağlı hər hansı tədbir görülməmiş, yalnız müəssisə üçüncü şəxsin tabeliyinə verildikdən sonra 2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edilsə də, onun tərəfindən tələb olunan borcun mövcudluğunu təsdiq edən müvafiq maliyyə sənədləri məhkəməyə təqdim olunmamışdır. Həmçinin, məhkəmə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizənin əsassız olduğundan təmin edilməməli olduğunu qeyd etmişdir. Lakin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 Xamuşkinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2003-cü il 25 dekabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2004-cü il 29 iyul tarixl i qərarından çıxan nəticəyə görə, söhbət özündə yalnız borc məbləğinin rəqəmlərini əks etdirən “üzləşdirmə aktı”ndan deyil, həmin iş üzrə tərəflər arasında tərtib edilmiş “protokol” adlı sənəddən (əslində öz hüquqi təbiətinə görə borc müqaviləsidir) gedir ki, borclu tərəf əsas borcu və faizləri etiraf edərək, onları hər iki tərəfin müəyyən etdiyi müddətdə ödəniləcəyi barədə öhdəlik götürür. Bu səbəbdən, hazırkı mübahisə üzrə tərəflər arasında imzalanmış üzləşdirmə aktları adlanan sənədin özü, onlarda əks olunmuş borc məbləğinin hər hansı konkret müddətdə ödəniləcəyi haqqında göstəriş nəzərdə tutulmadığından, borcun etiraf edilməsini təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan tələbindən göründüyü kimi, tərəflər arasında bağlandığı ehtimal edilən müqavilə üzrə yaranan borcun etirafı borcun ödənilmə müddəti göstərilməklə müqavilə formasında bağlanmalı idi. Apellyasiya məhkəməsinin istinad etdiyi üzləşdirmə aktında tələb olunan borc məbləğinin konkret müəyyən edilmiş müddətdə ödənilməsi haqqında göstəriş nəzərdə tutulmadığından borcun etiraf edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz.
26. MPM-in 217.3, 218.1, 218.2, 372.7-ci maddələri üzrə - hazırkı işdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini ətraflı və obyektiv araşdırmamış, nəticədə özü də eyni pozuntulara yol verərək əsassız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri
28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.” “Maddə
146. Daşınmaz əmla ka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.” “Maddə
340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan isti snalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni m üddətə daxil edilmir.” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ay dınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilm əsi üçün əsaslar mövcud deyildir.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
33. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
34. Belə ki, kassasiya şikayətində MM-in 340.1-ci maddəsinin tələblərinin pozulmasının nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.
35. Həmin maddənin tələblərinin pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi, habelə eyni əsaslandırma ilə kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsassızdır.
36. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin bi rgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
37. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəm ə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən ay dın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).
38. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallar üzrə tətbiq etdiyi maddi hüquq normalarının pozuntusuna yol verməmişdir.
40. İcarə müqaviləsinin forması ilə bağlı dəlillərə dair qeyd edilir ki, MM-də daşınmaz əml akın icarəyə verilməsi barədə müqavilələrin notariat qaydasında təsdiq edilməsini müəyyən edən imperativ norma mövcud deyildir. Digər normativ hüquqi aktlarda da belə qayda müəyyən edilməmişdir. Yalnız “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsində müəyyən edilmişdir ki, xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Həmin müddəa da torpaqların icarəyə verilməsi barədə müqavilələrə aiddir.
41. Kassasiya şikayətində istinad edilən MM-in 139.1 və 146-cı maddələri isə əşya hüquqlarına aiddir. Lakin icarə hüququ öhdəlik münasibətlərinə aid olmaqla əşya hüquqları hesab edilmir.
42. Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 14 6, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2025-ci il tarixli Qərardadında da qeyd edilmişdir ki, daşınmaz əşya üzərində əşya hüququnun yaranması ilə nəticələnən əqdlərin notarial qaydada təsdiqlənməsi və bu hüquqların dövlət qeydiyyatının aparılması mütləqdir. Bundan fərqli olaraq, müqavilələr üzrə yaranan haqlar nisbi haqlar olmaqla yalnız öhdəlik münasibətlərinin tərəflərinə münasibətdə irəli sürülə bilinir. Beləliklə, tələb hüquqları sahibinə məhz borcludan müqavilə üzrə yaranan öhdəliyi yerinə yetirməyi tələb etmək imkanı verir. Hüquq tətbiqetmə təcrübəsində nəzərə alınmalıdır ki, hər hansı haqqın əşya və ya tələb hüququ (əşya və ya öhdəlik münasibətləri) olduğu və buna uyğun müvafiq tənzimlənmə qaydaları məhz yuxarıda göstərilən qanunvericilik normaları, həmin normalarla bağlı ifadə edilmiş hüquqi mövqelər əsasında müəyyən edilməlidir. Məlumdur ki, öhdəlik münasibətlərinin yaranmasının ən mühüm əsası kimi müqavilə institutu çıxış edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kirayə və icarə münasibətləri də öhdəlik hüququ xarakteri daşımaqla Mülki Məcəllənin məhz “Müqavilələrdən əmələ gələn öhdəliklər” adlı 7-cı bölməsinin 23 və 24-cü Fəsillərinin normaları ilə tənzimlənir. Daşı nmaz əşyalarla bağlı təcrübədə ən çox bağlanan müqavilələrdən olan kirayə müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Yəni bu müqavilə konsessual ikitərəfli (qarşılıqlı) müqavilə olaraq bağlandığı andan onu bağlayan tərəflər üçün qarşılıqlı haqq (hüquq) və öhdəliklər əmələ gətirir. Kirayə münasibətlərində əşya yalnız şəxsi istifadə məqsədilə kirayəçiyə verilməklə ondan gəlir əldə etmək imkanı nəzərdə tutulmur. Kirayə müqaviləsi üzrə əşya üzərində mülkiyyət hüququnun subyektinin dəyişməz olaraq qaldığı və kirayəçiyə keçmədiyi mübahisəsizdir. Kirayəçi əşyanı yalnız onun funksional təyinatına uyğun istifadə etmək müqabilində kirayə haqqı ödəyir və razılaşdırılmış vaxtda əşyanı mülkiy yətçiyə geri qaytarır (Mülki Məcəllənin 675-ci maddəsi).
43. İddia müddətinin keçməsi ilə bağlı dəlillər də əsassızdır və məhkəmə kollegiyası həmin dəlillərlə bağlı aşağı instansiya məhkəmələrinin mövqeyi və onun əsaslandırması ilə razılaşır.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
45. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Mə sələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 18 aprel tarixli 2-2(107)-46/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.