Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-521/2024 19.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçdən ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehə qarşı üçüncü şəxslər ZZZ və XXX olmaqla icra qeydlərinin ləğv edilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə ic raatı a) Şəmkir Rayon Məhkəməsindəki icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xüsusi notariusu X2 tərəfindən verilmiş “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” cavabdehin 2023-cü il 1 noyabr tarixli 8İ-19277, 8İ-19606 və 8İ19440 saylı icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Şəmkir Rayon Məhkəməsinin 2023-cü il 27 dekabr tarixli 2(076)-3841/2023 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Ş.Məmmədova).
3. Həmin məhkəmə qeyd etmişdir ki, iddiaçının adına VÖEN (**********) qeydə alınmış və VÖEN-in statusu aktivdir. Göründüyü kimi, mübahisə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ilə "xxxx" ASC arasında olmaqla, həmçinin mübahisənin predmeti də onların sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur. Yəni, mübahisənin həm subyektiv tərkibi, həm predmeti, həm də aralarında yaranmış hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmuşdur. Mübahisə əslində "xxxx" ASC ilə "xxxx" MMC-nin adından direktoru olan iddiaçı arasında bağlanmış kredit və kredit xətti müqaviləsindən irəli gəlmişdir. Həmin müqavilədən və müqavilənin təminatı kimi bağlanmış girov və ipoteka müqaviləsindən də görünür ki, tərəflər sahibkar (hüquqi şəxs) olmuşlar. Belə olan halda isə mübahisə həm subyektiv tərkibi, həm predmeti, həm də aralarında yaranmış hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmuşdur. b) Gəncə Kommersiya Məhkəməsindəki icraat
4. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 30 iyul tarixli 2-2(115)-448/2024 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Quliyeva).
5. Kommersiya məhkəməsi qeyd etmişdir ki, XC ilə "xxxx" MMC arasında 2022-ci il 28 aprel tarixində kredit xətti müqaviləsi bağlanmış, müqaviləyə əsasən dövriyyə vəsaitlərinin alınması məqsədilə 12 ay müddətinə illik 12% dərəcəsi ilə 1.000.000 manat kredit xətti açılmışdır. XC ilə "xxxx" MMC arasında 2022-ci il 28 aprel tarixində kredit müqaviləsi bağlanmış, borcalana 48 ay müddətinə illik 12% dərəcəsi ilə 2.500.000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Hər iki müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə sinin təminatı olaraq iddiaçı ilə XC arasında 2022-ci il 17 may tarixində ipoteka müqaviləsi bağlanmışdır. Cavabdehin 2023-cü il 26 oktyabr tarixli icra qeydi ilə iddiaçıya məxsus ipoteka predmeti olan Şəmkir rayonu Füzuli qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisəyə, 2023-cü il 31 oktyabr tarixli icra qeydi ilə iddiaçıya məxsus ipoteka predmeti olan Şəmkir rayonu, Füzuli qəsəbəsində yerləşən un dəyirmanı avadanlıqlarına tutma yönəldilmişdir. Həmçinin cavabdehin 2023-cü il 1 noyabr tarixli icra qeydi ilə "xxxx" MMC, X1 və iddiaçıdan borcun tutulması nəzərdə tutulmuşdur. Mübahisənin subyekti olan iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusuna malik olsa da, cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxs statusuna malik olmamış, vergi ödəyicisi ki mi qeydiyyata alınmamışdır. Mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş üç meyardan biri, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə dair şərtlər olmadığından, məhkəmə hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalı olması qənaətinə gəlmişdir. Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən ya lnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün ola n əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....
15. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir....
20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətl əndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər....”
7. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
33. Vergi ödəyicilərinin uçotu... 33.2.... Azərbaycan Respublikasının büdcə və qeyri-kommersiya təşkilatları olduğu yerdən kənarda yerləşən və onların funksiyalarının həyata keçirilməsi məqsədilə yaradılan bölmələri ayrıca uçota alına və onlara VÖEN verilə b ilər.” “Maddə
99. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir... 99.3. qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir:... 99.3.10. xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar;...”
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarl ıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali Məhkəmənin mövqeyi
9. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir.
10. Kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddəl ərinin (bax § 8) tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olubolmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
11. Qarışıq məhkəmə tərkibi hesab edir ki, tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və tərəflər arasındakı hüquq münasibətlərinin xarakteri hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmasına əsas vermir.
12. Belə ki, hazırkı iş üzrə cavabdeh sahibkarlıq subyekti olmadığından, onun tərəfindən verilmiş icra qeydinin ləğvi ilə bağlı mübahisəyə ilk növbədə tərəflərin subyektiv tərkibi baxımından kommersiya mübahisəsi kimi baxılması istisna olunur.
13. Notariat kontorları və notariuslar sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi subyektlərinə aid deyildir və onların göstərmiş olduğu xidmətlərə görə alınan məbləğ də dövlət rüsumudur. Həmçinin notariusların vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) olması onun kommersiya hüququnun subyekti olması anlamına gəlməməlidir. Belə ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinin (bax § 7) tələbləri baxımından büdcə və qeyri-kommersiya təşkilatları və onların funksiyalarının həyata keçirilməsi məqsədilə yaradılan bölmələri də ayrıca uçota alına və onlara VÖEN verilə bilər. Bundan başqa, Vergi Məcəlləsinin 99.3 və 99.3.10-cu maddələrinin (bax § 7) tələbləri baxımından notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan götürülən gəlir də qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən g əlirə aiddir. Ona görə də hazırkı halda, yəni cavabdeh Notariat tərəfindən verilmiş olan icra qeydinin icrasının dayandırılması ilə bağlı tələbə tərəflərin subyektiv tərkibi baxımından kommersiya məhkəməsində baxıla bilməz.
14. Həmçinin qarışıq məhkəmə tərkibi hesab edir ki, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də hazırkı mübahisənin kommersiya mübahisəsi olması nəticəsinə gəlmək üçün əsas vermir. Belə ki, iddiaçı bir növ notariusun hərəkətindən, yəni vermiş olduğu icra qeydinin əsassız olmasından narazıdır və hazırkı mübahisə yalnız icra qeydinin verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsinin yoxlanmasından ibarətdir. İş üzrə iddiaçı ilə cavabdeh arasında heç bir kommersiya hüquq münasibəti olmamışdır. İddiaçı notariusun icra qeydini mübahisə ləndirdiyindən, hazırkı mübahisə icra qeydinin verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilibedilməməsinin yoxlanması ilə bağlıdır ki, bu da heç bir halda kommersiya mübahisəsi kimi qəbul edilə bilməz.
15. Eyni zamanda Plenum Qərarının 11, 12, 15 və 20-ci bəndlərində (bax § 6) formalaşdırılmış hüquqi mövqelər baxımından da hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.
16. Göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, cavabdeh sahibkarlıq fəaliyyətinin subyekti olmadığından, eyni zamanda tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri baxımından icra qeydinin ləğvi ilə bağlı mübahisə kommersiya mübahisəsi hesab olunmadığından, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılması hər bir halda istisna olunur. Odur ki, hazırkı mübahisə yə ümumi məhkəmədə, yəni iddianın verildiyi Şəmkir Rayon Məhkəməsində baxılmalıdır.
17. Şərh olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 32.7, 403-1.6, 403-1.7, 4031.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdeh Şəmkir rayon 1 saylı Notariat ofisinə qarşı iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.