Məhkəmə qərarları › İş №2-2(102)-522/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-522/2022

11.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-522/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin cavabdeh “YYY” şirkətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi, özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, dəymiş zəzərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin həmin iddia üzrə cavabdeh “YYY” şirkətinə qarşı pulun tutulması tələbinə dair ilkin, qarşılıqlı iddia ü zrə iddiaçı “YYY” şirkətinin həmin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və dəymiş zəzərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli 2-2(103)-183/2022 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesi 28-30-cu km ünvanda qeyri - yaşayış bina sının yerləşdiyi 1036,7 kv.m dövlət mülkiyyətində olmaqla “ZZZMMC”-nin istifadəsində olan sahə kimi 2016cı il 22 iyulda qeydiyyata alınmışdır. 2. “İcarəyə verən” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə “İcarəçi” "xxxx" LTD MMC arasında bağlanmış 2032-ci il 10 may tarixinədək qüvvədə olması müəyyən edilmiş 2017-ci il 10 may tarixli 306/97 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesi 28-30-cu km ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 21.333,7 kv.m torpaq sahəsi icarəyəverən tərəfindən icarəçiyə icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilir. Torpaq sahəsinin illik icarə haqqı 25.632 manat, aylıq icarə haqqı isə 2.136 manat təşkil edir. 3. “Sifarişçi” adlanan “ZZZShipping & Commercial Services Azərbaycan MMC” ilə “İcraçı” adlana n İddiaçı MMC arasında bağlandığı gündən 10 il müddətinə qüvvədə olması müəyyən edilmiş 2017-ci il 1 dekabr tarixli “Təsərrüfat idarəçiliyi barədə” müqaviləyə görə, təsərrüfat sahəsinin təsərrüfat idarəçilyinə götürərək həmin sahədə müştərilərə ödənişli razılaşdırılmış qiymətlərlə saxlanc və sahədəki yüklərin qaldırılması/yüklənməsi və s. xidmətləri göstərilməsini tərəflər öz aralarında razılaşdırmışlar.

4. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2018-ci il 4 aprel tarixli 2(009)-1359/18 saylı qərardadı ilə cavabdeh "xxxx" Şirkətinin iş üzrə icraata xitam verilməsi barədə vəsatəti qismən təmin edilərək, iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" Şirkətinə, X7 və X11 qarşı “əsas borcun və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata cavabdeh "xxxx" Şirkətinə aid hissədə xi tam verilmiş, cavabdeh "xxxx" Şirkətinə qarşı tələbləri üzrə mübahisəni həmin hüquqi şəxslə bağladığı müqavilə şərtlərinə uyğun qaydada həll etmək hüququ olması iddiaçı "xxxx" MMC-yə izah edilmiş, vəsatət qalan hissədə təmin olunmamışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 22 may tarixli 2(103)6267/18 saylı qərardadı ilə iddiaçı “ZZZMMC-nin şikayəti təmin edilməmiş, cavabdehlər X5 və X9 şikayətləri təmin edilərək iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2018-ci il 4 aprel tarixli qərardadı qismən – cavabdehlər X12 və X11 dair hissədə iş üzrə icraata xitam verilməsi barədə vəsatətin təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə də vəsatət təmin olunmuş, iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" şirkəti, X12 və X11 qarşı “əsas borc və vurulmuş ziy anın ödənilməsi” tələblərinə dair iş üzrə icraata cavabdehlər X12 və X11 dair hissədə də xitam verilmiş, qərardad qalan hissədə yəni, iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" şirkəti, X12 və X11 qarşı “əsas borc və vurulmuş ziyanın ödənilməsi” tələblərinə dair iş üzrə icraata cavabdeh "xxxx" şirkətinə aid hissədə xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 18 oktyabr tarixli 2(102)-5666/18 saylı qərarı ilə iddiaçı “ZZZServices Azerbaican“ MMC-nin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 2018-ci il 22 may tarixli 2(103)-6267/18 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının 2018-ci il 26 oktyabr 2(103)11554/2018 saylı qərardadı ilə iddiaçı “ZZZServices Azerbaican“ MMC-nin və cavabdelər X12 və X9 şikayətlərinin təmin edilməməsi qərara alınmışdır.

8. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 18 mart tarixli 2(102)-1499/18 saylı qərarı ilə iddiaçı “ZZZServices Azerbaican“ MMC-nin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 26 oktyabr tarixli 2(103)-11554/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 23 sentyabr tarixli e-2-2(81)1024/2019 saylı qərardadına əsasən, cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Vəkil1 mübahisə predmeti üzrə arbitraj razılaşmasının mövcud olması səbəbind ən iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilməmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 oktyabr tarixli 2-2(103)-812/2019 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019cu il 23 sentyabr tarixli 2-2(81)-1024/2019 saylı qərardadının ləğv edilməsi, cavabdeh "xxxx" Şirkətinin şikayətinin təmin edilməsi, İddiaçı MMC-nin cavabdeh "xxxx" Şirkətinə (üçüncü şəxs: “ZZZShipping & Commercial Services“) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata xitam verilməsi qərara alınmışdır.

11. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 mart tarixli, 2-2(102)-31/2020 saylı qərarı ilə İddiaçı MMC-nin və 3-cü şəxs "xxxx" MMCnin kassasiya şikayətləri təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 oktyabr tarixli qərardadının ləğv edilməsi, işin mahiyəti üzrə baxılmaq üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

12. Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası”nın 2020-ci il 30 sentyabr 435 tarixli nömrəli rəyinə əsasən, İddiaçı MMC-nin 2018-2020-ci il tarixlərində təsdiq ediliş yük sahələrinin, ofislərin və texnikanın icarəsi, malların saxlanc xidmətləri və yük əməliyyatları xidmətlərinə dair qiymətlərin Abşeron yarmadasında mövcud olan qiymətlərə uyğun olması (bazarda olan qiymətlərdən yüksək, orta səviyyə və ya aşağı olması) sualı üzrə icarə, anbar saxlama, yük əməliyyatları, yük əməliyyatları texnikasının qiymətləri üzrə gəldiyi nəticədən görünür ki, Abşeron yarımadasında yerlə şən anbar sahələrinin 1 kv.m-nin 1 aylıq orta icarə haqqı təxminən 3,70 manat müəyyən edilir. İcarə qiymətləri sifarişçi "xxxx" MMC şirkətinin tariflərində göstərilən yük sahələrinə dair aylıq icarə qiymətləri Abşeron yarımadasında mövcud olan icarə qiymətlərinə uyğundur (icarə qiymətləri). Abşeron yarımadasında yerləşən anbar xidmətləri təklif edən şirkətlərlə müqayisədə sifarişçi "xxxx" MMC şirkətinin tariflərində göstərilən 1 kilonun gündəlik saxlanc qiymətləri Abşeron yarımadasında mövcud olan qiymətlərdən aşağıdır (anbar saxlama xidmətləri qiymətləri). Abşeron yarımadasında yerləşən anbarlarda yük əməliyyatları xidməti təklif edən şirkətlərlə müqayisədə sifarişçi "xxxx" MMC şirkətinin tariflərində göstərilən yük əməliyyatları qiymətləri Abşeron yarımadasında mövcud olan qiymətlər səvi yyəsindədir (yük əməliyyatları xidmətləri qiymətləri). Abşeron yarımadasında yerləşən anbarlarda yük əməliyyatları texnikasının işlədilməsinə dair qiymətləri təklif edən şirkətlərin tarifləri ilə müqayisədə sifarişçi "xxxx" MMC şirkətinin tariflərində göstərilən yük əməliyyatları texnikasının işlədilməsi qiymətləri səviyyəsi Abşeron yarımadasında mövcud olan qiymətlərə uyğundur (yük əməliyyatları texnikasının istifadə qiymətləri).

13. İddiaçı MMC-nin "xxxx" Şirkətinə ünvanladığı 2021-ci il 1 fevral tarixli invoysa əsasən, sonuncu onlara ödəməli olduğu məbləğ 6.683.117,35 manatdır.

14. İddiaçı MMC-nin "xxxx" Şirkətinə ünvanladığı 2021-ci il 1 fevral tarixli 64 saylı məktubunda qeyd olunmuşdur ki: “Bununla əlavədə nəzərinizə şirkətlərinin növbəti invoysunu çatdırır. Əlavədəki TTL 01/21 saylı 2021-ci il 1 fevral tarixli invoys 2020-ci il 1 sentyar tarixindən 2021ci il 30 noyabr tarixlərinə aid YYYşirkətinin avadanlığının 91 gün ərzində ad hoc mühafizəli saxlanc müddətini əhatə edir. Yaranmış borc AZN 6,683, 117.35 təşkil edir. Beləliklə, YYYşirkətinin 2020-ci il 1 dekabr tarixinə yığılmış ümumi borcun məbləği AZN 47.827. 498,60 çatıbdır. Yenədə xahiş edirlər CSVS idarə etdiyi X15 anbar və bizness kompleksində gündəlik mühafizəli saxlancda olan YYYşirkətinin avadanlıqlarının kompleksdən təcili çıxardılması məsələsini həll edəsiniz. Bildiyiniz kimi, avadanlığınızın CSVS idarə etdiyi kompleksinin öhdəsində saxlancda qalaraq günə AZN 73.440,85 miqdarında saxlanc borcu yaradır. Sizin nəzərinizə bu barədə dəfələrlə çatdırılmış xahişləri və xəbərdarlıqları bu günə kimi nəticəsiz qa lır. Sizin tərəfinizdən bu günə CSVS şirkətinə avadanlığın kompleksdən çıxarmasına dair heç bir qiymət sorğusu daxil olmamışdır, onlar tərəfindən sizin ünvanınıza dəfələrlə göndərilmiş qiymətlər təklifi isə cavabsız qalmışdır. Yenə də xahiş edirlər yaradılmış borcu tezliklə ödəyəsiniz və avadanlığınızın kompleksdən çıxarılması barədə qiymət sorğusu və rəsmi sifariş təqdim edəsiniz.”

15. İddiaçı MMC-nin "xxxx" Şirkətinə ünvanladığı 2021-ci il 1 mart tarixli 65 saylı məktubda qeyd edilmişdir ki: “Bununla əlavədə nəzərinizə şirkətlərin növbəti invoysunu çatdırır. Əlavədəki TTL 02/21 saylı 2021-ci il 1 mart tarixli invoys 2020-ci il 1 dekabr tarixindən 2021-ci il 1 mart tarixlərinə aid YYYşirkətinin avadanlığının 90 gün ərzində ad hoc mühafizəli saxlanc müddətini əhatə edir. Yaranmış borc 6.6 09.676.50 AZN təşkil edir. Beləliklə YYYşirkətinin 2020-ci il 1 mart tarixinə yığılmış ümumi borcun məbləği daha 54.437.175,10 manata çatıbdır. Yenə də xahiş edirlər, CSVS idarə etdiyi X15 anbar və biznes kompleksində gündəlik mühafizəli saxlancda olan YYYşirkətinin avadanlıqlarının kompleksdən təcili çıxardılması məsələsini həll edəsiniz. Bildiyiniz kimi, avadanlığınızın CSVS idarə etdiyi kompleksinin öhdəsində saxlancda qalaraq günə 73.440,85 manat miqdarında saxlanc borcu yaradır. Sizin nəzərinizə bu barədə dəfələrlə çatdırılmış xahişləri və xəbərdarlıqları bu günə kimi nəticəsiz qalır. Sizin tərəfinizdən bu günə CSVS şirkətinə avadanlığın kompleksdən çıxarmasına dair heç bir qiymət sorğusu daxil olmamışdır, onlar tərəfindən sizin ünvanınıza dəfələrlə göndərilmiş qiymətlər təklifi isə c avabsız qalmışdır. Yenə də xahiş edirlər, yaradılmış borcu tezliklə ödəyəsiniz və avadanlığınızın kompleksdən çıxarılması barədə qiymət sorğusu və rəsmi sifariş təqdim edəsiniz.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

16. İlkin iddia üzrə İddiaçı MMC (bundan sonra - “iddiaçı”) ilk iddia üzrə cavabdeh "xxxx" Şirkətinə (bundan sonra - “cavabdeh”) qarşı borcun və vurulmuş zərərin ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə 2019-cu il 15 iyul tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus avadanlığın iddiaçının təsərrüfat idarəçiliyində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km. ünvanında yerləşən təsərrüfat sahəsinin 2.000 kv.m hissəsində saxlanc xidmətinə görə yaranmış 9.371.052,46 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

17. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci il 1 dekabr tarixindən müvafiq müqavilə əsasında Sifarişçi “ZZZMMC”-yə (bundan sonra – “Murpey”) məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən təsərrüfat sahəsini öz təsərrüfat idarəçiliyinə götürərək, həmin sahədə müştərilərə ödənişli razılaşdırılmış qiymətlərlə saxlanc və sahədəki yüklərin qaldırılması, yüklənməsi və s. xidmətləri göstərir. Adı gedən və iddiaçının idarəçiliyində olan bu sahənin 2.000 kv.m hissəsində uzun müddətdir ki, cavabdehə məxsus avadanlıqlar (əsasən ağır tonaclı borular) yerləşdirilmişdir. Buna əsasən, cavabdehin vaxtilə Murpey ilə olan 2012-ci il 15 noyabr tarixli TEPAB-12-2000 nömrəli saxlan c müqaviləsi olmuş, onun isə müddəti 2017-ci il 14 noyabr tarixində bitmişdir. Tərəflər arasında müqavilənin bitməsi ilə bağlı müddətə olan xidmət haqqı özrə hesablaşma tam aparılmışdır. Qeyd olunan müddəti bitmiş bu müqavilədən son müddətdən bəri isə iddiaçı Murpey-nin vasitəsilə cavabdehi, sonuncunun iddiaçı ilə hər hansı bir uzunmüddətli yazılı müqaviləsinin olmaması səbəbindən, iddiaçının gündəlik saxlanc və yük əməliyyatlarına dair adətən tətbiq etdiyi mövcud qiymətlər barəsində dəfələrlə məlumatlandırmışdır. Belə ki, cavabdehlə müqavilə münasibətləri bitdikdən sonra Murpey dəfələrlə cavabdehə müraciət edərək, sonuncudan avadanlığın çıxarılmasını xahiş etmiş, bununla belə, cavabdeh 2017-ci il 1 dekabr tarixindən bəri iddiaçıya aid sahədə öz avadanlığını saxlamağa davam etmişdir.

18. E yni zamanda və bilavasitə nə iddiaçıya, nə də ki, Murpey-yə mövcud saxlanc və yükqaldırma qiymətlərinə dair cavabdehdən heç bir etiraz və ya imtina məktubu daxil olmuşdur. Əksinə, iddiaçı tərəfindən 2017-ci il 1 dekabr tarixindən ödənişsiz saxlancı təmin olunan boruların bir qisminin cavabdehin sərəncamı ilə "xxxx" MMC-nin (bundan sonra – “BŞ”) bazasına daşınılmasına 2018-ci il 25 oktyabr tarixində başlanılmış, bununla əlaqədar bu tarixdə tərəflərindən cavabdehə məxsus ümumi çəkisi 61.700 kq olan bu boruların yüklənməsi ilə bağlı razılaşdırılmış qiymətlərə xidmətlər göstərilmiş və BŞ-yə təhvil verilmiş, yüklənmə işləri haqqında həmin tarixdə 002 saylı AKT tərtib edilmişdir.

19. Eyniliklə, 2018-ci il 26 oktyabr tarixində tərəflərindən cavabdehin göstərişi ilə ümumi çəkisi 40.040 kq olan b oruların yüklənməsi, qaldırılması xidmətləri razılaşdırılmış qiymətlərə həyata keçirilmiş, bu barədə 003 saylı AKT tərtib edilmişdir. 2018-ci il 29 oktyabr tarixində tərəflərindən razılaşdırılmış qiymətlərə yüklənmə, qaldırılma xidmətləri göstərilmiş və 672 ədəd borular BŞ-yə cavabdehin göstərişi ilə təhvil verilmiş, bu barədə 004 saylı Akt tərtib edilmişdir. Qeyd olunan və cavabdehə göndərilmiş yuxarıdakı xidmətlərə görə iddiaçıya sözügedən aktlar üzrə müvafiq ödənişlər olunmuşdur. Beləliklə də, iddiaçının cavabdehin əmlakının borularının saxlancını, bir qisminin isə sahədən daşınması ilə bağlı göstərdikləri və göstərə biləcək xidmətlərinin həm texniki aspektləri, həm də müvafiq qiymətlər cavabdehə bildirilmişdir. İşlərin gedişatı cavabdehin göstərişi, daimi müşahidəsi və nəzarəti altında olaraq qeyd olunan aktlarla təsdiq edilmiş, bəyənilmiş qüsursuz xidmətlər, işlər görülmüşdür.

20. Bununla belə, 2018-ci il 29 oktyabr tarixindən sonra cavabdeh və BŞ qeyd edilən sahədən cavabdehin göstərişi ilə boruların və s. daşınması işlərini qəfildən dayandırmışlar. Buna qədər və bundan sonra olan müddət üzrə isə cavabdeh tərəfindən saxlanc xidmətinə görə ümumiyyətlə heç bir ödəniş olunmur. Halbuki qeyd edilən faktiki hallar onu təsdiq edir ki, cavabdehlə iddiaçı arasında əqd bağlanmışdır və mövcuddur. Oferta (qiymət təklifləri) cavabdehə çatdırılmış, sonuncu isə bunu akseptləşdirmişdir. 21. 2018-ci il 29 oktyabr tarixindən sonra cavabdehin qalıq avadanlıqlarının (boruların və s.) sahədən çıxarılmasının dayandırılmasından sonra, ona öz avadanlıqlarının sahələrindən çıxarılması barədə dəfələrlə müraciət edilərək bildirilmişdir ki, qalıq avadanlıq boruların daşınılması, sahələrindən çıxarılması cavabdehin BŞ-yə olan göstərişi ilə davam etdirilmədikdə, bu avadanlığın saxlanc və daşıma üzrə tərəflərindən təqdim etdikləri xidmətlərin, işlərin dəyəri, qiymətləri 2018-ci il 16 noyabr tarixindən başlayaraq fərqli olacaq, yəni bu tarixədək olan imtiyazlı qiymətlərlə: - yükləmə, qaldırma işləri üzrə 0,15 manat/1 kq: saxlanc qiyməti 0,01 manat/1 kq deyil, bu saxlanc sahəsi üzrə 2017-ci il 1 dekabr tarixindən bəri iddiaçı ilə heç bir uzunmüddətli müqavilə olmadığına görə, tətbiq edilən gündəlik saxlanca görə mövcud bazar qiymətləri ilə: - yükləmə/qaldırma işləri – 0,25 manat/1 kq: saxlanc qiyməti – 0,05 manat/ 1 kq-dan hesablanacaq. Bu isə 2018-ci ilin noyabr ayınadək hər gün üçün 73.444,85 manat təşkil etmişdir (1.468.817 kq x 0,05 manat/1kq). Bu barədə cavabdehə 2018-ci il 7 noyabr tarixli 01-489-saylı məktubla güzəştli qiymətlərlə onlara məxsus avadanlıqlarının sahələrindən çıxarılması barədə müraciət olunub, bu müraciət cavabsız qaldığından 2018-ci il 19 noyabr tarixli 01-053-saylı məktubla yenə də müraciət olunaraq güzəştli qiymətlərlə avadanlıqların daşınması müddəti tərəflərindən uzadılmış, sonuncu dəfə isə 2018-ci il 3 dekabr tarixli 01-514-saylı məktubla cavabdeh məlumatlandırılmış, eyni güzəştli qiymətlər tətbiq edilməklə, yaranmış 2.614.494.26 AZN borcun ödənilməsi üçün 2018-ci il 24 dekabr tarixində hesab/invoys cavabdehə göndərilmişdir.

22. Cavabdeh iddiaçıya saxlanc xidmətləri üzrə hər hansı bir ödəniş etmədən öz avadanlıq qalıqlarını 2.000 kv.m olan açıq sahələrində saxlamaqda davam etməkdədir. Qeyd olunan və digər hallar onların cavabdehə olan 2019-cu il 7 mart tarixli 012-saylı pretenziyalarında (və ona olan qoşma/əlavələrdə) öz əksini tapmışdır. Pretenziyalarına cavabdeh tərəfindən heç bir cavab olmamış, cavabdehə təqdim etdikləri hesab/invoyslar üzrə heç bir ödəniş edilməmişdir. Hazırda 2019-cu il 25 fevral tarixindən 2019-cu il 26 mart tarixinədək dövrü əhatə edən müddətdə, cavabdehə məxsus 1.468.817 kq əmlak/avadanlıq iddiaçının sahibliyi/idarəçiliyi altında olan sahədə saxlanılmaqdadır ki, bununla da onlara əlavə olaraq 2.203.225.50 AZN (cavabdehə olan 2018-ci il 3 dekabr tarixli 01-514 saylı məktubla bildirildiyi kimi, saxlanc qiyməti – 0,05 manat/1 kq-dan, hər gün üçün: 1.468.817 kq x 0.05 manat/1 kq = 73.440,85 manat x 30 gü n = 2.203.225,50 AZN) borcun yaranması bildirilmiş, onun ödənilməsi üçün hesab faktura/invoys təqdim edilmişdir.

23. Bundan başqa, cavabdehə olan 2019-cu il 10 aprel tarixli məktubda 2019-cu il 7 mart tarixli 012-saylı pretenziyaları üzrə 7.167.826.96 AZN borcunu və pretenziyadan sonrakı müddətdə yaranmış 2.203.225,50 AZN, cəmi 9,371.052.46 AZN borcun da ödənilməsini cavabdehdən xahiş etmişlər. Bununla belə, hazıradək cavabdehə olan pretenziyalarına və müraciətlərinə heç bir cavab verilməmişdir, göstərdikləri saxlanc xidmətlərinə görə də bütün ödənişlərdən imtina olunmuşdur. Göründüyü kimi, iddiaçının əsaslı tələbi cavabdehin avadanlığının iddiaçının sahəsində saxlanılmasına görə ona heç bir ödəniş etməməsi və cavabdeh tərəfindən başqasının sahibliyində, idarəçiliyində/istifadəsində olan əmlak/sahədən əsassız, ödəniş etmədən faydalanması ilə bağlıdır, belə ki, bununla iddiaçıya eyni zamanda zərər vurulmaqdadır.

24. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 329.2, 329.3, 329.4, 355.2, 385.1, 407.1, 408.1, 408.3, 409.4, 409.8, 448.2, 468.1, 468.2, 538.2, 21.1, 21.2-ci maddələrinə istinad etmişdir.

25. Daha sonra iddiaçının nümayəndəsi iddianın həcminin artırılması barədə 2020-ci il 7 oktyabr tarixli ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus avadanlığın iddiaçının təsərrüfat idarəçiliyində olan, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30cu km ünvanında yerləşən təsərrüfat sahəsinin 2.000 kv.m. hissəsində saxlanc xidmətinə görə yaranmış 41.144.381,20 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödən ilməsini xahiş etmişdir.

26. İddiaçının həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin avadanlığı mühafizəli saxlanc xidmətləri altında Kompleksin gömrük anbarı sahəsində qorunaraq tətbiq edilmiş gündəlik ad hoc saxlanc xidmətləri tətbiq edildiyindən iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Buna səbəb cavabdeh tərəfindən iddiaçının dəfələrlə avadanlığın yerləşdiyi sahəyə dair icarə müqaviləsi bağlanılması təkliflərini kobud formada rədd edilməsi, həmçinin avadanlığın gündəlik saxlananın kilosunun 0,05 manat qiyməti ilə hesablanılmasıdır. İddiaçı şirkətin 2018-2020-ci il tarixlərində təsdiq edilmiş yük sahələrinin, ofislərin və texnikanın icarəsi, malların saxlanc xidmətləri və yük əməliyyatları xidmətlərinə dair qiymətlərin Abşeron yarmadasında mövcud olan qiymətlərə uyğun olması barədə “Müstəqil Məhkəmə Ekspertizası”nın 2020-ci il 30 sentyabr tarixli 435 nömrəli rəyi ilə də təsdiq edilir. Nəzərə alınsa ki, avadanlığın ümumi çəkisi 1.468.817 kq təşkil edir, bu günə cavabdehin saxlanc xidmətlərinə dair toplam borcu əlavə 23 aya (2018-ci ilin noyabr ayından 2020-ci ilin oktyabr ayınadək) 41.144.381,20 manat təşkil edir.

27. Daha sonra iddiaçının nümayəndəsi tərəfindən 2020-ci il 2 noyabr tarixli iddiaya əlavə ilə məhkəməyə müraciət edərək göstərilmişdir ki, 2012-ci il 15 noyabr tarixli TEPAb-1220-00 nömrəli müqavilənin müddəti 2017-ci il 14 noyabr tarixində bitmiş və bitməsindən 1 ay öncə cavabdeh tərəfindən həmin müqavilənin uzadılmaması barədə Murphy-yə rəsmi və birmənalı 2017-il 13 oktyabr tarixli GM-DL 469/17 nömrəli məktubla xəbərdarlıq göndərilmiş və xəbərdarlıqda cavabdeh TEPAB-12-20-00 müqaviləsinin 8.2-ci maddəsinə istinad edərək Murphy-dən daxil olmuş ödəniş tapşırığının auditindən sonra 2017-ci il 30 noyabr tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Həmin xəbərdarlıqda gömrük anbarının açıq sahəsinin 2.000 kv.m-də qalan avadanlığa dair cavabdeh tərəfindən heç bir göstəriş, sorğu/tapşırıq verilməmişdir. 2012-ci il tarixli 15 noyabr TEPAB-1220-00 nömrəli müqavilənin müddəti başa çatdığından ZZZilə cavabdehin hüquqi münasibətlərinin 2017-ci il 14 noyabr tarixindən başlayaraq xitamına cavabdeh, ZZZilə sonrakı yazışmalarına da istinad edir. Belə ki, 2018-ci il 12 oktyabr tarixli GM-DL 515/18 nömrəli avadanlığın anbardan çıxarılmasına dair sorğu/tapşırığında cavabdeh yenə də xüsusilə bildirmişdir ki, TEPAB-12-0 2-00 nömrəli müqavilənin müddəti 2017-ci il 12 noyabr bitməsi tarixindən başlayaraq cavabdeh Murphynin müştərisi deyil, elə bu səbəbdən də cavabdeh avadanlığının qalıq hissəsini çıxarmaq üçün ayrı bir şirkətin ZZZilə əməkdaşlığı tələb olunur və bu məqsəd ilə cavabdeh həmin məktubda Murphy-dən xahiş edir ki, cavabdehin subkontraktoru – BŞ ilə əlaqə saxlasın və həmin şirkətə cavabdehə göndərdiyi avadanlığın çıxarmasına dair qiymət təkliflərini təqdim etsin. ZZZilə cavabdeh arasında heç bir müqavilənin olmadığını cavabdeh yenidən 2018-ci il 23 oktyabr tarixli GM-DL 567/18 nömrəli məktubunda təkrar edərək elə bu səbəbdən də Kompleksdə yerləşən avadanlığın mühafizəli saxlanc xidmətlərinə dair ödənişlərdən imtina etmişdir.

28. Bundan başqa, müqavilənin bitməsi birmənalı şəkildə Azərbaycan Resp ublikası Ali Məhkəməsi tərəfindən də qüvvəyə minmiş 2020-ci il 22 aprel tarixli qərarında tanınmışdır. Beləliklə, X15 anbar və biznes kompleksində bu günə kimi yerləşən cavabdehin avadanlıqları TEPAb 12-02-00 anbar sahəsi icarəsi müqaviləsinin davamı kimi, eyni zamanda, cavabdehin iddiasının əsası kimi göstərilə bilməz və məhkəmə prosesində müzakirə predmeti ola bilməz. X16 adını daşıyan biznes, anbarlar, açıq tipli gömrük anbarı və yük terminalı kompleksi (bundan sonra Kompleks) Murphy-yə məxsusdur. Həmin Kompleks optimal idarəetmə tətbiq etmək və maliyyə-təsərrüfat fəaliyyətinin effektivliyini artırılması məqsədilə 2017-ci il 1 dekabr tarixindən 10 illik müddətə iddiaçının tam idarəçiliyinə verilmişdir. Həmin müqavilə ZZZvə cavabdeh arasında olan mübahisələrdən və Murphy-nin 2018-ci il 2 1 fevral tarixli cavabdehə qarşı iddiasından əvvəl bağlanılmışdır. Müqavilənin məqsədi X15 Kompleksində maliyyə-təsərrüfat işlərinin səviyyəsini və müştərilərə təqdim edilən xidmətlərin keyfiyyətini qaldırmaq, xidmət qiymətlərinin tənzimləməsidir. Cavabdeh tərəfindən irəli sürülən dəlil kimi, guya ZZZilə cavabdeh arasında 2018-ci ilin aprel ayından 2019-cu ilin aprel ayınadək olan məhkəmə mübahisəsi zamani iddiaçı ilə ZZZarasında olan 2017-ci il 1 dekabr tarixli müqavilənin mövcudluğu barəsində heç bir məlumatın olmaması həqiqətə uyğun deyil. İddiaçını ZZZcavabdehin avadanlıqlarını Kompleksdən çıxarması işlərinə hazırlıq zamanı 2018-ci il 18 oktyabr tarixli 11:12 radəsində göndərdiyi e-mailində iddiaçının Kompleksin idarəedici şirkəti olduğunu açıqlayaraq iddiaçını həmin işlərdə əsas tərəf kimi təqdim etmişdir. Həmin e-mail şəxsən cavabdehin hüquqşünası Xanqız Tanrıverdiyevanın e-mail qutusuna da 2018-ci il 18 oktyabr tarixində də saat 11:12də daxil olmuşdur.

29. Murphy-nin avadanlığa dair öhdəliklərinin üçüncü tərəfə ötürməsinə cavabdeh tərəfindən heç bir etiraz bildirilməmiş, hətta iddiaçının yükləmə, daşıma, nəqliyyat və saxlanc işlərinə tam cəlb olunması cavabdehin səlahiyyətli nümayəndələrinin nəzarəti altına keçmişdir. İddiaçının nəzarəti altında yüksək texniki və professional cəhətdən göstərdiyi xidmətləri nəticəsində cavabdehin avadanlığının birinci 120 ton təşkil etmiş hissəsi Kompleksdən 2018-ci il 25-29 oktyabr tarixlərində müvəffəqiyyətlə çıxarılmış və bu işlərə də iddiaçı öz qiymət təklifini təqdim edərək tam ödənişə malik olmuşdur. Belə olan halda, iddiaçının 2018-ci ilin oktyabr ayında real xidmətlərindən bəhrələnən cavabdehin iddiaçının Kompleksə dair ZZZilə olan müqaviləsinin mövcudluğu 2018-ci ilin aprel ayından 2019-cu ilin aprel ayınadək məlum olmadığını bildirməsi bu dəfə də cavabdeh şirkətin rəhbərliyinin qeyriciddi olmasına sübutdur. Cavabdehin iddiaçı ilə ilk dəfə 2019-cu ildə əlaqəyə çıxmasını və bu vaxta qədər iddiaçıdan heç bir invoysun almadığını bildirməsi tamamilə həqiqətə uyğun deyildir. İddiaçı 2018-ci il 24 dekabr tarixində 009 nömrəli AZN 2.276.666,35 miqdarına hesab fakturasını (invoice) cavabdehə göndərərək avadanlığı kompleksdən çıxarılmasının davamına dair tədbirlər görməsini xahiş etmişdir. Cavabdehin avadanlığı mühafizəli saxlanc xidmətləri altında Kompleksin gömrük anbarı sahəsində qorunaraq tətbiq edilmiş gündəlik ad hoc saxlanc xidmətləri qiymətləri ilə edilir. Buna səbəb cavabdeh tərəfindən iddiaçının dəfələrlə avadanlığın yerləşdiyi sahəyə dair icarə müqaviləsi bağlanılması təkliflərini kobud formada rədd edilməsi, həmçinin avadanlığın gündəlik saxlancının kilosunun 0,05 manat qiyməti ilə hesablanılmasıdır. Nəzərə alınsa ki, avadanlığın ümumi çəkisi 1.468.817 kilogram təşkil edir, cavabdehin saxlanc xidmətlərinə dair toplam borcu əlavə 23 aya (2018-ci ilin noyabr ayından 2020-ci ilin oktyabr ayınadək) 41.144.381,20 manat təşkil edir. Belə ki, külli miqdarda olan 2.000 kv.m ərazini əhatə edən iri həcmli yükün saxlancına görə 23 aydır (630 gun) ödəniş edilmir.

30. Buna baxmayaraq, bu günə cavabdeh nə uzun müddətli icarə müqaviləsi bağlamaq istəmir, nə də ki mallarını Kompleksdən çıxarmağa dair heç bi r addım atmır. Cavabdeh ona məxsus avadanlığın iddiaçının idarə etdiyi X15 A sinifli anbar kompleksində saxlanılmasının gündəlik ad hoc qiymətlə, günü 73.440,85 manatdan saxlamaqda tam məlumatlı olmuş, buna baxmayaraq həmin malların çıxarılmasına dair heç bir real hərəkət görməmiş, real niyyət bildirməmişdir, hətta həmin malların Kompleksin ərazisində yerindən tərpətməsinə qəti şəkildə 2019-cu il 19 iyun tarixli GM-DL 245/19 saylı məktubunda qadağa qoyaraq iddiaçını belə bir təklifə görə “Təxribatçı” adlandırmışdır. Sadalanan faktlar cavabdehin avadanlığının iddiaçının günlük AZN 73.440,85 qiymətə olana mühafizəlı saxlanc xidmətləri altında saxlanılmasına razılığını ifadə edir.

31. Daha sonra ilk iddiaçının nümayəndəsi iddianın həcminin artırılması barədə növbəti, 2021-ci il 30 aprel tar ixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus avadanlığın iddiaçının təsərrüfat idarəçiliyində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən təsərrüfat sahəsinin 2.000 kv.m hissəsində saxlanc xidmətinə görə yaranmış 54.437.175,10 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

32. İddianın həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Belə ki, cavabdehin avadanlığı mühafizəli saxlanc xidmətləri altında Kompleksin gömrük anbarı sahəsində qorunaraq tətbiq edilmiş gündəlik ad hoc saxlanc xidmətləri tətbiq edilir. Buna səbəb cavabdeh tərəfindən iddiaçının dəfələrlə avadanlığın yerləşdiyi sahəyə dair İcarə müqaviləsi bağlanılması təkliflərini kobud formada rədd edilməsi, həmçinin avadanlığın gündəlik saxlananın kilosunun 0,05 manat qiyməti ilə hesablanılmasıdır. İddiaçının 2018-2020-cı il tarixlərində təsdiq edilmiş yük sahələrinin, ofislərin və texnikanın icarəsi, malların saxlanc xidmətləri və yük əməliyyatları xidmətlərinə dair qiymətlərin Abşeron yarımadasında mövcüd olan qiymətlərə uyğun olması barədə "Müstəqil Məhkəmə Ekspertizası”nın 2020-ci il 30 sentyabr tarixli 435 nömrəli rəyi ilə də təsdiq edilir. Nəzərə alsaq ki, avadanlığın ümumi çəkisi 1.468.817 kilogram təşkil edir, 2021ci il 1 mart tarixinə cavabdehin saxlanc xidmətlərinə dair toplam borcu 54.437.175,10 manat təşkil edir.

33. Eyni zamanda, cavabdeh iddiaçıya qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və dəymiş zərərin ödənilməsi haqqında” qarş ılıqlı iddia ərizəsi ilə 2020-ci il 13 avqust tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Müqavilə 2 üzrə Murphy-yə saxlanca verilmiş avadanlıqlar qarşılıqlı iddia üzrə iddiaçının qanunsuz sahibliyindən geri alınması, qanunsuz sahiblik nəticəsində dəyən zərər olaraq qarşılıqlı iddia üzrə iddiaçıdan 5.395.039 ABŞ dollar manat məbləğində pul vəsaitinın alınaraq ona verilməsini xahiş etmişlər.

34. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi Müqavilə 2-nin, yəni TEPAB-12-20-00 saylı müqavilənin 17.1-ci maddəsinə əsasən, Müqavilə 2 Fransa qanunvericiliyi ilə tənzimlənir və şərh edilir. Eyni zamanda, tərəflər arasında hər hansı mübahisə danışıqlar yolu ilə qırx beş gün ərzində həll olunmadığı halda, tərəflər arbitraja müraciət etməlidirlər. Bu halda, məsəl ə üzrə Beynəlxalq Ticarət Palatasının Arbitraj Qaydaları əsasında üç arbitr tərəfindən baxılmalıdır. Arbitrajın yeri kimi Paris (Fransa) və arbitrajın dili qismində ingilis dili müəyyən edilir. Qanunvericiliklə bağlı eyni şərtlər Müqavilə 1-də öz əksini tapır. Lakin Müqavilə 2-dən fərqli olaraq, Müqavilə 1-də arbitrajın yeri qismində Sinqapur müəyyən edilir. ZZZyuxarıda qeyd edilən müqavilələr üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsində iddia qaldırsa da, cavabdeh "xxxx" Şirkəti mübahisənin Fransa qanunvericiliyinə əsasən beynəlxalq arbitraj tərəfindən həll edilməli olmasını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2018-ci il 4 aprel tarixli qərardadı ilə vəsatət qismən təmin edilmiş və iş cavabdeh YYYŞirkətinə aid hissədə xita m verilmişdir. Sonra isə Səbail Rayon Məhkəməsinin qərardadı müvafiq olaraq Bakı Apellyasıya Məhkəməsi və Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. ZZZAli Məhkəmənin son qərarından sonra öz əsassız iddialarını Azərbaycan Respublikasının məhkəmələrində baxılmasının mümkünsüzlüyünü anlamış və süni şəkildə səhnəyə hazırkı ilkin iddiaçını cəlb edərək cavabdehə qarşı eyni predmet üzrə yeni iddia qaldırmışdır. 2018-ci ilin aprel ayından 2019-cu ilin aprel ayına qədər davam edən məhkəmə çəkişməsi zamanı ZZZilə CSVS arasında hazırda istinad etdikləri 2017-ci il tarixli “Təsərrüfat idarəçiliyi barədə müqavilənin mövcudluğu barədə heç vaxt məlumat verilməmişdir. Bu da bir daha onun sübutudur ki, həmin bu Müqavilə Murphy-nin əsassız iddiası təmin olunmadıqdan sonra qurulmuş və uydurma bir razıla şmadır. Hazırkı iddiaçı iddia ərizəsində özü də etiraf edir ki, yaranmış münasibətlər cavabdeh ilə Murpy arasında olan yuxarıda qeyd edilən müqavilələrdən doğmuşdur, lakin guya ərazini ZZZilə müqavilə əsasında təsərrüffat idarəçiliyinə götürərək idarə etməkdədir. Cavabdeh dəfələrlə ona məxsus olan avadanlıqları saxlancdan götürmək istəsə də, Murphy, indi isə iddiaçı buna mane olmuş və (və ya) cavabdehdən şişirdilmiş və Müqavilələrə uyğun olmayan xidmət haqları tələb etmək şərtləri irəli sürmüşlər. İddiaçının hazırda onlara məxsus olan avadanlığı qanunsuz və səlahiyyətsiz saxladığını nəzərə alaraq və bu məsələlərdə həqiqi zərəçəkmiş tərəf olaraq, öz avadanlıqlarını iddiaçının qanunsuz sahibliyindən tələb etmək məcburiyyətindədirlər. Cavabdeh ilə iddiaçı arasında hər hansı saxlanc və ya di gər tipli müqavilə mövcud olmadığına, cavabdeh öz əmlakını saxlamaq və ya sair formada onun üzərindən sahibliyi həyata keçirmək üçün iddiaçıya hər hansı səlahiyyət vermədiyi və cavabdehin müvafiq avadanlıqlar üzrə mülkiyyəti iddiaçı tərəfindən şübhə altına alınmadığı və mübahisələndirilmədiyini nəzərə alaraq, iddiaçının sahibliyinin qanunsuz və vicdansız olduğu mübahisəsizdir. Bu sahiblik qanunsuz həyata keçirildiyi üçün iddiaçı ona məxsus olmayan əmlakı mülkiyyətçiyə geri qaytarmağa borcludur. Həmçinin MM-in 157.5-ci maddəsində də qeyd edildiyi kimi, iddiaçının qanunsuz faktiki sahibliyi nəticəsində cavabdehə zərər dəyərsə, iddiaçı bu zərəri də ödəməyə borcludur. Belə ki, əmlakın cavabdehə qaytarılmaması səbəbindən cavabdehə aşağıdakı zərər dəymişdir: Müqavilə 2 üzrə Murphy-yə saxlanma üç ün verilmiş 5.395.039 ABŞ dollar dəyərində avadanlıqlar Abşeron yatağı üzrə ABD-01 quyusunun qazıntısı zamanı istifadə oluna bilərdi, lakin iddiaçı tərəfindən avadanlıqlar verilmədiyi üçün, iddiaçı əlavə xərc çəkərək yenidən eyni avadanlıqları almaq məcburiyyətində qalmışdır.

35. Bundan savayı, bütün bu zaman ərzində avadanlıqlar cavabdehin nəzarətində olmadığı üçün, onların hansı şəraitdə saxlanılıb və sonradan cavabdehin icazəsi olmadan yerini dəyişdirirkən hansı qaydalara riayət olunub-olunmadığına dair nəzarəti və məlumatı olmadığı üçün, bu avadanlıqlar cavabdeh tərəfindən hər hansı bir növbəti qazma əməliyyatları üçün yararsız hesab olunurlar. İddiaçı öz iddia ərizəsində iddia edir ki, guya cavabdeh ilə ZZZarasında olan müqavilə münasibətlərinə 2017-ci ildə xitam verildiyi üçün hazırd a iddiaçı ilə cavabdeh arasında de-fakto müqavilə münasibətləri mövcuddur. Cavabdeh Muqavilə 2 üzrə müddətin bitməsini nəzərə alaraq, saxlanma üçün verilmiş avadanlıqların çıxarılmasını tələb etsə də, ZZZMüqavilə 2 üzrə qalıq borcuna dair Hesablama Aktı göndərək akt imzalandığı və akt üzrə qalıq borc ödənildiyi halda avadanlığın çıxarılmasının mümkün olduğunu bildirmişdir. Beləliklə, avadanlıqların çıxarılmasına icazə verilməməsini nəzərə alaraq və TEPAb 12.20.00 Müqaviləsinin A Əlavəsinin (“Logistikia Xidmətlərinin Göstərilməsi X13 Müddəaları”) 2-ci maddəsinin (“Anlayışlar”) “Bitmə Tarixi” anlayışının “b” bəndinə və “Müqavilə Müddəti” anlayışına əsasən, Müqavilə cavabdehə məxsus avadanlığın saxlanc yerindən götürüldüyü tarixə qədər qüvvədədir.

36. Beləliklə, cavabdehə məxsus avadanlıqlar hələ də həmin müqavilə üzrə müəyyən edilən saxlanc yerində qalmaqda davam etdiyi üçün (iddiaçı iddia ərizəsində özü də bu faktı təsdiq edir), birmənalı şəkildə cavabdeh ilə Murpy arasında Müqavilə hazırda qüvvədədir və həmin Müqavilə cari iş üzrə bilavasitə iddia predmetini təşkil edir. İddiaçı iddia ərizəsinin elə ilk cümləsindəcə bəyan edir ki, guya 2017-ci il 1 dekabr tarixindən etibarən Murphy-yə aid olan ərazini idarəçiliyə götürərək Murphy-nin müştərilərinə xidmət göstərir. Lakin iddiaçının başqa iki şəxs arasında olan müqavilədən doğan hüquq münasibətlərinin həmin müqaviələr üzrə olan müştərilərin razılığı olmadan yürütməyin hüquqi əsası yoxdur. Belə ki, TEPAb 12.20.00 Müqaviləsinin A Əlavəsinin (“Logistikia Xidmətlərinin Göstərilməsi X13 Müddəaları”) 6-cı maddəsinin (“İcraçının Öhd əlikləri”) 6.18-ci bəndinə əsasən, ZZZcavabdehin razılığı olmadan Müqaviləni tam və qismən digər şəxslərə ötürə və onun icrasını hər hansı subpodratçıya tapşıra bilməz. Eyni bənddə o da qeyd edilmişdir ki, nə bu cür ötürmə, nə də ki, subpodrat Murphy-ni Müqavilə üzrə öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir. Eyni zamanda, hətta Müqavilənin ötürülməsi qanuni olsa idi belə, Müqavilənin bütün müddəaları eyni şəkildə yeni daxil olan tərəfə keçmiş hesab olunur. 2017ci il 1 dekabr tarixli müqavilə isə yalnız görünüş üçün bağlandığı üçün əhəmiyyətsizdir və heç bir hüquqi nəticə doğura bilməz.

37. Cavabdeh tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, MM-in 157.2, 157.5, 340.1, 522.1-522.5-ci maddələrinə əsaslanmışdır.

38. İddiaçı tərəfindən Bakı Komm ersiya Məhkəməsinə 2020-ci il 8 oktyabr tarixində etiraz təqdim edilərək, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etmişdir.

39. İddiaçı etirazında bildirmişdir ki, ZZZilə YYYarasında TEPAb-12- 20-00 nömrəli 2012ci il 15 noyabr tarixli müqavilənin xitamı: həmin müqavilənin müddəti 2017-ci il 14 noyabr tarixində bitmiş və bitməsindən 1 ay öncə cavabdeh tərəfindən həmin müqavilənin uzadılmaması barədə Murphy-yə rəsmi və birmənalı GM-DL 469/17 nömrəli 2017-il 13 oktyabr tarixli məktubla xəbərdarlıq göndərilmiş və xəbərdarlıqda cavabdeh TEPAb-12-20-00 müqaviləsinin 8.2 Maddəsinə istinad edərək Murphy-dən daxil olmuş ödəniş tapşırığının auditindən sonra 2017-ci il 30 noyabr tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Həmin xəbərdarlıqda gömrük anbarının aç ıq sahəsinin 2.000 kvadrat metrəsində qalan avadanliqa dair cavabdeh tərəfindən heç bir göstəriş, sorğu/tapşırıq vərilməmişdir. 2012-ci il 15 noyabr tarixli TEPAb-12-20-00 nömrəli müqavilənin müddəti başa çatdığından ZZZilə cavabdehin hüquqi münasibətlərinin 2017-ci il 14 noyabr tarixindən başlayaraq xitamina cavabdeh, ZZZilə sonrakı yazışmalarına da istinad edir. Belə ki, 2018-ci il 12 oktyabr tarixli GM-DL 515/18 nömrəli avadanlığın anbardan çıxarılmasına dair sorğu/tapşırığında cavabdeh yenə də xüsusilə bildirmişdir ki, TEPAB 12-02-00 nömrəli müqavilənin müddəti 2017-ci il 12 noyabr bitməsi tarixindən başlayaraq cavabdeh Murphy-nin müştərisi deyil və elə bu səbəbdən də cavabdeh avadanlığının qalıq hissəsini çıxarmaq üçün ayrı bir şirkətin ZZZilə əməkdaşlığı tələb olunur və bu məqsəd ilə cavabdeh həmin məktubda Murphy-dən xahiş edir ki, cavabdehin subkontraktoru - BŞ ilə əlaqə saxlasın və həmin şirkətə cavabdehə göndərdiyi avadanlığın çıxarmasına dair qiymət təkliflərini təqdim etsin. ZZZilə cavabdehin arasında heç bir müqavilə olamamasını cavabdeh yenidən öz 2018-ci il 23 oktyabr tarixli GM-DL 567/18 nömrəli məktubunda təkrar edərək elə bu səbəbdən də Kompleksdə yerləşən avadanlığın mühafizəli saxlanc xidmətlərinə dair ödənişlərdən imtina etmişdir. Bundan başqa, müqavilənin bitməsi birmənalı şəkildə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən də qüvvəyə minmiş 2020-ci il 22 aprel tarixli qərarında tanınmışdır. Beləliklə, X15 anbar və biznes kompleksində bu günə kimi yerləşən cavabdehin avadanlıqları TEPAb 1202-00 anbar sahəsi İcarəsi müqaviləsinin davamı kimi, ey ni zamanda cavabdehin iddiasinin əsası kimi göstərilə bilməz və məhkəmə prosesində müzakirə predmeti ola bilməz. TEPAb 12-20-00 müqaviləsinə xitam verildiyindən cavabdehin qarşılıqlı iddiasında qoyduğu TEPAb 12-20-00 müqaviləsi üzrə öhdəliklərin üçüncü şəxsə ötürmək səlahiyyətləri məsələlərini müzakirə etmək zərurəti itir çünki həmin dəlil qüvvədə olsa idi TEPAb 12-20-00 müqaviləsindən irəli sürülərdi.

40. ZZZilə iddiaçı arasında olan 2017-ci il 1 dekabr tarixli müqavilənin hüquqi nəticə doğurması barədə: X17 adinı daşıyan biznes, anbarlar, açıq tipli gömrük anbari və yük terminali kompleksi (bundan sonra Kompleks) Murphy-yə məxsusdur. Həmin Kompleks optimal idarəetmə tətbiq etmək və maliyyə-təsərrüfat fəaliyyətinin effektivliyini artırılması məqsədilə 2017-ci il 1 dekabr tarixindən 10 ill ik müddətə iddiaçının tam idarəçiliyinə verilmişdir. Həmin müqavilə ZZZvə cavabdeh arasında olan mübahisələrdən və Murphy-nin 2018-ci il 21 fevrl tarixli cavabdehə qarşı iddiasından əvvəl bağlanılmışdır. Müqavilənin məqsədi X15 Kompleksində maliyyə-təsərrüfat işlərinin səviyyəsini və müştərilərə təqdim edilən xidmətlərin keyfiyyətini qaldırmaq, xidmət qiymətlərinin tənzimləməsidir. Qarşılıqlı iddiada göstərilən guya ZZZşirkəti ilə cavabdeh arasında 2018-ci ilin aprel ayından 2019-cu il aprel ayınadək olan məhkəmə mübahisəsi zamanı iddiaçı ilə ZZZarasında olan 2017-ci il 1 dekabr tarixli müqaviləsinin mövcudluğu barəsində heç bir məlumatın olmaması həqiqətə uyğun deyil. İddiaçını ZZZcavabdehin avadanlıqlarını Kompleksdən çıxarması işlərinə hazırlıq zamani 2018-ci il 18 oktyabr tarixli 11:12 radəsində göndərdiyi e-mailində iddiaçının Kompleksin idarəedici şirkəti olduğunu açıqlayaraq iddiaçını həmin işlərdə əsas tərəf kimi təqdim etmişdir. Həmin e-mail şəxsən cavabdehin hüquqşünası Xanqiz Tariverdiyevanin email qutusuna da 2018-ci il 18 oktyabr tarixində saat 11:12 də daxil olmuşur. Bununla belə Murphy-nin avadanlığa dair öhdəliklərinin üçüncü tərəfə ötürməsinə cavabdeh tərəfindən heç bir etiraz bildirilməmiş, hətta iddiaçının yükləmə, daşıma, nəqliyyat və saxlanc işlərinə tam cəlb olunması cavabdehin səlahiyyətli nümayəndələrinin nəzarəti altına keçmişdir (sübut olaraq cavabdehi 2018-ci il 12 oktyabr tarixindən verilən avadanlıqlarına dair e-maillərinin iddiaçıya ünvanlaması və cavabdeh tərəfindən tərtib edilmiş barışıq sazişinə iddiaçını cəlb etmək cəhdləri). İddiaçının n əzarəti altında yüksək texniki və professional cəhətdən göstərdiyi xidmətləri nəticəsində cavabdehin avadanlığının birinci 120 ton təşkil etmiş hissəsi Kompleksdən 2018-ci il 25-29 oktyabr tarixlərində müvəffəqiyyətlə çıxarılmışdır və bu işlərə də iddiaçı öz qiymət təklifini təqdim edərək tam ödənişə malik olmuşdur. Belə olan halda, iddiaçının 2018-ci ilin oktyabr ayında real xidmətlərindən bəhrələnən cavabdehin, iddiaçının Kompleksə dair ZZZilə olan müqaviləsinin mövcüdlüğu 2018-ci ilin aprel ayından 2019-cu ilin aprel ayınadək məlum olmadığını bildirməsi bir dəfə də cavabdehin rəhbərliyinin qeyri-ciddi olmasına sübutdur. Cavabdehin iddiaçı ilə ilk dəfə 2019-cu ildə əlaqəyə çıxmasını və bu vaxta qədər iddiaçıdan heç bir invoysun almadığını bildirməsi tamamilə həqiqətə uyğun deyildir. İddi açı 2018-ci il 24 dekabr tarixində 009 nömrəli AZN 2.276.666,35 miqdarina hesab fakturasini (invoice) cavabdehə göndərərək avadanlığı kompleksdən çıxarılmasının davamına dair tədbirlər görməsini xahiş etmişdir.

41. X1: Kompleksdə təqdim edilən qiymətlər iki variantda Tənzimlənir: kompleksin anbar sahələrinin İcarəyə verilməsilə, yaxud mühafizəli saxlanc xidmətləri göstərməklə. Anbar sahələrinin İcarəyə verilməsi qiyməti bir kvadrat metrənin aylıq icarə haqqı əsasında formalaşır. Mühafizəli saxlanc xidmətləri isə mühafizə altında saxlanılan malların/avadanlıqların gündəlik bir kiloqramına vurulmaq əsasında formalaşır. Kompleksdə təklif edilən hər iki usulla formalaşan qiymətlər müqavilələrin müddəti və malların Kompleksin hansı zonasında yerləşdirilməsindən asılıdır. Belə ki, uzun müddətli həm icarə, həm də mühafizəli saxlanc müqaviləsi daha güzəştli qiymətlərlə razılaşa bilərlər. Bundan başqa, qiymətlərin səviyyəsi malların gömrük və terminal zonasında və yaxud həmin zonadan kənarda saxlanılmasından da asılıdır. Yəni, gömrük zonasında yerləşdirilən mallara dair anbar qiymətləri həmin zonada idarə edilmə xərclərinin çox olması səbəbindən daha bahadır. Ən bahalı qiymətlər mühafizə saxlancı xidməti altında yerləşən malların gündəlik ad hoc müqaviləsi əsasında tətbiq olunur. Yüksək qiymətlərin səbəbi ad hoc müqavilə ilə Kompleksin işinin planlaşdırılmasının çətinliyi ilə bağlıdır. Faktiki olaraq, ad hoc müqavilələri yük zonalarının işinin uzun müddətli planlaşdırılmasına imkan vermir və bununla bağlı Kompleksin menecmenti tərəfindən aparılan qiymət siyasəti elə qurulur ki, ad h oc altında malların yerləşdirilməsi müştərilər üçün əlverişli olmasın və müştərilər ad hoc əvəzinə ən azi bir aylıq müddətli icarə və ya mühafizəli saxlanc müqavilələrinə daha üstünlük versinlər. Kompleksdə müəyyən edilmiş qiymətlər iddiaçı tərəfindən 2018-ci ilin yanvar ayından başlanaraq bu günədək hər ilə aid menecment tərəfindən təsdiq edilən tariflərlə tənzimlənir. Həmin tariflər iddiaçının inzibati binasının girişində Kompleksə dair elanlar divarında il boyu asılır. Həmin tariflərlə tətbiq olunmuş qiymətlər sözsüz ki həmin xidmətlərə dair bazarda mövcud olan Kompleksin A sinifinə uyğun qiymətlərlə ayaqlaşmalıdır. Əks halda, Kompleksin xidmətindən müştərilər istifadə etməyəcklər. Qarşılıqlı iddiada iddiaçının tətbiq edilmiş və istifadədə olan xidmət qiymətlərini absurd və uydurma adla ndırması cavabdeh tərəfindən tam əsassızdır. Cavabdehin avadanlığı mühafizəli saxlanc xidmətləri altında Kompleksin gömrük anbari sahəsində qorunaraq tətbiq edilmiş gündəlik ad hoc saxlanc xidmətləri qiymətləri ilə edilir. Buna səbəb cavabdeh tərəfindən iddiaçının dəfələrlə avadanlığın yerləşdiyi sahəyə dair icarə müqaviləsi bağlanılması təkliflərini kobud formada rədd edilməsi, həmçinin avadanlığın gündəlik saxlananın kilosunun 0,05 manat qiyməti ilə hesablanılmasıdır. Avadanlığın ümumi çəkisi 1.468.817 kilogram təşkil edir, bu günə cavabdehin saxlanc xidmətlərinə dair toplam borcu əlavə 23 aya (2018-ci ilin noyabr ayından 2020-ci ilin oktyabr ayınadək) 41.144.381,20 manat təşkil edir. Belə ki, külli miqdarda olan 2.000 kv.m ərazini əhatə edən iri həcmli yükun saxclancına görə 23 aydır (6 30 gun) ödəniş edilmir. Buna baxmayaraq, bu günə cavabdeh nə uzun müddətli icarə müqaviləsi bağlamaq istəyir, nə də ki, mallarını Kompleksdən çıxarmağa dair hər hansı addım atır.

42. Malların anbar kompleksindən yükləmə və çıxarma qaydaları: Malların Kompleksdə hansı müqavilə əsasında yerləşdirildiyindən asılı olmayaraq, istənilən zaman mallarını kompleksdən çıxarmaq istəyən müştərilərə həmin malların yüklənməsi və daşınması işlərini həyata keçirmək üçün müştəridən dəqiq sorğu və ya tapşırıq Kompleksin menecmentinə təqdim edilməlidir. Həmin tapşırıqda müştəri yazılı qaydada mallarına dair ümumi məqsədini açıqlayaraq Kompleksin menecmentinin qarşısında malların yüklənməsi və daşınması ilə əlaqəli tapşırıq verərək tələblərini dəqiqliklə göstərməlidir. Həmin sorğu/tapşırıq Kompleksin menecm entinə yüklənmə və daşınma işlərinə dair qiymət təklifinin dəqiqliklə formalaşdırmasına imkan verir. Belə ki, yüklənmə və daşınma tapşırıq/sorğusunda aşağıdakılar müştəri tərəfindən göstərilməlidir: a) yüklənməsi nəzərdə tutulan malların siyahısı, ölçüsü və çəkisi b) yüklənmənin və Kompleksdən malların daşınmasının müştərinin nəzərdə tutduğu/istənilən başlama və bitirmə tarixləri, yükun çatdırılması və boşaldılması ünvanı, müştərinin istəyi ilə yükün daşınma marşrutu d) yükün üzərində əlavə işlərin görülməsi (ölçülməsi, çəkilməsi, bağlanılması, tarazlanmasi və sair) e) yükün təhvil veriləcək məsul şəxsin vəzifəsi, adı, soyadı atasının adı f) yükün Kompleksdə yüklənilməsindən qabaq inventarlaşmasının aparılması və yüklənmə, daşınma prosesinə müştəri tərəfindən nəzarət edəcək şəxslərin siyah isi, onların şəxsiyyət vəsiqələrinin surətləri (mühafizə altında olan Kompleksin ərazisinə daxil edilmək üçün icazə almaq məqsədilə). Yuxarıda göstərilən tapşırıq/sorğu əsasında Kompleks tərəfindən yükləmə və daşıma əməliyyatlarına dair qiymətlər hesablanır və nəticədə müştərinin sorğusuna/tapşırığına cavab olaraq qiymət təklifi göndərilir. Həmin qiymət təklifi və əlavə suallar öz həllini taparaq, müştəri tərəfindən malların yüklənməsinə və daşınmasına dair Kompleksin menecmentinə Sifariş müqaviləsi (Purchase Order), yaxud “PO” göndərilir. Həmin Sifarişdə/PO-da malların dəqiq adı, çəkisi, ölçüsü, yükləmə və daşıma qiyməti, ödəniş şərtləri, sifarişçi və icraçı tərəflər, malların çatdırılması ünvanı, əməliyyatların başlanılması tarixi göstərilir. Sifariş/PO belə halda yazılı müqaviləyə bərab ər tutulur. İşlər və ödəniş həmin PO əsasında orada qeyd edilən şərtlərlə həyata keçirilir. Saxlancda olan yüklərə dair tapşırıq və ya sorğu müştəri tərəfindən daxil olmayanadək Kompleksin menecmenti yükə aid hər hansı bir hərəkət edə bilməz. 2017-ci il tarixindən bu günə kimi cavabdeh tərəfindən iddiaçıya BŞ vasitəsi ilə 2018-ci il 24 oktyabr tarixli ilk və yeganə Sifariş müqaviləsi gondərlimişdir. Yuxarıda göstərilən qayda malların Kompleksdən çıxarmasına əsasdır. Bu qaydalar neft və qaz, loqistika sənayesində çalışan, eksport-importla məşqul olan hər bir şirkətə bəllidir. Həmin qaydalarla da Kompleksə sorğu (yazılı və ya şifahi formada) və sifariş daxil olmadığı təqdirdə saxlancda olan mallar Kompleksin ərazisindən çıxarıla, hətta yerindən tərpədilə bilməz. Eyni zamanda, iddiaçı 2018-ci il 25-29 oktyabr tarixlərində həmin qaydalara tam uyğun olaraq cavabdehin avadanlıqlarının 120.000 kilogram təşkil edən hissəsinin daşınmasını təşkil etmişdir. Həmin vaxtdan bu günə qədər nə cavabdehdən, nə də ki, onun Subkontraktoru olan BŞ-dən ikinci sifariş iddiaçıya daxil olmuşdur. Bu hal bir daha cavabdehin mallarını Kompleksdən çıxarmaq fikrinin olmamasına dəlalət edir.

43. Cavabdehin avadanliğına ad hoc mühafizəli saxlanc xidmətləri qiymətlərinin tətbiqi: cavabdehin ZZZilə bağlanmış 2012-ci il 15 noyabr tarixli TEPAb-12-20-00 nömrəli tender üsulu ilə udulmuş loqistika müqaviləsi əsasında ZZZcavabdehə 24 saat mühafizə olunan və nəzarət-buraxılış məntəqəsi sistemi ilə təmin edilmiş gömrük zonasında yerləşən 2.000 kv.m açıq anbar sahəsini kvadrat metrini 2,5 dollar qiyməti ilə uzun mü ddətli İcarəyə vermişdir. 2017-ci il 1 dekabr tarixindən başlayaraq iddiaçının idarəçiliyinə keçən X18 biznes və anbar komleksində yerləşən cavabdehin avadanlığına dair 24 saat mühafizə və videoçəkiliş ilə təmin edilən ad hoc saxlanc xidmətləri göstərilməsinin ödənişi tələbinə dair səlahiyyətlər iddiaçıya keçmişdir. TEPAb 12-02-00 nömrəli müqavilənin müddətinin bitdiyi tarixdən, cavabdehin açıq sahə anbarının 2.000 kvadrat metrəsində yerləşən avadanlığına dair yeni İcarə müqaviləsi tətbiq olunmamış, cavabdeh tərəfindən hər hansı müqavilə bağlamaq təşəbbüsü irəli sürülməmiş, cavabdeh tərəfindən mallarının Kompleksdən çıxarılmasına dair heç bir konkret sorğu/tapşırıq təqdim edilməmiş, avadanlığın anbarın ərazisindən çıxarılmasına kimi müvəqqəti əlavə vaxt verilməsi barəsində müraciət edilməm iş və bununla bağlı 2017-ci il 15 noyabr tarixindən həmin avadanlığın anbarda qalmasının hüquqi statusu avtomatik olaraq icarəyə götürülmüş anbar sahəsində saxlanan avadanlıqdan gündəlik mühafizəli saxlanc xidmətləri altında qorunan avadanliqa çevrilmişdir. İcarə müqaviləsi ilə tənzimlənən hüquqi münasibətlər malların icarə müqaviləsi bitdikdən sonra Kompleksdə saxlanılmasının davamı səbəbdən avtomatik surətdə Saxlanc müqaviləsi ilə tənzimlənməyə başlanılmışdır. Bununla əlaqədar ödənişlərin əsasını təşkil edən ölçü vahidləri anbar sahə icarəsinə bəlli olan kvadrat metrədən mühafizəli saxlanc xidmətlərinə xas olan ölçü vahidi kiloqrama çevrilmiş və bununla belə ödənişin hesabatının əsası avadanlığın tutduğu ərazinin ölçüsü əsasında yox, həmin avadanlığın kilo ilə ölçülən çəkisi götürülür. Saxlanc Qiymətlərinə dair hər hansı bir uzun müddətli müqavilə olmadığından cavabdehin avadanlığı anbarda bu günədək güzəştsiz, gündəlik yüksək qiymətli ad hoc mühafizəli saxlanc müqaviləsi əsasında saxlanılır. Belə vəziyyət bu günədək müştəri cavabdehin istəyi ilə davam etməkdədir. 2017-ci il 15 noyabr tarixindən 2017-ci il 1 dekabr tarixinədək və 2017-ci il 1 dəkabr tarixindən 2018-ci il 24 sentyabr tarixinədək nə Murphy-yə, nə də ki, iddiaçıya cavabdeh tərəfindən onun avadanlıqlarının Kompleksdən yüklənilməsi, çıxarılması, hər hansı ünvana çatdırlması, boşaldılması və kimə təhvil verilməsi, yükləmə və daşınma işlərinin qiyməti barədə heç bir sorğu/tapşırıq təqdim edilməmişdir. TEPAb - 12-20-00 müqaviləsin xitamindan sonra şirkətlər arasında dəqiqliklə şərtləri əhatə edən yazılı müqavil ə olmadığından, qanunvericilikndə boşluq olmadığından, cavabdehin avadanlığının saxlananın ətrafinda de fakto yaranmış hüquqi münasibətlər MM-in 827-830-cu maddələri (anbarlarda saxlanc) ilə tənzimlənir. Cavabdehin mallarının Kompleksdə saxlanılması, cavabdehin həmin malların gündəlik ad hoc saxlanc qiymətindən, eyni zamanda həmin malların mühafizəli saxlananın kimin tərəfindən təşkil edilməsindən və malların hansı şərtlərlə saxlanılmasından xəbərdar olması, bundan başqa Kompleksdə saxlanılmanın davam etdirilməsi, həmin malların saxlanana dair heç bir ayrı, daha ucuz təkliflərin qəbul edilməməsi, malların Kompleksdən çıxarılması təkliflərinin rədd edilməsi, 2 il 10 aydan sonrakı mübahisəyə qədər mallarının çıxarılmasına dair məhkəməyə müraciət edilməməsi faktı ilə yanaşı, malların qanunsuz sahiblikdə olduğuna iddia etməsi bir-biri ilə ziddiyət təşkil edir. Bu günə kimi cavabdeh ona məxsus avadanlığın iddiaçının idarə etdiyi X15 A sinfli anbar kompleksində saxlanılmasının gündəlik ad hoc qiymətlə, günü 73.440,85 manatdan saxlamaqda tam məlumatlı olmuş, buna baxmayaraq həmin malların çıxarılmasına dair heç bir real hərəkət görməmiş, real niyyət bildirməmişdir, hətta həmin malların Kompleksin ərazisində yerindən tərpətməsinə qəti şəkildə 2019-cu il 19 iyun tarixli GM- DL 245/19 saylı məktubunda qadağa qoyaraq iddiaçını belə bir təklifə görə “Təxribatçı” adlandırmışdır. Sadalanan faktlar cavabdehin avadanlığının iddiaçının günlük AZN 73.440,85 qiymətə olana mühafizəli saxlanc xidmətləri altında saxlanılmasına razılığını ifadə edir. Görünən odur ki, cavabdehin yeganə narahatçılı ğı saxlanc xidmətləri üçün öz qeyri-peşakarlığı ucbatından yığılmış borcu ödəməyə görədir. İddiaçının 2018-2020-ci il tarixlərində təsdiq edilmiş yük sahələrinin, ofislərin və texnikanın icarəsi, malların saxlanc xidmətləri və yük əməliyyatları xidmətlərinə dair qiymətlərin Abşeron yarımadasında mövcüd olan qiymətlərə uyğun olması barədə “Müstəqil Məhkəmə Ekspertizasının 30 sentyabr 2020-ci il tarixli 435 nömrəli rəyi ilə də təsdiq edilir.

44. Cavabdehin mallarının ad hoc gündəlik saxlanc xidmətləri müqavilənin mövcudluğunu bilməsinə dair tarixlər və subutlar: Birinci dəfə cavabdehdən Kompleksdə saxlanılan avadanlığın inventarlaşma aparılması, avadanlığın kompleksdən çıxarılması, bir hissəsini çıxarmaq və nəzərdə tutulan işlərlə əlaqəli Kompleksə cavabdehin nümayəndələrinin daxil olması ba rədə sorğu/tapşırıq 2018-ci il 11 və 24 sentyabr tarixlərində təqdim edilmişdir. Həmin sorğu ilə cavabdeh tərəfindən Murphy-yə saxlanılan “X23 NTP” aid olan xirda avadanlığını cavabdehin nümayəndəsinə təhvil vermək xahiş edilirdi. İddiaçı tərəfindən həmin avadanlığın cavabdehin səlahiyyətli nümayəndəsi R.Orucova aktla təhvil verilmişdir. Avadanlığın xırda olması və bu səbəbdən hər hansi bir yük əməliyyatının tələb edilməməsini nəzərə alaraq, görülən işə görə heç bir ödəniş tələbi iddiaçı tərəfindən nə Murphy-yə, nə də ki, cavabdehə təqdim edilməmişdir. Nəhayət cavabdehin səlahiyyətli nümayəndəsi R.Orucovdan e-mail vasitəsilə, TEPAb 12-20-00 müqaviləsinə 2017-ci il 15 noyabr tarixindən xitam verilən gündən birinci dəfə olaraq cavabdehin Kompleksdə saxlanc altında olan avadanlığının yükləmə və boşaltma Qiymətlərinə dair 2018-ci il 2 oktyabr tarixində sorğu Murphy-yə təqdim edildi və həmin zamandan Murphy-nin vasitəçiliyi ilə iddiaçı cavabdehin avadanlığının Kompleksdən çıxarılmasına dair hazırlıq və qiymət təklifi formalaşdırılmasi işlərinə başlanıldı. Murphy-nin xahiş ilə cavabdehin avadanlığının Kompleksdən çıxarılmasına dair iddiaçının hazırladığı qiymət təklifini Murphy-yə təqdim etmiş və həmin təklif ZZZtərəfindən cavabdehə 2018-ci il 9 oktyabr tarixli 01-462 nömrəli məktubla çatdırılmışdır. Həmin qiymət təklifinə cavab olaraq cavabdeh 2018-ci il 12 oktyabr tarixli GM-DL 515/18 nömrəli məktubunda avadanlığı cavabdeh ilə ZZZşirkəti aralarında 2017-ci il 12 noyabr tarixindən başlayaraq heç bir müqavilə olmadığından cavabdeh tərəfindən çıxarılmasının mümkün olmadığını xəb ərdar etmiş və bununla əlaqədar bildirmişdir ki, həmin işlərin cavabdeh tərəfindən təsdiq edilmiş BŞ subkontraktor şəklində görəcəkdir. Nəticədə cavabdeh xahiş etmişdir ki, qiymət təkliflərini ZZZBŞ-yə təqdim etsin. ZZZ2018-ci il 16 oktyabr tarixli 01-464/2018 nömrəli cavab məktubu ilə cavabdehə bildirmişdir ki, BŞ-dən Murphy-yə sorğu daxil olmadığından, BŞ-də kimlə əlaqə saxlamasi və cavabdeh tərəfindən BŞ-nin səlahiyyətlərini təsdiq edən bir sənəd təqdim edilmədiyindən cavabdehin sorğusunu icra etmək mümkün olmamışdır. Həmin məktuba cavab olaraq cavabdehin nümayəndəsi Rufat Orucov cavabdehin domenində qeyd olunmuş şirkətin emailindən 2018-ci il 16 oktyabr tarixli e-mail mesaji vasitəsilə BŞ-nin səlahiyyətlərini təsdiq edib BŞ tərəfindən məsul şəxsin məlumatlarını Murphy-yə təqdim etmişdi r. 2018-ci il 17 oktyabr tarixli e-maillində ZZZBŞ-yə cavabdeh tərəfindən tələb edilmiş cavabdehin Kompleksdə mühafizəli saxlanc altında yerləşən avadanlığına dair yükləmə, boşaltma və daşıma qiymətləri təqdim edilmişdir. Həmin və BŞ ilə olan hər bir sonrakı e-mail yazışmalarında cavabdehin rəhbərliyi, səlahiyyətli nümayəndələri, həmçinin hüquqşünası da göstərilmiş və hər bir yazışma həmin ünvanında göstərilən şəxslərin nəzərinə beləliklə çatdırıldı. BŞ-nin cavabdeh tərəfindən təqdim edilən səlahiyyətli nümayəndəsi Toğrul Rəhimovun 2018-ci il 18 oktyabr tarixli saat 08:45 radəsində göndərilmiş e-mailində cavabdehin bütün avadanlığının çıxarmasına dair qiymət təklifinə cavab olaraq bildirilmişdir ki, BŞ, yəni cavabdeh kompleksdən avadanlığıni hissə-hissə çıxarmasını planlaşdırır və bununla əlaqəli qiymət təklifin ancaq həmin e-maildə təqdim etdiyi mallara aid verməsini Murphy-dən xahiş etmişdir. Həmin e-mailə əlavə olaraq, cavabdehin nümayəndəsi Rufat Orucov oz e-mailndən saat 09.31-də adları çəkilən mallara aid qiymət təklifinin formalaşdırılmasına dair həmin mallara aid çəki cədvəlini də göndərmişdir. 2018-ci il 18 oktybar tarixli saat 09:47 radələrində Rufat Orucovun e-mailine cavab olaraq iddiaçı Murphynin vasitəsilə bildirmişdir ki, təqdim etdiyi qiymət avadanlığın hissə-hissə yox, bütov miqdarına aiddir. Sonrakı, 2018-ci il 18 oktyabr tarixli 11:12 radəsində göndərilən e-mailində Murphy, iddiaçının qiymət təklifinə aid açıqlamalar verərək cavabdehin nümayəndəsi Rufat Orucova bildirmişdir ki, təklif edilən qiymətlər bazarda olan qiymətlər çərçivəsindədir, hətta Kompleks in sinifinə uyğun olan ayrı bir anbar kompleksi - X22 şirkətində mövcud qiymətlərinə istinad edilmiş və izah edilmişdir ki, cavabdeh avadanlığını istədiyi kimi, hissəhissə, hər bir hissəyə aid müqavilə əsasında çıxarsa, cavabdehin xərci dəfələrə artacaqdır. Bütov avadanlığın çıxarılmasına dair bir müqavilə ilə avadanlığın Kompleksdən çıxarılmasının daha sərfəli olması izah edilib məsləhət görülmüşdür. Həmin e-maildə ZZZcavabdehi xəbərdar etmişdir ki, avadanlığın çıxarılmasına aid əməliyyat BŞ, X15 Kompleksinin texniki meneceri, iddiaçı tərəfindən keçirələcəkdir. Həmin e-maildə verilən məsləhətlərə və izahatlara baxmayaraq, avadanlığın birdəfəlik çıxarmasından muqaisədə hissə-hissə cixarmağın yüksək qiymətini nəzərə almayaraq cavabdeh öz 2018-ci il 18 oktyabr tarixli 11:41 saat radəsində gö ndərdiyi cavab e-mailində Murphy-yə avadanlığı birdəfəlik deyil, hissə-hissə çıxarılması göstərişini təsdiq etdi və xahiş etdi ki, hər hansı bir avadanlığın hissələrinə aid Sifarişləri (Purchase Order, və ya PO) və hansı şirkətlər arasında və hansı şərtlərlə bağlanılması məsələləri BOS Şelf ilə müzakirə olunsun. YYYşirkətinin göstərişləri əsasında 2018-ci il 19 oktyabr tarixli saat 16:30 radəsində göndərilən e-maildə ZZZBŞ-ə cavabdehin avadanlığıni Kompleksdən hissə-hissə çıxarılmasına dair iddiaçının qiymətlərnii təqdim etmişdir. 2018-ci il 23 oktyabr tarixində göndərilən e-maildə iddiaçıya vasitəçilik edən Murphy-nin cavabdehə saat 09:11 radəsində ünvanlanan e-maildə ZZZyenidən iddiaçının qiymətlərinə dair PO (Sifariş) BŞ tərəfindən göndərilməsini xatırlatmışdır. Həmin günü saat 2:47 rad əsində göndərilən e-maildə ZZZyenidən sifarişin tezliklə göndərilməsini xatirladaraq, əməliyyati iddiaçı ilə bağlanan PO Sifarişə alternativ olaraq, cavabdehin ZZZilə birbaşa müqaviləsi bağlanılmasını təklif etmiş, lakin həmin təklifə baxmayaraq cavabdeh əməliyyati iddiaçı tərəfindən aparılmasına heç bir narazılıq bildirməmiş və nəhayət 2018-ci il 24 oktyabr tarxində iddiaçı ilə BŞ-nin arasında cavabdehin Kompleksdə mühafizəli saxlanc altında yerləşən avadanlığının birinci hissəsinə aid 3342 nömrəli Sifariş müqaviləsi (PO, və ya Purchase Ordər) imzalanaraq, həmin tarixdə iddiaçı tərəfindən BŞ-yə yük əməliyyatlarının kilosu AZN 0,15 qiymətilə ümumi 120 ton miqdarına yükləməyə və nəqliyyat vasitəsinin hər birinə 680 manat, ümumi 5 nəqliyyat vasitəsinə görə AZN 21.400 miqdarinda 0002 nömrəl i hesab faktura (İnvoice) təqdim etmiş, yuxarıda adı çəkilən Sifarişin 100 % əvvəldən ödəmə şərtilə həmin məbləğ iddiaçının hesabına köçürülmüşdür. Nə ödəmə şərtlərinə, nə yük əməliyyatlarının qiymətinə, nə də ki, nəqliyyat vasitəsinin xərclərinə aid cavabdeh və ya BŞ-dən Sifariş imzalanandan qabaq və ya sonra heç bir narazılıq bildirilməmişdir. Cavabdehin 2018-ci il 1 noyabr tarixindən gec olmadan avadanlığın birinci hissəsini Kompleksdən çıxardırılması barədə göstərişlərini iddiaçı 2018-ci il 29 noyabr tarixində uğurla başa çatdırmışdır. Cavabdeh tərəfindən müəyyən olunan avadanlığın birinci hissəsini təşkil edən mallar 2018-ci il 25-29 noyabr tarixlərində Kompleksdə yüklənərək cavabdeh tərəfindən tapşırılan ünvana daşınmış və orada boşaldılaraq BŞ-nin nümayəndəsinə cavabdehin göstərişi ilə təhvil verilmiş, işlərin görülməsi və tamamlanmasi barədə müvafiq aktlar tərtib edilərək iddiaçı və BŞ tərəfindən imzalanib möhürlənmişdir. 2018-ci il 29 noyabr tarixində saat 18:38 radəsində ZZZtərəfindən cavabdehə və BŞ-yə e-mail göndərilərək, hər iki şirkətdən xahiş edilmişdir ki, yük əməliyyatlarını dərhal başlamaq üçün cavabdehin avadanlığının ikinci hissəsinə dair Sifarişi (Purchase Order/PO) tezliklə təqdim etsinlər. Nəzərə alsaq ki, cavabdeh və ya BŞ tərəfindən avadanlığın ikinci hissəsinin daşınmasına dair heç bir hərəkət görülməmişdir, şirkətlər həmin e-maildə xəbərdər edilmişdirər ki yükləməyə hazırlanan avadanlığın ikinci hissəsinə gündəlik kilosu AZN 0,1 qiymətlə saxlanc qiyməti tətbiq ediləcəkdir. Qeyd olunmalıdır ki, təklif edilmiş AZN 0,1 qiyməti iddiaçının 2018-ci ilə aid saxlanca dair tətbiq edilmiş AZN 0,05 qiymətindən 4 dəfə azdir. 2018-ci il 1 noyabr tarixində saat 16:21 radəsində cavabdehin məsul şəxsi Rufat Orucova iddiçı və ZZZtərəfindən e-mail ünvanlanaraq göstərilmişdir ki, cavabdeh tərəfindən yük əməliyyatlarım dayandirmaq avadanlığın Kompleksdə saxlanc xərclərinin tətbiqinə gətirir və bununla əlaqədar, cavabdehin əlavə xərclərin qabağinı alınması üçün tələb olunmuşdur ki, cavabdeh tezliklə iddiaçıya Sifariş (Purchase Ordər) təqdim etsin ki həmin Sifarişin əsasında iddiaçı yeni hesab faktura (invoice) təqdim edib yükləmə işlərinin davamını təşkil etsin. Bununla birgə, cavabdehin nəzərinə çatdırılmışdır ki, iddiaçının sorğulari cavabdeh və BŞ tərəfindən cavabsız qalaraq iddiaçıya külli miqdarda zərər vurulur. İddiaçı bütün nəqliyyat vasitələrin i və yükləmə texnikalarını hazır vəziyyətdə saxladığından, bu texnikalarin saatla hesablanan cərimə xərcinin ödənilməsi, həmin xərclərin cavabdehə ünvanlanan gələcək hesab fakturalarda (invoislarda) oz əksini tapacaqdir. Həmin gün, 2018ci il 1 noyabr tarixində, saat 16:51 radəsində Murphy-nin yuxarıda göstərilən sorğusuna və tələblərinə cavab olaraq, BŞ-nin Baş Kommersiya Meneceri Dominik Roussatdan gelən emaildə cavabdehin avadanlığının birinci hissəsinə aid olan butun işlər, iştirak edən tərəflərin həmin işlərdən razı qalmaları Murphy-nin və iddiaçının nəzərinə catdirilaraq, bildirilmişdir ki bununla BŞ onun qarşısında qoyulan tapşırığı, yəni avadanlığın birinci hissəsinə aid Sifariş üzrə öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Həmin e-maildə qeyd edilmişdir ki, BŞ iddiaçı ilə cavabdehi n avadanlığının hər hansı bir əlavə hissələrinin çıxarmasına dair heç bir müqavilə bağlanılmamış və malların sahibindən yeni bir göstəriş almayanadək hər hansı müqavilə iddiaçı ilə baqlanılmayacaqdir. E-mailin axırında göstərilmişdir ki, avadanlığın qalan hissələrinin çıxarılması bütün iştirakcı tərəflərin razılığı əsasında olmalı və bu günə BŞ ilə cavabdeh arasında qalıq hissələrə aid müqavilə olmadığından, iddiaçı tərəfindən təqdim edilən qiymətlər daha sərfəli olduğunda həmin razılığa gəlmək mümkün olardı. ZZZvə iddiaçıın dəfələrlə avadanlığın Kompleksdən çıxarılmasının davamını təşkil etmək barədə və əks halda həmin avadanlıqa ad hoc saxlanc qiymətləri tətbiq edilməsi barədə 2018-ci il 7 noyabr tarixli məktubunda qoyulan tələblərinə baxmayaraq cavabdeh iddiaçının təklif etdiyi yük əməl iyyatlarına dair və mühafizəli saxlanca aid qiymətlərlə razılaşmadan, yük əməliyyatlarına dair qiymət təklifinə qarşı iddiaçıya cavabdehə sərfəli qiymətlər barəsində heç bir təklif vermədən 2018-ci il 13 noyabr tarixli GM-DL 598/18 nömrəli məktubu ilə Murphy-yə yenidən, daha real qiymətləri cavabdehin subkontraktoru BŞ ilə müzakirə etməsini, danışıqlar aparmasını təklif etmiş və avadanlığın Kompleksdə saxlanc xərclərinin sirf ZZZşirkətinin həmin avadanlığın cavabdehə 2017-ci il 12 noyabr tarixindən qaytarmasına imtina etdiyindən BŞ-nin üzərinə heç bir öhdəlik qoyula bilməz. Cavabdehin subkontraktoru olan BŞ e-mail yazışmasında birmənalı olaraq göstərmişdir kı, cavabdehdən tapşırıq almadan iddiaçı ilə cavabdehin mallarına dair heç bir hərərkət aparmayacaqdır. Lakin buna baxmayaraq cavabde h avadanlığın kompleksdən çıxarılmasını heç bir əsas olmadan, iddiaçıya tapşırmaqla öz mallarının talehinin həllindən boyun qaçırmışdır. ZZZ2018-ci il 19 noyabr tarixli 01-503 məktubunda cavabdehə cavab olaraq cavabdehin avadanlığına dair ad hoc mühafizəli saxlanc xidmətinin 2017-ci il 15 noyabr tarixindən yarandığını, həmin qiymətlərin həmçinin yük əməliyyatlarınin formalaşması və Abşeron yarımadasında mövcud olması barədə ətraflı izahat verərək yenidən tələb etmişdir ki, avadanlığın tezliklə Kompleksdən çıxarılmasına dair cavabdeh rəsmi sorğu/tapşırıq və ya Sifariş (PO) təqdim etsin. 2018-ci il 26 noyabr tarixli GM-DL 623/18 nömrəli cavab məktubunda cavabdeh heç bir sorğu və ya Sifariş (PO) təqdim etmədən, heç bir qarşı qiymət təklifi ilə qayıtmadan sadəcə Murphy-nin iddiaçının adından t əqdim edilən qiymətləri cavabsız qoyaraq yenə də avadanlığının ZZZtərəfindən 2017-ci ilin noyabr ayından başlayaraq zorla saxlamasını bildirərək ZZZavadanlığı Kompleksdən cixarib təhvil verməsini tələb etmişdir. ZZZ2018-ci il 3 dekabr tarixli 01-514 nömrəli məktubu ilə yenidən iddiaçının təklif etdiyi qiymətlərin formalaşmasinin izahatini verərək, cavabdehdən tələb etmişdir ki, cavabdeh avadanlığının çıxarmasına dair lazımi tədbirlər görsün. İddiaçı və ZZZtərəfindən avadanlığın Kompleksdən cixarlmasina dair tələblərə baxmayaraq cavabdeh yükləmə qiymətləri ilə razi olmadığından avadanlığıni Kompleksdə çıxarılmasının yubandırmasina baxmayaraq, hər bir cavabda onun əmlakının ZZZvə iddiaçı tərəfindən zorla saxlanıldığı və cavabdehin nümayəndələrinin Kompleksin ərazisinə həmin şirkətlər tərəfin dən buraxılmadığını bu günədək iddia edir. Halbuki cavabdeh tərəfindən onun mallarının qanunsuz saxlanılması barədə hər hansı subut bu günədək təqdim edilməmişdir. Qeyd etmək lazimdir ki, həm Murphy-nin, həm də iddiaçının TEPAb 12-20-00 sayli müqaviləsinin müddəti bitən zamandan cavabdehin avadanlığını həmin avadanlığın mühafizəli saxlancı odənilməyənə kimi sahibliyində saxlamağina görə MM-in 830-cu maddəsinə əsasən, tam hüquqi əsasları olmuşdur, lakin nə Murphy, nə də ki, iddiaçı tərəfindən bir dəfə də olsun həmin hüquqlardan a qarşı istifadə edilməmişdir.

45. İddiaçının cavabdehə malları çıxarma barəsində təklifləri, xahişləri, tələbləri, xəbərdarlıqları tarixi və sübutu ilə: iddiaçı 2018-ci il 24 dekabr tarixli həmin tarixli 009 nömrəli AZN 2.276.666,35 miqdarına hesab fakturasını (invo ice) cavabdehə göndərərək cavabdehdən yenə də avadanlığı kompleksdən çıxarılmasının davamına dair tədbirlər görməsini xahiş etmişdir. 2019-ci il 25 fevral tarixli növbəti 012 nömrəli AZN 4.553.332,70 miqdarlı hesab fakturaya (invoice) aid məktubunda iddiaçı cavabdehə göstərilmiş mühafizəli saxlanc xidmətlərinə görə ümumi borc məbləğinin AZN 7.167.826,96 çatdığını və gündəlik mühafizə saxlanc xidmətlərinə görə AZN 73.440,85 itirmək əvəzinə avadanlığın Kompleksdən çıxarılaraq adı anbar saxlanc ərazisinə keçirməklə külli miqdarda xərclərdən özünü qoruya biləcəyi cavabdehin nəzərinə çatdırılmışdır. Yenidən iddiaçı 2019-cu il 27 mart tarixli 013 saylı hesab fakturanı (invoce) göndərərək cavabdehə xatırlatmışdır ki, göstərilən saxlanc xidmətlərinə görə günlük AZN 73.444,85 miqdarında xidmət haqq ı hesablanır və borcun miqdarı AZN 9.371.052,46 yüksəlmişdir. İddiaçı 2019-cu il 3 iyun tarixli 017 saylı məktubunda cavabdehə növbəti xəbərdarlıq göndərməklə, avadanlığın Kompleksin ərazisində qalmasının iddiaçıya həmin ərazini terminal şəklində işlətməyə mane olduğunu cavabdehin nəzərinə çatdırmış və avadanlığın ayrı sahəyə keçirilməsi ilə əlaqədar Kompleksdə inventarlaşdırma işləri və müşahidə etmək məqsədilə cavabdeh tərəfindən öz nümayəndələrinin göndərilməsi xahiş olunmuşdur. Cavabdeh 2019-cu il 19 iyun tarixli GMDL 245/19 saylı cavab məktubunda iddiaçının xahişini təxribat adlandıraraq qətiyyətlə onun avadanlığını yerindən tərpətməyə qadağa qoyduğunu bildirmiş və Murphy-yə müraciət edərək həmin avadanlığı Kompleksdən bazar qiyməti ilə çıxarmasına icazə verməsinə çağırmışdır. Yenidən cavabdeh iddiaçı tərəfindən yüksək xidmət qiymətləri barəsində xəbərdar olmasına baxmayaraq həmin avadanlığı tərpətməyə imtina etmişdir. İddiaçı 2019cu il 27 iyul tarixli 022 nömrəli məktubu ilə cavabdehə növbəti AZN 8.959.783,70 miqdarında hesab faktura (invoice) göndərərək bildirmişdir ki, avadanlığı gömrük zonasında saxlamaqdansa gömrük zonasından kənarda saxlamaq daha ucuz olardı. Növbəti 022 hesabı 2019-cu il 28 sentyabr tarixli miqdarı AZN 4.553.332,70 təşkil edən hesab fakturanı iddiaçı cavabdehə təqdim edərək, cavabdehdən avadanlığın saxlancına və ya daşınmasına dair heç bir sorğu və ya tapşırıq almamışdır. Növbəti 2019-cu il 6 dekabr tarixli 023 saylı AZN 4.920.536,95 miqdarında hesab fakturanı göndərərək iddiaçı həmin tarixli məktubunda yenidən cavabdehə müraciət edərək nəzəri nə çatdırmışdır ki, saxlanc xidmətlərinə görə cavabdehin borcu daha AZN 14.291.589,41 miqdarına çatmışdır, xahiş etmişdir ki, cavabdeh avadanlığını daha ucuz saxlanc xidmətləri təklif edən əraziyə keçirsin və iddiaçıya öz ərazisində biznesin genişləndirilməyi tələbatlarına imkan versin. Öz tərəfindən iddiaçı cavabdehə yükləmədə və nəqliyyatda istənilən kömək göstərməyə hazırlığını bildirmişdir. Növbəti 2020-ci il 1 iyun tarixli 031 saylı AZN 6.583.117,35 təşkil edən hesab fakturanı (invoice) göndərərək, həmin tarixli 047 saylı məktubunda iddiaçı cavabdehin nəzərinə çatdırmışdır ki cavabdehin mühafizəli saxlanc xidmətlərindən istifadə borcu toplam AZN 27.190.613,90 miqdarına çatmış və belə bir qeyri-normal xərcləri çoxaltmaqdansa, cavabdehə təklif edilmişdir ki, onun Kompleksdən avadanlıqla rını çıxarmaq fikri yoxdursa, heç olmazsa, həmin avadanlığı bahalı gündəlik ad hoc şərtləri ilə saxlamaqdan uzun müddətli saxlanc ərazisinin icarə müqaviləsi bağlanılsın və bununla da avadanlığın saxlanc xidməti qiyməti onun çəkisinin kiloqramla gündəlik saxlanc hesablanmasının əvəzinə, həmin avadanlığın yerləşdiyi ərazinin icarədə olaraq aylıq kvadrat metrəsi ilə ölçülsün. İddiaçı belə icarə müqaviləsinə aid aylıq əlverişli qiymətlər təklifini öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı cavabdehi toplam borcun miqdarının azaldılmasına dair danışıqlara dəvət etmişdir. Həmin məktuba cavab olaraq, cavabdeh 2020-ci il 10 iyun tarixli GM-RA 283/20 nömrəli məktubunda cavabdehin iddiaçı ilə heç bir hüquqi və qeyri-hüquqi əlaqəsi olmamadığından, xüsusilə cavabdehn zorla saxladığı avadanlığına dai r, iddiaçıdan xahiş etmişdir ki, cavabdehə mənasız və anormal təkliflərlə müraciət edilməsin. Cavabdehin qeyri-adekvat reaksiyasına baxmayaraq, iddiaçı 2020-ci il 6 iyul tarixli 053 saylı məktubu ilə cavabdehə müraciət edərək ona cavabdehin bütün avadanlığını Kompleksdən çıxarmasına dair cavabdehn ZZZilə quraşdırılmış 2020-ci il 5 fevral tarixli saxta Barışıq Sazişində nəzərdə tutulan qiymətdən daha sərfəli qiymət təklifi göndərmişdir. Həmin qiymət təklifinə cavabdehdən heç bir cavab gelməmişdir. İddiaçı növbəti 2020-ci il 1 sentyabr tarixli 060 saylı AZN 6.756.558,20 miqdarında hesab fakturanı cavabdehə göndərərək həmin tarixli 061 saylı məktubunda cavabdehin nəzərinə çatdırdı ki, toplam borcun miqdarı daha AZN 33.947.172,10 miqdarına çatmışdır. Yenə də cavabdehin mənasız saydığı iddiaçın ın təkliflərinə son qoymaq xahişinə baxmayaraq, həmin məktubda borcun toplanmasının qabağını almaq naminə Kompleksdə yerləşən avadanlığı gündəlik ad hoc saxlanc şərtlərindən, həmin avadanlıq yerləşən anbar sahəsinə dair icarə müqaviləsi bağlanması təklif edilmişdir. Bundan başqa, cavabdehə xatırladılmışdir ki, iddiaçının 2020-ci il 6 iyul tarixində yükləmə və avadanlığı kompleksdən cavabdeh göstərdiyi yerə daşınması qiymətlərinin təklifləri qüvvədə olmuş və cavabdeh həmin təklifə razılığını bildirən zaman lazımı işlərin dərhal başlanmasına iddiaçı öhdəlik götürmüşdür. İddiaçının avadanlıqları Kompleksdən çıxarmağa dair təklifləri cavabdeh tərəfindən iqnor edildiyi halda, cavabdeh 2020-ci il 13 avqust tarixində məhkəməyə onun əmlakını/avadanlığını iddiaçının qanunsuz sahibliyindən geri tələ b edilməsi barədə iddiaçıya qarşı iddia ilə müraciət etmişdir. Yenə də cavabdehin qeyri-adekvat hərəkətlərinə baxmayaraq, 2020-ci il 19 avqust tarixli 051 saylı məktubu ilə iddiaçı öz anbardar vəzifəsini yerinə yetirərək cavabdehin kompleksdə yerləşən konteynerlərinin möhürlərinin bərbad hala gəlməsi barədə xəbərdarlıq göndərərək təklif etmişdir ki, cavabdeh öz nümayəndələrini göndərərək həmin konteynerlərə aid inventarlaşma təşkil etsin və qurğunun möhürlərini təzələsin. Həmin avadanlığın daşınması təklifini yenə də iqnor edərək, cavabdeh iddiaçının inventarlaşma aparılması tələbinə dair məktubuna 2020-ci il 28 avqust tarixində GM-RA 350/20 saylı məktubla cavab verərək, bildirmişdir ki, cavabdeh öz əmlakını iddiaçının qanunsuz sahbliyindən geri almaq və iddiaçıdan vurulmuş zərəri ödəmək üçün məhkəməyə müraciət etmişdir, bununla əlaqədar 2 və 3 sentyabr tarixlərində cavabdehin nümayəndələri zərərin miqdarını hesablamaqdan ötrü Kompleksə buraxılmalıdırlar. Adıçəkilən 2020-ci il 28 avqust tarixli məktub vaxtinda iddiaçıya göndərilmədiyindən 2020-ci il 2 sentyabr tarixində saat 10:00 da Kompleksə gələn nümayəndələri Kompleksə dərhal buraxmaq mümkün olmadı, lakin onlara Kompleksin mühafizə və nəzarət buraxılış məntəqəsi saxlanc ərazisinə keçmək üçün yerində icazə alınması təklif olundu. Buna baxmayaraq, bir qədər vaxtdan sonra nümayəndələr Kompleksi tərk etdilər. Beləliklə, bu günə kimi iddiaçı idarə etdiyi X19 anbarı, açıq tipli gömrük anbarı və biznes kompleksində yerləşən cavabdehə məxsus mallar iddiaçı tərəfindən sahibliyə götürülməmiş və sırf cavabdehdən yükləmə və nəqli yyat işlərinin aparılmasına dair sorğu/tapşırıq və ya Sifariş olmadığından Kompleksdə saxlanc altında qalmışlar. Bu günə cavabdehin hərəkətsizliyi, professional məsləhəti nəzərə almaq istəməməsi, şişdirilmiş nüfuzuna qeyri-sağlam şəkildə güvənməsi ucbatından saxlanc xidmətlərinə görə gündəlik əlavə AZN 73.000 manat ödəməlidir. Yəni cavabdeh yük və daşınma əməliyyatlarına dair təklif olunan bütün 1.468.817 kg çəkisində olan 2.000 kvadrat metrə sahəni zəbt edən, Kompleksdən birdəfəlik çıxarmasına 60-dək yük avtomobili tələb edilən və cavabdehin istədiyi yerdə təhvil verilməli olan avadanlığına AZN 70.000 və sonra 65.000 manatın məbləğini yüksək bilərək, həmin avadanlığı Kompleksdə saxlayaraq günə AZN 73.000 borc yaratmağını daha məqsədə uyğun bilmişdir.

46. Cavabdeh tərəfindən təqdim edilmiş barışıq sazişi: 2020-ci il 28 yanvar cavabdeh Murphy-nin vasitəsilə iddiaçıya Barışıq Sazişinin proyektini təklif etmişdir. Həmin proyektə əsasən cavabdeh Murphy-yə 150.000 dollar verməli və sonra iki tranşla 35.000 dollar və 35.000 dollar Murphy-yə köçürməklə cavabdehin bütün avadanlığı Kompleksdən daşınılmalı, iddiaçı isə cavabdehə qarşı tələblərində imtina etməli idi. X20 iddiaçının borc tələblərinin həllini öz üzərinə götürür. 2020-ci il 7 fevral tarixli 25 saylı məktubla iddiaçı cavabdehə tələbinin AZN 6.000.000-dək azaltmaqa hazır olduğunu bildirir və Barışıq Sazişinin proyektində dəyişikliklərin bu qaydada edilməsini təklifi edir. 2020-ci il 13 fevral tarixində cavabdehin idarəedici direktorundan iddiaçının müdirinə ünvanlanmış emaildə göstərilir ki, artıq 2020-ci il 5 fevral tarix ində öz xoşlari ilə, heç bir təzyiq altında olmadan bütün tərəflər, yəni cavabdeh, iddiaçı və ZZZYYYşirkətinin Barışıq Sazişinin versiyası ilə razılşaraq imzalamışlar. YYYvə ZZZilə birgə heç bir danışıqlarda iştirak etməyən və heç bir Barışıq Sazişinə imza atmayan iddiaçının müdiri Gulamir Gulamirovun çoxsaylı sorğularından və məsələnin hüquq mühafizə orqanlarına çatdıracağı barədə xəbərdarlıqından sonra cavabdehin idarəedici direktoru imzali və möhürlü Sazişin elektron nüsxəsini öz e-maili vasitəsilə Gulamir Gulamirova təqdim etmişdir. Həmin Sazişdə iddiaçının direktoru Gulamir Gulamirovun imzasının saxtalaşdırıldığı aşkar olunmuşdur. İddiaçı tərəfindən dərhal cavabdehə bu barədə 2020-ci il 13 fevral tarixli 26 saylı məktubula ətraflı məlumat verilmiş və bildirilmişdir ki, həmin Barışıq S azişi tərəfimizdən imzalanmadığından nəzərə alına bilməz və ümumiyyətlə ZZZSazişin tərəfi ola bilməz. Buna baxmayaraq cavabdeh və ZZZiddiaçının xəbəri olmadan cavabdehi yaranmış çıxılmaz vəziyyətdən qurtarmaq üçün saziş bağlamışlar. Həmin sazişə iddiaçını da cəlbetmək üçün cəhdlər göstərsələr də, bu uğursuzluqla nəticələnmişdir. Buna görə də, cavabdeh tərəfindən öz qarşılıqlı iddiasında bizim tərəfimzdən imzalanmayan barışıq sazişinə istinad edilməsini əsassız hesab edirik.

47. İddiaçı tərəfindən cavabdehin avadnlıqlarına qanunsuz sahiblik etməsi barədə iddiaçı heç zaman cavabdehə məxsus avadanlıqları zorla saxlamamış, əksinə onların tezliklə çıxarılmasına və ya başqa əraziyə keçirilməsinə dair icarə müqaviləsinin bağlanılmaqla xərclərin azaldılmasına dair təkliflərlə dəfəlrlə müraciət etm işdir. Hətta cavabdeh ilə Murphynin tərtib etdikləri tərəfimizdən imzalanmayan barışıq sazişində qeyd etdikləri yükləmə və daşıma xidmətlərinin qiymətlərindən aşağı qiymətlə təklifləri dəfələrlə irəli sürsək də, ya təkliflərə heç bir cavab almamışıq, ya da təkliflərimiz cavabdeh tərəfindən kobud şəkildə rədd edilmişdir. Cavabdeh tərəfindən iddiasının əsasını təsdiq edən heç bir subut, fakt, məktub, xəbərdarlıq məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçı cavabdehin əmlakına qanunsuz sahiblik etməmiş, əksinə cavabdehin avadanlığının güzəştli qiymətlərlə Komplkesdən çıxarılmasına hazır olduğunu dəflərlə bildirmişdir. Bununla əlaqədar, YYYşirkəti tərəfindən avadanlığın Kompleksdən birdəfəlik çıxarılması üçün sorğu, tapşırıq və Sifariş (Purchase Ordər) göndərilməlidir. Həmin sənədlər tə qdim edilən kimi, cavabdeh dərhal yüksək professional səviyyədə ən muasir texnika vasitəsilə cavabdehin butun avadanlıqlarını sorğu/tapşırıqda göstərilən ünvana çatdıracaqdır. İddiaçı olaraq cavabdehin avadanlığını qanunsuz sahibliyimizdə heçvaxt saxlamışıq, məhz buna görə də hazırki iddia tələbini və ondan irəli gələn digər tələbləri də qəbul etmirik.

48. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il tarixli e-2-2(113)-36/2021 saylı qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, 2012-ci il 15 noyabr tarixli TEPAB-12-20-00 saylı müqavilə üzrə Murphy-yə saxlanca verilmiş avadanlıqların iddiaçının qanunsuz sahibliyindən geri alınaraq cavabdehə verilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir (hakim – A.Əliyeva).

49. Birinci instansiya məhk əməsi hesab etmişdir ki, ddiaçı tərəf tələbinin maddi əsası cavabdehin avadanlığının saxlanması ilə bağlı de-fakto yaranmış hüquqi münasibətlərin MM-in 827-830-cu maddələri (anbarlarda saxlanc) ilə tənzimlənməsinə, qarşılıqlı iddiaçı isə qanunsuz sahiblik və bu sahibliyin nəticəsində zərər dəyməsinin maddi əsasları kimi qeyd edilən MM-in 157.2, 157.5-ci maddələri təşkil edir. Cavabdeh Müqavilə 2 üzrə müddətin bitməsini nəzərə alaraq, saxlanma üçün verilmiş avadanlıqların çıxarılmasını tələb etsə də, ZZZMüqavilə 2 üzrə qalıq borcuna dair Hesablama Aktı göndərərək avadanlıqların akt imzalandığı və akt üzrə qalıq borc ödənildiyi halda avadanlığın çıxarılması mümkün olduğunu bildirmişdir. Beləliklə, avadanlıqların çıxarılmasına icazə verilməməsini nəzərə alaraq və TEPAb 12.20.00 Müqaviləsinin A Əlavəsinin (“Logistikia Xidmətlərinin Göstərilməsi X13 Müddəaları”) 2-ci maddəsinin (“Anllayışlar”) “Bitmə Tarixi” anlayışının “b” bəndinə istinadən cavabdehə məxsus avadanlıqların hələ də həmin müqavilə üzrə müəyyən edilən saxlanc yerində qalmaqda davam etdiyi üçün məhkəmə hesab edir ki, Müqavilə cavabdehə məxsus avadanlığın saxlanc yerindən götürüldüyü tarixə qədər qüvvədədir və həmin Müqavilə cari iş üzrə bilavasitə iddia predmetini təşkil edir. Həmçinin məhkəmə qeyd edir ki, TEPAb 12.20.00 Müqaviləsinin A Əlavəsinin (“Logistikia Xidmətlərinin Göstərilməsi X13 Müddəaları”) 6-cı maddəsinin (“İcraçının Öhdəlikləri”) 6.18-ci bəndinə əsasən, ZZZ-ın razılığı olmadan Müqaviləni tam və qismən digər şəxslərə ötürə və onun icrasını hər hansı subpodratçıya tapşıra bilməzdi. Eyni bənddə daha son ra qeyd edilmişdir ki, nə bu cür ötürmə, nə də ki, subpodrat Murphy-ni Müqavilə üzrə öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir.

50. İlkin iddianın predmetini ZZZilə cavabdeh arasında olan müqavilə təşkil etdiyindən ZZZtərəfindən Müqavilənin üçüncü şəxslə ötürülməsi nə Müqavilənin ləğvinə, nə də ki, Murphy-ni cavabdeh qarşısında məsuliyyətdən azad etməsinə hüquqi əsas yaratmır. Bu cür ötürmə üçüncü şəxsə (iddiaçıya) müqavilə şərtlərindən yayınmaq hüququ vermir. Əksinə, o, əsas müqavilə üzrə bütün öhdəlikləri, o cümlədən, mübahisələrin arbitraj qaydasında həll etmək öhdəliyini icra etməyə borclu olmaqda qalmaqdadır.

51. Məhkəmə iddiaçının istinad etdiyi onunla ZZZarasındakı müqavilənin 2017-ci ilin 1 dekabr tarixindən qüvvəyə minməsinə dair dəlilini də əsassız saymışdır. Belə ki, i şin materiallarından görünür ki, ZZZilə cavabdeh arasında olan mübahisə 2018-ci ildə də Azərbaycan Respublikasının məhkəmələrində mövcud olmuş, bununla bağlı ZZZcavabdehə məktublar göndərmiş və bunların heç birində nə iddiaçıya, nə də bu müqaviləyə istinad edilməmişdir. Həmçinin müqavilə həqiqətən də 2017-ci il 1 dekabr tarixindən mövcud olduğu təqdirdə iddiaçı cavabdehlə əlaqənin (rabitənin) 2019-cu ildə yaradılmasının, həmin vaxta qədər ona heç bir invoys göndərilməməsinin səbəblərini iddiaçı tərəf izah edə bilməmişdir.

52. Həmçinin, iddiaçının Murphy-nin hüquqlarının varisi olması üçün ZZZilə cavabdeh arasında mövcud olan 2012-ci il 15 noyabr tarixli TEPAB-12-20-00 saylı müqavilənin 6.18-ci bəndinə əsasən, cavabdehin müvafiq razılığı olmalı idi. İşin araşdırılan halları ilə isə müəyyən edilir ki, cavabdeh tərəfindən belə bir razılıq verilməmişdir.

53. Məhkəmə iddiaçı tərəfin onun tərəfindən 2017-ci il 1 dekabr tarixindən ödənişsiz saxlancı təmin olunan boruların bir qisminin cavabdehin sərəncamı ilə BŞ-nin bazasına daşınılmasının 2018-ci il 25-29 oktyabr tarixlərində həyata keçirilməsinə, bununla əlaqədar tərəflərindən cavabdehə məxsus 672 ədəd borunların yüklənməsi ilə bağlı razılaşdırılmış qiymətlərlə xidmətlər göstərilərək BŞ-ə təhvil verilməsi, yüklənmə işləri haqqında həmin tarixlərdə 002-004 saylı Aktlar tərtib edilməsinə, bu xidmətlərə görə iddiaçıya adıgedən Aktlar üzrə müvafiq ödənişlər olunmasına, 2018-ci il 29 oktyabr tarixindən sonra cavabdeh və BŞ adı gedən sahədən cavabdehin göstərişi ilə boruların və s. daşınması işlərinin qəfildən dayandırmaqla, buna qə dər və bundan sonra olan müddət üzrə isə cavabdeh tərəfindən saxlanc xidmətinə görə ümumiyyətlə heç bir ödəniş olunmaması kimi dəlillərinə qiymət verərək bildirmişdir ki, bu halların mövcudluğu belə iddianın əsaslı olmasına hüquqi əsas yaratmır.

54. Belə ki, ilk iddiaçı iddiasının əsası kimi qeyd edilən faktiki halların cavabdehlə iddiaçı arasında əqd bağlanmasının (mövcud olmasının) təsdiqi kimi qiymətləndirsə də, məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. MM-in 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər.

55. Məhkəmə bu qənaətini MM-in 157.2, 157.5, 324.1, 405.1, 827, 830.1, 830.2, 830.3cü maddələrinə, MPM-in 14.2, 76.1, 77.1, 76.2, 106.1, 218.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının m ülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

56. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat

57. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 avqust tarixli 2-2(103)-1030/2021 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov, C.Yusifov).

58. İddiaçının 2021-ci il 27 avqust tarixində həmin qərardaddan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 3 noyabr tarixl i qərarı ilə təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 avqust tarixli 22(103)-1030/2021 saylı qərardadı ləğv edilmiş, apellyasiya şikayətinin icraata qəbul edilərək baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim B.Qəribov, hakimlər – B.Məmmədli, İ.Dadaşov).

59. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 15 mart tarixli 2-2(103)-183/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 8 may tarixli e-2-2(113)-36/2021 saylı qətnaməsinin ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər V.Məmmədov, V.Baxışova).

60. Apellyasiya instansiyası m əhkəməsi qeyd etmişdir ki, MM-in 386-cı maddəsində öhdəliyin yaranmasının üç əsası göstərilmişdir ki, bu da müqavilə, zərər vurulması və əsassız varlanmadır. Öhdəliyin əmələ gəlməsinin digər əsasları isə ümumi şəkildə “bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində” göstərilir. Lakin hazırkı işdə həmin əsaslar müəyyən edilmir.

61. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, sifarişçi cavabdeh ilə icraçı ZZZarasında 2012-ci il 15 noyabr tarixli TEPAb-12-20-00 nömrəli tender üsulu ilə udulmuş loqistika müqaviləsi bağlanılmış və müqavilə əsasında ZZZcavabdehə 24 saat mühafizə olunan və nəzarət-buraxılış məntəqəsi sistemi ilə təmin edilmiş gömrük zonasında yerləşən 2.000 kv.m açıq anbar sahəsini kvadrat metrini $ 2,5 qiyməti ilə uzun müddətli icarəyə vermişdir.

62. Göründüy ü kimi iş materiallarında olan sənədlər əsasında yalnız ZZZilə cavabdeh arasında müqavilə münasibətlərinin mövcud olduğu sübut olunur. İddiaçı ilə cavabdeh arasında isə hər hansı müqavilə mövcud olmayıb və iddiaçı özü də sonuncu ilə hər hansı müqavilənin bağlanmadığını bildirir.

63. Bununla belə iddiaçı bildirir ki, üçüncü şəxs ZZZilə bağladığı “Təsərrüfat idarəçiliyi barədə” müqavilə üzrə cavabdehdən pulu tələb etmək səlahiyyəti ona keçmişdir. İş materiallarında olan «Sifarişçi» ZZZilə «İcraçı» iddiaçı arasında bağlandığı gündən 10 il müddətinə qüvvədə olması müəyyən edilmiş 2017-ci il 1 dekabr tarixli “Təsərrüfat idarəçiliyi barədə” müqavilədən görünür ki, təsərrüfat sahəsinin təsərrüfat idarəçilyinə götürərək həmin sahədə müştərilərə ödənişli razılaşdırılmış qiymətlərlə saxlanc və sahəd əki yüklərin qaldırılması/yüklənməsi və s. xidmətləri göstərilməsini tərəflər öz aralarında razılaşdırmışlar.

64. İddiaçının həmin dəlilləri əsassızdır. Belə ki, əvvəla həmin müqavilə sadəcə təsərrüfat idarəçiliyi haqqındadır və MM-in 194-cü maddəsində nəzərdə tutulmuş tələbin güzəşti müqaviləsi deyildir.

65. İkincisi, ZZZilə cavabdeh arasında mövcud olan 2012-ci il 15 noyabr tarixli TEPAB12-20-00 saylı müqavilənin A Əlavəsinin (“Logistikia Xidmətlərinin Göstərilməsi X13 Müddəaları”) 6-cı maddəsinin (“İcraçının Öhdəlikləri”) 6.18-ci bəndinə əsasən, ZZZcavabdehn razılığı olmadan Müqaviləni tam və qismən digər şəxslərə ötürə və onun icrasını hər hansı subpodratçıya tapşıra bilməzdi. Eyni bənddə daha sonra qeyd edilmişdir ki, nə bu cür ötürmə, nə də ki, subpodrat Murphy-ni Müqavilə üzrə öhdəl ikləri yerinə yetirmək vəzifəsindən azad etmir.

66. Göründüyü kimi, iddiaçının Murphy-nin tələbetmə hüququnun ona keçməsi üçün ZZZilə cavabdeh arasında mövcud olan 2012-ci il 15 noyabr tarixli TEPAB-12-20-00 saylı müqavilənin 6.18-ci bəndinə əsasən, cavabdehin müvafiq razılığı olmalı idi.

67. Lakin cavabdeh tərəfindən belə bir razılıq verilməmişdir. Bu baxımdan, iddiaçının həmin dəlillərə istinad etməsi tamamilə əsassızdır.

68. Bundan əlavə, iddiaçı bildirir ki, cavabdehlə üçüncü şəxs arasında bağlanmış TEPAb 12-02-00 nömrəli müqavilənin müddəti 2017-ci il 14 noyabr tarixində bitmiş və bundan sonra iddiaçı ilə cavabdeh arasında avadanlığın saxlanması ilə bağlı de-fakto hüquq münasibətləri yaranmış və bu MM-nin 827-830-cu maddələri (anbarlarda saxlanc) ilə tənzimlənir. Buna görə də iddiaçın ın həmin maddələrə istinadən ödəniş tələb etmək hüququ var.

69. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının həmin dəlilləri də əsassızdır. Belə ki, ZZZilə cavabdeh arasında mövcud olan 2012-ci il 15 noyabr tarixli TEPAB-12-20-00 saylı müqavilənin A Əlavəsinin (“Logistika Xidmətlərinin Göstərilməsi X13 Müddəaları”) 2-ci maddəsinin (“Anlayışlar”) “Bitmə Tarixi” anlayışının “b” bəndinə və “Müqavilə Müddəti” anlayışına əsasən müqavilə cavabdehə məxsus avadanlığın saxlanc yerindən götürüldüyü tarixə qədər qüvvədədir.

70. Hazırki işin mübahisəsiz halıdır ki, cavabdehə məxsus avadanlıqlar hələ də ZZZ-yə icarə müqaviləsi əsasında ayrılmış və hazırda iddiaçının sahibliyində olan saxlanc yerindədir. Bu isə onu deməyə əsas verir ki, ZZZilə cavabdeh arasında bağlanmış 2012-ci il 1 5 noyabr tarixli TEPAB12-20-00 saylı müqavilə hələ də qüvvədədir və sonuncuya məxsus avadanlıqlar məhz həmin müqavilə üzrə saxlanc yerində saxlanılır.

71. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə bağlanmamışdır. Bu baxımdan, iddiaçı müqavilə üzrə cavabdehdən ödəniş kimi və ya MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyin pozulması nəticəsində zərər kimi pul vəsaiti tələb etməsi əsassızdır.

72. Bundan başqa, hazırkı iddia tələbləri MM-in 1092.1-ci maddəsinə əsasən də təmin edilə bilməz. Belə ki, həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, cavabdehə məxsus həmin avadanlıqlar ZZZilə bağlanmış və hazırda da qüvvədə olan müqavilə əsasında sonuncunun saxlanc yerində yerləşdirilmişdir.

73. Göründüyü kimi, cavabdehin avadanlıqlarının həmin sahədə yerləşdirilməsinin və hazırda da saxlanmasının müqavilə əsası mövcuddur. Həmin saxlanmaya görə, hər hansı pul vəsaitinin ödənilib-ödənilməməsi isə hazırkı mübahisənin predmeti deyildir. Çünki həmin tələblə yalnız müqavilə tərəfi olan ZZZçıxış edə bilər. Hazırda isə o, iddiaçı deyil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bu baxımdan, hazırkı iddia tələbi həmin əsasla da təmin edilə bilməz.

74. Həmçinin iddia tələblərinin qanuni əsası kimi MM-in 21.2, 1096, 1097.1-ci maddələri götürüldüyü halda da iddia təmin edilə bilməz. Belə ki, həmin maddələrin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zə rərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

75. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Çünki cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətlərin edilməsi qənaətinə gəlmək üçün əsaslar mövcud deyil.

76. Qarşılıqlı iddiaya dair kollegiya hesab etmişdir ki, həmin iddia avadanlıqların geri qaytarılması hissəsində əsaslıdır. Belə ki, həmin tələblərin qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətin də olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər, hazırkı işdə də həmin maddənin dispozitiv şərtləri mövcuddur.

77. Belə ki, cavabdehə məxsus avadanlıqların hazırda iddiaçının sahibliyində olması işin mübahisəsiz halıdır.

78. Eyni zamanda, həmin sahiblik qanunsuzdur. Çünki məhz həmin tərəflər arasında hər hansı saxlanc, icarə və ya digər tipli müqavilə mövcud deyildir. O cümlədən cavabdeh öz əmlakını saxlamaq və ya sair formada onun üzərindən sahibliyi həyata keçirmək üçün iddiaçıya hər hansı səlahiyyət verməmişdir.

79. Məhkəmə bu qənaətini MM-in 21.2, 157.2, 386, 1092.1, 1096, 1097.1-ci, MPM-in 372.6-ci maddələrinə istinad etməklə əsaslandırmışd ır.

80. Qətnamə 2022-ci il 1 aprel tarixində tərəflərin elektron kabinetlərinə yerləşdirilmişdir.

81. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, onun tamamilə ləğv edilərək ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

82. MM-in 329.2, 329.3, 329.4, 830-cu maddələri üzrə - 2017-ci il 1 dekabr tarixli iddiaçı ilə ZZZarasında olan müqavilənin həmin tarixdən mövcud olduğunu təsdiq edən mötəbər sənədlərin iş materiallarinda olmasına, həmçinin məhkəmənin həmin sənədlərə istinad etməsinə, Murphy-nin hesabından iddiaçıya 2018-ci ilin yanvar ayından başlayaraq aylıq vəsaitlər köçürməsinə aid bank çıxarışlarının məhkəməyə təqdim edilməsinə, mövcudluğu cavabdeh tərəfindən təsdiq və qəbul olunduğuna dair sənədlərin (2018-ci il tarixinin oktyabr ayında e-mail yazışmalar) məhkəmə materiallarında olmasına, iddiaçı tərəfindən cavabdehə göndərdiyi 2018-ci ilin dekabr ayında saxlanc xidmətlərinə dair invoysun iş materiallarında olmasına baxmayaraq, məhkəmənin həmin sənədləri və faktları tamamilə görməzdən gəlməsi tamamilə qanunsuzdur.

83. Məhkəmə ZZZilə cavabdeh arasında olan TEPAb 12.20.00 Müqaviləsinin hələ də qüvvədə olduğunu və həmin müqavilə üzrə tərəflərin mübahisələrin arbitraj qaydasında həll etmək öhdəliyini icra etməyə borclu olmaqda qalmaqda olduqlarını vurğulasa da, öz fikirlərinə zidd olaraq qarşılıqlı iddianı qismən təmin etmək qərarına gəlmişdir.

84. Müqavilənin bitməsi birmənalı şəkildə Azərbaycan Respu blikası Ali Məhkəməsi tərəfindən də qüvvəyə minmiş 2020-ci il 22 aprel tarixli qərarında tanınmışdır. Beləliklə, X15 anbar və biznes kompleksində bu günə kimi yerləşən cavabdehin avadanlıqları TEPAb 1202-00 anbar sahəsi İcarəsi müqaviləsinin davamı kimi, eyni zamanda cavabdehin qarşılıqlı iddiasınən əsası kimi göstərilə bilməz və məhkəmə prosesində müzakirə predmeti ola bilməz.

85. Məhkəmə iddiaçı tərəfin onun tərəfindən 2017-ci il 1 dekabr tarixindən ödənişsiz saxlancı təmin olunan borularının bir qisminin cavabdehin sərəncamı ilə BŞ-nin bazasına daşınmasının 2018-ci il 25-29 oktyabr tarixlərində həyata keçirilməsinə, bununla əlaqədar tərəflərindən cavabdehə məxsus 672 ədəd boruların yüklənməsi ilə bağlı razılaşdırılmış qiymətlərlə xidmətlər göstərilərək BŞ-yə təhvil verilməsi, yüklənmə i şləri haqqında həmin tarixlərdə 002-004 saylı Aktlar tərtib edilməsinə, bu xidmətlərə görə iddiaçıya adıgedən Aktlar üzrə müvafiq ödənişlər olunmasına, 2018-ci il 29 oktyabr tarixindən sonra cavabdeh BŞ adı gedən sahədən cavabdehin göstərişi ilə boruların və s. daşınması işlərinin qəfildən dayandırmaqla, buna qədər və bundan sonra olan müddət üzrə isə cavabdeh tərəfindən saxlanc xidmətinə görə ümumiyyətlə heç bir ödəniş olunmamasına dair dəlillərinə qiymət verərək hesab etmişdir ki, bu halların mövcudluğu belə, iddianın əsaslı olmasına hüquqi əsas yaratmır. Belə ki, iddiaçı iddiasının əsası kimi qeyd edilən faktiki halların cavabdehlə iddiaçı arasında əqd bağlanmasının (mövcud olmasının) təsdiqi kimi qiymətləndirsə də, məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla birbaşa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. Məhkəmə iddiaçı tərəfin cavabdehlə aralarında əqdin bağlanmasının əsası kimi ofertanın (qiymət təklifləri) cavabdehə çatdırılmasına, sonuncunun isə ilə bunu akseptləşdirməsinə və s. hallara istinad etməsinə baxmayaraq hər bir halda hesab edir ki, tərəflər arasında boruların yüklənməsi ilə bağlı razılaşdırılmış qiymətlərlə xidmətlər göstərilməsinə, eləcə də saxlanc xidmətləri ilə bağlı münasibətlərə aid qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilələr bağlanmadığından cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşıyıcı deyildir.

86. MPM-in 155.1-ci maddəsi üzrə - Məhkəmə hesab etmişdir ki, cavabdeh ilə iddiaçı arasında hər hansı saxlanc və ya digər tipli müqavilə mövcud olmadığı, cavabdehin öz əmlakını saxlamaq və ya sair formada onun üzərindən sahibliyi həyata keçirmək üçün iddiaçıya hər hansı səlahiyyət vermədiyi və cavabdehin müvafiq avadanlıqlar üzrə mülkiyyəti iddiaçı tər əfindən şübhə altına alınmadığı və mübahisələndirilmədiyi nəzərə alınaraq, həmin əmlaklar üzərində iddiaçının sahibliyinin qanunsuz və vicdansız olduğu mübahisəsizdir. Buna görə də sahiblik qanunsuz həyata keçirildiyi üçün iddiaçı ona məxsus olmayan əmlakı mülkiyyətçiyə, yəni, cavabdehə geri qaytarmalı olmasına dair qarşılıqlı iddia tələblərinin dəlilləri əsaslıdır. Bununla bağlı qeyd edirik ki, ilkin iddia ərizəsindən də göründüyü kimi, tərəfimizdən verilən iddia ərizəsi üzrə cavabdeh “YYY.” ("xxxx") Şirkəti" olmuşdur. Bundan başqa, məhkəmə hesab etmişdir ki, cavabdeh Müqavilə 2 üzrə müddətin bitməsini nəzərə alaraq, saxlanma üçün verilmiş avadanlıqların çıxarılmasını tələb etsə də, ZZZMüqavilə 2 üzrə qalıq borcuna dair Hesablama Aktı göndərərək avadanlıqların akt imzalandığı və akt üzrə qalıq borc ödənildiyi halda çıxarılmasının mümkün olduğunu bildirmişdir. Beləliklə, avadanlıqların çıxarılmasına icazə verilməməsini nəzərə alaraq və TEPAb 12.20.00 Müqaviləsinin A Əlavəsinin (“Logistikia Xidmətlərinin Göstərilməsi X13 Müddəaları”) 2-ci maddəsinin (“Anlayışlar”) “Bitmə Tarixi” anlayışının “b” bəndinə istinadən cavabdehə məxsus avadanlıqları hələ də həmin müqavilə üzrə müəyyən edilən saxlanc yerində qalmaqda davam etdiyi üçün məhkəmə hesab etmişdir ki, Müqavilə cavabdehə məxsus avadanlığın saxlanc yerindən götürüldüyü tarixə qədər qüvvədədir və həmin Müqavilə cari iş üzrə bilavasitə iddia predmetini təşkil edir. Birincisi, filial müstəqil hüquqi şəxs olmadığından, onun iddia irəli sürmək kimi səlahiyyəti yoxdur. İkincisi isə, “YYY.” ("xxxx") Şirkəti"nin Azərbaycan Respubl ikasindaki filialı iş üzrə cavabdeh kimi də göstərilməmişdir. Belə olan halda, Filialın heç subyektiv hüququ yoxdur ki, ilkin iddiaçıya qarşı iddia irəli sürsün. Məhkəmə həm qarşılıqlı iddia ərizəsini icraata qəbul edərkən, həm də onu qismən təmin edərkən açıq-aşkar qanun pozuntusuna yol vermişdir.

87. MPM-in 265.4-cü maddəsi üzrə - İş üzrə saxta barışıq sazişinin təqdim edilməsi ilə bağlı araşdırmanın aparılması üçün xüsusi qərardadın qəbul edilməsinə dair tərəfimizdən verilmiş vəsatətə məhkəmə tərəfindən ümumiyyətlə heç bir münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

88. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, ilkin iddiaçı tərəfindən verilən kassasiya şikayətinin böyük hissəsi MPM-in 407.2-ci maddəsini pozmaqla tərtib ed ilmiş və işin hallarının sübut olunmamasına, bütün faktiki halların aydınlaşdırılmamasına və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair cəfəng istinadlarla doldurulmuşdur. Bununla bərabər isə, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozuntusu kimi qələmə verilən cəmi 4 əlaqəsiz və əsassız dəlil göstərilmişdir ki, onların da əsaslandırılması eyni MPM-in 407.2-ci maddəsinin pozulması ilə müşaiyət olunmuşdur.

89. Tərəflər arasında olan mübahisə bir neçə ildir davam etməsinə baxmayaraq, iddiaçı ancaq son aylarda MM-in 830-cu maddəsinə istinad etməyə başlamışdır. Bu həm iddiaçının onun tərəfindən əvvəllər istinad edilən hüquqi dəlillərin əsassızlığının etirafı, həm də cavabdehə və ölkənin əhəmiyyətli xarici investoruna qarşı vicdansızcas ına əsassız iddia qaldırmasının təsbitidir.

90. Birincisi, MM-in 830-cu maddəsi saxlama haqqında müqavilələrə şamil edilir. Halbuki işin təkzibolunmaz faktiki halı ondan ibarətdir ki, tərəflər arasında heç vaxt heç bir müqavilə bağlanmamış, cavabdeh heç vaxt mübahisə predmeti təşkil edən əmlakı iddiaçıya təhvil verməmişdir.

91. İkincisi, hətta iddiaçının cavabdehin ZZZilə olan müqavilə üzrə sonuncunu əvəz etməsinə dair əvvəllər çox istifadə etdiyi dəlili əsaslı olsa idi belə, həmin müqavilə Azərbaycan Respublikasının hüququna deyil, Fransa hüququna tabedir və MM-ə hər hansı istinaddan söhbət belə gedə bilməz. Hərçənd ki, sözügedən müqavilədə birmənalı şəkildə qeyd edilmişdir ki, cavabdehin razılığı olmadan həmin müqavilə üzrə hüquq və öhdəliklər heç bir kənar şəxsə ötürülə bilməz. Əslində, iddiaçı bu ötürmə barədə hər hansı əsaslı sənəd belə təqdim edə bilməmişdir. Çünki bu cür sənəd mövcud ola bilməzdi.

92. Üçüncüsü, cavabdeh dəfələrlə öz əmlakını sahədən çıxarmağa cəhd göstərsə də, iddiaçı və bu iş üzrə üçüncü şəxs rolunu oynayan, əslində isə iddiaçı ilə eyni şəxs olan şəxslə bərabər bu əmlakın çıxarılmasına imkan verməmişlər.

93. Əvvəlki halda olduğu kimi, bu dəlili də iddiaçı son aylarda “icad” etmişdir, baxmayaraq ki, mübahisə artıq bir neçə ildir ki, davam edir. Ümumiyyətlə, iddiaçı tərəfindən bu maddəyə istinad edilməməlidir. Çünki həmin maddənin bu işə heç bir aidiyyəti yoxdur. Cavabdehin heç vaxt iddiaçını tanımadığı, onunla heç vaxt yazılı müqavilə bağlamadığı və heç vaxt yazılı və ya şifahi formada ona hər hansı əmlak təhvil vermədiyi halda, tərəflər arasında hər hansı yazılı və ya şifahi əqdin mövcudluğunu iddia etmək olmaz. Əksinə, ilk gündən cavabdeh onu tanımadığını, onunla hər hansı müqavilə münasibətlərinə malik olmadığını yazılı şəkildə hər zaman bəyan etmişdir.

94. Tərəflər arasında nə iradə ifadəsi, nə hər hansı oferta, nə də ki aksept olmuşdur.

95. İddiaçının kassasiya şikayətində prosessual hüquq normalarının pozuntusuna dair iddiaları qanuni əsasa və ya hər hansı bir dəlilə söykənmir. Birincisi, bu xüsusi halın işin mahiyyəti və hüquqi əsaslandırması ilə əlaqəsi mövcud deyildir. İkincisi, müqavilə və ya iddiaçıya aid olan hər hansı imza saxtalaşdırılsa idi, bu barədə hüquq-mühafizə orqanlarına müraciət edilərdi. Bu işlə bağlı məhkəmə aidiyyətinə dair məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsində 2020-ci il 11 mart tarixində ke çirilən iclasda iddiaçının vəkili sözügedən barışıq sazişi üzrə imzanın saxtalaşdırılması barədə prokurorluğa müraciət etdiyini bildirsə də, sonradan bu halın mövcud olmadığı ortaya çıxmışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

96. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

97. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

98. Kassasiya instansiyası məhkəməsi tər əfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

99. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:... 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;... 6.1.5. müqavilələr azadlığı;... 6.2. Fiziki və hüquqi ş əxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür....” “Maddə

827. Anbar sahibi Anbar sahibi sənətkarlı q şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir.” “Maddə

830. Anbar sahibinin muzd almaq və xərclərinin əvəzinin ödənilməsi hüququ, habelə girov hüququ 830.1. Əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. 830.2. Anbar sahibi saxlama haqqından başqa, saxlamanın özü ilə bağlı olmayan bütün xərclərin əvəzinin, məsələn, fraxtın, gömrük rüsumlarının, təmir xərclərinin ödənilməsi hüququna malikdir. Müvafiq olaraq anbar sahibinin tələbi ilə tapşıran xərclərin əvəzini dərhal ödəməlidir. 830.3. Saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir.”

100. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli v ə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi... 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər....” “Maddə 415-2. Ümumi şərtlər Kassasiya icraatına bu fəslin və Məcəllənin kassasiya icraatının mahiyyətinə zidd olmayan müddəaları t ətbiq olunur. ” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

101. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarında qeyd edilmişdir ki: “... Məcəllənin bu normas ının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələr in, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).... Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdi rilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

102. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 82-87) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli 22(103)-183/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

103. Əvvəla məhkəmə kollegiyası cavabdehin Azərbaycan Respublikasindaki filialı iş üzrə cavabdeh kimi göstərilmədiyindən, filial müstəqil hüquqi şəxs olmadığından qarşılıqlı iddia irəl i sürmək səlahiyyətinin olmamasına dair kassatorun dəlilləri ilə razılaşmayaraq aşağıdakıları bildirir. 104. "xxxx" Şirkətinin icraçı direktoru R.Hope tərəfindən 2015-ci il 13 mart tarixində şirkətin Azərbaycan Respublikasındakı filialının rəhbəri qismində təyinatını təsdiq etmək üçün Denis Lemarchala qeyri-müəyyən müddətə etibarnamə verilmişdir (İ cild, i/v 204-207). Həmin etibarnamənin 1-ci bəndində üçüncü şəxslərlə, istənilən hökumət, nazirlik, idarə orqanları və dövlət müəssiləri ilə işlərdə şirkəti təmsil etmək; 17-ci bəndində bütün məhkəmə dəvətlərini qəbul etmək, Fransada və xaricdə bütün məhkəmələrdə Şirkətin və ya Filialın adından qanun qarşısında çıxış etmək, qərar qəbul etmək, razılığa gəlmək, arbitr və ya ekspertləri təyin etmək, bu məqsədlə xərclər üzrə təhlükəsizliyi təmin et mək, hüquqi yollar və vasitələrlə qərarları, apellyasiya və ya arbitraj məhkəmələrin qərarlarını icra etmək, qərarlardan apellyasiya şikayəti vermək səlahiyyətləri öz əksini tapmışdır. 105. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri Denis Lemarchal tərəfindən 2019-cu il 3 sentyabr tarixində X3 müddəti 2020-ci il 3 sentyabr tarixinədək olan etibarnamə verilmişdir (İ cild, i/v 46). Etibarnamə ilə həmin şəxsə qanunla iddiaçıya, cavabdehə, 3-cü şəxsə, zərərşəkmişə verilmiş bütün hüquqları həyata keçirmək, iddia ərizəsini imzalamaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, iddianın predmetini və ya əsasını dəyişdirmək, barışıq sazişi imzalamaq, məhkəmə aktından şikayət vermək, məhkəmə aktının məcburi icrası tələblərini həyata keçirmək və digər səlahiyyətlər verilmişdir.

106. İş üzrə 2020-ci il 13 avqust tarixində "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi də məhz həmin filialın lazımi qaydada verilmiş etibarnaməsi əsasında fəaliyyət göstərən X4 və vəkilinin imzası ilə təsdiq edilmişdir (İİ cild, i/v 26-32).

107. Bundan başqa, X3 2019-cu il 3 sentyabr tarixində şirkətin Azərbaycan Respublikasındakı filialının rəhbəri Denis Lemarchal tərəfindən verilmiş etibarnamənin müddəti 2020-ci il 3 sentyabr tarixində bitdiyindən "xxxx" Şirkətinin rəhbəri kimi göstərilmiş Regis AGUT tərəfindən 2020-ci il 30 sentyabr tarixində X2 2021-ci il 30 sentyabr tarixinə qədər qüvvədə olan 13/20 saylı etibarnamə verilmişdir. Həmin etibarnamə ilə qanunla iddiaçıya, cavabdehə, 3-cü şəxsə, zərərşəkmişə verilmiş bütün hüquqları həyata keçirmək, iddia ərizəsini imzalamaq, iddia tələblərini bütübnlüklə və ya qismən etiraf etmək, iddianın predmetini və ya əsasını dəyişdirmək, barışıq sazişi imzalamaq, məhkəmə aktından şikayət vermək, məhkəmə aktının məcburi icrası tələblərini həyata keçirmək və digər səlahiyyətlər verilmişdir (İİ cild, i/v 53). 108.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin Azərbaycan Respublikasindaki filialı hazırkı iş üzrə qarşılıqlı iddia ərizəsini vermək səlahiyyətinə malik olmuşdur. 109.Bununla belə, məhkəmə kollegiyası kassatorun işin mahiyyəti ilə bağlı irəli sürdüyü digər dəlillərlə razılaşaraq, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni aşağıdakı səbəblərdən əsaslı hesab etmir.

110. İş materiallarında olan cavabdeh tərəfindən M urhpy-yə göndərilmiş 2017-ci il 13 oktyabr tarixli GM-DL 469/17 saylı məktubda göstərilmişdir ki,...onların arasında bağlanmış 2012-ci il 15 noyabr tarixli müqavilə müddətinin bitməsindən sonra uzadılmayacaq və ya yenilənməyəcək... (İ cild, i/v 95).

111. Bundan başqa, iş materiallarında olan cavabdeh tərəfindən Murhpy-yə göndərilmiş 2018-ci il 12 oktyabr tarixli GM-DL 515/18 saylı məktubda göstərilmişdir ki,...sözügedən müqavilənin başa çatdığı tarixdən cavabdehin artıq Murhpy-nin müştərisi olmadığını, qalan inventarların yerinin dəyişdirilməsi ilə əlavə texniki resursların cəlb edilməsinin tələb olunduğunu nəzərə alaraq, işlər BŞ-yə həvalə edilmişdir... (İİİ cild, i/v 6).

112. Eləcə də iş materiallarında olan cavabdeh tərəfindən Murhpy-yə göndərilmiş 2018-ci il 23 oktyabr tarixli GM-DL 567/18 saylı məktubda göstərilmişdir ki,...ilk məktubundan başlayaraq cavabdeh Murhpy-yə bildirmişdir ki, 2012-ci il 15 noyabr tarixli müqavilənin bitmə tarixindən başlayaraq cavabdeh heç bir dövr üçün ödəniş etməyəcək... (İİ cild, i/v 242).

113. Göründüyü kimi, cavabdeh mülki dövriyyənin subyekti kimi öz sərbəst iradəsini ifadə etməklə, sözügedən məktublarda müqavilənin xitam olunma müddətlərinə istinad etmiş, habelə müqavilə bitdikdən sonra Murphy-nin müştərisi olmadığını və müqavilənin müddətini uzatmaq niyyətində olmadığını bildirmişdir.

114. Eyni zamanda, Murphy-nin də cavabdehin həmin iradə ifadəsinə etiraz etməsi, onların arasında bağlanmış müqavilənin qüvvədə saxlanmasında israr etməsi iş materiallarından görünmür. Əksinə, ZZZmübahisə predmeti olan avadanlığın saxlandığı ərazini d igər müqavilə əsasında iddiaçıya verməklə bilavasitə ZZZilə cavabdeh arasında olan işgüzar münasibətlərə son qoyulduğunu təsdiqləmişdir.

115. Beləliklə, cavabdeh öz avadanlığının əmlakın saxlandığı sahədən çıxarılmasını BŞyə, ZZZisə həmin sahənin təsərrüfat idarəçiliyini iddiaçıya həvalə etmişdir və işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, avadanlığın bir hissəsi partiyalarla BŞ ilə iddiaçının qarşılıqlı əməkdaşlığı çərçivəsində və əvəzi tam ödənilməklə həmin sagədən çıxarılaraq digər əraziyə daşınmışdır.

116. Məhkəmə kollegiyası qeyd olunanlardan belə nəticəyə gəlir ki, cavabdehlə Murphynin arasında bağlanmış 2012-ci il 15 noyabr tarixli müqavilə müddətinin bitməsi ilə əlaqədar onların, müvafiq hərəkətləri ilə həmin müqaviləyə xitam verilməsi istiqamətində öz ira dələrini ifadə edib-etməsi MM-in 421.1-ci maddəsinə (bax yuxarıda § 99) uyğun olaraq, tərəflərin qarşılıqlı razılıq əldə edib-etməmələri kontekstində dəyərləndirilməlidir.

117. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində isə cavabdehin Murhpy-yə göndərdiyi sözügedən məktublara istinad belə olunmamış, beləliklə MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 100) tələbləri pozularlaq işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən xüsusatlara qiymət verilməmiş, müvafiq olaraq MM-in 421.1-ci maddəsinin hazırkı mübahisənin həllinə tətbiqi imkanları araşdırılmamışdır.

118. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 2020-ci il 11 mart tarixli 2-2(102)-31/2020 saylı qərarında da müəyyən edilmişdir ki, cavabdehlə ZZZara sında bağlanılmış 2012-ci il 15 noyabr tarixli TEPAb-12-20-00 saylı müqaviləyə 2017-ci il 14 noyabr tarixindən xitam verilmişdir (İ cild, i/v 277-282).

119. Həmin qərarda Ali Məhkəmə yuxarıda qeyd olunan cavabdeh tərəfindən Murhpy-yə göndərilmiş 2017-ci il 13 oktyabr tarixli GM-DL 469/17 saylı məktuba istinad edərək müəyyən etmişdir ki, sözügedən müqavilə 2017-ci il 14 noyabr tarixində qüvvədən düşmüş və onun müddətinin uzadılmamasının, ona xitam verilməsinin təşəbbüskarı məhz cavabdeh olmuşdur. 120.Məhkəmə kollegiyasının mövqeyinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 2020-ci il 11 mart tarixli 2-2(102)-31/2020 saylı qərarı MPM-in 82.3, 233.3 və 415-2-ci maddələrinin (bax yuxarıda § 100) tələbləri baxımından preyudisial xarakter daşıyır. 121.Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarında (bax yuxarıda § 101) formalaşdırdığı hüquqi mövqelərə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsi olmaqla, məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə, sübut etmə prosesinin sadələşdirilməsinə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə, eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqənin və məhkəmə qərarları arasındakı stabilliyin t əmin edilməsinə, mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısının almasına yönəlmişdir. 122.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində isə Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 2020-ci il 11 mart tarixli 2-2(102)-31/2020 saylı qərara istinad belə olunmamış, habelə məhkəmə iş üzrə nəticəyə gələrkən həmin qərarla müəyyən edilənləri ümumiyyətlə nəzərə almamışdır ki, bu da, məhkəmə kollegiyasının qənaətinə görə, yuxarıda istinad olunan MPM-in tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə uyğun olmamışdır. 123.Bundan başqa, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Murhpy ilə iddiaçı arasında bağlanmış 2017-ci il 1 dekabr müqaviləsinin tələbin güzəşti haqqında müqavilə olmadığını qeyd etsə də, nəzərə almamışdır ki, Murhpy icarəsində olan saxlanc yerinin təsərrüfat idarəçiliyini istənilən digər subyektə həvalə etməkdə və hətta həmin sahə üzərində icarə hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada satmaqda tamamilə sərbəstdir. 124.Belə ki, MM-in 6.2 və 390.1-ci maddələrinin (bax yuxarıda § 99) ümumi məzmunua görə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər, müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və azad surətdə MM-ə və digər qanunvericiliyə zidd olmayan hər hansı müqavilələr bağlamaqda və bu müqavilələrin məzmununu müəyyənləşdirməkdə sərbəstdirlər. 125.Cavabdehin və hər hansı digər suby ektin əmlakının Murhpy-nin icarəsində olan saxlanc yerində saxlanması MM-in 6.1-ci maddəsinə (bax yuxarıda § 99) görə, mülki hüququn təməl prinsipləri olan mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə uyğun olaraq, Murhpy-nin müqavilə əsasında həmin saxlanc yeri üzərində təsərrüfat idarəçiliyini, yaxud icarə hüququnu başqa subyektlərə ötürməsi hüququnu məhdudlaşdıra bilməz. 126.Nəzərə alınmalıdır ki, məhz saxlanc yerinin faktiki və hüquqi idarəçisi olan yeni subyekt (hazırkı halda iddiaçı) həmin yerin və orada saxlanılan əmlakların təhlükəsizliyinin qorunmasına, sahibkarlıq fəaliyyəti əsasında mənfəət əldə etməsinə məsuliyyət daşıyır, eləcə də qanunvericiliklə müəyyən edilmiş kommunal xərclərin, vergilərin, icarə haqqının və digər xərclərin ödənilməsi vəz ifələrini yerini yetirir.

127. Yuxarıda qeyd olunduğu kimi, cavabdehin əmlakının bir hissəsi məhz iddiaçının BŞ ilə əməkdaşlığı çərçivəsində və əvəzi ödənilməklə mübahisə predmeti olan sahədədn çıxarılaraq digər yerə daşınmışdır. İşin materiallarından görünür ki, əmlakın qalan hissəsi ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət olunmasına baxmayaraq avadanlığın sahədən çıxarılması cavabdeh və ya BŞ tərəfindən təmin olunmamışdır. Bu isə iddiaçıya saxlanc yerindən daha səmərəli istifadə etməyə imkan vermir.

128. Belə olan halda, hazırkı mübahisə həll olunarkən müqavilə əsasında saxlanc yerinin təsərrüfat idarəçiliyini yerinə yetirən iddiaçının qanuni maraqlarının mövcudluğu düzgün dəyərləndirilməli, MM-in 827 və 830-cu maddələrinin (bax yuxarıda § 99) hazırkı mübahisənin həlli ilə əlaq ədar tətbiqi imkanlarına hüquqi qiymət verilməlidir.

129. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 100) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamə ləğv edilməlidir.

130. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

131. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli 22(103)-183/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiy a Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar