Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-523/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsinin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Bəhman Qəribov, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra – Vergi Xidməti) Cavabdeh ASC-yə (bundan sonra - ASC) qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 18 avqust t arixli, 2-2(103)-942/2021 qərardadından verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdim:
1. Vergi Xidməti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsinə hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 36,282.57 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 39.000 manat məbləğdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 2 iyun tarixli, 2-2(113)-1298/2021 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.
3. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 2 iyun tarixli 2-2(113)-1298/2021 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasi ya Məhkəməsinin 2021-ci il 18 avqust tarixli, 2-2(103)-942/2021 qərardadı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Vüsalə Baxışova və Azər Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Həmin qərardaddan iddiaçı 2021-ci il 10 sentyabr tarixində kassasiya şikayəti verərək onun ləğv olunması, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Eyni zamanda iddiaçı vəsatət verərək Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 18 avqust tarixli, 2-2(103)-942/2021 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
8. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab vermə mişdir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 405-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: - 405.0.2-ci maddəsinə əsasən, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində; - 408.1-ci maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə kassasiya şikayəti qaytarılır; - 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
10. Qanunvericiliyin göstərilmiş tələbləri iddiaçının təqdim etdiyi kassasiya şikayətinə münasibətdə yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikay əti prosessual müddət ötürülməklə verilmişdir.
11. Belə ki, işdə olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı 2021-ci il 21 avqust tarixində iddiaçının nümayəndəsi Nümayəndə məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir (iş v.244). İddiaçı tərəfindən kassasiya şikayəti isə 2021-ci 10 sentyabr il tarixdə, yəni qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən yerləşdirilmişdir (iş v. 246).
12. Eyni zamanda iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə verilmiş prosessual müddətin bərpası ilə bağlı vəsatətə (ərizəyə) dair qeyd olunur ki, MPM-in 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir (hazırki halda Bakı Apellyasiya Məhkəməsi) və məhkəmə iclasında baxılır.
13. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 405, 407 və 408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün kommersiya işi ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
14. Şərh olunanları nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 408-ci maddələrini rəhbər tutaraq qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 18 avqust tarixli, 2-2(103)-942/2021 qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddəsinin tələblərinə (pro sessual müddətin ötürülməsi ilə bağlı) uyğunluğunun yenidən yoxlanılması üçün iqtisadi işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.