Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-523/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh Firmasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə obyektinin boşaldılaraq təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh Firmasına qarşı “icarə obyektinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 1 may tarixli 2-2(103)-489/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş k assasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icarəyə verən) ilə Cavabdeh Firması (icarəçi) arasında bağlanmış 2015-ci il 2 fevral tarixli *** nömrəli icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin ticarət mərkəzinin ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 473 kv.m olan *** nömrəli mağazanı 2030-cu il 1 iyun tarixinədək cavabdehin icarəsinə verməyi, cavabdeh isə icarə obyektini istifadəsinə qəbul edib icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.5-ci bəndinə əsasən icarəyəverən icarəçi obyektdən təyinatına uyğun istifadə etmədikdə və ya onun fəaliyyəti ilə bağlı obyektə ziyan dəydikdə müqaviləyə xitam vermək hüququ vardır; -2.2.4-cü bəndinə əsasən obyektin temperatur həddini qış mövsümündə 18 dərəcədən aşağı, yay mövsümündə 24 dərəcədən yuxarı olmamasını təmin etmək icarəyə verənin vəzifəsidir; -2.2.5-ci bəndinə əsasən elektrik təminatında uzun müddətli (30 dəq artıq) fasilənin olmaması öhdəliyini icarəyə verən öz öhdəsinə götürür; -2.3.4-cü bəndinə əsasən icarəçinin icarəyə verən öz üzərinə düşən öhdəlikləri müvafiq qaydada, vaxtı-vaxtında həyata keçirməzsə, icarəyə verən 1 ay öncədən, yazılı qaydada xəbərdarlıq etməklə, bu müqaviləyə xitam vermək hüququ vardır; -2.4.1-ci bəndinə əsasən bu müqavilənin maddələrinə uyğun şərtlərlə və qaydada icarəyə verını icraə haqqını ödəmək icarəçinin vəzifəsidir; -4.1-ci bəndinə əsasən tərəflər obyektin ticarət təyinatlı sahəsinin hə r 1 kv.m üçün 1 ay müddətinə icarəyə götürülməsinin qiymətini 3 AZN (ƏDV-siz) məbləğində müəyyən edirlər, yəni 1 ay üçün 1419 manat; -4.7-ci bəndinə əsasən müqavilənin 2.2.4 və ya 2.2.5-ci bəndinin tələbi pozulduğu günə uyğun icarə haqqı ödənilməyəcək. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icarəyə verən) ilə Cavabdeh Firması (icarəçi) arasında bağlanmış 2015-ci il 2 fevral tarixli 4301 nömrəli icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin ticarət mərkəzinin dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 700 kv.m olan 4301 anbarı 2030-cu il 1 iyun tarixinədək cavabdehin icarəsinə verməyi, cavabdeh isə icarə obyektini istifadəsinə qəbul edib icarə haqqını ödəməyi öhdəsinə g ötürmüşdür. Həmin müqavilənin 2.1.5-ci bəndinə əsasən icarəyəverən icarəçi obyektdən təyinatına uyğun istifadə etmədikdə və ya onun fəaliyyəti ilə bağlı obyektə ziyan dəydikdə müqaviləyə xitam vermək hüququ vardır; -2.2.4-cü bəndinə əsasən obyektin temperatur həddini qış mövsümündə 18 dərəcədən aşağı, yay mövsümündə 24 dərəcədən yuxarı olmamasını təmin etmək icarəyə verənin vəzifəsidir; -2.2.5-ci bəndinə əsasən elektrik təminatında uzun müddətli (30 dəq artıq) fasilənin olmaması öhdəliyini icarəyə verən öz öhdəsinə götürür; -2.3.4-cü bəndinə əsasən icarəçinin icarəyə verən öz üzərinə düşən öhdəlikləri müvafiq qaydada, vaxtı-vaxtında həyata keçirməzsə, icarəyə verən 1 ay öncədən, yazılı qaydada xəbərdarlıq etməklə, bu müqaviləyə xitam vermək hüququ vardır; -2.4.1-ci bəndinə əsasən bu müqavi lənin maddələrinə uyğun şərtlərlə və qaydada icarəyə verını icraə haqqını ödəmək icarəçinin vəzifəsidir; -4.1-ci bəndinə əsasən tərəflər obyektin ticarət təyinatlı sahəsinin hər 1 kv.m üçün 1 ay müddətinə icarəyə götürülməsinin qiymətini 2 AZN (ƏDV-siz) məbləğində müəyyən edirlər, yəni 1 ay üçün 1400 manat; -4.7-ci bəndinə əsasən müqavilənin 2.2.4 və ya 2.2.5-ci bəndinin tələbi pozulduğu günə uyğun icarə haqqı ödənilməyəcək. 3. 2018-ci il 30 yanvar tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (İcarəyə verən qismində) ilə İddiaçı MMC (icarəçi qismində) arasında notarial qaydada bağlanmış icarə müqaviləsinə əsasən, “İcarəçi” “İcarəyə verən”dən Bakı şəhəri, Sumqayıt yolu, 3 və 6 ünvanında yerləşən torpaq sahəsi və onun üzərindəki aşağıda göstərilən əmlakları və həmin əmlaklara olan bütün hü quqları icarəyə götürür: əmlak kompleksi kimi müəssisə Avtovağzal Kompleksi (ümumi sahəsi 140448,6 kv.m); qeyri-yaşayış binası (89,5 kv.m); həmin ünvandakı torpaq sahəsinin üzərində yerləşən, İcarəyə verənə məxsus bütün digər əmlaklar. İcarə predmetləri ilə bağlı “İcarəyə verən”ə məxsus olan və qanunvericiliklə başqa şəxsə verilə bilinməsi mümkün olan bütün hüquqları (subicarəyə vermək, ipoteka və girovla, habelə sair formada yüklü etmək, təmirtikinti, yenidənqurma işləri görmək, həmin əmlaklarla bağlı istənilən əqd bağlamaq da daxil olmaqla – bütün hüquqlar) “İcarəyə verən” bu müqavilə ilə “İcarəçi”yə verir və “İcarəçi” bu hüquqları “İcarəyə verən”dən razılıq almadan istifadə edə bilər. “İcarəyə verən” bu müqaviləni imzalamaqla “İcarəçi”nin icarəyə götürdüyü torpağın təyinatını dəyişməyə, torpaqda binalar, digər tikililər və qurğular ucaltmağa razılıq verir.
4. Tərəflər arasında bağlanmış 2018-ci il 1 mart tarixli barışıq razılaşması və icarəyə verənin əvəz edilməsi haqqında müqaviləyə əsasən, 2015-ci il 2 fevral tarixli *** və 4301 saylı icarə müqavilələri üzrə tərəflər 2018-ci il 1 mart tarixinədək bir-birinə qarşı irəli sürdükləri tələblərdən imtina etmiş, icarəyə verəni iddiaçı əvəz etmiş, icarə müqaviləsinin digər şərtlərinin olduğu kimi qalması razılaşdırılmışdır. 5. 2015-ci il 2 fevral tarixli *** saylı icarə müqaviləsinə 2019-cu il 19 fevral tarixli 01 nömrəli əlavəyə əsasən, adıçəkilən müqavilə üzrə icarə haqqı 2019-cu ilin fevral ayından iyul ayınadək (6 ay üçün) 50 faiz azaldılmış, icarə obyektində müvafiq temperaturu təmin etmək məqsədilə Cavabdeh Firmasının ko ndisioner avadanlıqları alaraq icarə obyektinə yerləşdirməsi, həmin avadanlıqların dəyərinin icarə haqqı ilə əvəzləşdirilməsi, əvəzləşdirilmədən sonra kondisioner avadanlıqlarının iddiaçının mülkiyyəti olması və cavabdeh tərəfindən istifadə edilməsi razılaşdırılmışdır. 6. 2015-ci il 2 fevral tarixli 4301 nömrəli icarə müqaviləsinə 2019-cu il 20 fevral tarixli 01 nömrəli əlavəyə əsasən, icarə obyektinin 120 kv.m-dən ibarət sahəsində arakəsmənin quraşdırılması, arakəsmənin quraşdırılması üçün çəkilmiş xərclərin Cavabdeh Firması tərəfindən ödənilməsi, həmin xərclərin icarə haqqı ilə əvəzləşdirilməsi, həmçinin icarə obyektinin 200 kv.m sahəsində müvafiq temperaturu təmin etmək məqsədilə cavabdehin kondisioner avadanlıqları alaraq icarə obyektinə yerləşdirməsi, həmin avadanlıqların dəyərinin ic arə haqqı ilə əvəzləşdirilməsi, əvəzləşdirilmədən sonra kondisioner avadanlıqlarının iddiaçının mülkiyyəti olması və cavabdeh tərəfindən istifadə edilməsi razılaşdırılmışdır. 7. 2023-cü il 4 may tarixli 3439 nömrəli icarə müqaviləsi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X4 balansında olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3 ünvanında yerləşən ümumi sahəsi 13754,4 kv.m qeyri-yaşayış sahəsi İddiaçı MMC-nin icarəsinə verilmişdir.
8. İddiaçı MMC-nin 2023-cü il 1 sentyabr tarixli 514 nömrəli əmri ilə tərəflər arasında imzalanmış 2015-ci il 2 fevral tarixli *** və 4301 nömrəli icarə müqavilələrinə qeyd edilən tarixdən bəhs edilən müqavilələrin 2.1.5-ci və 2.3.4-cü yarımbəndlərinə əsasən xitam verilmişdir. İş üzrə məhkəmə icraatı a) Bir inci instansiya məhkəməsindəki icraat
9. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh Firmasına (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 2023-cü il 1 sentyabr tarixli əmri ilə xitam verilmiş *** və 4301 nömrəli icarə müqavilələri üzrə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin ticarət mərkəzində yerləşən *** və 4301 nömrəli qeyri-yaşayış sahələrinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 2 fevral tarixli *** və 4301 nömrəli icarə müqavilələrinə əsasən, "xxxx" MMC-nin icarəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin ticarət mərkəzində yerləşən *** və 4301 nömrəli qeyri-yaşayış sahələri 2015-ci il 2 fevral tarixdən 2030-cu il 1 iyun tarixinədək cavabdehin icarəsinə verilmişdir. Həmçinin tərəflər arasında bağlanmış 2018-ci il 1 mart tarixli “barışıq razılaşması və icarəyə verənin əvəz edilməsi” haqqında müqaviləyə əsasən, "xxxx" MMCnin Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3 ünvanında yerləşən və icarəsində olan bütün əmlak hüquqları müvafiq icarə müqavilələri üzrə 2018-ci il 1 fevral tarixdən iddiaçıya verildiyindən, həmin icarə müqavilələri üzrə "xxxx" MMC-ni 2018-ci il 1 mart tarixdən etibarən iddiaçı əvəz etmişdir. Qeyd edilən *** nömrəli icarə müqaviləsinə 2019cu il 19 fevral tarixli 01 nömrəli əlavə üzrə edilmiş dəyişikliy ə əsasən, həmin icarə müqaviləsi üzrə icarəçiyə icarəyə verilmiş 473 kv.m sahədən ibarət olan icarə obyektinin icarə haqqı 2019-cu ilin altı ayı üçün (fevral-iyul) 50% azaldılmış, həmçinin icarə müqaviləsində göstərilən müvafiq temperatur dərəcələrini təmin etmək məqsədilə sözügedən icarə sahəsinin icarəçi tərəfindən kondisioner avadanlıqları ilə təchiz edilməsi, həmin avadanlıqların dəyərinin icarə haqqı ilə əvəzləşdirilməsi razılaşdırılmışdır. Bəhs edilən 4301 nömrəli icarə müqaviləsinə 2019-cu il 20 fevral tarixli 01 nömrəli əlavə üzrə edilmiş dəyişikliyə əsasən, həmin icarə müqaviləsi üzrə icarəçiyə icarəyə verilmiş 700 kv.m sahədən ibarət olan icarə obyektinin 120 kv.m-dən ibarət sahəsində, müvafiq müqaviləyə əlavədəki sxemdə göstərilən hüdudlarda arakəsmələrin quraşdırılması, bununla bağlı çəkilmiş xərclərin icarəçi tərəfindən ödənilməsi və həmin xərclər həddində icarə haqqının əvəzləşdirilməsi, həmçinin icarə müqaviləsində göstərilən müvafiq temperatur dərəcələrinin təmin edilməsi məqsədilə icarə sahəsinin 200 kv.m sahəsinin (yəni yeni arakəsmə quraşdırılmış 120 kv.m-dən ibarət olan sahəsində və öncədən arakəsmələri mövcud olan 80 kv.m-dən ibarət olan sahəsində) icarəçi tərəfindən kondisioner avadanlıqları ilə təchiz edilməsi, həmin avadanlıqların dəyərinin icarə haqqı ilə əvəzləşdirilməsi razılaşdırılmışdır. Cavabdeh tərəfindən icarə obyektində yerləşdirilmiş və dəyəri icarə haqqı ilə əvəzləşdirilməli olan kondisioner (soyuducu) avadanlıqlarının dəyərini əks etdirən, habelə qeyd edilən icarə müqaviləsi üzrə icarəçiyə icarəyə verilmiş 700 kv.m sahədən ibarət olan ica rə obyektinin 120 kv.m-dən ibarət sahəsində, həmin müqaviləyə əlavədəki sxemdə göstərilən hüdudlarda arakəsmələrin quraşdırılması, bununla bağlı çəkilmiş xərclərin icarəçi tərəfindən ödənilməsinə dair 2019-cu il 17 aprel tarixli 239810 nömrəli, 2019-cu il 17 iyun tarixli 846070 və 850508 nömrəli, 2019-cu il 18 iyun tarixli 908412 və 908679 nömrəli elektron qaimələr 01 iyul 2019-cu il tarixdə iddiaçıya (ümumilikdə 14336,37 manat) rəsmi qaydada təqdim olunmuşdur. Lakin qeyd edilən qaimələr üzrə alınmış malların quraşdırılmasını təsdiq edən akt təqdim edilməmişdir. İddiaçı cavabdehə ünvanladığı “borc məbləğinin ödənilməsi tələbinə dair” 2022-ci il 17 fevral tarixli 02-02/41 və 02-02/42 nömrəli pretenziya məktubları ilə 2015-ci il 2 fevral tarixli 4301 və *** nömrəli icarə müqavilələri üzrə üm umilikdə müvafiq olaraq ödənilməmiş 62776 manat və 36557,75 manat məbləğində icarə haqqı borclarının 7 gün ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə borc məbləğinin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlərin görüləcəyi və müvafiq icarə müqaviləsinə birtərəfli qaydada xitam veriləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Müvafiq pretenziya məktublarına hər birinə ayrılıqda obyektlərin əməliyyat tarixçələri əlavə edilmişdir. Qeyd edilən icarə müqavilələrinin müvafiq bəndlərinə əsasən, 2019-cu ilin avqust ayından etibarən müvafiq icarə obyektlərinin fəaliyyətlərinin cavabdeh tərəfindən dayandırılması səbəbindən, bəhs olunan icarəçi obyektlərindən artıq 4 ildir ki, təyinatına uyğun istifadə etməməklə icarəyəverənə ziyan vurur. Bu baxımdan qeyd edilən icarə müqavilələrinə xitam verilməsi ic arəyəverənin hüququ olmuşdur. Eyni zamanda icarəyə verən öz üzərinə düşən öhdəliklərini müvafiq qaydada həyata keçirmədiyi təqdirdə, icarəyə verəni 1 ay öncədən, yazılı qaydada xəbərdar etməklə, bu müqaviləyə xitam vermək cavabdehin hüququ olduğu təqdirdə, bu hüquqdan qərəzli olaraq istifadə etməmiş və müqavilənin məzmununda nəzərdə tutulmayan qaydada obyektlərin fəaliyyətini dayandırmaqla, icarəyə verənə 4 il ərzində hesablanmış aylar üzrə müəyyən edilmiş icarə haqlarını ödəməməklə əsassız olaraq varlanma faktı müəyyən edilmişdir. Həmçinin müqavilələrin maddələrinə uyğun şərtlərlə və qaydada icarəyə verənə icarə haqqını ödəmək cavabdeh şəxsin vəzifəsi olduğu təqdirdə, bu vəzifəni yerinə yetirməməklə, icarəyə verənə 4 il ərzində hesablanmış aylar üzrə müəyyən edilmiş icarə haqlarını ödəm əməklə böyük məbləğdə ziyan vurmuşdur. Halbuki tərəflər bu müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi şəkildə yerinə yetirməsə, qanunvericilikdə və müqavilədə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Habelə icarə haqqı məbləğlərinin aylar üzrə müəyyən edilmiş vaxt üzrə ödənilmədiyi təqdirdə, icarə haqqının ödənilməyən məbləğinin hər gününə 0,1% cərimə əlavə edilir ki, hesablanmış qeyd edilən məbləğin də cavabdeh tərəfindən ödənilməsi müvafiq müqavilələr üzrə götürdüyü öhdəliklər sırasındadır. İddiaçının 2023-cü il 28 avqust tarixli xəbərdarlıq məktubu ilə tərəflər arasında imzalanmış 2015-ci il 2 fevral tarixli *** və 4301 nömrəli icarə müqavilələrinə 2023-cü il 1 sentyabr tarixdən etibarən xitam veriləcəyi, həmin müqavilələr üzrə müvafiq qeyri-yaşayış sahələrinin qeyd edilən müddət ərzində boşaldılaraq icarəyə verənə təhvil verilməsi xahiş olunmuşdur. Lakin buna baxmayaraq, müvafiq xəbərdarlıq məktubuna cavabdeh tərəfindən heç bir münasibət bildirilməmişdir. İddiaçının 2023-cü il 1 sentyabr tarixli 514 nömrəli əmri ilə tərəflər arasında imzalanmış 2015-ci il 2 fevral tarixli *** və 4301 nömrəli icarə müqavilələrinə qeyd edilən tarixdən bəhs edilən müqavilələrin 2.1.5-ci və 2.3.4-cü yarımbəndlərinə əsasən xitam verilmişdir. Cavabdeh qeyd edilən icarə müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından boyun qaçırır, bu günə kimi müvafiq qeyri-yaşayış sahələrini icarəyəverənə təhvil verməməkdə qərəzli şəkildə davam edir. Müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsasl ardan birinin mövcud olduğu halda mümkündür: digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda.
11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 6 fevral tarixli e-2-2(113)-816/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" MMC ilə Cavabdeh Firması arasında 2015-ci il 2 fevral tarixdə bağlanmış *** və 4301 nömrəli icarə müqavilələrinə əsasən cavabdehə icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin üçüncü mərtəbəsində yerləşən *** və 4301 nömrəli qeyri-yaşayış sahələrinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir (hakim N.Əhmədova).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı 01 sentyabr 2023-cü il tarixində 02 fevral 2015-ci il tarixli icarə müqavilələrinin birtərəfli qaydada ləğv edildiyini bildirir və icarə obyektlərinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya verilməsini tələb edir. Cavabdeh 02 fevral 2015-ci il tarixli icarə müqaviləsinin birtərəfli ləğvinin qanunsuz olduğunu bildirir və iddianın rədd edilməsini tələb edir.
13. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə 02 fevral 2015-ci il tarixli subicarə müqavilələrindən əmələ gəlmişdir və həmin müqavilə icarə müqaviləsinin növü hesab olunduğundan bu münasibətlərə Mülki Məcəllənin 34-cü fəslinin (“icarə”) normaları tətbiq olunur. Bu halda subicarəyə verən və subicarəçi arasındakı münasibətlərə müvafiq qaydada və şərtlərlə (mutatis mutandis) icarəyə verən və icarəçi aras ındakı münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilir.
14. Ümumi qaydaya görə icarə münasibətlərinə müqavilənin müddəti bitdikdə xitam verilir. Belə ki, Mülki Məcəllənin 689.1-ci maddəsinə əsasən, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Lakin mülki qanunvericilikdə müddətin müəyyən edildiyi icarə münasibətlərinə vaxtından əvvəl də ləğv edilməsi imkan nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.2-ci maddəsində təsbit edilmiş müqavilənin əhəmiyyətli dərəcədə pozulması hallarından biri kimi də Mülki Məcəllənin 685.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, həmin maddəyə əsasən, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdir dikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 15.Hazırkı halda isə icarə haqqının uzun müddət ödənilməməsi işin mübahisəsiz halıdır. 16.Cavabdehin müqavilənin ləğvinin qanunsuzluğu ilə bağlı mövqeyi iddiaçının 2019-cu il 24 dekabr tarixdə icarə obyektlərinin elektrik enerjisini kəsməsi və bu səbəbdən icarə obyektlərindən istifadə edə bilməməsi və icarə haqqını ödəyə bilməməsi, 2019-cu il 24 dekabr tarixə isə icarə haqqının olmaması ilə bağlıdır. Cavabdeh iddiaçıya ünvanladığı çoxsaylı məktublarında, o cümlədən 2019-cu il 8 noyabr tarixli məktubunda 14139,7 manat kondisionerlər üçün və arakəsmə üçün xərclər əvəzləşdirilsə, 2019-cu ilin yanvar ayından 2019-cu ilin oktyabr ayına hər hansı icarə haqqı öhdəliyinin olmadığını bildirir.
17. Məhkəmə qeyd etmişdir ki, 2019-cu il 8 noyabr tarixli məktuba əlavə olan cavabdehin möhürü ilə təsdiq edilmiş üzləşmə cədvəlindən görünür ki, 2015-ci il 2 fevral tarixli *** nömrəli müqavilə üzrə 2019-cu ilin yanvar, avqust-oktyabr ayları üçün 1.419 manat, fevral-iyul ayları üçün 709,5 manat məbləğində icarə haqqı olmaqla ümumilikdə 9.933 manat icarə haqqı hesablanmış, həmin məbləğdən 4.966,5 manatın ödənildiyi göstərilmiş, həmçinin 2015-ci il 2 fevral tarixli 4301 nömrəli müqavilə üzrə 2019-cu ilin yanvar-oktyabr ayları üçün 1400 manat məbləğində icarə haqqı olmaqla ümumilikdə 14.000 manat icarə haqqı hesablanmış, həmin məbləğdən 8400 manatın ödənildiyi göstərilmiş, qalıq icarə haqqı borcunun kondisionerlərin quraşdırılması və arakəsmə üçün xərclərin cəmi olan 14139,7 manatla əvəzləşdirilməsi təklif edilmişdir. Həmin aktdan cavabdehin 2015-ci il tarixli 2 fevral hər iki müqavilə üzrə iyul ayından etibarən hər hansı icarə haqqı məbləğini ödəmədiyi aydın olur.
18. Məhkəmə tərəfindən cavabdehə üzləşmə cədvəlində qeyd etdiyi aylar üzrə ödəniş in edildiyinə dair sübutun məhkəməyə təqdim olunması təklif olunmuş, lakin qeyd olunan halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
19. Müqavilənin və ona edilmiş əlavələrin icarə haqqı ilə bağlı şərtlərini təhlil etdikdə aydın olur ki, *** nömrəli müqavilə üzrə (473 kv.m) 2019-cu il üçün fevral-iyul ayları üzrə icarə haqqı 709,5 manat, qalan aylar üzrə 1419 manat, 02 fevral 2015-ci il tarixli 4301 nömrəli müqavilə üzrə (700 kv.m) 1400 manat olmuşdur.
20. Cavabdehin 2019-cu ilin iyul ayına qədər olan icarə haqqı borcu üzrə ödənişin edildiyinə dair hər hansı sübut təqdim etmədiyini nəzərə alan məhkəmə qeyd etmişdir ki, icarə haqqı borcu iddiaçının təqdim etdiyi maliyyə arayışlarında qeyd olunan *** nömrəli müqavilə üzrə (473 kv.m) 2019-cu il 18 aprel tarixədək, 4301 nömrə li müqavilə üzrə (700 kv.m) 2019-cu il 3 aprel tarixədək ödənilmiş hesab oluna bilər.
21. Məhkəmə qeyd etmişdir ki, cavabdeh elektrik enerjisinin verilişinin 2019-cu il 24 dekabr tarixdən dayandırıldığını bildirir. Belə olan halda, həmin tarixə *** nömrəli müqavilə üzrə 2019-cu il 18 aprel tarixdən hesablanmaqla ödənilməli icarə haqqı borcu 9507,3 manat (avqust ayına qədər 3 ay 12 gün üçün icarə haqqı: 709,5 manat*3 ay+ 709,5 manat:30 gün*12 gün = 2412,3 manat; avqust ayından hesablanmaqla qalan 5 ay üçün icarə haqqı: 5 ay*1419 manat=7095; cəmi: 2412,3+7095), 4301 nömrəli müqavilə üzrə 2019-cu il 3 aprel tarixdən hesablanmaqla ödənilməli icarə haqqı borcu 12600 (9 ay*1400 manat) manat təşkil etmişdir. Hətta cavabdehin müvafiq xərcləri əvəzləşdirilsə belə, 2019-cu ilin dekabr ayına qalıq i carə haqqı borcu 7967,6 (9507,3+12600-14139,7) manat təşkil etmişdir və qeyd edilən məbləğ hər iki müqavilə üzrə 2 aylıq icarə haqqının məbləğlərinin cəmindən daha çoxdur.
22. Məhkəmə hesab etmişdir ki, 2019-cu ilin dekabr ayından cavabdehin bildirdiyi kimi elektrik enerjisinin kəsildiyi həqiqi qəbul edilsə belə, həmin tarixə cavabdehin icarə haqqı borcları aylıq icarə haqlarının 2 mislindən çox olmuşdur, bu isə hər iki icarə müqaviləsinin icarəyə verən tərəfindən birtərəfli qaydada – xəbərdarlıq müddəti gözlənilmədən ləğvi üçün əsasdır.
23. Həmçinin cavabdehin elektrik enerjisinin kəsilməsi səbəbindən icarə haqqının ödənilməməsi ilə bağlı arqumentlərinə münasibətdə məhkəmə göstərmişdir ki, Mülki Məcəllənin 677-ci maddəsində təsbit edilmiş kirayəçinin hüquqi müdafiə vasitələri nəzərə alı naraq 2019-cu il 24 dekabr tarixdən sonra cavabdeh icarə haqqını ödəməkdən azad edilsə belə, həmin tarixədək artıq, yuxarıda da göstərildiyi kimi, 2015-ci il 2 fevral tarixli icarə müqavilələrinin ləğv əsası meydana gəlmişdir (həmin tarixə icarə haqqı borcu aylıq icarə haqqlarının 2 mislindən çox olmuşdur).
24. Məhkəmə cavabdehin əvəzləşdirilməli məbləğlə bağlı dəlillərinə münasibətdə isə göstərmişdir ki, təqdim edilən 2019-cu il 17 aprel tarixli EAAT 239810, 2019-cu il 17 iyun tarixli EAAV 846070, 2019-cu il 17 iyun tarixli EAAV 850508, 2019-cu il 18 iyun tarixli EAAV 908412, 2019-cu il 18 iyun tarixli EAAV 908679 seriya və nömrəli elektron qaimələrdən görünür ki, həmin elektron qaimə-fakturalar "xxxx" MMC, Qanuni nümayəndə2 və X1 tərəfindən cavabdehə göndərilmişdir. Lakin həmin qaimə-fak turalar özü-özlüyündə qaimədə göstərilən işlərin, alınan malların məhz 2015-ci il 2 fevral tarixli müqavilələrə 01 nömrəli əlavələrdə nəzərdə tutulmuş kondisioner avadanlıqları və arakəsmənin düzəldilməsi üçün əldə edildiyini təsdiq etmir.
25. Məhkəmə müqavilənin ləğvi qaydası ilə bağlı göstərmişdir ki, Konstitusiya Məhkəməsinin müqavilənin ləğvi ilə bağlı hüquqi mövqeyinə görə Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli ola n öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
26. Məhkəmə hesab etmişdir ki, 2023-cü il 28 avqust tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən 2015-ci il 2 fevral tarixli icarə müqavilələrinin 2023-cü il 1 sentyabr tarixdən birtərəfli qaydada ləğv ediləcəyi cavabdehin diqqətinə çat dırılmışdır. Belə olan halda iddiaçının mövqeyinə uyğun olaraq 2015-ci il 2 fevral tarixli icarə müqavilələri birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir.
27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 421.2, 677, 689.1, 697.1, 700.1 və 700.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2023-cü il 29 mart tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
28. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Bakı Apellyasiya Mə hkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 1 may tarixli 2-2(103)-489/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim Z.Şirinov, hakimlər E.Həsənov və L.Əliyeva).
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və apardığı hüquqi qiymətləndirmə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
31. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, icarəçi tərəfindən obyektin kondisioner avadanlıqları ilə təchiz edilməsi, həmin avadanlıqların dəyərinin, arakəsmələrin quraşdırılması ilə bağlı çəkilmiş xərclərin icarə haqqı ilə əvəzləşdirilməsinin razılaşdırılması işin mübahisəsiz halıdır.
32. Lakin cavabdeh tərəfindən elektron qaimələr təqdim olunsa da, məhz həmin obyektə hansı avadanlıqların, arakəsmələrin qurşadırılması ilə bağlı hər hansı təhvil-təslim aktı tərtib olunmasına, icarəverənin məlumatlandırılmasına dair hər hansı sübut təqdim olunmamışdır.
33. Eyni zamanda, 2015-ci il 2 fevral tarixli *** nömrəli müqaviləyə əlavəyə əsasən kondisenerlərin quraşdırılmasına görə icarə haqqına güzəşt 50% həcmində 2019-cu ilin fevral-iyul aylarına münasibətdə nəzərdə tutulduğundan növbəti aylarda icarə haqqı tam ödənilməli idi.
34. Cavabdehin iddiaçı tərəfindən 2019-c u il 25 dekabr tarixdə icarə obyektinə verilən elektrik enerjisinin kəsilməsi səbəbindən fəaliyyətinin dayandırılması, bu səbəbdən heç bir borclarının olmaması barədə dəlilinə münasibətdə məhkəmə bildirmişdir ki, obyektin elektrik enerjisinin kəsilməsi səbəbindən fəaliyyətinin dayandırılması icarə haqqının ödəməkdən azad etmədiyi kimi, icarədarın öz fəaliyyətini davam etdirməsi üçün məlumat verməsinə baxmayaraq icarəyə verən hərəkətsizlik etdiyi zaman elektrik enerjisinin verilməsini təmin edən müvafiq quruma ( "xxxx" ASC-yə) müraciət etməsi, ümumiyyətlə obyektin elektrik enerjisinin kəsilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir.
35. Məhkəmə apellyasiya şikayətinin icarə müqaviləsinin ləğv edilməsinə dair verdiyi 2023-cü il 1 sentyabr tarixli, 153 nömrəli əmrində yalnız Müqavilən in 2.1.5-ci və 2.3.4-cü yarımbəndlərinə istinad etməsi, tərəflərindən yol verilmiş pozuntunun dəqiq nədən ibarət olması, eləcə də əmrin icarə haqqının ödənilməməsinə dair verilməsinin göstərilməməsi və əsaslandırılmaması dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh icarə müqaviləsinin ləğv edilməsinə dair sözügedən əmri qanunsuz hesab etdiyi halda qanunvericiliyin tələbinə uyğun məhkəmə qaydasında mübahisələndirməmiş və bu barədə hər hansı sübut təqdim etməmişdir. 36. "xxxx" xəbərdarlıq məktubunun Firmanın hüquqi ünvanına deyil, vergi orqanının informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməsi, Firmanın 2022-ci il 6 iyul tarixindən 2027-ci il 6 iyul tarixinədək dayandırması səbəbindən vergi orqanının informasiya sistemində yaradılmış elektron kabinetindən istifadə etməm əsi, bununla da həmin xəbərdarlıq məktubundan məlumatlı olmamaları dəlilini kollegiya əsassız hesab edərək qeyd etmişdir ki, icarəverən məlumat vermə öhdəliyini yerinə yetirərək elektron informasiya sistemi vasitəsilə icarəçini məlumatlandırsa da icarəçi tərəfindən etiraf olunur ki, subyektiv səbəbdən (fəaliyyətlərinin dayandırılması) elektron kabinetindən istifadə etməmişlər. 37. “X3 barədə” təklif məktubunda göstərilmiş telefon nömrəsinin Bakı 2 saylı Mediasiya Təşkilatına deyil, Şəki 1 saylı Mediasiya Təşkilatına məxsus olması qeyd olunması dəlili ilə bağlı apellyator hər hansı sübut təqdim etməmişdir.
38. Məhkəmə kollegiyası hesab etmişdir ki, icarə müqaviləsinin ləğv edilməsinə dair əmr hal-hazırda qüvvədə olduğundan tərəflər arasında icarə münasibətlərinə xitam verildiyindən icarə ve rən icarəçinin obyekti boşaldaraq təhvil verilməsini tələb etməkdə haqlıdır.
39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi maddi hüquq normaları birinci instansiya məhkəməsinin qeyd etdiyi normalarla eynilik təşkil etmiş, əlavə olaraq MM-in 399.1, 423.1, 423.2, 424.3, 685.2-ci və MPM-in 14.2, 77.1, 88, 107 və 119.1-ci maddələrinə istinad edilmişdir.
40. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. MM-in 685.2-ci maddəsi üzrə - qeyri-yaşayış sahələrinə görə tərəflərindən icarə haqqı nın iki aylıq ardıcıl ödənilməməsi halı mövcud deyildir.Tərəflər arasında bağlanmış *** və 4301 nömrəli icarə müqavilələrinin 2.2.4-cü bəndinə əsasən obyektin temperatur həddini qız mövsümündə 18 dərəcədən aşağı, yay mövüsümündə isə 24 dərəcədən yuxarı olmamasının təmin edilməsi “İcarəyə verən”in vəzifəsi kimi təsbit edilmişdir. Həmin Müqavilələrin 4.7-ci bəndində isə müqavilənin 2.2.4-cü və 2.2.5-ci bəndinin tələblərinin pozulduğu halda icarə haqqının ödənilməyəcəyi müəyyən edilmişdir. İddiaçıya ünvanlanmış 2019-cu il 1 iyul tarixli, 2019-cu il 29 dekabr tarixli və 2022-ci il 16 mart tarixli məktublarda icarə müqavilələrində müəyyən edilmiş temperaturun əldə edilməsinin mümkün olmaması, cavabdeh Cəmiyyətin enerji təsərrüfatı müdirinin tövsiyyəsinə əsasən icarə obyektinə elektrik enerjisin in verilməsini təmin edən kabellərin artıq yük götürməməsi səbəbindən quraşdırılan soyuducu avadanlıqların məhdud sayda olması nəzərə alınaraq, icarə obyektlərinə məhdud sayda kondisionerlər quraşdırıldığı, quraşdırılmış kondisionerlərin temperatur rejimini təmin etmədiyi üçün icarə obyektinə əlavə quraşdırılan kondisionerlərin enerji yükünü təmin etmək üçün elektrik paylayıcı otaqdan icarə obyektlərinə yeni kabellərin çəkilməsi xahiş edilmişdir. Qeyd olunan kabellərin çəkilməsi xərcləri tərəflərindən təmin ediləcəyinə görə, həmin xərclərin də icarə haqqı ilə əvəzləşdirilməsi də nəzərdə tutulmuşdur.
42. Göründüyü kim iddiaçı tərəfindən 2019-cu il 25 dekabr tarixinə qədər, yəni icarə obyektinə verilən elektrik enerjisinin kəsilməsinə qədər iddiaçıya dəqiq hansı məbləğdə ödənilməmiş icarə ha qqı borcunun olmasına dair hər hansı bildiriş təqdim etməmiş, eləcə də ödənilməli olan icarə haqqının ödənilməsi üçün elektron qaimə təqdim etməmişdir.
43. Həmçinin, cavabdehin icarəyə götürdüyü obyektlərə elektrik enerjisi birbaşa "xxxx" ASC tərəfindən deyil, hazırkı iddiaçı tərəfindən təmin edilmiş, sərf olunmuş elektrik enerjisinə görə hesablaşmalar iddiaçı təşkilatla aparılmışdır. Bir sözlə, cavabdehin icarəyə götürdüyü obyektlərə elektrik enerjisinin verilməsinin təmin edilməsi üçün "xxxx" ASC ilə hər hansı müqavilə imzalanmamış və abonent kodu verilməmişdir. Belə olan halda elektrik enerjisinin verilməsinin bərpa edilməsi üçün "xxxx" ASC-yə müraciət edilməməsinə dair məhkəmə kollegiyasının gəldiyi nəticə əsassızdır. 2019-cu il 25 dekabr tarixində icarə obyektinə elektrik enerjisinin verilməsinin qanunsuz olaraq dayandırılması barədə iddiaçı təşkilata məktublar ünvanladıqları işin materiallarında olan sənədlərlə sübuta yetirilmişdir.
44. MPM-in 2.2, 88, 217, 372.1, 386, 387-ci maddələri üzrə - işə baxan apellyasiya instansiya məhkəməsi işdə olan tərəflərindən icarə obyektində yerləşdirilmiş və dəyəri icarə haqqı ilə əvəzləşdirilməli olan kondisioner (soyuducu) avadanlıqlarının dəyərini əks etdirən, habelə icarəçiyə icarəyə verilmiş 700 kv.m sahədən ibarət olan icarə obyektinin 120 kv.m-dən ibarət sahəsində icarə müqaviləsinə əlavədəki sxemdə göstərilən hüdudlarda arakəsmələrin quraşdırılması, bununla bağlı çəkilmiş xərclərin icarəçi tərəfindən ödənilməsinə dair 2019-cu il 17 aprel tarixli 239810 nömrəli, 2019-cu il 17 iyun tarixli 846070 və 850508 nömrəli, 2019-cu il 1 8 iyun tarixli 908412 və 908679 nömrəli elektron qaimələri, eləcə də iddiaçıya təqdim edilmiş 2019-cu il 1 yanvar tarixindən 2019cu il 31 oktyabr tarixinədək olan icarə haqqının hesablanmasına dair üzləşmə cədvəlini işin hallarına münasibətdə sübutlar kimi düzgün qiymətləndirməmişdir.
45. MPM-in 13.7-ci maddəsi üzrə - “Dövlət əmlakının (qeyri-yaşayış) icarəyə verilməsi” haqqında 2023-cü il 4 may tarixli, 3439 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verilən 13754.4 kv.metr qeyri-yaşayış sahəsinin müqavilə tərəfləri kimi Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçı təşkilat iştirak etmişdir. Göründüyü kimi iddiaçı təşilata icarəyə verilən qeyd olunan qeyri-yaşayış sahəsi dövlət əmlakıdır və belə olan halda mübahisələndilən icarə obyektinin əvvəlki mülkiyyətçisi “Bakı XXİ Əsr“ MMC i lə cavabdeh arasında bağlanmış *** və 4301 nömrəli icarə müqavilələrinin əmlakın hazırkı mülkiyyətçisi tərəfindən deyil, əmlak kompleksini icarəyə götürən şəxs qismində çıxış edən hazırkı iş üzrə iddiaçı tərəfindən xitam verilməsi qanunauyğun deyildir. Bir sözlə əmlakın bir icarəçisi digər icarəçisi ilə mülkiyyətçi arasında bağlanmış icarə müqaviləsinə xitam vermək səlahiyyətinə malik deyildir. Belə olan halda da, iddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə müvafiq subyektiv hüquqa malik olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etiraz apellyasiya şikayətinə qarşı etirazla eyni qaydada əsaslandırılmışdır. Kassasiya baxışının hədləri
47. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
49. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
421. Müqavilə nin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafi q surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Maddə
685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri... 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə....” “Maddə
697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna m alik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o hal da tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi i stisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”
50. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir: “... Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır....”
51. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Mə cəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsas landırılmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).
53. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi dəlillər, əsasən iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.
54. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, şikayətin dəlillərində göstəril ən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verildiyindən təkrar qiymətləndirmənin qeyd edilməsinə zərurət yoxdur.
55. Kassasiya şikayətinin iddiaçının hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə müvafiq subyektiv hüquqa malik olmamasına dair dəlillərinə gəldikdə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, hazırkı mübahisə tərəfləri arasındakı müqavilə münasibətləri subicarə münasibətləridir. Tərəflər mülki hüququn təməl prinsiplərindən biri olan müqavilə azadlığı prinsipinə əsasən qanuna zidd olmayan istənilən müqaviləni bağlaya bilərlər. Odur ki, subicarəyə verən ümumi hüquqi əsaslara istinad edərək, müvafiq hallarda subicarə müqaviləsini ləğv edə və subicarədə olan əmlakın qaytarılmasını da tələb edə bilər. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası bununla əlaqədar hər hansı hüquq pozuntusuna yol verməmişdir.
56. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
57. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM, maddə 407).
58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
59. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 1 may tarixli 2-2(103)-489/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.