Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-524/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiya sının 2024-cü il 6 iyun tarixli 2-2(103)-604/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2021-ci il 1 noyabr tarixli DCL00153892-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, Cavabdeh1 MMC-yə 250.000 manat məbləğində pul illik 17 % dərəcəsi olmaqla 2022-ci il 1 noyabr tarixinədək kredit verilmişdir.
2. İddiaçı ASC və Cavabdeh2 arasında 2021-ci il 1 noyabr tarixli DG**********025 nömrəli zaminlik müqaviləsi bağlanmış, sonuncu kredit xətti ilə əlaqədar olaraq borcalanın bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
3. Cavabdeh1 MMC-nin 2023-cü il 31 avqust tarixin ə əsas borcu 250.000 manat, faiz borcu 7.083,34 manat, cərimə borcu 62.855,80 manat, cəmi borcu 319.939,14 manat təşkil edir (əsas: 2023-cü il 7 sentyabr tarixli, PB/BPŞ-OUT-01028-2023 nömrəli maliyyə arayışı). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh1 MMC və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “MMC” və “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə 2023-cü il 14 avqust tarixində və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək DCL00153892-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 250.000 manat əsas borc, 7.083,34 manat faiz borcu, 62.855,80 manat cərimə borcu olmaqla, cəmi 319.939,14 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 210 manat rüsumun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 3 aprel tarixli e-2-2(113)-198/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən birgə qaydada kredit müqaviləsinə əsasən 250.000 manat əsas borc, 7.083,34 manat faiz borcu, 12.500 manat dəbbə pulu, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 269.983,34 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Ü.Həsənova).
6. Məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişd ir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləğ azaldılaraq 12.500 manat məbləğində müəyyən edilməlidir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – "xxxx") 462.1, 467, 470.1, 472.1, 472.2, 739-ci maddələrinə istinadla əsaslandırmışdır.
8. MMC qətnamədən apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunduğu hissəsində ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin iddianın təmin olunan cərimə hissəsinə yön əldiyini nəzərə alaraq qətnamənin əsaslığının iddianın təmin olunan hissələrindən yalnız cərimə hissəsində yoxlanılacağını vurğulamışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 iyun tarixli 2-2(103)-604/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – V.Baxışova və R.Qurbanov).
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin cərimə borcu ilə bağlı dəlilinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsində 62.855,80 manat cərimə borcu qeyd edildiyi halda, məhkəmə işin hallarını, cərimənin əsas borc məbləğ inə nisbətini, cavabdehlərin maddi durumunu nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmışdır. Hazırkı halda cərimə borcunun daha da azaldılması üçün yeni əsaslar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməli olmaması nəticəsinə gəlmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 427.3, 442, 443.1, 462.1, 467-ci maddələrinə və Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 21 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 28 iyul tarixli Qərarına istinadla əsaslandırmışdır.
13. MMC tərəfindən kass asiya şikayəti verərək həmin qətnamənin iddia tələbinin təmin olunduğu hissədə ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. MM-in 467-ci maddəsi üzrə - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digə r tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə cərimənin yüksək olduğunu qeyd etsə də, yenə də kifayət qədər yüksək cərimə borcu saxlamışdır. Saxlanılan cərimə borcu ödənilməli olan faiz borcundan çoxdur. Sahibkarlara köməklik göstərilməsi dəfələrlə ölkə başçısı tərəfindən qeyd edilsə də, məhkəmə bunu nəzərə almayaraq kifayət qədər yüksək cərimə məbləği müəyyənləşdirmişdir.
15. MPM-in 14.2, 77.1, 217.4-cü maddələri üzrə - Məhkəmənin apellyasiya şikayətinin təmin edilməməsi barədə gəldiyi nəticə qanunsuz və əsassız olmuş, məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış və sübutlara düzgün qiymət verilməmişdir. b) Kassasiya şi kayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı etiraz verərək bildirmişdir ki, cərimə məbləği məhkəmə tərəfindən kifayət qədər azaldılaraq bu sahədə formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla əsas borc məbləğinin 5 faizi məbləğində dəbbə pulu hesablanmışdır. Hesablanan cərimə borcunun məbləği əsas borca münasibətdə adekvat olmuş və tənasübsüz surətdə yüksək olmamışdır. Tərəflər arasında bağlanmış müqavilələrdə qeyd edilir ki, müqavilə üzrə öz öhdəliklərini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə qanunvericiliklə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Cavabdeh kredit müqaviləsini imzalamaqla onun tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə tətbiq ediləcək cərimə faizlərindən xəbərdar olm uş və buna razılıq vermişdir və məhkəmədə bu cərimə faizlərini xeyli azaltmışdır. Bu baxımdan cərimə borcuna münasibətdə kassasiya şikayətinin dəlilləri tamamilə əsassızdır. Kassasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri baxımından birinci instansiya məhkəməsinin qətnaməsini yalnız cərimə borcuna aid hissədə yoxladığından, kassasiya şikayətinin dəlilləri də cərimə borcunun əsassız və artıq müəyyən edilməsi ilə bağlı olduğundan hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
18. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual h üquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (2023-cü il 1 oktyabr tarixədək olan redaksiyada) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu h ərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uy ğunluğunun yoxlanılmasına dair” 2021-ci il 28 iyul tarixli Qərarında müəyyən edilmişdir ki: “Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun (lizinq verənin) reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu (lizinq alan) tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, lizinq verənin həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaş dırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.”
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asıl ı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
23. Kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır.
24. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
25. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 21), habelə cərimə (dəbbə) pulu ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq qanuni, əsaslı və ədalətli qətnamə qəbul etmişdir.
26. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 iyun tarixli 2-2(103)-604/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 iyun tarixli 22(103)-604/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdiri lmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.