Məhkəmə qərarları › İş №2-2(102)-526/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-526/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-526/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Sərafəddin oğlu, “D.X1” MMC, Cavabdeh4 MMC və Cavabdeh3 MMC-yə qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-526/2023 Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi məqsədilə tutmanın ipoteka və girov predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Sərafəddin oğlu, “D.X1” MMC, Cavabdeh4 MMC və Cavabdeh3 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi məqsədilə tutmanın ipoteka və girov predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(103)-430/2023 saylı qətnaməsindən cavabdeh “D.X1” MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. ASC “Xalq” Bankı və “D.X1” MMC arasında bağlanmış 2021-ci il 1 iyun tarixli,DKM/**********67921 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 60 ay müddətinə 6.000.000 ABŞ dolları məbləğində, kreditdən istifadəyə görə illik 7 faiz ödənilməsi şərti ilə kredit verməyi, borcalan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlə rlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. Bununla tərəflər təsdiq edir ki, borcalanın bu müqavilənin 3.4.12-ci və 3.4.13-cü yarımbəndləri ilə üzərinə götürdüyü öhdəliklər nəzərə alınmaqla bank tərəfindən bu bəndin birinci abzası ilə kreditdən istifadəyə görə müəyyən olunan illik faiz dərəcəsi bu müqavilənin bağlandığı məqamda Bankda mövcud olan eyni növlü kreditlər üçün müəyyən olunmuş illik faiz dərəcəsindən aşağı təyin edilmişdir. Müqavilənin 1.3-cü bəndinə görə borcalanın bu müqavilə üzrə öhdəliklərinin icrasının təminatı qismində 2021-ci il 1 iyun tarixli, DKM/**********67921/İP1 nömrəli, DKM/**********67921/İP2 nömrəli, DKM/**********67921/İP3 nömrəli və DKM/**********67921/İP4 nömrəli sonrakı ipoteka müqavilələri, 2021-ci il 1 iyun tarixli, DKM/**********7921/GM1 nömrəli və DKM/**********67921/GM2 nömrəli girov müqavilələri üzrə girov predmeti olan əmlak obyektləri çıxış edir. Müqavilənin 1.4-cü bəndinə görə kredit üzrə faktiki illik faiz dərəcəsi barədə məlumat, faiz dərəcəsinin hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin siyahısı və miqdarı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 02 nömrəli Əlavədə göstərilir. 2. 2021-ci il 1 iyun tarixli, DKM/**********67921 nömrəli kredit müqaviləsi üzrə 2021-ci il 17 iyul tarixdə 01 nömrəli, 2021-ci il 19 avqust tarixdə 02 nömrəli, 2022-ci il 1 fevral tarixdə 03 nömrəli Əlavə sazişlər bağlanmışdır.

3. İpoteka saxlayan qismində ASC “Xalq” Bankı ilə ipoteka qoyan qismində Cavabdeh5 arasında bağlanmış 2021-ci il 1 iyun tarixli, DKM/**********67921/İP1 nömrəli Son rakı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən 2010-cu il 12 avqust tarixli Çıxarışa (reyestr nömrəsi: **********71, qeydiyyat nömrəsi **********) əsasən ipoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan ünvan 1i ünvanında yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə ehtiyat fondu torpaqlarına aid olan 4.0 ha torpaq sahəsi təşkil etmişdir.

4. İpoteka saxlayan qismində ASC “Xalq” Bankı ilə ipoteka qoyan qismində Cavabdeh4 MMC arasında bağlanmış 2021-ci il 1 iyun tarixli, DKM/**********67921/İP2 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka mü qaviləsinin predmetini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən 2017-ci il 11 iyul tarixli ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 11908 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 6.0733 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 3 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə Kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 9.127 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 4.9998 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 0.708 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən Qəbələ rayonu, O vcullu kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 3.8651 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 6.9207 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 3 ha torpaq sahəsi, 103819 nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 27.8991 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 7.5083 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 15.3718 ha torpaq sahəsi təşkil etmişdir.

5. İpoteka saxlayan qismində ASC “Xalq” Bankı ilə ipoteka qoyan qismində Cavabdeh1 arasında bağlanmış 2021-ci il 1 iyun tarixli, DKM/**********67921/İP3 nömrəli Sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqq ında daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan Quba rayonu, Alekseyevka kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 7.30 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan ünvan 1ində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 35.9507 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan Quba rayonu, Davidoba kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 14.6273 ha torpaq sahəsinə, ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan Quba rayonu, Davidoba kəndində yerləşən, kateqoriyasına (məqsədli təyin atına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 17.0376 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan ünvan 1ində yerləşən, kateqoriyasına (məqsədli təyinatımla görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 35.161 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Davidoba kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 33.093447 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan ünvan 1ində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 16.1374 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan Quba rayonu, Ərməkiqışlaq kəndində yerləşən, kateqoriyasına (məqsədli təy inatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 33.585 ha torpaq sahəsi təşkil etmişdir.

6. İpoteka saxlayan qismində ASC “Xalq” Bankı ilə ipoteka qoyan qismində Cavabdeh2 arasında bağlanmış 2021-ci il 1 iyun tarixli, DKM/**********67921/İP4 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka predmetini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan ünvan 1ində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 5.2813 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan Quba rayonu, Dəlləkli kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 38.2911 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 14.4078 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan Quba rayonu, Dəlləkli kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 3.0747 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan Quba rayonu, Dəlləkli kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 7.55758 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, D əlləkli kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 8.6233 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan ünvan 1ində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 11 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 50 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan Quba rayonu, Dəlləkli kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 4 ha torpaq sahəsi, ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan Quba rayonu, Zizik kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 4 ha torpaq sahəsi təşkil etmişdir.

7. İpoteka saxlayan qismində ASC “Xalq” Bankı ilə ipoteka qoyan qismində Cavabdeh3 arasında bağlanmış 2021-ci il 17 iyul tarixli, DKM/**********67921/İP5 nömrəli Sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka predmetini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən ipoteka qoyana məxsus olan ünvan 2i ünvanında yerləşən kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı torpaqlarına aid olan 26.2531 ha torpaq sahəsi təşkil edir.

8. ASC “Xalq” Bankı il ə Cavabdeh4 MMC arasında bağlanmış 2021-ci il 1 iyun tarixli, DKM/**********67921/GM1 nömrəli girov müqaviləsinin predmetini Qəbələ rayonu, Ovcullu kəndində yerləşən 9.127 ha (reyestr №: **********54) torpaq sahəsində quraşdırılmış filtrstansiya və Almaniya istehsalı olan “Grundfos” markalı, 65 m3/saat maksimal istehsal qabiliyyətinə malik 3 ədəd su nasosu, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən 0.708 ha (reyestr №: **********53) torpaq sahəsində quraşdırılmış filtrstansiya və Almaniya istehsalı olan “Grundfos” markalı, 65 m3/saat maksimal istehsal qabiliyyətinə malik 3 ədəd su nasosu, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən 9.127 ha (reyestr №: **********54) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan "xxxx" markalı 11 ədəd ana xətdən köməkçi xətlərə paylayıcı qurğu, Qəbələ ra yonu, Ovcullu kəndində yerləşən 0.708 ha (reyestr №: **********53) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan "xxxx" markalı 11 (on bir) ədəd ana xətdən köməkçi xətlərə paylayıcı qurğu, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən 9.127 ha (reyestr №: **********54) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan "xxxx" markalı 2 (iki) ədəd təmizləyici (balon) qurğu, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən 0.708 ha (reyestr №: **********53) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan "xxxx" markalı 2 ədəd təmizləyici (balon) qurğu, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən 9.127 ha (reyestr №: **********54) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan "xxxx" markalı 9 ədəd təmizləyici (filtr) qurğu, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən 0.708 ha (reyestr №: **********53) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan "xxxx" markalı 9 ədəd təmizləyici (filtr) qurğu, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən 9.127 ha (reyestr №: **********54) torpaq sahəsində quraşdırılmış 3 ədəd artezian quyusu, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən 0.708 ha (reyestr №: **********53) torpaq sahəsində quraşdırılmış 3 ədəd artezian quyusu, Qəbələ rayonu, Ovcullu və Mamaylı kəndlərində ümumilikdə 100.3811 ha torpaq sahələrində yerləşən, israil istehsalı olan "xxxx" markalı 214500 metr damcılama şlanqı (20 mm və 16 mm diametr) təşkil etmişdir.

9. ASC “Xalq” Bankı ilə “D X1” MMC arasında bağlanmış 2021-ci il 1 iyun tarixli, DKM/**********67921/GM2 nömrəli girov müqaviləsinin predmetini ünvan 1ində yerləşən 11 ha (reyestr №: **********23) torpaq sahəsində qu raşdırılmış fiİtrstansiya və İtaliya istehsalı olan “LOWARA” markalı, 150 m3/saat maksimal istehsal qabiliyyətinə malik 1 ədəd su nasosu, ünvan 1ində yerləşən 11 ha (reyestr №: **********23) torpaq sahəsində quraşdırılmış filtrstansiya və İtaliya istehsalı olan “LOWARA” markalı, 200 m3/saat maksimal istehsal qabiliyyətinə malik 1 ədəd su nasosu, ünvan 1ində yerləşən 11 ha (reyestr №: **********23) torpaq sahəsində quraşdırılmış filtrstansiya və İtaliya istehsalı olan “Wilo” markalı, 50 m3/saat maksimal istehsal qabiliyyətinə malik 1 ədəd su nasosu, ünvan 1ində yerləşən 11 ha (reyestr №: **********23) torpaq sahəsində quraşdırılmış, İsrail istehsalı olan "xxxx" markalı 23 ədəd ana xətdən köməkçi xətlərə paylayıcı qurğu, ünvan 1ində yerləşən 11 ha (reyestr №: **********23) torpaq sahəsində q uraşdırılmış, İsrail istehsalı olan "xxxx" markalı 5 ədəd təmizləyici qurğu (balon), ünvan 1ində yerləşən 11 ha (reyestr №: **********23) torpaq sahəsində quraşdırılmış, İsrail istehsalı olan "xxxx" markalı 2 ədəd təmizləyici qurğu (filtr), ünvan 1ində yerləşən 50 ha (reyestr №: **********89) torpaq sahəsində quraşdırılmış filtrstansiya və İtaliya istehsalı olan “LOWARA” markalı, 150 m3/saat maksimal istehsal qabiliyyətinə malik, maksimal təzyiqli 1 ədəd su nasosu, ünvan 1ində yerləşən 50 ha (reyestr №: **********89) torpaq sahəsində quraşdırılmış filtrstansiya və İtaliya istehsalı olan “LOWARA” markalı, 200 m3/saat maksimal istehsal qabiliyyətinə malik, maksimal təzyiqli 2 ədəd su nasosu, ünvan 1ində yerləşən 50 ha (reyestr №: **********89) torpaq sahəsində quraşdırılmış filtrstansiya və İtaliya istehsalı olan “LOWARA” markalı, 250 m3/saat maksimal istehsal qabiliyyətinə malik, maksimal təzyiqli 1 ədəd su nasosu, ünvan 1ində yerləşən 50 ha (reyestr №: **********89) torpaq sahəsində quraşdırılmış filtrstansiya və İtaliya istehsalı olan “Wilo” markalı, 50 m3 /saat maksimal istehsal qabiliyyətinə malik, maksimal təzyiqi 3 ədəd su nasosu, ünvan 1ində yerləşən 50 ha (reyestr №: **********89) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan "xxxx" markalı 60 (altmış) ədəd ana xətdən köməkçi xətlərə paylayıcı qurğu, ünvan 1ində yerləşən 50 ha (reyestr №: **********89) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan "xxxx" markalı 10 ədəd təmizləyici qurğuya (balon), ünvan 1ində yerləşən 50 ha (reyestr №: **********89) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı "xxxx " markalı 5 ədəd təmizləyici qurğuya filtr, Quba rayonu Vladimirovka, Davidoba, Zizik, Dəlləkli və Alekseveyka kəndlərində Cavabdeh2 və Cavabdeh1 məxsus ümumilikdə 339,128147 ha torpaq sahələrində yerləşən, İsrail istehsalı olan "xxxx" markalı ******* metr damcılama şlanqı təşkil etmişdir.

10. ASC “Xalq” Bankı ilə Cavabdeh3 MMC arasında bağlanmış 2021-ci il 7 iyul tarixli, DKM/**********67921/GM3 nömrəli girov müqaviləsinin predmetini ünvan 2ində yerləşən 26.2531 ha (reyestr №: **********71) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan "xxxx" markalı 6 ədəd ana xətdən köməkçi xətlərə paylayıcı qurğu, ünvan 2ində yerləşən 26.2531 ha (reyestr №: **********71) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan “Netafım” markalı 5 ədəd təmizləyici (balon) qurğu, ünvan 2ində yerləşən 26.2531 ha (reyestr №: **********71) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan "xxxx" markalı 62.000 metr damcılama şlanqı (20 mm və 16 mm diametr) təşkil etmişdir.

11. İpoteka predmetlərinə ipoteka hüququnun qeydiyyata alınmasına dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ASC “Xalq” Bankına İpoteka predmetləri üzrə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışlar verilmişdir. 12. 2022-ci il 19 yanvar tarixli ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin məzmunundan görünür ki, ipoteka saxlayan ASC “Xalq” Bankı tərəfindən ipoteka qoyanlara müvafiq bildirişlər göndərilmiş və tərəflər arasında bağlanmış müqaviləyə əsasən, ipotekaya q oyulmuş əmlakın 30 gün müddətində hərracda satılmasını xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Daha sonra 2022-ci il 11 fevral tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı və 5 saylı Ərazi İdarələrinə ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydiyyata alınması barədə ərizələrlə müraciət edilmiş, bildirişlər sonuncular tərəfindən qeydiyyata alınmışdır. 13. 2022-ci il 19 may tarixli, MŞB/6-2487 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdehlərə sessiyanın tarixi, saatı və yeri barədə 10 gün öncə post vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştirak etməmişdirlər. ASC “ Xalq” Bank tərəfindən ilkin mediasiya sessiyası üçün 400 manat məbləğində vəsait ödənmişdir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

14. ASC “Xalq” Bankı (bundan sonra – “iddiaçı”) “D.X1” MMC, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Sərafəddin oğlu, Cavabdeh4 MMC və Cavabdeh3 MMC-yə (bundan sonra – birlikdə cavabdehlər, ayrı – ayrılıqda müvafiq olaraq cavabdeh, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3) qarşı iddia ərizəsi ilə 2022-ci il 22 iyun tarixində (daha sonra iddia tələbinə dəyişiklik edilməsinə dair 2022-ci il 18 iyul, 2022-ci il 24 oktyabr, 2022-ci il 14 dekabr tarixli və iddia tələbinin həcminin artırılmasına dair 2022-ci il 16 dekabr tarixli ərizə ilə) Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2021-ci il 1 iyun tarixli DK M/**********67921/İP1 nömrəli, DKM/**********67921/İP2 nömrəli, DKM/**********67921/İP3 nömrəli, DKM/**********67921/İP4 nömrəli, DKM/**********67921/İP5 nömrəli ipoteka müqavilələri üzrə ipoteka predmeti qismində çıxış edən torpaq sahəslərinə, 2021-ci il 1 iyun tarixli DKM/**********67921/GM1 nömrəli, DKM/**********67921/GM2 nömrəli, 2021-ci il 17 iyul tarixli DKM/**********67921/GM3 nömrəli Girov müqavilələri üzrə girov predmetlərinə tutma yönəldilməsi, ipoteka və girov predmetləri açıq hərracda satılmaqla həmin əmlakların satışından əldə olunan vəsaitlərin hesabına borc alan cavabdehin 2021-ci il 1 iyun tarixli DKM/**********67921 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı 5.661.826,56 ABŞ dolları məbləğində əsas borcu, 2022-ci il 14 dekabr tarixinə kimi kreditdən istifadəyə gö rə hesablanmış 342.347,74 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, 2022-ci il 14 dekabr tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 faiz dərəcəsi ilə hesablanmış 452.092,89 ABŞ dolları məbləğində cərimə faizləri, cəmi 6.456.267,19 ABŞ dolları və 2022-ci il 14 dekabr tarixindən başlayaraq Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka və girov predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda və gecikdirmənin hər günü üçün illik 15 faiz dərəcəsi ilə hesablanan penya və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 1.440 manat məbləğində çəkilmiş xərclərin ipoteka və girov p redmetlərinin dəyərindən iddiaçının xeyrinə tutulması, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 5.834,50 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, İpoteka və Girov predmetlərinin ilkin satış qiymətlərinin müvafiq ipoteka və girov müqavilələrinin 3.5-ci bəndində göstərilmiş İikvid dəyərlərinə uyğun olaraq 1-ci ipoteka predmeti – 400.000 manat, 2-ci İpoteka predmeti – 107.000 manat, 3-cü İpoteka predmeti – 55.000 manat, 4-cü İpoteka predmeti – 27.000 manat, 5-ci İpoteka predmeti – 82.000 manat, 6-cı İpoteka predmeti – 45.000 manat, 7-ci İpoteka predmeti – 6.000 manat, 8-ci İ poteka predmeti – 35.000 manat, 9-cu İpoteka predmeti – 62.000 manat, 10-cu İpoteka predmeti – 27.000 manat, 11-ci İpoteka predmeti – 251.000 manat, 12-ci İpoteka predmeti – 68.000 manat. 13-cü İpoteka predmeti – 138.000 manat, 14-cü İpoteka predmeti – 131.000 manat, 15-ci İpoteka predmeti – 647.000 manat, 16-cı İpoteka predmeti – 263.000 manat, 17-ci İpoteka predmeti – 307.000 manat, 18-ci İpoteka predmeti – 633.000 manat, 19-cu İpoteka predmeti – 596.000 manat, 20-ci İpoteka predmeti – 290.000 manat, 21-ci İpoteka predmeti – 605.000 manat, 22-ci İpoteka predmeti – 95.000 manat, 23-cü İpoteka predmeti – 689.000 manat, 24-cü İpoteka predmeti – 260.000 manat, 25-ci İpoteka predmeti – 55.000 manat, 26cı İpoteka predmeti – 136.000 manat, 27-ci İpoteka predmeti – 155.000 manat, 28-ci İpoteka p redmeti – 198.000 manat, 29-cu İpoteka predmeti – 900.000 manat, 30-cu İpoteka predmeti – 72.000 manat, 31-ci İpoteka predmeti – 72.000 manat, 32-ci İpoteka predmeti – 235.000 manat, 1-ci və 2-ci Girov predmetləri birlikdə - 42.000 manat, 3-cü və 4-cü Girov predmetləri birlikdə - 8.140 manat, 5-ci və 6-cı girov predmetləri birlikdə - 12.800 manat, 7-ci və 8-ci Girov predmetləri birlikdə - 8.100 manat, 9-cu və 10-cu Girov predmetləri birlikdə - 81.000 manat, 11-ci girov predmeti – 150.150 manat, 12-ci və 13-cü Girov predmetləri birlikdə 13.000 manat, 18-ci və 19-cu Girov predmetləri birlikdə - 24.000 manat, 14-cü və 21-ci girov predmetləri birlikdə - 14.400 manat, 15-ci və 22-ci Girov predmetləri birlikdə - 30.710 manat, 16-cı və 23-cü Girov predmetləri birlikdə - 48.000 manat, 17-ci və 24- cü Girov predmetləri birlikdə - 3.150 manat, 25-ci Girov predmeti – 875.000 manat, 26-cı girov predmeti – 8.000 manat, 27-ci Girov predmeti – 2.220 manat, 28-ci Girov predmeti – 16.000 manat, 29-cu Girov predmeti – 43.400 manat müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 1 iyun tarixli DKM/**********67921 nömrəli Kredit müqaviləsinə (2021-ci il 17 iyul tarixli 01 nömrəli, 2021-ci il 19 avqust tarixli 02 nömrəli və 2022-ci il 1 fevral tarixli 03 nömrəli Əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla, sonuncuya 60 ay müddətinə, kreditdən istifadəyə görə illik 7 faiz ödənilməsi şərti ilə 6.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdə liklərin icrasını təmin etmək məqsədilə: iddiaçı, borc alan cavabdeh və Cavabdeh5 arasında sonuncuya məxsus ünvan 1i ünvanında yerləşən kateqoriyasına (məqsədli təyinatına) görə ehtiyat fondu torpaqlarına aid olan 4.0 ha torpaq sahəsinin (bundan sonra “1-ci İpoteka predmeti) ipoteka qoyulması barədə 2021-ci il 1 iyun tarixli DKM/01700İ600467921/İP1 nömrəli Sonrakı İpoteka müqaviləsi; iddiaçı, cavabdeh və digər cavabdeh MMC arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus olan daşınmaz əmlakların ipotekaya qoyulması barədə 2021-ci il 1 iyun tarixli DK.M/**********67921 /İP2 nömrəli sonrakı İpoteka müqaviləsi; iddiaçı, cavabdeh və digər Cavabdeh5 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus daşınmaz əmlakların ipoteka qoyulması barədə 2021-ci il 1 iyun tarixli DKM/**********67921/İP3 nömrəli sonrakı İpoteka müqaviləsi; iddiaçı, cavabdeh və digər Cavabdeh2 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus əmlakların ipoteka qoyulması barədə, 2021-ci il 1 iyun tarixli DKM/**********67921/İP4 nömrəli Sonrakı İpoteka müqaviləsinə əsasən iddiaçı, cavabdeh və digər cavabdeh ipoteka qoyan arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus daşınmaz əmlakın ipotekaya qoyulması barədə İpoteka müqaviləsi bağlanmışdır.

16. Qeyd edilən İpoteka predmetlərinə ipoteka hüququnun qeydiyyata alınmasına dair iddiaçıya İpoteka predmetləri üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışlar verilmişdir. Cavabdeh Kredit müqaviləsinin 2.3-cü və 2.4-cü bəndlərinə əsasən kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını həmin müqavilənin 01 nömrəli Əlavəsi olan Ödəniş cədvəlinə uyğun olaraq həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, kredit müqaviləsi üzrə əsas borc məbləğinə hesablanmış faizlərin mühüm hissəsini, əsas borc məbləğinin isə bir hissəsini ödəməmişdir. Cavabdeh tərəfindən qeyd olunan pozuntuya yol verildiyindən, buna uyğun olaraq kredit müqaviləsi ilə müəyyənləşdirilmiş əsaslar yarandığından iddiaçı kredit müqaviləsinin 3.1.3-cü yarımbəndində göstərilən hüququndan istifadə edərək bu barədə cavabdehə xəbərdarlıq göndərməklə hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin vaxtından əvvə l qaytarılmasını ondan tələb etmişdir. Cavabdeh məktubda qeyd olunan müddətdə həmin tələbləri icra etmədiyindən iddiaçı kredit müqaviləsi ilə müəyyənləşdirilən qaydada mövcud əsas borc məbləğini vaxtı keçmiş əsas borc kateqoriyasına aid etmişdir. Kredit müqaviləsi üzrə borc alan cavabdehin 2022-ci il 14 iyun tarixinə iddiaçı qarşısında 5.907.244,75 ABŞ dolları məbləğində gecikdirilmiş borcu yaranmışdır ki, bunun da 5.661.826,56 ABŞ dolları vaxtı keçmiş əsas borcdan, 245.418,19 ABŞ dolları isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarət olmuşdur. Bundan əlavə borc alan cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq iddiaçıya kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü ü çün illik 15 faiz dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, 2022-ci il 14 iyun tarixinə qeyd edilən məbləğ 27.455,90 ABŞ dollar təşkil etmişdir. Cavabdeh tərəfindən üzərinə götürmüş olduğu öhdəliklər kobud şəkildə pozulduğuna görə iddiaçının kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında müvafiq bildirişlər göndərilmiş və iddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmetləri hesabına ödənilməsi üçün bu əmlak obyektlərinin 30 gün müddətindən gec olmayaraq satılması tələb olunmuşdur. İddiaçı tərəfin dən ipoteka qoyulmuş əmlak obyektlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydiyyata alınması barədə ərizələr ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciətlər edilmiş və həmin idarə tərəfindən müvafiq olaraq bildirişlər qeydə alınmışdır.

17. İddiaçı tərəfindən cavabdehlərə ipoteka qoyulmuş əmlak obyektlərinin satılması və İddiaçının yuxarıda qeyd edilən tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, cavabdehlər tərəfindən göstərilən istiqamətdə heç bir addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürmüş olduğu öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlamış və bu şərt cavabdehin kredit müqaviləsini bağlamaqla, iddiaçı kreditdən istifad əyə görə həmin müqavilədə nəzərdə tutulmuş müddətdə və faiz dərəcəsi ilə hesablanan faizlər formasında gəlir əldə etməyi nəzərdə tutmuşdur. Lakin cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması və bunun nəticəsində iddiaçının müvafiq krediti vaxtından əvvəl tələb etməsi ilə əlaqədar olaraq iddiaçı həmin kreditin iddiaçıya faktiki qaytarılma tarixənədək olan dövr üçün kreditə hesablanan faizlər formasında gəlir (əldən çıxmış fayda) əldə etmək imkanından məhrum olmuşdur. Kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin (2026-cı il 1 iyun) hələ də bitmədiyini və iddiaçı müvafiq dövr üçün əldən çıxmış faydanın hesablanmasında kredit müqaviləsində göstərilmiş faiz dərəcəsinin (illik 7 faiz) əldə rəhbər tutulmasını əsaslı hesab etmişdir. Cavabdeh tər əfindən əsas borc məbləğinin qaytarılması üzrə öhdəliklərin icrası gecikdirildiyinə görə gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən illik 15 faiz dərəcəsi ilə iddiaçıya dəbbə pulu ödənilməlidir. İddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürmüş olduğu iddia tələbləri qanuni və əsaslı olmuşdur.

18. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 443.2, 528-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 33. 34, 39-cu maddələrinə istinad etmişdir.

19. Cavabdehlər tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.

20. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 avqust tarixli e-2-2(113)-3650/2022 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspe rtizası təyin edilmişdir.

21. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 avqust tarixli e-2-2(113)-3650/2022 saylı qərardadı ilə kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi barədə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış mütəxəssis rəyinin verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 12 sentyabr tarixli, 9/6123 nömrəli rəyinə əsasən, iddiaçı ilə cavabdeh arasında bağlanan 2021-ci il 1 iyun tarixli kredit müqaviləsi üzrə 2022-ci il 18 iyul tarixinə yaranmış borcu: əsas borc üzrə - 5.661.826,56 ABŞ dolları, faiz borcu üzrə - 249.874,20 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. 23. "xxxx" MMC-nin 2022-ci il 15 noyabr tarixli, LP-170/2022 nömrəli rəyinə əsasən, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən ümumi sahəsi 3.8651 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 43.000 manat, likvid qiyməti isə 38.500 manat; Qəbələ rayonu, Ovcullu kəndində yerləşən ümumi sahəsi 6.9207 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 76.000 manat, likvid qiyməti isə 68.000 manat; Qəbələ rayonu, Ovcullu kəndində yerləşən ümumi sahəsi 7.5083 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 82.000 manat, likvid qiyməti isə 74.000 manat; Qəbələ rayonu, Ovcullu kəndində yerləşən ümumi sahəsi 9.127 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 100.000 manat, likvid qiyməti isə 90.000 manat; Qəbələ rayonu, Ovcullu kəndində yerləşən ümumi sahəsi 4.9998 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 55.000 manat, likvid qiyməti isə 49.000 manat; Qəbələ rayonu, Ovcullu kəndində yerləşən ümumi sahəsi 0.708 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 7.700 manat, likvid qiyməti isə 6.000 manat; Qəbələ rayonu. Ovcullu kəndində yerləşən ümumi sahəsi 15.3718 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 169.000 manat, likvid qiyməti isə 151.800 manat məbləğində müəyyən edilmişdir. 24. "xxxx" MMC-nin 2022-ci il 15 noyabr tarixli, LP-171/2022 nömrəli rəyinə əsasən, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən ümumi sahəsi 11.908 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 131.000 manat, likvid qiyməti isə 117.000 manat; Qəbələ rayonu, Mamaylı kəndində yerlə şən ümumi sahəsi 6.0733 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 67.000 manat, likvid qiyməti isə 61.000 manat; Qəbələ rayonu, Mamaylı kəndində yerləşən ümumi sahəsi 3.0 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 33.000 manat, likvid qiyməti isə 29.700 manat; Qəbələ rayonu, Mamaylı kəndində yerləşən ümumi sahəsi 3.0 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 33.000 manat, likvid qiyməti isə 29.700 manat; Qəbələ rayonu, Mamaylı kəndində yerləşən ümumi sahəsi 27.8991 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 307.000 manat, likvid qiyməti isə 276.000 manat məbləğində müəyyən olunmuşdur. 25. "xxxx" MMC-nin 2022-ci il 15 noyabr tarixli, LP-169/2022 nömrəli rəyinə əsasən, Quba rayon u, Dəlləkli kəndində yerləşən ümumi sahəsi 38.2911 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 842.000 manat, likvid qiyməti isə 757.000 manat; Quba rayonu, Dəlləkli kəndində yerləşən ümumi sahəsi 3.0747 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 67.000 manat, likvid qiyməti isə 60.500 manat; Quba rayonu, Dəlləkli kəndində yerləşən ümumi sahəsi 7.5575 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 166.000 manat, likvid qiyməti isə 149.600 manat; Quba rayonu, Dəlləkli kəndində yerləşən ümumi sahəsi 8.6233 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 189.000 manat, likvid qiyməti isə 170.000 manat; Quba rayonu, Dəlləkli kəndində yerləşən ümumi sahəsi 4.0 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 88.000 manat, likvid qiyməti isə 79.000 manat; Quba rayonu, Dəlləkli kəndində yerləşən Cavabdeh4 MMC-yə məxsus olan qurğuların real bazar qiyməti 341.400 manat. Likvid qiyməti isə 302.190 manat məbləğində müəyyən edilmişdir. 26. "xxxx" MMC-nin 2022-ci il 15 noyabr tarixli, LP-173/2022 nömrəli rəyinə əsasən, Sabirabad rayonu, Məmişli kəndində yerləşən ümumi sahəsi 26.2531 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 288.000 manat, likvid qiyməti isə 258.500 manat; LP-167/2022 nömrəli rəyə əsasən, Quba rayonu, Ərməkiqışlaq kəndində yerləşən ümumi sahəsi 33.585 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 739.000 manat, likvid qiyməti isə 665.000 manat; LP-168/2022 nömrəli rəyə əsasən, Quba rayonu, Zizi k kəndində yerləşən ümumi sahəsi 4.0 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 88.000 manat, likvid qiyməti isə 7.900 manat; LP172/2022 nömrəli rəyə əsasən, Quba rayonu Alekseyevka kəndində yerləşən ümumi sahəsi 7.30 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 160.000 manat, likvid qiyməti isə 144.000 manat məbləğində müəyyən olunmuşdur. 27. "xxxx" MMC-nin 2022-ci il 15 noyabr tarixli, LP-165/2022 nömrəli rəyinə əsasən, ünvan 1ində yerləşən ümumi sahəsi 4.0 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 528.000 manat, likvid qiyməti isə 440.000 manat; ünvan 1ində yerləşən ümumi sahəsi 35.9507 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 790.000 manat, likvid qiyməti isə 711.000 manat; ünvan 1ində yerləşən ümumi sahəsi 35.161 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 773.000 manat, likvid qiyməti isə 696.000 manat; ünvan 1ində yerləşən ümumi sahəsi 16.1374 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 355.000 manat, likvid qiyməti isə 319.000 manat; ünvan 1ində yerləşən ümumi sahəsi 5.2813 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 116.600 manat, likvid qiyməti isə 104.500 manat; ünvan 1ində yerləşən ümumi sahəsi 14.4078 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 316.000 manat, likvid qiyməti isə 286.000 manat; ünvan 1ində yerləşən ümumi sahəsi 11.0 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 242.000 manat, likvid qiyməti isə 217.000 ma nat; ünvan 1ində yerləşən ümumi sahəsi 50.0 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 1.100.000 manat, likvid qiyməti isə 900.000 manat; LP-166/2022 nömrəli rəyə əsasən, Quba rayonu, Davidoba kəndində yerləşən ümumi sahəsi 14.6273 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 322.000 manat, likvid qiyməti isə 289.000 manat; Quba rayonu, Davidoba kəndində yerləşən ümumi sahəsi 17.0376 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 375.000 manat, likvid qiyməti isə 337.000 manat; Quba rayonu, Davidoba kəndində yerləşən ümumi sahəsi 33.093447 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin real bazar qiyməti 728.000 manat, likvid qiyməti isə 655.000 manat məbləğində müəyyən edilmişdir.

28. Cavabdeh 2022-ci il 27 dekabr tarixdə vəsatətlə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, mühasibatlıq və əmlakların qiymətləndirilməsi ekspertizasının təyin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

29. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 31 yanvar tarixli e-2-2(113)-99/2023 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş vəsatət rədd edilmişdir (hakim – İ.Əhmədov).

30. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 31 yanvar tarixli e-2-2(113)-99/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, 2021-ci il 1 iyun tarixli DKM/**********67921/İPİ nömrəli Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh5 məxsus ünvan 1i ünvanında yerləşən kateqoriyasına (məqsədli təyinatına) görə ehtiyat fondu torpaqlarına aid olan 4.0 ha torpaq sahəsinə - likvid qiyməti – 440.000 manat, ünvan 1ində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 35.9507 ha torpaq sahəsinə - likvid qiyməti – 711.000 manat, ünvan 1ində yerləşən, kateqoriyasına (məqsədli təyinatımla görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 35.161 ha torpaq sahəsinə likvid qiyməti – 696.000 manat, ünvan 1ində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 16.1374 ha torpaq sahəsinə - likvid qiyməti – 319.000 manat, 2021-ci il 1 iyun tarixli DKM/01700L600467921/İP4 nömrəli Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh2 məxsus ünvan 1ində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 5.2813 ha torpaq sahəsinə likvid qiyməti – 104.500 manat, ünvan 1ində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 14.4078 ha torpaq sahəsinə likvid qiyməti – 286.000 manat, ünvan 1ində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 11 ha torpaq sahəsinə- likvid qiyməti – 217.000 manat, ünvan 1ində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 50 ha torpaq sahəsinə likvid qiyməti – 900.000 manat, 2021-ci il 1 iyun tarixli DKM/**********67921/GM2 nömrəli Girov müqaviləsi üzrə girov predmeti qismində çıxış edən cavabdehə məxsus ünvan 1ində yerləşən 11 ha (reyestr nömrəsi: **********23) torpaq sahəsində quraşdırılmış fiİtrstansiya və İtaliya istehsalı olan “LOWARA” markalı, 150 m3/saat maksimal istehsal qabiliyyətinə malik 1 ədəd su nasosuna (likvid dəyəri 4.987.5 manat, ünvan 1ində yerləşən 11 ha (reyestr nömrəsi: **********23) torpaq sahəsində quraşdırılmış fıltrstansiya və İtaliya istehsalı olan “LOWARA” markalı, 200 m3/saat maksimal istehsal qabiliyyətinə malik 1 ədəd su nasosuna (likvid dəyəri 6.056 manat), ünvan 1ində yerləşən 11 ha (reyestr nömrəsi: **********23) torpaq sahəsində quraşdırılmış filtrstansiya və İtaliya istehsalı olan “Wilo” markalı, 50 m3/saat maksimal istehsal qabiliyyətinə malik 1 ədəd su nasosuna – (likvid dəyəri 2.850 manat), ünvan 1ində yerləşən 11 ha (reyestr nömrəsi: **********23) torpaq sahəsində quraşdırılmış, İsrail istehsalı olan "xxxx" markalı 23 ədəd ana xətdən köməkçi xətlərə paylayıcı qurğuya (likv id dəyəri 6.555 manat), ünvan 1ində yerləşən 11 ha (reyestr nömrəsi: **********23) torpaq sahəsində quraşdırılmış, İsrail istehsalı olan "xxxx" markalı 5 ədəd təmizləyici qurğuya (balon) – (likvid dəyəri 12.469 manat), ünvan 1ində yerləşən 11 ha (reyestr nömrəsi: **********23) torpaq sahəsində quraşdırılmış, İsrail istehsalı olan "xxxx" markalı 2 ədəd təmizləyici qurğuya (filtr) (likvid dəyəri 712.4 manat), ünvan 1ində yerləşən 50 ha (reyestr nömrəsi: **********89) torpaq sahəsində quraşdırılmış filtrstansiya və İtaliya istehsalı olan “LOWARA” markalı, 150 m3/saat maksimal istehsal qabiliyyətinə malik, maksimal təzyiqli 1 ədəd su nasosuna (likvid dəyəri 4.987.5 manat), ünvan 1ində yerləşən 50 ha (reyestr nömrəsi: **********89) torpaq sahəsində quraşdırılmış filtrstansiya və İtaliya istehsa lı olan “LOWARA” markalı, 200 m3/saat maksimal istehsal qabiliyyətinə malik, maksimal təzyiqli 2 ədəd su nasosuna (likvid dəyəri 12.112 manat), ünvan 1ində yerləşən 50 ha (reyestr nömrəsi: **********89) torpaq sahəsində quraşdırılmış filtrstansiya və İtaliya istehsalı olan “LOWARA” markalı, 250 m3/saat maksimal istehsal qabiliyyətinə malik, maksimal təzyiqli 1 ədəd su nasosuna – (likvid dəyəri 6.768 manat ), ünvan 1ində yerləşən 50 ha (reyestr nömrəsi: **********89) torpaq sahəsində quraşdırılmış filtrstansiya və İtaliya istehsalı olan “Wilo” markalı, 50 m3/saat maksimal istehsal qabiliyyətinə malik, maksimal təzyiqi 3 ədəd su nasosuna (likvid dəyəri 8.550 manat), ünvan 1ində yerləşən 50 ha (reyestr nömrəsi: **********89) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan "xxxx" markalı 60 ədəd ana xətdən köməkçi xətlərə paylayıcı qurğuya (likvid dəyəri 17.100 manat), ünvan 1ində yerləşən 50 ha (reyestr nömrəsi: **********89) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan "xxxx" markalı 10 ədəd təmizləyici qurğuya (balon) (likvid dəyəri 24.937.3 manat), ünvan 1ində yerləşən 50 ha (reyestr nömrəsi: **********89) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı "xxxx" markalı 5 ədəd təmizləyici qurğuya filtrə - (likvid dəyəri 1.781 manat), Quba rayonu Vladimirovka, Davidoba, Zizik, Dəlləkli və Alekseveyka kəndlərində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus ümumilikdə 339,128147 ha torpaq sahələrində yerləşən, İsrail istehsalı olan "xxxx" markalı 1.250.000 metr damcılama şlanqına (20 mm və 16 mm diametr) (likvid dəyəri 712.500 manat), 2021-ci il 1 iyun tarixli DKM/*** *******67921/İP2 nömrəli sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh MMC-yə məxsus Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 11.908 ha torpaq sahəsinə- likvid qiyməti 117.000 manat, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 6.0733 ha torpaq sahəsinə - likvid qiyməti 61.000, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 3 ha torpaq sahəsinə - likvid qiyməti 29.700, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 3 ha torpaq sahəsinə - likvid dəyəri 29.700 manat, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 27.8991 ha torpaq sahəsinə - likvid dəyəri – 276.000 manat, Qəbələ rayonu, Ovcullu və Mamaylı kəndlərində ümumilikdə 100.3811 ha torpaq sahələrində yerləşən, israil istehsalı olan "xxxx" markalı 214.500 metr damcılama şlanqına (20 mm və 16 mm diametr) (likvid dəyəri 122.265 manat), Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 9.127 ha torpaq sahəsinə - likvid qiyməti – 90.000 manat, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 4.9998 ha torpaq s ahəsinə - likvid qiyməti – 49.000 manat, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 0.708 ha torpaq sahəsinə likvid qiyməti – 6.000 manat, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 3.8651 ha torpaq sahəsinə likvid qiyməti – 38.500 manat, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 6.9207 ha torpaq sahəsinə likvid qiyməti – 68.000 manat, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 7.5083 ha torpaq sahəsinə - likvid qiyməti – 74.000 manat, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 15.3718 ha torpaq sahəsinə likvid qiyməti – 151.800 manat, 2021-ci il 1 iyun tarixli DKM/**********67921/İP5 № İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh ipoteka qoyana məxsus ünvan 2i ünvanında yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı torpaqlarına aid olan 26.2531 ha torpaq sahəsinə likvid dəyəri – 258.500 manat, 2021-ci il 1 iyun tarixli DKM/**********67921/GM1 nömrəli Girov müqaviləsi üzrə girov predmeti qismində çıxış edən cavabdeh MMC-yə məxsus Qəbələ rayonu, Ovcullu kəndində yerləşən 9.127 ha (reyestr nömrəsi: **********54) torpaq sahəsində quraşdırılmış filtrstansiya və Almaniya istehsalı olan “Grundfos” ma rkalı, 65 m3/saat maksimal istehsal qabiliyyətinə malik 3 ədəd su nasosuna (likvid qiyməti – 17.100 manat), Qəbələ rayonu, Ovcullu kəndində yerləşən 0.708 ha (reyestr nömrəsi: **********53) torpaq sahəsində quraşdırılmış filtrstansiya və Almaniya istehsalı olan “Grundfos” markalı, 65 m3/saat maksimal istehsal qabiliyyətinə malik 3 ədəd su nasosuna – (likvid qiyməti 17.100 manat), Qəbələ rayonu, Ovcullu kəndində yerləşən 9.127 ha (reyestr nömrəsi: **********54) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan "xxxx" markalı 11 ədəd ana xətdən köməkçi xətlərə paylayıcı qurğuya (likvid dəyəri 3.135 manat), Qəbələ rayonu, Ovcullu kəndində yerləşən 0.708 ha (reyestr nömrəsi: **********53) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan "xxxx" markalı 11 ədəd ana xətdən köməkçi xətlərə paylayıcı qurğuya – (likvid dəyəri 3.135 manat), Qəbələ rayonu, Ovcullu kəndində yerləşən 9.127 ha (reyestr nömrəsi: **********54) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan "xxxx" markalı 2 ədəd təmizləyici (balon) qurğuya (likvid dəyəri 4.987.5 manat), Qəbələ rayonu, Ovcullu kəndində yerləşən 0.708 ha (reyestr nömrəsi: **********53) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan "xxxx" markalı 2 ədəd təmizləyici (balon) qurğuya – (likvid dəyəri 4.987.5 manat), Qəbələ rayonu, Ovcullu kəndində yerləşən 9.127 ha (reyestr nömrəsi: **********54) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan "xxxx" markalı 9 ədəd təmizləyici (filtr) qurğuya (likvid dəyəri 3.206 manat), Qəbələ rayonu, Ovcullu kəndində yerləşən 0.708 ha (reyestr nömrəsi: **********53) torpaq sahəsində qura şdırılmış İsrail istehsalı olan "xxxx" markalı 9 ədəd təmizləyici (filtr) qurğuya – (likvid dəyəri 3.206 manat), Qəbələ rayonu, Ovcullu kəndində yerləşən 9.127 ha (reyestr nömrəsi: **********54) torpaq sahəsində quraşdırılmış 3 ədəd artezian quyusuna (likvid dəyəri 32.062.5 manat), Qəbələ rayonu, Ovcullu kəndində yerləşən 0.708 ha (reyestr nömrəsi: **********53) torpaq sahəsində quraşdırılmış 3 ədəd artezian quyusu – (likvid dəyəri 32.062.5 manat), 2021-ci il 1 iyun tarixli DKM/**********67921/İP3 nömrəli Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 7.30 ha torpaq sahəsinə likvid qiyməti – 144.000 manat, Quba rayonu, D avidoba kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 14.6273 ha torpaq sahəsinə likvid qiyməti – 289.000 manat, Quba rayonu, Davidoba kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 17.0376 ha torpaq sahəsinə likvid qiyməti – 337.000 manat, Quba rayonu, Davidoba kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 33.093447 ha torpaq sahəsinə likvid qiyməti – 655.000 manat, Quba rayonu, Ərməkiqışlaq kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 33.585 ha torpaq sahəsinə - likvid qiyməti 665.000 manat, Quba rayonu, Dəlləkli kəndində yerləşən, kateqoriya sına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 38.2911 ha torpaq sahəsinə likvid qiyməti – 757.000 manat, Quba rayonu, Dəlləkli kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 3.0747 ha torpaq sahəsinə likvid qiyməti – 60.500 manat, Quba rayonu, Dəlləkli kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 7.55758 ha torpaq sahəsinə likvid qiyməti – 149.600 manat, Quba rayonu, Dəlləkli kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 8.6233 ha torpaq sahəsinə likvid qiyməti – 170.000 manat, Quba rayonu, Dəlləkli kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfat ı təyinatlı torpaqlara aid olan 4 ha torpaq sahəsinə likvid qiyməti – 79.000 manat, Quba rayonu, Zizik kəndində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan 4 ha torpaq sahəsinə - likvid qiyməti – 7.900 manat, 2021-ci il 17 iyul tarixli DKM/**********67921/GM3 nömrəli Girov müqaviləsi üzrə girov predmeti qismində çıxış edən cavabdeh ipoteka qoyana məxsus ünvan 2ində yerləşən 26.2531 ha (reyestr nömrəsi: **********71) torpaq sahəsində quraşdırılmış fiİtrstansiya və İtaliya istehsalı olan “LOWARA” markalı, 200 m3/saat maksimal istehsal qabiliyyətinə malik 1 ədəd su nasosuna (likvid dəyəri 6.056 manat), ünvan 2ində yerləşən 26.2531 ha (reyestr nömrəsi: **********71) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan "xxxx" markalı 6 ədəd ana xətdən köməkçi xətlərə paylayıcı qurğuya (likvid dəyəri 1.710 manat), ünvan 2ində yerləşən 26.2531 ha (reyestr nömrəsi: **********71) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan “Netafım” markalı 5 ədəd təmizləyici (balon) qurğuya (likvid dəyəri 12.468 manat), ünvan 2ində yerləşən 26.2531 ha (reyestr nömrəsi: **********71) torpaq sahəsində quraşdırılmış İsrail istehsalı olan "xxxx" markalı 62.000 metr damcılama şlanqına (20 mm və 16 mm diametr) (likvid dəyəri 35.340 manat) tutma yönəldilsin, ipoteka və girov predmetləri açıq hərracda satılsın və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına cavabdeh MMC-nin 2021-ci il 1 iyun tarixli DKM/**********67921 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı 5.661.826,56 ABŞ dolları məbləğində əsas borc, 2022-ci il 14 dekabr tarixinə kimi kreditdən istifadəyə görə hesablanmış 342.347,74 ABŞ dolları məbləğində faiz borcu və 283.000 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 6,287,174.30 ABŞ dolları borc məbləğinin ödənilməsi, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 1.440 manat məbləğində çəkilmiş xərclər ipoteka və girov predmetlərinin dəyərindən iddiaçının xeyrinə tutulması, İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat mediasiya xərci və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 5.834.50 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, əmlakların qiymətləndirilməsi məqsədilə mütəxəssis rəyinin verilməsi ilə bağlı 3.500 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır (hakim – İ.Əhmədov).

31. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Təyin edilmiş ekspertizanın nəticələrinə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 2022-ci il 12 sentyabr tarixli 9/6123 nömrəli ekspert rəyində göstərilmişdir ki, cavabdehin iddiaçının maliyyə arayışında borcun hesablandığı 2022-ci il 18 iyul tarixinə əsas borcu 5,661,826.56 ABŞ dolları, faiz borcu 249,874.20 ABŞ dolları təşkil etmişdir. Ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış razılaşma üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün cavabdehə cərimə borcu hesablanmamışdır. Məhkəmə iddia tələbini ipoteka və girov predmetlərinin satışından alınan pul məbləğinin 452.092,89 ABŞ dolları məbləğində cərimənin ödənilməsinə yönəlməsi hissəsində qismən əsaslı hesab etmişdir. Belə ki, hazırkı iş üzrə əsas borcun 5.661.826,56 ABŞ dolları, 342.347,74 ABŞ dolları faiz borcu təşkil etməsini, borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə ipoteka və girov predmetlərinin satışından alınan pul məbləğinin 283.000 ABŞ dolları məbləğində cərimənin ödənilməsinə yönəlməlidir. İ ddiaçı tələbində 2022-ci il 14 dekabr tarixdən başlayaraq kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka və girov predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə 7 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda və gecikdirmənin hər günü üçün illik 15 faiz dərəcəsi ilə hesablanan penyanın tutulmasını xahiş etmişdir. Məhkəmə bu hissədə iddia tələbini əsassız hesab etmiş və bildirmişdir ki, həmin hissədə iddia tələbi qeyrimüəyyən xarakter daşımış və tələbin hansı dövrü əhatə etməsi və hansı məbləği özündə ehtiva etməsi məlum olmamışdır. Məhkəmə iddia tələbini ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 1.440 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetlərinin dəyərindən t utularaq iddiaçıya ödənilməsi hissəsində, eyni zamanda mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pulun və 5.834,40 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində də əsaslı hesab etmişdir.

32. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 269.1, 269.5, 270.1, 295, 317.1, 319.1, 385.1, 386.1, 442, 448.1, 460.1, 462.3, 467, 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34, 39.3, 41.1-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə, MPM-in 107, 115.0.1, 119.1, 217.3. 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. Cavabdeh 2023-cü il 2 mart tarixində apellyasiya şikayəti verərək, həmin qətnaməni n iddia tələbinin təmin edilən hissəsində ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

34. Cavabdeh 2023-cü il 25 aprel tarixdə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, təkrar məhkəmə - mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 iyun tarixli 2-2(103)-430/2023 nömrəli məhkəmə iclas protokolundan görünür ki, cavabdehin vəsatəti təmin edilməmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

36. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(103)-430/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, 2021-ci il 1 iyun tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, ünvan 1ində yerləşən kənd təsərrüfatlı təyinatı olan 4 ha torpaq sahəsinin bazar dəyəri 480.000 manat, likvid dəyəri 400.000 manat müəyyən edilmişdir. Lakin 2022-ci il 15 noyabr tarixində verilmiş mütəxəssis rəyində həmin torpaq sahəsinin bazar dəyəri 528.000 manat, likvid dəyəri isə 440.000 manat təşkil etmişdir. Belə ki, apellyasiya məhkəməsi bir il ərzində torpağın likvid dəyərinin 40.000 artmasının ağlabatan olduğunu, sözügedən torpaq sahəsinin və ipoteka predmeti olan digər əmlaklarının bazar və likvid də yərinin bu qiymətlərdən məhkəmə tərəfindən müəyyən edilmiş qiymətlərdən daha artıq olduğuna dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, tutma yönəldilmiş əmlakların ilkin qiymətləri ilə bağlı hissədə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar mövcud olmamışdır. Cərimə borcunun tutulması ilə bağlı hissədə apellyasiya məhkəməsi vurğulamışdır ki, kredit öhdəliyi üzrə qalıq əsas borc məbləğinin 5.661.826,56 ABŞ dolları məbləğində olduğu nəzərə alınarsa cavabdehdən 283.000 ABŞ dolları məbləğində cərimə tutulması (əsas borcun təxminən 5 faizi) ağlabatan və mütənasib olmuşdur.

38. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən kredit öhdəliyi üzrə qətnamə qəbul edildiyi tarixədək 2023-cü il 27 yanvar tarixdə 11.200 ABŞ dolları, 2023cü il 31 yanvar tarixdə 12.000 ABŞ dolları ödəniş edilmiş, bu ödənişlər faiz borcundan silinmişdir. Belə ki, 2023-cü il 27 yanvar tarixdə ödənilmiş 11.200 ABŞ dolları, 2023-cü il 31 yanvar tarixdə ödənilmiş 12.000 ABŞ dolları, 2023-cü il 17 fevral tarixdə ödənilmiş 11.758 ABŞ dolları, 2023-cü il 24 fevral tarixdə ödənilmiş 17.636,68 ABŞ dolları, 2023-cü il 28 fevral tarixdə ödənilmiş 1.762 ABŞ dolları, cəmi 44.356,68 ABŞ dolları ödənişlərin qətnamənin icrası mərhələsində nəzərə alınmalı olması qeyd edilmişdir.

39. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.1, 269.5, 270.1, 295, 317.1, 319.1, 385.1, 386.1, 442, 448.1, 460.1, 462.3, 467, 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34, 38.2, 39.3, 39.3.1, 39.3.2, 39.3.3. 39.3.4, 4 1.1-ci maddələrinə, MPM-in 14.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

40. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 12 iyun tarixdə cavabdehə və nümayəndəsinə göndərilmişdir.

41. Cavabdeh 2023-cü il 11 avqust tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

42. MM-in 467-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, bir çox sahibkarların kreditlərinin ödənilməsində yaranmış çətinliklər bilavasitə onların təqsirindən deyil, ölkə ərazisində pandemiya vəziyyətinin mövcudluğu ilə bağlı olmuşdur. Belə olduğu təqdirdə əsas borca münasibətdə 283.000 ABŞ dolları məbləğində dəbbə pulunun tətbiq olunması ağlabatan və ədalətli olmamışdır.

43. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, məhkəmə ipoteka predmetlərinin likvid qiymətini müəyyən edən qiymətləndirmə hesabatlarını ətraflı araşdırmamış, nəticə etibarı ilə eyni ərazidə olan və eyni təyinatlı torpaq sahələrinin arasında kəskin olan qiymət fərqi müəyyən olardı. Həmçinin iddiaçının tələb etmiş olduğu faiz borc məbləği ilə ekspert rəyi ilə müəyyən olmuş məbləğ arasında fərq yaranmışdır. Belə ki, birinci instansiya məhkəməsində işə baxıldığı zaman, cavabdeh tərəfindən müqavilə üzrə çoxsaylı ödənişlər (həmin ödənişləri təsdiq edən sənəd məhkəmə portalına əlavə olunmuşdur) həyata keçirilmişdir ki, həmin ödənişlər həm əsas, həm faiz, həm də cərimə borcunun azalması səbəbinə gəli nmişdir. Lakin, qətnamə qəbul olunarkən qeyd olunan məhkəmələr tərəfindən nəzərə alınmamış və nəticədə səhv qətnamənin qəbul olunması ilə nəticələnmişdir.

44. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi tarixdən keçən dövrdə də (2023-cü il 31 yanvar – 2023-cü il 19 aprel tarixləri ərzində) cavabdeh tərəfindən yeni ödənişlər həyata keçirilmişdir ki, həmin ödənişlərində kredit borcuna hansı qaydada silinməsinin müəyyən edilməsi zərurəti yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etiraz

45. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək MPM-nin 417.1.1-ci maddəsinə əsasən cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 31 may tarixli 2-2(103)-430/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvəd ə saxlanılmasını xahiş etmişdir.

46. Etirazda bildirilmişdir ki, cavabdeh kreditin ödənilməsində yaranmış problemi dünyada və ölkə ərazisində mövcud olan pandemiya ilə əlaqələndirmişdir. Lakin tərəflər arasında müqavilə 2021-ci il 1 iyun tarixdə bağlanarkən artıq dünyada və ölkə ərazisində pandemiya şəraiti ilə bağlı cavabdehə məlum olmuş və cavabdeh tərəfindən pandemiya şəraitini əsas gətirərək kredit ödənişlərindən yayınması əsassız olmuşdur. Həmçinin cavabdeh ipoteka predmetlərinin faktiki dəyərinin daha yüksək olması ilə bağlı nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya instansiyası məhkəməsinə sübut və ya sübut kimi qəbul oluna biləcək hər hansı sənəd təqdim edə bilməmişdir.

47. Qətnamə ilə müəyyən edilmiş borc məbləği borc alanın kredit müqaviləsi üzrə 2022-ci il 14 dekab r tarixinə iddiaçı qarşısında mövcud olan borc məbləğindən ibarət olmuşdur. Həmin tarixdən sonra qətnamə qəbul olunan tarixə kimi (2023-cü il 27 yanvar tarixli və 2023cü il 31 yanvar tarixlərində) cavabdeh tərəfindən edilmiş ödənişlərin hansı məbləğdə olması və müvafiq olaraq hansı ardıcıllıqla silinməsi məsələsi apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və bununla bağlı iddiaçı tərəfindən 2023-cü il 27 aprel tarixli arayış təqdim olunmuşdur. Cavabdeh tərəfindən 2022-ci il 14 dekabr tarixinə edilmiş hər – hansı ödənişin müvafiq olaraq iddiaçı tərəfindən nəzərə alınmaması ilə bağlı isə cavabdeh tərəfindən konkret olaraq hər – hansı sübut təqdim olunmamışdır. IV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

48. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

49. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur....” “Maddə

270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir....” “Maddə

295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satm aq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onu n iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nə zərdə tutulan digər üsullarla təmin edilə bilər....” “Maddə

462. Dəbbə pulu anlayışı... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqları nı müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” 52. “İpoteka haqqında” Azərbaycan Respublikası 2005-ci il 15 aprel tarixli, 883 nömrəli Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

3. İpotekanın tətbiq sahəsi 3.1. İpoteka ilə borc, alğı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər....” “Maddə

10. İpoteka müqaviləsi... 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir....” “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağ ıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması … 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. i poteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri....” “Maddə

41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər....”

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət h əddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

54. Məhkəmə kollegiyası ərizəçinin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 41 6.1-ci maddəsi).

55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayəti nin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli, 2-2(103)-430/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

57. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, kreditlərin ödənilməsində çətinliklər bilavasitə onların təqsiri ucbatından deyil, ölkə ərazisində pandemiya vəziyyətinin mövcudluğu ilə bağlı olmuş, əsas borca münasibətdə 283.000 ABŞ dolları məbləğində dəbbə pulunun tətbiq olunması ağlabatan və ədalətli olmamışdır. İşə birinci instansiya məhkəməsində baxıldığı zaman cavabdeh tərəfindən müqavilə üzrə çoxsaylı ödənişlər edilmiş, lakin qətnamə qəbul olunarkən həmin ödənişlər məhkəmələr tərəfindən nəzərə alınmamışdır.

58. Məhkəmə kollegiyası kassasiya şi kayətinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 59. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

60. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, MM-in 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

61. Həmçinin, MM-in 390.1-c i maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

62. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.2-ci bəndində əsasən borc alan barəsində əsas borc məbləğinin qaytarılması üzrə öhdəliklərin icrası gecikdirildiyi halda, gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün illik 15 % dərəcəsi ilə kreditora dəbbə pulunun ödənilməsi öhdəliyi də nəzərdə tutulmuşdur. MM-in n 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənaf eləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda, iddiaçı 452.092,89 ABŞ dolları məbləğində penya tələbi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək hesab etdiyi dəbbə pulunu xeyli miqdarda azaltmışdır.

63. Bundan başqa, cavabdeh kassasiya şikayətində kreditin ödənilməsində yaranmış çətinliyi bilavasitə öz təqsiri ucbatından deyil, dünyada və o cümlədən ölkə ərazində mövcud olan pandemiya ilə əlaqələndirmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, tərəflər arasında 2021-ci il 1 iyun tarixdə kredit müqaviləsi bağlanarkən artıq pandemiyanın başlanmasından uzun müddət keçmişdir ki, cavabdehin kassasiya şikayətinin kreditin ödənişlərində yaranmış çətinliklərin pandemiya ilə əlaqələndirilməsinə dair dəlilləri əsassız olmuş, habelə pandemiyanın onun kredit öhdəlikləri üçün çətinliklər yaratmasına dair sübutları aşağı instansiya məhkəmələrinə təqdim olunmamışdır. Bununla yanaşı, tərəflər arasında bağlanmış 2021-ci il 1 iyun tarixli kredit müqaviləsinin 3.4.3.4-cü bəndində borcalanın kreditin ümidsiz və ya təminatsız kreditə çevrilməsi ilə bağlı ehtimalları yarandığı halda 3 iş günü ərzində bankı yazılı surətdə xəbərdar etmək vəzifəsi nəzərdə tutulmuşdur.

64. Cavabdeh kassasiya şikayətində məhkəmə tərəfindən qət edilmiş borc məbləği ilə razılaşmayaraq onun tərəfindən yeni ödənişlər edildiyini, bunun isə nə aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmadığını bildirmişdir. Məhkəmə kollegiyası işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən qeyd edir ki, qətnamə ilə müə yyən olunmuş borc məbləği borc alanın kredit müqaviləsi üzrə 2022-ci il 14 dekabr tarixinə mövcud borc məbləğindən ibarət olmuş. Bununla belə həmin tarixdən sonra qətnamənin qəbul edildiyi tarixədək borc alan tərəfindən edilmiş ödənişlərin hansı məbləğdə olması və müvafiq olaraq hansı ardıcıllıqla silinməsi məsələsi apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış, bununla bağlı cavabdeh tərəfindən 2023-cü il 27 aprel tarixli Arayış təqdim edilmiş, cavabdeh MMC tərəfindən 2022-ci il 14 dekabr tarixinə qədər edilmiş hər-hansı ödənişlərin iddiaçı tərəfindən nəzərə alınmaması ilə bağlı isə cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində sonradan edilmiş ödənişlərin qətnamənin icrası mərhələsində nəzərə alınmalı o lduğunu da vurğulamışdır.

65. Bundan başqa kassasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş ipoteka və girov predmetlərinin ilkin satış qiymətləri ilə razılaşmayaraq əmlakların bazar və likvid dəyərinin daha yüksək olduğunu, bu halın isə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadığını qeyd edilmişdir. Halbuki, cavabdeh ipoteka predmetlərinin faktiki dəyərinin daha yüksək olması ilə bağlı nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya instansiyası məhkəməsinə dəlilinin doğruluğunu, məhkəmə aktının isə həmin hissədə qüsurlu olmasını təsdiq edən sübut və ya sübut kimi qəbul oluna biləcək hər-hansı sənədləri təqdim edə bilməmişdir.

66. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların v ə işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

67. Həmçinin, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

68. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında, habelə tərəflər arasında mövcud münasibətləri tənzimləyən maddi hüquqi normalar baxımından hüquqi qiymətləndirməni düzgün aparmış, cavabdeh isə istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

70. Beləliklə apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlindiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “D.X1” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 31 may tarixli 22(103)-430/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar