Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-527/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı İKB-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: qətnamə ilə marağına toxunulan şəxsin məhkəmə icraatına cəlb edilməsi giriş hissəsi: Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı İKB-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı İKB-nin (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə(bundan sonra cavabdeh) qarşı “kredit borcunun ödənilməsi və s.” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kol legiyasının 2-2(103)-85/2019 saylı, 30 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdehin verdiyi kassasiya şikayətlərinə baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə işin halları: “Kreditor” adlandırılacaq iddiaçı ilə “Borcalan” adlanacaq cavabdeh arasında 19 dekabr 2014-cü il tarixli, 6-BİZ-1-0-1001-4 nömrəli kredit xətti müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən borcalan dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə illik faiz dərəcəsi 6% olmaqla 7.300.000 ABŞ dolları məbləğində pul vəsaitini 19.12.2014-cü ildən 19.12.2017-ci ilədək 36 ay müddətinə kreditordan kredit olaraq götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında 22 dekabr 2014-cü il tarixli alqısatqı müqaviləsi və girov müqaviləsi adlanan qarışıq müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci b əndində qeyd edilir ki, satıcı Bakı şəhəri, Nizami rayonu, 1-ci önünə küçə 19 ünvanında yerləşən “xxxx” ASC-nin nominal dəyəri 2 manat olan 1 107 096 ədəd sənədsiz adi alı səhmini Alıcı-Girov qoyanın mülkiyyətinə verir. Satılan səhmlər Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Azərbaycan Respublikası 06-102 saylı 09 dekabr 2014-cü il tarixli Arayışa və Milli Depozit Mərkəzinin verdiyi 08.12.2014-cü il tarixli Depo Hesabından çıxarışa əsasən Satıcıya məxsusdur. Səhmlərin satış qiyməti bir səhmin qiyməti 4,96 manat olmaqla ümumilikdə 5 491 500,00 manat təşkil edir və bu məbləğ Kreditor-Girov saxlayan tərəfindən 19 dekabr 2014-cü il tarixli 6-BİZ-1-0-100-14 saylı kredit müqaviləsinə əsasən Alıcı-Girov qoyana verilmiş 7300.000 ABŞ dolları kredit vəsaiti hesabına ödənilir. Alıcı-girov qoyan satılan səhmləri (girov predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-Girov saxlayan arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli 6-BİZ-1-0-100-14 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-girov saxlayan qarşısında girov qoyur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “kredit müqaviləsi üzrə borc alan cavabdehdən 7.299.995,73 ABŞ dolları vaxtı keçmiş əsas borcun, 783.498,89 ABŞ dolları isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcun, cəmi 7.924.111,1 (yeddi milyon doqquz yüz iyirmi dörd min yüz on bir dollar bir sent) ABŞ dollarının borcun ödənilən günə olan məzənnəyə uyğun olaraq azərbaycan manatı ilə tutulmasına və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlə t rüsumunun cavabdehdən tutulmasına; tutmanın öhdəliyin təminatı kimi 22 dekabr 2014-cü il tarixli 6BİZ-1-0-100-14 saylı alqı-satqı və girov müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən “xxxx” ASC-nin 1.107.096 (bir milyon yüz yeddi min doxsan altı) ədəd sənədsiz adi adlı səhmlərinə yönəldilməklə satılmasına və satışdan əldə olunan məbləğin iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsinə, ödəniş kifayət etmədikdə icra qaydasında qalan məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-2-(82)-54/2018 saylı iş) 24 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunaraq 19.12.2014-cü il tarixli, 6-BİZ-l-0100-14 saylı Kredit müqaviləsi üzrə borc alan cavabdehdən 7.299.995,73 (yeddi milyon iki yüz doxsan doqquz min doqquz yüz doxsan beş dollar yetmiş üç sent) ABŞ dolları vaxtı keçmiş əsas borcu, 1.091.315,98 (bir milyon doxsan bir min üç yüz on beş dollar doxsan səkkiz sent) ABŞ dolları isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu, cəmi 8.391.311,71 (səkkiz milyon üç yüz doxsan bir min üç yüz on bir dollar yetmiş bir sent) ABŞ dolları borcu ödənilən günə olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ünvan 2 ünvanında yerləşən “xxxx” ASC-nin 1.107.096 (bir milyon yüz yeddi min doxsan altı) ədəd sənədsiz adi adlı səhmlərə yönəldilməklə satılması və satışdan əldə olunan məbləğin iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi və ödəniş kifayət etmədikdə icra qaydasında qalan məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4məruzəçi, X3 və X5, 2-2(103)-85/2019 saylı iş) 30 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qətnaməsi qismən-tərəflər arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli, 6-BİZ-l-0-100-14 saylı kredit müqaviləsi üzrə borc alan cavabdehdən 299,04 ABŞ dolları əsas borcun, 45,99 ABŞ dolları faiz borcunun ödənilən günə olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulması” hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti ver ərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında iddiaçının kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandırıcı hissə: İşin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 19 dekabr 2014-cü il tarixli, 6-BİZ-1-0-1001-4 nömrəli kredit xətti müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavabdeh dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə illik faiz dərəcəsi 6% olmaqla 7.300.000 ABŞ dolları məbləğində pul vəsaitini 19.12.2014-cü ildən 19.12.2017-ci ilədək 36 ay müddətinə iddiaçıdan kredit olaraq götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı, cavabdeh və satıcı (İddiaçı QSC) arasında 22 dekabr 2014-cü il tarixli, 6-BİZ-1-0-100-14 nömrəli alqı-satqı və girov müqaviləsi imzalanmışdır (1-ci cild səh.11). Bu müqavilənin 1.1-ci bəndində qeyd edilir ki, satıcı (İddiaçı QSC) Bakı şəhəri, Nizami rayonu, 1-ci önünə küçə 19 ünvanında yerləşən “xxxx” ASC-nin nominal dəyəri 2 manat olan 1 107 096 ədə d sənədsiz adi adlı səhmini alıcı-girov qoyanın (cavabdehin) mülkiyyətinə verir. Satılan səhmlər Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Azərbaycan Respublikası 06-102 saylı 09 dekabr 2014-cü il tarixli Arayışa və Milli Depozit Mərkəzinin verdiyi 08.12.2014-cü il tarixli Depo Hesabından çıxarışa əsasən satıcıya (İddiaçı QSC-yə) məxsusdur (müqavilənin 1.2-ci bəndi). Səhmlərin satış qiyməti bir səhmin qiyməti 4,96 manat olmaqla ümumilikdə 5 491 500,00 manat təşkil edir və bu məbləğ kreditor-girov saxlayan (iddiaçı) tərəfindən 19 dekabr 2014-cü il tarixli 6-BİZ-1-0-100-14 saylı kredit müqaviləsinə əsasən alıcı-girov qoyana (cavabdehə) verilmiş 7.300.000 ABŞ dolları kredit vəsaiti hesabına ödənilir. Alıcıgirov qoyan (cavabdeh) satılan səhmləri (girov predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-girov saxlayan (iddiaçı) arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli 6-BİZ-1-0-100-14 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-girov saxlayan (iddiaçı) qarşısında girov qoyur (müqavilənin 1.3-cü bəndi). 19 dekabr 2014-cü il tarixli kredit xətti müqaviləsinin 1.4-cü bəndində qeyd edilmişdir ki, kreditin təminatı-xxxx MMC-nin 1 107 096 ədəd səhmləridir. İşin 19-cu səhifəsində olan Milli Depozit Mərkəzinin verdiyi qiymətli kağız sahiblərinin reyestrində emitentin xxxx ASC olması qeyd edilmişdir. İşin 20-ci səhifəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bütün qiymətli kağızlarla girovun rəsmi reyestrindən qeydiyyat tarixi 30 dekabr 2014-cü il tarixli çıxarışda girov predmetinin təsvi ri qrafasında xxxx ASC-nin hər birinin nominal dəyəri 2 manat olan 1 107 096 ədəd adi adlı sənədsiz səhmlər olması qeyd edilmişdir. Həmçinin işin 17-ci səhifəsində olan verilmə tarixi 8 dekabr 2014-cü il qeyd edilən Milli Depozit Mərkəzinin Müştəri xidmətləri departamentinin depozitar haqqında məlumatında emitent xxxx ASC, qiymətli kağızların ümumi miqdarı 1 208 412 ədəd, bir qiymətli kağızın nominal dəyəri 2 manat, depo hesabından çıxarışda adı İddiaçı QSC, qiymətli kağızların sayı 1 107 096 ədəd qeyd edilmişdir. İşin 18-ci səhifəsində olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin tarixi qeyd edilməyən AR № 06-102 saylı arayışında 9 dekabr 2014-cü il tarixə xxxx ASC-nin səhmdarı İddiaçı QSC-yə məxsus hər birinin nominal dəyəri 2 manat olan 1 107 096 ədəd adi adlı sənədsiz səhmlərin girov da olmadığı göstərilmişdir. MPM-in 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İşin 17-20-ci səhifəsində olan sənədlər kserosurət olmaqla lazımi qaydada təsdiq olunmamışdır. İPM-in 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştir ak etməyə cəlb oluna bilərlər. Birinci instansiya məhkəməsi iddianın təmini tədbiri ilə bağlı 10 iyul 2018-ci il tarixli qərardadına 24 iyul 2018-ci il tarixli qərardadı ilə aşağıdakı qaydada izah verilməsini və qərar icra edilərkən nəzərə alınmasını qeyd etmişdir: xxxx ASC-nin sənədsiz adi adlı səhmləri öhdəliyin təminatı kimi iddiaçıda girovda olduğu nəzərə alınsın. xxxx ASC-nin sahibliyində və istifadəsində olan bütün daşınar (siyahıya alınmaqla) və daşınmaz əmlakının özgəninkiləşdirilməsi, aktivlərinin azalmasına səbəb olacaq qərarların qəbul edilməsi icra orqanına və müşahidə şurasına, audit komitəsinə (təftiş komissiyasına), həmçinin bu məqsədlə ümumi yığıncağın çağırılması və keçirilməsi icra orqanına, müşahidə şurasına, audit komitəsinə (təftiş komissiyasına) və səhmdarlara qadağan olunması ilə balı hərəkətləri həyata keçirilsin. Hər birinin nominal dəyəri 2 manat olan 1 107 096 ədəd adi adlı sənədsiz səhmlərin mülkiyyətçisinin və xxxx ASC-nin səhmdarının həqiqətən İddiaçı QSC olması, İddiaçı QSC-nin alqı-satqı və girov müqaviləsini imzalamaq səlahiyyəti olması apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmiş, qətnamə çıxarılana qədər, bu qətnamə xxxx ASC, yaxud İddiaçı QSC-yə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilməsi və ya onların hər birinin məhkəmə icraatına cəlb edilməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməmiş, apellyasiya məhkəməsi də bu prosessual pozuntuya münasibət bildirməmişdir. MPM-in 377-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs lərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir. İddiaçının nümayəndəsi apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi yazılı etirazında girovun predmeti olan xxxx ASC-nin səhmlərinin mülkiyyətçisinin cavabdeh olduğunu bildirmiş (2-ci cild. səh.188), apellyasiya məhkəməsi etirazın dəlilinə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmini tədbiri ilə bağlı xxxx ASC-nin sahibliyində və istifadəsində olan bütün daşınar (siyahıya alınmaqla) və daşınmaz əmlakının özgəninkiləşdirilməsinin qadağan olunması ilə bağlı hərəkətləri həyata keçirilməsinə dair 24 iyul 2018-ci il tarixli qərardad qəbul etmiş, qərardadın xxxx ASC-yə münasibətdə onun hüquq və vəzifələrinə təsir etməsinə baxmayaraq onun işə cəlb edilməsi məsələsi müzakirə edilməmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi tərəfindən yol verilən pozuntunu aradan qaldırmamışdır. MPM-in 418.4.6-cı maddəsinə əsasən, məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etdiyindən iddiaçının kassasiya şikayəti qismən, c avabdehin kassasiya şikayəti tam təmin edilərək qətnamə ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 418.4.6-cı maddəsinin tələbi ilə pozulmaqla qəbul edildiyindən, məhkəmə tərkibinin qənaətinə görə hazırkı vəziyyətdə hər iki tərəfin verdiyi kassasiya şikayətinin dəlillərinə münasibət bildirilməsinə zərurət qalmır. Beləliklə, məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti qismən, cavabdehin kassasiya şikayəti tam təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-85/2019 saylı, 30 iyul 2019-cu il tarixli qətnaməsi ləğv ed ilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-527/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-527/2019
17.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver