Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-527/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı1 Cavabdeh1nə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1nə qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 aprel tarixli, 2-2(104)-76/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2019-ci il 12 mart tarixli, 18 nömrəli alqı-satq ı müqaviləsinin surətindən görünür ki, alıcı İddiaçı1 MMC, satıcı Cavabdeh1 MMC dizel yanacağının alqı-satqısı barədə razılığa gəlmişlər. Müqavilənin 3.3.3-cü bəndinə əsasən, “Satıcı” Müqaviləni pozaraq “Alıcıya” müqavilədə müəyyənləşdiriləndən az miqdarda malı (dizel yanacağını) verdikdə, çatışmayan miqdarda malın (dizel yanacağının) verilməsini tələb etmək və ya verilmiş maldan (dizel yanacağından) və onu ödəməkdən imtina etmək, malı (dizel yanacağını) dəyəri ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək “Alıcının” hüquqlarıdır. “Satıcı” müqaviləyə uyğun olaraq “Аlıcı” tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 3 gün ərzində malı (dizel yanacağını) “Аlıcıya” təhvil verməyi öhdəsinə götürür (4.1-ci bənd). Müqavilənin 4.2-ci bəndinə əsasən, “Satıcı” malın (dizel yanacağının) təhvil verilməsi ilə birlikdə hesab fakturasını və digər zəruri sənədləri “Аlıcıya” təqdim etməlidir. 2. 2019-сu il 30 oktyabr tarixli üzləşmə aktından görünür ki, 2019-cu il 12 mart tarixindən 2019-cu il 30 oktyabr tarixinədək, 2019-cu il 12 mart tarixli, 18 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 MMC-nin 132 973 litr yanacaq borcu yaranmış, Cavabdeh1 MMC yaranmış yanacaq borcunun 132 973 litrini 2020-ci ilin 11 ayı ərzində İddiaçı1 MMC-yə verilməsini öz üzərinə götürmüşdür.
3. İddiaçı1 MMC tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış 2020-ci il 6 oktyabr tarixli, 01-01/68 nömrəli pretenziya məktubundan görünür ki, borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Biri nci instansiya məhkəməsindəki icraat
4. İddiaçı1 MMC (bundan sonra – “iddiaçı”) 2021-ci il 22 fevral tarixində Cavabdeh1nə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən qabaqcadan ödənilmiş təhvil verilməyən yanacağın pulu olaraq 76.783,80 manat, gecikdirilmiş vaxt üçün 3.839,19 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 80.652,99 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı cavabdehə qarşı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, qabaqcadan ödənilmiş təhvil verilməyən yanacağın pulu olaraq 139.826.33 manat, gecikdirilmiş vaxt üçün 6.991,3 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 146.847,63 manat pulun cavabdehdən t utulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında dizel yanacağının alqısatqısına dair 2019-cu il 12 mart tarixli, 18 nömrəli müqavilə bağlanmış, müqavilənin 4.1-ci bəndinə əsasən, cavabdeh müqaviləyə uyğun olaraq alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında 2019-cu il 30 oktyabr tarixində üzləşmə aktı imzalanmış, cavabdeh 132 973 litr yanacaq borcu olduğunu təsdiq etmiş, 2020-ci ilin ilk 11 ayı ərzində borclu olduğu həmin yanacağı iddiaçıya təhvil verəcəyini öhdəsinə götürmüşdür. Həmin tarixdən sonra cavabdehdə yanacaq üçün əlavə ƏDV daxil 1**.842,53 manat ödəniş etmişdir. Bundan sonra cavabdehin əlavə 168.070,88 litr yanacaq borcu yaranmış və cavabdehin iddiaçıya cəmi 291.043,88 litr yanacaq borcu yaranmışdır. Cavabdeh 2019-cu il 30 oktyabr tarixindən sonra yaranan borcundan 58.**0 litr yanacaq təhvil vermiş, beləliklə cavabdehin 233.043,88 litr yanacaq borcu qalmışdır. Həmin yanacaq isə 139.826,33 manat təşkil edir.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 389.1, 390.1, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 599.3-ci maddələrə istinad olunmuşdur.
8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim olunmamış, sonradan cavabdeh vəsatət verərək məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş, Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 18 may tarixli, e-2-2(115)324/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mü hasibatlıq ekspertizası təyin olunmuş, Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır (hakim – K.Vəliyev).
9. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 29 noyabr tarixli e-2-2(115)324/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – K.Vəliyev).
10. Qətnamə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2021-ci il 13 oktyabr tarixli, 9/6334 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, 2019-ci il 12 mart tarixindən 2020-ci il 7 mart tarixinədək olan dövr ərzində cavabdeh tərəfindən iddiaçıya yola salınmış malın (dizel yanacağının) dəyərinin 1.885.490,13 manat tə şkil etdiyi, iddiaçı tərəfindən cavabdehə 1.881.665,79 manat məbləğində ödəniş aparıldığı nəzərə alınmaqla, iddiaçının cavabdehə olan borcunun 3.824,34 manat təşkil etdiyi müəyyən edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi ilə cavabdehin iddiaçı qarşısında ödənilməmiş yanacaq borcunun olmadığı, əksinə olaraq iddiaçının cavabdehə 3824.34 manat pul borcu olduğu müəyyən olunmuşdur. Məhkəmə 2019-сu il 30 oktyabr tarixli üzləşmə aktı ilə ekspert rəyinin sübut qüvvəsini müqayisəli şəkildə dəyərləndirərək belə hesab etmişdir ki, ekspert rəyində borcun mövcudluğuna qaimə fakturalar və digər hesabat sənədlərinə istinadən konkret rəqəmlərlə aydınlıq gətirilmişdir. Ekspert rəyi mənbəyi bəlli olan məlumatlara əsaslanmaqla daha dolğun məzmuna malik olduğuna görə də daha artıq sübuti əhəmiyy ət daşıyır.
12. Üzləşmə aktının imza edilməsi tərəflər arasında olan münasibətlərə görə, cavabdehin etirafedici hərəkəti kimi anlaşılan olsa da, hüquqi şəxsin rəhbəri məhkəmə iclasında borcu qəbul etməmiş və akta imzanı onun üçün məcburi olan şəraitdə etdiyini bildirmişdir. Etirafedici hərəkət faktlara əsaslandıqda hüquqi nəticə yaratmış olur. Ekspert rəyində borcun mövcudluğu təsdiqini tapmamışdır. İşin bu halı isə belə qənaətə gəlməyə əsas verir ki, həmin aktda borcun etiraf edilməsi şəxsin həqiqi niyyətinə uyğun olmamış, gerçəkliyi ehtiva etməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 567, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 88, 124.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. İddiaçı həmin qətnamədən apellyasiya şika yəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
15. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 aprel tarixli, 2-2(104)-76/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilmiş, cavabdehdən qabaqcadan ödənilmiş təhvil verilməyən yanacağın pulu olaraq 139.826.33 manat, gecikdirilmiş vaxt üçün 6.991,3 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 146.847,63 manat pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir (sədrlik edən hakim – Ə.Abdullayev, hakimlər – Ş.Rzaquliyev və A.İsgəndərova).
16. Apellyasiya instansiyası məhkə məsi qeyd etmişdir ki, müqavilənin 4.1-ci bəndinə əsasən, cavabdeh müqaviləyə uyğun olaraq alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəf müqavilə üzrə öhdəliklərini yetərincə icra etmədiyindən tərəflər arasında 2019-cu il 30 oktyabr tarixində üzləşmə aktı imzalanmış və cavabdeh 132 973 litr yanacaq borcu olduğunu təsdiq etmiş, 2020-ci ilin ilk 11 ayı ərzində borclu olduğu həmin yanacağı iddiaçıya təhvil verəcəyini öhdəsinə götürmüşdür. Həmin tarixdən sonra iddiaçı cavabdehə yanacaq üçün əlavə ƏDV daxil 1**.842,53 manat ödəniş etmiş, bununla cavabdehin əlavə 168.070,88 litr yanacaq borcu yaranmış və cavabdehin iddiaçıya cəmi 291.043,88 litr yanacaq borcu yaranmışdır. Cavabdeh 2019-cu il 30 okty abr tarixindən sonra yaranan borcundan 58.**0 litr yanacaq təhvil vermiş, beləliklə cavabdehin 233.043,88 litr yanacaq borcu qalmışdır. Həmin yanacağın dəyəri isə Azərbaycan Respublikası Tarif Şurasının 4 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş qərarına əsasən bir litri 0,60 manat olmaqla 139.826,33 manat təşkil edir.
17. İddia tələbi üzrə tərəflər arasında yaranmış mübahisə alqı-satqı müqaviləsi üzrə yaranmış mübahisədir və iddia tələbi müqavilələr üzrə yaranan öhdəliklərin icrasını müəyyən edən MM-in müvafiq normaları əsasında həll edilməlidir.
18. İddiaçı alqı-satqı müqaviləsinin predmeti olan malın (dizel yanacağını) dəyərini ödəmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş və dəyəri ödənilmiş yanacağı alıcı kimi iddiaçıya təhvil verməmişdir. İddiaçı tərəfin dən pulun ödənilməsi, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi barədə sübutlar təqdim edilmişdir. 2019-cu il 30 oktyabr tarixli üzləşmə aktı işin bu halını təsdiq edir. Həmin akt üzrə cavabdeh 132 973 litr yanacaq borcu olduğunu təsdiq etmiş, 2020-ci ilin ilk 11 ayı ərzində borclu olduğu həmin yanacağı iddiaçıya təhvil verəcəyini öhdəsinə götürmüşdür. Eyni zamanda, təqdim edilmiş qaimələr və vergi sənədləri ilə müəyyən edilir ki, iddiaçı bundan sonra da 1**.842,53 manat ödəniş etmiş, bununla cavabdehin əlavə 168.070,88 litr yanacaq borcu yaranmışdır. Ümumilikdə cavabdehin yanacaq borcu 291.043,88 litr təşkil etmiş, cavabdeh yanacaq borcundan 58.**0 litr yanacaq təhvil vermiş, beləliklə cavabdehin 233.043,88 litr yanacaq borcu qalmış, həmin yanacağın dəyəri isə 139.826,33 (1 litr x 0,60 azn) manat təşkil etmişdir.
19. Həmçinin, cavabdehin nümayəndəsi satış nöqtəsindən yanacağın iddiaçıya sonuncu tərəfindən təsdiq edilmiş vəkalətnamələr əsasında təhvil verildiyini iddia etsə də, cavabdeh tərəfindən təqdim olunmuş 2020-ci il 31 yanvar tarixli, EBAF seriyalı 770181 nömrəli elektron qaimədə göstərilən 307065 litr, EBAF seriyalı və 755884 nömrəli elektron qaimədə göstərilən 127070 litr dizel yanacağının təhvil götürülməsi üçün iddiaçı tərəfindən təsdiq edilmiş vəkalətnamə iş materiallarında mövcud deyildir. Cavabdeh tərəf həmin vəkalətnaməni və ümumiyyətlə qeyd edilən qaimələrdə göstərilən dizel yanacağının iddiaçıya təhvil verilməsini təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmiş və yanacağın təhvil verilməsi barədə məhkəməyə təqdim edilərək iş material larına əlavə edilmiş sənədlərdən başqa, müəssisədə hər hansı bir sənədin mövcud olmadığını göstərmişdir.
20. Bundan başqa, cavabdehin üzləşmə aktı əsasında iddiaçıya olan 132 973 litr yanacaq, üzləşmədən sonra iddiaçı tərəfindən cavabdehin hesabına əlavə 1**842,53 manat ödəniş edilməsindən sonra daha 168070,88 litr yanacaq, cəmi 291043,88 litr yanacaq borclu olduğu halda, təqdim edilmiş elektron qaimələrdə bundan artıq həcmdə, yəni cəmi 475135 litr yanacağın tədarük edildiyi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi iddiaçıya faktiki borclu olduğu yanacağın həcmi ilə elektron qaimədə təhvil verildiyi qeyd edilən yanacağın həcmi arasında mövcud olan fərqin səbəbini izah edə bilməmişdir.
21. Ona görə də məhkəmə kollegiyası elektron qaimələri onlarda göstərilən həcmdə dizel yanacağının iddiaçıy a təhvil verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Bundan başqa, qeyd edilən qaimələrdəki nömrələr həmin qaimələrin tərtib edilməsinin ardıcıllığı baxımından da onların mötəbərsizliyi və ciddi hesabat sənədləri olmadığı qənaətinə gəlməyə əsas verir.
22. Cavabdehin iddiaçıya təhvil vermədiyi yanacağın 139826,33 (1 litr x 0,60 azn) manat dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bu tələbin hüquqi əsası MM-in 599-cu maddəsinin tələbindən irəli gəlir.
23. Ekspertiza rəyi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işin müəyyən edilmiş faktiki halları nəzərə alınaraq məhkəmə-mühasibatlıq ekspertizasının rəyi iddianın əsaslılığını təkzib edən mötəbər sübut kimi qəbul oluna bilməz. Diqqətə çatdırılmalıdır ki, MPM-in 103.1-ci maddəsində göstərilmişdir ki, ekspertin rəyi mə hkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspert iddiaçı tərəfindən ödənilmiş pul məbləğlərini hesablamışdır. Lakin nəzərə alınmalıdır ki, hazırda mübahisə ödənilmiş pulların müqabilində verilməmiş dizel yanacağı üzrə yaranmış mübahisədir. Cavabdeh tərəfindən üzləşmə aktından sonra borclu qaldığı dizel yanacağının, habelə aktdan sonra edilmiş 1**.842,53 manat pulun müqabilində verilməli olan dizel yanacağının iddiaçıya təhvil verilməsi barədə sübutlar isə təqdim edilməmişdir.
24. Lakin cavabdeh yuxarıda qeyd olunduğu kimi etirazının əsasını təsdiq edəcək sübutları məhkəmələrə təqdim etməmişdir. Ona görə də, cavabdehin qalıq yanacaq borcunun dəyəri kimi 139826,33 (1 litr x 0,60 azn) manat pul alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin gecikdirilmiş vaxt üçün 6991,3 manat faiz borcunun tutulması hissəsi də əsaslı olmuşdur.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 390.1, 425.1, 567, 568.1, 570.1.1, 570.1.2, 570.2, 575.1, 575.2, 599.1, 599.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarlarına, MPM-in 88, 103.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Apellyas iya məhkəməsinin qətnaməsi 2022-ci il 6 may tarixində iddiaçıya, 2022ci il 10 may tarixində isə cavabdehə təqdim olunmuşdur.
27. Cavabdeh həmin qətnamədən 2022-ci il 16 iyun tarixində kassasiya şikayəti verərək onun ləğv olunması, işə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
28. MM-in 21.1, 386.1, 1096.1, 1096.2-ci maddələrinin tələbləri pozulmuşdur. İş üzrə yaranmış münasibətlərə düzgün qiymət verilməmiş, məhkəmə yalnız işdə olan üzləşmə aktını əsas götürərək, bunu cavabdehin borcu etirafı kimi qəbul etmişdir. Müqavilənin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin hesabına cəmi 1881665,79 manat pul köçürülmüşdür. 2019-cu il 30 oktyabr tarixində ik i müəssisənin arasında yanacağın təhvil-təslimi ilə bağlı üzləşmə keçirilmiş, üzləşmə zamanı cavabdehin iddiaçıya 132973 litr yanacaq borcu qaldığı müəyyən edilmişdir. Nəticədə üzləşmə aktı tərtib edilərək imzalanmış və iddiaçıya olan 132973 litr yanacaq borcun olduğu tərəflərindən təsdiq edilmiş, 2020-ci ilin ilk 11 ayı ərzində borclu olduqları həmin yanacağı iddiaçıya təhvil verəcəklərini öhdələrinə götürmüşlər. Həmin tarixdən sonra iddiaçı tərəfindən cavabdehin hesabına ƏDV daxil olmaqla daha 1**842,53 manat ödəniş edilmiş, bununla iddiaçıya əlavə 168070,88 litr yanacaq verməli olmuş və bundan cəmi 291043,88 litr yanacaq borcu yaranmışdır. Bundan sonra, iddiaçıya borclu olduğu bütün yanacağı təhvil vermiş və sonuncuya heç bir yanacaq borcu qalmamışdır. 2019-cu il 30 oktyabr tarixindən s onra borclu olduğu yanacağı təhvil verməsi iddiaçının elektron kabinetinə ötürülmüş elektron qaimələrlə də təsdiq olunur. Belə ki, 2020-ci il 31 yanvar tarixli iki qaiməyə əsasən, müvafiq olaraq, 307065 və 127070 litr, 2020-ci il 7 mart tarixli qaiməyə əsasən 41**0 litr dizel yanacaq iddiaçıya təhvil verilmişdir.
29. MPM-in 9, 14.1, 14.2, 77.1, 97, 103.2-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiva instansiyası məhkəməsi sübutlarla bağlı düzgün nəticəyə gəlməmiş, işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Apellyasiya instansiya məhkəməsi qətnaməni yalnız işə əlavə edilən üzləşmə aktının olması ilə əsaslandırmış və bunu cavabdehin borcu etiraf etməsi kimi qəbul etmişdi. Lakin məhkəmə iş üzrə tərəflərin hər ikisinin hüquqi şəxs olduğunu nəzərə almamışdır. Üzləşmə aktı isə iddia çı tərəfindən tərtib edilmiş və cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır. Cavabdehin nümayəndəsi də bununla bağlı göstərmişdi ki, cavabdehə borcu olmamışdır. 2019-cu il 30 oktyabr tarixli üzləşmə aktını məcburiyyət qarşısında qalaraq imza etmişdir. Bunu nəzərə alan birinci instansiya məhkəməsi iş üzrə məhkəmə ekspertizası təyin etmiş və həmin ekspert iş üzrə hər iki tərəfin təqdim etdiyi sənədləri araşdırmış, 2019-ci il 12 mart tarixindən 2020-ci il 7 mart tarixinədək olan dövr ərzində olan dövriyyəni yoxlamışdır. Lakin apellyasiya məhkəməsi həmin rəyə ümumiyyətlə qiymət verməmiş, ekspert rəyini nəyə görə sübut kimi qəbul etməməsini qətnamədə göstərməmiş və əsaslandırmamış, bununla da MPM-nin 103.2-ci maddəsinin tələblərini pozmuşdur. Üzləşmə aktının isə imza edilməsi tərəflər arası nda olan münasibətlərə görə cavabdehin etirafedici hərəkəti kimi anlaşılan olsa da, cavabdeh hüquqi şəxsin rəhbəri məhkəmə iclasında borcu qəbul etməmiş və akta imzanı onun üçün məcburi olan şəraitdə etdiyini bildirmişdir. Etirafedici hərəkət faktlara əsaslandıqda hüquqi nəticə yaratmış olur. İş üzrə ekspert rəyində isə borcun mövcudluğu təsdiqini tapmamışdır. İşin bu halı belə qənaətə gəlməyə əsas verir ki, həmin aktda borcun etiraf edilməsi şəxsin həqiqi niyyətinə uyğun olmamış, gerçəkliyi ehtiva etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Cavabdeh kassasiya şikayətində apelyasiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, işə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etdiyi üçün hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” Maddə 404 Müqavilənin təfsiri.... 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərə flərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
568. Satıcının əşyanı verm ək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə
570. Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişa nlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır.” “Maddə
575. Əşyanı vermək vəzifəsinin icra edilməməsinin nəticələri 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bi lər.” “Maddə
599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər....”
35. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəl lənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 aprel tarixli, 2-2(104)-76/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməlidir.
37. İddia tələbini təmin edən apellyasiya məhkəməsi ona istinad etmişdir ki, idd iaçı alqı-satqı müqaviləsinin predmeti olan malın (dizel yanacağını) dəyərini ödəmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş və dəyəri ödənilmiş yanacağı alıcı kimi iddiaçıya təhvil verməmişdir. İddiaçı tərəfindən pulun ödənilməsi, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi barədə sübutlar təqdim edilmiş, 2019cu il 30 oktyabr tarixli üzləşmə aktı üzrə cavabdeh 132 973 litr yanacaq borcu olduğunu təsdiq edərək. 2020-ci ilin ilk 11 ayı ərzində borclu olduğu həmin yanacağı iddiaçıya təhvil verəcəyini öhdəsinə götürmüş, təqdim edilmiş qaimələr və vergi sənədləri ilə müəyyən edilir ki, iddiaçı bundan sonra da 1**.842,53 manat ödəniş etmiş, bununla da cavabdehin əlavə 168.070,88 litr yanacaq borcu yaranmışdır. Ümumilikdə cavabdehin yanacaq borcu 291.043,88 litr t əşkil etmiş, cavabdeh yanacaq borcundan 58**0 litr yanacaq təhvil vermiş, beləliklə cavabdehin 233.043,88 litr yanacaq borcu qalmış, həmin yanacağın dəyəri isə 139.826,33 (1 litr x 0,60 azn) manat təşkil etmişdir.
38. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
39. İlkin olaraq qeyd edilməlidir ki, 2019-cu il 30 oktyabrda həmin tarixə qədər tərəflər arasında yanacağın təhvil-təslimi ilə bağlı üzləşmə keçirilmiş, üzləşmə zamanı cavabdehin iddiaçıya həmin tarixə 132.973 litr yanacaq borcu qaldığı müəyyən edilmiş, cavabdeh 2020-ci ilin ilk 11 ayı ərzində borclu olduqları həmin yanacağı iddiaçıya təhvil verəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, üzləşmə aktı cavabdehin hə min tarixə, yəni 2019-cu il 30 oktyabr tarixinə olan 79.783,8 manat borcu ilə bağlı tərtib edilmiş bu üzləşmə aktı sonradan yaranmış borc məbləğinin mübahisəsiz təsdiqi kimi qəbul edilə bilməz.
40. İş materiallarına əsasən iddiaçı sonradan iddia tələbinin həcmini artıraraq cavabdehdən 139826,33 manat borcu tələb edərkən üzləşmə aktı tərtib edildikdən sonra cavabdeh tərəfindən 58**0 litr (ilkin iddia ərizəsində isə yalnız 5**0 litr) yanacaq təhvil verildiyini göstərmişdir. İddiaçının bu barədə bildirdiklərini iddianın təsdiqi üçün əsas hesab edən məhkəmə bununla əlaqədar hər hansı araşdırma aparmağa zərurət görməmiş, ilkin olaraq ona yalnız 5**0 litr yanacaq verildiyini göstərdiyi halda, sonradan bu rəqəmin on dəfədən də çox artırılaraq cavabdehin ona üzləşmə aktı tərtib edildikdən sonra 58 **0 litr yanacaq təhvil verdiyi barədə göstərdiklərinə işin digər hallarını nəzərə almaqla düzgün qiymət verməmiş, iddiaçının göstərdiyi bu halların mötəbər və konkret sübutlarla təsdiq edilmədiyinə əhəmiyyət verməmişdir. İş materiallarından da göründüyü kimi iddiaçı yanacağın ona əvvəllər hansı formada təqdim edilməsini əks etdirən hər hansı bir sübut təqdim etməmiş, cavabdeh də yanacağı iddiaçıya təqdim etməsinin rəsmiləşdirilməsi ilə bağlı konkret dəlil irəli sürməmişdir. Məhkəmə isə öz növbəsində tərəflər arasında təqdim etmənin müqavilədə nəzərdə tutulduğundan fərqli olaraq həyata keçirildiyinə əhəmiyyət verməmiş, yalnız iddiaçının izahatına əsaslanaraq sonuncuya sonradan 58**0 litr dizel yanacağı verildiyi nəticəsinə gəlmişdir.
41. Tərəflər arasında imzalanmış 2019-ci il 12 mart tari xli, 18 nömrəli alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə hesab fakturasını və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. İş materiallarında isə iddiaçı tərəfindən 14 yanvar - 17 fevral 2020-ci illəri əhatə edən bank ödəniş sənədləri, cavabdehin təqdim etdiyi elektron qaimələr, onlara uyğun olaraq malların alınması üçün iddiaçının verdiyi rəsmi vəkalətnamələr (15 mart 2019, 29 mart 2019, 09 aprel 2019-cu il, 09 may 2019, 05 iyun 2019, 02 iyul 2019, 01 avqust 2019, 01 sentyabr 2019, 01 fevral 2020-ci il) satılan malların hesabatı, müvafiq kassa çekləri vardır. İddiaçı isə ona həqiqətən verildiyini etiraf etdiyi dizel yanacağının cavabdehdən alınmasına dair hər hansı digər əlavə sənədlər təqdim etməmiş, bununla da MPM-nin 14.2 və 77.1-ci maddələri ilə üzərinə düşən sübutetmə və təqdim etmə vəzifələrini icra etməmişdir. Beləliklə, işdəki mövcud sənədlərə əsasən malların təqdim edilməsinin tərəflər arasında imzalanmış müqavilənin 4.2-ci bəndinin tələblərindən fərqli olaraq həyata keçirildiyi müəyyən edilir. Apelyasiya məhkəməsi isə müqavilə tərəfləri arasında təşəkkül tapmış işgüzar davranışı müəyyən etmək üçün təşəbbüs belə göstərməmiş, üzləşmə aktı imzalandıqdan sonra ilkin olaraq ona yalnız 5**0 litr yanacaq verildiyini bildirən iddiaçının sonradan ona 5**0 litr deyil, 58**0 litr dizel yanacağı verildiyi barədə izahatlarına zəruri ehtiyatlılıqla yanaşmamışdır.
42. Apelyasiya məhkəməsi həmçinin iş materiallarındakı Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2021-ci il tarixli ekspert rəyini də MPM-nin 88 və 103-cü maddəl ərinin tələbləri baxımından düzgün qiymətləndirməmişdir. Belə ki, həmin rəyə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Cavabdeh1 MMC tərəfindən İddiaçı1 MMC-yə yola salınan dizel yanacağının dəyəri ƏDV daxil 1.885.490,13 manat təşkil etdiyi, İddiaçı1 MMC tərəfindən Cavabdeh1 MMC-nə 1.881.665, 79 manat məbləğində ödəniş aparıldığı nəzərə alınmaqla, İddiaçı1 MMC-nin Cavabdeh1 MMC-nə borcunun 3.824,34 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən ona verildiyi etiraf edilən yanacağın həcminə dair sənədlərin təqdim edilməməsi, bununla da sübutetmə vəzifəsinin yerinə yetirilməməsi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir.
43. İddiaçı1 MMC tərəfindən Cavabdeh1 MMC-nə 1.881.665, 79 manat məbləğində ödəniş aparıldığı işin iddiaçı və cavabd eh tərəfindən mübahisələndirilməyən halıdır. Burada müəyyən edilməli olan və iddiaçının mübahisələndirdiyi hal isə, iddiaçıya həmin həcmdə yanacaq məhsulunun verilib-verilmədiyindən, dizel yanacağı məhsulunun bu müddət ərzində iddiaçıya hansı formada təqdim edilməsini, bununla əlaqədar yaranmış işgüzar adətləri və malların təqdim edilməsi üzrə təşəkkül tapmış praktikanı müəyyən etməkdən ibarətdir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki,... laz ımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2**4-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun luğunun yoxlanılmasına dair” 2**6-cı il 31 may tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə iddianı təmin edərkən, araşdırılan bütün sübutları aydın şəkildə bir-birilə əlaqələndirməmişdir.
46. Bundan əlavə apelyasiya məhkəməsinin, cavabdehin iddiaçıya faktiki borclu olduğu yanacağ ın həcmi ilə elektron qaimədə təhvil verildiyi qeyd edilən yanacağın həcmi arasında mövcud olan fərqin səbəbini izah edə bilmədiyi barədə qətnaməsində göstərilənlər isə iş materiallarındakı məhkəmə iclas protokolları ilə təsdiq edilmir.
47. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, işdəki elektron qaimər Konstitusiya Məhkəməsinin istinad olunan qərarındakı hüquqi mövqe baxımından qiymətləndirilməli, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, ümumiyyətlə onların arasında malların təqdim edilməsinin təşəkkül tapmış hansı formada həyata keçirilməsi müəyyən edilməli, cavabdehin üzləşmə aktı tərtib edildikdən sonra ona 58.**0 litr yanacaq təhvil verdiyinə dair iddiaçının konkret sübutlarının olub-olmadığı dəqiqləşdirilməli, sonda isə nəticəsindən asılı o laraq mübahisənin qanuni həlli təmin edilməlidir.
48. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna iş üzrə sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 aprel tarixli, 2-2(104)76/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməlidir.
49. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 aprel tarixli, 2-2(104)-76/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəmə yə qaytarılsın. Cavabdehin kassasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.