Məhkəmə qərarları › İş №2-2(102)-527/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-527/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-527/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), məhkəmə tərəfindən dəbbə pulunun azaldılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cə miyyətinin Cavabdehnə qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024- cü il 30 may tarixli 2-2(107)-1/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC-nin Yevlax filialı ilə Cavabdeh MMC arasında bağlanmış 2017-ci il 30 iyun tarixli **********12017 nömrəli kredit müqaviləsinə (bundan sonra – “kredit müqaviləsi”) əsasən, bank tərəfindən cəmiyyətə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Yevlax şəhəri C.Mustafayev 129 ünvanında 72 nömrədən ibarət otel binasının tikintisinin tamamlanması və fəaliyyətinin təşkili məqsədilə istifadə müddəti 120 ay olan 2.000.000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyy ən edilmiş qaydada illik 3 % faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür.

2. Kredit müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq, 2017-ci il 8 iyul tarixli **********12017/İP-1 nömrəli və **********12017/İP-2 nömrəli ipoteka müqavilələrində göstərilmiş Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 4,0182 ha torpaq sahəsi və Yevlax şəhərində yerləşən 20 ha torpaq sahəsi ipoteka predmetləri (bundan sonra – birlikdə “ipoteka predmetləri”, ayrı-ayrılıqda müvafiq olaraq – “4,0182 ha torpaq sahəsi” və “20 ha torpaq sahəsi”) kimi qəbul olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. ASC (bundan sonra – “iddiaçı”) 2022-ci il 26 dekabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək, ipoteka predmetlərinə tutmanın yönəldilməsi, onların açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı 1.999.833,34 manat əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 58.661,79 manat adi faizlər üzrə borc, 2023-cü il 22 iyun tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 %-lə hesablanmış 561.619,86 manat cərimə faizləri və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 80 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetlərinin dəyərindən iddiaçının xeyrinə tutulması, ilkin mediasiya sessiyası zamanı xidmətin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat pulun və iddia əriz əsinin verilməsinə görə 2.558,47 manat dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi işin hallarına istinad olunmaqla (bax §§ 1-2) əsaslandırılmışdır.

5. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 23 may tarixli 9/1187 nömrəli ekspert rəyində göstərilmişdir ki, hesabdan çıxarışa əsasən kredit müqaviləsi üzrə banka ödənilməli olan cavabdehin 2022-ci il 26 dekabr tarixinə olan əsas borcu 1.995.296,48 manat, faiz borcu 29.404,12 manat təşkil etmişdir.

6. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 26 iyul tarixli e-2-2(117)-59/2023 nömrəli qərardadı ilə iddianın “iddiaçının t ələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 3 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda və gecikdirmənin hər günü üçün illik 30 % dərəcəsi ilə hesablanan penyanın cavabdehdən tutularaq ödənilməsi” hissəsinin baxılmamış saxlanılması qərara alınmışdır (hakim –R.Məcidov).

7. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 26 iyul tarixli e-2-2(117)-59/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş: - cavabdehin kredit müqaviləsi üzrə yaranmış 1.995.296,48 manat əsas, 29.404,12 manat faiz və 20.000 manat cərimə borcu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 80 manat çəkilmiş xərc, mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 4 00 manat və ödənilmiş 1.638,85 manat dövlət rüsumunun ipoteka predmetlərinə yönəldilərək tutulması; - cavabdehə məxsus 4,0182 ha torpaq sahəsinin likvid dəyərinin 413.000 manat, 20 ha torpaq sahəsinin likvid dəyərinin 968.000 manat müəyyən edilməsi və həmin əmlakların açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi qət edilmiş, iddia qalan hissələrdə rədd olunmuş; - ödənilmiş 461,19 manat dövlət rüsumu və artıq ödənilmiş 458,42 manat dövlət rüsumu iddiaçıya aid edilmiş, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 manat pulun 150 manatının iddiaçıdan və 150 manatının cavabdehdən tutularaq "xxxx" MMC-nin bank hesabına ödənilməsi, məhkəmə ekspertizası üzrə 50 manat ekspertiz a xərcinin 25 manat hissəsinin iddiaçıdan və 25 manatının cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – R.Məcidov).

8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Məhkəmə tələb olunan məbləğin ekspert rəyi (bax § 5) ilə müəyyən edilmiş məbləğdə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.

9. Məhkəmə 561.619,86 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə iddianı qismən əsaslı hesab etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilənlərə görə, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də, cərimənin artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq, məhkəmə cavabdehdən 20.000 manat cərimənin tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 462.1, 462.3, 467 və 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33 və 39.3.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçının nümayəndəsi məhkəmə iclasında əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmiş, apellyasiya mə hkəməsi tərəfindən təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 2 aprel tarixli 9/540 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 2022-ci il 26 dekabr tarixinə əsas borc üzrə - 1.995.296,48 manat, faiz borcu üzrə - 29.404,12 manat müəyyən edilmişdir. - iş materialında olan cavabdehə məxsus 2017-ci il 10 iyul tarixindən 2022-ci il 19 dekabr tarixinədək müddətləri əhatə edən ******************** nömrəli faiz hesabı çıxarışında (cild İ, səh. 150) 2020-ci il 30 noyabr tarixində "müqavilə üzrə faizlərin ödənilməsi” tə yinatı ilə 9.999,16 manat pul vəsaitləri silinmişdir. Həmin hesabdan çıxarışda (cild 1, səh. 150) yuxarıda qeyd olunan məbləğin sonradan geri qaytarılması və ya müxabirləşmə üzrə hər hansı düzəliş edilməsi barədə məlumat yer almamışdır. - Məhkəmə Ekspertizası Mərkəzinə 2023-cü il 6 dekabr tarixində Şəki Apellyasiya Məhkəməsi tərəfindən göndərilmiş əlavə materiallarda olan cavabdehə məxsus ******************** nömrəli faiz hesabı çıxarışında 2020-ci il 30 oktyabr tarixində aparılan “kredit” əməliyyatının məbləği öncə təqdim olunmuş hesabdan çıxarışda 9.999,16 manat kimi əks edilən əməliyyat 4.999,58 manat kimi göstərilmişdir. - “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması qaydaları”na əsasən aparılmış əməliyyatın bu cür düzəliş edilmə si nəzərdə tutulmamışdır. Bu səbəbdən, hazırkı ekspertiza tədqiqatı ilə 2020-ci il 30 noyabr tarixində aparılan ödənişin məbləği 9.999,16 manat kimi nəzərə alınmışdır.

13. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 may tarixli 2-2(107)-1/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, əlavə məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri təşkil edən 50 manat pulun iddiaçıdan tutulması və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən – E.Hüseynov, hakimlər – Ə.Kərimov və G.Cavadova).

14. Birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə (qismən) yoxlayan apellyasiya instansiyası məhkəməsi qey d etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 23 may tarixli 9/1187 nömrəli ekspert rəyi hazırkı 2024-cü il 2 aprel tarixli 9/540 nömrəli ekspert rəyi ilə eynilik təşkil etmişdir. Bu səbəbdən iş üzrə verilmiş ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyini sübut növü kimi qəbul etmiş və həmin rəyə uyğun nəticəyə gəlmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kollegiya ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən olunan hallar ı təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşmış və iş üzrə ekspert rəylərinin sübut kimi qəbul olunması qənaətinə gəlmişdir.

15. Kollegiya birinci instansiya məhkəməsinin dəbbə pulu ilə bağlı mövqeyini əsaslı hesab edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun (cərimənin, penyanın) azaldılaraq kredit müqaviləsi üzrə 20.000 manat müəyyən edilməsi tərəflərin əmlak mənafelərinə uyğun olmuşdur. Kollegiya cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə almışdır.

16. İddiaçı 2023-cü il 22 iyun tarixində tələbin həcminin artırılması barədə ərizə təqdim etsə də, bunu əsaslandırmamış və sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətində məhkəmə aktının ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmamış, apellyasiya şikayətinin yalnız formal mülahizələrdən ibarət olması qənaətinə gəlmişdir.

18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 386.1, 399.1, 421.2, 442, 445.2.1, 448.1, 462.1, 462.3, 467, 739.1, 739.2 və 740.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88, 101.3 və 103.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayət inin dəlilləri

20. MM-in 467-ci maddəsi üzrə - Qeyd olunan normanın tələbinə görə, məhkəmə cərimənin tənasübünü müəyyən edərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Lakin birinci instansiya məhkəməsi iddiaçının 561.619,86 manat penya tələbini 96,44 % (541.619,86 manat məbləğində) azaldaraq, cəmi 20.000 manat təmin etməklə göstərilənlərin əksini etmiş, apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin bu qanunsuz mövqeyi ilə razılaşmışdır. Göründüyü kimi, məhkəmələr cərimənin tənasübünü müəyyən edərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərini deyil, yalnız cavabdehin mənafelərini nəzərə almışdır. Bu hal isə MM-in 467-ci maddəsinin tənasübün müəyyənləşdirilməsinə dair müddəalarının pozulmasını təsdiq edir. Qanunvericiliyin “tən asüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəası imperativ xarakter daşıyır və məhkəmə tərəfindən mütləq nəzərə alınmalı idi.

21. MPM-in 88, 101.3, 103.1 və 220.4-cü maddələri üzrə - Apellyasiya məhkəməsinin ekspert rəyində göstərilən məbləğlərə istinad etməsi (bax § 18) ilə bağlı gəldiyi nəticə ədalətli məhkəmə araşdırmasını, eyni zamanda qəbul edilmiş qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən işdə olan mövcud sübutları tədqiq edərək onlara hüquqi qiymət verməli, ekspert rəyinin, yaxud iddiaçının ərizəsinə əlavə etdiyi sənədlərin mötəbər sübut olaraq qəbul edilməsini əsaslandırmalı idi. Lakin məhkəmə bunu etməmiş və yalnız “iş materiallarında mövcud olan ekspert rəyləri nin bir-biri ilə eynilik təşkil etdiyini, həmin rəylər arasında heç bir ziddiyyət və fərqliliyin olmadığını, eyni zamanda, iddiaçının nümayəndəsinin təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatəti əsaslandırmadığını, hansı halların müəyyən edilməsinin vacibliyinə aydınlıq gətirmədiyini göstərməklə” kifayətlənmişdir. Bu isə özlüyündə əsassız yanaşma olmaqla, ədalətli məhkəmə araşdırması və məhkəmə baxışının prinsipləri ilə ziddiyyət təşkil edir. Çünki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müvafiq vəsatətdə məhkəmənin nəzərinə çatdırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasına iddiaçı tərəfindən təqdim olunmuş 2017-ci il 10 iyul tarixindən 2022-ci il 19 dekabr tarixinədək olan dövr üçün hesabdan çı xarışda kredit üzrə həyata keçirilmiş ödənişlərdən biri texniki səhv səbəbindən ikiqat məbləğdə göstərilmişdir.

22. Belə ki, 2020-ci il 30 noyabr tarixində faktiki olaraq 4.999,58 manat məbləğində ödəniş edilməsinə baxmayaraq, qeyd olunan texniki səhvə görə müvafiq çıxarışda həmin məbləğ 9.999,16 manat kimi əks olunmuşdur. Qeyd edilən məbləğin (9.999,16 manat) bir hissəsi (4.999,58 manat) Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 23 may tarixli 9/1187 nömrəli ekspert rəyində kredit müqaviləsi üzrə əsas borc məbləğindən silindiyindən, iddiaçının tələblərində göstərilən əsas borc məbləği (1.999.833,34 manat) ilə ekspert rəyində qeyd olunan əsas borc məbləği (1.995.296,48) arasında uyğunsuzluq yaranmışdır.

23. Yuxarıda qeyd olunan texniki səhv sonradan iddiaçı tərəfindən ara dan qaldırılmış və apellyasiya məhkəməsinin təyin etdiyi məhkəmə-mühasibatlıq ekspertizasına iddiaçı tərəfindən düzəliş edilmiş şəkildə müvafiq hesabdan çıxarış təqdim olunmuş, lakin 2024cü il 2 aprel tarixli 9/540 nömrəli ekspert rəyində bu hal nəzərə alınmamışdır. Qeyd edilən səbəbdən, 2020-ci il 30 noyabr tarixində faktiki olaraq 4.999,58 manat ödəniş olunmasını təsdiq edən memorial orderi əlavə olunmaqla, yenidən müvafiq vəsatətlə məhkəmədən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi xahiş olunmuş, lakin məhkəmə memorial orderə qiymət verməmişdir. Məhkəmə ekspert rəyində göstərilən adi faizlər üzrə borc məbləğinin əvvəlki, yəni 2022-ci il 26 dekabr tarixinə hesablandığını, əsas borc məbləğinin isə yuxarıda göstərilən texniki səhv səbəbindən ekspert tərəfindən düzgün hes ablanmadığını nəzərə alaraq, ya iddiaçı tərəfindən təqdim olunmuş 2023-cü il 22 iyun tarixli ərizədə göstərilən məbləğ həddində iddianı təmin etməli, ya da yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi.

24. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarının 2.4, 3.3, 6.2 və 6.3-cü bəndlərinin, MPM-in 88, 101.3, 103.1 və 220.4-cü maddələrinin tələbləri pozulmuşdur.

25. Beləliklə, məhkəmə yanlışlığa yol verməklə, prosessual qanunvericiliyin tələbini pozaraq iddiaçının təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eyni zamanda həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarını pozmuşd ur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxl anılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər;...” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvə yə minir və tərəflər üçün məcburi olur....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş edilməməsi;...” müddətdə icra “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytar mağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə

740. Borc müqaviləsinin forması (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə)... 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.”

30. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışını n prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

101. Ekspert rəyi... 101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən g ec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir....” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instans iyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

32. Borcların həcmini müəyyən edən ekspert rəyləri ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi mahiyyət etibarilə ondan ibarət olmuşdur ki, iş üzrə verilmiş ekspert rəyləri eynilik təşkil edir. Bu səbəbdən ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyini sübut növü kimi qəbul etmiş və həmin rəyə uyğun nəticəyə gəlmişdir.

33. Məhkəmə kollegiyası əsas bo rca münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır.

34. Belə ki, iddiaçı tərəfin dəlillərinə görə, 2020-ci il 30 noyabr tarixində faktiki olaraq 4.999,58 manat məbləğində ödəniş edilməsinə baxmayaraq, müvafiq çıxarışda həmin məbləğ texniki səhvə görə 9.999,16 manat kimi əks olunmuşdur. Qeyd edilən məbləğin (9.999,16 manat) bir hissəsi (4.999,58 manat) Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 23 may tarixli 9/1187 nömrəli ekspert rəyində kredit müqaviləsi üzrə əsas borc məbləğindən silindiyindən, iddiaçının tələblərində göstərilən əsas borc məbləği (1.999.833,34 manat) ilə ekspert rəyində qeyd olunan əsas borc məbləği (1.995.296,48) arasında uyğunsuzluq yaranmışdır.

35. Apellyasiya icraatında təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının rəy indən aydın olur ki, müvafiq faiz hesabı çıxarışında 2020-ci il 30 noyabr tarixində "müqavilə üzrə faizlərin ödənilməsi” təyinatı ilə 9.999,16 manat məbləğində pul vəsaitləri silinmiş, həmin hesabdan çıxarışda qeyd edilən məbləğin sonradan geri qaytarılması və ya müxabirləşmə üzrə hər hansı düzəliş edilməsi barədə məlumat yer almamışdır. Məhkəmə Ekspertizası Mərkəzinə Şəki Apellyasiya Məhkəməsi tərəfindən göndərilmiş əlavə materiallarda olan müvafiq faiz hesabı çıxarışında 2020-ci il 30 oktyabr tarixində aparılan “kredit” əməliyyatının məbləği öncə təqdim edilmiş hesabdan çıxarışda 9.999,16 manat kimi əks edilən əməliyyat 4.999,58 manat kimi göstərilmişdir. “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”na əsasən aparılmış əməl iyyatın bu cür düzəliş edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən, hazırkı ekspertiza tədqiqatı ilə 2020-ci il 30 noyabr tarixində aparılan ödənişin məbləği 9.999,16 manat kimi nəzərə alınmışdır.

36. Bu səbəbdən, iddiaçı tərəf 2020-ci il 30 noyabr tarixində faktiki olaraq 4.999,58 manat ödəniş olunmasını təsdiq edən memorial orderi əlavə etməklə, yenidən müvafiq vəsatətlə məhkəmədən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir (İİ cild, i/v 97-99).

37. Apellyasiya instansiyası məhkəməsi isə ekspert rəylərinin eynilik təşkil etdiyini, rəylər arasında heç bir ziddiyyət və fərqlilik olmadığını, sözügedən vəsatətin əsaslandırılmadığını, hansı halların müəyyən edilməsinin vacibliyinin aydın göstərilmədiyini əsas gətirərək vəsaitin təmin olunmaması barədə qərard ad qəbul etmiş, yekun nəticədə isə öz qətnaməsində iddiaçının təqdim etdiyi memorial orderə heç bir qiymət verməmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi sübuta (memorial orderə) qiymət verilmədiyindən sözügedən hissədə qətnamə MPM-in 88-ci maddəsinin (bax § 30) tələbləri pozulmaqla qəbul edilmiş, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.

39. Həmçinin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cərimə borcu ilə bağlı gəldiyi nəticə ilə də razılaşmır.

40. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də cərimənin artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə cavabdehdən 20.000 manat məbləğində cərimə tutmuşdur.

41. Həmin mövqe ilə razılaşan apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun azaldılaraq kredit müqaviləsi üzrə 20.000 manat məbləğində müəyyən edilməsi tərəflərin əmlak mənafelərinə uyğundur. Kollegiya cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alır.

42. Halbuki iş üzrə alınmış ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən 2022-ci il 14 iyul tarixinədək ümumilikdə 302.784,13 manat ödəniş aparılmışdır.

43. Məhkəmə kollegiyası iddia ərizəsinin bundan cəmi 5 ay sonra verildiyini (2022-ci il 26 dekabr) nəzərə alaraq cavab dehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasına dair mövqeni, habelə cərimənin artmasında iddiaçının təqsirinin olmasına dair mövqeni (apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin həmin mövqeyini yanlış saymamış, beləliklə də onunla razılaşmışdır) əsassız hesab edir.

44. Həmçinin hazırda məhkəmənin tutduğu cərimənin həcmi (20.000 manat) təmin olunan əsas borcun (1.995.296,48 manat) cəmi 1%-ni təşkil edir ki, bu da məhkəmə kollegiyasının mövqeyinə görə, MM-in 467-ci maddəsinin (bax § 29) tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından kreditorun əmlak mənafelərinə uyğun hesab edilə bilməz.

45. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 217.1-ci maddəsinə (b ax § 30) zidd olaraq əsassız qətnamə qəbul etmişdir.

46. Odur ki, kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 may tarixli 2-2(107)-1/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.

47. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, yuxarıda əks olunan mövqelərə uyğun olaraq iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

48. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 may tarixli 2-2(107)-1/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxı lmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar