Məhkəmə qərarları › İş №2-2(102)-53/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-53/2019

30.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-53/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “Ümüd” müəssisəsi Cavabdeh4-yə, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili Cavabdeh3 iştirakı ilə İddiaçı “Ümüd” müəssisəsinin Cavabdeh4-yə, Cavabdeh2 və Cavabdeh1 qarşı icarə haqqının tutulması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair Bakı A pellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-466/2018 saylı iş üzrə 19 sentyabr 2018ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Ümüd” müəssisəsi cavabdehlər Cavabdeh4-yə, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək08.06.2012-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh1 01.10.2016-cı il tarixdən 08.06.2017-ci il tarixədək olan icarə haqqı borcu 22.400 manat pulun tutularaq "Ümüd" müəssisəsinə verilməsi, cavabdehlərdən ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsini qanunsuz olaraq zəbt etmələri ilə əlaqədar vurulmuş zərərin (əldən çıxmış fayda və işgüzar nüfuzun ) əvəzi kimi hər bir cavabdehdən 5.000 manat olmaqla, cəmi 15.000 manat pulun müştərək qaydada tutularaq "Ümüd" müəssisəsinə verilməsi, Cavabdeh1 və Cavabdeh2 məxsus "Toshiba" markalı 10 ədəd kondinsionerin (3 ədəd kondisioner pultu), 61 ədəd asma işiqların, 26 ədəd videokameranın, 6 ədəd böyük divanın, 15 ədəd kiçik kreslonun, 3 ədəd dairəvi stolun (jurnal stolu) və 9 ədəd kvadrat stolun ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-61/2018 saylı, 27 aprel 2018-ci il tarixli qətnaməsi (hakim - R.L.Kərimli) ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-466/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və C.A.Yusifov) iddiaçı “Ümüd” müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2-2(82)-61/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək həmin qətnaməni ləğv edib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, cavabdehlərdən Cavabdeh1 ilə notarial qaydada bağlanmış 08.06.2012-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanda yerlə şən on mərtəbəli binanın birinci mərtəbəsindəki sahəsi 438,3 kv.m olan qeyri yaşayış sahəsindən 368,3 kv.m-lik hissəsi Cavabdeh1 5 il müddətinə, ayda 800 manat icarə haqqı ödənilməsi şərti ilə icarəyə verilmişdir. Cavabdeh1 bir müddət müqavilənin şərtlərinə əməl etsə də, sonradan 01.01.2016-cı il tarixdən icarə haqqını ödəməkdən yayınmış, aralarında məhkəmə mübahisəsi yaranmışdır. 08.06.2012-ci il tarixli icarə müqaviləsinin müddəti 08.06.2017-ci il tarixdə bitmişdir. Hal-hazırda Cavabdeh1 01.l0.2016-cı il tarixdən 08.06.2017-ci il tarixədək olan icarə haqqı borcu 22.400 manat təşkil edir. Cavabdehə rəsmi qaydada və eləcə də şifahi olaraq öhdəliklərini icra etmək təklif olunsa da, icarə haqqı ödənilməmiş almış, əmlakın təhvil verilməsi təmin edilməmişdir. İcarə müqaviləsinin nüddəti bitd ikdən sonra cavabdehlərdən Cavabdeh2 heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus obyektin qapısına vurulmuş qıfılı qıraraq özbaşınalıq etmiş, həmin obyektə girmiş və oradan çıxmamışdır. Bu barədə hüquq mühafizə orqanlarına müraciət edilmiş, müəyyən olunmuşdur ki, Cavabdeh2 heç bir hüquqi əsası olmadan Cavabdeh4 ilə müqavilə bağlayaraq ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyektinə daxil olmuş və burada 24 saat "oturan" mühafizəçi təyin etdirmişdir. Cavabdeh4" MMC Cavabdeh2 mülkiyyətçi olmadığını və "Ümüd" müəssisəsinin həmin obyektin mühafizə ilə təmin olunmasına zərurətin olmadığı barədə xəbərdarlıqlarının bilə-bilə qeyd edilən qanunsuzluğa yol vermiş və iddiaçıya maddi ziyan vurmaqla yanaşı, eləcə də işgüzar nüfuzuna xələl gətirmişdir. Eyni zamanda, müəssisəyə məxsus obyektdə Cavabdeh 1 və Cavabdeh2 məxsus "X3 RAS 24 SKHP-E- 45-45" markalı 8 ədəd kondinsioner, "X3 RAS 18 5KHP-E1- 45-45" markalı 1 ədəd kondinsioner, "X3 RAS 24 SKHP-R1- 45-45" markalı 1 ədəd kondinsioner, qara rəngli fırlanan dəri kreslo, stol dəsti - 1 böyük, 1 orta, 2 kiçik ölçülü (tumba tipli), 1 qarderob, 1 ədəd LG 32LK451 markalı televizor, 1 ədəd Panasonic KX-T7730X markalı telefon, 1 ədəd 10 gözlü şkaf, 1 ədəd 70x105 sm ölçüdə güzgü, 1 ədəd asılqan (5 paltar yerlik), 1 ədəd aspiratorlu şkaf və alt hissəsi, 1 ədəd 2 gözlü şkaf (divar), 1 ədəd oturacaq tipli kreslo, 1 ədəd oturacaq (yumşaq), 1 ədəd rəqəmli videoyazıcı (DVR) və Karaoke AMPLİFİER, 1 ədəd dəmir seyf, 1 ədəd 8 pilləli pilləkən, 1 ədəd girişdəki kamera, 0,7x1 metr ölçülü 3 ədəd stol, 70x70 sm ölçülü 5 ədəd stol, 15 ədəd kreslo-stul (süni dəridən tək nəfərlik), 6 ədəd kreslo-stul (süni dəridən iki nəfərlik), 1 ədəd balaca şkaf, 2 ədəd dəyirmi masa, 1 ədəd LG markalı mikrodalğalı soba, 1 dəst - dönər aparatı, qızdırıcı aparat, nerjavika şkaf, dönər aparatının və mikrodalğalı sobanın altında olan şkaf, spirallı soba nerj, fırın, böyük manqal, 1 ədəd şüşəli soyuducu, 1 ədəd Uğur (USS374DTKL) markalı soyuducu, 1 ədəd 2 gözlü elektrik sobası, 1 ədəd nerj materialdan stol üstü, 1 ədəd nətbəx mebeli (2 yumaq yeri), 1 ədəd 60x90 sm ölçülü taxta stol, 1 ədəd divarda yığılmış 2 taylı şkaf, 3 ədəd tavanda spot tipli kalonka, 10 ədəd qlobal narkalanma yazısı olan sensor qurğu, 13 ədəd şüşə görüntülü kamera, 1 ədəd sadə kamera, 2 ədəd 27 X auto Pocus kamera istifadəsiz vəziyyətdə qalmışdır. Həmin əşyaların da rəsmi qaydada və eləcə də, şifahi olaraq götürülməsi təklif olunsa da bugünə kimi əmlaklar götürülməmişdir. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlayarkən (ödənilməmiş icarə haqqı hissəsində) hesab etmişdir ki, Cavabdeh1 ilə notarial qaydada bağlanmış 08.06.2012-ci il tarixli icarə müqaviləsi formal olaraq digər bir müqavilənin pərdələmək üçün bağlanmış əqdir və etibarsızdır. İş materiallarında olan digər iki əlyazma icarə müqavilələri (10.01.2012-ci il tarixli və sentyabr 2012-ci il tarixli), hansı ki, əslləri və ya notarial təsdiq edilmiş surətləri iş materiallarında yoxdur, tərəflər arasındakı əsl münasibətləri tənzimləyir, buna görə də, 08.06.2012-ci il tarixli icarə müqaviləsi əhəmiyyətsiz əqd kimi h üquqi nəticəyə malik deyildir. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh1 ilə notarial qaydada bağlanmış 08.06.2012-ci il tarixli icarə müqaviləsinə əsasən "Ümüd" müəssisəsi ünvan 2 ünvanda yerləşən on mərtəbəli binanın birinci mərtəbəsindəki sahəsi 438,3 kv.m olan qeyri-yaşayış sahəsindən 368,3 kv.m-lik hissəsi Cavabdeh1 5 il müddətinə ayda 2.800 manat icarə haqqı ödənilməsi şərti ilə icarəyə verilmişdir. Məhz həmin müqavilə əsasında Cavabdeh1 ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Lokal Vergilər Departamentinə müraciət edərək vergi ödəyicisi kimi uçota alınmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bir müddətdən sonra cavabdehin xahişi ilə (müqaviləni vergiyə orqanına verdiklərini və başqa nüsxəsinin qalmadığını bildirməklə) 14.08.2012-ci il tarixdə ey ni əsaslarla "Ümüd" müəssisəsinə aidiyyəti olmayan (yəni "Ümüd" müəssisəsinin tərəf olmadığı) yeni müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər "Ümüd" müəssisəsi deyil, Araz Əliyev və Cavabdeh1 olmuşlar. Bu isə "Ümüd" müəssisəsi üzərində heç bir öhdəlik yarada bilməzdi. Belə ki, Araz Əliyev "Ümüd" müəssisəsi tərəfindən ona verilmiş etibarnamədən mülki qanunvericilikdə nəzərədə tutulmuş imperativ normalardan kənara çıxaraq "Ümüd" müəssisəsinin mülkiyyətində olan əmlak barəsində öz adından əqd bağlamışdır. Bu isə mülki qanunvericiliyin tələblərinə ziddir, bu səbəbdən də 14.08.2012-ci il tarixli müqavilə "Ümüd" müəssisəsi üzərində heç bir vəzifə yarada bilməz. İş materiallarına əlavə edilmiş digər iki əlyazma icarə müqavilələrinin isə ümumiyyətlə "Ümüd" müəssisəsinə aidiyyəti yoxdur, bu müqavilələrin əsli olmadığından, surətçoxaltma aparatı vasitəsi ilə hazırlanmış müqavilələr kimi sübut əhəmiyyət kəsb edə bilməz. Yenə eyni qaydada həmin müqavilələr (əsilləri olmasa da fərz etsək ki, doğurdan da belə müqavilələr mövcuddur) "Ümüd" müəssisəsinə aidiyyəti olmayan, onun tərəf olmadığı müqavilələrdir ki, bu da iddiaçı üzərində öhdəlik yarada bilməz. Birinci instansiya məhkəməsi hansısa absurd "hüquqi mövqeyə və daxili inama" əsaslanaraq, əsli mövcud olmayan, "Ümüd" müəssisəsinin tərəfi olmadığı müqaviləyə (10 yanvar 2012-ci il tarixli və sentyabr 2012-ci il tarixli) "Ümüd" müəssisəsi üçün hüquq və vəzifə yaradan müqavilə "don"u geyindirmiş və heç bir hüquqi əsası olmadan belə qənaətə gəlmişdir ki, 10 yanvar 2012-ci il tarixli müqavilənin tərəfi olmuş Cavabdeh2 həqiqətən də icarəçi olmuş, baxmayaraq ki, "Ümüd" müəssisəsi 10 yanvar 2012-ci il tarixli müqavilənin tərəfi deyil, əslində həmin müqavilə "Ümüd" müəssisəsinin həqiqi iradəsini ifadə etmiş, sonrakı bütün müqavilələr, eləcə də 08.06.2012-ci il tarixli icarə müqaviləsi əhəmiyyətsiz xarakter daşımışdır, apellyasiya instansiya məhkəməsi isə heç bir araşdırma aparmadan, tam mübahisəli işi hətta tərəflərə sual belə ünvanlamadan bir iclasa tələsik qərar qəbul etmişdir. Məhkəmə kollegiyası bir şeyi nəzərə almamışdır ki, onun əhəmiyyətsiz əqd kimi yanaşdığı Cavabdeh1 ilə notarial qaydada bağlanmış məhz 08.06.2012-ci il tarixli icarə müqaviləsi əsasında Cavabdeh1 ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Lokal Vergilər Departamentinə müraciət edərək vergi ödəyicisi kimi uçota alınmış, sahibka rlıq fəaliyyəti ilə məşğul olmuşdur. Əgər həqiqətən də həmin müqavilə Cavabdeh1 iradə ifadəsi deyildirsə, əslində qeyri-yaşayış sahəsi Cavabdeh2la bağlanmış, əsli olmayan mübahisəli, “Ümüd” müəssisəsinin tərəfi olmadığı 10 yanvar 2012-ci il tarixli müqavilə əsasında icarəyə verilmişdirsə, onda hansı səbəbdən vergi ödəyicisi kimi uçota alınarkən və sahibkarlıq fəaliyyəti ilə məşğul olunarkən məhz 08.06.2012-ci il tarixli icarə müqaviləsinə istinad olunmuşdur? Həmçinin qətnamədə qeyd edilmişdir ki, "Ümüd" müəssisəsi tərəfindən 25.200 manat icarə haqqının ödənilməli olması barədə əsaslandırma mövcud deyil, hər hansı bir ciddi uçot sənədi təqdim edilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçının üzərinə icarə haqlarının ödənilməməsi barədə sübutlar təqdim etmək vəzifəsi dü şür. Cavabdeh tərəf idda edir ki, 2016-cı ilin yanvar ayından hazıradək icarə haqları ödənilib, bu nəğd qaydada edilib və heç təsdiqedici sənəd (qəbz) alınmayıb. Nəzərinizə çatdırırıq ki, tərəflər arasında ("Ümüd" müəssisəsi, Cavabdeh2 və Cavabdeh1) 2015-ci ildən icarə haqlarının ödənilməməsi barədə məhkəmə mübahisələri gedir və bu, hal-hazırda da davam edir. Tərəflərin münasibətlərin gərgin olduğu bir dövrdə, yəni yanvar 2016, iyun 2017-ci illərdə (hansı ki, həmin dövrdə də məhkəmə prosesləri olub və mübahisə məhz icarə haqqının ödənilməməsi barəsindədir) icarə haqlarının cavabdeh tərəfindən nəğd qaydada, heç bir qəbz alınmadan ödənilməsi tam məntiqsizdir, həqiqi münasibətləri ifadə etmir. Təbii ki, tərəflər arasında mübahisə olan bir dövrdə bir tərəfin digər tərəfə heç bir qəbz almadan p ulu ödəməsi tam absurddur. Halbuki, qanuvericiliyin tələblərinə görə sübutetmə yükünü eyni zamanda cavabdeh də daşıyır, cavabdeh icarə haqları üzrə ödəniş etdiyini bildirirsə, iqtisadi subyekt kimi ödənişin edilməsi barədə sənədlər təqdim etməklə bunu sübut etməlidir. Odur ki, ödənilməmiş icarə haqqını tələb etməkdə iddiaçı tam haqlı olmuş, aşağı instansiya məhkəmələri isə düzgün maddi normalara istnad etmədiyindən, şəxsi mülahizələr əsasında qanunsuz qətnamə qəbul etmişdir. Eləcə də, məhkəmə iddianı vurulmuş maddi ziyan və mülkiyyətə maneə yaradan əmlakların çıxarılması hissəsində rədd edərkən belə hesab edilmişdir ki, vurulmuş ziyanla bağlı (əldən çıxmış fayda və işgüzar nüfuza vurulan ziyan) tələb əsaslandırılmamışdır, həmçinin obyektdə olan əşyaların çıxarılması öhdəliyi cavabdehlərin üzərinə qoyula bilməz. Nəzərə almaq lazımdır ki, qeyri-yaşayış sahəsinin hər üç cavabdeh tərəfindən icarə müqaviləsinin müddəti bitdikdən sonra, yəni 08.06.2017-ci il tarixdən sonra 2 ay qeyri-qanuni əldə saxlamaları, "zəbt" etmələri, həmin obyektə dair müqavilə imzalamaları, obyekti ən azından həmin iki aylıq müddətdə icarəyə verilməklə iddiaçını əldə edə biləcəyi gəlirdən məhrum etmiş, həmçinin işə hüquq mühafizə orqanlarının qarşıması, əsassız mübahisələr "Ümüd" müəssisəsinin işgüzar nüfuzuna mənfi təsir göstərmişdir. Bu baxımdan da iddianı həmin hissədə əsasız hesab etməkdə aşağı instansiya məhkəmələri haqlı olmamışlar. Eyni zamanda, məhkəmə kollegiyası mülkiyyətə maneə yaradan əmlakların çıxarılması hissəsində iddianı rədd edərkən də haqlı olmamışdır. Belə ki, məhkəmə kollegiyası he sab etmişdir ki, "obyektə quraşdırılmış avadanlıq və mebellərin çıxarılması öhdəliyi cavabdehlərin üzərinə qoyula bilməz. Çünki icarəçinin çəkdiyi bütün xərcləri ödənilməsini tələb etmək hüququ vardır". Təbii ki, iddianın bu hissəsində məhkəmənin gəldiyi nəticə heç bir halda hüquq normalarına əsaslanmır və qanunsuzdur. Çünki, mülki qanunvericiliyin tələblərinə görə icarəçi tərəfindən icarəyə verənə məxsus əmlak edilmiş, əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırma (əlavə edilmiş avadanlıqlar və qurğular) icarəçiyə məxsusdur və həmin əşyaları götürmək icarəçinin hüququdur. Müvafiq halda iddiaçının mülkiyyətindəki qeyri-yaşayış sahəsində olan əmlaklar (hansı ki, çıxarılması tələb olunub) əmlaka zərər vurmadan, tamlığı pozulmadan ondan ayrıla bilən əşyalardır, onun iddiaçıya heç bir aidiyyəti yoxdur və iddiaçı həmin əşyalardan istifadə etməkdə maraqlı deyildir. Belə olan halda həmin əşyaların obyektdə qalması və icarəyə verənə onun dəyərinin ödətdirilməsi heç bir normaya və məntiqə sığmır. Cavabdehlər tərəfindən iddiaçıya məxsus obyektdə əşyalarının saxlanılması iddiaçının mənafeyini və hüquqlarını pozur, cavabdehlərə münasibətdə isə qadağan edilmiş özbaşınalıqdır. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehlərin vəkili şikayətin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər Cavabde h4 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Kollegiya onun iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən ünvan 3 ünvanında yerləşən 438.3 kv.m qeyri-yaşayış sahəsi “Ümüd” müəssisəsi tərəfindən satın alınmış və 13.03.2001-ci il tarixdə müəssisəyə mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamə verilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı iş materiallarında aşağıdakı müqavilələr mövcuddur: 1) X4 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 22 ünvanda yerləşən 400 kv.m qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 7500 manat olmaqla icarəyə verilməsi barədə 10.01.2012-ci il tarixli icarə müqaviləsi; 2) X4 ilə Cavabdeh2 arasında həmin ünvanda 70 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 2012-ci ilin sentyabrında (müqavilənin bağlanma tarixi göstərilməyib) bağlanmış icarə müqaviləsi; 3) “Ümüd” müəss isəsinin təsisçisi X1 adından Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 16.10.2009-cu il tarixli 7-e-61/22215 nömrəli etibarnamə əsasında “icarəyə verən” qismində çıxış edən X4 ilə “icarəçi” Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən onmərtəbəli binanın 1-ci mərtəbəsində sahəsi 438.3 kv.m olan qeyri-yaşayış sahəsinin 368.3 kv.m hissəsinin, müqavilə notarial qaydada təsdiq olunduğu gündən 5 il müddətinə icarəçiyə icarəyə verilməsi barədə 08.06.2012-ci il tarixli müqavilə. Hazırkı işdə iddiaçı üç tələb irəli sürmüşdür: - Cavabdeh1 01.10.2016-cı il tarixdən 08.06.2017-ci il tarixədək olan icarə haqqı üzrə 22.400 manat borcun tutularaq ona ödənilməsi; - əldən çıxmış faydaya və işgüzar nüfuza vurulmuş ziyana görə cavabdehlərin hər birindən 5.000 manat olmaqla ümumilik də 15.000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi; - cavabdehlərə məxsus avadanlıq və mebel hissələrinin onaa məxsus qeyri-yaşayış sahəsindən çıxarılması. İddia tələbinin birinci hissəsi üzrə özünün mövqeyini apellyasiya məhkəməsi onunla əsaslandırmışdır ki, “Ümid” müəssisəsinin vəkalətnaməsi əsasında çıxış edən şəxslə (X4 ilə) və Cavabdeh1 arasında bağlanmış 08.06.2012-ci il tarixli müqavilə 10.01.2012-ci il tarixdə bağlanmış icarə müqaviləsini pərdələmək üçün bağlanmış yalan əqd kimi qiymətləndirilməlidir. X2 “Ümid” müəssisəsinin etibarnaməsi əsasında müvafiq daşınmaz əmlakın idarəçisi kimi Cavabdeh1 ilə icarə müqaviləsini bağlaması belə deməyə əsas verir ki, tərəflər arasındakı əsl münasibətlər 10.01.2012-ci il tarixli və 2012-ci ilin sentyabr ayında bağlanmış müqavilələr əsasında qurulmuşdur. Çünki, iddiaçı hüquqi şəxsdir və o, fəaliyyəti dövründə uçot sənədlərinin aparılması və saxlanılması təmin etməlidir. İddia ərizəsində 08.06.2012-ci il tarixli müqavilə üzrə bir müddət icarə haqqının ödənildiyi bildirilsə də, bu halı təsdiqləyən uçot sənədlərinin təqdim edilməməsi həmin müqavilənin əhəmiyyətli qəbul olunmaması mövqeyi formalaşdırır. Həm də nəzərə alınmalıdır ki, icarə haqqının az göstərildiyi 08.06.2012-ci il tarixli müqavilə notarial qaydada bağlanmış olsa da, 2012-ci ilin sentyabr ayında əmlakın digər hissəsinə müqavilənin X4 tərəfindən yenidən həmin icarəçi ilə bağlanması icarə münasibətlərinin 10.01.2012-ci ildən başlandığını və bu münasibətlərin 08.06.2012-ci il tarixli müqavilə üzrə formallığını göstərir. Fərqli icarə haqları üzrə büdcəyə vergi ödənişlə ri də fərqlidir. Odur ki, 08.06.2012-ci il tarixli müqavilə əhəmiyyətsiz əqd kimi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (maddə 340.2). Odur ki, 08.06.2012-ci il tarixli icarə müqaviləsi üzrə icarə haqqının tələb olunması əsassızdır. Kollegiya aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin sözügedən mövqeyini qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1 və 89.3 maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Kollegiya ilk növbədə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən sözügedən normaların tələblərinə riayət edilməmişdir. Belə ki, məhkəmə 08.06.2012-ci il tarixli, 10.01.2012-ci il tarixl i və sentyabr 2012-ci ilin tarixli icarə müqavilələrinin əsillərinin və ya lazımi qaydada təsdiq olunmuş surətlərinin iş materiallarında olmamasına ümumiyyətlə əhəmiyyət verməmiş, düzgün olmaraq kserosurət müqavilələrə mötəbər sübutlar kimi istinad etmişdir. Halbuki, həmin sənədlərin yalnız əsilləri və ya lazımi qaydada təsdiq edilmiş surətləri sübut kimi qəbul edilib qiymətləndirilə bilər. Odur ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə tərəflərə həmin müqavilələrin əsillərini və ya lazımi qaydada təsdiq edilmiş surətlərini təqdim etməyi təklif etməlidir. 08.06.2012-ci il tarixli müqavilə isə notariat qaydasında bağlanıldığı üçün notariat orqanına sorğu edilməklə həmin müqavilə əldə edilə bilər. Məhkəmə yalnız müvafiq sübut dəyəri daşıdıqları halda həmin müqavilələrdən çıxış etməklə tər əflərin münasibətlərinə və onlardan irəli gələn öhdəliklərin yaranıb-yaranmadığına qiymət verməlidir. Yuxarıda da qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 08.06.2012-ci il tarixli müqavilə 10.01.2012-ci il tarixdə bağlanmış icarə müqaviləsini pərdələmək üçün bağlanmış yalan əqd kimi qiymətləndirilməlidir, tərəflər arasındakı əsl münasibətlər 10.01.2012-ci il tarixli və 2012-ci ilin sentyabr ayında bağlanmış müqavilələr əsasında qurulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi 10.01.2012-ci il tarixli və sentyabr 2012-ci ilin tarixli icarə müqavilələrini etibarlı əqd kimi qiymətləndirərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, Cavabdeh2 iddia ərizəsində qeyri-yaşayış sahəsinin 400 kv.m hissəsinə görə aylıq icarə haqqı 7.500 manat və 70 kv.m hissəsinə görə aylıq icarə haqqı 2.000 manat olmaqla Araz Əliyevə 4 il ərzində ümumilikdə 456.000 manat icarə haqqı ödədiyini bildirsə də, iş materiallarına icarə haqqının ödənilməsi barədə sübut əlavə edilməmiş və məhkəmələr bu hala aydınlıq gətirməmişlər. Bundan əlavə, Cavabdeh2 fərdi sahibkar olaraq icarəyə götürdüyü sahədə 04 il müddətdə fəaliyyət göstərdiyini bildirsə də, bu barədə vergi orqanında məlumatın qeydə alınıb-alınmadığı məhkəmələr tərəfindən araşdırılmamışdır. Ümumiyyətlə, həmin qeyri-yaşayış sahəsində 2012-ci ilin yanvar ayından iddia qaldırılan vaxtadək vergi ödəyicisi kimi kimlərin fəaliyyətinin qeydə alınması ilə bağlı vergi orqanına sorğu verilməmiş, apelyasiya instansiyası məhkəməsi bu hala aydınlıq gətirməmişdir. Halbuki, iddiaçı həm birinci instans iya məhkəməsində, həm də apellyasiya şikayətində bildirmişdir ki, Cavabdeh1 onunla notarial qaydada bağlanmış 08.06.2012-ci il tarixli icarə müqaviləsinə əsasən ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Lokal Vergilər Departamentinə müraciət edərək vergi ödəyicisi kimi uçota alınmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Bu normanın hazırkı işə tətbiqi ilə bağlı olaraq qeyd edilməlidir ki, hər hansı əqdə yalan əqd kimi yanaşa bilmək üçün onun başqa əqdi pərdələmək məqsədilə bağlanıldığı müəyyən edi lməlidir. Bu halda, hər iki əqdin tərəfləri eyni olmalı, eləcə də tərəflərin başqa əqdi pərdələmək məqsədlərinin mövcudluğu mötəbər sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı işin halları baxımından məhkəmə bu qaydada araşdırma aparmamışdır. Əvvəla, iş materiallarında 10.01.2012-ci il tarixli və 2012-ci ilin sentyabr ayında bağlanmış müqavilələrin əsilləri və ya lazımi qaydada təsdiqlənmiş surətləri olmadığı üçün həmin müqavilələrin etibarlılığının özü ciddi şübhə altındadır və tərəflər arasındakı əsl münasibətlərin məhz onların əsasında qurulduğu ilə bağlı nəticəyə gələ bilmək üçün həm formal (müqavilələrin mövcudluğu), həm də maddi (bunun mötəbər sübutlarla təsdiq olunması) əsaslar mövcud deyildir. Digər tərəfdən sözügedən müqavilələrin tərəfləri də fərqli şəxslərdirlər. Tərəfləri fərq li olan, biri notariat qaydasında, digərləri isə sadə yazılı formada bağlanılmış əqdlər arasında münasibətləri pərdələmək niyyətini apellyasiya məhkəməsinin hansı qaydada müəyyən etdiyi qeyri-müəyyəndir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə ilk növbədə hər bir müqavilənin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini əldə edərək tədqiq etməli, tərəflər arasındakı münasibətlərin məhz hansı müqavilə(lər) üzrə yarandığını mötəbər sübutlara istinadla dəqiq müəyyən etməli, yalnız bundan sonra həmin müqavilə(lər)nin şərtlərini və qanunvericiliyin əlaqədar normalarını tətbiq etməklə mübahisəni həll etməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının k assasiya şikayəti təmin edilsin. Prosessual Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-466/2018 saylı iş üzrə 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunsun. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar