Məhkəmə qərarları › İş №2-2(102)-530/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-530/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-530/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 qarşı iş üzrə QƏRAR 2-2(102)-530/2023 Açar sözlər: qarantiya müqaviləsi, prinsipal, benefisiar, komissiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyun tarixli, 2-2(103)-508/2023 saylı qətnaməsindən i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 2019-cu il 4 dekabr tarixdə CR/552 saylı, 2019-cu il 4 dekabr tarixdə CR/553 saylı və 2019-cu il 4 dekabr tarixdə CR/554 saylı qarantiya müqavilələri bağlanmışdır. Müqavilələr hər iki tərəfin səlahiyyətli şəxsinin imzası və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh1 MMC və Cavabdeh2 arasında 2019-cu il 4 dekabr tarixli CR/552 saylı, 2019cu il 4 dekabr tarixli CR/553 saylı qarantiya müqavilələri üzrə eyni tarixli Zaminlik müqavilələri bağlanmışdır.

2. Hazırkı mübahisə məhz 2 ədəd yəni, 2019-cu il 4 dekabr tarixli CR/552 saylı, 2019cu il 4 dekabr tarixli CR/553 saylı qarantiya müqavilələri ilə bağlıdır. 3. 2019-cu il 4 dekabr tarixli CR/552 saylı qarantiya müqaviləsinə əsasən Bank Prinsipialın (Cavabdeh1 MMC) xahişi ilə, “Sammi Construction CO.” LTD-nin (benefisiar) xeyrinə 59.316,41 ABŞ dolları məbləğində qarantiya təqdim edir. Müqavilənin 2.1-ci bəndinə əsasən qarantiya 2019-cu il 4 dekabr tarixdən 2021-ci il 24 aprel tarxinədək təqdim edilir. Müqavilənin 2.8-ci bəndinə əsasən prinsipial Banka qarantiyanın tam məbləğindən illik 1,5% ölçüsündə komissiya ödəməlidir.

4. Digər 2019-cu il 4 dekabr tarixli CR/553 saylı qarantiya müqaviləsinə əsasən Bank Prinsipialın (Cavabdeh1 MMC) xahişi ilə, “Sammi Construction CO.” LTD-nin (benefisiar) xeyrinə 248.949,10 ABŞ dolları məbləğində qarantiya təqdim edir. Müqavilənin 2.1-ci bəndinə əsasən qarantiya 2019-cu il 4 dekabr tarixdən 2021-ci il 24 aprel tarxinədək təqdim edilir. Müqavilənin 2.8-ci bəndinə əsasən prinsipial Banka qarantiyanın tam məbləğindən illik 1,5% ölçüsündə komissiya ödəməlidir.

5. Cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, Cavabdeh1 MMC tərəfindən Banka 2019-cu il 5 dekabr tarixdə 9.004 ABŞ dolları, 2020-ci il 9 yanvar tarixdə isə 6.760 ABŞ dolları məbləğində, cəmi 15.764 ABŞ dolları məbləğində pul mədaxil edilmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 Məhdud Məhsuliyyətli Cəmiyyəti və Cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 8.402 ABŞ dolları, bundan CR/552 saylı qarantiya müqaviləsi üzrə cəmi 1.617 ABŞ dolları faiz borcu və CR/553 saylı qarantiya müqaviləsi üzrə cəmi 6.785 ABŞ dolları faiz borcunun cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış CR/552 №-li, 2019-cu il 4 dekabr tarixli Qarantiya müqaviləsinə əsasən, Bank Prinsipialın xahişi ilə, “Sammi Construction CO.” LTD-nin xeyrinə 59.316,41 ABŞ dolları və CR/553 №-li, 2019-cu il 4 dekabr tarixli Qarantiya müqaviləsinə əsasən, 248.949,10 ABŞ dolları məbləğində qarantiya təqdim edilmişdir. Bu müqavilənin 2.1-ci bəndinə əsasən, qarantiya 2019-cu il 4 dekabr tarixindən 2021-ci il 24 aprel tarixinədək təqdim edilir. Benefisiarın xeyrinə B ankın vəsaiti hesabına ödənişin həyata keçirildiyi gündən qarantiya üzrə ödəmə zamanı yaranmış borc tam ödənilənədək ödənilmiş məbləğə illik 50% (əlli faiz) hesablamaq hüququna malikdir. Həmçinin, Prinsipial Banka qarantiyanın tam məbləğindən illik 1.5% ölçüsündə komissiya ödəyir. Cavabdeh1 MMC-yə qarantiya təqdim edilərkən Cavabdeh2 ilə iddiaçı arasında 2019-cu il 4 dekabr tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında Prinsipial ilə birlikdə məsuliyyət daşıyırlar. Qarantiya müqaviləsinin 3.1-ci bəndinə əsasən Prinsipial bu müqavilə üzrə Benifisiarın xeyrinə və onun hesabına ödəniş məbləğlərinin Banka qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və qa rantiyanın bütün məbləğinin, qarantiyadan istifadəyə görə müqavilənin 2.8 və 3.3.2-ci bəndinə uyğun olaraq faizlərin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi üçün cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********165 və **********168 saylı, 2022-ci il 27 yanvar tarixli xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 448.1, 478.1, 42 7.3, 445.7, 470.1, 472.2, 474.2, 465, 449.1, 449.4-cü maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5, 3.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddəsinə istinad etmişdir.

9. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-471/2023 saylı, 2023-cü il 6 mart tarixli qətnaməsi ilə iddiaçının cavabdehlərə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir (hakim – K.Hüseynov).

11. Məhkəmə həmçinin mübahisə predmeti olmasa da, qeyd etmişdir ki, tərəflər arasında bağlanmış olan digər 2019-cu il 4 dekabr tarixli CR/553 saylı qarantiya müqaviləsində 232.000 ABŞ dolları qarantiya məbləğinə konkret olaraq 2.581,10 ABŞ dolları birdəfəlik komissiya nəzərdə tutulmuşdur.

12. Həmçinin işin müəyyən olunmuş və mübahisələndirilməyən digər halı ondan ibarətdir ki, Bank tərəfindən benefisiar təmin edilməmiş və qarantiya məbləğindən istifadə olunmamışdır.

13. Hazırda məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçı tərəf CR/552 və CR/553 saylı qarantiya müqavilələri üzrə iddia ərizəsində tələb edilən pulun faiz borcu kimi göstərilsə də, illik 1,5% komissiya haqqı nəzərdə tutulduğunu və sadalanmış 2 müqavilə üzrə komissiya haqqının ödənilmədiyini bildirmiş və 2019-cu il 4 dekabr tarixli CR/553 saylı qarantiya müqaviləsi üzrə nəzərdə tutulmuş 2.581,10 ABŞ dolları birdəfəlik komissiyanın ödənildiyini qeyd etmişdir.

14. Cavabdeh tərəf isə buna etiraz olara q, bütün müqavilələr üzrə komissiya haqlarının tam ödənildiyini və Bank qarşısında heç bir öhdəliklərinin qalmadığını, hətta tələb olunan puldan da artıq məbləğ ödənildiyini qeyd etmişdir. Həmçinin də, Bankla sadalanmış qarantiya müqavilələrindən başqa heç bir müqavilə bağlanmadığını bildirmişdir.

15. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının hesabdan çıxarışından görünür ki, Cavabdeh1 MMC tərəfindən Banka 2019-cu il 5 dekabr tarixdə 6.004 ABŞ dolları, 2020-ci il 9 yanvar tarixdə isə 6.760 ABŞ dolları məbləğində pul yəni, cəmi 15.764 ABŞ dolları məbləğində pul mədaxil edilmişdir. Bu baxımdan da, mübahisənin həlli üçün qarantiya müqavilələri üzrə komissiya haqları hesablanmalıdır. 16. 2019-cu il 5 dekabr tarixli, CR/552 saylı qarantiya müqaviləsinin məbləğinin 59.316,41 ABŞ dolları, müd dətinin isə 2021-ci il 24 aprel tarixdə bitməsi nəzərə alındığında görünür ki, qarantiya 16 ay müddətinə verilmişdir. Belə olan halda bu müddət üçün komissiya haqqı (yəni muzd) 1.186,32 ABŞ dolları (59.316,41x1.5/100=889,746 (illik komissiya haqqı), 889,746/12=74,145 (aylıq komissiya haqqı), 74,145x16=1.186,32 (16 aylıq komissiya haqqı)) təşkil edir.

17. Digər 2019-cu il 5 dekabr tarixli, CR/553 saylı qarantiya müqaviləsinin məbləğinin 248.949,10 ABŞ dolları, müddətinin isə 2021-ci il 24 aprel tarixdə bitməsi nəzərə alındığında görünür ki, qarantiya 16 ay müddətinə verilmişdir. Belə olan halda bu müddət üçün komissiya haqqı (yəni muzd) 4.978,98 ABŞ dolları (248.949,10x1.5/100=3.734,236 (illik komissiya haqqı), 3.734,236/12=311,186 (aylıq komissiya haqqı), 311,186x16=4.978,982 (16 aylıq kom issiya haqqı)) təşkil edir.

18. Göründüyü kimi, mübahisələndirilmiş CR/552 və CR/553 saylı qarantiya müqavilələri üzrə komissiya haqlarının (muzdun) cəmi 6.165,3 ABŞ dolları (1.186,32+4.978,982) təşkil edir.

19. Belə olan halda, hətta Bank tərəfindən mübahisələndirilməmiş, tərəflər arasında bağlanmış 2019-cu il 5 dekabr tarixli CR/554 saylı qarantiya müqaviləsində komissiya haqqının konkret olaraq 2.581,1 ABŞ dolları olması, mübahisələndirilən qarantiya müqavilələri üzrə isə cəmi 6.165,3 ABŞ dolları komissiya haqlarının olması nəzərə alındığında görünür ki, cavabdeh tərəfindən Banka cəmi 15.764 ABŞ dolları məbləğində pul ödənilməklə hətta bütün müqavilələr üzrə nəzərdə tutulmuş komissiya haqlarından da, artıq məbləğdə pul ödənilmişdir.

20. Məhkəmə mövqeyini MM-in 460.1, 478, 479.2, 480, 48 8.1, 488.1.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyun tarixli, 2-2(103)-508/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 6 mart tarixli e-2-2(113)-471/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

23. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisə qarantiya müqavilələri üzrə komissiya haqqının ödənilməsi ilə bağlıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edil miş mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında 2019-cu il 4 dekabr tarixdə CR/552 saylı, 2019-cu il 4 dekabr tarixdə CR/553 saylı və 2019-cu il 4 dekabr tarixdə CR/554 saylı qarantiya müqavilələri bağlanmışdır. Hər iki qarantiya müqaviləsi üzrə illik 1,5 faiz komissiya ödənilməsi nəzərdə tutulduğundan birinci instansiyası məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, 2019-cu il 4 dekabr tarixli CR/552 saylı qarantiya müqaviləsinə əsasən (təqdim edilmiş qarantiya məbləği 59.316,41 ABŞ dolları) illik komissiya haqqı 889,7 ABŞ dolları, 16 ay üçün 1186,32 ABŞ dolları, 2019-cu il 4 dekabr tarixli CR/553 saylı qarantiya müqaviləsinə əsasən (qarantiya məbləği 248.949,10 ABŞ dolları) illik komissiya haqqı 3734,2, 16 ay üçün 4978,98 ABŞ dolları təşkil edir. Ümumilikdə c avabdeh iddiaçıya 2 qarantiya müqaviləsi üzrə 6165,3 ABŞ dolları ödəniş etməli idi.

24. Cavabdeh1 MMC tərəfindən iddiaçıya 2019-cu il 5 dekabr tarixdə 9.004 ABŞ dolları, 2020-ci il 9 yanvar tarixdə isə 6.760 ABŞ dolları olmaqla, cəmi 15.764 ABŞ dolları məbləğində pul mədaxil edilmişdir. Qarantiya müqavilələrinin 3.3.3-cü bəndinə əsasən, prinsipial banka olan borcun istənilən məbləğini prinsipialın bankdakı hesabından akseptsiz qaydada silmək hüququ verdiyi halda iddiaçı ləğv edilənədək həmin məbləğləri qarantiya müqavilələri üzrə borc üzrə silməmiş və cavabdehə geri qaytarmamışdır.

25. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 MMC 2019-cu il 4 dekabr tarixli CR/552 saylı və CR/553 saylı qarantiya müqavilələri üzrə 6165,3 ABŞ dolları komissiya haqqının ödənilməsi öhdəliyini bank ləğv edildiyi tar ixədək icra etdiyindən (bankda olan hesaba mədaxil etməklə) və mədaxil edilmiş məbləğlər hal-hazıradək bankın sərəncamında olduğundan həmin borcun yenidən cavabdehdən tutulması barədə iddiaçının tələbi təmin edilə bilməz və cavabdehin hesabına mədaxil edilmiş vəsaitin bank ləğv edilənədək borc üzrə silinməməsinə görə məsuliyyət iddiaçının risk dairəsinə aid məsələ olduğundan və bankın hazırda ləğv prosesində olması ilə əlaqədar cavabdehin öz hesabına mədaxil etdiyi vəsaitin borc üzrə silinməsinin mümkün olmamasına görə cavabdeh məsuliyyət daşımadığından iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

26. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 448.1, 448.2, 460.1, 478, 479.2, 480-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Qətnamə 2023-cü il 19 iyun tarixdə iş üzrə tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmiş, iddiaçı 2023-cü il 9 avqust tarixdə kassasiya şikayəti verərək onun ləğv olunması və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 28. “Banklar haqqında” Qanunun 92-ci maddəsinin tələbləri pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 14 may tarixli, 2-3(103)132/2020 saylı qərarı ilə iddiaçı müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu iddiaçının Ləğvedicisi təyin edilmişdir. Qeyd olunan hüquqi faktın baş verməsi “Banklar haqqında” Qanunun 72-ci maddəsinin tələblərinə əsasən iddiaçıya qarşı bütün tələblərin yalnız iflas prosedurları çərçivəsində həyata ke çirilməsi mümkünlüyünü müəyyən etmişdir. Bu isə iddiaçıya qarşı kreditor tələblərin ödənilməsinin həmin qanunun 82.1-ci maddəsinə uyğun olaraq yalnız növbəlilik qaydasında mümkün olmasını müəyyən edir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar Haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarında qeyd olunmuşdur ki, müflis elan olunmuş bankın ləğv prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası...məhz “Banklar haqqında” Qanunun maddələrinin xüsusi təl əbləri çərçivəsində həyata keçirilir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qeyd olunan rəsmi mövqeyi ləğv prosesində olan banklarda saxlanılan pul vəsaitlərinin kredit borcu ilə əvəzləşdirilməsi yalnız “Banklar haqqında” Qanunun 82.1-ci maddəsinə uyğun olaraq növbəlilik qaydasında ödənilə bilər.

30. MPM-in 88.1, 106.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə cavabdehin təqdim etdiyi hesabdan çıxarışı nəzərə alarkən, sübut qismində rəsmi sənədlərə istinad etməmiş, həmçinin prosessual norma baxımından düzgün araşdırma aparmamışdır. Ərizəyə qiymət verərkən mülki işə səthi yanaşmışdır.

31. MPM-in 217-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə münasibət bildirərkən prosessual baxımdan da səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düz gün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.... “Maddə

478. Qarantiya anlayışı Qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalı n kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.” “Maddə

479. Prinsipialın öhdəliyinin qarantiya ilə təmin edilməsi... 479.2. Qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir....” “Maddə

480. Qarantiyanın əsas öhdəlikdən asılı olmaması Qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir.” “Maddə

488. Qarantiyaya xitam verilməsi 488.1. Qarantın benefisiar qarşısında qarantiya üzrə öhdəliyinə aşağıdakılarda xitam verilir:... 488.1.2. qarantiyada müəyyənləşdiri lmiş müddət qurtardıqda;...”

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə b axılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin olunmamalı, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyun tarixli, 2-2(103)-508/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı bank ilə cavabdeh MMC arasında 2019-cu il 4 dekabr tarixdə CR/552 saylı, 2019-cu il 4 dekabr tarixdə CR/553 saylı və 2019-cu il 4 dekabr tarixdə CR/554 saylı qarantiya müqavilələri bağlanmışdır. Hər iki qarantiya müqaviləsi üzrə illik 1,5 faiz komissiya ödənilməsi nəzərdə tutulmuş, apellyasiya məhkəməsi düzgün olaraq CR/552 saylı qarantiya müqaviləsinə əsasən illik komissiya haqqının 889,7 ABŞ dolları, 16 ay üçün 1186,32 ABŞ dolları, CR/553 saylı qarantiya müqaviləsinə əsasən illik komissiya haqqının 3734,2, 16 ay üçün 4978,98 ABŞ dolları təşkil etməsi nəticəsinə gəlmişdir.

40. Bununla yanaşı, işə birinci instansiya məhkəməsində baxılarkən 2023-cü il 20 fevral tarixli məhkəmə iclasında da iddiaçının nümayəndəsi cavabdehin banka qarantiyanın tam məbləğinin illik 1,5 faizi ölçüsündə komissiya ödəməli olduğunu, həmin məbləğin maliyyə arayışında “faiz” qismində göstərildiyini bildirmişdir (iş.v81).

41. Məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarına əsasən qeyd edir ki, cavabdeh iddiaçıya ümumilikdə 2 qarantiya müqaviləsi üzrə 6165,3 ABŞ dolları ödəniş etməli idi ki, 2019-cu il 5 dekabr tarixdə 9.004 ABŞ dolları, 2020-ci il 9 yanvar tarixdə isə 6.760 ABŞ dolları olmaqla, cəmi 15.764 ABŞ dolları məbləğində pul mədaxil edilmişdir. Qarantiya müqavilələrinin 3.3.3-cü bəndinə əsasən, prinsipial banka olan borcun istənilən məbləğini prinsipialın bankdakı hesabından akseptsiz qaydada silmək hüququ verdiyi halda iddiaçı bank ləğv edilənədək həmin məbləğləri qarantiya müqavilələri üzrə borc üzrə silməmiş və cavabdehə geri qaytarmamışdır ki, bu səbəbdən də sonradan bankın ləğv edilməsi ilə bağlı “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin tələblərinə istinad etməsi qanuni və əsaslı sayıla bilməz.

42. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyas iya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

43. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyun tarixli, 2-2(103)-508/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində o lan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyun tarixli, 2-2(103)-508/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver