Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-530/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi (Mülki Məcəllə, maddə 445.7) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predme tinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 2-2(103)-320/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 2015-ci il 1 may tarixli K026/2015 saylı və 2015-ci il 7 iyul tarixli K-033/2015 saylı kredit müqavilələrinə əsasən, bank tərəfindən borcalana 60 ay müddətinə, illik 7%-lə ödəmək şərti ilə müvafiq olaraq 140.000 manat və 60.000 manat məbləğində kreditlər verilmişdir.
2. Həmçinin "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 2015-ci il 5 oktyabr tarixli K-041/2015 saylı və 2015-ci il 18 dekabr tarixli K-054/2015 saylı kredit müqavilələrinə əsasən, bank tərəfindən borcalana 60 ay müddətinə, illik 7%-lə ödəmək şərti ilə müvafiq olaraq 120.000 manat və 60.000 manat məbləğində kreditlər verilmişdir. 3. 2015-ci il 1 may, 2015-ci il 7 iyul və 2015-ci il 5 oktyabr tarixli kredit müqavilələrinin təminatı kimi "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 2015-ci il 1 may tarixli İ-07/2015 saylı, 2015-ci il 7 iyul tarixli, İ-010/2015 saylı və 2015-ci il 5 oktyabr tarixli İ014/2015 saylı ipoteka və sonrakı ipoteka müqavilələrinə əsasən, sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (16/81 saylı mağaza) bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
4. Həmçinin 2015-ci il 7 iyul və 2015-ci il 18 dekabr tarixli kredit müqavilələrinin təminatı kimi "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 2015- ci il 15 iyul və 2015-ci il 20 dekabr tarixli ipoteka müqavilələrinə əsasən, sonuncuya məxsus Sumqayıt şəh., Novxanı bağ massivi, 846 nömrəli bağ sahəsi, ünvanında yerləşən 0,225 ha torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
5. Eyni zamanda, 2015-ci il 5 oktyabr tarixli kredit müqaviləsinin təminatı kimi "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 2015-ci il 5 oktyabr tarixli ipoteka müqaviləsinə əsasən, sonuncuya məxsus Sumqayıt ş. ə/d, Sarıqaya bağlar zonasında istifadədə 0,32 ha torpaq sahəsində yerləşən binanın 1-ci girişinin 1-ci mərtəbəsində 71,4 kv.m ümumi, 38,3 kv.m əsas 33,1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
6. Həmçinin 2015-ci il 18 dekabr tarixli k-054/2015 saylı kredit müqaviləsinin təminatı kimi "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 2015-ci il 20 dekabr tarixli ipoteka müqaviləsinə əsasən, sonuncuya məxsus Sumqayıt şəh., Novxanı bağ massivi, 163 nömrəli bağ sahəsi, ünvanında yerləşən 0,2450 ha torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
7. Tərəflər arasında razılıqlara əsasən, 2015-ci il 1 may tarixli kredit müqaviləsinin müddəti son olaraq 2021-ci il 1 noyabr tarixinə, 2015-ci il 7 iyul tarixli K-033/2015 saylı kredit müqaviləsinin müddəti son olaraq 2021-ci il 7 iyul tarixinə, 2015-ci il 5 oktyabr tarixli K-041/2015 saylı kredit müqaviləsinin müddəti son olaraq 2021-ci il 5 oktyabr tarixinə və 2015-ci il 18 dekabr tarixli K-054/2015 saylı kredit müqaviləsinin müddəti son olaraq 2021ci il 18 sentyabr tarixinə qədər uzadılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 8. "xxxx" BOKT MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Cavabdeh1”, “Cavabdeh2”) qarşı 2022-ci il 7 yanvar tarixdə iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 2015-ci il 1 may tarixli K-026/2015 saylı kredit müqaviləsi əsasında ödənilməmiş 35.186 manat məbləğdə əsas borcun, kredit müqaviləsinin müddətinin bitmə - 2021-ci il 7 noyabr tarixinədək hesablanmış ödənilməmiş 4.897 manat məbləğdə faiz borcunun, kredit müqaviləsinin müddətinin bitmə tarixindən sonrakı dövrünə 2023-cü il 30 noyabr tarixinədək hesablanmış ödənilməmiş 5.124 manat məbləğdə faiz (real zərər) borcunun və 129.773 manat məbləğdə dəbbə pulunun, cəmi 174.980 manat məbləğində borcun və 2015-ci il 7 iyul tarixli K-033/2015 saylı kredit müqaviləsi əsasında ödənilməmiş 31.088 manat məbləğdə əsas borcun, kredit müqaviləsinin müddətinin bitmə - 2021-ci il 7 noyabr tarixinədək hesablanmış ödənilməmiş 5.806 manat məbləğdə faiz borcunun, kredit müqaviləsinin müddətinin bitmə tarixindən sonrakı dövrünə 2023-cü il 30 noyabr tarixinədək hesablanmış ödənilməmiş 5.125 manat məbləğdə faiz (real zərər) borcunun və 138.143 manat dəbbə pulunun, cəmi 180.252 manat məbləğində borcun, ilkin mediasiya icraatına ödənilmiş 400 manatının 200 manat hissəsinin və dövlət rüsumuna ödənilmiş 857 manatın 402 manat + 165 manatının 77 manatı hissəsinin ödənilməsi, Cavabdeh2 2015-ci il 5 oktyabr tarixli K-041/2015 saylı kredit müqaviləsi əsasında ödənilməmiş 56.556 manat məbləğdə əsas borcun, kredit müqaviləsinin müddətinin bitmə 2021-ci il 5 oktyabr tarixinədək hesablanmış ödənilməmiş 2.507,32 manat məbləğdə faiz borcunun, kredit müqaviləsinin müddətinin bitmə tarixindən sonrakı dövrünə 2023-cü il 30 noyabr tarixinədək hesablanmış ödənilməmiş 8.522,67 manat məbləğdə faiz (real zərər) borcunun və 190.017 manat məbləğdə dəbbə pulunun, cəmi 257.603 manat məbləğində borcun və 2015-ci il 18 dekabr tarixli k054/2015 saylı kredit müqaviləsi əsasında ödənilməmiş 20.995 manat əsas borcun, kredit müqaviləsinin müddətinin bitmə tarixindən sonrakı dövrünə 2023-cü il 30 noyabr tarixinədək hesablanmış ödənilməmiş 2.095 manat məbləğdə faiz (real zərər) borcunun və 142.866 manat məbləğdə dəbbə pulunun, cəmi 165.893 manat məbl əğində borcun, 400 manatının 200 manat hissəsinin və dövlət rüsumuna ödənilmiş 857 manatının 455 manat + 165 manatının 86 manat hissəsinin ödənilməsi, Cavabdeh1 borc tələbi tutumu 2015-ci il 1 may tarixli K-026/2014 saylı kredit müqaviləsi üzrə öhdəliklərin 2014-cü il 27 oktyabr tarixli İ07/2014 saylı ipoteka müqaviləsinə və 2015-ci il 7 iyul tarixli K-033/2015 saylı kredit müqaviləsi üzrə İ-010/2015 saylı, sonrakı ipoteka müqaviləsinə əsasən öhdəliklərin təminat üsulu olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (16/81 saylı mağaza) yönəldilərək 210.000 manat likvid dəyərlə yönəldilərək və 2015-ci il 7 iyul tarixli K033/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin 2015-ci il 15 iyul tarixli ipoteka müqaviləsinə əsasən təminat üsulu olan Cavabdeh1 məxsus Sumqay ıt şəh., Novxanı bağ massivi, 846 nömrəli bağ sahəsi, ünvanında yerləşən 0,225 ha torpaq sahəsinə 67.500 manat likvid dəyərlə yönəldilərək, açıq hərraca çıxarılması və hərracda satışdan əldə edilmiş vəsait hesabına borcun ödənişi təmin edilməsinə, Cavabdeh2 borc tələbi tutumu 2015-ci il 5 oktyabr tarixli K-041/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu olan 2015-ci il 5 oktyabr tarixli, İ014/2015 saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 210.000 manat likvid dəyərlə yönəldilərək və 2015-ci il 5 oktyabr tarixli K041/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu olan 2015-ci il 5 oktyabr tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Su mqayıt ş.. ə/d, Sarı-Qaya bağlar zonasında istifadədə 0,32 ha torpaq sahəsində yerləşən binanın 1-ci girişinin 1-ci mərtəbəsində 71,4 kv.m ümumi, 38,3 kv.m əsas 33,1 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinə 71.400 manat likvid dəyərlə yönəldilərək, açıq hərraca çıxarılması və hərracda satışdan əldə edilmiş vəsait hesabına borcun ödənişi təmin edilməsi, Cavabdeh2 borc tələbi tutumu 2015-ci il 18 dekabr tarixli k-054/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu olan 2015-ci il 20 dekabr tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi 846 ünvanında yerləşən ümumi sahəsi 0,225 ha olan torpaq sahəsinə 56.250 manat likvid dəyərlə yönəldilərək açıq hərraca çıxarılması və hərracda satışdan əldə edilmiş v əsait hesabına borcun ödənişinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı bildirmişdir ki, borclular kredit müqavilələrinə əsasən öz üzərilərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişlər. Cavabdeh1 2015-ci il 1 may tarixli K-026/2015 saylı kredit müqaviləsi əsasında ödənilməmiş 35.186 manat məbləğdə əsas borcu, kredit müqaviləsinin müddətinin bitmə - 2021-ci il 7 noyabr tarixinədək hesablanmış ödənilməmiş 4.897 manat məbləğdə faiz borcu, kredit müqaviləsinin müddətinin bitmə tarixindən sonrakı dövrünə 2023-cü il 30 noyabr tarixinədək hesablanmış ödənilməmiş 5.124 manat məbləğdə faiz (real zərər) borcu və 129.773 manat məbləğdə dəbbə pulu, cəmi 174.980 manat məbləğində borcu; 2015-ci il 7 iyul tarixli K-033/2015 saylı kredit müqaviləsi əsasında ödənilməm iş 31.088 manat məbləğdə əsas borcu, kredit müqaviləsinin müddətinin bitmə - 2021-ci il 7 noyabr tarixinədək hesablanmış ödənilməmiş 5.806 manat məbləğdə faiz borcu, kredit müqaviləsinin müddətinin bitmə tarixindən sonrakı dövrünə 2023-cü il 30 noyabr tarixinədək hesablanmış ödənilməmiş 5.125 manat məbləğdə faiz (real zərər) borcu və 138.143 manat dəbbə pulu, cəmi 180.252 manat məbləğində borcu; Cavabdeh2 2015-ci il 5 oktyabr tarixli K-041/2015 saylı kredit müqaviləsi əsasında ödənilməmiş 56.556 manat məbləğdə əsas borcu, kredit müqaviləsinin müddətinin bitmə 2021-ci il 5 oktyabr tarixinədək hesablanmış ödənilməmiş 2.507,32 manat məbləğdə faiz borcu, kredit müqaviləsinin müddətinin bitmə tarixindən sonrakı dövrünə 2023-cü il 30 noyabr tarixinədək hesablanmış ödənilməmiş 8.522,67 manat məbl əğdə faiz (real zərər) borcu və 190.017 manat məbləğdə dəbbə pulu, cəmi 257.603 manat məbləğində borcu və 2015-ci il 18 dekabr tarixli k054/2015 saylı kredit müqaviləsi əsasında ödənilməmiş 20.995 manat əsas borcu, kredit müqaviləsinin müddətinin bitmə tarixindən sonrakı dövrünə 2023-cü il 30 noyabr tarixinədək hesablanmış ödənilməmiş 2.095 manat məbləğdə faiz (real zərər) borcu və 142.866 manat məbləğdə dəbbə pulu, cəmi 165.893 manat məbləğində borcu mövcuddur.
10. Cavabdehlər birinci instansiya məhkəməsindəki icraatda iştirak etməmişlər.
11. Məhkəmə Ekspertizası Mərkəzinin 9/2305 nömrəli 2022-ci il 8 iyul tarixli ekspert rəyində cərimə borcunun göstərilməməsi səbəbindən, habelə cavabdeh tərəfindən müəyyən ödənişlər həyata keçirildiyindən, iddiaçı tərəfindən iddia tələbi dəyişdirildiyində n, əsas, faiz və cərimə borcunun məbləğinin düzgün hesablanması üçün xüsusi bilik tələb olunduğundan təkrar deyil, əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zərurəti yaranmış, o cümlədən ekspert qoyulmuş sualları tam həll etmədiyindən və tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandığından Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 oktyabr tarixli e-2-2(113)-775/2022 saylı ilə qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmışdır.
12. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə 2023-cü il 14 mart tarixli 9/8233 saylı ekspert rəyi verilmişdir.
13. Məhkəmənin 2022-ci il 11 oktyabr tarixli qərardadında göstərilən sualları ekspert cavablandırmadığından, həmçinin rəydə cərimə borcunun göstərilmədiyindən, habelə cavabdeh tərə findən 2015-ci il 18 dekabr tarixli K-054/2015 saylı kredit müqaviləsi üzrə müəyyən ödənişlər həyata keçirildiyindən (2022-ci il 13 iyul tarixli xəzinə mədaxil orderinə əsasən 30.000 manat ödənilməsi), iddiaçı tərəfindən iddia tələbi dəyişdirildiyindən, əsas, faiz və cərimə borcunun məbləğinin düzgün hesablanması üçün xüsusi bilik tələb olunduğundan təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zərurəti yarandığından cavabdehlərin vəsatəti nəzərə alınaraq Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 15 may tarixli qərardadına əsasən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
14. Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 5 sentyabr tarixli 9/4541 saylı ekspert rəyinə əsasən, 2015-ci il 1 may tarixli K-026/2015 saylı kredit müqaviləsinin və 2021-ci il 1 avqust tar ixli 4 saylı əlavənin şərtləri nəzərə alınmaqla Cavabdeh1 (faiz borcu illik 7 faiz hesablanmaqla) 2021-ci il 1 noyabr tarixə əsas borcu 35.186,72 manat, faiz borcu 4.897,17 manat, 2023-cü il 5 may tarixinə əsas borcu 35.186,72 manat, faiz borcu 8.619,14 manat, rəyin tərtib edildiyi 2023-cü il 5 sentyabr tarixinə əsas borcu 35.186,72 manat və faiz borcu 9.440,16 manat, müqavilə müddəti bitən 2021-ci il 1 noyabr tarixindən sonrakı dövr üzrə illik 5% dərəcəsi ilə hesablanmaqla, 2021-ci il 1 noyabr tarixinə əsas borcu 35.186,72 manat, faiz borcu 4.897,17 manat, 2023-cü il 5 may tarixinə əsas borcu 35.186,72 manat, faiz borcu üzrə 4.897,17 manat, 5 faiz borcu üzrə 2.658,55 manat, rəyin tərtib edildiyi 2023-cü il 5 sentyabr tarixinə əsas borcu 35.186,72 manat, faiz borcu üzrə 4.897,17 manat və faiz borcu 5% ilə 3.245 manat, 2015-ci il 7 iyul tarixli K-033/2015 saylı kredit müqaviləsi və 2021-ci il 7 iyul tarixli 4 saylı əlavənin şərtləri nəzərə alınmaqla (faiz borcu illik 7 faiz hesablanmaqla) 2021-ci il 7 noyabr tarixinə əsas borcu 31.088,1 manat, faiz borcu 5.806,39 manat, 2023-cü il 5 may tarixinə əsas borcu 31.088,1 manat və faiz borcu 9.058,55 manat, rəyin tərtib edildiyi 2023-cü il 5 sentyabr tarixə əsas borcu 31.088,1 manat və faiz borcu 9.783,94 manat, müqavilə müddəti bitən 2021-ci il 7 noyabr tarixindən sonrakı dövr üzrə illik 5% dərəcəsi ilə hesablanmaqla 2021-ci il 7 noyabr tarixinə əsas borcu 31.088,1 manat, faiz borcu 5.806,39 manat, 2023-cü il 5 may tarixinə əsas borcu 31.088,1 manat, faiz borcu 5.806,39 manat, faiz borcu 5% ilə 2.322,97 manat, rəyin tərtib edild iyi 2023-cü il 5 sentyabr tarixinə əsas borcu 31.088,1 manat, faiz borcu 5.806,39 manat, faiz borcu 5% ilə 2.841,11 manat müəyyən edilmişdir. 2015-ci il 5 oktyabr tarixli K041/2015 saylı kredit müqaviləsinin və 2020-ci il 5 oktyabr tarixli 2 saylı əlavənin şərtləri nəzərə alınmaqla Cavabdeh2 (faiz borcu illik 7 faiz hesablanmaqla) 2021-ci il 5 oktyabr tarixinə əsas borcu 56.556,05 manat, faiz borcu 2.507,32 manat, 2023-cü il 5 may tarixinə əsas borcu 56.556,05 manat, faiz borcu 8.775,61 manat, rəyin tərtib edildiyi 2023-cü il 5 sentyabr tarixə əsas borcu 56.556,05 manat və faiz borcu 10.095,25 manat, müqavilə müddəti bitən tarixdən sonrakı dövr üzrə illik 5% dərəcəsi ilə hesablanmaqla, 2021-ci il 5 oktyabr tarixinə əsas borcu 56.556,05 manat, faiz borcu 2.507,32 manat, 2023-cü il 5 may tar ixə əsas borcu 56.556,05 manat, faiz borcu üzrə 2.507,32 manat, 5 faiz borcu üzrə 4.477,35 manat, rəyin tərtib edildiyi 2023-cü il 5 sentyabr tarixinə əsas borcu 56.556,05 manat, faiz borcu üzrə 2.507,32 manat və faiz borcu 5% ilə 5.419,95 manat, 2015-ci il 18 dekabr tarixli K-054/2015 saylı kredit müqaviləsi və 2020-ci il 18 dekabr tarixli 2 saylı əlavənin şərtləri nəzərə alınmaqla (faiz borcu illik 7 faiz hesablanmaqla) 2021-ci il 18 sentyabr tarixinə əsas borcu 47.677,11 manat, faiz borcu 584,04 manat, 2023-cü il 5 may tarixinə əsas borcu 20.995,97 manat və faiz borcu 1.192,1 manat, rəyin tərtib edildiyi 2023-cü il 5 sentyabr tarixinə əsas borcu 20.995,97 manat və faiz borcu 1.682,01 manat, müqavilə müddəti bitən 2021-ci il 18 sentyabr tarixindən sonrakı dövr üzrə illik 5% dərəcəsi ilə hesablanmaqla 2021-ci il 18 sentyabr tarixə əsas borcu 47.677,11 manat, faiz borcu 584,04 manat, 2023-cü il 5 may tarixinə əsas borcu 18.261,16 manat, faiz borcu 0 manat, faiz borcu 5% ilə 2.694,03 manat, rəyin tərtib edildiyi 2023-cü il 5 sentyabr tarixinə əsas borcu 18.261,16 manat, faiz borcu 0 manat, faiz borcu 5% ilə 2.998,38 manat müəyyən edilmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 noyabr tarixli e-2-2(113)-45/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 2015-ci il 1 may tarixli K026/2015 saylı kredit müqaviləsi və həmin müqaviləyə əlavələr üzrə 35.186 manat əsas borc, 4.897 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 3.687,5 manat məbləğində faiz borcu, 1.759,3 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 45.529,80 manat məbləğində və 2015-ci il 7 iyul tarixli K-033/2015 saylı kredit müqaviləsi və həmin müqaviləyə əlavələr üzrə 31.088 manat əsas borc, 5.806 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 3.228,11 manat məbləğində faiz borcu, 1.554,40 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 41.676,51 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh2 2015-ci il 5 oktyabr tarixli K041/2015 saylı kredit müqaviləsi və həmin müqaviləyə əlavələr üzrə 56.556 manat əsas borc, 2.507,32 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 6.126,9 manat məbləğində faiz borc u, 2.828 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 68.018,22 manat məbləğində və 2015-ci il 18 dekabr tarixli K054/2015 saylı kredit müqaviləsi və həmin müqaviləyə əlavələr üzrə 20.995,97 manat əsas borc, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 2.275 manat məbləğində faiz borcu, 1.050 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 24.320,97 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 məxsus ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın likvid qiymətinin 225.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məblə ğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 846 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,225 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın likvid qiymətinin 67.500 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri ə/d, Sarıqaya bağlar zonasında istifadədə 0,32 ha torpaq sahəsində yerləşən binanın 1-ci girişinin 1-ci mərtəbəsində 71,4 kv.m ümumi, 38,3 kv.m əsas, 33,1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsin ə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın likvid qiymətinin 71.400 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh2 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğlərin cavabdehlərdən tutulması, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.022 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 800 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq “Lex Fori” Məhdud Məsuliyyəti Cəmiyyətinin h esabına keçirilməsi, məhkəməmühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 650 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim – G.Namazova).
16. İşin hallarına əsasən birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər mübahisəli kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşlar.
17. Məhkəmə hesab etmişdir ki, K-026/2015, K-033/2015 və K-041/2015 saylı müqavilələr üzrə iddia tələbində göstərilən əsas və müqavilə müddətinin bitdiyi tarixə olan faiz məbləğləri ekspert rəyində göstərilən məbləğlər ilə eynilik təşkil etdiyi üçün həmin mə bləğlər tutularaq iddiaçıya ödənilməlidir.
18. Qeyd olunan ekspert rəyində K-054/2015 saylı müqaviləyə münasibətdə ekspert tərəfindən əsas borc məbləği hesablanarkən nəyə görə bir dəfə 7% hesabı ilə, ikinci dəfə 5% hesabı ilə hesablanması anlaşılmış (ekspert qarşısında qoyulan sualda yalnız faiz borcuna münasibətdə 7 və 5 faizlər göstərilmişdir, hazırkı müqavilə üzrə iddiaçının müqavilə müddəti bitənə qədər faiz borcu tələbi mövcud belə deyil) və məhkəmə ekspertin rəyi ilə həmin hissələrdə razılaşmamışdır.
19. Məhkəmə hesab etmişdir ki, K-054/2015 saylı müqavilə üzrə ekspert tərəfindən müqavilədə nəzərdə tutulan 7% hesabı ilə hesablamaya əsasən müəyyən olunmuş (və iddiaçının tələb etdiyi məbləğlə eynilik təşkil edən) 20.995,97 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. 2
0. Eyni zamanda iddiaçının qeyd olunan 4 müqavilə üzrə onların müddəti bitdikdən sonra da onda nəzərdə tutulan 7% hesabı ilə cavabdehlərdən faiz borcu tələb etməsini məhkəmə əsassız hesab etmişdir. Belə ki, kredit müqavilələrində müqavilə müddətləri bitdiyi tarixdən sonra da müqavilə üzrə nəzərdə tutulmuş 7% dərəcəsi ilə faizin ödənilməsi müəyyən olunmamışdır.
21. Qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, cavabdehlər tərəfindən müqavilələr üzrə öhdəliklər pozulduğu və qətnamənin qəbul olunduğu günə kimi borc məbləğləri tam ödənilmədiyi üçün, müqavilə müddətləri bitdikdən sonrakı dövrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən illik 5 faiz hesablanmaqla faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Beləlik lə, müqavilə müddətləri bitdikdən sonrakı dövr üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Cavabdeh1 2015-ci il 1 may tarixli K-026/2015 saylı kredit müqaviləsi üzrə hesablanmış 3.687,5 manat məbləğində faiz borcu və 2015-ci il 7 iyul tarixli K-033/2015 saylı kredit müqaviləsi üzrə hesablanmış 3.228,11 manat məbləğində faiz borcu, o cümlədən Cavabdeh2 2015-ci il 5 oktyabr tarixli K-041/2015 saylı kredit müqaviləsi üzrə hesablanmış 6.126,9 manat məbləğində faiz borcu və 2015-ci il 18 dekabr tarixli K054/2015 saylı kredit müqaviləsi üzrə (təmin olunan 20.995,97 manat məbləğində əsas borc məbləğinə) hesablanmış 2.275 manat məbləğində faiz borcu müəyyən edilməklə tutulması qanunauyğundur.
22. Həmçinin məhkəmə hesab etmişdir ki, cav abdehlərin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, tələb olunan dəbbə pulu əsas borc məbləğinə nisbətində, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alınaraq tənasübsüz surətdə yüksək olmadığından, iddiaçı K-26/2015 müqavilə üzrə 1.759,3 manat, K033/2015 saylı müqavilə üzrə 1.554,40 manat, K-041/2015 saylı müqavilə üzrə 2.828 manat və K-054/2015 saylı müqavilə üzrə 1.050 manat məbləğlərində hesablanmış dəbbə pulunun cavabdehlərdən ödənilməsini tələb etməkdə haqlıdır.
23. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 150.1, 269, 270.1, 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 739, 741, 743-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 88, 119.1 və 218.3-cü, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2, 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 41.1, 47.5-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.1 və 18.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya k ollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 2020-ci il 20 iyul tarixli qərardadına istinadla əsaslandırmışdır.
24. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin faizlərin hesablanması və ödənilməsinin və dəbbə pulunun təmin edilməsi hissəsində tam ləğv edilməsi və iş üzrə iddia tələbinin bu hissələri üzrə tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Cavabdehlər də apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən – dəbbə və faiz borcunun tutulması hissəsində ləğv edilməsi, iddianın faiz borcunun tutulması hissəsində tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki ic raat
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 2-2(103)-320/2024 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – R.Qurbanov və V.Baxışova).
27. Qətnamənin əsaslığını yalnız faiz və cərimə borcunun tutulması hissəsində yoxlayan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə, apardığı hüquqi qiymətləndirmə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, yuxarıda qeyd edilən maddi hüquq normalarının və Konstitusiya Məhkəməsinin qərarlarında olan hüquqi mövqeyə görə iddiaçının müqavilələrin müddəti bitdikdən sonra 7 illik faizi n tələbinin hüquqi əsası olmamışdır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
28. MM-in 445.7-ci maddəsinə əsasən (tərəflər arasında müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş materiallarında iddiaçının daha b öyük məbləği tələb etməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə olan halda iddiaçı müqavilələrin müddəti bitən tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq iddiaçının apellyasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq məhkəmənin bununla bağlı gəldiyi qənaəti əsaslı və qanuni hesab etmişdir.
29. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdehlər tərəfindən götürülən kredit məbləğini, kreditin təminatlı olmasını, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini, kredit müqaviləsinin müddətinin bitməsini, iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzər ə alaraq kollegiya belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alınmaqla həmin məbləği azaltmışdır.
30. Cavabdehlərin nümayəndəsinin verdiyi apellyasiya şikayəti qətnamənin qismən ləğvinə yönəlsə də, şikayətin dəlilləri formal mülahizələr əsasında irəli sürülmüş, şikayətdə ümumi hüquqi ifadələr işlədilmiş, qətnamənin ləğv edilmə əsasları şikayətdə göstərilməmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi maddi hüquq normaları birinci instansiya məhkəməsinin qeyd etdiyi normalarla eynilik təşkil etmiş və əlavə olaraq MM-in 399.3, 399.4, 442, 445.2, 445.7, 448.1, 739.2, 467-ci və MPM-in 107, 119.5, 121.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli və 2013-cü il 3 iyun tarixli Qərarlarına istinad edilmişdir.
32. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin faizlərin və dəbbə pulunun tutulması hissəsində ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
33. Cavabdehlər də kassasiya şikayəti verərək, həmin qətnamənin qismən – dəbbə və faiz borcunun tutulması hissəsində ləğv edilməsi, iddianın faiz borcunun tutulması hissəsində tam rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
34. Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 24 dekabr tarixli Qərarı, MM-in 399.4, 448.1, 460, 462.1, 463.1, 466 və 467-ci maddələri üzrə - Kredit müqavilələrində müəyyən edilmiş öhdəliklərin icrası şərtləri, o cümlədən faizlərin ödənilməsi əvvəlcədən nəzərdə tutulmuş qaydada - illik 7% dərəcəsi ilə ödənilməsi öhdəliklərin icrasının hər hansı mərhələsində dayandırılması və dəyişdirilməsi şərtləndirilməmişdir. Ona görə də müqavilə öhdəliklərinin icra edilməməsinin gecikdirilməsi müqavilə şərtlərinin, o cümlədən faizlərin müqavilə şərtləri ilə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq öhdəliklər tam icra edilən anına kimi qüvvədə sayılır və bu şərtlərin aidiyyəti olmayan qanuna, normalara və hüquqa zidd şərhlərlə dəyişdirilməsi yolverilməzdir.
35. Aşağı instansiya məhkəmələri Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin normativ tələblərinə zidd olaraq, kreditorun vəziyyətini pisləşdirməyi şərtləndirən kreditorun tələbini illik 5% dərəcəsi ilə təmin edilməsi qərarı ilə MM-in 1.1-ci maddəsinin mülki dövriyyənin azadlığını mülki hüquq münasibətlərinin iştirakçılarının bərabərliyi əsasında təmin etməsi məqsədinə zidd olaraq MM-in 6.1-ci maddəsinin dispozisiyasının mülki qanunvericiliyin subyektlərinin mülki hüquq bərabərliyi, iradə sərbəstliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri pozmuşdur.
36. İddia tələbinin əsası olan kredit müqavilələrinin 6.1 və 6.2-ci bəndlərinin şərtlərindən müəyyəndir ki, borclunun kreditdən istifadəyə görə illik 7% dərəcəsi ilə faiz ödənişi öhdəliyi vardır və müqavilənin bu şərtinə müvafiq olaraq 6 ildən artıq müddətdə illik 7% dərəcəsi ilə faiz ödənişlər etmişdir. Bu o deməkdir ki, real olaraq 6 ildən artıq müddətdə kreditor illik 7% dərəcəsi ilə gəlir əldə bilmək imkanına malik olmuşdur. Ona görə də öhdəliyin kredit müqaviləsinin müddəti bitdikdən sonra dərəcəsi ilə hesablanmış həcmdə “real faiz” gəlirini itirmiş olur. Məhkəmə kollegiyasının bu mövqeyinə müvafiq əsasla da itirilmiş illik 7% gəlirə əsasən “real zərər” anlayışının təsiri altında yaranan zərər təmin edilməlidir. Yəni bu halda da tələbin təmin edilməsi üzrə normativ hüquqi üsulun, tənz imləmənin dəyişdirilməsi, kreditorun faiz ödənişinə olan illik 7% dərəcəsi ilə ödəniş tələbi üzrə iddiasının mahiyyətini, həcmini dəyişmir.
37. Borcalanlar kreditdən istifadənin 8 ilinin 6 ili ərzində əsas borc məbləğlərinin ödəniş qrafikinə uyğun icrasını qərəzli təmin etməmişdir. Nəticədə kreditor özünün gəlir gətirən vəsaitinin 200.000 manat məbləğini borcalanların gecikdirdiyi əsas və faiz borcu məbləğlərinin ödənilməmiş hissələrini Dövlət vəsaiti hesabına kredit vermiş AR KTN yanında AKİA-ya ödəmək məcburiyyətində olmuşdur. Kreditor özünün gəlir gətirən vəsaitinin 200.000 manat məbləğini dövlətə cavabdehlərin borcu ilə əlaqəli öhdəlikləri ödəməklə 70.000 manat məbləğində kreditora zərər vurmuşlar. Bu zərər məbləğinin 38.000 manat hissəsinə dair yalnız 2022-ci il 30 mart tarixinədək ol an hesablanması AR KTN yanında AKİA-nın bildirişi sənədli sübut olaraq işin materiallarına əlavə edilmişdir.
38. Məhkəmə icraatının digər ziddiyyətli halı məhkəmə-mühasibatlıq ekspertizası üzrə nəticələrin qanununa uyğun qiymətləndirilməməsidir. Birinci instansiya məhkəməsinin qərardadları ilə hazırkı iş üzrə 3 dəfə təyin edilmiş ilkin, əlavə və təkrar məhkəməmühasibatlıq ekspertizası üzrə ekspert qarışında qoyulan sualların məzmununda ekspertlərdən faiz ödənişinin illik 7% dərəcəsi ilə hesablanmasının tələb edilməsi mövqeyi ilə yekun məhkəmə aktının nəticəsinin zidd olmasıdır. Belə ki, məhkəmə məqsədli şəkildə, yekun məhkəmə aktını öncədən nəticələrini əsaslandırmaq üçün MPM-nin 102.2 və 102.3cü maddələrinə istinadla cavabdehin vəsatətini nəzərə alaraq 2023-cü il 15 may tarixli qərardadla təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edərək heç bir əsaslandırma etmədən ekspert qarşısında qoyduğu sualların məzmununda əvvəlki ekspert rəyindən fərqli olaraq ekspertdən illik 7% dərəcəsi ilə yanaşı, yeni məzmunla kreditdən istifadəyə görə illik 5% dərəcəsi ilə faiz borcunun hesablanmasını istəmişdir.
39. AR Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum Qərarında heç bir halda birbaşa tövsiflə müqavilənin müddətinin bitməsindən sonrakı kreditdən istifadə dövründə pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanmağa görə yalnız illik 5% dərəcəsi ilə ödənilməsinə dair hüquqi mövqe şərh, təfsir edilməmişdir.
40. Məhkəmə dəbbə pulunun tutulması hissəsində tənasüblük meyarını düzgün seçməmi ş, kreditorun mənafelərini nəzərə almamışdır. İş materiallarından görünür ki, kreditor öhdəliklər üzrə gecikmələrin aradan qaldırılması məqsədi ilə müqavilələrin hər biri üzrə kreditdən istifadə müddətləri dəfələrlə, 6 ay, 1 il müddətlərində müqavilələrə əlavələr edilərək uzadılmaqla möhlət verilmişdir. Kreditorun öhdəliklərin icrasına güzəştli münasibətinə baxmayaq, cavabdehlər pul vəsaitlərini sərəncamlarında qanunsuz saxlamaqla qaytarmamaqla gecikdirərək güzəştli pul vəsaitindən faydalanmanı bu günə kimi davam etdirmişlər. Cavabdehlər dəfələrlə kredit aldıqları vəsaitin qaytarılmasını kreditorlara məhkəmədə mübahisələndirilməsi məcburiyyəti yaratmaqla əldə etdikləri təcrübələrə əsaslanaraq məhkəmədə dəbbə pulunun azaldılması təcrübəsinə malik olmuşlar. Hazırkı iş üzrə borc tələbinin təm inatına yönəldilən daşımaz əmlakların ümumu likvid dəyəri 364.000 (225.000+67.500+71.500) manatdır. İpoteka predmeti olan üç əmlakı və Sarı-qaya bağlar zonasında yerləşən qeyri-yaşayış sahəsinin “Leqal Prime” qiymətləndirmə şirkətinin rəyinin 195.000 manatdan ən minimum 120.000 manat civarında satışından əldə olunan vəsaitin dəyəri ilə məhkəmə cavabdehlərin hansı əmlak mənafelərinə malik olmalarını qiymətləndirə bilərdilər. Hər iki məhkəmə instansiyası cavabdehlərin hətta ipoteka predmeti olan sadalanan milyonlarla dəyəri olan əmlak imkanlarının olmasını onların mənafelərini qiymətləndirərkən nəzərə almamışdır.
41. MPM-in 8, 9, 14.2-ci maddələri üzrə - Məhkəmə iddiaçının normativ əsaslı faiz ödənişinin illik 7% dərəcəsi ilə təmin etməməklə, cavabdehlərin xeyrinə kreditorun vəziyyətini pisl əşdirən nəticəni qət etmişdir. İddiaçının “...işin hallarını nəzərə alaraq...” normativ tələbə əsas verən, cavablandıran iş üzrə cavabdehlərin öhdəliklərinin icrasını qərəzli təmin etməmələrinin işin faktiki hallarına və bu halların kreditorun vəziyyətini pisləşdirən yuxarıda qeyd olunan nəticələri yaratmasına dair dəlillər üzrə sənədli sübutlar ərizə, vəsatət və etirazlarında məhkəməyə təqdim etməsinə baxmayaraq tənasübün müəyyən edilməsinin əhəmiyyətli hallarını nəzərə almamaqla cavabdehlərin xeyrinə birtərəfli münasibət mövqeləri göstərmişlər. Məhkəmələr iş materiallarına əsaslanmadan heç bir əsas olmadan MM-nin 399, 449.1 və 467-ci maddələrinin tələblərinə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini tamamilə nəzərə almamışdır.
42. MPM-in 217-ci maddəsi üzrə - hə min maddənin tələbləri, onun hüquqi prinsiplərinə, hüquqi ifadələrin məzmununa yanlış, təhrif olunmuş təfsir verilməklə pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmənin mülahizələri ziddiyyətlidir və biri digərini təkzib edir.
43. MPM-in 88, 218.1-ci maddələri üzrə - Aşağı instansiya məhkəmələri çıxardığı qətnamələrdə MPM-nin 218.1.-ci maddəsinin tələblərinə əməl etməyərək, heç bir əsaslanma vermədən həqiqi olmayan mövqelərini qeyd etmişlər. b) Cavabdehlərin kassasiya şikayətinin dəlilləri
44. MM-in 385.1, 386, 442, 443.1, 448.1, 739, 741, 743, 462.1, 269-cu və 270.1-ci, “İpoteka haqqında” Qanunun 137. 1.0.6, 3.1, 10.4, 11.1, 11.2-ci maddələri üzrə Apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi hüquq normalarını pozulmuş və qətnamə faiz borcunun tutulması hissəsin də işin həqiqi hallarına uyğun olmamış və həmin hissədə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. 45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.1, 18.2-ci, MM-in 150.1-ci maddələri üzrə - İşin faktiki hallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasını cavabdehlərə münasibətdə düzgün tətbiq etməmişdir.
46. MPM-in 386-cı maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqi formal xarakter daşımışdır. Belə ki, işdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamış, nəticədə tətbiq edilməli olan qanun və normativ hüquqi akt tətbiq edilməmiş, qanun cavabdehlərə münasibətdə səhv təfsir olunmuşdur. 4
7. MPM-in 9, 14, 217.4, 220.4, 372.7, 386 və 387.1-ci maddələri üzrə - Apellyasiya instansiya məhkəməsinin prosessual hüquq normalarını tətbiq etməsi də formal xarakterli olmuşdur. Məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət etməmiş, bununla da qeyd olunan maddələrin tələblərinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
48. MPM-in 220.4-cü maddəsi üzrə - İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilsə də, bu formal xarakter daşımış, bunun da nəticəsində cavabdehlərə münasibətdə səhv nəticəyə gəlinmişdir. Bu hal da apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
50. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi kassasiya şikayətlərinin dəlillərinə əsasən bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi v ə prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (2023-cü il 1 oktyabr tarixədək olan redaksiyada) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7 (zamana görə qüvvədə olmuş redaksiya). Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.... 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə ” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir)....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” “Maddə
741. Borc üzrə faizlər 741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.....”
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında müəyyən edilmişdir ki: “MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü mad dəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir;”
54. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
414. Kassasiya şikayətinə baxılması müddəti və qaydası 414.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən tərəfləri n kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edir.
56. Cavabdehlərin kassasiya şikayətlərinin dəlilləri ilə eyni məzmunlu olan dəlillər apellyasiya icraatında da bildirilmiş, məhkəmə şikayətlərin dəlillərini formal mülahizələr əsasında irəli sürülmüş, ümumi ifadələrlə verilmiş dəlillər kimi qiymətləndirərək əsassız hesab etmişdir. Kassatorlar özlərinin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından cavabdehlərin kassasiya şikayətlərinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür.
57. İddiaçının kassasiya şikayətinin dəlillərinin bir hissəsi mahiyyət etibarilə onunla bağlıdır ki, müqavilə öhdəl iklərinin icra edilməməsinin gecikdirilməsi müqavilə şərtlərinin, o cümlədən faizlərin (hazırkı halda illik 7% dərəcəsi ilə) müqavilə şərtləri ilə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq öhdəliklər tam icra edilən anına kimi (kredit müqaviləsinin müddəti bitdikdən sonra da) qüvvədə sayılır.
58. Apellyasiya instansiyası məhkəməsi müvafiq maddi hüquq normalarına və Konstitusiya Məhkəməsinin qərarlarında olan hüquqi mövqelərə istinadən göstərmişdir ki, iddiaçının müqavilələrin müddəti bitdikdən sonra 7 illik faizin tələbinin hüquqi əsası olmamışdır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməmə sinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarı).
59. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi və bununla əlaqədar apardığı hüquqi əsaslandırma ilə razı olduğundan kassasiya şikayətinin sözügedən dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.
60. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadları ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizaları qarışında qoyulan sualların məzmununda ekspertlərdən faiz ödənişinin illik 7% dərəcəsi ilə hesablanmasının tələb edilməsi mövqeyi ilə yekun məhkəmə aktının nəticəsinin zidd olmasına dair dəlillər də mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi sözügedən məsələ ilə əlaqədar qanuni və əsaslı nəticəyə gəlmişdir.
61. Kassatorun digər dəlilinə görə, Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum Qərarında heç bir halda birbaşa tövsiflə müqavilənin müddətinin bitməsindən sonrakı kreditdən istifadə dövründə pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanmağa görə yalnız illik 5% dərəcəsi ilə ödənilməsinə dair hüquqi mövqe şərh, təfsir edilməmişdir.
62. Elə Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında formalaşdırılmış hüquqi mövqelərə istinadən məhkəmə kollegiyası belə qənaətinə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq göstərmişdir ki, MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir.
63. Məhkəmə kollegiyası həmin hüquqi mövqelərdən belə nəticə hasil edir ki, kreditor MM-in 445.7-ci maddəsində (zamana görə q üvvədə olmuş redaksiya - bax § 52) təsbit edilmiş illik beş faiz dərəcəsindən daha artıq pul vəsaitinin ödənilməsini tələb edirsə, bu zaman MM-in 449.1 və 449.3-cü maddələrində (bax § 52) nəzərdə tutulmuş halların, o cümlədən pul vəsaitindən borclu tərəfindən qanunsuz istifadə hallarının mövcudluğunu sübut etməlidir.
64. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 53) görə, MM-in 449.1-ci maddəsində əksini tapmış “ondan faydalanmağa görə” müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başq a şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir.
65. Halbuki sözügedən halların mövcudluğu hazırkı işə baxan işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası kredit müddəti başa çatdıqdan sonrakı dövr üzrə cavabdehdən tutulmalı olan faiz borcunun MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsi ilə hesablanmalı olmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
66. Kassasiya şikayətinin digər dəlilləri isə mahiyyət etibarilə ondan ibarətdir ki, məhkəmə dəbbə pulunun tutulması hissəsində tənasüblük meyarını düzgün seçməmiş, kreditorun mənafelərini nəzərə almamışdır.
67. Halbuki birinci instansiya məhkəməsi qanunla məhkəmələrə verilmiş səlahiyyət çərçivəsində, iddia ilə cavabdehlərdən tələb olunan dəbbə pulunu azaldaraq, ayrı-ayrılıqda hər bir mübahisəli kredit müqaviləsi üzrə təmin olunan əsas borcun 5%-i hissəsində hesablamışdır ki, həmin hesablama istər MM-in 467-ci maddəsinin (bax § 52) tələbləri, istərsə də formalaşmış məhkəmə təcrübəsi baxımından tamamilə qanuni və ədalətli hesab olunmalıdır. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi bu məsəl ə üzrə də nəticəyə gələrkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.
68. O da qeyd olunmalıdır ki, kassator MPM-in 414-cü maddəsinə istinad edərək, apellyasiya instansiyası məhkəməsinin iclaslarının video-audio yazılarının və iclas protokollarının tədqiqinə, habelə bu materialların kassasiya icraatının məhkəmə iclasında maddi-prosessual normaların pozulması və düzgün tətbiq edilməməsinə dair sübutların qiymətləndirilməsi üçün nümayiş etdirilməklə tərəflərin iştirakı ilə araşdırılmasına dair və kassasiya şikayətinə məhkəmə iclasında baxılmasına dair vəsatətlər vermişdir. Lakin məhkəmə kollegiyası hazırkı halda işə məhkəmə iclasında baxılması üçün MPM-in 414.1ci maddəsində (bax § 54) müəyyən edilmiş hüquqi əsasların mövcud olmadığını hesab etdiyindən sözügedən vəsatətlərin təmin edilməsi ni mümkün saymır.
69. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 54) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 54) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
70. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 2-2(103)-320/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 2-2(103)-320/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.