Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-532/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" ASC-nin LPO Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müflis elan olunmuş banka qarşı kreditor tələbi, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh LPO ASC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyul tarixli 2-2(103)684/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2015-ci il 16 sentyabr tarixli 2(81)2246/2015 saylı qətnaməsi ilə "xxxx" ASC-nin məcburi qaydada ləğv olunması barədə qətnamə qəbul edilmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 9 fevral tarixli 2-1(81)1494/2016 saylı qərarı ilə ərizəçi Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, Cavabdeh ASC müflis elan edilmiş, iflas proseduruna başlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 3. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh ASC-yə qarşı (bundan sonra – “cavabdeh”) 2015-ci il 26 oktyabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 61.880 ABŞ dolları və 111.206,77 m anat pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsini xahiş etmişdir. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 14 dekabr tarixli 2(82)2481/2015 saylı qiyabi qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə 61.880,96 ABŞ dolları və 111.206,77 manat pulun tutulması qət edilmişdir.
5. Qiyabi qətnamə 2016-cı il 5 yanvar tarixində cavabdehə çatdırılmış (İ cild, i/v 61), cavabdeh 2022-ci il 15 mart tarixində ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir (İ cild, i/v 82).
6. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 iyun tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 14 dekabr tarixli 2-2(82)-2481/2015 saylı qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 31 avqust tarixli 2-2(113)-3676/2022 saylı qərardadı ilə cavabdehin nümayəndəsinin ərizəsi təmin olunmuş və iş üzrə icraata xitam verilmişdir (hakim – A.Əliyeva).
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür.
9. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2, 72.1.3-cü maddələrinə, Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 261.0.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
10. Həmin qərardad 2022-ci il 2 sentyabr tarixində cavabehin şəxsi elektron kabinetinə yerləşdirilmiş və iddiaçıya göndərilmiş, lakin qərardad iddiaçıya “ünvan tam deyil” qeydi ilə çatd ırıla bilinməmişdir (İ cild, i/v 143). 11. 2023-cü il 13 aprel tarixində iddiaçı həmin qərardaddan şikayət vermiş, eyni zamanda müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 17 aprel tarixli 2-2(113)-3676/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 31 avqust tarixli e-2-2(113)3676/2022 saylı qərardadından iddiaçı tərəfindən şikayət verilməsi ilə əlaqədar buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmişdir (hakim – A.Əliyeva).
13. Həmin qərardaddan cavabdeh şikayət verərək onun ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası haqqında ərizənin təmin olunmamasını xahiş etmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 may tarixli 2-2 (113)-3676/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 17 aprel tarixli e-2-2(113)3676/2022 saylı qərardadından cavabdehin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “ƏSF”) tərəfindən verilmiş şikayət təmin edilməmiş, iş materialları işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(103)-576/2023 saylı qərardadı ilə cavabdehin şikayətinin qismən təmin, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 17 aprel tarixli e-2-2(113)-3676/2022 saylı qərardadının ləğv edilməsi, iddiaçının buraxılmış müddətin bərpası barədə ərizəsinin təmin olunmaması, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 31 avqust tarixli e-2-2(113)3676/2022 saylı qərardadından iddiaçı tərəfindən şikayət verilməsi üçün müddətin buraxılmamış hesab edilməsi qərara alınmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).
16. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 31 avqust tarixli e-2-2(113)-3676/2022 saylı qərardadından verilmiş şikayətə baxılmışdır.
17. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə işə baxılaraq qətnamə qəbul olunarkən bankın müflis elan olunmasına dair qərar yox idi və hətta müflis olunma barədə məhkəməyə müraciət olunmamışdı. Hazırkı iş üzrə qəbul olunmuş qətnamə Banka rəsmi olaraq 2015-ci ildə təqdim olunmuş və həmin dövrdə bank öz prosessual hüquqlarından istifadə etməmişdir. Onlara məlum olmayan səbəblərdən sonradan məhkəmə qanuni qüvvəsini almış qətnaməsini ləğv edərək işə yenidən baxmış və nəticədə icraata xitam verilməsi barədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Cavabdeh olan Bank sözügedən qiyabi qətnaməni rəsmi olaraq 2015-ci il tarixində almış və ondan şikayət verməmiş, icra mərhələsində iştirak etmiş, hətta hərracdan satılmış əmlakla bağlı Nəsimi rayon Məhkəməsində baxılan işdə tərəf olmuşdur. Bu da cavabdehin qiyabi qətnamədən 2022-ci ildə yox 2015-ci ildən məlumatlı olduğunu göstərir. İş materiallarında qiyabi qətnamənin 2015-ci ildə cavabdehə çatdırılması barədə poçt sənədləri mövcuddur. Pul tələbinə dair işə baxılarkən bank ləğvetmə mərhələsində deyildi və hətta müflis elan olunma barədə məhkəməyə müraciət olunmamışdı. Bank öz fəaliyyətini normal davam etdirirdi. Məhkəmənin bankın ləğvetmə mərhələsində olmasına istinad edərək icraata xitam verilməsi barədə qərardad qəbul etməsi qanunsuz və əsassız olmuşdur.
18. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 iyun tarixli, 2-2(113)-3676/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 31 avqust tarixli, e-2-2(113)3676/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim – A.Əliyeva). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyul tarixli 2-2(103)-684/2023 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamış, birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsinə dair 2022-ci il 31 avqust tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrl ik edən – A.Hüseyn, hakimlər – E.Kazımov və V.Baxışova).
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normalarına və Azərbaycan Respublikası Məhkəməsinin Konstitusiya Məhkəməsu Plenumunun qərarına istinad etməklə əsaslandırmışdır (bax yuxarıda §§ 8-9).
21. Qərardad 2022-ci il 31 iyul tarixdə iş üzrə tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmiş, iddiaçı həmin qərardaddan 2023-cü il 2 avqust tarixdə kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. MPM-in 9, 9.1, 77.1, 88, 217.3, 218.1, 403.1, 417.1.4-cü maddələri üzrə - hazırkı iş üzrə qəbul olunmuş qətnamə banka rəsmi olaraq 2015-ci ildə təqdim olunmuş və həmin dövrdə bank öz prosessual hüquqlarından istifadə etməmişdir. İddiaçıya məlum olmayan səbəblərdən sonradan məhkəmə qanuni qüvvəsini almış qətnaməsini ləğv edərək işə yenidən baxmış və nəticədə icraata xitam verilməsi barədə qanunusz və əsassız qərardad qəbul etmişdir. Cavabdeh bank sözügedən qiyabi qətnaməni rəsmi olaraq 2015-ci il tarixində almış və ondan şikayət verməmiş, icra mərhələsində iştirak etmiş və hətta hərracdan satılmış əmlakla bağlı Nəsimi rayon Məhkəməsində baxılan işdə tərəf olmuşdur. Bu isə cavabdehin qiyabi qətnamədən 2022-ci ildə deyil, məhz 2015-ci ildən məlumatlı olduğunu göstərir. İş materiallarında qiyabi qətnamənin 2015-ci ildə cavabdehə çatdırılması barədə poçt sənədləri mövcuddur. Pul tələbinə dair işə baxılarkən bank ləğvetmə mərhələsində deyildi və hətta müflis elan olunma barədə məhkəməyə müraciət olunmamışdı. Bank öz fəaliyyətini normal davam etdirirdi. Məhkəmənin bankın ləğvetmə mərhələsində olmasına istinadən icraata xitam verilməsi barədə qərardad qəbul etməsi qanunsuz və əsassızdır. Bakı Apellyasiya Məhkəməsi qərardadda qeyd etmişdir ki, pul tələbinə dair iddia ərizəsi məhkəmədə baxılarkən bank ləğvetmə prosesində olmuşdur, lakin bununla bağlı məhkəmədə heç bir sübut yoxdur və mübahisələndirilən qərardad əsaslandırılmamış, cavabdehin şifahi bildirdiklərinə əsasən qanunsuz və əsassız qərardad qəbul etmişdir. Məlum olduğu kimi, bankın ləğvetmə prosesinə başlaması üçün mütləq müvafiq qərarlar, sənədlər mövcud olmalıdır ki, həmin sənədlərdə və qərarlarda göstərilən tarixlər bankın ləğvetməyə başladığı tarixi göstərir. Lakin məhkəmə cavabdehin maraqlarına uyğun olaraq əsassız, qanunsuz və heç bir sübuta istinad olunmadan qərardad qəbul etmişdir. Məhkəmə ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuş, sübutların obyektiv qiymətləndirilməsini təmin etməmiş, qanunvericiliyin tələblərinə məhəl qoymayaraq iddiaçının hüquq və mənafeyinə zidd olan qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2(82)-2481/2015 saylı iş üzrə 2015-ci il 14 dekabr tarixli qiyabi qətnamə qəbul olunmuş və tərəflərə göndərilmişdir. İş üzrə məhkəmə sənədləri cavabdehə göndərilməsi üçün iddiaçıya təqdim olunmuş və iddiaçı tərəfindən bütün sənədlər guya göndərilmiş və özəl kuryer xidmətinə məxsus olan çatdırılma qəbzləri məhkəməyə təqdim olunmuşdur. Həmin qəbzlərdə məhkəmə sənədlərini qəbul etdiyi qeyd olunan şəxslər bankda işləməmişlər. İşdə olan məhkəmə sənədlərinin göndərildiyi kuryer xidməti ilə, iddiaçı tərəfindən tərtib olunaraq cavabdehə ünvanlanan pretenziya məktubunun göndərildiyi kuryer xidməti ilə iddiaçı tərəfindən tərtib olunaraq cavabdehə ünvanlanan pretenziya məktubunun göndərildiyi kuryer xidməti eynilik təşkil edir.
24. MPM-in 244-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yəni, məhkəmə tərəfindən qəbul olunmuş qiyab i qətnamə tərəflərə rəsmi qaydada təqdim olunmalıdır ki, həmin qətnamənin ləğvi ilə bağlı ərizə verilə bilsin.
25. İddiaçının kassasiya şikayətində vurğuladığı məsələlər tamamilə əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı prosessual normaların tələbləri pozulmamışdır və iddiaçı bunu sübuta yetirə bilməmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının verildiyi gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
72. Bankın müflis elan olunmasının nəticələri 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından:... 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür;...” “Maddə
73. Ödəniş sistemlərində hesablaşmaların qətiliyi 73.1. Bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: 73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun; 73.1.2. bu Qanunun 73.1.1-ci maddəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları köçürmələri həyata keçirən sistemin qaydalarına görə gerigötürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin....”
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-c i maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli qərarında müəyyən edilmişdir ki: “...müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar.... “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır.”
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instans iyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Birinci instansiya məhkəməsi icraata o əsasla xitam vermiş və apellyasiya instansiyası məhkəməsi bu mövqe ilə razılaşmışdır ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatında olan bütün iddialar dayandırılır, bank barəsində digər məhkəmə icraat ına başlanılmır və banka qarşı bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür.
33. Məhkəmə kollegiyası məhkəmələrin həmin mövqeyi ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
34. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarında (bax yuxarıda § 30) göstərilmişdi r ki, “...müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar.
35. Eyni zamanda, həmin Qərarda qeyd edilmişdir ki, “Banklar haqqında” Qanunun 7682 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır”.
36. Göründüyü kimi, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməli, bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialara isə iddia icraatı qaydasında baxılmalıdır.
37. Baxılan iş üzrə iddia ərizəsindən, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 14 dekabr tarixli 2(82)-2481/2015 saylı qiyabi qətna məsindən, digər iş materiallarından aydın olur ki, hazırkı mübahisə iddiaçının Cavabdeh ASC-yə 2015-ci ilin aprel-may aylarında verdiyi ödəmə tapşırıqlarının həmin ASC tərəfindən icra edilməməsi ilə əlaqədar yaranmışdır.
38. İddia ərizəsində qeyd edilənlərə əsasən sözügedən ödəmə tapşırıqları iddiaçının, ASC-nin Bakı filialında olan manat və dollar hesabındakı pul vəsaitlərinin "xxxx" ASC-nin 2 saylı filialına köçürülməsi ilə bağlı olmuş, lakin bank həmin köçürmələri yerinə yetirməmişdir.
39. İşin materiallarından məlum olur ki, Cavabdeh ASC 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2016-cı il 9 fevral tarixli qərarı ilə müflis elan olunmuş, iflas proseduruna başlanılması qərara alınmışdır.
40. Göründüyü kimi, iddiaçı məlum ödəmə tapşırıqlarını verərkən (2015-ci ilin aprelmay ayları) Cava bdeh ASC hələ müflis elan olunmamışdı. Bu baxımdan, iddiaçının həmin vəsaitin geri qaytarılmasına dair tələbinin qanuni əsasını “Banklar haqqında” Qanunun 73.1 və 73.1.1-ci maddələri təşkil edir. 41. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinin (bax yuxarıda § 29) məzmunundan aydın olur ki, bu Qanunun 72.1-ci maddəsinin (bankın müflis elan olunmasının nəticələri) müddəalarından asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun.
42. Göstərilənlərə əsasə n məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə iddianın predmetini “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər təşkil etmədiyindən, həmin “Banklar haqqında” Qanunun 72.1-ci və MPM-in 261.0, 261.0.1-ci maddələrinə (bax yuxarıda § 31) istinadla işin icraatına xitam vermək üçün hüquqi əsaslar mövcud olmamışdır. Gəlinən nəticə qeyd olunan hüquq normaları ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 13 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğun olmamışdır.
43. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə 2023-cü il 13 iyul tarixli 2-2(103)-684/2023 saylı qərardadı ləğv edilməli və iş növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üç ün həmin məhkəməyə qaytarılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyul tarixli 22(103)-684/2023 saylı qərardadı ləğv edilsin. İş növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.