Məhkəmə qərarları › İş №2-2(102)-536/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-536/2019

04.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-536/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı “xxxx” Şirkətinin cavabdeh “xxxx” Şirkətinə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-536/19) Bakı şəhəri 04 dekabr 2019-cu il 04.12.2019 Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının nümayəndəsi xxxun və vəkili Vəkil, cavabdehin vəkili Fuad Qəşəmovun iştirakı ilə, İddiaçı “xxxx” Şirkətinin cavabdeh “xxxx” Şirkətinə qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 27 avqust 2019-cu il tarixli, 2-2(103)-505/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 04 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” Şirkətinin cavabdeh “xxxx” Şirkətinə qarşı cavabdehdən 290836 manat əsas borc, 92602 ona hesablanmış faiz və 132442 manat dəymiş ziyanın əvəzi olmaqla cəmi 515880 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki,“xxxx” şirkəti ilə xxxx Şirkəti (BH) arasında mənzillərin, torpaq sahələrinin, maşın və avadanlıqların icarəsi, eləcə də icarə obyektlərində cavabdeh tər əfə xidmət göstərilməsinə dair müqavilələr mövcud olmuş, son olaraq, tərəflər arasında müqavilə münasibətləri 2014-cü ilin noyabr ayında, ödəmə müddəti isə 2015-ci ilin fevral ayında bitmişdir. Belə ki, tərəflər arasında torpaq, maşın və avadanlıqlarla bağlı müqaviləyə əsasən icarə haqları, icarə xidmətinin göstərildiyi ay üçün hesab faktura təqdim edildiyi andan 60 gün ərzində ödənilməlidir. Lakin son illər ərzində cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmişdir. Ona görə də tərəflər arasında mübahisə yaranmış və ödənilməli olduğu məbləğin bir hissəsi ilə bağlı artıq məhkəmə qətnaməsi mövcuddur. Buna baxmayaraq, cavabdeh yenə də yerdə qalan borcu və məhkəmənin qərarı ilə təmin edilmiş məbləğin ödənilməsini müxtəlif bəhanələrlə təmin etmir. “xxxx” şirkəti əmlakın subicarəsi il ə məşğul olduğundan, icarəyə götürdüyü əmlakın icarə haqqını vaxtında ödəmək məcburiyyətindədir. Bu səbəbdən də cavabdeh tərəfindən ödənişlər uzun müddət gecikdirildiyindən “xxxx” şirkəti əmlak yiyələrinə ödəniş etmək üçün borc götürmək məcburiyyətində qalmışdır ki, bu da iddiaçının əlavə xərclər çəkməsinə səbəb olmuşdur. Bu müddətlər ərzində müqavilə öhdəliklərinə vaxtında və lazımı qaydada icra edilməsi cavabdehə dəfələrlə təklif olunsa da nəticəsi olmamışdır. Tərəflər arasında müqavilə münasibətləridavam etdiyi müddətlər ərzində təqdim edilmiş hesabların son üzləşməsinə əsasən xxxx Şirkətinin “xxxx” şirkətinə ödənilməmiş borcun məbləği 387942,68 manat olmuşdur. Hazırkı məqama həmin borcdan 133443 manat və ya 171080 ABŞ dollar hissəsi mübahisələndirilməmiş, lakin cavabdeh tərəfindən ödən ilməsi də təmin edilməmişdir. 2015ciildən sonra ölkədə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişdiyini nəzərə alınaraq, hazırkı məzənnəyə uyğun olaraq 171080 ABŞ dollara görə 290836 manat məbləğ cavabdehdən tam şəkildə tələb olunmalıdır. Bundan başqa tərəflər arasında borc məbləğindən əvvəllər mübahisələndirilmiş 254499,41 manat hissəsindən, son olaraq Ali Məhkəmənin qərarına əsasən 113984, 13 manat hissəsi təmin edilmiş, 23270,25 manat məbləğin hesab fakturaların təkrarlandığı, 117245,03 manat hissəsi isə iddiaçının borcu əvəzində başqasına ödənildiyi artıq müəyyən edilmişdir. Tərəflər arasında mövcud müqavilə və təqdim edilmiş hesab fakturaların ödəniş vahidi ABŞ dolları olduğundan, göstərilən xidmətin 2014-cü ilə aidliyi və dolların manata görə məzənnəsinin dəyişdiyi baxımından 113 984 manat və ya 146133 ABŞ dolları məbləğindən məhkəmə aktı ilə ödənilmiş hissə nəzərə alınmaqla, yerdə ödənilməmiş 132442 (246426 - 113984) manat iddiaçıya dəymiş ziyandır. Həmçinin artıq 2 ildir ki, cavabdeh iddiaçıya ödəməli olduğu ümumilikdə 404820 (113984+290836) manat pulu özündə saxlamaqla, ondan iddiaçının iradəsinə zidd istifadə edir və gəlir əldə edərək, ondan faydalanır, iddiaçının hesabına varlanır. Pulu istifadəsində saxlamaqla, ondan faydalanmaqda davam etdiyindən, son iki il üçün Mərkəzi bankın bank uçot faiz dərəcəsinə uyğun (15.02.2016- 5%, 04.03.2016-7%, 08.08.2016- 9,5%, 14.09.2016-15%) məbləğ hesablanmalıdır ki, bu da 92602 (1686,75 + 11807,25 + 3204,82 + 75903,75) manat təşkil edir. Ona görə də borc məbləği ilə yanaşı, manatın devalivasiyası nəticəsində dəymiş ziyan və puldan razılaşma müddətindən artıq istifadəsinə görə hesablanmış faiz məbləği olaraq 225004 (132442 + 92602) manat da tam şəkildə cavabdehdən iddiaçının xeyrinə tələb olunmalıdır. Belə ki, zərərin əvəzinin ödənilməsi və mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları müəyyən olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1097.1-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsinin 02.04.2019-cu il tarixli iş № 2-2(81)-68/2019, (sədrlik edən hakim F.Mədətli) qətnaməsi iləiddianın rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 02.04.2019-cu il tar ixli qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin isə təmin edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 27.08.2019-cu il tarixli iş № 2-2(103)-505/2019 (hakimlər İ.Əhmədov - sədrlik edən və məruzəçi, S.Seyidova vəV.Məmmədov) qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə birinci instansiya məhkəməsinin 02.04.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,tərəflər arasında mənzillərin, torpaq sahələrinin, maşın və avadanlıqların icarəsi və eləcə də icarə obyektlərində cavabdeh tərəfə xidmət göstəri lməsinə dair davamlı müqavilə münasibətləri olduğu işin mübahisəsiz halıdır. Həmçinin iş üzrə tərəflərin həmin müqavilələrdən irəli gələn öhdəliklərin bir hissəsi ilə bağlı başqa iqtisadi mübahisəyə dair iş üzrə məhkəmənin qanuni qüvvəsində olan qətnaməsi ilə 13 aprel 2017-ci il tarixə tərəflər arasında ödənilməmiş ümumi borcun məbləği 387942,68 manat (və ya faktura üzrə 497362,41 ABŞ dollar) müəyyən edilmişdir. Həmin iş üzrə isə mübahisə qeyd olunan məbləğin 387942,68 manat məbləğin 251229,16 manat hissəsini əhatə etmişdir. Yerdə qalan 136713,52 manat hissəsi ilə bağlı həmin müddətlərdə mübahisə mövcud olmamışdır. Çünki həmin məbləğlə bağlı verilmiş faktura sənədləri cavabdeh tərəfindən irad edilməmiş, qəbul edilmişdir. Bu halın da müəyyən edildiyi barədə qanuni qüvvəsində olan qətnamə ol duğundan yenidən mübahisələndirilməsinin yol verilməz olduğu bəllidir. Qeyd olunan hər iki hal işə baxmış məhkəmələr tərəfindən müəyyən edilmiş və qətnamələrində əksini tapmışdır. Birinci instansiya məhkəməsi qətnaməsində bu dəlilə istinad etmiş və onun hüquqi tövsüfü üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etmişdir. Lakin nəticədə buna uyğun olmayan qənaətə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi də yuxarıda qeyd olunan dəlilləri mövcudluğunu qeyd etmiş, lakin birinci instansiya məhkəməsindən fərqli olaraq Mülki Prosessual Məcəllənin 81-ci və 89.3-cü maddələrinə istinad edərək, istinad edilmiş sənədlərin əsillərinin və ya lazımi qaydada təsdiqlənmiş surətlərinin təqdim edilməli olduğu qənaəti ilə çıxış etmişdir. Əslində bu ümumi məsələ olmaq la hazırkı işə heç bir dəxli yoxdur. Belə ki, burada söhbət məhkəmənin qanuni qüvvəsində olan qətnamə və qərarlardan gedir. Aid olduqları işin nömrəsi və tarixləri şikayət olunan qətnamədə qeyd edilmişdir. Həmin məhkəmə qərarların surətinin notariat qaydasında təsdiqlənməsi də tələb edilə bilməzdi. Digər tərəfdən birinci instansiya məhkəməsi tələbin predmetində qeyd olunan halın müəyyən edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktı olduğundan, buna aid olan ilkin sənədlərin işə əlavə edilməsini lüzum bilməmişdir. Əgər apelyasiya instansiyası məhkəməsi qanuni qüvvəsində olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş dəlillə bağlı olan tərəflər arasında mövcud müqavilələr üzrə verilmiş qaimə, hesab faktura və ödəniş sənədlərin əsillərini yenidən təqdim edilməli olduğu qənaətinə gəlirdisə, bunu tərəflərdən tələb edə və ya təklif edə bilərdi. Bunu etmədiyi təqdirdə irəli sürülmüş iddia tələbinin sübutuna dair sənədlərin əsillərinin mövcud olmadığı kimi qeyd edilməsi yanlış qənaətdir və özü də bu barədə artıq qanuni qüvvəsində olan məhkəmə aktının mövcudluğu baxımından tam hüquqi əsassız qənaətdir. Qeyd olunan dəlillərin təsdiqinə dair əlbəttə bütün sənədli sübutlar mövcuddur və hər zaman təqdim edilməsinə iddiaçı tərəf hazırdır. Buna da şərait həmin mövqedə çıxış edən apelyasiya məhkəməsinə aid idi. Lakin apelyasiya məhkəməsi bunu etməmiş, tam əksinə tərəflərin məhkəmə iştirakını lazımi qaydada təmin etməmiş, iddiaçının məhkəmə araşdırmasında iştirakına belə şərait yaratmamışdır. Belə ki, apelyasiya məhkəməsində işin baxılması təyin edilmiş 06 avqust 2019-cu il tarixə, saat 14:10-da təyin edilmiş məhkəmə iclası, cavabdehin məlumatı əsasında təxirə salınmış və 27 avqust 2019-cu il tarixə, saat 11:35-ə təyin edilmişdir. İddiaçı tərəfin dəqiqə gecikməsi ilə apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmış və qətnamə elan edilmişdir. Ona görə də, bununla bağlı olan bütün sənədlər kasasiya şikayətinə əlavə edilir. Düzdür, kasasiya instansiyasında sübutlara baxılmır. Lakin həmin sənədlər sübutlara baxılması üçün deyil, məhz iddia tələbinə dair sübutların olmamasına dair məhkəmənin gəldiyi qənaətin doğru olmadığı məhkəmə kollegiyasının nəzərinə çatdırmaq üçündür. Bundan başqa apelyasiya şikayətinin dəlillərindən biri, tələb olunan borcla bağlı hesab fakturaların əsillərinin tərəflər arasında bundan əvvəl məhkəmədə baxılmış mübahisə ilə bağlı iş üzrə təqdim edil diyi və həmin işin materiallarında, hazırkı iş üçün mühüm əhəmiyyətli sübutların olduğu baxımından, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2 iqt (81)-2551/2014 saylı (daha sonra Bakı Apelyasiya Məhkəməsinin İnzibatıİqtisadi Kollegiyasının 2-2(103)-07/2017 saylı) işin tələb edilib, məhkəmədə baxış keçirilməsi barədə iddiaçı tərəfi haqlı vəsatətinin məhkəmə tərəfindən təmin etməməsi və bunun apelyasiya qaydasında təmin edilməsi olmuşdur. Apelyasiya məhkəməsi ümumiyyətlə apelyasiya şikayətinin bu hissəsinə münasibət bildirməmişdir. Məhkəmənin iddia müddəti ilə bağlı gəldiyi qənaətə gəlincə, məhkəmə iddia ilə tələb olunan borcun tərəflər arasında yarandığı vaxtdan, 3 il keçdikdən sonra iddianın verildiyinə istinad etmişdir və bunu tərəflər arasında mövcud müqavilələrə xitam verildiyi gündə n hesablamışdır. Qeyd etmək istəyir ki, bu halda da məhkəmə haqlı olmamışdır. Belə ki, iddiaçı “xxxx” şirkəti cavabdeh “xxxx” şirkətinə qarşı məhkəmədə iddia qaldırıb cavabdehdən 290836 manat əsas borcun, 92602 manat ona hesablanmış faizlər və 132442 manat dəymiş ziyan əvəzi olaraq ümumilikdə 515880 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, iddia yalnız müqavilədən irəli gəlmiş əsas borcla bağlı tək tələb deyil, ondan əlavə daha iki tələblə də bağlıdır. Onlardan biri məhkəmənin qərarı ilə müəyyən edilmiş borcun qaytarılmasının gecikdirdiyi üçün vurulmuş ziyan, bu bank uçot dərəcə ilə hesablanmış, digəri də müqavilə və faktura ilə razılaşdırılmış məbləğlər ABŞ dolları ilə olduğu halda, məhkəmə qərarı ilə manatla ödənildiyindən, dollarla manat arasında yaranmış fərq məbləğinin tələbidir. Həmin tələblərin də heç biri müqaviləyə xitam verildiyi müddətlə bağlı deyildir və müddət axımı məhkəmə qərarının icra edildiyi ilə bağlı son ödənişlərin edildiyi 2018-ci ildən başlanmışdır. Bu hal tələbin əsas borc hissəsi üçün də eynidir və müqavilədən irəli gələn əsas borc məbləği ilə bağlı 3 illik iddia müddətinin axımı, tərəflər arasında mövcud münasibətlər baxımından, hazırkı iş üzrə müqavilələrə xitam verildiyi andan deyil, müqavilə üzrə son ödənişin həyata keçirildiyi gündən hesablanmalıdır. Tərəflər arasında mövcud müqavilə ilə bağlı son ödənişlər isə cavabdehin öz xoşluğu ilə 2016-cı ildə, məhkəmənin qərarının icrası ilə isə 2018-ci ilin ortaları və axırlarında edilmişdir. Lakin məhkəmə mübahisə ilə bağlı iddia müddətini n tətbiqi qənaətinə gəldiyi zaman iş üzrə mövcud olan və işin qeyd olunan mübahisəsiz halları nəzərə almamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 avqust 2019-cu il tarixli 2-2(103)-505/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi xxx da, iddiaçının vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili F.Qəşəmov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası mə hkəməsinin 27.08.2019cu il tarixli qətnamə qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndə və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən b axılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hal larının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 27 avqust 2019-cu il tarixli, 22(103)-505/2019 saylı qətnamə ilə, İddiaçı Şirkətinin apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2-2(81)-68/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Mülki Məcəllənin 21.1, 373.2, 386.1, 390.1, 425.1, 700.1, 700.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 81, 89.3-cü maddələrinə istinad etməklə belə hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəl illərlə bağlı olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi Mülki Prosessual Məcəllənin «Əsas qaydalar» adlanan İ fəslində yer almış «Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi» başlığı altında 9-cu maddəsi mövcuddur. Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsində deyilir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiə sini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi 19 avqust 2019-cu il tarixli qətnaməsində yazır ki, “Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir”. Bu arada qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsinin iş ü zrə yekun 27 avqust 2019-cu il tarixli məhkəmə iclasının protokolundan bəlli olur ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə 15 dəqiqə ərzində baxaraq qətnamə qəbul etmişdir (iclas saat 11-50-də başa çatdı) - işin İİ cildi, 21, 24-cü səhifələri. Kasasiya şikayətində isə iddiaçı onun nümayəndəsinin 27 avqust 2019-cu il tarixdəki məhkəmə iclasına 7 dəqiqə gecikdiyini bildirmiş və bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməməsini, nəticə etibarı ilə müvafiq mötəbər sübutları təqdim edə bilməməsini bildirmişdir. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsinə hazırkı iş 14 iyun 2019-cu il tarixdə daxil olduğu halda, ilk məhkəmə iclası 06 avqust 2019-cu il tarixinə (həmin məhkəmə iclasında iddiaçının nümayəndəsi iş tirak etməmişdir), ikinci və yekun məhkəmə iclası isə 27 avqust 2019-cu il tarixinə təyin edilmişdir ki, iddiaçının nümayəndəsi yenə də bu iclasda iştirak edə bilməmişdir. Beləliklə apelyasiya instansiyası məhkəməsində keçirilmiş 2 məhkəmə proseslərinin heç birində iddiaçının nümayəndəsi iştirak edə bilməmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən dindirilməmiş, iş üzrə izahat verməmiş, dəlillərin müzakirəsində iştirak etməmiş, müvafiq sənədləri təqdim edə bilməmişdir ki, bu da məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin pozuntusu kimi qiymətləndirilir. Hazırkı işin apelyasiya instansiyası məhkəməsinə 14 iyun 2019-cu il tarixdə daxil olduğunu, iddiaçının keçirilmiş hər iki məhkəmə iclasında iştirak etmədiyini, işə baxılmasının prosessual müddətinin is ə 14 sentyabr 2019-cu il tarixdə bitdiyini (Mülki Prosessual Məcəllənin 368.3-cü maddəsi) nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Belə olan halda apelyasiya instansiyası məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsində “İddiaçı şirkəti ilə, “xxxx Şirkəti (BH) cavabdeh tərəfə xidmət göstərilməsi və vurulmuş ziyana dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir” qənaətinə gəlməsi əsassızdır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 27 avqust 2019-cu il tarixli qətnaməsində apelyasiya instansiyası məhkəməsi özü göstərir ki, id diaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək göstərilmiş xidmətlər və görülmüş işlərin əvəzi olaraq 272905 manat, müqavilə öhdəliklərini pozduğundan dəymiş ziyana görə 72538 manat, cəmi 345443 manat məbləğin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 262623,31 manat alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 iyun 2015-ci il tarixli, 2-2(103)259/2015 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 27 oktyabr 2014-cü il tarixli qətnaməsi dəyişd irilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 fevral 2016-cı il tarixli, 2-2(102)-45/2016 saylı qərarı ilə cavabdehin kasasiya şikayəti təmin olunaraq, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 aprel 2017-ci il tarixli, 2(103)07/2017 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 oktyabr 2014-cü il tarixli qətnaməsi - cavabdehdən 262623,31 manat alınaraq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdehdən 251229,16 manat alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə qala n hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 aprel 2017-ci il tarixli qərarından görünür ki, cavabdehin kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 aprel 2017-ci il tarixli, 2-2(103)-07/2017 nömrəli qətnaməsi dəyişdirilməsi, cavabdeh “Baker Hughes" Services İnt. İnc." şirkətindən alınaraq "xxxx" şirkətinə ödənilən borc məbləği 113984,13 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilmiş məhkəmə aktlarının mövcudluğunu özü qeyd edir. Bununla belə apelyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 81 və 89.3-cü maddələrinə istinad etməklə, «belə ki, iddia ərizəsi yazılı sübutlara (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir» kimi mücərrəd bir cümlə işlətmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Eyni zamanda iddiaçının kasasiya şikayətindəki başqa bir dəlili iddiaçının özünün yazdığına görə “göründüyü kimi iddia yalnız müqavilədən irəli gəlmiş əsas borcla bağlı tək tələb deyil, ondan əlavə daha iki tələblə də bağlıdır. Onlardan biri məhkəmənin qərarı ilə müəyyən edilmiş borcun qaytarılmasının gecikdirdiyi üçün vurulmuş ziyan, bu bank uçot dərəcə ilə hesablanmış, digəri də müqavilə və faktura ilə razılaşdırılmış məbləğlər ABŞ dollarla olduğu halda, məhkəmə qərarı ilə manatla ödənildiyindən, dollarla manat arasında yaranmış fərq məbləğinin tələbidir”. Qeyd edilməlidir ki, həmin məsələ apelyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamış, halbuki qanuni qüvvəyə minmiş məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin səbəbi ən azından məhkəmə icra məmurlarına sorğu yazılmaqla tədqiq edilməli idi. Məlum olduğu kimi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyy ən edilmiş qüvvəsi yoxdur. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə riayət etməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 27 avqust 2019-cu il tarixli, 2-2(103)505/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar