Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-536/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracdan satılması, iş üzrə icraata xitam, inzibati icraat qaydasında müraciət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Əhmədova Mehparə Tofiq qızının məruzəsi ilə, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bak ı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyun tarixli 2-2(103)-398/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – “iddiaçı”) tərəfindən Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) göndərilmiş 2019- cu il 24 iyul tarixli, **********8 saylı bildirişdən görünür ki, vergi borcunun 5 gün müddətində ödənilməsi təklif olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 2. 2020-ci il 11 sentyabr t arixli, **********1 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarın surətindən görünür ki, vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. 3. “Əmlakın siyahıya alınması haqqında” 2020-ci il 20 oktyabr tarixli, **********642600 saylı protokoldan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 265.000 manat dəyərində əmlakı siyahıya alınmışdır. 4. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” 2020-ci il 20 oktyabr tarixli aktdan görünür ki, vergi ödəyicisinə məxsus siyahıya alınmış əmlak məsul saxlanma üçün hüquqi şəx sin qanuni təmsilçisi X1 imza edərək qəbul etmişdir.
5. Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə 2020-ci il 23 oktyabr tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 2021-ci il 19 fevral tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin 2019-cu il 12 sentyabr tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 62.753,04 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 0.01 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 265.600 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi (bundan sonra – “VM”) ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün, onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məblə ği yenə də ödənilməmişdir. Ona görə də VM-in 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 2019-cu il 12 sentyabr tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin həmin tarixə yaranan 407.830,63 manat borcuna görə 265.600 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 2020-ci il 20 oktyabr tarixli **********1 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə VM-in 70.2-ci maddəsinin tələblərinə uyğun o laraq cavabdehə 2020-ci il 23 oktyabr tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 2019-cu il 12 sentyabr tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 407.830,63 manat ödənilməmiş borcu qalmışdır.
8. İddia tələbinin maddi hüquqi əsası kimi VM-in 1.4, 70.2, 89.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4, 26, 140, 150, 216 və 220-ci maddələrinə istinad olunmuşdur.
9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.
10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 26 aprel tarixli e-2-2(113)-1532/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – K.Hüseynov).
11. Məhkəmə hesab etmişdir ki, vergi ödəyicisi üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan verginin ödənilməsini nəzərd ə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir və ona məxsus əmlakı satılmaqla dövlət büdcəsinə olan vergi borcu ödənilməlidir. İddiaçı cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 265.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını tələb etməkdə haqlıdır. Ona görə də, iddia təmin edilməlidir.
12. Məhkəmə bu qənaətini VM-in 89.1, 89.7, 89.10, 90.1-ci; MPM-in 119.1, 119.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh 2021-ci il 27 may tarixində apellyasiya şikayəti verərək, həmin qətnaməni ləğv edərək, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 avqust tarixli, 2-2(103)-724/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən hakim - V.Məmmədov, hakimlər – A.Hüseynov və V.Baxışova).
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq (bax yuxarıda §11) qeyd etmişdir ki, məhkəmənin qanunla müəyyən edilmiş vergiləri tam həcmdə və vaxtında ödəmək vəzifəsini yerinə yetirməyən cavabdehin vergi borcunun onun əmlakına yönəldilərək, əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır və qətnamənin ləğvinə əsas vermir.
16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsi tərəfindən istinad olunan maddələrlə (bax yuxarıda § 12), həmçinin əlavə olaraq Azərbaycan Respublikası Konstitusiyasının 73-cü; VM-in 16.1.1, 23.1.8, 23.1.15-1, 65.1, 78.1-ci; MPM-in 384.0.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
17. Həmin qətnamə 2021-ci il 23 avqust tarixli məktubla tərəflərə göndərilmiş, eyni tarixdə proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmişdir.
18. Cavabdeh 2021-ci il 25 oktyabr tarixi ndə kassasiya şikayəti verməklə həmin qətnaməni ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 2 fevral tarixli, 2-2(102)20/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 avqust tarixli 2-2(103)-724/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən hakim - İ.Dadaşov, hakimlər - B.Məmmədli və B.Qəribov).
20. Kassasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı kommersiya işində cavabdehin vergi borcunun olub-olmadığı apellyasiya məhkəməsi tərəfindən nəinki müəyyən edilməmiş, əksi nə vergi borcunun mövcud olub-olmaması və ya düzgün hesablanıb-hesablanmaması məhkəmə tədqiqatının hüdudlarından kənarda qaldığı, başqa sözlə vergi borcunun mövcudluğu müzakirə predmeti olmadığı barədə qanunsuz nəticəyə gəlinmişdir. Cavabdeh isə istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya şikayətində ödənilməmiş vergi borcunun olmadığını bildirsə də, onun bu dəlilləri məhkəmə qiymətləndirilməsindən kənarda qalmışdır. Halbuki, cavabdehin siyahıya alınmış əmlakı açıq hərracdan ona görə satılır ki, onun dövlət qarşısında yerinə yetirilməmiş öhdəlikləri mövcuddur və bu hal müəyyən edilmədən qəbul edilmiş məhkəmə qərarları isə bütün hallarda qanunsuz və ədalətsiz olacaqdır.
21. Məhkəmə qərarını VM-in 16.1.1, 23.1.8, 89.1, 90.1-ci; MPM-in 416-cı maddələrinə; “S.Əliyevanın şikay əti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” KMP-un 2006-cı il 31 may tarixli qərarına; “Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarına; Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra – “AİHM”) "OfertaPlus S.R.L. Moldovaya qarşı" 2006-cı il 19 dekabr tarixli qərarına; AİHM-in “Bidjiyeva Rusiyaya qarşı” 2017-ci il 5 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyun tarixli, 2-2(103)-398/2022 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – M.Məmmədov və A.Tanrıverdiyev).
23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, MPM-in hazırda qüvvədə olan redaksiyasının 26-cı maddəsində təsbit olunmuşdur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəlləninv 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
24. Hazırkı işin halları isə ondan ibarətdir ki, iddiaçı inzibati fəaliyyəti həyata keçirən dövlət orqanıdır, iddianın predmeti siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasından ibarətdir və mübahisənin mahiyyəti iddiaçının sahibkarlıq fəaliyyətindən deyil, inzibati orqanın fəaliyyətindən irəli gəlir. Belə olan halda isə MPM-in 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 nömrəli Qərarında əks olunan hüquqi mö vqeyə görə hazırkı mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 90-cı maddəsində qeyd olunan “məhkəmə vergi orqanının müraciətinə MPM-də müəyyən edilmiş qaydada baxır” cümləsi hazırkı mübahisənin aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsi üçün də əsas deyil. Çünki iddiaçının inzibati orqan kimi səlahiyyətlərinə qiymət verilməsi ümumi məhkəmənin də səlahiyyətinə aid deyil və ona görə də, hazırkı işə ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür.
26. Eyni zamanda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbü sü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
27. Beləliklə, hazırkı mübahisəyə inzibati icraat qaydasında baxılmalıdır. İnzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn mübahisələr üzrə məhkəmə icraatı isə inzibati məhkəmələr tərəfindən həyata keçirilir.
28. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MPM-in 24.2, 26.2, 261.0.1, 261.0.8, 262.3, 384.0.5-ci; VM-in 90.1, 90.2-ci maddələrinə; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.6-cı maddəsinə; “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidi yyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarına istinad etməklə əsaslandırmışdır.
29. Həmin qərardad 2022-ci il 14 iyun tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmişdir.
30. İddiaçı 2022-ci il 23 iyun tarixində kassasiya şikayəti və 29 iyun tarixində kassasiya şikayətinə əlavə verərək, həmin qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. VM-in 89.1-ci, MPM-in 4.1, 26.1, 26.2-ci maddələrinin və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyə n edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının tələbləri pozulmuşdur - İşə baxmış Ali Məhkəmənin qərarında hazırkı iddia tələbinə inzibati məhkəmədə baxılması ilə bağlı heç bir mövqe bildirilməmiş və bununla bağlı hər hansı göstərişi olmamışdır. Belə ki, Ali Məhkəmənin mövqeyi bundan ibarət olmuşdur ki, əgər cavabdeh ona hesablanmış vergi borcları ilə razı deyilsə, pozulduğu güman olunan hüquqlarının bərpası məqsədilə inzibati məhkəmədə iddia qaldırmağa haqlıdır. Həmçinin, iddia ərizəsinə əsasən cavabdehin 2019-cu il 12 sentyabr tarixinə eyni zamanda 407.830 manat, həm də 62.753,04 manat ödənilməmiş vergi borcu olduğu barədə qeyri-dəqiq məlumatlar verilmişdir.
32. Bundan əlavə, hazırkı kommersiya işində cavabdehin vergi borcunun olub-olmadığı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməməklə birlikdə həm də vergi borcunun mövcud olub-olmaması və ya düzgün hesablanıb-hesablanmaması məhkəmə tədqiqatının hüdudlarından kənarda qaldığı, başqa sözlə vergi borcunun mövcudluğu müzakirə predmeti olmadığı barədə qanunsuz nəticəyə gəlinmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası hesab etmişdir ki, “məhkəmə vergi orqanının müraciətinə MPM müəyyən edilmiş qaydada baxır” cümləsi hazırkı mübahisənin aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsi üçün də əsas olmadığı, iddiaçının inzibati orqan kimi səlahiyyətlərinə qiymət verilməsi ümumi məhkəmənin də səlahiyyətinə aid deyil və ona görə də, h azırkı işə ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Nəticədə məhkəmə qeyd etmişdir ki, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə işlərə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə işlərə nə kommersiya, nə də ümumi məhkəmələrdə baxılmalı olmadığından qeyd edilən işlər inzibati icraat qaydasında İPM-in 2.1-ci maddəsinə əsasən inzibati məhkəmələrdə baxılmalıdır. Bununla da, apellyasiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərini nəzərə almadan qanunsuz və əsassız nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAX İŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403.1 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instans iyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti... 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;... 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa;...” “Maddə
262. İcraata xitam verilmə qaydası və nəticələri... 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir....” “Maddə
384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi:... 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərard adını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir;...”
38. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. 90.2. Məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır....” 39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasını n Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;...” 40. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikas ı Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarında aşağıdakılar nəzərdə tutulur: “İşlərin məhkəmə aidiyyətinin (ümumi və yaxud kommersiya) müəyyən edilməsinin yeni qaydasına dair 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların h ər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələ b edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkə məsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 31-32) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyun tarixli 2 -2(103)398/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə (bax yuxarıda §§ 23-27) razılaşdığından kassasiya şikayətinin bu dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür.
43. Kassatorun digər dəlillərlə bağlı ifadə etdiyi mövqeyinə görə, hər hansı mübahisənin kommersiya mübahisəsi hesab olunması üçün onun mütləq şəkildə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlılığı mövcud olmalıdır. Vergi orqanlarının vergi ödəyicilərinə qarşı verdikləri iddialar məhz sonuncuların kommersiya fəaliyyətinin nəticələri ilə bağlıdır. Başqa sözlə, iddia tələbinin əsasını təşkil edən borc məbləği cavabdehlərin kommersiya fəaliyyəti zamanı əmələ gəlmişdir.
44. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, məsələyə o məntiqlə yanaşdıqda sahibkarların vergi borcu ilə bağlı bütün kateqoriyalardan olan mübahisələr kommersiya mübahisələri hesab edilməlidir və həmin mübahisələrin hamısına (istisnasız olaraq) inzibati məhkəmələr deyil, kommersiya məhkəmələri baxmalıdır.
45. Lakin apellyasiya instansiyası məhkəməsi öz qərardadında mövcud qanunvericiliyi geniş təhlil edərək tamamilə düzgün olaraq əsaslandırmışdır ki, hazırkı iddia tələbi məhz inzibati hüquq münasibətlərindən yaranmışdır, ona görə də bu qəbildən olan mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılmalıdır.
46. Bundan başqa, kassatorun digər dəlili ondan ibarətdir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması vergi ödəyicisi olan fiziki şəxslərə və hüquqi şəxslərin rəhbər lərinə məhz onların fəaliyyəti ilə bağlı yaranan vergi borcuna görə tətbiq olunur. Bu məhdudiyyət tədbirinin MPM-in 26.2-ci maddəsində qeyd olunan “sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan” kimi müəyyən edilməsi, bunun “sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan” mənasına da gəldiyini deməyə əsas verir.
47. Məhkəmə kollegiyası kassatorun MPM-in 26.2-ci maddəsinə verdiyi izahı hüquqi cəhətdən əsaslandırılmayan, subyektiv xarakterli mülahizə hesab edir və həmin normanın hazırkı mübahisənin həllinə tətbiqi ümumiyyətlə mümkün olmadığından bununla bağlı geniş hüquqi qiymətləndirmə aparmağa lüzum görmür.
48. Kassatorun digər dəlilinə görə isə, vergi orqanlarının bir qrup iddialarının (siyahıya alma, borcun məcburi tutulması və s.) İPM, ölkədən getməklə bağlı ərizələrin isə MPM əsasında baxılmas ı mahiyyəti eyni olan müraciətlərin fərqli prosessual qanunvericilik və fərqli məhkəmə icraat qaydasında baxılması mənasına gəlir ki, bu da vahid yanaşma baxımından məqsədəuyğun hesab olunmur.
49. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən dəlildə qeyd olunan məsələ qanunvericiliyin gələcəkdə təkmilləşdirilməsi zamanı müzakirə predmeti ola bilər. Apellyasiya instansiyası məhkəməsi isə öz qərardadını qəbul edərkən hazırda qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutmuşdur.
50. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi qərardad qəbul edərkən kassasiya şikayətinin dəlillərində qeyd olunmuş hüquq pozuntularına yol verməmişdir.
51. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə ko llegiyası QƏRARA ALİR: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyun tarixli 22(103)-398/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.