Məhkəmə qərarları › İş №2-2(102)-536/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-536/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-536/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRAR 2-2(102)-536/2023 Açar sözlər: kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 dekabr tarixli 2-2(104)-221/2022 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 2019-cu il 26 noyabr tarixli 047 nömrəli kredit müqaviləsinə əsasən, Bank 7500 manat dəyərində kredit məbləğini 36 ay müddətinə, 18 faiz dərəcəsi ilə borcluya verməyi, borclu isə ödənişləri vaxtında etməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh2 ilə "xxxx" ASC arasında Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi 2019-cu il 26 noyabr tarixli 035 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. 3. 2019-cu il 26 noyabr tarixli 048 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 xüsusi mülkiyyətində оlаn Şəmkir şəhərində 0,0144 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binası Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində оlаn Şəmkir şəhərində 0,0144 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. 5. 2020-ci il 11 dekabr tarixli maliyyə arayışından görünür ki, cavabdehə 6744,37 manat əsas borc hesablanmışdır. 6. 2021-ci il 19 yanvar tarixli 2/2021 nömrəli bildirişdən görünür ki, cavabdehlər yaranmış borc məbləği ilə bağlı xəbərdar edilmişdirlər. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı "xxxx" ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”), C avabdeh2 (bundan sonra – “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə 2021-ci il 17 fevral tarixində Şəmkir Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 2019-cu il 26 noyabr tariхli 047 saylı kredit müqaviləsi üzrə 6744,37 manat əsas borc və 475,45 manat faiz borcu olmaqla, cəmi 7219,82 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 131,95 manat dövlət rüsumu və 30,4 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş və Cavabdeh2 mülkiyyətində оlаn Şəmkir şəhərində 0,0144 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 111,2 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin müəyyən edilməsi, ə mlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Şəmkir Rayon Məhkəməsinin 2021-ci il 1 aprel tarixli 2(076)-883/2021 nömrəli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması "xxxx" MMC-yə tapşırılmışdır. Təqdim edilən qiymətləndirmə rəyində ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar dəyəri 58.600 manat, likvid dəyəri 52.740 manat kimi qeyd olunmuşdur.

9. Şəmkir Rayon Məhkəməsinin 2021-ci il 4 avqust tarixli 2(076)-883/2021 nömrəli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə g öndərilmişdir.

10. Bundan sonra iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2019-cu il 26 noyabr tarixli 047 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan əsas borc üzrə 6744,37 manat, faiz borcu üzrə 1278,26 manat, cəmi 8022,63 manat məbləğində pul vəsaiti, həmçinin 30,4 manat dövlət rüsumu və 131,95 manat ipoteka bildirişinin qeydiyyata alınması ilə bağlı xidmət haqqının tutulması, tutmanın 2019-cu il 26 noyabr tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus, Şəmkir şəhərində 0.0144 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 111.2 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərr acdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsindən Cavabdeh2 istifadə hüquqlarına xitam verilməklə çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2019-cu il 26 noyabr tariхli 047 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 7500 manat məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə iddiaçı arasında 2019-cu il 26 noyabr tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka qoyanın mülkiyyətində olan Şəmkir şəhər ində 0,0144 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır.

12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 317.1, 319.1, 385.1, 442, 448.1-ci, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.7-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1, 39.3.3-cü maddələrinə istinad edilmişdir.

13. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

14. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 29 sentyabr tarixli 2-2(115)- 988/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2019-cu il 26 noyabr tarixli 047 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan əsas borc üzrə 6744,37 manat, faiz borcu üzrə 1278,26 manat, cəmi 8022,63 manat məbləğində pul vəsaiti, həmçinin 30,40 manat dövlət rüsumu və 131,95 manat ipoteka bildirişinin qeydiyyata alınması ilə bağlı xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, likvid dəyəri 52.740 manat olan, Cavabdeh2 məxsus, Şəmkir şəhərində 0.0144 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 111.2 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, iş üzrə 200 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Vəliyev).

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin faktiki hallarına əsasən, iddiaçı tərəfindən Cavabdeh1 2019-cu il 26 noyabr tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 2019-cu il 26 noyabr tarixli 035 nömrəli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və həmçinin bu barədə öhdəlik imzalamışdır. Borclu tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq ödənişlər edilməmiş, bu səbəbdən kreditor haqlı olaraq məhkəməyə müraciət etmişdir.

16. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2019-cu il 26 noyabr tarixli 047 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan əsas borc üzrə 6744,37 manat, faiz borcu üzrə 1278,26 manat, cəmi 8022,63 manat məbləğində pul vəsaiti, həmçinin 30,40 manat dövlət rüsumu və 131,95 manat ipoteka bildirişinin qeydiyyata alınması ilə bağlı xidmət haqqı tutularaq iddiaçıya ödənilməli, borcun tutulması ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlak açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir.

17. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehlərin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qal an borc məbləğinin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehlərdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilmişdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmır.

18. Məhkəmə iddia tələbinin qeyri-yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, ordan çıxarılma və binanın boşaldılması hissəsi üzrə qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 1. yaşayış evi v ə ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddənin məzmunundan göründüyü kimi burada qeyri-yaşayış sahəsinin tərk edilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə, əmlakın boşaldılması ilə bağlı tərəflər arasında mübahisə o halda yarana bilərdi ki, bu öhdəlik onu üzərinə götürənlər tərəfindən razılaşmada müəyyən olunmuş müddət ərzində icra edilməmiş olsun.

19. Ən baş lıcası budur ki, cavabdehlər qeyri-yaşayış binasının boşaldılmasını həmin əmlakın hərracda satılmasından sonra bir ay ərzində öhdəlik olaraq üzərlərinə götürmüş olsalar belə, həmin zaman hələ yetişməmişdir. Həmin müddətin axımı əmlakın hərracda satılmasından sonra başlanır. Bundan sonra cavabdehlərin əmlakın boşaldılması üçün bir ay vaxtları vardır. Odur ki, bu tələbin irəli sürülməsi üçün zaman və şərait yetişməmişdir. Göründüyü kimi, iddiaçı yaranmamış və mövcud olmayan mübahisənin həllini tələb edir. Odur ki, tələbin həmin hissəsi əsaslı deyil.

20. Məhkəmə öz mövqeyini MM-in 319.1, 385.1, 386.1, 389.1, 442, 443.1, 445.1, 448.1, 449.1, 449.3, 460.1, 465.2, 470.1, 472.1, 472.2, 472.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Hüquqlarına toxunan şəxs X2 (bundan sonra – “hüquqlar ına toxunan şəxs”) apellyasiya şikayəti verməklə, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin qismən ləğv edilərək, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsində iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 dekabr tarixli 2-2(104)-221/2022 nömrəli qətnaməsi ilə hüquqlarına toxunan şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 29 sentyabr tarixli e-2-2(115)-988/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Mamedov, hakimlər – Ə.Abdullayev və A.İsgəndərova).

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymət ləndirmə ilə razılaşmış və hüquqlarına toxunan şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir. İddiaçının təqdim etdiyi sənədlərlə müəyyən olunmuşdur ki, borcun ipoteka qoyulmuş əmlaklara yönəldilməsi üçün “İpoteka haqqında” Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş bütün prosedurlara kreditor tərəfindən riayət olunmuşdur.

24. Məhkəmənin sorğusuna əsasən Şəmkir rayon 1 saylı notariat ofisindən daxil olmuş notariat işində olan **********045 saylı 2019-cu il 26 noyabr tarixli ərizənin surətindən görünür ki, hüquqlarına toxunan şəxs əri Cavabdeh2a məxsus olan Şəmkir şəhərində yerləşən 0.0144 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 111.2 m2-dən ibarət olan qeyri -yaşayış binasının iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsinə etiraz etməmiş və buna razılıq vermişdir.

25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 317.1, 385.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 460.1, 465.2, 470.1, 472.1, 472.2, 472.3-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 33, 36, 39.1, 39.3.2, 39.3.3, 59.3-cü maddələrinə, Avropa Məhkəməsinin “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cu il 19 aprel tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

26. Həmin qətnamə 2022-ci il 19 dekabr tarixli məktubla tərəflərə göndərilmiş, qətnaməni 2022-ci il 31 dekabr tarixdə almış hüquqlarına toxunan şəxs 2023-cü il 28 fevral tarixdə kassasiya şikayətinin verilməsi üçün vəkillə təmin olunması haqqında ərizə ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət etmişdi r.

27. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 mart tarixli qərardadı ilə hüquqlarına toxunan şəxsin ərizəsi təmin edilmiş, qərardad icra olunması üçün Şəmkir rayon Vəkil Bürosuna göndərilmişdir.

28. Şəmkir rayon Vəkil Bürosu tərəfindən məhkəmə qərardadı 2023-cü il 21 iyul tarixində icra edilərək, verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin 22(104)-221/2022 saylı 2022-ci il 15 dekabr tarixli qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi xahiş edilmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

29. MM-in 381.1, 442.2, 445.1, 445.2-ci maddələrinin tələbi pozulmuşdur. Mübahisə predmeti olan kredit müqaviləsi üzrə gecikmə Cavabdeh2 və hüquqlarına toxunan şəxsin təqsiri ucbatından deyil, onlardan asılı olmayan səbəblərdən baş vermişdir. İş materiallarından da göründüyü kimi kredit müqaviləsi bağlandıqdan sonra ölkədə pandemiya baş vermiş, bu səbəbdən evdən çıxmaq, ailəyə qazanc gətirmək imkanları məhdudlaşmışdır. Lakin digər Cavabdeh1 kredit verən bankdan pensiya almışdır. İddiaçı bank istədiyi vaxt tutmanı həmin pensiyaya yönəldib, vaxtlı-vaxtında ödənişləri təmin edə bilərdi. İddiaçı faiz borcunun şişməsinə, süni şəkildə artırılmasına şərait yaratmışdır. Məhkəmə isə nəzərə almamışdır ki, hüquqlarına toxunan şəxsin evində həbsdə olan adam var, ailədə qazanc gətirən şəxslər yoxdur, azyaşlı uşaqları var və yoxsul vəziyyətdə yaşayırlar. Bütün bunlara baxmayaraq, cavabdehlər bankın borcunu tez bir zamanda ödəməyə çalışırlar.

30. MPM-in 9.1, 9.2, 9.3, 14.2, 77.1, 216.2, 217.3, 217.4, 218.1-ci maddələrinin tələbi pozulmuşdur. Məhkəmə təqdim olunan sübutlara obyektiv qiymət verməmişdir, banka olan ödənişləri nəzərə almamışdır. Eyni zamanda kreditin ödənilməməsinə səbəb olan forsmajor hallar, yəni borcun pandemiya səbəbindən ödənilməməsi nəzərə alınmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. IV. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Hazırkı halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş olunduğundan hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelly asiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

34. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

385. Öhdəlik anlayışı 385.

1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

460. Öhdəliklərin icrasının təmin edilm əsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər....” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tu tulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.” 35. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır:... 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur;...” “Maddə

36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqın da bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü il ə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqd a. 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər.” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.1. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə da ir qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır.... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” “Maddə

59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satı ldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar....”

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələb lərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hü quq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 dekabr tarixli 2-2(104)-221/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

38. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, kredit müqaviləsi üzrə gecikmə Cavabdeh2 və hüquqlarına toxunan şəxsin təqsiri ucbatından deyil, onlardan asılı olmayan pandemiya ilə bağlı səbəblərdən baş vermişdir. Belə ki, kredit müqaviləsi bağlandıqdan sonra ölkədə pandemiya baş vermişdir. Digər Cavabdeh1 kredit verən bankdan pensiya aldığı halda, bank tutmanı həmin pensiyaya yö nəltməmişdir.

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, MM-in 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

40. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

41. Hazırkı halda işdən göründüyü kimi bankla Cavabdeh1 arasında 2019-cu il 26 noyabr tarixli kredit müqaviləsi, bankla Cava bdeh2 arasında isə həmin müqavilədən irəli gələn pul tələbləri üzrə Cavabdeh1la birgə məsuliyyət daşımasına dair eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır (müqavilənin 1.1, 1.2-ci bəndləri).

42. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən pandemiya səbəbindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilə bilinməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil işə aşağı instansiya məhkəmələrində baxılarkən mötəbər sübutlar əsasında sübuta yetməmiş, cavabdehin öhdəliyinin icra olunmamasının səbəb(lər)inin məhz fors-major hadisəsi ilə bağlı olması ümumiyyətlə iş materialları ilə müəyyən edilməmişdir.

43. Həmçinin, MM-in 448.4-cü maddəsinə görə, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və mü qavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir.

44. Bununla yanaşı, 2019-cu il 26 noyabr tarixli, 47 nömrəli kredit müqaviləsinin 6.6-cı bəndində fors-major halların təsirinə məruz qalan tərəfin digər tərəfi belə halların baş verdiyi gündən 3 təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməli olması nəzərdə tutulmuşdur. Lakin, hazırkı halda cavabdehlərin borc öhdəliyinin icrasına maneçilik törədən fors-major hesab etdiyi hal barədə iddiaçını rəsmi qaydada yazılı surətdə məlumatlandırması da işə baxa n məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

45. MM-in 739-cu maddəsinə uyğun olaraq, borc müqaviləsinə görə, borc verən pula mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi, borc alan aldığı pulu borc verənə qaytarmağı öhdəsinə götürürlər. Borc müqaviləsinin məbləği pul olduqda, o, kredit müqaviləsi adlanır. MM-in 135.1-ci maddəsinin məzmunundan aydın olur ki, pullar da əşyadır.

46. Konstitusiya Məhkəməsi Plenumunun MM-in 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinə dair 2015-ci il 14 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə də kredit müqaviləsi üzrə verilmiş pul kredit verənin mülkiyyətində olan istənilən valyutada ola bilir və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş ü zrə ipoteka predmetinin ilkin satış qiyməti barədə tərəflər arasında mübahisə olduğuna görə birinci instansiya məhkəməsi tərəfindən sərbəst qiymətləndirici vasitəsi ilə ipoteka predmetinin ilkin satış qiyməti müəyyən olunmuşdur. Hazırkı halda kassasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsinə dair dəlillər öz əksini tapmasa da, şikayətlə apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş olunduğundan məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə də apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşdığını və həmin mövqeyin təkrar olaraq qeyd edilməsinə zərurət olmadığını bildirir.

48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həd dində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 49. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlə r isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi gəldiyi nəticə mübahisəli hüquq münasibətlərinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Beləliklə, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozun tusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 dekabr tarixli 2-2(104)-221/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 dekabr tarixli 2-2(104)-221/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar