Məhkəmə qərarları › İş №2-2(102)-539/2019

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-539/2019

22.11.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-539/2019 22.11.2019 ALİ MƏHKƏMƏ 2-2(102)-539/2019 QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Bakı şəhəri xxx 2019-cu il Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.Dadaşov iddiaçı «xxxx» ASC-nin ləğvedicisi «X1 Company» MMC və vəkili Vəkil kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2016-cı il tarixli, 2- 2(82)-325/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 120.000 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmiş, qalan hissədə iddia rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-995/2018 saylı, xxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı «xxxx» ASC-nin ləğvedicisi «X1 Company» MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı «xxxx» ASC-nin ləğvedicisi «X1 Company» MMC və vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyi üçün onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. İş materiallarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsi iddiaçı «xxxx» ASC-nin ləğvedicisi «X1 Company» MMC-nə xxx 2019-cu il tarixdə sifarişli poçt vasitəsilə təqdim edilmiş, xxx 2019cu il tarixdə həmin qətnamədən kassasiya şikayəti vermə müddəti bitsə də, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti xxx 2019-cu ildə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, ötürülmüş müddətin bərpası barədə isə sonuncu tərəfindən ərizə verilməmiş, bununla da qətnamədən şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iki aylıq prosessual müddə t iddiaçı tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3.—408.1.5ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən... qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı «xxxx» ASC-nin ləğvedicisi «X1 Company» MMC və vəkili Vəkil kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin. İş kassasiya şikayətinin qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar