Məhkəmə qərarları › İş №2-2(102)-539/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-539/2022

19.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-539/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRAR açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən-məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 4 fevral tarixli 2-2(104)-07/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci və apellyasiya instansiyası mə hkəməsindəki icraat

1. İddiaçı ASC (bundan sonra mətndə- “iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra mətndə-“cavabdeh”) qarşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə massivində X1 küçəsi 129 ünvanında 0,16531 ha torpaq sahəsində yerləşən iddiaçının mülkiyyətindəki 1467,2 kv.metr əmlak kompleksinin sexlərinin qarşısında dəmir borularla quraşdırılmış səddin, habelə yanğından mühafizə üçün nəzərdə tutulmuş iki dəmir darvazanın qarşısında daşdan hörülmüş divarın cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdehdən iddiaçının xeyrinə 1860 manat ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 21 sentya br tarixli, 2-2(115)-16/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Gəncə şəhəri, Nizami rayonu Yeni Gəncə qəsəbəsində X1 küçəsi 129 ünvanında, 0.16531 ha torpaq sahəsində yerləşən iddiaçının mülkiyyətindəki 1467,2 kv.m əmlak kompleksinin sexlərinin qarşısında dəmir borularla quraşdırılmış sədd, habelə yanğından mühafizə üçün nəzərdə tutulmuş iki dəmir darvazanın qarşısında daşdan hörülmüş divarın cavabdehin vəsaiti hesabına sökülməsi qət edilmişdir (hakim K.Vəliyev).

3. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilərək, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Həmçinin cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində birinci ins tansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 4 fevral tarixli, 22(104)-07/2022 saylı qətnaməsi ilə Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 21 sentyabr tarixli, 2-2(115)-16/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 21 sentyabr tarixli, 2-2(115)-16/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 21 sentyabr tarixli, 2-2(115)-16/2020 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim A.Hüseynz adə, hakimlər L.Süleymanov və İ.Həsənov).

6. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. İİ. Kassasiya instansiyası məhkəməsində icraat a) Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

7. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir.

8. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişiklik edilmədən qüvvədə saxlanılması xahiş edilmişdir.

9. Kassasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 2022-ci il 14 oktyabr tarixli ərizədə iddiadan imtina edildiyi və iddiada n imtinanın hüquqi nəticələrinin aydın olduğu göstərilmiş, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İİİ. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. …… 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.” “Maddə

191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin ba rışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hə rəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.... 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.5. tərəflər barışıq sazişi bağl amışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə;...” “Maddə

262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.... 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri....... 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər”. İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş iddiadan imtina barədə 2022-ci il 14 oktyabr tarixli ərizəni yuxarıda qeyd olunan (mətni üçün bax «Tətbiq edilən hüquq» §10) prosessual hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, iddiadan imtinanın qəbul edilməməsi üçün MPM-nin 52-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmadığından qəbul edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi MPM-nin 417.1.5-ci maddəsində nəzərdə tutulmuş əsasla ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir (mətni üçün bax §10).

12. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin iddiadan imtinası qəbul edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 4 fevral tarixli 2-2(104)-07/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “maneənin cavabdehin vəsaiti hesabına sökülməsi, vurulmuş ziyanın və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar