Məhkəmə qərarları › İş №2-2(102)-539/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-539/2023

27.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-539/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X11 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 12 may tarixli, 2-2(104)- 109/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İŞİN HALLARİ: 1. 2018-ci i l 21 dekabr tarixli, GA-671 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilədən görünür ki, Paylayıcı müqavilə şərtlərinə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. 2. 2021-ci il 10 fevral tarixli aktın surətindən görünür ki, mütəxəssislərin İddiaçı məxsus Şəmkir rayonu, Qapanlı kəndində yerləşən istixanasına keçirilmiş baxışı nəticəsində sonuncunun təqribən 200 tona yaxın məhsulunun itkiyə getməsi qeyd olunmuşdur.

3. Şəmkir RİHB Qapanlı kənd İƏD üzrə nümayəndəliyinin 2021-ci il 23 fevral tarixli, 08 nömrəli məktubunda və Şəmkir rayon Qapanlı bələdiyyəsinin 2021-ci il 23 fevral tarixli, 13 nömrəli məktubunda 2021-ci ilin fevral ayında istixanalarda pomidor məhsulunun 1 kiloqram qiymətinin 1,8-2 manat olması qeyd olunmuşdur. 4. 2021-ci il 5 fevral tarixli aktda qeyd olunmuşdur ki, iddiaçıya məxsus istixanaya baxış keçirilərkən 50103 ədəd pomidor ştili müəyyən olunmuş, aparılan hesablamalar zamanı istixanada 220 ton məhsul olduğu müəyyən edilmişdir. 5. 2020-ci il 19 oktyabr tarixli razılaşma protokolunda abonent İddiaçı təbii qazdan istifadəyə görə Cavabdeh İB-nə 60922,80 manat borcunun olması, həmin borcdan 36488 manatının ödənildiyi, 2020-ci ilin 10 noyabr ayınadək 12217,40 manat, dekabrın 1-dək isə 12217,40 manatın ödənilməsinin öhdəsinə götürdüyü qeyd olunmuşdur.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* se riya və nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində 3,1402 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X4 mülkiyyətindədir və işin materiallarında olan etibarnamənin surətindən görünür ki, X1 Məhərrəm Musa oğluna əmlakın üzərinə sərəncam verilməsi ilə bağlı etibarnamə vermişdir. 7. “Qaz təminatının dayandırılması haqqında” 2021-ci il 4 fevral tarixli, ******* nömrəli aktın surətindən görünür ki, fiziki şəxs İddiaçı məxsus istixanaya qazın verilişi qaz sayğacı 2021-ci il 4 fevral tarixində dayandırılmışdır.

8. Cavabdeh İB-nin Şəmkir X12 İdarəsinin İddiaçı təqdim etdiyi ******* nömrəli bildiriş-xəbərdarlığın məzmunundan görünür ki, abonentin 2020-ci il 1 dekabr tarixinə qədər hesablanmış 31038.80 manat borcunu 3 gün ərzində ödəməsi ondan tələb olunmuşdur. Həmin bi ldiriş-xəbərdarlıq 2021-ci il 18 yanvar tarixində İddiaçı imza etdirilməklə ona təqdim olunmuşdur. Həmin bildiriş vasitəsilə İddiaçı diqqətinə çatdırılmışdır ki, göstərilən borc ödənilmədiyi halda təbii qazın verilişini “X7” nın 6.1.4-ci bəndinə əsasən dayandırılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı (bundan sonra-“iddiaçı”) 2021-ci il 26 fevral tarixində Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan istixanaya qaz verilişinin dayandırılması səbəbindən vurulmuş ziyan olaraq 442927 manat pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində olan istixananın qaz təminatının dayandırılması nəticəsində yetişmək üzrə olan 200000 ton məhsul məhv olmuş, bunun qarşısını almaq üçün cavabdeh orqana müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Beləliklə, 2021-ci ilin yanvar-fevral aylarında orta hesabla bazar qiyməti 1 manat olan 200000 manatlıq məhsul cavabdehin qanuna zidd fəaliyyəti nəticəsində məhv olmuşdur. Yetişdirilmiş pomidor məhsulunun 5 aydan artıq müddətə əkilməsi, becərilməsi, aqrotexniki qulluq edilməsinə görə xərclər çəkilmişdir. Belə ki toxumun alınmasına görə 14773 manat, şitil 7400 manat, elektrik enerjisinin istehlakına görə 6500 manat, qaz istehlakına görə 59.099 manat, kokobit 52000 manat, salafanın yuyulması 1000 manat, gübrə 60500 manat, aqronom üçün əmək haqqı 8500 manat olmuşdur. Beləliklə cav abdehin təqsiri üzündən vurulmuş maddi ziyanın məbləği mülkiyyətində olan istixanada yetişdirilmiş pomidor məhsulunun yetişdirilməsi üçün çəkilmiş xərc cəmi 242927 manat və məhv edilmiş pomidor məhsulun dəyəri ilə birlikdə 442927 manat təşkil edir.

11. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra“MM”) 425.1, 442, 1096.1, 1097.1 və 1100-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddəsinə istinad edilməklə əsaslandırılmışdır.

12. Cavabdeh tərəfindən 2021-ci il 6 may tarixində təqdim edilmiş, iddia ərizəsinə dair yazılı etirazda qeyd göstərilmişdir ki, tərəflər arasında bağlanmış 2018-ci il 21 dekabr tarixli müqaviləyə əsasən Şəmkir rayonu Qapanlı kəndində yerləşən iddiaçının adına Şəmkir RQİİ-də qeydiyyata a lınmış istixanada təbii qazdan istifadə nəticəsində 60922,80 manat məbləğində debitor borc yaranmışdır. Həmin borcdan ilkin olaraq 36488 manat ödəniş aparılması, qalan 24434,80 manat hissə-hissə, yəni 2020-ci il 10 noyabr tarixinədək 12217,40 manat, 2020-ci il 1 dekabr tarixinədək 12217,40 manat debitor borcun ödənilməsi öhdəliyi nəzərdə tutulmuşdur. Buna baxmayaraq iddiaçı tərəf üzərinə götürdüyü öhdəliyi pozmaqla, qanunvericiliyin tələblərinə məhəl qoymamışdır. Eyni zamanda iddiaçı tərəf iddia ərizəsinin əsası kimi istixananın qaz təminatının xəbərdarlıq edilmədən dayandırıldığını bildirmişdir. Lakin əslində ünvanın qaz təminatı hər ay üzrə təqdim edilən bildiriş-xəbərdarlıqlarda borcun bir ay müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə ünvanın qaz təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli Qərarına uyğun olaraq dayandırılacağı bildirilmişdir. Sonuncu bildirişxəbərdarlıq 2021-ci il 18 yanvar tarixində təqdim edilmiş, ödəniş aparılmadığından Nazirlər Kabinetinin 80 saylı Qərarının icrası olaraq qaz təminatı dayandırılmışdır.

13. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 24 may tarixli, e-2-2(115)327/2021 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və 2021-ci il 29 iyul tarixli 4/878 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 2021-ci il 18 yanvar tarixli ******* nömrəli bildiriş-xəbərdarlığın aşağı hissəsində “İddiaçı” yazılarının qarşısında olan imza İddiaçı tərəfindən icra olunmuşdur.

14. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 9 sentyabr tarixli, e-2-2(115)327/2021 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslı q ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir.

15. Həmin qərardadın icrası qaydasında "xxxx" MMC tərəfindən verilmiş, 2021-ci il 6 dekabr tarixli 02-99/21 nömrəli rəydə qeyd olunmuşdur ki, Şəmkir rayonu, Qapanlı kəndində İddiaçı məxsus müasir tipli istixanada aqrotexniki qaydalara riayət etməklə Pink Chempion növü üzrə 200,7 ton və daha artıq pomidor yetişdirmək mümkündür, 2021-ci ilin mart-aprel aylarında pomidorun bazar qiyməti orta hesabla 1 kiloqram 1,2 manat təşkil etmişdir.

16. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 1 fevral tarixli, e-2-2(115)28/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 200000 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə 138 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iş üzrə 300 manat ekspertiza xərcinin 200 manat hissədə cavabdehdən, 100 manat hissədə iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir (hakim- K.Vəliyev).

17. Birinci instansiya məhkəməsinin işin §1-8-də göstərilən hallarına istinadla mövqeyi ondan ibarət olmuşdur ki, “X7”nın 6.1.4-ci bəndinin tələbindən göründüyü kimi cavabdeh qazın verilişini 2021-ci il 18 fevral tarixindən sonra dayandıra bilərdi. Lakin cavabdeh mövcud Qaydaların tələblərini pozaraq, bildiriş-xəbərdarlıq (bax yuxarıda §8) verildiyi gündən başlayan bir ay müddətin keçməsini gözləmədən 2021-ci il 4 fevral tarixində istixanaya verilən təbii qazın verilişini dayandırmışdır. İşin hallarından göründüyü kimi cavabdehin tə bii qazın verilişini dayandırmaq hüququ 18 fevral tarixindən sonra yarana bilərdi, ancaq 4 fevral tarixində onun belə bir hüququ olmamışdır. İddiaçı həmin bildiriş-xəbərdarlığın məzmununa ümid edərək mövcud borcu bir aylıq müddətin son günündə də ödəməyi planlaşdıra bilərdi. Lakin cavabdehin hərəkəti nəticəsində vəziyyət dəyişmiş və bu mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdehin hərəkəti hüquqazidd sayılır. Həmçinin, qeyd edilən qaydalarda söhbət qazın sayğacla müəyyənləşdirilən hesabından gedir. Hazırkı iş üzrə də abonentin saldosundan məlum olur ki, onun borcu sayğacla müəyyənləşdirilən olmuşdur. Bu hal bir daha müəyyən edir ki, bir aylıq müddət gözlənilməli idi.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, “X7”nın 6.1.4-ci bəndinin tələbində qazın verilişinin dayandırılması heç də mə cburi şərt kimi nəzərdə tutulmamışdır. Bu norma dispozitiv xarakter daşımaqla tərəfə şəraitə uyğun davranmaq imkanını verir. Qazın verilişinin dayandırılması borcun ödənilməsi üçün görülə bilən təsir tədbiridir. Tədbir o halda uğurlu sayılır ki, onun həyata keçirilməsi zamanı yaranan mənfi nəticə müsbət nəticəni üstələməsin. Hazırkı iş üzrə cavabdehin gördüyü tədbirin nəticəsi faydalı deyil, zərərli olmuşdur. Belə ki, sahibkarın 200000 manatlıq məhsulu zay olmuş və bu səbəbdən də o, gəlir əldə edə bilməmişdir. 2021-ci ilin fevral ayında qazın verilişinin dayandırılması 31038 manat borca görə olduğu halda, abonentin saldosundan göründüyü kimi dayanmadan sonra da ödəniş olmamış, borc məbləği daha da artaraq həmin ilin avqust ayına 74431 manat olmuşdur.

19. Göründüyü kimi cavabdehin həyata ke çirdiyi tədbir şəraitə və zamanına uyğun olmadığından, tədbirin nəticəsi iddiaçıya münasibətdə zərərli olmuş, onun vəziyyətini daha da ağırlaşdırmşdır. Belə ki, sahibkar məhsulu yetişdirib sata biləcəyi halda cavabdehə olan borcunu ödəmək üçün yetərli pul vəsaiti əldə etmiş olardı. Lakin cavabdehin gördüyü tədbir bunun qarşısını almış, nəticədə 31038 manat borc yenə də ödənilmədən qalmış, həmçinin iddiaçını əlavə zərərə məruz qoymuşdur. Qazın verilişinin dayandırılması nəticə etibarı ilə sahibkara münasibətdə zərərli, cavabdehə münasibətdə isə səmərəsiz olmuşdur.

20. Məhkəmə qanunazidd hərəkət ilə zərərin yaranması arasında səbəbli əlaqə üzrə onu qeyd etmişdir ki, sübuta ehtiyacı olmayan haldır ki, qış mövsümündə tərəvəz yalnız istixana şəraitində yetişə bilər. Hazırkı iş üzrə iddiaçıya mə xsus istixanada da isti temperaturun yaranmasına təbii qazla işləyən sobaların işləməsi vasitəsilə nail olunmuşdur. Bir halda ki, məhsulun yetişməsi üçün normal hava şəraiti təbii qazın verilişindən asılı olmuşdur, deməli təbii qazın verilişi dayandırılacağı halda bu hava şəraiti soyumağa doğru kəskin dərəcədə pisləşir. Belə olan vəziyyətdə istixanada olan tərəvəzlərin məhv olması halı mütləq və qaçılmazdır. Zay olmuş məhsulun həcmi və dəyəri iş üzrə sübutlarla öz təsdiqini tapmışdır. İddiaçıya məxsus istixanada becərilmiş məhsulun məhv olması ilə cavabdeh müəssisənin qazın dayandırılması arasında birbaşa səbəbli əlaqə mövcuddur. Odur ki, iddia tələbinin məhsulun zay olmasına görə tələb olunan 200000 manat hissəsi əsaslıdır.

21. Məhkəmə iddia tələbinin təmin edilməli olmayan hissəsini onun la əsaslandırmışdır ki, tələbin məzmunundan göründüyü kimi ziyan məbləğinin bir hissəsi məhsulun yetişdirilməsinə çəkilən xərclərdən, 200000 manat hissəsi də yararsız vəziyyətə düşmüş məhsulun belə vəziyyətə düşmədiyi halda olan bazar dəyəri ilə bağlıdır. Təbii qazın verilişinin dayandırılmayacağı halda iddiaçının məhsulun becərilməsi üçün çəkdiyi xərclər və gördüyü işlər müqabilində həmin məhsulun satışından 200000 gəlir əldə edə bilərdi. O, bu gəlirindən məhrum olmuşdur. Məhsulun becərilməsinə çəkilən xərclər gözlənilən gəlirin əldə olunması hesabına əvəzlənir. Cavabdeh iddiaçıya 200000 manat ödəcəyi halda iddiaçının gözlədiyi, lakin əldə edə bilmədiyi əldən çıxmış olan məbləğ bərpa olunmuş və tamamlanmış sayılır. Odur ki, iddiaçı məhsulun yetişdirilməsi üçün çəkmiş olduğu xərcləri cavab dehdən tələb etməkdə haqlı olmamışdır.

22. Məhkəmə gəldiyi nəticəni MM-in 13, 16, 21, 23.1, 385.1, 560.1 və 560.2-ci, MPM-in 14.2, 77.1, 78.1, 88, 124.1, 124.3 və 217.4-cü maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə, “X7”nın 6.1.4-ci bəndinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il 31 may tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya in stansiyası məhkəməsindəki ilk icraat

24. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 6 iyun tarixli, 2-2(104)-97/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi-iddianın təmin edilmiş hissəsi ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd olunmuşdur (sədrlik edən-məruzəçi hakim Ə.Abdullayev, hakimlər Ş.Rzaquliyev və A.İsgəndərova).

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən təbii qazın verilməsi dayandırılmışdır. Lakin bu zaman iddiaçıya həqiqətən də ziyan dəymiş olsa belə, cavabdehin maddi ziyan üçün məsuliyyət daşıması üçün hərəkətlərinin qanuna zidd olması gərəklidir. Əks halda cavabd ehin hər hansı iddiaçıya dəymiş maddi ziyana görə məsuliyyətindən söhbət gedə bilməz. Qeyd olunan halın araşdırılması üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında tərtib edilmiş 2020-ci il 19 oktyabr tarixli razılaşma protokolunda abonent İddiaçı təbii qazdan istifadəyə görə cavabdehə 60922,80 manat borcu olması (protokolun 1.1-ci yarımbəndi), həmin borcdan 36488 manatının ödənildiyi qeyd edilmiş, o, 2020-ci ilin noyabr ayının 10-dək 12217,40 manat, dekabrın 1-dək isə 12217,40 manatın ödənilməsini öhdəsinə götürmüşdür (protokolun 1.2-ci yarımbəndi).

26. Həmçinin, protokolda qeyd edilmişdir ki, “istehlakçı”ya hesab-faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və bu Razılaşma Protokolunun 1.2-ci yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmə diyi təqdirdə təbii qazın verilişinin dayandırılacağını qəbul edir və bununla bağlı cavabdehə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir (protokolun 1.3-cü yarımbəndi). Həmin protokol iddiaçı tərəfindən imza edilərək şərtləri qəbul edilmişdir.

27. Bundan başqa, müəyyən edilmişdir ki, 2020-ci il 9 dekabr tarixində iddiaçının özünün iştirakı ilə qaz sayğacına cavabdehin əməkdaşı tərəfindən baxış keçirilmiş, baxış nəticəsində əvvəlki ayda qaz sərfiyyatının 90645 kub metr olduğu müəyyən edilərək bu barədə iddiaçı tərəfindən də imza edilməklə akt tərtib edilmiş, qeydə alınmış qaz sərfiyyatına görə məbləğ 1 kub metr 0,2 manat olmaqla 18129 manat təşkil etmişdir ki, həmin məbləğ də iddiaçı tərəfindən onunla cavabdehin arasında bağlanmış razılaşma protokoluna əsasən əvvəlki borcun qalan hiss əsi ilə birlikdə bir ay müddətində ödənilməli idi.

28. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh orqan tərəfindən 2020-ci il 1 dekabr tarixinə iddiaçı tərəfindən istifadə etdiyi 18129 manat məbləğində 90645 kub metr həcmində qaz sərfiyyatı və ödəniləcək məbləğ barədə tərtib edilmiş EBAV seriyalı, 740363 nömrəli elektron qaiməni onun vergi orqanının elektron informasiya sistemindəki elektron kabinetinə 2021-ci il 5 yanvar tarixində yerləşdirməklə iddiaçını 2020-ci ilin noyabr ayında istifadə edilən qazın sərfiyyatı və ödəniləcək məbləğ barədə rəsmi qaydada məlumatlandırmışdır.

29. İddiaçının 2020-ci ilin noyabr ayında 18129 manat məbləğində 90645 kub metr təbii qazdan istifadə etməsi, onun 2020-ci il 1 dekabr tarixə qaz sərfiyyatına görə 34038,80 manat borcunun olması, həmin ay borcun 3000 m anatını ödədikdən sonra 31038,80 manat məbləğində borcunun qalması işin materiallarında olan abonentin saldosundakı məlumatlarla da təsdiq olunur. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya borcunun ödənilməsi, əks halda təbii qazın axımının dayandırılması barədə bildirişxəbərdarlıq göndərilmiş və iddiaçı tərəfindən bu əldə edilmişdir. Həmin bildirişdə də iddiaçının borcunun göstərilən tarixə 31038,80 manat təşkil etdiyi göstərilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən istifadə edilmiş qazın dəyəri ödənilmədiyi üçün, cavabdeh tərəfindən isə qazın axımının kəsilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş bütün prosedurlara riayət edildiyindən iddiaçıya dəymiş maddi ziyan üzrə cavabdehin məsuliyyət daşıması nəticəsinə gəlinməsi əsassızdır. Eyni zaman da, hazırkı iş üzrə cavabdehin bilərəkdən (qəsdən) iddiaçıya ziyan vurulmasında ifadə olunan qanunsuz hərəkətlərə yol verməsi təsdiq olunmur.

31. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 1096.1 və 1096.2-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1, 8 və 11-ci maddələrinə, “X7”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı Qərarının 5.2, 5.5 və 6.1-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

32. İddiaçı tərəfindən həmin qətnamədən 2022-ci il 12 avqust tarixində verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiya sının 2022-ci il 7 dekabr tarixli, 2-2(102)-651/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən hakim – K.Abiyeva, hakimlər – B.Qəribov və V.Həsənov).

34. Kassasiya instansiyası məhkəməsinin mövqeyi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qazın verilməsinin dayandırılması ilə bağlı “X7”nın 6.7-ci bəndində müəyyənləşdirilmiş imperativ tələb yerinə yetirilməmişdir. Belə ki, həmin bəndin tələbinə görə qazın verilməsinin dayandırılması hər bir halda (Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdi m edilməlidir. İşin materiallarına iddiaçıya məxsus obyektə, iddiaçının iştirakı ilə qazın verilməsinin dayandırılmasına dair akt da əlavə edilməmişdir. Həmçinin tərəflər arasında imzalanmış razılaşma protokolunun 1.3-cü bəndində də təbii qazın verilməsinin dayandırılması hesab-faktura təqdim olunduqdan sonra iddiaçı tərəfindən ödəniş edilməməsi ilə şərtləndirilmişdir. Bu isə cavabdeh tərəfindən iddiaçıya qaz sərfiyyatına dair hesab-faktura göndərilməsi öhdəliyini nəzərdə tutmaqla, qazın verilişinin dayandırılmasının qanunvericiliklə müəyyənləşdirilmiş imperativ tələblərinə əməl edilməsini istisna etmir və həmin tələblərin pozulmasına haqq qazandırmamışdır. Cavabdehin hərəkəti ilə vurulmuş ziyan arasında səbəbli əlaqəyə gəldikdə, apellyasiya instansiyası məhkəməsi qazın kəsilməsinin qanuns uz olmasına dair iddiaçının dəlillərini əsassız hesab etdiyi üçün, həmin qiymətləndirmənin davamı olaraq müvafiq səbəbli əlaqənin olub-olmamasına ümumiyyətlə toxunmamışdır. Qeyd olunan məsələyə birinci instansiya məhkəməsi qətnaməsində hüquqi qiymət verilərək, belə səbəbli əlaqənin mövcud olması qənaətinə gəlinmişdir. İşin yeni apellyasiya baxışı zamanı cavabdeh tərəfindən iddiaçıya məxsus istixanaya qaz verilişinin dayandırılmasının qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilməsi də nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin mövqeyinə MPM-nin 372-ci maddəsinin tələbləri qaydasında hüquqi qiymət verilməli, ziyanın miqdarı ilə bağlı işin materiallarında olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətlənd irilməlidir.

35. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün MMin 13, 16.1, 21.1, 21.2, 21.3, 23.1, 385.1, 560.1, 560.2 və 1096.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1, 8 və 11-ci maddələrinə, “X7”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı Qərarının 3.1.4, 3.1.5, 5.2, 5.5, 6.1 və 6.1.4-cü bəndlərinə, MPM-in 14.2, 77.1, 78.1 və 88-ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

36. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 12 may tarixli, 2-2(104)-109/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə y eni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunmamış və ekspertiza xərcləri iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzlərinə ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – A.Hüseynzadə, hakimlər – L.Süleymanov və İ.Həsənov).

37. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi zərər dəyməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı qaz təchizatının dayandırılması nəticəsində istilikxanasındakı istiliyin aşağı düşməsi səbəbindən pomidor məhsulu verən bitkilərinin donvurmadan məhv olduğunu iddia etməklə, bu barədə məhkəməyə yalnız Azərbaycan Respublikası Aqrar Universitetin dosentləri və kafedra müdiri tərəfindən tərtib olunmuş 2021-ci il 10 fevral tarixli aktı təqdim etmişdir ki, həmin akt işin digər halları ilə b irlikdə qiymtələndirildikdə iddiaçıya zərərin vurulmasını təsdiq edəcək qədər mötəbər sübut olmamışdır. İddiaçı qaz təchizatı dayandırıldıqdan 1 gün sonra istilikxanadakı bitkilərin məhv olacağını yəqin etməklə, cavabdehdən gələcəkdə düşəcəyi zərər məbləğini tələb edə bilməsi üçün müvafiq sübutlarını toplamağa başlamışdır. Lakin, iddiaçı istər 2021-ci il 5 fevral tarixli, istərsə də 2021-ci il 10 fevral tarixli aktı tərtib edərkən gələcəkdə zərər məbləği tələb edəcəyi cavabdehə hər hansı bir xəbərdarlıq etməmiş və ya məlumat verməmişdir. Hərçənd ki, istilikxanadakı bitkilərin məhv olmasını təsdiq edən 2021-ci il 10 fevral tarixli aktı tərtib edilərkən iddiaçının ona zərər vurduğunu iddia etdiyi cavabdehə zərərin dəyməsinin təsdiqlənməsi üçün iştirakının təmin olunmasını təklif etməsi daha məntiqli olardı.

38. Həmçinin, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2021-ci il 10 fevral tarixli aktın qoşması olan və iş materiallarına əlavə edilmiş fotoşəkillərdə bitkilərin donvurmaya məruz qalması açıq-aydın müşahidə olunmamışdır. İddiaçı qaz təchizatının dayandırıldığı gündən etibarən gələcəkdə ona dəyəcək zərəri təsdiq edə bilməsi üçün sübutlar toplamağa başlasa da istilikxanadakı bitkilərin tam məhv olması və ya həmin bitkilərin istilikxanadan çıxarılması ilə bağlı müvafiq sübutları əldə etməmişdir. İddiaçı həmin halları fotoşəkil və ya videogörüntü vasitəsi ilə təmin edə bilərdi. Məhkəmənin təklifinə əsasən iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə 9 ədəd fotoşəkil təqdim olunmuşdur ki, iddiaçı həmin fotoşəkildəki görüntülərin məhv olmuş bitkilərin çıxarılması v ə yük avtomobilinə yığılaraq tullanılması üçün aparılmasını əks etdirdiyini iddia etmiş, cavabdehin nümayəndəsi isə fotoşəkildəki görüntülərin bitkilərin budanması ilə bağlı olması etirazını irəli sürmüşdür ki, cavabdeh tərəfin etirazı ağlabatan və inandırıcı olmuşdur. İddiaçıya həmin fotoşəkillərin nə zaman çəkilməsi ilə bağlı müvafiq sübutları məhkəməyə təqdim edilməsi təklif olunsa da, iddiaçı tərəf həmin fotoşəkillərin telefon vasitəsi ilə çəkildiyini, sonradan kompüterə köçürüldüyündən telefondan silindiyini bildirmişdir ki, məhkəmə kollegiyası qeyd edilən arqumentin mümkün olan hal kimi qəbul etmişdir. Lakin, məhkəməyə təqdim olunmuş fotoşəkillərdəki bitkilərin də donvurmadan məhv olması açıq-aydın görünməməklə, budanmaya məruz qalmış bitkinin qalıqları olması daha inandırıcı olmuşdu r. 2021-ci il 10 fevral tarixli aktın qoşması olan fotoşəkillərdə bitkilərin budanmaya məruz qalması açıq-aydın görünməklə yanaşı, təqdim edilmiş 9 ədəd fotoşəkildə bitkilər üzərində çox az sayda yetişməmiş pomidorun olması görünməkdədir.

39. Eyni zamanda apellyasiya məhkəməsi hesab etmişdir ki, 2021-ci il 10 fevral tarixli aktda qeyd olunduğu kimi istilikxana müasir tipli istilikxana olmaqla yanaşı, akt tərtib olunarkən aşkar olunan məhsulun əsas hissəsi (70 faizə qədəri) texniki yetişkənlik mərhələsində olmuşdur ki, həmin mərhələyədək 242000 manat xərc çəkmiş və gəlir əldə etməyi planlaşdıran sahibkarın qaz təchizatı dayandırıldığı halda qısa müddət ərzində alternativ yanacaqdan istifadə etməklə zərərdən yayınmaması da inandırıcı görünmüşdür. Lakin, qaz xətlərində qəza baş verməsi və y a təmir-profilaktika işləri ilə əlaqədar qaz təchizatının dayandırıla bilməsi hallarının mümkünlüyü də nəzərə alındıqda müasir tipli istilikxana sahibinin istiliyi alternativ yanacaqla təmin etməməsi də inandırıcı olmamışdır. Digər tərəfdən iddiaçı 242927 manat xərc çəkərək 200000 manat gəlir əldə etməsi də inandırıcı olmamışdır ki, 442927 manat zərər çəkdiyini iddia etmiş iddiaçının, iddiasını 200000 manat hissəsində qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verməməsi də onun zərərə məruz qalması ilə bağlı arqumentini zəiflədən hal kimi qəbul olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən təqdim edilmiş 2021-ci il 10 fevral tarixli aktı mötəbər sübut kimi qəbul edərək, qaz təchizatının dayandırılması ilə əlaqədar iddi açının maddi zərərə məruz qalması ilə bağlı gəldiyi nəticə əsaslı olmamışdır.

40. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 21.1, 21.2 və 21.3-ci, “X7”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı Qərarının 3.1.4, 3.1.5, 5.2, 5.5, 6.1 və 6.1.4-cü bəndlərinə, MPM-in 14.2, 77.1, 85.1, 87.2, 88, 217.3, 372.1, 372.6, 372.7, 376.2 və 402.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

41. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 25 may tarixdə iş üzrə tərəflərə göndərilmiş və poçt göndərişlərinin verilməsi haqqında xəbərnamədən görünür ki, qətnamə 2023-cü il 2 iyun tarixdə iddiaçıya təqdim olunmuşdur.

42. İddiaçı 2023-cü il 18 iyul tarixdə həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, və apellyasiya instansiyası məhkəməsində toplanmış sübutlar əsasında iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri: 43. “X7”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı Qərarının 3.1.4, 3.1.5 və 6.1.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Belə ki, qeyd olunan qaydaların tələbi istehlakçıya verilmiş qazın dəyəri barədə hesab fakturanın göndərilməsi, bu göndərişdən 1 ay keçdiyi və qazın dəyəri ödənilmədiyi halda qazın dayandırılacağı barədə bildiriş göndərilməsini nəzərdə tutmuşdur. Lakin məhkəmə tərəfindən bu qaydalar həm tərəflər arasında olan “Qazın alqı-satqısına dair müqavilənin müddəaları və faktiki münasibətləri baxımından düzgün tətbiq edilməmişdir.

44. MPM-in 88, 217.1 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, hazırkı iş üzrə apellyasiya məhkəməsi sübutlara obyektiv qiymət verməmiş, iddiaçı tərəfin sübutlarını əsassız olaraq şübhə altına alaraq, digər tərəfin sübutları təkzib edən əsaslar gətirməməsinə baxmayaraq cavabdehin mənafeyinə uyğun mülahizələrlə cavabdehin sübutlarını əsaslı hesab etməmişdir. İşin faktiki halları, tətbiq edilməli normaların düzgün tətbiq edilməməsi qətnamənin əsaslı və qanuni olmaması ilə nəticələnmişdir. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Ancaq qətnamənin əsaslandırıcı hissəsində tərəflərin qarşılıqlı mün asibətlərinə uyğun əsaslandırılmamışdır.

45. Məhkəmə sübutları hər bir halda cavabdehin xeyrinə həll etməyə çalışmışdır. “X7”na əsasən qazpaylayıcı hər bir ayın borcunu ayrı-ayrılıqda hesab-faktura şəklində tərtib etməli və istehlakçıya rəsmi təqdim etməlidir. “Lakin məhkəmə kollegiyası tərəfindən cavabdehin qaz təhcizatının hansı səbəbdən dayandırlımasını sübutlara əsasən deyil, öz mülahizəsi ilə müəyyənləşdirmişdir. 2020-ci il 19 oktyabr tarixli Aktda qeyd olunmuşdur ki, 9434,88 manat ödənilməmiş qalmışdır. Cavabdeh tərəfindən qaz təhcizatının dayandırılacağı barədə 2021-ci il 18 yanvar tarixli xəbərdarlıqda isə borcun 31038,80 manat olması göstərilmişdir. Xəbərdarlıqda göstərilən 31,038,80 manat borcun tərkibində həm də Aktdan sonrakı ayların sərfiyyatı qeyd olunmuşdur. Belə ki, 2020-ci il 31 dekabr tarixinədək olan qalıq borc 9434,80 manat təşkil etdiyi halda və məhkəmə kollegiyası 2021ci ilin yanvar və fevral ayları üzrə ödəniləcək 31038,80 manatın daxilində həm də əvvəllər qalıq qalmış borcun olmasına istinad edərək mübahisəni cavabdehin xeyrinə şərh etmiş və əvvəlki borca görə qaz təhcizatının dayandırılması qanuni olmuşdur. Amma həmin 31038,80 manat borcun tərkibində və daha çox hissəsini təşkil edən yeni borc (hansı ki, həmin borca dair istehlakçıya hesab faktura təqdim edilməmiş və bir ay müddət ötməmişdir)hissəsində iddiaçının haqlı olması qənaətinə gəlinməmişdir. “Abonentin saldosu”ndan 2021-ci ilin əvvəli, yanvar, fevral, mart aylarında iddiaçı tərəfindən istifadə edilmiş qaza görə ödənişlər olunmamış, yalnız qazdan istifadə etmişdir.

46. İstehlak olunmuş qaz ın dəyərinin ödənilməsində maddi çətinliklər yarandığı halda cavabdeh sahibkarlara güzəşt edərək məhsulun yetişdirilməsi üçün həmişə vaxt vermişlər. İddiaçının istilikxanasında məhsul yetişmək üzrə olduğu bir vaxtda qaz təminatı xəbərdarlıq edilmədən, onun və ya nümayəndəsinin iştirakı təmin olunmadan dayandırılmış, istehlak edilmiş qazın dəyəri 1 manat da olsa ödənilmədiyi halda qaz təminatı cavabdeh tərəfindən yenidən 10-15 gündən sonra bərpa olunmuşdur. Məhkəmə kollegiyası tərəflərin qarşılıqlı münasibətlərinə, işin faktiki hallarına münasibətdə obyektiv, ədalətli, hüquqi qiymətləndirmə nümayiş etdirməmişdir. İddiaçı tərəfindən 2021-ci ilin yanvar ayında 13597,20 manat, fevral ayının tam olmayan 4 günü üçün (2021-ci il 4 fevral tarixdə axşam saat 16-17 radələrində qazın verilişi dayandı rılıb.) 2719 manatlıq qaz istehlak etmişdir. Buna səbəb havaların soyuq keçməsi səbəbindən istiliyə tələb çox olmuşdur. Azərbaycan Aqrar Universitetinin dosenti və kafedra müdiri tərəfindən tərtib edilmiş 2021-ci il 10 fevral tarixli akt işin digər halları ilə birlikdə qimətləndirildikdə iddiaçıya zərər vurulmasını təsdiq edəcək qədər mötəbər sübut olmamışdır. Təqdim edilmiş fotoşəkillər təsadüfən fəhlələr tərəfindən çəkilmiş şəkillər olmuşdur. Bu şəkillər məhkəmədə sübut növü kimi təsdiq etmək üçün çəkilməmişdir. Bitki kütləsinin budama nəticəsində yaranması səbəbinə dair iddiaçı qeyd etmişdir ki, üzərində məhsul olacaq qədər böyümüş bitkilər budama nəticəsində kəsilib atılmır. Budama əsasən gövdədən əlavə törəmələrin 510 sm olan dövrdə həyata keçirilir ki, əsas bar verən gövdə daha qüvvə tli olsun və öz gücünü yeni əmələ gələn budaqlara deyil, əsas gövdə və məhsula istifadə etsin.

47. Qaz xəttində profilaktik təmir işlərinin görülməsi, qaz xəttində qəza baş verməsi halları hazırkı vaxtadək sahibkara ziyan vurulması il nəticələnməsi halları olmamışdır. Profilaktik təmir işləri görüləcəyi halda təhcizatçı tərəfindən əvvəlcədən xəbərdarlıq edilir və belə olan halda əvvəlcədən qabaqlayıcı tədbirlər görülməsi sahibkar tərəfindən təmin edilir. Qəza hadisəsində isə bir neçə saatlıq təmir işləri heç bir əlavə alternativ istilik mənbəyindən istifadə zərurəti yaratmamışdır. Həmçinin formalaşmış işgüzar münasibətlərə görə heç vaxt qaz təhcizatı razılaşma olmadan bu şəkildə dayandırılması halı olmamışdır. Məhkəmənin alternativ istilik mənbəyindən istifadə edilməməsi ilə bağlı arqument i əsassız olmuşdur. Cavabdeh tərəf də iddiaçının sahibkar olaraq alternativ yanacaqdan istifadə etməklə pomidor məhsulunun tam yetişməsini təmin etməyi və sataraq ziyan görməməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

48. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. İİ. KASSASİYA HƏDLƏRİ. ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

49. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

50. Apellyasiya məhkəməsinin qətnaməsi iddia tələbinin qismən təmin olunmadığı hissəsində mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə olaraq yoxlanılacaqdı r (MPM-in 403 və 416-cı maddələri).

51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ.TƏTBİQ EDİLƏN HÜQUQ.

52. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əv əzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” 53. “X7”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazir lər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı Qərarının müddəalarında aşağıdakılar nəzərdə tutulur: “3. QAZ PAYLAYİCİSİNİN, QAZDAN İSTİFADƏ EDƏN İSTEHLAKÇİLARİN, MƏNZİL MÜLKİYYƏTÇİLƏRİNİN VƏ YAŞAYİŞ BİNALARİNİ İDARƏ EDƏN TƏŞKİLATLARİN VƏZİFƏLƏRİ... 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayan dırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli;...” “5. QAZİN DƏYƏRİNİN ÖDƏMƏ ŞƏRTLƏRİ... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.... 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....” “6. İSTEHLAKÇİYA QAZİN VERİLMƏSİNİN DAYANDİRİLMASİNİN ƏSASLARİ VƏ QAZİN ALQİ-SATQİ MÜQAVİLƏSİNİN LƏĞVİ 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandırır:... 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;...”

54. Azərbaycan Respublikası müddəalarında aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxış ının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara münasibətinə uyğun əsaslandırılmalıdır....” və tərəflərin qarşılıqlı “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhk əməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması hallarına yol verilmiş, ona görə də qətnamə ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.

55. Belə ki, Ali Məhkəmənin 2022-ci il 7 dekabr tarixli qərarındakı göstərişlərə və həmin göstərişlərə əsasən tədqiq edilmiş sübutlara əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabbeh “Azəriaqz” X3 X12 İdarəsi tərəfindən iddiaçıya məxsus tərəvəz yetişdirilməsi üçün nəzərdə tutulmş istilikxanaya qaz təchizatının 04 fevral 2021-ci il tarixdə dayandırılması “X7”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı Qərarının 3.1.4, 3.1.5 və 6.1.4-cü bəndlərinin tələblərinə zidd olmuşdur. Cavabdehin hərəkətləri 885080 qömrəli 23 noyabr 2020-ci il tarixli qaimə-fakturaya görə (həmin sənəddə iddiaçının 32475 manat borcu olması göstərilmiş, 3000 manat ödənilmişdir) qalmış 475 manat borca görə “X7”n ın tələblərinə uyğun olsa da, böyük həcmdə qaz istifadəçisi olan iddiaçıya münasibətdə bu hərəkətlər adekvat hesab oluna bilməz, işin hallarından da göründüyü kimi iddiaçıya məxsus istilikxananın qaz təchizatı 475 manat borca görə deyil, 31038,80 manat borca görə dayandırılmışdır.

56. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh “Azəriaqz” İstehsalat Birliyi apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmış, qətnamədən kassasiya şikayəti verməmişdir.

57. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı cavabdeh tərəfindən qazın verilməsinin dayandırılması nəticəsində ona maddi zərər dəyməsini sübuta yetirə bilməmiş, bu barədə yalnız Azərbaycan Respublikası Aqrar Universitetin dosentləri və kafedra müdiri tərəfindən tərtib olunmuş 2021-ci il 10 fevral tarixli aktı təqdim etmişdir ki, həmin akt işin digər halları ilə birlikdə qiymtələndirildikdə iddiaçıya zərərin vurulmasını təsdiq edəcək qədər mötəbər sübut olmamışdır. İddiaçı istər 2021-ci il 5 fevral tarixli, istərsə də 2021-ci il 10 fevral tarixli aktı tərtib edərkən gələcəkdə zərər məbləği tələb edəcəyi cavabdehə hər hansı bir xəbərdarlıq etməmiş və ya məlumat verməmişdir.

58. Həmçinin, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2021-ci il 10 fevral tarixli aktın qoşması olan və iş materiallarına əlavə edilmiş fotoşəkillərdə bitkilərin donvurmaya məruz qalması açıq-aydın müşahidə olunmamışdır. İddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş 9 ədəd fotoşəkillər isə daha çox bitkilərin budanması ilə bağlı olması ağlabatan və inandırıcıdır, fotoşəkillərdəki bit kilərin donvurmadan məhv olması açıq-aydın görünmür.

59. Məhkəməni qənaətinə görə qaz təchizatı dayandırıldığı halda iddiaçı qısa müddət ərzində alternativ yanacaqdan istifadə etməklə zərərdən yayınması üçün tədbirlər görə bilərdi.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının maddi zərərə məruz qalmasını sübuta yetirə bilməməsi, bu barədə onun tərəfindən təqdim olunmuş sübutların iddianın təmini üçün kifayət etməməsi barədə gəldiyi qənaət işin hallarına uyğun deyildir, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Aqrar Universitetin dosentləri və kafedra müdiri tərəfindən tərtib olunmuş 2021-ci il 10 fevral tarixli və yerli icra hakimiyyəti, yerli özünü idarə orqanı və istilikxananın 2021-ci il 5 fevral tarixli aktları, sübut kimi qəbul etməməsini əsaslandırmamış, 2021-ci il 10 fevral tarixli akt əlavə olunmuş fotoşəkillərdə bitkilərin donvurmaya məruz qalıb-qalmamasının müəyyən olunmasının bu sahə üzrə mütəxəssisə aid məsələ olduğunu diqqətdən qaçırmış, 2021-ci il 10 fevral tarixli aktla bağlı həmin aktı tərtib etmiş mütəxəssislərin izahatlarının alınması məsələsini müzakirə etməmişdir.

61. İş materiallarından daha çonra görünür ki, cavabdehin qannusuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə əlaqədar iddiaçı sübut kimi 2021-ci il fevral ayı üçün istilikxanada elektron psixometrin göstəricilərinə dair cədvəli təqdim etmiş, bu cədvəldə qazın verilməsi dayındırıldaqdan istilikxanada tempraturun kəskin düşməsi müəyyən edilir və iddiaçı tərəfin bildidiiyinə bu hal qazın verilişi bərpa olunana kimi, təqribən 10-15 gün davam etmişdir. Məhkəmə tərəvəz məhsulunun yetişməsi üçün zəruri təbii şəraitin olmasının vacibliyini, bunlardan ən vacibinin isə normal tempraturun olmasının zəruriliyini məhkəmə nəzərə almamışdır.

62. İş materiallarına görə birinci instansiya məhkəməsində şahid kimi dindirilən X2, X9, Alina Bishenko və X10 istilikxanaya qazın verilməsinin dayandırılması ilə orada yetişdirilən bitkilərin məhv olmasını təsdiq etmişlir. Apellyasiya məhkəməsi həmin şahid ifadələrinə ümumiyyətlə hüquqi qiymət verməmişdir.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə ilk iddianın rədd olunması barədə gəldiyi nəticə, qanuni və əsaslı sayıla bilməz. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviriəsaslandırıcı hisssəsində göstərilənləri nəzərə almalı, habelə cavabdehin apellyasiya şikayətinin dəlillərini tam və hərtərəfli araşdırmaqla müzakirə etməli, nəticəsindən asılı olaraq qanuni və əsaslı qətnamə qəbul etməli, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının maddi zərər çəkməsi müəyyən edilərsə və dəymiş zərərin artmasına iddiaçının özünün davranışının şərait yaratması müəyyən olunarsa bu zaman zərər Mülki Məcəllənin 21.3-cü maddəsinini tələbləri nəzərə alınmaqla müəyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2(104)-109/2023 saylı iş üzrə 2023-cü il 12 may tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar