Məhkəmə qərarları › İş №2-2(102)-54/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-54/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-54/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh firmaya, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə və Cavabdeh 3-ə qarşı iş üzrə Açar sözlər: pul öhdəliklərinin vaxtında icra edilməməsi nəticəsində yığılmış faizlərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh firma, Cavabdeh MMC və Cavabdeh3-ə qarşı “pul öhdəliklərinin vaxtında icra edilməməsi nəticəsində yığılmış faizlərin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaç ı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli 2-2(106)-210/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2013-cü il 22 iyul tarixli, 2(049)944/2013 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ASC-nin (bundan sonra – “ASC”) iddiası qismən təmin edilmiş, cavabdehlər firma (bundan sonra – “Firma”), Cavabdeh MMC (bundan sonra – “MMC”), Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”) və Cavabdeh4 (bundan sonra – “Cavabdeh4” 1.067.740,62 ABŞ dolları məbləğində əsas, 92.496,12 ABŞ dolları məbləğində faiz borcu, 116.252,50 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 1.276.489,24 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, həmçinin 161 manat və 30 manat dövlət rüsumu tutularaq ASC-yə ödənilməsi, Firma, MMC, Cavabdeh3 və Cavabdeh4 ASC-nin xeyrinə tutulmalı olan cəmi 1.276.489,24 ABŞ dolları məbləğində borc, həmçinin 161 manat və 30 manat dövlət rüsumu üzrə tutma ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı 0378641, MA seriyalı 03778640, MA seriyalı ******* və MA seriyalı ******* nömrəli çıxarışlara əsasən ipoteka qoyan Cavabdeh3 Lənkəran rayonunun Sütəmurdov kəndində mülkiyyətində olan 0,30 ha torpaq sahəsi ilə birlikdə 183,3 m2 ümumi sahədən ibarət olan qeyri-yaşayış binası, eyni kənddə mülkiyyətində olan 1,26532 ha torpaq sahəsi ilə birlikdə 2.871,6 m2 ümumi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisə, eyni kənddə mülkiyyətində olan 0,0138 ha torpaq sahəsi ilə birlikdə 86,5 m2 ümumi sahədən ibarət olan qeyri-yaşayış binası və eyni kənddə mülkiyyətində olan 0,1709 ha torpaq sahəsi ilə birlikdə 195,8 m2 ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına yönəldilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

2. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2013-cü il 14 noyabr tarixli 2(106)-870/2013 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 2013-cü il 22 iyul tarixli 2(049)-944/2013 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılm ası qət edilmişdir.

3. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2014-cü il 29 aprel tarixli 2(102)-1671/14 saylı qərarından görünür ki, həmin qərarla cavabdehlər Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2013-cü il 14 noyabr tarixli 2(106)-870/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. İş materiallarında olan Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə 76/02-76/05 saylı protokollardan görünür ki, Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən Cavabdeh3-ə məxsus: 4.1. 0,30 ha torpaq sahəsi ilə birlikdə 183,3 m2 ümumi sahədən ibarət olan qeyri-yaşayış binası tələbkar ASC tərəfindən 100.100 manata əl də edilmişdir (76/02 saylı protokol); 4.2. 0,1709 ha torpaq sahəsi ilə birlikdə 195,8 m2 ümumi sahədən ibarət olan qeyri-yaşayış binası tələbkar ASC tərəfinən 205.100 manata əldə edilmişdir (76/03 saylı protokol); 4.3. 0,0138 ha torpaq sahəsi ilə birlikdə 86,5 m2 ümumi sahədən ibarət olan qeyri-yaşayış binası tələbkar ASC tərəfinən 25.100 manata əldə edilmişdir (76/04 saylı protokol); 4.4. 1,26532 ha torpaq sahəsi ilə birlikdə 2.871,6 m2 ümumi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisə tələbkar ASC tərəfinən 690.100 manata əldə edilmişdir (76/05 saylı protokol).

5. İş materiallarında olan ASC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Firma ASC-yə 2012-ci il 31 may tarixli 105484-1-2617/1 saylı “Kommersiya krediti müqaviləsi” (bundan sonra – “Kredit Müqaviləsi”) üzrə 2020-ci il 19 may tarixinə olan borcu 212.657,25 ABŞ dolları təşkil edir.

6. İş materiallarında olan 2019-cu il 12 dekabr tarixli 1444p saylı pretenziya məktublarından görünür ki, həmin məktublar ASC tərəfindən Firmaya, MMC-yə, Cavabdeh3 və Cavabdeh4 göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. ASC 2020-ci il 10 sentyabr tarixində Firma, MMC, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Krediti müqaviləsindən irəli gələn və Lənkəran Rayon Məhkəməsinin 2013-cü il 22 iyul tarixli 2(049)-944/2013 saylı qətnaməsi ilə müəyyən edilən pul öhdəliklərinin vaxtında icra edilməməsi səbəbindən həmin müqavilənin şərtlərinə əsasən hesablanmış 212.657,25 ABŞ dolları məbləğində faiz borcunun və məhkəməyə müraciət etm ək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Firma, MMC, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbinin əsaslarına görə: 8.1. Kredit Müqaviləsinə əsasən, ASC tərəfindən Firmaya investisiya məqsədi üçün (kreditin təyinatı: tibbi avadanlıq alınması və obyekt tikintisi) 39 ay müddətinə illik 15,5 faiz hesablanmaqla 1.145.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 8.2. Kreditin təminatı kimi, Lənkəran rayonu, Sütəmurdov kəndində xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan 1,26532 ha torpaq sahəsində yerləşən 2.871,6 m2 ümumi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisə və həmin torpaq sahəsi, 0,0138 ha torpaq sahəsində yerləşən 86,5 m ümumi sahədən ibarət olan 2 mərtəbəli qeyri-yaşa yış binası və həmin torpaq sahəsi, 0,1709 ha torpaq sahəsində yerləşən 195,8 m2 ümumi sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış binası və həmin torpaq sahəsi, 0,30 ha torpaq sahəsində yerləşən 183,3 m2 ümumi sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış binası və həmin torpaq sahəsi ipoteka qoyulmuşdur (2012-ci il 31 may tarixli 105478-NEDVİJ-242 saylı, 105478-NEDVİJ-241 saylı, 105478-NEDVİJ-240 saylı və 105478-NEDVİJ-239 saylı ipoteka müqavilələri ilə). 8.3. Eyni zamanda, kreditin təminatı kimi 2012-ci il 31 may tarixində ASC ilə Cavabdeh3 arasında 105478-7-1911 saylı, ASC ilə Cavabdeh4 arasında 105480-7-1912 saylı və 2012-ci il 29 iyun tarixində ASC ilə MMC arasında 105482-G-RAN-26 saylı zaminlik müqavilələri bağlanmışdır. 8.4. Firma müqavilə üzrə kredit vəsaitindən istifadə etsə d ə, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. 8.5. Bununla əlaqədar olaraq tərəfimizdən cavabdehlərə pretenziya məktubları və bildiriş göndərilmiş, lakin cavabdehlər öhdəliklərini icra etməmişlər. 8.6. Bu səbəbdən tərəfimizdən cavabdehlərə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edilmişdir. Lənkəran Rayon Məhkəməsi tərəfindən iddia ərizəsinə baxılması ilə əlaqədar olaraq təyin edilmiş məhkəmə baxışı iclasında iştirak edən Firmanın və MMC-nin nümayəndəsi iddia tələbini qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. 8.7. Lənkəran Rayon Məhkəməsinin 2013-cü il 22 iyul tarixli 2(049)-944/2013 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilmişdir (bax yuxarıda § 1). 8.8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 həmin qətnamədən verdikləri apellyasiya şikayətinə baxılarkən Firmanın və MMCnin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərək, ASC-yə borclu olduqlarını etiraf etmiş, məhkəmə qətnaməsinin düzgün olduğunu bildirmiş, bankla razılığa gəlmək və ödənişləri həyata keçirmək üçün onlara müəyyən qədər vaxtın lazım olduğunu, apellyasiya şikayətinin də elə bu məqsədlə verdiklərini bildirmişdir. 8.9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2013-cü il 14 noyabr tarixli 2(106)870/2013 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Lənkəran Rayon Məhkəməsinin 2013-cü il 22 iyul tarixli 2(049)-944/2013 sayl ı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 8.10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2014-cü il 29 aprel tarixli 2(102)-1671/2014 saylı qərarı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2013-cü il 14 noyabr tarixli 2(106)- 870/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 8.11. Bununla da Lənkəran Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnaməyə əsasən verilmiş müvafiq icra vərəqəsi icra olunması üçün Lənkəran Rayon İcra şöbəsinə göndərilmişdir. Həmin icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədində göstərilmiş tələblərin cavabdehlər (borclular) tərəfindən könüllü icrası üçün m üddət təyin edilmişdir. Lakin həmin müddət başa çatmış və cavabdehlər (borclular) icra sənədində göstərilmiş tələbləri könüllü icra etməmişlər. Bu səbəbdən Lənkəran Rayon İcra şöbəsinin icra məmuru Kamran Əmənov tərəfindən icra vərəqəsinin İcra edilməsi məqsədi ilə ipoteka predmetlərinin açıq hərracdan satılması üçün müvafiq sifariş verilmiş və həmin sifarişə əsasən "Hərrac Mərkəzi" MMC tərəfindən hərrac təşkil edilərək keçirilmiş, əmlaklar ipoteka saxlayan ASC tərəfindən əldə edilmişdir. 8.12. 2020-ci il 22 may tarixli çari hesabdan çıxarışdan görünü ki, Firmanın Kredit Müqaviləsi üzrə girov qoyulmuş əmlak kompleksinin, daşınmaz əmlakların ödənilməmiş borclar müqabilində Bankın balansında götürülməsi ilə əlaqədar 1.277.242,78 ABŞ dolları məbləğində pul cavabdehin Banka olan borcunun ödəni lməsinə yönəldilmişdir. 8.13. Göründüyü kimi, Lənkəran Rayon Məhkəməsinin 2013-cü il 22 iyul tarixli 2(049)944/2013 saylı qətnaməsinin qəbul edildiyi tarixdən icra edilənədək 1 il 2 aya yaxın müddət keçmişdir. 8.14. Sözügedən qətnamənin uzun müddət sonra icra edilməsinə səbəb isə cavabdehlər tərəfindən əsassız apellyasiya və kassasiya şikayətlərinin verilməsidir. Birinci instansiya məhkəməsində iştirak edən Firmanın və MMC-nin nümayəndəsi iddia tələbini qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini, apellyasiya instansiyası məhkəməsində isə ASC-yə borclu olduqlarını etiraf edərək məhkəmə qətnaməsinin düzgün olduğunu, bankla razılığa gəlmək və ödənişləri həyata keçirmək üçün onlara müəyyən qədər vaxtın lazım olduğunu, apellyasiya şikayətinin də elə bu məqsədlə verdiklərini bildirməsi və sonradan kassasiya şikayətinin verilməsi onu göstərir ki, cavabdehlərin məqsədi qanuni və əsaslı məhkəmə qətnaməsinin icrasını gecikdirmək olmuşdur. Beləliklə, məhz cavabdehlərin məqsədli hərəkətləri nəticəsində pul öhdəlikləri vaxtında icra olunmamış və bunun nəticəsində kredit müqaviləsinin şərtlərinə əsasən faizlər yığılmışdır. 8.15. Belə ki, Kredit Müqaviləsinin: 2.1-ci bəndinə əsasən, “Kredit alan” kreditdən istifadəyə görə “Bank”a illik 15.5 faiz ödəməyi öhdəsinə götürmüşdür. 2.2-ci bəndinə əsasən, kredit 39 ay müddətinə verilmişdir. 7.1-ci bəndinə əsasən, bu Müqavilə Tərəflərin imzaları və möhürü olan Tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və “Kredit alan” tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin “Bank”a tam icra olund uğu andan qüvvədən düşür. Yuxarıda qeyd olunanları və müqavilə şərtlərini nəzərə alaraq hesab edirik ki, Kredit Müqaviləsindən irəli gələn və Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilən pul öhdəlikləri vaxtında icra olunmadığı üçün yaranmış 212.657,25 ABŞ dolları məbləğində faiz borcu cavabdehlərdən tutularaq Banka qaytarılmalıdır.

9. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445, 448.1, 449.1, 449.4, 470.1, 472.2, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarı rəhbər tutulmaqla əsaslandırılmışdır.

10. Lənkəran Rayon Məhkəməsinin 2021 -ci il 9 fevral tarixli 2(049)-263/2021 saylı qərardadı ilə iş baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərimişdir (hakim – R.Məmmədov).

11. ASC mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh4 ölmüş olduğundan Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 20 may tarixli e-2-2(121)-637/2021 saylı qərardadı ilə iş üzrə icraata Cavabdeh4 aid hissədə xitam verilmişdir (hakim – E.Abdullayev).

12. Firma 2021-ci il 24 iyun tarixində ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

13. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 24 iyun tarixli e-2-2(121)-637/2021 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir (hakim – E.Abdullayev).

14. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini aşağı dakı kimi əsaslandırmışdır. 14.1. Cavabdehlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2014-cü il 29 aprel tarixli 2(102)-1671/14 saylı qərarının icrası qaydasında əmlakların açıq hərracdan satışına və onun tələbkara verilməsinə hər hansı maneə törətməmiş, nəticədə ASC ona təklif olunan əmlakları təhvil götürməklə müvafiq icra proseduru başa çatdırılmış və qətnamə tam icra olunmuşdur. 14.2. İpoteka predmetlərinin satışı hesabına borcun ödənilməsinə şərait yaradan cavabdehlər, sonradan qətnamənin onların təqsiri olmadan gec icra edilməsinə istinadən MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. 14.3. ASC-nin hazırkı tələbi Lənkəran Rayon Məhkəməsinin 2013-cü il 22 iyul tarixli qətnaməsindən cavabdehlərin verdiyi apellyasiya və kassasiya şikayətlərinə baxıld ığı dövr üçün hesabladığı faizlərlə bağlıdır. Hansı ki, birinci instansiya məhkəməsinin qərarlarından yuxarı və kassasiya instansiyası məhkəmələrinə şikayət vermək cavabdehlərin konstitusion hüququdur və heç kəs məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilməz. Bu isə o deməkdir ki, cavabdehlər MM-in 449.1-ci maddəsində nəzərdə tutulan mülki-hüquqi məsuliyyət tədbirinə məruz qala bilməzlər. 14.4. Bundan əlavə, MM-nin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə və başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və toplama kimi bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. 14.5. Həmçinin vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-nin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. 14.6. Cavabdehlərin ASC-nin pul vəsaitindən faydalanması, gəlir, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilmədiyindən, iddia tələbi bu əsasla da rədd edilməlidir. 14.7. ASC mövcud iddia tələbi üzrə iddia müddətini ötürməmişdir. 14.8. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, ASC-nin tələbi Lənkəran Rayon Məhkəməsinin 2013-cü il 22 iyul tarixli 2(049)-944/2013 saylı qətnaməsinin icrasından yaranan tələblə bağlıdır və bu tələb Kredit Müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə qeyd edir ki, müqavilə münasibətlərindən irəli gələn mübahisələrə tətbiq edilməli olan iddia müddəti vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından yaranan mübahisələrə tətbiq edilməli olan iddia müddətindən fərqləndirilməlidir. Belə ki, hazırkı tələb üzrə öhdəlik kredit müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəldiyindən bu cür iddialara MM-nin 373.2-ci maddəsi ilə müəyyən edilən 3 illik iddia müddəti yox, həmin Məcəllənin 373.1-ci maddəsində nəzərdə tutulan 10 illik iddia müddəti tətbiq edilməlidir. Eyni zamanda, 10 illik iddia müddəti uyğun tələb üçün xüsusi müddət təyin edilmədiyi hallarda tətbiq edilir. 14.9. İşin materiallarından isə görünür ki, mövcud iddia ərizəsi 2020-ci il 10 sentyabr tarixində məhkəməyə verilmiş dir. Buna görə də ASC mövcud iddia tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir.

15. Məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə, MM-in 372.1, 373.1, 373.2, 442, 449.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 107, 119.1, 124.2, 357.1, 402-ci, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 4, 10-cu maddələrinə, KMP-nin “Azərbaycan Respublikası Prosessual Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 2014-cü il 24 dekabr tar ixli qərarlarına istinad etməklə əsaslandırmışdır.

16. ASC 2021-ci il 26 iyul tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli 2-2(106)-210/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 24 iyun tarixli 2-2(121)-637/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – S.Mayılov, hakimlər – İ.Əsədov və N.Mirzəyev).

18. Apellyasiya instansiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi (bax yuxarıda § 14) ilə razılaşmış və hesab etmişdir ki, apellyasiya ş ikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz.

19. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik normalarından (bax yuxarıda § 15) başqa, MM-in 152.3, MPM-in 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. ASC 2021-ci il 2 dekabr tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

21. MM-in 449.4-cü maddəsi pozulmuşdur – Krediti müqaviləsinin şərtlərini (bax yuxarıda § 8.15) nəzərə alaraq hesab edirik ki, kredit müqaviləs indən irəli gələn və Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilən pul öhdəlikləri vaxtında icra olunmadığı üçün yaranmış 212.657,25 ABŞ dolları məbləğində faiz borcu cavabdehlərdən tutularaq Banka qaytarılmalıdır (MM-in 385.1, 386.1, 442, 445, 448.1, 449.1, 449.4, 739.2-ci maddələri, KMP-nin MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 2009-cu il 9 iyul tarixli qərarı). MM-in 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzə rdə tutur; MM-in 449.3 və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları MM-in 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Bundan başqa, hesab edirik ki, həmçinin zaminlərin mülki məsuliyyəti də vardır. Belə ki, zamin “Kredit müqaviləsi” üzrə zamin olduğundan, kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz borcunun və digər pul tələblərinin ödənilməməsi üçün məsuliyyət daşıyır (MM-in 470.1 və 472.2-ci maddələri). Beləliklə, işin hallarından da göründüyü kimi, tərəflər arasındakı müqavilə münasibətləri kredit müqaviləsi imzalandığı tarixdə yaranmış və Lənkəran Rayon Məhkəməsinin qətnaməsi icra olunduğu ana qədər davam etmişdir. Bu səbəbdən müqavilə şərtlərinə əsasən müqavilədən irəli gələn p ul öhdəliklərinin vaxtında icra edilməməsi səbəbindən tələb edilən məbləğdə faizlərin yığılması əsaslıdır və Bank həmin faizləri cavabdehlərdən tələb etməkdə haqlıdır. Lənkəran Rayon Məhkəməsinin qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən cavabdehlər (borclular) tərəfindən könüllü icra üçün müddət təyin edilmişdir. Lakin həmin müddət başa çatmış və cavabdehlər (borclular) tərəfindən icra sənədində göstərilmiş tələblər könüllü icra edilməmişdir. Nəzərə alınmalıdır ki, Lənkəran Rayon Məhkəməsinin qətnaməsi əsasında verilmiş icra sənədi iki hissədən ibarətdir, birinci hissə pulun tutulması və ödənilməsi, ikinci hissə isə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsidir. Birinci hissənin icra edilməsi məqsədi ilə borclulara həmin hissənin könüllü icrası üçün müddət müəyyən edilir, könüllü icra edilmədiyi təqdirdə isə icra sənədinin ikinci hissəsi məcburi icra edilir, yəni tutma yönəldilmiş daşınmaz əmlakların acıq hərracdan satılması məqsədi ilə sifariş verilir, acıq hərrac təşkil edilir, satılır və satışdan əldə edilmiş vəsait pulun ödənilməsinə yönəldilir. Bundan başqa, nəzərə alsaq ki, hazırkı iş üzrə girov əmlaklar daşınmaz əmlaklardır, burada əmlakın təhvil verilməsinin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə qərarının könüllü icra edilməsi kimi qəbul edilməsi başa düşülən deyildir. Belə ki, hazırkı iş üzrə əmlaklar təhvil verilməyib, qanunvericiliyin tələblərinə əsasən açıq hərrac təşkil edilib, keçirilib və ipoteka saxlayan tərəfindən əldə edilib. Göründüyü kimi, həm birinci instansiya, hə də apellyasiya instansiyası məhkəməsi düzgün qənaətə gəlmə mişdir.

22. ARK-nın 24-cü məddəsinin İİİ hissəsi pozulmuşdur – Cavabdehlər məhkəmədə iddia tələbini qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmiş, daha sonra isə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə baxılması ilə əlaqədar keçirilmiş məhkəmə iclasında isə ASC-yə borclu olduqlarını etiraf edərək məhkəmə qətnaməsinin düzgün olduğunu, bankla razılığa gəlmək və ödənişləri həyata keçirmək onlara müəyyən qədər vaxtın lazım olduğunu, apellyasiya şikayətinin də elə bu məqsədlə verdiklərini bildirmişdir. Lakin buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən də cavabdehlər kassasiya şikayəti verərək, özlərinin də qeyd etdiyi kimi, düzgün olan qətnamənin, yəni birin ci instansiya məhkəməsinin qətnaməsinin icraya yönəldilməsini və onun icrasını hüquqlardan sui-istifadə edərək gecikdirmişlər. Düzdür, cavabdehlərin birinci instansiya məhkəməsinin qərarlarından yuxarı və kassasiya instansiyası məhkəmələrinə şikayət vermək onların konstitusion hüququdur və heç kəs məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilməz, lakin hesab edirik ki, həmin hüquqlardan da sui-istifadə edilməsinə yol verilməməlidir (ARK-nın 24-cü maddəsinin İİİ hissəsi və 80-ci maddəsi). Qanunvericilikdə məhkəmə müdafiəsindən istifadə etmək hüququ bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə təsbit edilmişdir, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəz ifələrini də əhatə edir, hüquqlardan suiistifadəyə yol verilmir, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi isə qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Cavabdehlərin hərəkətlərindən isə açıq-aydın görünür ki, məqsədi iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsinə yönələn qanuni və əsaslı qətnamənin icraya yönəldilməsini və həmin qətnamənin icrasını gecikdirmək olmuşdur, bu isə hüquqlardan sui-istifadədir və bunun nəticəsində iddiaçı olan Banka zərər dəymişdir.

23. MPM-in 88-ci maddəsi pozulmuşdur – Həm birinci instansiya məhkəməsi, həm də ki apellyasiya instansiyası məhkəməsi sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Belə ki, K redit Müqaviləsinin 7.1-ci bəndinə əsasən, bu Müqavilə Tərəflərin imzaları və möhürü olan Tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və “ Kredit alan” tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin “Bank”a tam icra olunduğu andan qüvvədən düşür. Lənkəran Rayon Məhkəməsinin 2013-cü il 22 iyul tarixli 2(049)-944/2013 nömrəli qətnaməsinin qəbul edildiyi tarixdən icra edilənədək, yəni 2014-cü il 8 sentyabr tarixinədək 1 il 2 aya yaxın müddət keçmişdir. Tərəflər arasında bağlanmış 2012-ci il 31 may tarixli 105484-1- 2617/1 saylı “Kommersiya krediti müqaviləsi”nin müddətinin bitmə tarixi isə 2015-ci il 31 may tarixidir. Bank tərəfindən tələb edilən faiz məbləği isə həmin müqavilə” qüvvədə olduğu müddətdə hesablanmışdır. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Tərəflər arasında bağlanmış kredit müqaviləsində isə bu müqavilə qüvvədə olduğu müddətdə illik 15,5 % faiz hesablanması nəzərdə tutulmuşdur (MM-in 386.1, 739.2-ci, “Banklar haqqında’’ Qanunun 1.0.9, 36.6-cı maddələri) Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verilməmişdir.

24. MPM-in 217.1-ci və 217.3-cü maddələri pozulmuşdur – Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamələr qanuni və əsaslı deyil, qətnamələr iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, işin həqiqi hallarından və iş materiallarında olan sübutlardan müəyyən edilir ki, hesablanmış faizlər müqavilə qüvvədə olduğu müddətdə hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnaməyə əsasən verilmiş icra vərəqəsi icra olunması üçün Lənkəran Rayon icra şöbəsinə göndərilmiş, icra sənədində göstərilmiş tələblərin cavabdehlər (borclular) tərəfindən könüllü icrası üçün müddət təyin edilmişdir. Lakin həmin müddət başa çatmış və cavabdehlər (borclular) tərəfindən icra sənədində göstərilmiş tələblər könüllü icra edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə öz qətnaməsini əsaslandırarkən birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənləri təkrarlayaraq əmlakların təhvil verilməsini Lənkəran Rayon Məhkəməsinin qətnaməsinin cavabdehlər tərəfindən könüllü icra edilməsi kimi qeyd etmişdir. Halbuki həmin qətnamə “İcra haqqında” Qanuna əsasən məcburi icra edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktı nın qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

29. ARK-nın müvafiq müddəalarında aşağıdakılar göstərilmişdir. “Maddə 60.Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müd afiəsinə təminat verilir.”

30. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu... 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər....” “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə

373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

442. Öhd əliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhk əmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....”

31. MPM-in müvafiq müddəalarında (2021-ci il 9 iyul tarixinədək qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər....” “Maddə

51. İşdə bir neçə iddiaçının və cavabdehin iştirakı 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir....” “Maddə

107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi... 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır....” “Maddə

357. Apellyasiya şikayəti vermək hüququ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, x üsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər....” ”Maddə

384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;...” “Maddə

385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 32. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 4.Məhkəmələrdə işlərə baxılması Məhkəmələrdə işlərə birinci instansiya, instansiyaları üzrə baxılır....” apel lyasiya və kassasiya “Maddə 10.Müdafiə hüquqlarının təmin edilməsi Azərbaycan Respublikası vətəndaşlarının, onun ərazisində yaşayan xarici vətəndaşların,habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarda nəzərdə tutulmuş hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni mənafelərinin hər cür qəsdlərdən və qanun pozuntularından məhkəmə icraatının istənilən mərhələsində məhkəmə müdafiəsi hüququ təmin olunur. Heç kəs məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilməz....”

33. KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında qeyd edilmişdir ki: “...MM-nin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilm əməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Mübahisə yarandığı halda, məsələ məhkəmə qay dasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün, nəzərə alınmalıdır ki, MPM-nin 222.2ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bu hal, Məcəllənin 449.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, həmin normaya əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləş dirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbayca n Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün o, MM-nin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici Mülki Məcəllənin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli g əldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir... MM-nin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplan ılması nəticəsində MM-nin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.... Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutataraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu QƏRARA ALDİ:...

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur....”

34. KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarını n şərh olunmasına dair” 2014-cü il 24 dekabr tarixli qərarında qeyd edilmişdir ki: “Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3cü maddəsindən irəli gəlir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, kassatorun dəlilləri (bax yuxarıda §§ 21-24) əsassız, apellyasiya instansiyası məhkəməsinin mövqeyi isə ədalətli və qanunauyğundur.

36. Lənkəran Rayon Məhkəməsinin 2013-cü il 2(049)-944/2013 saylı qətnaməsindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri qaydasında lazımi xəbərdar edilmiş cavabdehlər Cav abdeh3 və Cavabdeh4 səbəblərini bildirmədən məhkəmə iclasında iştirak etməmişlər (i/v 46).

37. Həmin iclasda iştirak edən Firmanın və MMC-nin nümayəndəsi isə iddia tələbini qəbul etmiş, iddianın təmin olunmasına etiraz etmədiyini göstərmişdir (i/v 47-48).

38. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2013-cü il 14 noyabr tarixli 2(106)-870/2013 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Lənkəran Rayon Məhkəməsinin 2013-cü il 2(049)-944/2013 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin işə baxılmasına dair iclasda səbəbini bildirmədən iştirak etməmişlər (i/v 57, 59-60, 67).

39. Həmin apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmənin əsaslandığı hüquq normaları qanunauyğun deyildir. Məhkəmə iddiaçı tərə findən təqdim olunan sənədləri əsas tutaraq birtərəfli mövqe nümayiş etdirmişdir. Halbuki həmin sənədlərə əsasən kreditin ödəmə müddətinin 39 ay olmasına baxmayaraq müqavilənin icra müddəti bitməmiş olduğu halda, ödəniş cədvəlinə əsasən 2012-ci ilin iyul-dekabr, 2013-cü ilin iyun, iyul ayları üçün ödənişlər ASC-nin xəzinəsinə ödənildiyi halda, bu hal qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. Buna baxmayaraq kredit tikinti-quraşdırma işlərinə sərf edildiyindən və bu barədə iddiaçının qabaqcadan xəbərdar edilməsinə baxmayaraq iddiaçı qısa müddət ərzində pulun banka ödənilməsini tələb etməklə məhkəmədə iddia qaldırmışdır. Lakin məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmadığına görə qətnamə iddiaçının xeyrinə çıxarılmışdır.

40. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2013- cü il 14 noyabr tarixli məhkəmə baxışı iclasında iştirak edən Firmanın və MMC-nin nümayəndəsi isə birinci instansiya məhkəmə iclasında olduğu kimi izahat verərək, ASC-yə borclu olduqlarını etiraf etmiş, məhkəmə qətnaməsinin düzgün olduğunu bildirmiş, bankla razılığa gəlmək və ödənişləri həyata keçirmək üçün onlara müəyyən vaxt lazım olduğunu, apellyasiya şikayətini də elə bu məqsədlə verdiklərini göstərmişdir (i/v 60).

41. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası işə baxaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh4 birgə verilmiş apellyasiya şikayətini təmin etməmişdir.

42. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 həmin qətnamədən kassasiya şikayəti vermiş, şikayətdə apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq pozuntusuna yol verdiyini bildirmiş, şikayət çilər, habelə Firmanın və MMC-nin nümayəndəsi kassasiya baxışı iclasında iştirak etməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2014-cü il 29 aprel tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir (i/v 68, 70, 75).

43. Qeyd edilənlərdən məlum olur ki, Lənkəran Rayon Məhkəməsinin 2013-cü il 2(049)944/2013 saylı qətnaməsindən apellyasiya şikayətini və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2013-cü il 14 noyabr tarixli 2(106)870/2013 saylı qətnaməsindən kassasiya şikayətini cavabdehlər Firma və MMC deyil, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 vermiş, həmin şikayətlərdə məhkəmə qətnamələri qəbul olunarkən yol verilmiş konkret pozuntular göstərilmişdir.

44. Digər cavabdehlər Firmanın və MMC-nin nümayəndəsindən fərqli olaraq, Cavabdeh3 və Cavabdeh 4 heç bir məhkəmə iclasında iddianı etiraf etməmiş, məhkəmə qətnamələrinin düzgün olduğunu bildirməmiş, bankla razılığa gəlmək və ödənişləri həyata keçirmək üçün onlara müəyyən vaxt lazım olduğunu, şikayətləri də elə bu məqsədlə verdiklərini göstərməmişlər.

45. MPM-in 51.1-ci maddəsinin (bax yuxarıda § 31) məzmunundan aydın olur ki, iddia müştərək qaydada bir neçə cavabdehə qarşı qaldırıldıqda, həmin cavabdehlərdən hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir.

46. Bu o demədir ki, cavabdehlər Firmanın və MMC-nin nümayəndəsi tərəfindən iddianın etiraf olunması və verilən digər izahatlar yalnız həmin cavabdehlərin öz prosessual hüquqlarından istifadə kimi qiymətləndirilməli və onların özünə aid edilməli, apellyasiya və kassasiya şikayətini vermiş digər cavabdehlər Cavabdeh3 və C avabdeh4 şamil edilməməlidir.

47. Bundan başqa, hər hansı proses iştirakçısının məhkəmə qərarlarından apellyasiya və kassasiya şikayətlərinin verilməsi onun prosessual hüququdur və bu həmin şəxsin öz hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz.

48. Əvvəlki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi icra olunduqdan 6 il sonra, həmin qətnamənin vaxtında icra edilməməsinə görə hesablanmış faizlərin ödənilməsinə dair iddia qaldırılması ASC-nin prosessual hüququ olduğu kimi, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən əvvəlki iş üzrə məhkəmə qətnamələrindən apellyasiya və kassasiya şikayətlərinin verilməsi də həmin cavabdehlərin prosessual hüququ olmuşdur.

49. Bu prosessual hüquqlardan hər hansı birinin həyata keçirilməsi digərini istisna edə bilməz.

50. Qətnamə icraya yönəldildikdən sonra cavabdehlərin icra sənədini könüllü icra etməmələrinə, ipoteka predmeti olan əmlakları könüllü təhvil verməmələrinə dair dəlillərə gəldikdə isə, qeyd olunmalıdır ki, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə və ya qətnamənin icrasına maneçilik törətməyə görə isə cinayət məsuliyyəti qanunla müəyyən edilmişdir.

51. Cavabdehlər barəsində həmin məsuliyyət tədbirlərinin görülməsi, ümumiyyətlə cavabdehlər tərəfindən məhkəmə qərarının icrasından yay ınmağa yönələn hər hansı hərəkətin edilməsi iş materialları ilə müəyyən olunmur.

52. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 2013-cü il 2(049)-944/2013 saylı qətnaməsinin icrası prosesinə cavabdehlər tərəfindən qəsdən maneçilik törədilməsi öz təsdiqini tapmır.

53. Bütün göstərilənlər onu deməyə əsas verir ki, MM-in 449.1-ci maddəsində (bax yuxarıda § 30) nəzərdə tutulduğu kimi, ASC-nin vəsaitlərinin cavabdehlər tərəfindən qanunsuz saxlanılması və bu vəsaitlərdən qanunsuz istifadə olunması faktının baş verməsi iş materiallarından görünmür.

54. Odur ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin ASC-nin pul vəsaitindən faydalanmasının, gəlir, artım, bəhər və ya sair maddi xeyir qazanmasının iş materialları ilə sübuta yetirilməməsi barədə tamamilə qanuni və əsaslı nəticəyə gəlmişdir.

55. KMP-nin “MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarının nəticə hissəsinin 2-ci hissəsində (bax yuxarıda § 33) formalaşdırılmış hüquqi mövqeyə görə, MM-in 449.4-cü maddəsinin “özgə vəsaitindən istifadə” müddəası MM-in 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.

56. Hazırkı işdə isə, yuxarıda qeyd olunduğu kimi, MM-in 449.1-ci maddəsində göstərilmiş halların mövcud olması iş materialları ilə müəyyən olunmur.

57. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi ASC-nin öz iddia ərizəsində və kassasiya şikayətində istinad etdiyi MM-in 449.4-cü maddəsini tətbiq etməməklə hər hansı hüquq pozuntusuna yol veməmişdir.

58. Qeyd etmək lazımdır ki, hazırkı iş üzrə iddia tələbi bilavasitə kredit müqaviləsi üzrə ödənilməli deyil, Lənkəran Rayon Məhkəməsinin 2013-cü il 22 iyul tarixli 2(049)-944/2013 saylı qətnaməsi ilə müəyyən edilən pul öhdəliklərinin vaxtında icra edilməməsi səbəbindən kredit müqaviləsinin şərtlərinə əsasən hesablanmış faiz borcunun tutulmasından ibarətdir. İddia ərizəsinin hüquqi əsaslandırması (MM-in 385.1, 386.1, 442, 445, 448.1, 449.1, 449.4, 470.1, 472.2, 739.2-ci maddələri, KMP-nin “MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarı) da məhz bu istiqamətdə aparılmışdır.

59. Birinci instansiya məhkəməsi də cavabdeh tərəfin verdiyi iddia müddətinin tətbiqi ilə bağlı ərizəni məhz bu səbəbdən təmin etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, ASC-nin tələbi Lənkəran Rayon Məhkəməsinin 2013-cü il 22 iyul tarixli 2(049)944/2013 saylı qətnaməsinin icrasından yaranan tələblə bağlıdır və bu tələb kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Müqavilə münasibətlərindən irəli gələn mübahisələrə tətbiq edilməli olan iddia müddəti vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından yaranan mübahisələrə tətbiq edilməli olan iddia müddətindən fərqləndirilməlidir. Belə ki, hazırkı tələb üzrə öhdəlik kredit müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəldiyindən bu cür iddialara MM-in 373.2-ci maddəsi ilə müəyyən edilən 3 illik iddia müddəti yox, MM-in 373.1-ci maddəsində nəzərdə tutulan 10 illik iddia müddəti tətbiq edilməlidir. Eyni zamanda, 10 illik iddia müddəti uyğun tələb üçü n xüsusi müddət təyin edilmədiyi hallarda tətbiq edilir. Mövcud iddia ərizəsi 2020-ci il 10 sentyabr tarixində məhkəməyə verilmişdir. Buna görə də ASC mövcud iddia tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir.

60. ASC özünün apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəni (ASC-nin tələbinin qətnamənin icrasından yaranan tələblə bağlı olması və bu tələbin kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməməsi, hazırkı tələb üzrə öhdəliyin kredit müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlməsi) mübahisələndirməmişdir.

61. Bu o anlama gəlir ki, hətta iddia tələbi bilavasitə kredit müqaviləsindən irəli gələn və həmin müqavilənin şərtlərinə əsa sən hesablanmış faiz borcunun tutulmasından ibarət olsa idi belə, MM-in 373.2-ci maddəsi ilə müqavilə tələbləri üzrə müəyyən edilən 3 illik iddia müddəti ASC tərəfindən ötürüldüyündən rədd edilməli idi.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin təmin olunması istənilən halda mümkünsüz idi.

63. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün hüquqi əsas(lar) mövcud deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassatorun istinad etdiyi hüquq pozuntularına yol verməmişdir.

64. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli 22(106)-210/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar