Məhkəmə qərarları › İş №2-2(102)-54/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-54/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-54/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı ilk iddiası, iddiaçı Cavabdehin ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşılıqlı iddiası üzrə kommersiya işinə dair QƏRARİ Açar sözlər: kredit müqaviləsi, pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ib arət tərkibdə, iddiaçı LPO ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk, iddiaçı MMC-nin cavabdeh LPO ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə dair Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 sentyabr tarixli 2-2(104)-173/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC (bundan sonra – “ASC”) ilə Cavabdeh MMC (bundan sonra – “MMC”) arasında bağlanmış 2020-ci il 24 fevral tarixli ***-*******DKX240220-01 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə illik faiz dərəcəsi 7,5% olmaqla, 11 ay müddətinə 29.500 ABŞ dolları məbləği ndə kredit verilməsi nəzərdə tutulmuşdur.

2. ASC ilə X1 (bundan sonra – “A.Bayraməliyev”) arasında bağlanmış 2020-ci il 7 fevral tarixli 16-D-000008-0220 nömrəli güvən əmanət müqaviləsinə əsasən, bank əmanətçi A.Bayraməliyevdən 17.600 ABŞ dolları məbləğində pul vəsaitini AZ33AMRA**********00044U41120 nömrəli hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 2,5% dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə 12 ay müddətinə, 2021-ci il 8 fevral tarixinədək bağlanır.

3. ASC ilə X3 (bundan sonra – “L.Şahbazova”) arasında bağlanmış 2020-ci il 7 fevral tarixli 16-D-000009-0220 nömrəli güvən əmanət müqaviləsinə əsasən, bank əmanətçi L.Şahbazovadan 17.600 ABŞ dolları məb ləğində pul vəsaitini AZ94AMRA**********00002U41120 nömrəli hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 2,5% dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə 12 ay müddətinə, 2021-ci il 8 fevral tarixinədək bağlanır.

4. Girovqoyan A.Bayraməliyev 2020-ci il 24 fevral tarixli kredit xətti müqaviləsi üzrə öz öhdəliklərinin icrasının təminatı olaraq ASC-nin Sumqayıt filialında 16-D-000008-0220 depozit müqaviləsi AZ33AMRA**********0004U41120 nömrəli depozit hesabında saxlanılan ona məxsus və girov predmeti kimi çıxış edən 17.600 ABŞ dolları məbləğində pul vəsaitini və həmin hesaba daxil olacaq artım məbləğini girov qoyur. Müqavilənin 3.1.3-cü bəndinə əsasən kredit x əttinin açılması barədə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi halda girov saxlayana girov qoyulmuş hesabdan girov saxlayanın tələblərinin tam həcimdə ödənilə biləcək məbləğdə pul vəsaitlərinin akseptsiz qaydada silinməsi üçün hüquq verir (ASC, MMC və A.Bayraməliyev arasında bağlanmış 2020-ci il 24 fevral tarixli ***-*******DKX240220-01/G nömrəli əmanət girovu müqaviləsi).

5. Girovqoyan L.Şahbazova 2020-ci il 24 fevral tarixli kredit xətti müqaviləsi üzrə öz öhdəliklərinin icrasının təminatı olaraq ASC-nin Sumqayıt filialında 16-D-000009-0220 depozit müqaviləsi AZ94AMRA**********0002U41120 nömrəli depozit hesabında saxlanılan ona məxsus və girov predmeti kimi çıxış edən 17.600 ABŞ dolları məbləğində pul vəsaitini və həmin hesaba daxil olacaq artım məbləğini girov qoyur. Müqavilənin 3.1.3-cü bəndinə əsasən kredit xəttinin açılması barədə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi halda girov saxlayana girov qoyulmuş hesabdan girov saxlayanın tələblərinin tam həcimdə ödənilə biləcək məbləğdə pul vəsaitlərinin akseptsiz qaydada silinməsi üçün hüquq verir (ASC, MMC və L.Şahbazova arasında bağlanmış 2020ci il 24 fevral tarixli ***-*******DKX240220-01/G nömrəli əmanət girovu müqaviləsi).

6. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli 2-3(103)-130/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – "xxxx") ləğvedici təyin edilmişdir.

7. MMC tərəfindən ASC-nin Sumqayı t filialına hesabdan 57.021,10 ABŞ dolları məbləğində vəsaitin OOO "xxxx"-ya Volgogradsakaya Oblast. Svetliy Yar. Russia ünvanına köçürülməsinə dair tapşırıq verilmişdir (ASC-nin Sumqayıt filialı tərəfindən təsdiq edilmiş 2020-ci il 24 aprel tarixli köçürmə tapşırığı). 8. 2020-ci il 24 fevral tarixli kredit müqaviləsinə əsasən, MMC-nin hesabına 2020-ci il 24 fevral tarixdə 295.000 ABŞ dolları mədaxil edilmiş, 2020-ci il 29 mart tarixində 19.754,90 ABŞ dolları və 215,10 ABŞ dolları (33.949 manat) MMC-nin hesabından götürülmüşdür (2024-cü il 25 yanvar tarixli MMC-nin 2020-ci il 1 yanvar - 2021-ci il 27 may tarixləri üzrə hesabdan çıxarış). 9. 2020-ci il 29 mart tarixdə sifarişə əsasən 33.949 manat (kurs=1,7025) konvertasiya edilmişdir. Həmçinin 2020-ci il 24 aprel tarixinə qalıq olaraq 226.355,56 manat göstərilmişdir (MMC-nin 2020-ci il 1 yanvar - 5 may tarixləri üzrə hesabdan çıxarış).

10. L.Şahbazovaya 17.628,09 ABŞ dolları (30.086,60 manat) 2020-ci il 7 iyul tarixində kompensasiya edilmişdir (2024-cü il 12 mart tarixli L.Şahbazovanın 2020-ci il 29 aprel - 2021ci il 27 may tarixləri üzrə hesabdan çıxarışı).

11. A.Bayraməliyevə 17.628,09 ABŞ dolları (30.086,60 manat) 2020-ci il 7 iyul tarixində kompensasiya edilmişdir (2024-cü il 12 mart tarixli A.Bayraməliyevin 2020-ci il 29 aprel - 2021-ci il 27 may tarixləri üzrə hesabdan çıxarışı). 12. 57.021,10 ABŞ dolları vəsait və 85,53 ABŞ dolları köçürməyə görə ödənilmiş xidmət haqqı, cəmi 57.109,18 ABŞ dolları (97.081,27 manat) məbləğində vəsait 2020-ci il 28 aprel tarixində MMC-nin hesabına qaytarılmışdır (2020-ci il 26 avqust t arixli MMC-nin 2020-ci il 28 aprel - 24 avqust tarixləri üzrə hesabdan çıxarışı).

13. MMC-nin kredit müqaviləsi üzrə 2023-cü il 2 noyabr tarixinə banka 9.745 ABŞ dolları əsas, 1.343,96 ABŞ dolları faiz və 1.328,40 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 12.417,46 ABŞ dolları məbləğində bоrcu vardır (2023-cü il 6 noyabr tarixli maliyyə arayışı).

14. Borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir (2023-cü il 13 noyabr tarixli xəbərdarlıq məktubunun surəti).

15. MMC-nin ƏSF-ya ünvanladığı 2020-ci il 25 avqust tarixli, 2020-ci il 26 avqust tarixində ləğv prosesində olan ASC-yə daxil olmuş ərizəsindən görünür ki, MMC-nin ASC-nin Sumqayıt filialındakı hesabında 2020-ci il 28 aprel tarixinə 226.355,56 manat, 57.10 7 ABŞ dolları və kart hesabında 1.352,94 manat vəsait olması və 2020-ci il 24 fevral tarixli müqavilə üzrə 29.500 ABŞ dolları kredit götürüldüyü qeyd edilmiş, hüquqi şəxsin cari hesab qalığının lazım olan hissəsini bankda olan kredit borcundan silinməsi xahiş edilmişdir.

16. MMC-nin 2020-ci il 26 avqust tarixli ərizəsinə baxılmış, "xxxx" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən, müflis bankla onun kreditoru arasında öhdəliklərin əvəzləşdirilməsi yalnız Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərti ilə aparıla bilməsi izah edilmişdir (ƏSF-nın MMC-yə 2020-ci il 15 sentyabr tarixli müraciətinə cavab məktubu). 17. 2020-ci ildə ASC bağlanan zaman MMC-nin ASC-nin Sumqayıt filialındakı hesabında 226.355,56 manat, kart hesabında 1.352,94 manat və 57.107 ABŞ dolları vəsait o lmuşdur. Qeyd olunanların nəzərə alınmasını, kredit borcunun MMC-nin ASC-də olan vəsaitindən silinməsini xahiş etmişlər (MMC-nin ƏSF-ya ünvanladığı 2023-cü il 22 noyabr tarixli məktubu).

18. Bank hesablarında qalıq vəsaitin mövcud kredit borcu ilə əvəzləşdirilməsi barədə müraciətə baxılmış, MMC-nin qeydə alınmış kreditor tələbinin ödənilməsinin "xxxx" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəyi, həmin Qanunun 78 və 82-ci maddələrinin tələblərinə əməl etmək şərti ilə müflis bankla kreditorlar arasında öhdəliklərin əvəzləşdirilməsinin aparıla bilməsi bildirilmişdir (ƏSF-nın MMC-yə 2023-cü il 22 noyabr tarixli müraciətinə cavab məktubu). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

19. İddiaçı ASC-nin ləğvedic isi ƏSF (bundan sonra – "xxxx") 2024-cü il 30 yanvar tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il 24 fevral tarixli **********DKX240220-01 nömrəli kredit müqaviləsi üzrə 2023-cü il 13 noyabr tarixinə banka ödənilməmiş 9.745,10 ABŞ dolları əsas borc, 1.343,96 ABŞ dolları faiz borcu, 1.328,40 ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun, ödənilmiş 153,33 manat dövlət rüsumunun və ödənilmiş 210 manat mediasiya xərcinin cavabdeh MMC-dən tutularaq iddiaçı LPO ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC-nin Sumqayıt filialı ilə MMC arasında bağlanmış 2020-ci il 24 f evral tarixli ***-*******DKX240220-01 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 11 ay müddətinə, illik 7,5 faiz dərəcəsi ilə 29.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən, MMC müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən MMC-yə dəfələrlə şifahi müraciətlər olunmasına və 2023-cü il 13 noyabr tarixli **********567 nömrəli bildirişlə isə yazılı qaydada müraciət etməsinə baxmayaraq MMC kredit borcunun banka qaytarılmasını təmin etməmişdir.

21. MMC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməməsini xahiş etmiş, 2024-cü il 17 fevral ta rixində qarşılıqlı iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsini, ASC-nin təqsiri ucbatından 2020-ci il 24 fevral tarixli köçürmə ərizəsi üzrə köçürülməmiş 57.109,18 ABŞ dollarının və ödənilmiş 383 manat dövlət rüsumunun ASC-dən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddiada istinad edilmiş kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndləri yoxdur. ƏSF onların kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürdüyünü, öhdəliyi yerinə yetirmədiklərini yazdığı halda, verdiyi 29.500 ABŞ dolları məbləğindən onlardan cəmi 12.417,46 ABŞ dol ları tələb etdiyini bildirmiş, qalan 17.082,54 ABŞ dollarının harada, kimdə, nə üçün qalmasına aydınlıq gətirməmişdir. Həmçinin ƏSF borcun ödənilməsi ilə bağlı dəfələrlə onlara müraciət etdiklərini göstərsə də şifahi müraciətlər olunmasının mahiyyətini izah etməmiş, bunu sübut etməmiş, bu müraciətin nədə ifadə olunmasına aydınlıq gətirməmişdir. MMC ASC-nin Sumqayıt filialında 2017-ci il 30 oktyabr tarixində bank hesabı açmışdır. MMC-nin ASC ilə 2020-ci il 24 fevral tarixində kredit müqaviləsi bağlayaraq 11 ay müddətinə götürmüş olduğu 29.500 ABŞ dolları məbləğində kreditin 19.754,10 ABŞ dollarını müqavilə bağlanmasından 1 ay 5 gün sonra, 2020-ci il 29 mart tarixində ASC-nin Sumqayıt filialı cəmiyyətin dollar hesabından artıq silmişdir. Bundan başqa, 2020-ci il 28 aprel tarixində MMC-nin AS C-də manat hesabında 226.355,56 manat, dollar hesabında 57.109,18 ABŞ dolları vəsait, biznes kartında 1.352,94 manat pul olmuşdur. Ən başlıcası isə, ASC-nin Sumqayıt filialı ilə 2020-ci il 7 fevral tarixli güvən əmanət müqavilələri bağlanılan əmanətçiləri A.Bayraməliyevin və L.Şahbazovanın hər birinin filialda 17.600 ABŞ dolları vəsaitləri olmuşdur. Bankın bağlanmasından qısa bir müddət sonra sözügedən mübahisəli kredit müqaviləsi üzrə zaminlərə əmanətləri qaytarılarkən həmin kredit borclarını müqavilələrin şərtləri çərçivəsində həmin əmanətçilərin dollar hesablarında olan vəsaitlərdən çıxmaq, silmək, əvəzləşdirmək olardı. Göründüyü kimi, ASC 2020-ci il 29 mart tarixində müqavilə bağlanmasından 1 ay 5 gün sonra cəmiyyətin dollar hesabından 19.754,10 ABŞ dollarını sildiyi halda, sonrakı döv rlərdə, yəni gələn bir ay müddətində qalan 17.082,54 ABŞ dollarını cəmiyyətin hesablarından silməməsi, götürməməsi, əmanətçilərin hesablarından silməmələri, əvəzləşdirməmələri müəammalıdır. Eyni zamanda, bütün bu proseslərdə hər hansı bir idarəetmə rəhbərliyi mövcud olmamışdır. Bunlardan başqa, onlar kreditin silinməmiş qalan hissəsini şəxsi təşəbbüsləri ilə ödəmək istəmişlər. Ancaq bank filialının harada olmasını, hansı qaydada kreditin qalan hissəsini ödəməli olmalarını bilməmişlər, bankın əməkdaşları ilə əlaqə saxlaya bilməmişlər. Ünvanları, telefon nömrələri bank filialının əməkdaşlarında olduğu halda bu illər ərzində, yəni 3,6 il müddətində bankın, bank filialının hər hansı əməkdaşı onlarla maraqlanmamış, onlarla əlaqə saxlamamışlar. Hazırkı iddia ərizəsini alandan sonra 2023-cü il 22 noyabr tarixində ƏSF-ya müraciət etmiş, bildirmişlər ki, bank bağlanan zaman cəmiyyətin 9.745,10 ABŞ dolları kredit borcu, MMC-nin ASC-nin Sumqayıt filialındakı hesablarında isə 226.355,56 manat, 1.352,94 manat, 57.107 ABŞ dolları vəsaiti olmuşdur. Yəni, həmin vaxt kreditin ödənilməməsinin səbəbi, bankın bağlanması ilə bağlı, bank filialının hesablarının, hesabdakı pulların dondurulması olmuşdur. Ona görə də xahiş etmişlər ki, MMC-nin kredit borcunu, cəmiyyətin ASC-nin Sumqayıt filialındakı hesablarından silinsin. Ona görə də iddiaçının faizlərlə bağlı hesablamaları əsassızdır və məhkəmə tərəfindən təmin edilə bilməz.

23. Həmçinin qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir ki, 2020-ci il 24 aprel tarixində köçürmə ərizəsi ilə ASC-nin Sumqayıt filialına müraciət edərək MMC-nin bağlamış olduğu müqavilə əsasında 57.021,10 ABŞ dollarını OOO "xxxx"-ya (Rusiya Federasiyası Volqaqrad vilayəti) ASC-nin Sumqayıt filialındakı AZ29AMRA******************** hesabından köçürülməsini filiala həvalə etmişdir. ASC-nin Sumqayıt filialının 2020-ci il 24 aprel tarixli möhürlə qəbul etdiyi sənədə əsasən 57.021,10 ABŞ dolları guya, Rusiya Federasiyasının Volqaqrad vilayətində yerləşən OOO "xxxx"-ya məxsus banka göndərilmişdir. Bir müddət keçmiş, Rusiya Federasiyasının Volqaqrad vilayətindən onlara məlumat verilmişdir ki, danışdıqları halda onlara göndərməli olduqları 57.021,10 ABŞ dolları onlara göndərilməmişdir. Bu səbəbdən onlarla əməkdaşlıqlarına xitam verirlər və bütün işgüzar əlaqələrini kəsirlər. Onlar ASC-nin Sumqayıt filialına gəlib cəmiyyətin bankda olan hesabından göndərilmiş 57.02 1,10 ABŞ dollarının hansı səbəbdən sahibinə çatmamasını aydınlaşdırmışlar. Onlara bildirmişlər ki, bank 2020-ci il 28 aprel tarixində bağlanmışdır. Halbuki onlar 57.021,10 ABŞ dollarını 2020-ci il 24 aprel tarixində göndərmişlər və bank onlara pulların 2020-ci il 24 aprel tarixində qəbuluna dair təsdiqedici sənədlər vermişdir. Beləliklə, cəmiyyətə məxsus 57.021,10 ABŞ dolları ASC-nin Sumqayıt filialının təqsiri ucbatından itirilmişdir. Ona görə də MMC-nin ASC-nin Sumqayıt filialındakı bank hesabında olan 226.355,56 manat pulla bərabər ASC-nin təqsiri ucbatından itirdiyi, ünvana çatmayan, cəmiyyətə maddi ziyan vurulmasına səbəb olmuş 57.109,18 ABŞ dolları hazırkı iş üzrə iddiaçı ASC-nin ləğvedicisi ƏSF-dan məhkəmə qaydasında tələb olunmalıdır.

24. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 29 may tarixli e-2-2(115)-373/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ASC ilə MMC arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 9.745,10 ABŞ dolları kredit borcunun, 1.343,96 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11.089,06 ABŞ dolları borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 210 manat mediasiya xərcinin və 123,17 manat dövlət rüsumunun MMC-dən tutularaq ASC-yə ödənilməsi, ilkin iddianın qalan hissəsinin təmin edilməməsi; qarşılıqlı iddianın qismən təmin edilməsi, ASC-dən 57.109,18 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 381,26 manat dövlət rüsumunun tutularaq MMC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi qət olunmuşdur (haki m - G.Quliyeva).

25. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, MMC ilə ASC arasında 2020ci il 24 fevral tarixində kredit müqaviləsi bağlanmış, borcalana illik faiz dərəcəsi 7.5% olmaqla 11 ay müddətinə 29.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin ASC ilə A.Bayraməliyev və L.Şahbazova arasında ayrı-ayrılıqda 2020-ci il 7 fevral tarixində güvən əmanət müqaviləsi bağlanılmış, bank hər birinin hesabına 17.600 ABŞ dolları məbləğində vəsaiti qəbul etmişdir. MMC ilə ASC arasında 2020-ci il 24 fevral tarixində bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq bank, kredit alan və əmanətçilər arasında 2020ci il 24 fevral tarixində əmanət girovu müqavilələri bağlanmışdır. Kredit müqaviləsinə əsasən verilmiş kreditin 19.754,90 ABŞ dolları hissəsi 2020-ci il 29 m art tarixində konvertasiya edilmiş, müqavilə üzrə MMC-nin 9.745,10 ABŞ dolları əsas borcu qalmışdır. ASC məhkəmə qərarı ilə 2020-ci il 30 aprel tarixində müflis elan edilmiş, ƏSF ləğvedicisi təyin edilmişdir. MMC-nin LPO ASC-yə 9.745,10 ABŞ dolları əsas kredit borcunun olması iş materialları və tərəflərin nümayəndələrinin izahatları ilə təsdiq edilir. Ona görə də ilkin iddia üzrə iddiaçının əsas borcun ilkin iddia üzrə cavabdehdən tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.

26. İlkin iddia tələbində həmçinin müqavilə müddətinə hesablanmış 1.343,96 ABŞ dolları faiz borcu, həmçinin müqavilə müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış 1.328,40 ABŞ dolları faiz borcunun ilkin iddia üzrə cavabdeh MMC-dən tutulması xahiş edilmişdir.

27. Məhkəmə müqavilə üzrə hesablanmış faiz borcunun da ilkin iddia üzrə cavabdehdən tutulması hissəsini əsaslı hesab etmiş və təmin olunmalı olması qənaətinə gəlmişdir. Belə ki, MMC-nin nümayəndələri əsas borcun böyük qisminin onların bankda olan hesabından kredit müqaviləsi bağlandıqdan qısa bir müddət sonra silinməsini, həmin silinmə aparılarkən bankın borcun tam hissəsini silmək səlahiyyətində olduğunu, habelə əmanətçilərin hesabda olan vəsaitlərindən silmək səlahiyyətində olduğunu, lakin silmədiyini, sonradan isə ləğvediciyə borcun onların bank hesabında olan vəsaitlərlə əvəzləşdirilməsi üçün müraciət etdiyini, lakin əvəzləşdirilmədiyini bildirmişdir.

28. Məhkəmə qeyd edilənlərlə bağlı bildirmişdir ki, kredit müqaviləsi 2020-ci il 24 fevral tarixində illik faiz dərəcəsi 7,5% olmaqla 11 ay müddətinə bağlanılmış, həmin müddə tdə tərəflər verilmiş kredit məbləğinin və ona hesablanacaq faizlərin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Kredit müqaviləsi üzrə kredit məbləğinin tam və ya hər hansı hissəsinin borcalanın bankda olan hesabından silmək bankın hüququ olmuşdur ki, bank 19.754,90 ABŞ dolları hissəsini silmiş, 9.745,10 ABŞ dolları hissəsi isə qalmışdır. Borcun qalması MMC-yə məlum idi, ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə əsasən faiz məbləğinin hesablanacağını bilirdi. Həmçinin MMC-nin nümayəndəsi bank ləğv olunmamışdan qabaq yəni, kredit məbləğinin bir hissəsinin silinməsi vaxtı, 2020-ci il 29 mart tarixində məbləğin məhz borcalanın bankda hesabında olan vəsait hesabına ödənilməsi ilə bağlı banka özü müraciət etdiyini qeyd etmişdir. Lakin borc məbləğinin tam olaraq və ya qismən əvəzləşdirilməsi üçün müraciət etdiyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, müqavilə müddətinə hesablanmış 1.343,96 ABŞ dolları faiz borcu da ilkin iddia üzrə cavabdehdən tutulmalıdır və bu hissədə də ilkin iddiaçının tələbi əsaslıdır. İlkin iddianın müqavilə müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış 1.328,40 ABŞ dolları faiz borcunun tutulması ilə bağlı məhkəmə bildirmişdir ki, borc alan MMC-nin həmin məbləğdə zərərin yaranmasında və ya artmasında hər hansı təqsiri olmamışdır.

29. Yuxarıda da qeyd edildiyi kimi, bank verdiyi kredit məbləğinin böyük bir qismini krediti verdiyi vaxtdan qısa bir müddət sonra, yəni 2020-ci il 29 mart tarixində borc alanın bankda olan hesabından silmiş, borcun qalan hissəsinin də eyni qaydada silmək ixtiyarı olmu ş, lakin silməmişdir. Belə ki, iş materiallarında olan borcalanın hesabdan çıxarışından görünür ki, 2020-ci il 29 mart tarixindən bankın ləğv edildiyi 2020-ci il 30 aprel tarixinədək bank hesabında qalan borc məbləği həddində vəsait olmuşdur. Bundan başqa, kreditin təminatı olaraq əmanətçilərin bank hesabında girov qoyulmuş vəsaiti olmuşdur. Girov saxlayan tələblərinin tam həcimdə ödənilə biləcək məbləğdə pul vəsaitlərinin akseptsiz qaydada silinmək hüququ olmuşdur. Əmanətçilərin bank hesabında olan və girov qoyulmuş vəsaitləri isə 2020-ci il 7 iyul tarixində əmanətçilərin özlərinə ödənilmişdir. Girov qoyulmuş məbləğləri girov qoyanlara qaytararkən girov saxlayan kredit borcunun bir hissəsinin ödənilməməsini nəzərə almamış, həmin məbləğdən borcu silmək hüququ olsa da, bunu etməmişdir.

30. Bundan başqa, borcalan qalan borc məbləğinin bankda dollar, manat və kart hesabında olan vəsaitlərlə əvəzləşdirilməsi üçün dəfələrlə ləğvediciyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, müqavilə müddəti bitəndən sonra zərərin yaranmasında və ya artmasında borcalanın hər hansı təqsiri olmamışdır. Həmin hissədə ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir.

31. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, "xxxx" Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməli, bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialara isə iddia icraatı qaydasında baxılmalıdır. İşdə olan sənədlərdən görünür ki, MMC tərəfindən ASC-nin Sumqayıt filialın a 2020-ci il 24 aprel tarixində 57.021,10 ABŞ dolları məbləğində vəsaitin OOO "xxxx"-ya Volgogradskaya oblast, Svetliy Yar, Rusiya ünvanına köçürülməsinə dair tapşırıq verilmiş, bank tapşırığı qəbul etmiş, həmin tapşırıq icra edilməmiş və vəsait ünvana çatdırılmamışdır. 2020-ci il 28 aprel tarixində köçürülməsi nəzərdə tutulan 57.021,10 ABŞ dolları vəsait və 85,53 ABŞ dolları köçürməyə görə ödənilmiş xidmət haqqı, cəmi 57.109,18 ABŞ dolları (97.081,27 manat) məbləğində vəsait MMC-nin hesabına qaytarılmışdır. Hazırkı mübahisə məhz 2020-ci il 24 aprel tarixdə verdiyi ödəniş tapşırığının bank tərəfindən icra edilməməsi ilə bağlı yaranmışdır. Yəni, MMC ASC-yə bankın Sumqayıt filialında dollar hesabındakı 57.021,10 ABŞ dollarının 2020-ci il 24 aprel tarixində OOO "xxxx"-ya köçürülməsi ilə bağ lı olmuş, bank köçürməni qəbul etmiş, lakin köçürmələri yerinə yetirməmişdir.

32. ASC Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli qərarı ilə müflis elan olunmuş, iflas proseduruna başlanılması qərara alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı məlum köçürmə tapşırıqlarını verərkən (2020-ci il 24 aprel tarixində) ASC hələ müflis elan olunmamışdır. Bu baxımdan, iddiaçının həmin vəsaitin geri qaytarılmasına dair tələbinin qanuni əsasını "xxxx" Qanunun 73.1 və 73.1.1-ci maddələri təşkil edir. "xxxx" Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinin məzmunundan aydın olur ki, bu Qanunun 72.1-ci maddəsinin (bankın müflis elan olunmasının nəticələri) müddəalarından asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun.

33. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, MMC 57.109,18 ABŞ dolları vəsaiti ləğv prosesində olan ASC-dən tələb etməkdə haqlıdır və qarşılıqlı iddia həmin hissədə təmin edilməlidir.

34. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 567, 739.1, 739.2-ci; "xxxx" Qanunun 73.1, 76-82 və 87-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü ma ddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”” 2017-ci il 13 iyun tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.3 və 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

35. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən - ilkin iddia tələbinin təmin edilməmiş illik 5 faiz borcun tutulması hissəsində ləğv edilməsini, ilkin iddia tələbinin həmin hissədə tam təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

36. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 sentyabr tarixli 2-2(104)-173/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə, yəni, kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış 1.328,40 ABŞ dolları faiz borcunun tutulması tələbinə dair ilk iddianın təmin edilmədiyi və qarşılıqlı iddianın təmin edildiyi hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – A.Bayramov, hakimlər – A.İsgəndərova və R.Mamedov).

37. Məhkəmə kollegiyası ASC-nin illik 5%-lə əsas borca hesablanmış 1.328.40 ABŞ dollarının MMC-dən tutulmasına dair tələbinə münasibətdə bildirm işdir ki, borc alan MMC-nin həmin məbləğdə zərərin yaranmasında və ya artmasında hər hansı təqsiri olmamışdır. Belə ki, 2020-ci il 24 fevral tarixli kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 7,5% olmaqla 11 ay müddətinə verilmiş 29.500 ABŞ dolları məbləğində kreditin 19.754,90 ABŞ dolları hissəsi qısa müddət sonra 2020-ci il 29 mart tarixində borc alan MMC-nin bankda olan hesabından konvertasiya edilmişdir. Borcun konvertasiya edildiyi vaxt borcverən tərəfindən borcun qalan hissəsində eyni qaydada silməyə ixtiyarı olsa da, qalan borc silinməmişdir. İş materiallarında olan borcalanın hesabdan çıxarışından görünür ki, borcun qalan 9.745,10 ABŞ dolları məbləğindəki hissəsini ödəməyə yetərli olacaq məbləğ borcun 19.754,90 ABŞ dolları hissəsinin konvertasiya edildiyi 2020-ci il 29 mart t arixindən bankın ləğv edildiyi 2020-ci il 30 aprel tarixinədək müddətdə bank hesabında olmuşdur.

38. Bununla yanaşı iş materiallarında görmək olur ki, götürülmüş kreditin təminatı olaraq əmanətçilər A.Bayraməliyevin və L.Şahbazovanın hər birinin hesabında 17.600 ABŞ dolları məbləğində vəsait olmuşdur ki, girov saxlayan tələblərinin tam həcimdə ödənilə biləcək məbləğdə pul vəsaitini akseptsiz qaydada silmək hüququna malik olsa da, əmanətçilərin bank hesabında olmuş və girov qoyulmuş vəsaitlər 2020-ci il 7 iyul tarixində əmanətçilərin özlərinə ödənilmişdir.

39. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, götürülmüş kreditin təminatı olaraq girov qoyulmuş məbləğ girov qoyanlara qaytarıldığı zaman girov saxlayan kredit borcunun bir hissəsinin ödənilməməsini nəzərə almamış, borcu n qalan 9.745,10 ABŞ dolları hissəsini silmək hüququna malik olsa da, bunu etməmişdir. Borcalan qalan borc məbləğinin bankda olan dollar, manat və kart hesabında olan vəsaitlərlə əvəz edilməsi üçün dəfələrlə ləğvediciyə müraciət etsə də, qeyd olunan borc məbləği borcalanın bankda olan vəsaitlərindən silinməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilə müddəti bitəndən sonra zərərin yaranmasında və ya artmasında borcalanın hər hansı bir təqsiri olmadığından iddiaçının bu hissədə apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.

40. Digər tərəfdən, 2020-ci il 30 aprel tarixində bank müflis elan edilmiş, bank ləğv edildiyi tarixdə hazırkı kredit müqaviləsinin icra müddəti başa çatmamışdır. Bankın ləğv edildiyi tarixdən sonra isə iddiaçının bank kimi fəaliyyəti m övcud olmadığından, onun hər hansı gəlir (fayda) əldə etməsi mümkün deyildir. Belə olan vəziyyətdə iddiaçının kredit müqaviləsi bitdikdən sonra əldən çıxmış fayda kimi əsas borca hesablanmış 5 faiz məbləğində borcun tələb etməsinin hüquqi əsası yoxdur.

41. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin digər dəlilinə yəni, 57.109.18 ABŞ dollarına aid hissədə qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, MMC tərəfindən ASC-nin Sumqayıt filialına 2020-ci il 24 aprel tarixində 57.021,10 ABŞ dolları məbləğində vəsaitin OOO "xxxx"-ya Volgogradsakaya Oblast, Svetliy Yar, Rusiya ünvanına köçürülməsinə dair tapşırıq verilmiş, bank tapşırığı qəbul etmiş, həmin tapşırıq icra edilməmiş və vəsait ünvana çatdırılmamışdı r. 2020-ci il 28 aprel tarixində köçürülməsi nəzərdə tutulan 57.021,10 ABŞ dolları vəsait və 85,53 ABŞ dolları köçürməyə görə ödənilmiş xidmət haqqı, cəmi 57.109,18 ABŞ dolları (97.081,27 manat) məbləğində vəsait MMC-nin hesabına qaytarılmışdır.

42. Hazırkı mübahisə məhz 2020-ci il 24 aprel tarixində verdiyi ödəniş tapşırığının bank tərəfindən icra edilməməsi ilə bağlı yaranmışdır. Yəni, MMC ASC-yə bankın Sumqayıt filialında dollar hesabındakı 57.021,10 ABŞ dollarının 2020-ci il 24 aprel tarixində OOO "xxxx"-ya köçürülməsi ilə bağlı olmuş, bank köçürməni qəbul etmiş, lakin köçürmələri yerinə yetirməmişdir. ASC Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli qərarı ilə müflis elan olunmuş, iflas proseduruna başlanılması qərara alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı məlum köçürm ə tapşırıqlarını verərkən (2020-ci il 24 aprel tarixində) ASC hələ müflis elan olunmamışdı. Bu baxımdan, iddiaçının həmin vəsaitin geri qaytarılmasına dair tələbinin qanuni əsasını "xxxx" Qanunun 73.1 və 73.1.1-ci maddələri təşkil edir. Odur ki, cavabdeh MMC qeyd edilən pul vəsaitini mülki icraat qaydasında mübahisələndirməklə tələb etməkdə haqlı olmuşdur.

43. Apellyasiya instansiya məhkəməsi mövqeyini MM-in 385.1, 386.1, 389.1, 390.2, 399.1, 404.1, 404.2, 405.1, 405.2, 406.1, 406.3, 407.1, 445.5, 445.7, 739.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına; MPM-in 14.1, 77.1, 78.1, 80, 88, 106.1, 21 7.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

44. İddiaçı ASC kassasiya şikayəti və sonradan ona əlavə verərək qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin tam təmin edilməsi (təmin edilməmiş illik 5 faiz), qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin və ona əlavənin dəlilləri 45. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarı üzrə - Borclunun kreditorun pul vəsaitlərini özündə saxlamasından və ya istifadə etməsindən asılı olmayaraq illik 5 faiz üçün əldən çıxmış faiz məbləğini də ödə məyə borcludur.

46. MM-in 445.1-445.9-cu maddələri üzrə - Qanunvericiliyin mövqeyindən də aydın olur ki, gecikdirilmiş kredit borcuna görə, borclu illik minimum faiz məbləğini kreditora ödəməyə borcludur. Qeyd olunanlara əsasən, əldən çıxmış faiz məbləğinin kreditor təşkilatın aktiv və ya passiv fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur və borclunun statusu dəyişməz olaraq qaldığı üçün kredit öhdəliyində də hər hansı üstünlükdən söhbət gedə bilməz.

47. Azərbaycan Respublikası Banklar haqqında Qanununun 81.4-cü maddəsi üzrə Maddənin məzmunundan aydın olur ki, qanunvericilik ləğvedicinin üzərinə yalnız təminatlı kreditor tələblərini növbədənkənar ödənilməsi öhdəliyini qoyub. Yəni, digər tələblər müvafiq növbəlilik cədvəli əsasında Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının təsdiq etdi yi bankın müvafiq ləğv planına əsasən həyata keçirilir.

48. Banklar haqqında Qanununun 87.3-cü maddəsi üzrə - Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Nəzərə almaq lazımdır ki, ləğv prosesində olan bankların işinə baxan aidiyyəti məhkəmənin MMC-yə aid bankın hesablarında olan vəsaitlərin növbəlilik əsasında verilməsi barədə müvafiq qərarın və kreditor tələbinin qeydə alınmasına dair qəbzin olmasına baxmayaraq, qarşı tərəfin ayrıca iddia tələbi əsasında məhkəmə mübahisəsi açmağı əsassız və qanuna ziddir.

49. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə kollegiyası iş materiallarında olan kredit və maliyyə sənədlərinə əsasən, borclunun kreditor qarşısında əldən çıxmış faydanın hüquqi mahiyyətini nəzərə almamış və illik 5 faiz üçün sübutl arın mövcudluğu baxımından iddianın əsaslılığına düzgün qiymət verməmişdir. Həmçinin qarşılıqlı iddia tələbini irəli sürmüş MMCnin kreditor tələblərinin qeydə alınması və onun növbəlilik siyahısına daxil edilməsi məhkəmə tərkibi tərəfindən nəzərə alınmamış, iş materiallarında olan sənədlər mötəbər sübut kimi nəzərə alınmamışdır. Yəni, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.

50. Kassasiya şikayətinə əlavədə aşağıdakılar qeyd edilmişdir:

51. Gəncə Apellyasiya Məhkəməsi qarşılıqlı iddianı təmin edərkən "xxxx" Azərbaycan Respublikası Qanununun 73.1.1-ci maddəsinə yəni “ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab e dilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun” istinad etmişdir. Lakin tətbiq edilən hüquq norması bu işə münasibətdə düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X4 2024-cü il 13 mart tarixli 12/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın 8.7-ci bəndinə əsasən “Ödəyici pul köçürməsi üzrə pul vəsaitinin vəsait alan tərəfindən alındığı ana qədər pul köçürməsi üzrə sistemin qaydaları ilə dəyişdirilməsinə icazə verilən rekvizitlərdə dəyişiklik edə və ya geri göt ürə bilər.” X5 İdarə Heyətinin 2016-ci il 18 iyul tarixli 33/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 3.3-cü bəndinə əsasən “iştirakçı tərəfindən göndərilən ödəniş sənədi iştirakçının hesabından vəsaitin silindiyi andan etibarən gerigötürülməz və onun şərtsiz tapşırığı kimi qəbul edilir.”

52. Bundan əlavə, ödəniş tapşırığının verilmə tarixinə nəzər yetirsək görərik ki, tapşırıq 2020-ci il 24 aprel tarixində verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 aprel tarixli 2-3(103)-125/2020 nömrəli qərarına əsasən bankın öhdəlikləri üzrə ödənişlərin icrasına moratorium tətbiq edilmişdir. Həmin qərardadın təsviri hissəsindən müəyyən edilir ki, Mərkəz i Bankın 2020-ci il 27 aprel tarixli 19 nömrəli qərarına əsasən İddiaçı ASC-yə 2 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdir. 2020-ci il 24 aprel tarixi isə təqvim günü olaraq həftənin cümə gününə təsadüf etmiş və ertəsi iş günü, yəni bazar ertəsi 2020-ci il 27 aprel tarixində banka müvəqqəti inzibatçı təyin edilmişdir, bununla da bankın idarəetmə orqanlarının bütün səlahiyyətləri müvəqqəti inzibatçıya həvalə edilmişdir. "xxxx" Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən müvəqqəti inzibatçı ödənişlərin icrasını və digər münasibətləri istənilən zaman icra edilən anadək istənilən zaman dayandırmaq səlahiyyətinə malikdir. Həmçinin ödəniş tapşırıqlarının icrası bankda likvidlik çatışmazlığı səbəbindən baş tuta bilməzdi. Ödəniş tapşırığının icrası üçün bankın Mərkəzi Bankda o lan hesabında vəsait olduğu təqdirdə reallaşdırıla bilərdi ki, bu isə likvid çatışmazlığı səbəbindən bankın müflis elan edilməsinə nəzərən mümkün hesab edilmirdi.

53. Əlavə olaraq qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 10 fevral tarixli 2-3.1(103)-1/2022 nömrəli qərardadına əsasən ləğv prosesində olan İddiaçı ASC-nin kreditorlarının qəbul və etiraz edilmiş reyestrləri təsdiq edilərək qanuni qüvvəsini almışdır. Hazırkı iş üzrə ilkin iddia üzrə cavabdehin banka qarşı kreditor tələbi 2020-ci il 15 may tarixində 0149 nömrəli qəbzlə 227.708,50 manat və 57.109,18 ABŞ dolları olaraq ləğvedici tərəfindən qeydə alınmış və məhkəmənin müvafiq qərardadına əsasən qəbul edilmiş tələblər siyahısında təsdiq edilmişdir. Yəni mübahisə predmeti olan vəsait kredi tor tələbi qeydə alınaraq qəbul edilmiş tələblərin siyahısında öz əksini tapmışdır. Faktiki olaraq qanuni qüvvəsini almış məhkəmə qərardadının ziddinə hazırkı qətnamə qəbul edilmişdir.

54. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131.1-ci maddəsinin tələbinə əsasən "xxxx" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərə findən baxılır. Həmin Məcəllənin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİİİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur.

55. Göründüyü kimi məhkəmə işə baxarkən aidiyyət qaydasına məhəl qoymamış və hissələri ümumiyyətlə araşdırmamışdı r. Göstərilən hallardan belə nəticəyə gəlmək olar ki, məhkəmə yekun akt qəbul edərkən işə tam səthi yanaşaraq maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

56. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən kassasiya şikayətində qeyd olunan “kreditor tələblərinin qeydə alınması və onun növbəlilik siyahısına daxil edilməsi məhkəmə tərkibi tərəfindən nəzərə alınmamış, iş materiallarında olan sənədlər mötəbər sübut kimi nəzərə alınmamışdır” hissəsində göstərilən dəlil öz mötəbərliyini sübut etmir. MMC tərəfindən məhkəməyə kifayət qədər sübut təqdim olunmuşdur ki, bu da aşağı instansiya məhkəmələri tərəfindən sübut kimi qəbul edilərək, həmin sübutlar əsasında qərar qəbul olunmuşdur. Be lə olduğu təqdirdə MMC, ASC tərəfindən qaldırılmış iddia tələbini əsassız və kassasiya şikayətində göstərilən dəlillər sadəcə formal xarakter daşıdığını hesab edir.

57. Həmçinin hazırkı kassasiya şikayətinin digər dəlili gecikdirilmiş vaxt üçün illik 5 faizin ödənilməsidir. Tələb olunan məbləğin miqdarı 1.328,40 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankın hazırkı günə olan məzənnəsinə uyğun olaraq tələb olunan məbləğin manat ekvivalenti MPM-in 402.1-ci maddəsinin tələblərinə ziddir. Belə olduğu halda, iddiaçının kassasiya şikayətində göstərmiş olduğu həmin dəlil əsassız və qanunvericiliyin tələblərini pozularaq verilmişdir. Kassasiya baxışının hədləri

58. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məh kəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

59. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

60. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə ol malıdır....” “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır....” “Maddə

390. Müqavilə azadlığı... 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir....” “Maddə

399. Müqav ilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqav ilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə

406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.... 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin müb adiləsi yolu ilə bağlana bilər. Maddə

407. Müqavilənin bağlanması anı 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.... 445.7 (zamana görə qüvvədə olan redaksiya). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalan a) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” 61. "xxxx" Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

73. Ödəniş sistemlərində hesablaşmaların qətiliyi 73.1. Bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: 73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənəd ək gerigötürülməz olsun;...”

62. Azərbaycan Respublikası Mərkəzi X4 2024-cü il 13 mart tarixli 12/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 8.7. Ödəyici pul köçürməsi üzrə pul vəsaitinin vəsait alan tərəfindən alındığı ana qədər pul köçürməsi üzrə sistemin qaydaları ilə dəyişdirilməsinə icazə verilən rekvizitlərdə dəyişiklik edə və ya geri götürə bilər....”

63. Azərbaycan Respublikası Mərkəzi X4 2013-cü il 19 sentyabr tarixli 19/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın (zamana görə qüvvədə olan) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 4.5. Kağız və ya elektron for mada təqdim olunan ödəniş sənədlərinin geri götürülməsi ödəniş sisteminin qaydaları nəzərə alınmaqla bank hesabı müqaviləsi ilə tənzimlənir....”

64. Azərbaycan Respublikası Mərkəzi X4 2016-ci il 18 iyul tarixli 33/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. iştirakçı - AZİPS, XÖHKS və AÖS-də (bundan sonra birlikdə - sistemlər) ödəniş əməliyyatları həyata keçirən bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən bank hesablarına xidmət göstərilən digər hüquqi şəxs və AZİPS-ə qoşulmuş bank vasitəsilə likvi dliyin təmin edilməsi yolu ilə AÖS-də əməliyyatların həyata keçirilməsində iştirak edən hüquqi şəxs;... 3.3. İştirakçı tərəfindən göndərilən ödəniş sənədi iştirakçının hesabından vəsaitin silindiyi andan etibarən gerigötürülməz və onun şərtsiz tapşırığı kimi qəbul edilir....” 65. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizl ərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.... banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli g əlir....”

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir....Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi, onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənəd ək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “... müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. "xxxx" Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır....”

68. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsiplə ri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər tə qdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüv vəsi yoxdur.” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları müvafiq 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən qismən əsaslı hesab edir.

70. Apellyasiya instansiyası məhkəməsinin ilk iddianın 5%-lə əsas borca hesablanmış faiz borcunun tutulmasına dair tələbinin əsassızlığı ilə bağlı mövqeyi mahiyyət etibarilə ondan ibarət olmuşdur ki, borcun 2020-ci il 29 mart tarixində konvertasiya edildiyi vaxt borcverən tərəfindən borcun qalan hissəsində bank hesabındakı vəsaitdən eyni qaydada silməyə ixtiyarı olsa da, qalan borc silinməmişdir. Bununla yanaşı, girov saxlayan tələblərinin tam həcimdə ödənilə biləcək məbləğdə pul vəsaitini akseptsiz qaydada silmək hüququna malik olsa da, əmanətçilərin bank hesabında olmuş və girov qoyulmuş vəsaitlər 2020-ci il 7 iyul tarixində əmanətçilərin özlərinə ödənilmişdir. Borcalan qalan borc məbləğinin bankda olan dollar, manat və kart hesabında olan vəsaitlərlə əvəz edilməsi üçün dəfələrlə ləğvediciyə müraciət etsə də, qeyd olunan borc məbləği borcalanın bankda olan vəsaitlərindən silinməmişdir. Belə olan halda, müqavilə müddəti bi təndən sonra zərərin yaranmasında və ya artmasında borcalanın hər hansı bir təqsiri olmadığından iddiaçının bu hissədə apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Digər tərəfdən, 2020-ci il 30 aprel tarixində bank müflis elan edilmiş, bank ləğv edildiyi tarixdə hazırkı kredit müqaviləsinin icra müddəti başa çatmamışdır. Bankın ləğv edildiyi tarixdən sonra isə iddiaçının bank kimi fəaliyyəti mövcud olmadığından, onun hər hansı gəlir (fayda) əldə etməsi mümkün deyildir. Belə olan vəziyyətdə iddiaçının kredit müqaviləsi bitdikdən sonra əldən çıxmış fayda kimi əsas borca hesablanmış 5 faiz məbləğində borcun tələb etməsinin hüquqi əsası yoxdur.

71. Əvvəla, məhkəmə kollegiyası bankın ləğv edildiyi tarixdən sonra iddiaçının bank kimi fəaliyyəti mövcud olmadığından, onun hər hansı gəli r (fayda) əldə etməsinin mümkün olmamasına, belə olan vəziyyətdə iddiaçının kredit müqaviləsi bitdikdən sonra əldən çıxmış fayda kimi əsas borca hesablanmış 5 faiz məbləğində borcun tələb etməsinin hüquqi əsasının olmamasına dair məhkəmənin mövqeyi ilə aşağıdakı səbəbdən razılaşmadığını qeyd edir.

72. Faiz bir qayda olaraq kreditorun pul vəsaitindən istifadə edilməsinin qarşılığı kimi hesablanan məbləğdir. Kredit borcuna hesablanması mümkün olan faizlər mahiyyət etibarilə bir-birindən fərqlənir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi qüvvədə olduğu dövrdə həmin əqdlə razılaşdırılmış müqavilə faizi (əsas kapitaldan istifadə faizi) və müqavilə ləğv edildikdən sonra tələb edilən gecikdirmə faizi (MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faiz – bax § 60) fərqləndirilir.

73. Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2023-cü il 29 mart tarixli Qərarında (bax § 66) kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin ipoteka predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd etmişdir ki, “müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir....Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi, onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş f aiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.

74. Sözügedən qanun normasından və Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən aydın olur ki, MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faiz kredit müddəti bitdikdən sonra pulun gecikdirilməsi ilə bağlı dəyən zərərə görə, əlavə sübutetməyə ehtiyac olmadan faizlə hesablanan əvəzdir.

75. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin zərəri “gəlir (fayda)” kimi qiymətləndirməklə səhvə yol vermişdir.

76. Bundan başqa, məhkəmə kollegiyası girov saxlayanın tələblərinin tam həcimdə ödənilə biləcək məbləğdə pul vəsaitini girov qoyulmuş əmanətlərdən akseptsiz qaydada silmək hüququna malik olsa da, bu hüquqdan istifadə etməməsinə dair məhkəmənin mövqeyi ilə aşağıdakı səbəbdən r azılaşmır.

77. MM-in 295-ci maddəsinə (bax § 60) görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

78. Göründüyü kimi, girov saxlayan kimi bankın girov qoyulmuş əmanətə müvafiq hallarda tutma yönəltmək imkanına malik olması bankın vəzifəsi deyil, hüququdur. Hazırkı halda isə bank bu hüququndan istifadə etməmişdir.

79. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müqavilə müddəti bitəndən sonra zərərin yaranmasında və ya artmasında borcalanın hər hansı bir təqsiri olmamasına dair mövqeyini əsaslı hesab edir.

80. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, bank verdiy i kredit məbləğinin böyük bir qismini krediti verdiyi vaxtdan qısa bir müddət sonra, yəni 2020-ci il 29 mart tarixində borc alanın bankda olan hesabından silmiş, borcun qalan hissəsinin də eyni qaydada silmək ixtiyarı olmuş, lakin silməmişdir. Belə ki, iş materiallarında olan borcalanın hesabdan çıxarışından görünür ki, 2020-ci il 29 mart tarixindən bankın ləğv edildiyi 2020-ci il 30 aprel tarixinədək bank hesabında qalan borc məbləği həddində vəsait olmuşdur.

81. O da qeyd olunmalıdır ki, borcun qalan hissəsinin cavabdehin bankdakı hesabından silinməməsnin səbəbləri barədə iddiaçı tərəfin işə baxan məhkəmələrə hər hansı ağlabatan izahat verməsi iş materiallarından görünmür.

82. Odur ki, məhkəmə kollegiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin ilk iddianın 5%-lə əsas borca hesab lanmış faiz borcunun tutulmasına dair tələbinin əsassızlığı ilə bağlı gəldiyi yekun nəticəni əsaslı hesab edir, bu səbəbdən də kassasiya şikayətinin müvafiq dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

83. Bununla belə, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissəsində məhkəmə kollegiyası aşağıdakı səbəblərdən kassasiya şikayətinin dəlillərinin qismən əsaslı olması qənaətindədir.

84. İş üzrə qəbul edilmiş məhkəmə qətnamələrində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçı bankın Sumqayıt filialına 2020-ci il 24 aprel tarixində 57.021,10 ABŞ dolları məbləğində vəsaitin OOO VTK-ya Volgogradsakay Oblast. Svetliy Yar. Russia ünvanına köçürülməsinə dair tapşırıq verilmiş, bank tapşırığı qəbul etmiş, həmin tapşırıq icr a edilməmiş və vəsait ünvana çatdırılmamış, 2020-ci il 28 aprel tarixində köçürülməsi nəzərdə tutulan 57.021,10 ABŞ dolları vəsait və 85,53 ABŞ dolları köçürməyə görə ödənilmiş xidmət haqqı, cəmi 57.109,18 ABŞ dolları (97.081,27 manat) məbləğində vəsait cavabdehin hesabına qaytarılmışdır.

85. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə və "xxxx" Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinə istinad edərək qarşılıqlı iddianın qismən əsaslı olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. 86. "xxxx" Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinin (bax § 61) məzmunundan aydın olur ki, bu Qanunun 72.1-ci maddəsinin (bankın müflis elan olunmasının nəticələri) müddəalarından asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun.

87. Apellya siya instansiyası məhkəməsinin qənaətinin qanuni və əsaslı olubolmamasının müəyyən edilməsi üçün hazırkı halda cavabdehin ödəniş tapşırığının iddiaçı bankın müflis elan olunmasına dair qərar qəbul edilənədək gerigötürülməz olub-olmamasına düzgün hüquqi qiymət verilməlidir.

88. Azərbaycan Respublikası Mərkəzi X4 2024-cü il 13 mart tarixli 12/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın 8.7-ci bəndinə (bax § 62) əsasən, ödəyici pul köçürməsi üzrə pul vəsaitinin vəsait alan tərəfindən alındığı ana qədər pul köçürməsi üzrə sistemin qaydaları ilə dəyişdirilməsinə icazə verilən rekvizitlərdə dəyişiklik edə və ya geri götürə bilər.

89. Həmçinin zamana görə qüvvədə olan Azərbaycan Respublikası Mərkəzi X4 2013cü il 19 sentyabr tarixli 19/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 4.5-ci bəndinə (bax § 63) əsasən, kağız və ya elektron formada təqdim olunan ödəniş sənədlərinin geri götürülməsi ödəniş sisteminin qaydaları nəzərə alınmaqla bank hesabı müqaviləsi ilə tənzimlənir.

90. İstinad olunan normalardan aydın olur ki, müvafiq hallarda ödəniş tapşırığının (sifarişinin, sərəncamının) geri götürülməsi mümkündür.

91. Azərbaycan Respublikası Mərkəzi X4 2016-ci il 18 iyul tarixli 33/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 3.3-cü bəndinə (bax § 64) əsasən, iştirakçı tərəfindən göndərilən ödəniş sənədi iştirakçının hesabından vəsait in silindiyi andan etibarən gerigötürülməz və onun şərtsiz tapşırığı kimi qəbul edilir.

92. Sözügedən “iştirakçı” həmin Qaydaların 2.1.1-ci bəndində (bax § 64) “AZİPS, XÖHKS və AÖS-də (bundan sonra birlikdə - sistemlər) ödəniş əməliyyatları həyata keçirən bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən bank hesablarına xidmət göstərilən digər hüquqi şəxs və AZİPS-ə qoşulmuş bank vasitəsilə likvidliyin təmin edilməsi yolu ilə AÖS-də əməliyyatların həyata keçirilməsində iştirak edən hüquqi şəxs” kimi müəyyən edilmişdir. 93. "xxxx" Qanunun 73.1 və 73.1.1-ci maddələrinin və banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydalarının 2.1.1 və 3.3-cü bəndlərinin qarşılıqlı təhlili belə qənaətə gəlməyə əsas verir ki, bankın öd əniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən, yəni iştirakçının hesabından vəsait silinən hesablaşmalar üzrə ödəniş tapşırıqları gerigötürülməz hesab edilir, bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda da hüquqi qüvvədə qalır.

94. Bu o anlama gəlir ki, hər hansı ödəniş tapşırığı üzrə vəsait iştirakçının hesabından silinməmişdirsə, gerigötürülməz hesab edilə bilməz.

95. Beləliklə, hazırkı mübahisənin həllinə "xxxx" Qanunun 73.1 və 73.1.1-ci maddələrinin tətbiq edilməsi o zaman mümkündür ki, qarşılıqlı iddia ilə tələb olunan vəsait bankın hesabından silinmiş olsun.

96. Mübahisələndirilən qətnamədə isə həmin vəsaitin cavabdehin hesabına qaytarılması qeyd olunsa da, iştirakçının hesabından silib-silinməmiş olmasına aydınlıq gət irilməmişdir.

97. O da qeyd olunmalıdır ki, iş üzrə qəbul edilmiş məhkəmə qətnamələrində istinad olunmuş iddiaçı bankın müflis elan edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 30 aprel tarixli 2-3(103)-130/2020 nömrəli qərarından (İ cild, i/v 1219) görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il 27 aprel tarixli Qərarı ilə banka müvəqqəti inzibatçı təyin edilmiş, Mərkəzi Bankın 2020-ci il 28 aprel tarixli Qərarı ilə iddiaçı bankın bank lisenziyası ləğv edilmişdir.

98. Ödəniş tapşırığının verildiyi 2020-ci il 24 aprel tarixinin cümə gününə, yəni həftənin sonuncu iş gününə təsadüf etdiyi, bundan cəmi üç gün sonra, yəni növbəti həftənin ilk iş gününə təsadüf edən 27 aprel tarixində banka müvəqqəti inzibatçı təyin edilərək qanuna əsasən bütü n idarəçiliyin həmin şəxsə keçdiyi, növbəti gün, yəni 28 aprel tarixində isə bankın lisenziyasının ləğv edildiyi nəzərə alındıqda, sözügedən xüsusatların dəqiq müəyyən edilməsi işin düzgün həlli üçün xüsusilə mühüm əhəmiyyət kəsb etdiyi qənaətinə gəlmək olar.

99. Lakin sözügedən məsələlər apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qaldığından hazırda iş üzrə, o cümlədən qarşılıqlı iddia ilə tələb olunan pul vəsaitinin növbəlilik cədvəlinə uyğun olaraq və ya ondan kənar qaydada ödənilməli olması barədə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür.

100. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən hissədə MPM-in 217.1-ci maddəsinə (bax § 68) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Odur ki, qətnamə həmin hissədə ləğ v edilməlidir.

101. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kreditor tələblərinin qeydə alınması və onun növbəlilik siyahısına daxil edilməsinin, inzibati məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafikinin qəti olmasının hazırkı iş üzrə məhkəmə tərəfindən nəzərə alınmamasına dair kassatorun dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə, həmin siyahı yalnız qanunla bu siyahıda olmalı tələblərə şamil edilə bilər. Lakin kreditorun ödəniş tapşırığı "xxxx" Qanunun 73.1 və 73.1.1-ci maddələrinə uyğun olaraq, gerigötürülməz hesab edilirsə, növbəlilik siyahısı həmin tapşırıqdan irəli gələn tələbin adi qaydada irəli sürülməsinə mane ola bilməz.

102. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 sentyabr tarixli 2-2(104)-173/2024 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.

103. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən pulun köçürülməsi barədə cavabdeh tərəfindən iddiaçı banka verilmiş tapşırığın gerigötürülməz olub-olmamasına yuxarıda əks olunmuş hüquqi mövqelər, habelə Azərbaycan Respublikası Mərkəzi X4 2016-ci il 18 iyul tarixli 33/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın tələbləri nəzərə alınmaqla hüqu qi qiymət verilməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

104. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 sentyabr tarixli 2-2(104)-173/2024 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar