Məhkəmə qərarları › İş №2-2(102)-540/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-540/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-540/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARİ 2-2(102)-540/2024 (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 5 iyun tari xli, 22(106)-20/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2017-ci il 26 oktyabr tarixli 008L**********12 saylı uzunmüddətli kredit müqaviləsi ilə İddiaçı QSC tərəfindən Cavabdeh2 120 ay müddətinə, 500.000 ABŞ dolları məbləğində krеdit limiti ayrılmışdır.

2. İddiaçı QSC ilə Cavabdeh3 arasında 2017-ci il 31 oktyabr tarixli zaminlik müqaviləsi bağlanılmış, müqavilədə əsasən zaminin uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıdığı və kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürdüyü nəzərdə tutulmuşdur. 3. 2019-cu il 23 avqust tarixli 008R********** saylı krеdit razılaş ması ilə İddiaçı QSC kredit müqaviləsi çərçivəsində Cavabdeh2 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 45.000 manat məbləğində krеdit vermişdir.

4. Kredit üzrə öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları və üzərində inşa olunmuş 162,9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü edilmiş və yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İpoteka müqaviləsinin 2.4-cü bəndində ipoteka predmetinin dəyəri qarşılıqlı razılıq əsasında 59.507 manat müəyyən edilmişdir İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ər izəsi ilə məhkəməyə müraciət edərək, krеdit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, həmin krеdit razılaşması üzrə 24.166,65 manat krеdit borcu, 5.771,28 manat faiz borcu və 10.970,75 manat cərimə olmaqla, ümumilikdə 40.908,68 manat məbləğində borcun, 210 manat mediasiya xərcinin, 12.73 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin açıq hərracdan satılması və ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına borcun ödənilməs i, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2 və Cavabdeh1 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, uzunmüddətli kredit müqaviləsinə görə, cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Borc alan krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit borcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 2021-ci il 1 dekabr tarixindən banka qaytarmamışdır.

7. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 24 iyul tarixli rəyinə əsasən, Cavabdeh2 iddiaçıya 2023-cü il 9 yanvar tarixinə əsas borc üzrə 23.783,97 manat, faiz borcu üzrə 5751,39 manat müəyyən edilmişdir.

8. Məhkəməyə təqdim olunmuş "xxxx" MMC-nin 2023-cü il 16 iyun tarixli mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri, Nizami küçəsində yerləşən 2 mərtəbəli, 114 saylı fərdi yaşayış evinin bazar dəyəri 39.600 manat, likvid dəyəri 33.670 manat təşkil edir.

9. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 21 sentyabr tarixli, e-2-2(121)540/2023 nömrəli qərardadı ilə (hakim E.Abdullayev) iddianın “2019-cu il 23 avqust tarix li 008R********** nömrəli krеdit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi” hissəsi üzrə icraata xitam verilmişdir.

10. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 21 sentyabr tarixli, e-2-2(121)540/2023 nömrəli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2019-cu il 23 avqust tarixli, 008R********** nömrəli kredit razılaşması üzrə 23.783,97 manat məbləğində əsas borc, 5.751,39 manat məbləğində faiz borcu, 1.100 manat məbləğində cərimə borcu, 210 manat məbləğində mediasiya xərci, 10 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, ümumilikdə 30.900,36 manat məbləğində pulun tutularaq iddiaçıya ödən ilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh2 məxsus fərdi yaşayış evinin ilkin satış qiyməti 33.670 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən iddiaçıya olan ümumilikdə 30.900,36 manat məbləğində borcun ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2 qaytarılması, fərdi yaşayış evinə tutma yönəldildikdən və açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi əsas və faiz borcları üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğun gəldiyindən ekspert rəyini sübut kimi qəbul etmişdir.

12. Məhkəmə iddianın 10.970,75 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq cavabdehdən iddiaçının xeyrinə kredit razılaşması üzrə cərimənin 10.970,75 manat məbləğində deyil, 1.100 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq hesab etmişdir.

13. Eyni zamanda Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq məhkəmə hesab etmişdir ki, digər cavabdehə kredit müqaviləsi üzrə alınmış pula görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Buna görə də, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir.

14. Məhkəmə, borcun ipoteka predmetinə yönəldilərək həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 iddiaçıya olan kredit öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır.

15. Məhkəmə iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlakın Cavabdeh2 və Cavabdeh1 tərəfindən boşaldılması və həmin əmlakdan çıxarılması”na dair hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulduğundan, borc ödənilmədiyi təqdirdə Cavabdeh2 və Cavabdeh1 ipoteka predmeti olan əmlakdan çıxacağını və boşaldacağını öhdələrinə götürdüyündən iddia tələbi həmin hissədə də əsaslı olmuşdur.

16. Bundan başqa məhkəmə iddia tələbinin “əmlakın alıcıya təhvil verilməsi”nə dair hissəsinə münasibətdə hesab etmişdir ki, əmlakın təhvil verilməsi üçün ilk öncə həmin əmlaka tutma yönəldilməli və o satılmalıdır. İpotekaya qoyulmuş əmlak satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçi və orada olan şəxslər yeni mülkiyyətçi qarşısında fərdi yaşayış evini 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icr a etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun (və ya başqa şəxsin) baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, iddia tələbi həmin hissədə təmin edilə bilməz.

17. Həmçinin məhkəmə iddia tələbinin “ipoteka predmeti olan daşınmaz əmlaka tutma yönəldikdə və o satıldıqdan sonra həmin əmlak üzərində Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarının itirilməsi”nə dair hissəsinə münasibətdə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə yanaşı istifadə hüquqlarının itirilməsi tələbinin irəli sürülməsinə zərurətin olmadığını bildirmişdir.

18. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçını n xeyrinə tutulması”na dair hissəsinə münasibətdə isə satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulmasının qətnamənin icrası zamanı həll edilən məsələlərdən olduğunu qeyd etmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.6, 385.1, 442, 462.1, 467, 470.1, 472.2, 739.1, 739.2ci, “İpoteka haqqında” Respublikası Qanunun 33, 34.1.1, 34.1.3, 39.3.3, 47.5, 59.1, 59.3, 59.4-cü, “İcra haqqında” Qanunun 45.6-cı, Mülki Prosessual Məcəllənin 14.2, 51.1, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tutmanın ipoteka predmetinə yönəld ilməsi və açıq hərracdan satılması hissəsində ləğv edilməsi, fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin real olaraq qiymətləndirilməkdən ötrü təkrar və əlavə əmtəəşünaslıq ekspertiza təyin edilməklə veriləcək ekspert rəyinə uyğun olaraq qanuni və əsaslı qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 2024-cü 26 aprel tarixli rəyə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2017-ci 25 oktyabr tarixində verilmiş **********0-10301 reyestr, ********** qeydiyyat nömrəli çıx arışa görə, xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olmaqla ünvan 1 ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin (yerləşdiyi ərazi nəzərə alınmaqla) və üzərində inşa olunmuş 162,9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırkı şəraitdə likvid dəyəri təqribən 98.000 manat məbləğində müəyyən edilmişdir. Ekspert rəyinə əsasən, ekspert tərəfindən ipoteka predmeti olan fərdi yaşayış evinin təmir vəziyyəti yoxlanılmış, yerləşdiyi torpaq sahəsinin dəyəri nəzərə alınmışdır.

22. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 5 iyun tarixli, 2-2(106)-20/2024 nömrəli qətnaməsi ilə (hakim T.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Əsədovdan və P.Əhmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edil miş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka ilə yüklü edilmiş əmlakın hərracdan ilkin satış qiymətinin 33.670 manat müəyyənləşdirilməsi hissəsində dəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiymətinin 98.000 manat məbləğində müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətinin 33.670 manat müəyyən edilməsi ilə razılaşmayaraq bildirmişdir ki, tərəflər arasında 2017-ci il 27 oktyabr tarixində bağlanmış ipoteka müqaviləsinin 2.4-cü bəndində tərəflərin qarşılıqlı razılığı əsasında ipoteka predmetinin dəyəri 59.507 manat ekvivalentində müəyyən edilmişdir. 2017-ci ildən qətnamə çıxarılan 2023-cü i lədək keçən 6 il müddətində daşınmaz əmlak bazarında qiymətlərin artma tempinin əhəmiyyətli dərəcədə olması hamıya bəlli olan haldır. Belə olan təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin müqavilədə razılaşdırılmış dəyərindən təxminən 2 dəfəyə yaxın aşağı qiymətlə (33.670 manat) hərracdan satışa çıxarılması mübahisənin ədalətli həlli kimi qəbul oluna bilməz.

24. Buna görə də, məhkəmə qeyd etmişdir ki, apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə verilən rəy özündə real vəziyyəti əks etdirdiyindən sübut kimi qəbul edilməli və ipoteka predmetinin həmin rəylə müəyyən edilmiş 98.000 manat likvid qiymətlə hərracdan ilkin satışı təşkil edilməlidir.

25. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 269.1, 319.1-ci, “İp oteka haqqında” Qanunun 1.0.9, 10.4, 34.1.1, 59.3, 59.4, 39.3cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 2023-cü il 22 iyun tarixli 02/2023 saylı qərardadına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı QSC kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: - “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 39.3.3-cü maddələri üzrə - Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə müəyyən edilmiş qiymətlər əmlakın bazar və likvid dəyərini əks etdirmir və əmlak ekspert tərəfindən əsassız olaraq həddindən yüksək qiymətləndirilmişdir. Belə ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ipoteka predmeti olan əmlakların dəyəri rəydə qeyd edildiyi kimi bir neçə dəfə arta bilməz. Mövcud iqtisadi vəziyyətdə və dünyada baş verən iqtisadi şəraitdə böhran daşınmaz əmlakların satış qiymətlərində ipoteka müqaviləsi bağlanan vaxta nisbətdə cüzi fərq ola bilər. Bu fərq isə özünü əmlakın dəyərinin artması ilə yanaşı ipoteka müqaviləsi bağlandığı tarixə nis bətən dəyərinin azalması şəklində büruzə verə bilər. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində əmlakın fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. nəzərə alınmamış və nəticədə iş üzrə əmlakın dəyərinin reallığa uyğun olmayan formada həddindən artıq şişirdilərək rəy verilmişdir. Ekspert rəyində qiymətləndirmənin aparılması üçün bir neçə əsas metodun olduğunu qeyd etsə də yalnız müqayisəli tədqiqat metodundan istifadə etmişdir. Ekspert öz rəyində həm evi həm də torpaq sahəsini ayrıayrılıqda qiymətləndirmişdir. Həmçinin ekspertin müqayisəli şəkildə qiymətləndirdiyi evlərə gəldikdə ən yüksək 155.000 manat olan ev, həm 310 kv.m həm də, elə 12 sot torpaq sahəsinin içərisindədir. Ekspertin hesablamasına əsasən ev ayrı, torpaq ayrı hesablansa 300.000 manat təşkil etməli id i. - Həmçinin məhkəmə birinci instansiya məhkəməsində qiymətləndirməni həyata keçirmiş "xxxx" MMC-nin rəyi ilə Məhkəmə Ekspertiza Mərkəzinin rəyi arasında kəskin fərqi araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində əmlakın təmir vəziyyəti, material sərfi, aşınma səviyyəsi, texniki sistemlərinin vəziyyəti və s. xüsusiyyətlərini müəyyən etmək mümkün deyildir. Yaxın ərazidə oxşar əmlakların rəsmi satış qiymətləri müqayisə olunmaqla yanaşı, obyektin fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. nəzərə alınmaqla ətraflı, şübhədən kənar rəy verilməli idi. Məhkəmə Ekspertizası Mərkəzinin rəyi o zaman əsaslı sayıla bilərdi ki, digər sübutlarla ziddiyyət təşkil etməsin, həmin ərazidə oxşar əmlakların ilkin satış qiymətləri ilə müqa yisəli rəy verilmiş olsun. Ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normaları pozulmuş və ekspert rəyi ilə bağlı iddiaçının əsaslandırılmış dəlillərinə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. - Mülki Prosessual Məcəllənin 88, 102.2, 102.3-cü maddələri üzrə - məhkəmə tərəfindən sübutlar tam, hərtərəfli şəkildə araşdırılmamış, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi, müqavilə üzrə tərəflərin üzərlərinə götürdüyü öhdəliklərə, qiymətləndirici rəylər arasında olan kəskin fərqlərə düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya məhkəməsi bankın təkrar qiymətləndirmə barədə vəsatətini təmin etməmiş, bununla bağlı əsaslandırılmış qərardad qəbul etməmişdir. İddiaçı tərəfindən təqdim edilən sübutlar ümumiyyətl ə qiymətləndirilməmişdir.

28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

29. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdı rması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək, qətnaməni yalnız ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən həmin hissədə maddi və prosessual hüquq normalarına uyğunluğunun yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: 32. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanun un tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi i lə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə tam və hərtərəfli araşdırma aparmış, o cümlədən iş üzə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək keçirmiş və gəldiyi nəticəni alınan ekspert rəyi ilə əsaslandırmışdır.

36. Belə ki, ekspert rəyi ilə müəyyən olunan ilkin satış qiyməti iddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilsə də, onun düzgün olmamasını təsdiq edən sübut işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsinə təqdim olunmamışdır. Apellyasiya məhkəməsi isə öz növbəsində səlahiyyətləri çərçivəsində ekspert rəyini qiymətləndirmiş və onun mötəbərliyini əsaslandırmışdır (bax bənd 23).

37. Odur ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini alınmış rəy əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

38. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

39. Həmçinin nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından, kassasiya şikayətinin ekspert rəyinin əsassızlığı ilə bağlı dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

40. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kas sasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahsələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 5 iyun tarixli, 2-2(106)-20/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar