Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-541/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası "Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu" Publik Hüquqi Şəxsin Rəşid Rufulla oğlu Rəsulzadə və Ortaqlarının Tam Ortaqlıq "TAC" Kredit İttifaqına qarşı, Rəşid Rufulla oğlu Rəsulzadə və Ortaqlarının Tam Ortaqlıq "TAC" Kredit İttifaqının "Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu" Publik Hüquqi Şəxsinə qarşı bir icraatda birləşdirilmiş işlər üzrə QƏRAR Açar sözlər: müqavilədən əmələ gələn öhdəliklər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə icl asının katibi Cavid Hüseynlinin, cavabdeh Rəşid Rufulla oğlu Rəsulzadə və Ortaqlarının Tam Ortaqlıq "TAC" Kredit İttifaqının qanuni təmsilçisi Rəşid Rəsulzadənin və onun vəkili Vəkil iştirakı ilə, cavabdeh Rəşid Rufulla oğlu Rəsulzadə və Ortaqlarının Tam Ortaqlıq "TAC" Kredit İttifaqı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli 2-2(103)-131/2021saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu (bundan sonra – Fond) və “TAC” Kredit İttifaqı (bundan sonra – İttifaq) arasında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 1.3-cü bəndinə müvafiq olaraq bağlanmış 2012-ci il 18 aprel tarixli “Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında” müqaviləyə əsasən tərəflər Fondun vəsaitlərinin istifadə edilməsi haqqında onların hər birinin üzərinə düşən vəzifələrə uyğun olaraq sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi, güzəştli kreditlərin verilməsi və Fondun vəsaitlərinin məqsədyönlü və səmərəli istifadə edilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərirlər.
2. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Fond müvəkkil kredit təşkilatı (İttifaq) üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Qaydalara və Müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sa hibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin edir; 3.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatları Fondun vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirirlər.
3. İttifaqa Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 168 investisiya layihəsinin maliyyələşdirilməsinə müvafiq sifarişlər əsasında 840.000 manat güzəştli kredit verilmişdir. 4. 2019-cu il 1 yanvar tarixdə imzalanmış və möhürü ilə təsdiq edilmiş üzləşmə aktına əsasən, Fond tərəfindən İttifaqa (115 (nəfər) sahibkarlıq subyektlərinin hər birinə 3 il müddətinə 5000 manatdan olmaqla, cəmi, 575.000,00 manat məbləğində güzəştli kredi t verilmiş və İttifaqın 2019-cu il 1 yanvar tarixinə əsas kredit üzrə 300.403,81 manat, o cümlədən, 283.320,56 manat vaxtı keçmiş, 4921,87 manat faiz və 214.086,71 manat məbləğində qalıq borcu yaranmışdır.
5. Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilmiş, eyni zamanda 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanla təsdiq edilmiş “Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondunun göstərdiyi fəaliyyətdən irəli gələn hüquq və öhdəliklər keçirilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu Publik hüquqi şəxs təsis edilmişdir.
6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 3.7-ci bəndinə əsasən müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəlikləri onların sahibkarlıq subyektlərinə münasibətindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Fond qarşı sında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin 120 (yüz iyirmi) gündən çox olmamaq şərtilə cərimə ödəyirlər. Müvəkkil kredit təşkilatları öhdəliklərini icra etmədikdə, Fond öz vəsaitinin qaytarılması üçün tədbirlər görür.
7. Həmin Qaydaların 5.1.1-ci və 6.1.1-ci bəndlərinə əsasən sahibkarlıq subyektlərinə Fondun vəsaitindən 5000 manatdan 50000 manatadək olan kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək müddətə güzəştli kreditlər verilir.
8. Fond İttifaqa qarşı yuxarıda qeyd olunan müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 28 sentyabr tarixli qətnaməsi ilə iddiaçı Fondun tələbi təmin edilərək, İttifaqdan 2020-ci il 1 sentyabr tarixinə olan cəmi 329423,39 manat məbl əğində pulun tutularaq Fonda ödənilməsi qət edilmişdir.
9. Həmin qətnamədən sonra İttifaq pretenziya məktubu ilə Fonda müraciət edərək tərəflər arasında bağlanmış 2012-ci il 18 aprel tarixli müqavilənin ləğv edilməsini xahiş etmiş, Fond tərəfindən pretenziyaya cavab verilərək müqavilənin ləğv edilməsi üçün əsas görmədikləri qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
10. Fond 2019-cu il 17 aprel tarixində iddia ərizəsi ilə 2 sayl Bakı İnzibati-İqtisadi Məhkəməsinə məhkəməyə müraciət edərək, 2019-cu il 1 mart tarixinə yaranmış 297123,81 manat əsas kredit, 5226,37 manat faiz və 231342,58 manat cərimə borcu olmaqla cəmi 533692,76 manat vəsaitin, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq Sahibkarlığın İnkişafı Fondunun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları’’na uyğun olaraq güzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılmasında müvəkkil kredit təşkilatı kimi fəaliyyət göstərilməsi məqsədilə Fond ilə İttifaq arasında 2012-ci il 18 aprel tarixdə “Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında” müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq İttifaqa Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 168 investisiya layihəsinin maliyyələşdirilməsinə müvafiq sifarişlər əsasında 840.000 manat güzəştli kredi t ayrılmışdır. Ancaq ayrılmış güzəştli kreditlər üzrə vəsaitlərin geri qaytarılması istiqamətində ödənişlərin həyata keçirilməsində İttifaq 2016-cı il 1 avqust tarixdən gecikmələrə yol vermiş və nəticədə müqavilənin müvafiq bəndləri pozulduğuna görə öhdəliklərin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə hesablanmasına başlanılmışdır. Müqavilə şərtlərinə əməl etmədiyi üçün İttifaqın 2019-cu il 1 iyul tarixinə Fond qarşısında icra edilməmiş öhdəlikdən iyul ayında ödənilmiş 2212 manat çıxıldıqdan sonra qalan 294.172,81 manat əsas kredit, 6023,95 manat faiz və 266.916,15 manat cərimə borcu olmaqla, cəmi 567.112,91 manat borcu mövcuddur. Müqavilə şərtlərinə uyğun olaraq Fond tərəfindən faiz və cərimələrin hesablanması davam etdirilir. Həmin müqavilənin şərtləri yalnız tərəflərin qarşılıqlı razılığı ilə deyil, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın tələblərinə uyğun tərtib edilmişdir. Bu isə onu deməyə əsas verir ki, borclunun Fond qarşısındakı öhdəlikləri yalnız müqavilə tələblərindən deyil, həmçinin qanunvericiliyin tələblərindən irəli gəlir. Belə ki, borclu Fondun vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılması məqsədi ilə müvəkkil kredit təşkilatı qismində seçilmək üçün müraciət etməklə, Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələri yerinə yetirmək öhdəliyini öz üzərinə götürmüşdür. Fondla İttifaq arasında 2018-ci il 1 noyabr tarixdə aparılmış və İt tifaqın rəhbəri tərəfindən imzalanmış və möhürlənmış üzləşmə aktına əsasən borclunun Fond qarşısındakı öhdəlikləri onun tərəfindən hər hansı mübahisələndirmə aparılmadan təsdiq edilmişdir. Fondla İttifaq arasında yaranmış iqtisadi mübahisə üçün qanunla məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunmamış və bu tərəflər arasında müqavilə ilə nəzərdə tutulmamışdır. Belə ki, müqavilənin 7.1-ci bəndinə əsasən, “tərəflər arasında baş verən mübahisələr danışıqlar yolu ilə həll edilir. Göstərilən qaydada həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq həll edilir.” Müqavilədən göründüyü kimi tərəflər arasındakı müqavilədə pretenziya qayadasına əməl edilməsi üçün heç bir şərt mövcud deyildir. Buna baxmayaraq Fond tərəfindən cavbdehə ç oxsaylı yazılı xəbərdarlıqlar edilmiş, lakin cavbdeh tərəfindən öhdəliklərin yerinə yetirilməsi təmin edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 11 may tarixli hökmü ilə İttifaqın idarə heyətinin sədri işləyən Rəşid Rufulla oğlu Rəsulzadə Fonda məxsus olan xeyli miqdarda əmlakı mənimsəmə və israf etmə yolu ilə vahid qəsdlə talamaya və tamah niyyətilə vəzifə saxtakarlığı törətdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmişdir.
12. Sonradan Fond 2019-cu il 12 iyul tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2019-cu il 1 iyul tarixinə icra edilməmiş öhdəlikdən iyul ayında ödənilmiş 2212 ma nat çıxıldıqdan sonra qalan 294172,81 manat vaxtı keçmiş kredit, 6023,95 manat faiz və 266916,15 manat cərimə borcu, eləcə də ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 567112,91 manat vəsaitin cavabdehdən tutularaq Fondun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında İttifaqın nümayəndəsi izahatında iddia tələbini həm faiz, həm də cərimə borcu hissəsində qəbul etmədiklərini və bununla belə iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22(82)-598/2019, 2019-cu il 15 iyul tarixli qərardadı ilə onun vəsatəti təmin edilərək, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmçinin Bakı İnzibati-İqtisadi Məhkəməsinin eyni saylı və tarixli digər qərardadı ilə mülki iş üzrə eks pertin rəyi alınanadək işin icraatı dayandırılmışdır (hakim – Əfqan Ələkbərov).
14. Mühasibatlıq ekspertizası keçirilməsi üçün iş materialları ekspertə təqdim olunmuş, 2019-cu il 26 iyun tarixli ekspert vəsatəti ilə əlavə materialların təqdim olunmasını xahiş etmişdir. Lakin, həmin materiallar müəyyən müddətdə təqdim olunmadığına görə 2019-cu il 20 noyabr tarixində iş materialları ekspert rəyi verilmədən məhkəməyə geri qaytarılmış, buna əsasən məhkəmənin 2019-cu il 19 noyabr tarixli qərardadı ilə işin icraatı təzələnmişdir.
15. Zəruri sənədlər məhkəməyə təqdim olunduqdan sonra məhkəmə işin yenidən ekspertizaya göndərilməli olması qənaətinə gəlmiş, 2-2(82)-598/2019 saylı, 2019-cu il 29 noyabr tarixli qərardada əsasən iş üzrə ekspertin rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır (hakim – Əfqan Ələkbərov). 16. 2020-ci il 15 sentyabr tarixdə qeyd olunan iş 9/117 saylı, 2020-ci il 8 sentyabr tarixli rəy ilə birlikdə məhkəməyə daxil olmuş, belə olan halda iş üzrə icraatın dayandırılması üçün əsas olan hal aradan qalxdığından Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 16 sentyabr tarixli, 2-2(113)-385/2020 saylı qərardadı ilə ilə iş üzrə icraat təzələnmişdir (hakim – Emin Əliyev). 17. 2020-ci il 8 sentyabr tarixli 9/117 nömrəli məhkəmə ekspertizasının rəyinə əsasən İttifaqın Fondun qarşısında 2019-cu il 1 mart tarixə 297.123,81 manat əsas borc, 5226,37 manat faiz borcu və 231.342,58 manat cərimə borcu, 2019-cu il 17 aprel tarixə (iddia qaldırılan tarixə) 296.262,81 manat əsas borc, 5.551,21 manat faiz borcu və 245.900,72 manat cərimə borcu və 2019-cu il 15 iyul tarixə (icraatın d ayandırıldığı tarixə) 296.262,81 manat əsas borc, 6341 manat faiz borcu və 267916,15 manat cərimə borcu hesablanmamışdır. 18. 2020-ci il 24 sentyabr tarixdə Fond Qaydaların 3.7-ci bəndini (müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin 120 gündən çox olmamaq şərtilə cərimə ödəyirlər) nəzərə alınmaqla, iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2020-ci il 1 sentyabr tarixinə Fondun qarşısında yaranmış 294.172,81 manat vaxtı keçmiş kredit, 9.447,30 manat faiz və 25.803,28 manat cərimə borcu olmaqla cəmi 329.423,39 manat vəsaitin İttifaqdan tutularaq Fondun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 28 sentyabr tarixli, e-2-2(113)385/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim Emin Əliyev).
20. Məhkəmə hesab etmişdir ki, kreditor və borclu arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Fondun məhkəməyə iddia verən zaman iddia ərizəsində 2019-cu il 1 mart tarixə tələb etdiyi həm əsas, həm faiz və həm də cərimə borcu ilə ekspertin 2019-cu il 1 mart tarixə gəldiyi nəticə ilə eynilik təşkil etmiş, bu isə Fond tərəfindən məhkəməyə müraciət edilərərkən əsas, faiz və cərimə borcunun düzgün hesablandığını göstərir. Buna görə də sonradan Qaydalara edilmiş dəyişikliyin və Fondun da iddia tələbinin həcmini azaltması, İttifaqın 2020-ci il 1 sentyabr tarixinə 294172,81 manat əsas kredit, 9447,30 manat faiz və 25803,28 manat cərimə (120 gün) borcu olmaqla cəmi 329423,39 manat vəsaitin düzgün hesablandığını və əsaslı olduğunu təsdiq edir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanına, Mülki Məcəllənin 385.1, 386.1, 442 və 443.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
22. Həmin qətnamədən İttifaq apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunması xahiş etmişdir.
23. Bundan sonra İttifaq ayrıca, 2020-ci il 23 noyabr tarixində Fonda qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, aralar ında 2012-ci ilin aprelində bağlanmış Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
24. İddia tələbi onunla əsaslandırılmışdır ki, İttidaq ilə Fond arasında 2012-ci ildə Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında Müqavilə bağlanmışdır. Müqaviləyə görə tərəflər Fondun vəsaitlərinin istifadə edilməsi haqqında onların hər birinin üzərinə düşən vəzifələrə uyğun olaraq sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi, güzəştli kreditlərin verilməsi və Fondun vəsaitlərinin məqsədyönlü və səmərəli istifadə edilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərirlər. Müqavilənin Predmetini əhatə edən 2.1-ci bəndinə əsasən, Fond müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş əs as və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Qaydalara və Müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin edir. Müqavilənin 3.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatları Fondun vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirirlər. 3.6-cı bəndinə əsasən Sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarına güzəştli kreditləri, hesablanmış faizləri və digər ödənişləri ödəyib-ödəməməsindən asılı olmayaraq müvəkkil kredit təşkilatları Fond qarşısın dakı öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq vaxtında yerinə yetirməlidirlər. 3.7-ci bəndinə görə Fond müvəkkil təşkilatının öhdəliklərinə (o cümlədən sahibkarlıq subyektləri qarşısında) görə cavabdeh deyil və güzəştli kreditlər bu məqsədlə istiadə edilə bilməz. Müqavilənin Fondun vəzifələrini nəzərdə tutan 4.1-ci bəndinə əsasən Fond 10 bank günü müddətində təqdim olunmuş investisiya layihəslərini ekspertizadan keçirir və kiçik həcmli kreditlər istisna olmaqla müvəkkil kredit təşkilatlarının təqdim etdiyi insvestisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir. Keçirilmiş ekspertizanın nəticəsindən asılı olaraq Fond müraciətlərin təmin olunması və onlardan imtina edilməsi barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir. Tərəflərin məsuliyyətini nəzərd ə tutan 6.1-ci bəndinə əsasən Müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun yerinə yetirməlidirlər. Müqavilə bağlandıqdan sonra sahibkarlıq subyektlərinin müraciəti əsasında Fonddan köçürülmüş vəsait hesabına sahibkarlarla kredit müqaviləsi bağlanmışdır. Müqavilə bağlandıqdan sonra Fondun vəsaitləri hesabına 168 investisiya layihəsinə güzəştli kredit vəsaiti ayrılmışdır. Kredit ayrılmış sahibkarlar müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə Fond tərəfindən İttifaqa borc hesab lanmış və İttifaqa qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 28 sentyabr tarixli 2-2(113)-385/2020 saylı qətnaməsi ilə İttifaqdan 329423.39 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İttifaq müqavilə bağlayarkən hesab edirdi ki, sahibkarlar tərəfindən müqavilə öhdəlikləri yerinə yetirmədiyi halda Fondla birgə məsuliyyət daşıyır. Digər tərəfdən sahibkarların öhdəliklərini lazımi icra etməməsi nəticəsində Müqavilənin icrasında problem yarandığı halda, Fond tərəfindən sahibkarlar cavabdeh qismində cəlb edilərək, onlara qarşı tədbirlər görüləcək. İttifaq müqavilə bağlayarkən vicdanlılıq prinsipinə söykənərək, Fondun İttifaqı belə bir risk qarşısında qoymayacağını hesab edirdi. Amma Bakı Kommersiya Məhkəməsini n 2020-ci il 28 sentyabr tarixli qətnaməsindən sonra İttifaqa məlum olmuşdur ki, sahibkarların müqaviləni icra etməməsi faktı nəzərə alınmadan bütün öhdəlik kredit ittifaqının üzərinə qoyulur. Belə olan halda İttifaqda bağlamağı arzu etmədiyi müqavilənin bağlanması fikri formalaşmışdır. Məlum olmuşdur ki, İttifaq bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir və vicdanlılıq prinsipini rəhbər tutmaqla, əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmadığını öyrənmişdir. Ona görə də İttifaq Fonda pretenziya məktubu göndərərək təklif etmişdir ki, 3 gün müddətində Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında Müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilsin. Fond tərəfindən göndərilmiş 2020-ci il 13 noyabr tarixli cavab məktubunda müqavilənin ləğv edilməsi üçün əsas görmədikləri qeyd edilmişdir.
25. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 fevral tarixli, 2-2(113)-535/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Zeynəb Axundova).
26. Məhkəmə göstərmişdir ki, tərəflər arasında 2012-ci il 18 aprel tarixində Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında Müqavilə bağlanmış, müqaviləyə əsasən tərəflər Fondun vəsaitlərinin istifadə edilməsi haqqında onların hər birinin üzərinə düşən vəzifələrə uyğun olaraq sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi, güzəştli kreditlərin verilməsi və Fondun vəsaitlərinin məqsədyönlü və səmərəli istifadə edilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərmələri barədə müvafiq öhdəlik götürmüşlər. Müqavilənin predmeti üzrə tərəflərin öhdəlikləri müəyyən edilmiş və şərtləri razılaşdırıl mışdır. Lakin İttifaq Fond ilə aralarında bağlanmış müqavilənin sahibkarlar öhdəlikləri yerinə yetirmədiyi halda Fondla birgə məsuliyyət daşıyacağını zənn edərək bağladığını bildirmiş və bu hala əsasən müqavilənin etibarsız sayılmasını xahiş etmişdir.
27. Həmçinin, İttifaq müqaviləni vacib əhəmiyyətli yanılmanın təsiri altında bağladığını bildirsə, bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi, eyni zamanda tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması kimi hallara istinad etsə də, müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması faktı öz təstiqini tapmamışdır. Eyni zamanda, iddiaçı tərəflər arasında 2012-ci ildə bağlanmış müqaviləni mübahisələndirmək üçün Mülki Məcəllənin 354.2-ci maddəsində n əzərdə tutulmuş müddətləri də buraxmışdır.
28. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 14.1, 337.1, 337.2, 337.3, 337.4, 347.1, 347.2.2, 347.2.3, 354.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
29. Həmin qətnamədən İttifaq apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunması xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. İttifaqın ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 11 fevral tarixli, 22(103)-131/2021 saylı qərardadına əsasən Fondun İttifaqa qarşı “borcun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)385/2020 saylı 2020-ci il 28 sentyabr tarixli qətnaməsindən İttifaq tərəfindən verilmiş apellyasiya şikayəti barədə iş üzrə icraatın İttifaq ın Fonda qarşı “tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə 2-2(113)-535/2021 saylı işin yekun nəticəsi ilə asılılığı yarandığından, ona baxılıb, yekun məhkəmə qərarı çıxarılıb qanuni qüvvəyə minənədək dayandırılmışdır (hakim Cahangir Yusifov).
31. Daha sonra İttifaqın Fonda qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-535/2021 saylı, 2021-ci il 9 fevral tarixli qətnaməsindən (hakim Z.Axundova) İttifaq tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasında baxılarkən, Fondun nümayəndəsinin vəsatəti ilə bu işlə yuxarıda qeyd edilən işdə eyni tərəflərin iştirak etdiyi həmin iş növlü olduğu nəzərə alınmaqla, MPM-in 169.3-cü maddəsinin tələbi qaydasında məhkəmə kollegiyasının 2021-ci il 2 iyun tarixli qərardadı ilə İttifaqın Fonda qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” e-2-2(113)535/2021 saylı işin icraatı dayandırılaraq, Fondun İttifaqa qarşı “borcun ödənilməsi tələbinə dair” 2-2(103)-131/21 saylı işə - bir icraat altında birləşdirilmişdir (hakim – Vüsalə Baxışova).
32. Belə olan halda, 2-2(103)-131/21 saylı işin dayandırılmasına səbəb olan hal aradan qalxmış olduğundan Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 7 iyun tarixli, 22(103)-131/2021 saylı qərardadı ilə Fondun İttifaqa qarşı “borcun ödənilməsi tələbinə dair” e-2-2(103)-131/21 saylı işin icraatı təzələnmişdir (hakim - Cahangir Yusifov).
33. Bakı Apelyasiya Məhkəməsinin 2021-ci il 24 iyun tarixli 2-2(103)-131/2021 saylı qə tnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 22(113)-385/2020 saylı iş üzrə 2020-ci il 28 sentyabr tarixli və 2-2(113)-535/2021 saylı iş üzrə isə 2021-ci il 9 fevral tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Cahangir Yusifov, hakimlər – Həmid Həmidov və Elmira Nağıyeva).
34. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində birinci instansiya məhkəmələrinin gəldiyi nəticələrlə razılaşmış, və əlavə olaraq göstərmişdir ki, İttifaqın birinci instansiya məhkəməsinin birinci qətnaməsindən verdiyi apellyasiya şikayətinin dəlillərində ona hesablanmış əsas və faiz borcunu mübahisələndirdiyi müəyyən olunmur. Onun tərəfindən məhkəmənin cərimə borcunu ondan tutarkən ağır maddi dürumunu və Mülki Məcəllənin 467-ci maddəsinin tələbini nəzərə a lmaması mübahisələndirilmişdir.
35. Bununla bağlı bu məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin qeyd olunan 467-ci maddəsinin tələbi nəzərə alınmaqla, azaldılmış cərimə məbəlğinin, bir daha məhkəmə tərəfindən azaldılması Fondun fəaliyyət istiqaməti və üzərinə düşən vəzifələri baxımından, bütün əsaslı mənafələrinə uyğun hesab oluna bilməzdi. Ona görə də məhkəmə kollegiyası İttifaqın apellyasiya şikayətinin Mülki Məcəllənin həmin normanın ona tətbiq olunmamasının əsassız olduğunu mübahisələndirən dəilləri ilə razılaşmamışdır.
36. Bundan başqa, İttifaqın Mülki Məcəllənin 347-ci maddəsinin müddəalarına istinadən 2012-ci il 18 aprel tarixində müqavilə bağlayarkən, hazırda yarana biləcək problemləri bilməməsi, riskli şəxslərə kredit verməyə məcbur edilib, bütün bunlar onda vacib əhəmiyyətli yanılmaya səbəb olmasını mübahisələndirməsi ilə bağlı qeyd etmişdir ki, İttifaq müqaviləni bağlamağa məcbur edildiyini bildirsə də, bununla bağlı onun sübutetmə vasitələrinin mövcud olmaması səbəbindən, həmin dəlilləri formal xarakter daşıyır. Həmçinin müqavilə 2012-ci il 18 aprel tarixində “İttifaqın İdarə Heyətinin sədri tərəfindən imzalanıb, İttifaqın möhürü ilə təsdiq edildiyi halda, 575.000,00 manat məbləğində güzəştli kreditin verildiyi və istifadə olunduğu təqdirdə, həmin müqaviləni mübahisələndirmək hüququnu itirmişdir.
37. Digər tərəfdən, İttifaq 2019-cu il 1 yanvar tarixində tərəflər arasında sahibkarlıq subyektlərinin hər birinə 3 il müddətinə 5000 manatdan olmaqla, cəmi 575.000,00 manat məbləğində güzəştli kredit verilməsini və İttifaqın 201 9-cu il 1 yanvar tarixinə əsas kredit üzrə 300.403,81 manat borcu olmasının təsdiq edən üzləşmə aktını imzalayıb möhürü ilə təsdiq etdiyi andan deməli, 2012-ci il 18 aprel tarixli müqaviləni vacib əhəmiyyətli yanılmanın təsiri altında bağladığını bildiyi və ya bilməli olduğu halda, onun etibarsızlığını qanunvericiliklə müəyyən edilən müddət (kəsici) ötürülməklə mübahisələndirmişdir.
38. Bir icraatda birləşdirilmiş iş üzrə cavabdeh olan İttifaq həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və qətnamələrə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə Qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
39. İttifaq müqavilə bağlayarkən tərəflər arasında hazır ki mübahisələr mövcud olmamışdır. Fond tərəfindən yoxsulluğun azaldılması məqsədilə əhalinin risk qrupunda olan təbəqəsinə kredit ayrılması barədə məktublar göndərilmişdir. Həmin kateqoriya şəxslərin kreditləri ödəməsində, müqavilə öhdəliklərini icra etməsində problemlərin yarana bilməsi gözlənilən hal idi. Əgər Fond yarana biləcək problemlər zamanı güzəşt etməyəcəkdisə, İttifaqa borcalanların gecikməsi zamanı kömək etməyəcəyi, əksinə ona qarşı iddia qaldırıb müqavilə öhdəliklərini birdəfəlik icra etməyi tələb edəcəyi halda, hansı əsasla İttifaqı riskli şəxslərə kredit verməyə məcbur etməsi aydın olmamışdır. Bütün bunlar İttifaqda vacib əhəmiyyətli yanılmaya səbəb olmuşdur. Məhkəmə bu faktları nəzərə almadan əsassız qətnamə qəbul etmişdir.
40. Eyni zamanda, müqavilənin etibarsızlığı barədə iddia tələbinə yekun hüquqi qiymət verilməmiş, yəni həmin iş üzrə yekun məhkəmə qərarı qəbul edilməmiş, buna görə də müqavilədən əmələ gələn borc tələbinə dair iddia ərizəsinə baxmaq hüquqa zidd olmuşdur.
41. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd olunur ki, “azaldılmış cərimə məbləğinin bir daha məhkəmə tərəfindən azaldılması Fondun fəaliyyət istiqaməti və üzərinə düşən vəzifələri baxımından əsaslı mənafelərinə uyğun hesab oluna bilməzdi." Beləliklə, Məhkəmənin Fondun maddi maraqlarının müdafiəsinə çalışdığı bir daha öz təsdiqini tapır. Qüvvədə olan qanunvericilik razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu barədə məhkəməyə geniş səlahiyyət verməsinə baxmayaraq məhkəmə Fondun maraqları naminə bu hüququndan istifadə etməmişdir. c) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
42. Məhkəmə kollegiyası iclasında cavabdehin qanuni təmsilçisi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək onun dəlillərini müdafiə etmiş, məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işlərə ayrıca baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdirlər.
43. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında nümayəndə və ya vəkilin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir.
44. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazım i qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
45. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
46. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
47. İş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün ha zırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
6. Mülki qanunvericiliyin prinsipləri “... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafel ərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....”. Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir....”. Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və y a əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır....”. Maddə
347. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tər əfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır:... 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir....". Maddə
351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti “... 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir....". Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər “... 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündə n bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər....”. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....”. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....”. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi “... 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....”. Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya inst ansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
51. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
52. İş materiallarından göründüyü kimi, tərəflər arasında 2012-ci il 18 aprel tarixdə “Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında” müqavil ə bağlanmışdır.
53. Mülki Məcəllənin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər;
54. Həmin məcəllənin, 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların əmələ gəlməsi əsasıdır;
55. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Mə cəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hüquqi şəxs, öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər (49.2).
56. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının mənası ilə əlaqədar olaraq hazırkı işlə bağlı qeyd edir ki, hüquqi şəxs olaraq Real fəaliyyət qabiliyyətli subyekt kimi hüquqi şəxs olaraq razılaşmaları (əqdləri) bağlamış, bu sonuncunun onları bəyənməsinin imza və möhürlə rəsmiləşdirilməsi yolu ilə baş vermişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı tərəfindən Müqaviləni bağlamağa məcbur edilməsinə dair dəlili anlaşılan və əsaslı olmamışdır. Həmçinin, məhkəmə araşdırmaları zamanı cavabdehin qanuni təmsilçisinin müqavilədəki im zasının və müəssisənin möhürünün həqiqiliyi mübahisələndirilməmişdir.
57. Bu baxımdan məhkəmə kollegiyası vurğulayır ki, Mülki Məcəllənin 351-ci maddəsi ilə xüsusi qayda müəyyən edilmişdir. Həmin qaydaya əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir (Mülki Məcəllənin 351.3-cü maddəsi).
58. Həmçinin, Mülki Məcəllənin 354-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli old uğu gündən bir il ərzində əqdi mübahisə edə bilər (Mülki Məcəllənin 354.1, 354.2-ci maddələri).
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2020-ci il 12 mart tarixli Qərarına əsasən, Mülki Məcəllənin zaminliyə xitam verilməsi əsaslarının müəyyən olunduğu 477-ci maddəsi Məcəllənin 24-cü fəslində, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 447-ci maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, kreditor zaminlik müqaviləsində göstərilmiş onun qüvvədə olma müddəti qurtardıq. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir.
60. Hazırkı halda, Konstitusiya Məhkəməsinin q ərarında göstərilmiş mövqeyindən irəli gələrək məhkəmə kollegiyası hesab edir ki, iddia müddətindən fərqli olaraq kəsici müddətin tətbiqi tərəflərin iradəsinin asılı olmamaqla birbaşa məhkəmənin səlahiyyətinə aiddir. Şikayət əqdin etibarsızlığı ilə bağlı olduğundan hazırkı iş üzrə apellyasiya məhkəməsinin Mülki Məcəllənin 354-cü maddəsinin tələblərini tətbiq etməkdə haqlı olmuşdur.
61. Bundan başqa cavabdeh İttifaq 2019-cu il 1 yanvar tarixində tərəflər arasında sahibkarlıq subyektlərinin hər birinə 3 il müddətinə 5000 manatdan olmaqla, cəmi 575.000,00 manat məbləğində güzəştli kredit verilməsini və İttifaqın 2019-cu il 1 yanvar tarixinə əsas kredit üzrə 300.403,81 manat borcunun olmasının təsdiq edən üzləşmə aktını da imzalayıb möhürü ilə təsdiq etdiyi andan deməli, 2012-ci il 18 aprel ta rixli müqaviləni vacib əhəmiyyətli yanılmanın təsiri altında bağladığını bildiyi və ya bilməli olduğu halda, onun etibarsızlığını qanunvericiliklə müəyyən edilən kəsici müddəti ötürməklə mübahisələndirmişdir.
62. Cavabdeh İttifaq həmçinin kassasiya şikayətində bildirmişdir ki, məhkəmə dəbbə pulunu azaltmaq səlahiyyətinə malik olsa da bu hüququndan istifadə etməmişdir.
63. İş materiallarında olan ekspert rəyinə əsasən, cavabdeh İttifaqın iddiaçı Fonda 2019-cu il 1 mart tarixinə 297.123,81 manat əsas borc, 5.226,37 manat faiz borcu və231.342,58 manat cərimə borcu; iddianın qaldırıldığı 2019-cu il 17 aprel tarixə isə 296.262,81 manat əsas borc, 5.551,21 manat faiz borcu, 245.900,72 manat cərimə borcu hesablandığı müəyyən olunmuşdur. Bununla da, iddiaçı tərəfindən tələb olunan məbləğlər eksper t rəyi ilə müəyyən olunmuş məbləğlərlə üst-üstə düşmüşdür.
64. Sahibkarlığın İnkişafı Fondu tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydaları”nın 3.7-ci bəndinin tələbləri nəzərə alınmaqla, iddia tələbinin həcmi, cərimə borcuna münasibətdə 10 dəfədən də çox azaldaraq 25.803,28 manata qədər azaldılmış və həmin cərimə məbləğinin qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunmuşdur. 65. “Qaydaları”n 3.7-ci bəndinə əsasən, müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəlikləri onların sahibkarlıq subyektlərinə münasibətindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, fai zlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin 120 (yüz iyirmi) gündən çox olmamaq şərtilə cərimə ödəyirlər. Müvəkkil kredit təşkilatları öhdəliklərini icra etmədikdə, Fond öz vəsaitinin qaytarılması üçün tədbirlər görür.
66. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
67. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin tələbi nəzərə alınmaqla, azaldılmış cərimə məbələğinin, bir daha məhkəmə tərəfindən azaldılması Fondun fəaliyyət istiqaməti və üzərinə düşən vəzifələri baxımından, bütün əsaslı mənafələrinə uyğun hesab oluna bilməzdi. Bu səbəbdən, cavabdeh İttifaqının kassasiya şikayətinin Mülki Məcəllənin həmin normasının tətbiq olunmamasına dair dəlilləri də əsaslı olmamışdır.
68. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
69. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.
70. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
71. MPM-nin sübutetmə yükü ilə bağlı müddəaları nda aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
72. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.
73. Qeyd edilənl əri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli, 2-2(103)-131/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
74. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyas2iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
75. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli, 2-2(103)-131/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.