Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-541/2023 07.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 iyun tarixli 2-2(104)-106/2023 saylı qətnaməsindən İddiaçı ASC və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətlər inə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış 2018-ci il 10 dekabr tarixli İS05/18 nömrəli istixana kompleksinin istifadəyə verilməsi barədə müqaviləyə əsasən, istifadəyə verən "xxxx" ASC Samux rayonu Qarayeri kəndində yerləşən 2 ha istixana kompleksini 3 il müddətinə "xxxx" MMC-yə müvəqqəti istifadəyə verməyi, istifadəçi "xxxx" MMC isə müqavilənin şərtinə uyğun olaraq ümumi istifadə haqqı hər bir il üzrə 60.000 manat olmaqla, cəmi 180.000 manat ödəməyi öz öhdəsinə götürmüşdür.
2. İş materiallarına əlavə edilmiş 2018-ci il 10 dekabr tarixli İS-05/18 nömrəli istixana kompleksinin istifadəyə verilməsi barədə müqaviləyə dəyişiklik edilməsi barədə 2019-cu il 1 may tarixli D-İS-05/18 nömrəli razılaşma ilə "xxxx" Məhdud Məsu liyyətli Cəmiyyəti sözləri Cavabdeh sözləri ilə əvəz edilmişdir. 3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. 4. 2021-ci il 20 dekabr tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC və Cavabdeh MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı ASC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərci ödəmişdir.
5. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 27 avqust tarixli, 23/P-522 nömrəli pretenziya məktubundan görünür ki, cavabdehdən 120.000 manat pulun iddiaçıya ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun, cərimənin və məhkəmə xərclərinin alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
6. Cavabdeh "xxxx" MMC 2020-ci il 23 aprel tarixli, 05 saylı məktubla iddiaçıya müraciət edərək, COVİD 19 pandemiyası ilə əlaqədar "xxxx" ASC-yə 2020-ci il üçün icarə haqqının ödənilməsi ilə bağlı güzəşt tətbiq etməklə müəssisəyə müəyyən maddi dəstək edilməsini xahiş etmişdir.
7. Cavabdeh "xxxx" MMC 17 may 2021-ci il tarixli, 02 saylı növbəti məktubla yenidən iddiaçıya müraciət edərək, COVİD 19 pandemiyası ilə əlaqədar yaranmış çətinliklər haqqında 2020-ci ildə rəsmi məlumat verdiklərini, 2020-ci ildə yetişdirilmiş məhsulu sata bilmədiklərini, əsas ix rac bazarında pomidor məhsullarının idxalınapandemiya ilə əlaqədar qadağa qoyulduğuna görə icarəyə götürülmüş 2 ha istixana dəstində fəaliyyətlərinin davam etdirilməsinin hər hansı perspektivi olmadığı üçün icarə müqaviləsinin ləğv edilərək, istixananın başqa şəxslərə icarəyə verilməsinə etiraz etmədiklərini bildirmişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 120.000 manat əsas borc və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 20 18-ci il 10 dekabr müqaviləyə əsasən cavabdeh müqavilə predmeti olan Samux rayonu, Qarayeri kəndində yerləşən 2 ha istixana kompleksini 3 il müddətinə müvəqqəti istifadəyə götürmüşdür. Müqavilənin 1.2-ci bəndi üzrə cavabdeh 180.000 manat ödəməli olduğu halda cəmi 60.000 manat ödəniş etmiş və müqavilə üzrə 120.000 manat məbləğində borcu qalmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə 120.000 manat borcu qalmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl prosedura riayət olunmuş və nəticədə mediasiya proseduru ilkin mediasiya se ssiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediatorun 2021-ci il 20 dekabr tarixli 2021-002408 saylı arayışı ilə rəsmiləşdirilmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.3, 445.2.1-ci, “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddələrinə istinad etmişdir.
11. Cavabdehin direktoru məhkəməyə etiraz və etiraza əlavə təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış 2018-ci il 10 dekabr tarixli İS-05/18 nömrəli müqaviləyə əsasən 2hektarl ıq istixana dəsti üç il (2019-2021) müddətinə hər il 60.000 manat ödəmək şərti ilə təsisçisi olduğu cavabdehə icarəyə verilmişdir. Müqavilənin birinci ili cavabdeh tərəfindən müqavilə şərtlərinə vaxtı-vaxtında əməl edilərək 60.000 manat vəsait iddiaçının hesabına ödənilmişdir. İcarənin ikinci ilində, yəni 2020-ci ildə isə COVİD-19 pandemiyası, qapanmalar, iş yerlərinin bağlanması, əhalinin gəlirlərinin azalması və çoxsaylı digər səbəblərdən istehsal edilən pomidoru almaq üçün Rusiya bazarlarında da əhalinin alıcılıq qabiliyyəti aşağı olmasına görə cavabdehə maya dəyərindən aşağı qiymətlər təklif olundu. Cavabdeh və onun kimi digər istixana şəraitində məhsul istehsal edənlər Rusiya bazarlarında yox, daxili bazarlarda məhsul (pomidor) satmaq məcburiyyətində qaldılar. Belə olan halda daxili b azarlarda tələb-təklif qaydaları tərsinə dövr edirdi. Yaranmış vəziyyət haqqında onlar 2020-ci il 23 aprel tarixdə iddiaçının rəhbərliyinə rəsmi müraciət edilmişdir. Müraciətlərdə qarşılaşdığı çətinliklər haqqında ətrafa məlumat verilmişdir və kömək istənilmişdir. Məhsul istehsalına görə 200.000 manat borcları yarandığı və icarə haqqının ödənilməsinin mümkün olmadığı bildirilmişdir. Lakin cavabdehə heç bir köməklik edilməməsinə baxmayaraq itkilərini, borclarını və 2020-ci ilin icarə haqqını ödəmək məqsədi ilə fəaliyyətlərini davam etmişdir. Çox böyük çətinliklər hesabına olsa da 2021-ci ildə məhsul istehsal edilmişdir. “COVİD-19 pandemiyası” mövcud olduğu bir vaxtda onlar istixana şəraitində məhsul istehsal edənlərə növbəti iqtisadi zərbə vuruldu. Rusiya Federasiyası tərəfindən Azərbaycan Respublikasından bəzi meyvə tərəvəzlərin (o cümlədən pomidorun) idxalına qadağa qoyuldu. Odur ki, koronovirus pandemiyası nəticəsində dövlət tərəfindən qəbul edilən məhdudiyyət tədbirlərinin borclunun cavabdeh olmadığı haldan irəli gəlməsi kimi və bununla belə fors-major halları kimi qəbul edilməli və öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilməyə imkan yaradır. İstixana şəraitində becərilən məhsulların, xüsusən də kokobitdə damlama ilə suvarılan bahalı gübrələrdən istifadə edərək becərilən, istilik almaq üçün qaz, mazut və digər vasitələrdən istifadə olunan məhsulun maya dəyəri açıq sahədə becərilən tərəvəzlərin maya dəyərindən baha başa gəlir. İstixana şəraitində becərilən pomidorun bir kiloqramının maya dəyəri orta hesabla 1 man at 20 qəpik – 1 manat 40 qəpik başa gəlir. 2021-ci ildə də min bir əziyyətlə böyük vəsait xərclənməsi hesabına istehsal edilən, cavabdeh məhsulu daxili bazarda maya dəyərindən dəfələrlə aşağı qiymətə satmaq məcburiyyətində qalmışdır. Bəzən də olurdu ki, sata bilmədikləri məhsullar xarab olduğu üçün atmaq məcburiyyətində qalmışdır. Çətin, ümidsiz vəziyyət haqda cavabdeh iddiaçıya 2021-ci il 17 may tarixdə ikinci dəfə müraciət etmişdir. Müraciətdə istehsal edilən pomidorun ölkədə fəaliyyət göstərən iri təşkilatlara (hərbi hissələr, xəstəxanalar) satışında cavabdehə yardımçı olmaları, icraya götürülən 2-hektarlıq istixana dəstinin icarə müqaviləsinin ləğv edilərək başqa şəxslərə verilməsini xahiş etmişdir. Bundan başqa fors-major bəndi və baş verə biləcək hadisənin hüquqi nəticələrinin daxil edilməsi bütün hallarda müqavilə bağlanılarkən tövsiyə olunsa da 2018-ci il 10 dekabr tarixli TS-05/18 nömrəli müqavilənin şərtlərində fors-major hadisəsinin baş verməsi ilə bağlı bənd əlavə olunmamışdır. Halbuki “Forsmajor” müqavilələrdə standart şərt kimi yer almalı və bu şərtə əsasən, tərəflərin iradəsindən asılı olmayan və qarşısını almağa təsir imkanları olmayan hadisələrlə bağlı yaranmış şəraitdə müqavilə üzrə öhdəlikləri qismən və ya tamamilə yerinə yetirmədikdə tərəflər məsuliyyətdən azad edilməlidirlər. Cavabdeh hesab edir ki, müqavilədə “fors major” maddəsi mövcud deyilsə, o zaman “fors major”-la bağlı qanunvericiliyin bütün tələbləri avtomatik olaraq tətbiq edilməli və məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. İddiaçının özünün də müqavilənin ləğvi üçün müraciət etməməsi on larla hüquq münasibətlərinə davam etmək istəyinin, onları etibarlı və vicdanlı tərəfdaş olduğunun göstəricisidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya prosesinin tətbiqi zamanı keçirilən ilkin sessiyada işin məhkəməyəqədər nizamlanması ilə bağlı bir neçə təklif və şərtlər irəli sürülsə də qarşı tərəfdən bununla bağlı hər hansı müsbət reaksiya verilməmişdir. Beynəlxalq hüquq sistemində yer alan bir anlayış olaraq Fors-major sayıla bilən hallardan biri baş verərsə, onda tərəflər müqaviləyə bütövlükdə və ya qismən xitam vermək və ya müqavilənin icrasını dayandırmaq hüququ verir. Baş verən hadisə fors majordur. Onların öhdəliyinin icrasına kifayət qədər vicdanlılıq və məsuliyyətlə yanaşdıqlarını, lakin onlardan asılı olmayan qlobal çətinliklərlə əlaqədar öhdəliyin icrasının mü mkünsüzlüyünü nəzərə alaraq iddianın rədd edilməsini xahiş edirlər.
12. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 7 aprel tarixli 2-2(115)-355/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 120.000 manat məbləğində əsas borc və ödənilmiş 400 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulması, 410 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim – R.Məmmədov).
13. Cavabdeh istixana kompleksinin istifadəyə verilməsi müqaviləsi üzrə iddiaçıdan istixana kompleksini təhvil almış, müqavilə üzrə ödənişlərini vaxtında və tam ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.
14. Cavabdehin etirazına gəldikdə, mə hkəmə qeyd etmişdir ki, etirazda qeyd edilən dəlillər öhdəliyin xitamı üçün qanunla müəyyən edilmiş əsaslara aid deyildir.
15. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə ödənilməli olan 410 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
16. Məhkəmə bu qənaətini MM-in 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 527.1, 528, 700.1, 710.3, 717.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-355/2022 saylı 2022-ci il 7 aprel tarixli qətnamənin ləğv olunmasın ı və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
18. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 avqust tarixli 22(104)-127/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən – Ə.Abdullayev, hakimlər – R.Mamedov və Ş.Rzaquliyev).
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmış və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir.
20. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə "xxxx" MMC arasında 2018-ci il 10 dekabr tarixli İS-05/18 nömrəli istixana kompleksinin istifadəyə verilməsi barədə müqavilə bağla nmış və müqaviləyə əsasən, istifadəyə verən iddiaçı Samux rayonu, Qarayeri kəndində yerləşən 2 ha istixana kompleksini 3 il müddətinə istifadəçi "xxxx" MMC-yə müvəqqəti istifadəyə verməyi, istifadəçi isə müqavilənin şərtinə uyğun olaraq ümumi istifadə haqqı olaraq hər bir il üzrə 60.000 manat olmaqla, cəmi 180.000 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında 2018-ci il 10 dekabr tarixli İS-05/18 nömrəli istixana kompleksinin istifadəyə verilməsi barədə müqaviləyə dəyişiklik edilməsi barədə 2019-cu il 1 may tarixli D-İS05/18 nömrəli razılaşma olmuş və həmin razılaşmaya əsasən, müqavilədəki "xxxx" MMC sözləri Cavabdeh MMC sözləri ilə əvəz edilmişdir. Eləcə də "xxxx" ASC-nin Fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-c i il 17 avqust tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" ASC-nin adı dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. İstifadəçi cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən istifadəyə verən iddiaçıya 120.000 manat borcu yaranmışdır. Ona görə də sonuncu hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq, hesab etmişdir ki, məhkəmə iş üzrə müəyyən edilmiş faktlardan tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.
22. Belə ki, iddiaçı tərəfindən Samux rayonu, Qarayeri kəndində yerləşən 2 ha istixana kompleksinin 3 il müddətinə istifadəçi cavabdehə müvəqqəti istifadəyə verilməsi, istifadəçinin isə müqavilə üzrə iddiaçıya 120.000 manat borcu qalması işin mübahisə olunmayan tərəfidir. Belə ki, qeyd olunan hal iş materialları ilə sübut olunur, eləcə də cavabdeh iddia ərizəsinə etirazda da bunu etiraf etmişdir.
23. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehdən asılı olmayan və qarşısı alınmağa təsir imkanları olmayan hadisələrlə bağlı yaranmış şəraitdə müqavilə üzrə öhdəliklərin tamamilə yerinə yetirilmədiyinə görə sonuncunun öhdəlikdən azad edilməsi, fors majorla bağlı qanunvericiliyin bütün tələblərinin tətbiq edilməsi barədə dəlilinə də hüquqi qiymət verərək, qeyd etmişdir ki, şikayətin həmin dəlili əsassızdır.
24. Məhkəmə kollegiyası gəlmiş olduğu bu qənaətini onu nla əsaslandırmışdır ki, bundan əvvəldə qeyd olunduğu kimi mülki qanunvericiliyə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Мüqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Eləcə də əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda qanunda göstərilən şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər.
25. Göründüyü kimi, mülki qanunvericilik tərəflər arasında müqavilə bağlanmasının, müqaviləyə dəyişiklik edilməsinin, habelə olun ləğv edilməsinin qaydalarını, şərtlərini, və hüquqi əsaslarını müəyyən etmişdir.
26. Hazırki işdən isə göründüyü kimi, tərəflər arasında, habelə məhkəmə qaydasında müqavilə üzrə öhdəliklərin dəyişdirilməsi və ya ləğv edilməsi barədə razılaşma olmamışdır. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab etmişdir ki, müqavilə üzrə öhdəliklərdən azad edilmə istisna edilir.
27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tə rəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə bu qənaətini MM-in 6.2, 385.1, 386.1, 399.1, 421.1, 421.2, 422.1, 422.2, 422.3, 422.4, 423.1, 423.2, 442, 445, 448.1, 527.1, 528, 700.1, 710.3, 717.1-ci maddələrinə, MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
29. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğ v edilməsini, iddia tələbinin rədd edilməsini və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 dekabr tarixli 2-2(102)-781/2022 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 avqust tarixli 2-2(104)-127/2022 saylı qətnaməsi ləğv olunmuş, iş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. (sədrlik edən–İ.Dadaşov, hakimlər – A.Abbasov və B.Qəribov).
31. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş materiallarının səthi araşdırılması və mövcud sübutların düzgün qiymətləndirilməməsi və maddi hüquq normalarının po zulması ilə gəldiyi nəticəni qanunsuz hesab etmişdir.
32. İş materiallarından da göründüyü kimi cavabdehin, müqavilə üzrə öhdəliklərini “COVİD-19” pandemiyası səbəbi ilə, ölkədə tətbiq edilən xüsusi karantin rejimi nəticəsində, xüsusi karantin rejimi sərtləşdirildikdən sonra isə fəaliyyətinin məhdudlaşdırılması kimi hallar, buna dair etdiyi və iddiaçı tərəfindən alınması mübahisələndirilməmiş iki müraciəti faktiki olaraq məhkəmə qiymətləndirilmələrindən kənarda qalmışdır. Cavabdehin əsaslandırılmış etirazının isə birinci instansiya məhkəməsi tərəfindən “öhdəliyin xitamı üçün qanunla müəyyən edilmiş hallara aid deyildir” kimi kiçik bir cümlə ilə qəbul edilməməsi həmin dəlillərin müfəssəl qiymətləndirilməsi kimi qəbul edilə bilməz. Bütün dünyada elan edilmiş və Azərbaycan Respublikasının əra zisində xüsusi karantin rejiminin tətbiq edilməsinə səbəb olan COVİD-19 pandemiyası tərəflər arasında bağlanmış müqavilədə fors major halı kimi nəzərdə tutulmasa da, bu hal məhkəmələri bununla əlaqədar edilmiş müraciətləri düzgün və hərtərəfli, digər sübutlarla məcmu halda qiymətləndirmək vəzifəsindən azad etmir.
33. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, qanunvericilik normalarının təfsirinə, mövcud formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq mübahisəyə və müqaviləyə tətbiqindən çıxan nəticəyə görə, COVİD-19 pandemiyası hazırkı işin tərəflərinə və hallarına münasibətdə fors-major halıdır. Lakin karantin rejiminin tətbiq edilməsi özü-özlüyündə fors-major halının baş verməsini şərtləndirmir. Bunun üçün tərəf öz öhdəliyini icra etmək, o cümlədən itkilərin azald ılması üçün bütün mümkün səyləri göstərməlidir ki, fors-major halının baş verdiyinə istinad edə bilsin. Odur ki, karantin rejiminin tətbiqi ilə əlaqədar öz öhdəliyinin icrası ilə bağlı fors-major halına əsaslanan tərəf kimi cavabdeh pozuntunun onun məsul olmadığı haldan irəli gəldiyini, müqavilə bağlanarkən tərəfə həmin halı nəzərə ala, aradan qaldıra və nəticələrini istisna edə bilmədiyi ilə yanaşı, ağlabatan müddətdə qarşı tərəfi mövcud hal barədə məlumatlandırdığını da sübut etməlidir ki, iş materiallarına əsasən cavabdeh tərəfindən bu şərtlərə iş üzrə əməl edildiyi təsdiq olunur.
34. İş materialları ilə isə iddiaçının, müqavilənin icrasının dayandırılması ilə razı olmaması, bu barədə cavabdehi rəsmi qaydada xəbərdar etməsi, müqavilənin davam etdirilməməsi niyyəti ilə bağlı hər hansı hü quqi hərəkətlər etməsi təsdiq edilmir. Bu mənada, cavabdehin qüvvədə olan qanunvericiliyə istinad edərək, fors-major halına görə müqavilə müddəti bitməmiş, həmin müqavilənin ləğvini xahiş etməsi MM-in 448.4-cü maddəsinin dispozitiv tələblərinə uyğun olmuşdur. Başqa sözlə, ölkədə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar, pozuntunun cavabdehdən asılı olmayan haldan irəli gəldiyi, onun müqavilə bağlanarkən həmin halı öncədən görə, nəticələrini aradan qaldıra bilməyəcəyi, bu barədə vaxtında iddiaçıya məlumat verdiyi, müqavilə öhdəliklərini tam icra etmədiyi qanunvericiliyin dispozitiv tələblərinə cavab versə də, işə baxmış məhkəmələr işin həmin hallarına maddi hüquq normaları baxımından qiymət verməməklə MM-in 448.4-cü maddəsinin, cavabdehin iş materiallarındakı bununla bağlı müraciətl ərini isə qətnamədə sübutlar sırasında ümumiyyətlə göstərməməklə, iddiaya etiraza və apellyasiya şikayətinin bununla bağlı dəlillərinə düzgün və müfəssəl hüquqi qiymət verməməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 88-ci və 217-ci maddələrinin tələblərini pozmuşlar ki, bu da sonda qanunsuz məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur.
35. Belə ki, ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə tətbiq edilmiş məhdudiyyətlər mülki dövriyyəyə təsirsiz ötüşməmiş, cavabdehin dəlillərinə görə hazırkı iş üzrə onun da iddiaçı qarşısında öhdəliklərinin icrasına təsir etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu qəbildən olan işlərdə borclunun fors-major hadisəsi barədə kreditora dərhal, yəni həmin hadisə borcluya məlum olan kimi xəbər verməsi qanunvericiliyə uyğun olaraq onun məsuliyyətdən azad edilməsi və yaxud məsuliyyətinin azaldılması üçün mühüm rol oynayır.
36. Kassasiya məhkəməsi öz qənaətini MM-in in 6.2, 385.1, 399.1, 421.1, 421.2, 422.1, 422.2, 422.4, 442, 448.1, 448.4, 700.1-ci maddələrinə, N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli Qərarına, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2004cü il 28 dekabr tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi "OfertaPlus S.R.L. Mold ovaya qarşı" 2006-cı il 19 dekabr tarixli Qərarına, “Van de Hurk Niderlanda qarşı” 1994-cü il 19 aprel tarixli Qərarına, "Hiro Balani İspaniyaya qarşı" 1994-cü il 9 dekabr tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən 6-cı maddənin 1-ci bəndinə, Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” 2017-ci il 5 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 17-ci bəndinə, MPM-in 88, 217.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
37. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 iyun tarixli 22(104)-106/2023 saylı qətnaməsi ilə Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 7 aprel t arixli e2-2(115)-355/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 7 aprel tarixli e-2-2(115)355/2022 saylı qətnaməsi iddianın təmin edilmiş 60.000 manat pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamənın qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (Sədrlik edən – A.Hüseynzadə, hakimlər – Ə.Məmmədov və A.İsgəndərova).
38. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə arasında bağlanmış 2018-ci il 10 dekabr tarixli müqaviləyə əsasən cavabdeh müqavilə predmeti olan Samux rayonu, Qarayeri kəndində yerləşən 2 ha istixana kompleksini 3 il müddətinə icarəyə götürmüş, bir illik icarə haqqının məbləği 60.000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən 2019-cu il üzrə icarə haqqı ödənilmiş, sonrakı illər üzrə isə icarə haqqı ödənilməmişdir. Cavabdeh sonrakı illər üzrə müqavilə üzrə öhdəliyini icra edə bilməməsini 2020-ci ildə COVİD-19 pandemiyası ilə əlaqədar iş yerlərinin bağlanması, əhalinin gəlirlərinin azalması və çoxsaylı digər səbəblərdən istehsal etdikləri pomidoru almaq üçün Rusiya bazarlarında da əhalinin alıcılıq qabiliyyəti aşağı olması, daha sonra Rusiya Federasiyası tərəfindən Azərbaycan Respublikasından bəzi meyvə tərəvəzlərin (o cümlədən pomidorun) idxalına qadağa qoyulması ilə bağlı gəlir əldə edə bilməməsi ilə əlaqələndirmişdir.
39. Məhkəmə kollegiyası cavabdehin iddiay a qarşı etirazını qismən əsaslı hesab edərək qeyd etmişdir ki, iş materiallarında olan cavabdehin 2020-ci il 23 aprel tarixli 05 saylı və 2021-ci il 17 may tarixli 02 saylı məktubları ilə müəyyən edilir ki, cavabdeh COVİD 19 pandemiyası ilə əlaqədar iddiaçıya icarə haqqının ödənilməsi ilə bağlı güzəşt tətbiq etməklə müəssisəyə müəyyən maddi dəstək edilməsini, 2020-2021-ci illər ərzində yetişdirilmiş məhsulu sata bilmədiklərini, əsas ixrac bazarında pomidor məhsullarının idxalına pandemiya ilə əlaqədar qadağa qoyulduğuna görə icarəyə götürülmüş 2 ha istixana kompleksində fəaliyyətlərinin davam etdirilməsinin hər hansı perspektivi olmadığı üçün icarə müqaviləsinin ləğv edilərək, istixananın başqa şəxslərə icarəyə verilməsinə etiraz etmədiklərini bildirmişlər. Qeyd olunmuşdur ki, COVİD 19 pan demiyasının yaratdığı problemlər hamıya məlum olan hal kimi mülki dövriyyəyə də təsirsiz ötüşməmişdir. COVİD 19 pandemiyası dövründə cavabdehin iddiaçı təşkilata bu cür müraciətləri karantin rejiminin tətbiqi ilə əlaqədar öz öhdəliyinin icrasının mümkünsüzlüyünə əsaslanan tərəf kimi pozuntunun onun məsul olmadığı haldan irəli gəlməsi, müqavilə bağlanarkən həmin halı nəzərə ala, aradan qaldıra və nəticələrini istisna edə bilməməsindən irəli gəlməklə, ağlabatan müddətdə qarşı tərəfi mövcud hal barədə məlumatlandırmışdır ki, belə olduğu təqdirdə mübahisəyə MM-in 448.4-cü maddəsinin tətbiqi əsaslı hesab olunmuşdur.
40. Belə ki, cavabdehin müqavilə öhdəliklərinin tam icra edilməməsinin səbəblərinin (qərəz, kobud ehtiyatsızlıq, yaxud ondan asılı olmayan) müəyyən edilməsi üçün məhkəmə kollegiyası tərəfindən vergi orqanına müvafiq sorğular verilmiş və vergi orqanından əldə edilmiş mənfəət vergisi bəyannamələrindən müəyyən edilmişdir ki, cavabdehin 2020-ci il üzrə ümumi gəliri 603.270 manat, xərcləri 521.745,57 manat, 2021-ci il üzrə isə ümumi gəliri 531.400 manat, xərcləri isə 347.947,22 manat təşkil etmişdir ki, 2021-ci il üzrə ümumi gəlirin təxminən 295.120 manatı cavabdehin təsisçisi X1 tərəfindən cavabdehə 2021-ci il 27 aprel tarixli, 2021-ci il 13 iyun tarixli və 2021-ci il 29 sentyabr tarixli borc müqavilələrinə əsasən müvafiq olaraq verilmiş 50.000, 50.000 və 73.600 ABŞ dolları borc məbləğlərinin hesabına formalaşmışdır. Qeyd olunan fakt cavabdeh müəssisənin 2021-ci il tarixdə maliyyə-təsərrüfat vəziyyətinin qənaətbəxş olmamasını təsdiq etməklə, cavabdehin 2021-ci il üzrə mü qavilə öhdəliklərinin tam icra edilməməsinin ondan asılı olmayan səbəblərdən irəli gəlməsini sübut etmişdir ki, işin qeyd olunan faktiki halları birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Lakin, məhkəmə kollegiyası cavabdehin 2020-ci il üzrə gəlirlərinin icarəyə götürdüyü istixanada yetişdirilən pomidordan deyil, digər bitkilərin istehsalından əldə edilməsi buna görə də həmin il üçün də öhdəliyinin ondan asılı olmayan səbəbdən icra edə bilməməsi ilə bağlı etirazı ilə razılaşmayaraq qeyd etmişdir ki, hüquqi şəxsin fəaliyyəti vahid fəaliyyət hesab olunmaqla, bir istiqamət üzrə gəlir əldə etməsinə baxmayaraq, digər istiqamət üzrə gəlir əldə etməməsi, onun kreditorlar qarşısında öhdəlikdən azad edilməsi və ya öhdəlik üzrə məsuliyyətinin ölçüsünün azaldılması üçün əsas hesab o lunmur. Buna görə də məhkəmə kollegiyası COVİD 19 pandemiyasının yaratdığı problemlərlə əlaqədar cavabdehin 2021ci il üzrə öhdəliklərini icra edilməməsinin ondan asılı olmayan səbəblərdən irəli gəlməsini nəzərə alaraq hesab etmişdir ki, 2018-ci il 10 dekabr tarixli müqaviləyə əsasən cavabdeh 2021-ci il üzrə yaranmış öhdəliyə dair məsuliyyətdən azad edilməlidir.
41. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün MM-in 385.1, 425.1, 425.2, 448.1, 448.4, 700.1-ci, MPM-in 14.2, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7-ci maddələrinə istinad etmişdir.
42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-ci il 19 iyun tarixində tərəflərə məktub ilə göndərilmiş, elektron kabinetlərində yerləşdirilmişdir.
43. Həmin qətnamədən iddiaçı 2023-cü il 14 iyul tarixində kassasiya şikay əti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunması və ya işin yenidən baxılmağı üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
44. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsindən 2023-ci il 1 avqust tarixində kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin “apellyasiya şikayəti qalan hissədə təmin edilməməsi və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması” hissələrində ləğv edilməsini, həmin hissədə də iddia tələbinin tam rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri
45. MM-in 390, 448.4-cü maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh öhdəliklərini icra edə bilməməsini pande miya dövrü ilə əlaqələndirmişdir. Halbuki tərəflər arasında müqavilə münasibətlərinin mövcud olduğu dövrün pandemiya dövrünə təsadüf etməsi cavabdehin iddiaçı qarşısında öhdəliklərdən azad edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 2020-ci il 4 aprel tarixində müvafiq Tədbirlər Planı təsdiq edilmiş və pandemiyadan əziyyət çəkən sahibkarlıq subyektlərinə kifayət qədər maliyyə dəstəyi göstərilmişdir. Bundan əlavə, cavabdeh istehsal etdiyi məhsulu Rusiya bazarına çıxarmaqla qazanc əldə edəcəyini, Rusiyanın isə Azərbaycandan pomidor idxalına qadağa qoyduğundan onun öhdəliklərinin icrasının mümkünsüz olduğunu bildirmişdir. Lakin cavabdeh məhkəməyə göstərilən hallarla bağlı sübutlar (məs, Rusiya şirkətləri ilə bağlanmış müqavilələr) təqdim etməmiş, məhkəmə isə yalnız ehtimallara əsaslanan qərar qəbul etmişdir.
46. MPM-in 14.2, 77.1, 88-ci maddələrinin tələbi pozulmuşdur. Gəncə Apellyasiya Məhkəməsi cavabdehin öhdəliklərinin icrasının ondan asılı olmayan hallardan irəli gəlməsinə aid sübutlar təqdim edə bilməməsini nəzərə almamışdır.
47. Məhkəmə tərəfindən qərar qəbul edilərkən, iddiaçı tərəfindən təqdim edilmiş tərəflər arasında bağlanmış müqavilə, maliyyə arayışı, təhvil-təslim aktı və s. sənədlərlə cavabdehin iddiaçıya 120.000 manat pul ödəməli olmasının tam sübuta yetirilməsi nəzərə alınmamışdır.
48. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2023-cü il 24 may tarixli 2(102)- 1523/2023 nömrəli Qərarının 60 və 61-ci paraqraflarında sərgilənən mövqeyə görə pandemiyanın mövcudluğunu öhdəliklərin icrasından azad olma üçün üzrlü səbəb hesab olunmur. Həmin qərarda Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektl ərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 2020-ci il 4 aprel tarixində müvafiq Tədbirlər Planının təsdiq edildiyi və pandemiyadan əziyyət çəkən sahibkarlıq subyektlərinə kifayət qədər maliyyə dəstəyi göstərildiyi vurğulanır. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
49. MM-in 5.3, 448.2, 448.4, 560.3.4-cü maddələrinin tələbi pozulmuşdur. Hazırkı iş üzrə mübahisənin maddi hüquqi əsaslar olmasına baxmayaraq, iddia tələbinin qismən təmin edilmiş hissəsində yəni konkret olaraq, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 7 aprel tarixli e-22(115)-355/2022 saylı qətnaməsi iddianın təmin edilmiş 60.000 manat pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmədən qüvvədə saxlayaraq səhvə yol vermiş və nəticə etibarı ilə həmin hissədə iş üzrə maddi və prosessual hüquq normasının tələbini pozmuş, habelə iş üzrə Ali Məhkəmənin göstərişlərini də həmin hissədə icra etməmişdir.
50. Belə ki, məhkəmə həmin hissədə əsaslandırması ondan ibarət olmuşdur ki, məhkəmə kollegiyası cavabdehin 2020-ci il üzrə gəlirlərinin icarəyə götürdüyü istixanada yetişdirilən pomidordan deyil, digər bitkilərin istehsalından əldə edilməsi buna görə də həmin il üçün də öhdəliyinin ondan asılı olmayan səbəbdən icra edə bilməməsi ilə bağlı etirazı ilə razılaşmayaraq qeyd etmişdir ki, hüquqi şəxsin fəaliyyəti vahid fəaliyyət hesab olunmaqla, bir istiqamət fəaliyyəti vahid fəaliyyət hesab olunmaqla, bir istiqamət üzrə gəlir əldə etməsinə baxmayaraq, digər istiqamət üz rə gəlir əldə etməməsi, onun kreditorlar qarşısında öhdəlikdən azad edilməsi və ya öhdəlik üzrə məsuliyyətinin ölçüsünün azaldılması üçün əsas hesab olunmur. Məhkəmə 2020-ci il vergi bəyannaməsi üzrə olan məlumata istinad etmişdir.
51. Əvvəla qeyd edilir ki, hazırkı işin hüququ əsasını qeyd edilən normalar təşkil edir ki, həmin normalar üzrə borclunun təqsirinin yaranması üçün iki hərəkətdən biri olmalı, yəni öhdəliyinin icrasında qərəzə və ya kobud ehtiyatsızlığa yol verməlidir. Hazırkı iş üzrə isə məhkəmə tərəfindən borclunun yəni iş üzrə cavabdehin məsuliyyətinin yaranması üçün hansı hərəkətə yol verdiyi göstərilməmiş, yəni cavabdeh tərəfindən heç bir təqsirli hərəkət olmadığı halda onu məsuliyyətə cəlb etməklə qanunvericiliyin tələbinə zidd qətnamə qəbul etmişdir.
52. Konkret olaraq hazırkı iş üzrə cavabdehin qeyd edilən şəraitdə müqavilə öhdəliklərini ondan asılı olmayan səbəblərdən icra etməsi təsdiqini tapmış, lakin məhkəmə cavabdehin digər əmlak gəlirlərinə istinadən bu nəticəyə gəlməsi isə tam əsassız olmuş, məhz nəzərə almamışdır ki, 2020ci il üzrə borcun ödənilməməsi də cavabdehin heç bir təqsiri olmamış, məhkəmə cavabdehin təqsirinin yaranma əsaslarını, həmin əsasların nədən ibarət olması, ümumiyyətlə borclunun hansı təqsir nəticəsində məsuliyyətə cəlb edildiyini göstərməmişdir.
53. Digər tərəfdən iş üzrə Ali Məhkəmə tərəfindən qəbul edilmiş qərarda göstərilənlərə apellyasiya məhkəməsi tam əməl etməyərək, həmin göstərişlərdən və maddi hüquq normasının tələblərindən kənara çıxmışdır.
54. Belə ki, Ali Məhkəmənin konkret olaraq iş üzrə müəyyən etdiyi hallar ondan ibarət olmuşdur ki, iş materialları ilə isə iddiaçının, müqavilənin icrasının dayandırılması ilə razı olmaması, bu barədə cavabdehi rəsmi qaydada xəbərdar etməsi, müqavilənin davam etdirilməməsi niyyəti ilə bağlı hər hansı hüquqi hərəkətlər etməsi təsdiq edilmir. Bu mənada, cavabdehin qüvvədə olan qanunvericiliyə istinad edərək, fors-major halına görə müqavilə müddəti bitməmiş, həmin müqavilənin ləğvini xahiş etməsi MM-in 448.4-cü maddəsinin dispozitiv tələblərinə uyğun olmuşdur. Başqa sözlə, ölkədə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar, pozuntunun cavabdehdən asılı olmayan haldan irəli gəldiyi, onun müqavilə bağlanarkən həmin halı öncədən görə, nəticələrini aradan qaldıra bilməyəcəyi, bu barədə vaxtında iddiaçıya məlumat verdiyi, müqavilə öhdəliklərini tam icra etmədiyi qanunv ericiliyin dispozitiv tələblərinə cavab versə də, işə baxmış məhkəmələr işin həmin hallarına maddi hüquq normaları baxımından qiymət verməməklə MM-in 448.4-cü maddəsinin tələbini pozmuşdur.
55. Hansı ki, ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə tətbiq edilmiş məhdudiyyətlər mülki dövriyyəyə təsirsiz ötüşməmiş, cavabdehin dəlillərinə görə hazırkı iş üzrə onun da iddiaçı qarşısında öhdəliklərinin icrasına təsir etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu qəbildən olan işlərdə borclunun fors major hadisəsi barədə kreditora dərhal, yəni həmin hadisə borcluya məlum olan kimi xəbər verməsi qanunvericiliyə uyğun olaraq onun məsuliyyətdən azad edilməsi və yaxud məsuliyyətinin azaldılması üçün mühüm rol oynayır. Lakin məhkəmə işin həm in hallarını nəzərə almadan əsassız olaraq, iddianın təmin edilmiş hissəsini qüvvədə saxlamaqla səhvə yol vermişdir. Həmin maddənin tələbindən göründüyü kimi qanunverici, fors major halları nəzərdə tutaraq, məhz hansı halda öhdəliyinin pozulmasına görə məsuliyyət daşımadığını müəyyən etmişdir.
56. Belə ki, hazırkı iş üzrə borclu məhz qeyd edilən maddənin tələblərinə uyğun olaraq, vaxtında kreditora məlumat vermiş, iddiaçı tərəfindən müraciətlərə heç bir münasibət bildirilməmiş, ümumiyyətlə yaranmış vəziyyətdə kreditor müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməmişdir. Nəticədə, edilmiş müraciətlərə hər hansı bir münasibət bildirməyən iddiaçı təşkilat müqavilə öhdəliklərinədə əməl etməyərək, cavabdeh tərəfindən müvafiq müraciət edilməsinə baxmayaraq, müqavilənin 2.14-cü bəndində nəzərdə tutulan öhdəliyinə əməl etməmişdir.
57. Lakin kreditor həmin xəbərdarlığa məhəl qoymayaraq, öhdəliyin borclunun təqsiri ucbatından icra edə bilməməsinə baxmayaraq, bu barədə heç bir əməli tədbir görməmiş, borclunun təklif etməsinə baxmayaraq məhz müqavilə münasibətlərində kreditorun öhdəliyi kimi qeyd edilmiş müqavilənin 2.1-4-cü maddəsində olan öhdəliyini pozmuşdur.
58. Bundan əlavə məhkəmənin o mövqeyi isə tam əsassızdır ona görə ki, hazırkı vəziyyətin müəssisənin tam fəaliyyət dairəsi ilı bağlı deyildir və mübahisənin predmeti iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra edilib edilməməsində təqsirinin olub olmaması təşkil etdiyi halda məhkəmə isə həmin hallardan kənara çıxaraq mübahisəyə aidiyyəti olmayan şəkildə qiymət vermişdir.
59. Cavabdeh bunla bağlı bildirir ki, əvvəla cavabdeh tərəfindən təqdim edilmiş statistika komitəsinə təqdim edilmiş hesabatdan, bank çıxarışından və arayış ilə tam sübut edilir ki, müəssisənin fəaliyyət dairəsi 120 hektar torpaq sahəsi olmaqla müxtəlif mənbələr hesabına formalaşır. Həmin sənədlərlə tam sübut edilir ki, 2020-ci il üzrə müvafiq mübahisə predmeti olan pomidor üzrə gəlir əldə edilməmiş, əksinə həmin pomidorun əldə edilməsi üçün ödənilən elektrik və qaz xərci pomidor satışından əldə edilən vəsaitə bərabər olmuşdur. Digər halda əldə edilmiş digər gəlirlərin hesabına müəssisənin formalaşdırdığı mənbə hesabına hazırda cavabdehin təqsiri ucbatından yaranmış borcun ödənilməsi həm ədalətli olmaqla yanaşı qanunsuzdur. Çünki, iddiaçı qarşısında olan öhdəlikləri məhz mübahisə predmeti olan pomid or hesabına yaranmış və həmin halı əhatə edir. Lakin məhkəmə işin bu halını nəzərə almadan ədalətsiz olaraq həmin hissədə şikayəti təmin etməmişdir.
60. Məhkəmə tərəfindən həmin maddi hüquq normasının pozulması nəticəsində apellyasiya şikayətinin dəlilləri üzrə düzgün hüquqi qiymətləndirmə aparmamış və nəticədə cavabdehin qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququ pozulmuşdur.
61. Buna müvafiq olaraq cavabdeh hesab edir ki, hazırkı halda iddiaçı təşkilat müqavilə öhdəliyinə əməl etmədən, borclunun onu vaxtında icranın qeyri-mümkünlüyü barədə xəbərdarlıqlarına əhəmiyyət vermədən, müqavilədəki hüququndan sui-istifadə edərək, hazırkı iddianı qaldırmışdır.
62. Oxşar mövqe X2 Məhkəməsi tərəfindən ifadə edilmişdir. Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Məhkəmənin 1999-cu il 9 mart tarixli qərarında Roman-alman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada həyata keçirilən səlahiyyətlərə qoyulmuş məhdudiyyətin ölçüsü olan hüquqdan sui-istifadənin qadağan olunmasının ümumi prinsipi mütənasiblik (tarazlıq) prinsipi ilə oxşar cəhətlərə malikdir.
63. Bu mənada iş üzrə iddiaçı ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla q eyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirərək, o, bu hüququndan sui-istifadə etmiş, bu mənada hüquqdan sui-istifadənin etməklə mütənasiblik (tarazlıq) prinsipi pozulmuş, cavabdehin müvafiq öhdəliyi icra etməyəcəyini bildiyi halda, həmin müqaviləni ləğv etməyərək, eləcədə, müvafiq icarə obyekti geri tələb etməyərək, yaranmış vəziyyətdən sui-istifadə edərək, gəlir əldə etmək istəmişdir.
64. MPM-in 14, 77.1, 420-ci maddələrinin tələbi pozulmuşdur. İşə təkrar baxan apellyasiya məhkəməsinin Qərarında qoyduğu göstərişlərə tam əməl etməmiş, məhz iddiaçının müvafiq olaraq edilmiş müraciətə vaxtında cavab verməməsinin səbəblərini aydınlaşdırmamış, habelə cavabdehin müvafiq olaraq məsuliyyətdən azad edilməli olması barədə göstərişini yerinə yetirməmişdir. Hansı ki, Ali Məhk əmənin Qərarının 45, 46, 47, 48, 49, 50, 51-ci bəndləri məhkəmə tərəfindən əməl edilməmiş və bu istiqamətdə heç bir araşdırma aparmadan iddia tələbinin bütövlükdə rədd edilməli olduğu halda bunu etməmişdir.
65. Bundan əlavə məhkəmə, qeyd edilən hüquq normalarının tələbləri baxımından iddiaçının müvafiq olaraq iddianın əsaslarına dair sübutlar təqdim edilməməsinə baxmayaraq, müqavilə öhdəliklərinə yəni müqavilənin 2.4-cü bəndinin tələblərinə və cavabdehin müraciətlərinə cavab verilməməsinə dair hər hansı sübut təqdim edilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
66. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
67. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
68. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
69. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
70. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə la zımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşım ır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götür mək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....”
71. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazı ları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir....” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasi ya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sür ülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
72. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi). 73. “Kassasiya məhkəməsi sübu t və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarix li Qərarı).
74. Məhkəmə kollegiyası tərəflərin kassasiya şikayətlərinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
75. İşə baxmış məhkəmələr tərəfindən cavabdehin 2020-ci il 23 aprel tarixli 05 saylı və 2021ci il 17 may tarixli 02 saylı məktubları ilə müəyyən olunmuşdur ki, cavabdeh COVİD 19 pandemiyası ilə əlaqədar iddiaçıya icarə haqqının ödənilməsi ilə bağlı güzəşt tətbiq etməklə müəssisəyə müəyyən maddi dəstək edilməsini, 2020-2021-ci illər ərzində yetişdirilmiş məhsulu sata bilmədiklərini, əsas ixrac bazarında pomidor məhsullarının idxalına pandemiya ilə əlaqədar qadağa qoyulduğuna görə icarəyə götürülmüş 2 ha istixana kompleksində fəaliyyətlərinin davam etdir ilməsinin hər hansı perspektivi olmadığı üçün icarə müqaviləsinin ləğv edilərək, istixananın başqa şəxslərə icarəyə verilməsinə etiraz etmədiklərini bildirmişlər.
76. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, COVİD 19 pandemiyasının yaratdığı problemlər hamıya məlum olan hal kimi mülki dövriyyəyə də təsirsiz ötüşməmişdir. COVİD 19 pandemiyası dövründə cavabdehin iddiaçı təşkilata bu cür müraciətləri karantin rejiminin tətbiqi ilə əlaqədar öz öhdəliyinin icrasının mümkünsüzlüyünə əsaslanan tərəf kimi pozuntunun onun məsul olmadığı haldan irəli gəlməsi, müqavilə bağlanarkən həmin halı nəzərə ala, aradan qaldıra və nəticələrini istisna edə bilməməsindən irəli gəlməklə, ağlabatan müddətdə qarşı tərəfi mövcud hal barədə məlumatlandırmışdır ki, belə olduğu təqdirdə mübahis əyə MM-in 448.4-cü maddəsinin tətbiqi əsaslı hesab olunmuşdur.
77. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin 2020-ci il üzrə ümumi gəliri 603.270 manat, xərcləri 521.745,57 manat, 2021-ci il üzrə isə ümumi gəliri 531.400 manat, xərcləri isə 347.947,22 manat təşkil etmişdir ki, 2021-ci il üzrə ümumi gəlirin təxminən 295.120 manatı cavabdehin təsisçisi X1 tərəfindən cavabdehə 2021-ci il 27 aprel tarixli, 2021-ci il 13 iyun tarixli və 2021-ci il 29 sentyabr tarixli borc müqavilələrinə əsasən müvafiq olaraq verilmiş 50.000, 50.000 və 73.600 ABŞ dolları borc məbləğlərinin hesabına formalaşmışdır.
78. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan fakt cavabdeh müəssisənin 2021-ci il tarixdə maliyyə-təsərrüfat vəziyyətinin qənaətbəxş olmamasını təsd iq etməklə, cavabdehin 2021-ci il üzrə müqavilə öhdəliklərinin tam icra edilməməsinin ondan asılı olmayan səbəblərdən irəli gəlməsini sübut etmişdir.
79. Apellyasiya instansiya məhkəməsi cavabdehin 2020-ci il üzrə gəlirlərinin icarəyə götürdüyü istixanada yetişdirilən pomidordan deyil, digər bitkilərin istehsalından əldə edilməsi buna görə də həmin il üçün də öhdəliyinin ondan asılı olmayan səbəbdən icra edə bilməməsi ilə bağlı etirazı ilə razılaşmayaraq qeyd etmişdir ki, hüquqi şəxsin fəaliyyəti vahid fəaliyyət hesab olunmaqla, bir istiqamət üzrə gəlir əldə etməsinə baxmayaraq, digər istiqamət üzrə gəlir əldə etməməsi, onun kreditorlar qarşısında öhdəlikdən azad edilməsi və ya öhdəlik üzrə məsuliyyətinin ölçüsünün azaldılması üçün əsas hesab olunmur. Kassasiya qaydasında işə baxan məhkə mə tərkibi bununla razılaşır.
80. Cavabdehin kassasiya şikayətinin məlum pandemiya səbəbindən öhdəliklərin vaxtında icra edilməməsi barədə dəlili eyni zamanda, apellyasiya şikayətinin də dəlilləri olmuşdur. Kollegiya cavabdehin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və gəlinən nəticə ilə razılaşır.
81. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
82. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi “iddia tələbinin qismən təmin edilmiş hissəsində yəni konkret olaraq, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 7 aprel tarixli e-22(115)-355/2022 saylı qətnaməsi iddianın təmin edilmiş 60.000 manat pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmədən qüvvədə saxlayaraq səhvə yol vermiş və nəticə etibarı ilə həmin hissədə iş üzrə maddi və prosessual hüquq normasının tələbini pozmuş, habelə iş üzrə Ali Məhkəmənin göstərişlərini də həmin hissədə icra etməmişdir” hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi həmin hissədə qüvvədə saxlamamış, 60.000 manat hissəsində ləğv etmiş və iddia tələbini həmin hissədə təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin bu mövqeyi və hüquqi qiymətləndirməsi ilə razılaşır.
83. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmışdır və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə işə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşmaqla həmin qiymətləndirmənin təkrarən qeyd edilməsinə də zərurətin aradan qalxması qənaətinə gəlir.
85. Kassasiya şikayətlərinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquq i qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
86. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
87. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 iyun tarixli 22(104)-106/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.