Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-542/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-542/2021 Bakı şəhəri 2021-ci il 30 noyabr Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Abiyeva Kəmalə Nəbi qızı sədrlik edən və məruzəçi, Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, iddiaçı LPO İddiaçı1 ASC-nin vəkili Vəkil iştirakı ilə İddiaçı ləğv prosesində olan İddia çı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 iyul tarixli 22(106)-152/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı1 ASC-nin (bundan sonra – “ASC”) Cəlilabad filialı ilə Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”), Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”), Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”), Cavabdeh4 (bundan sonra – “Cavabdeh4”) və Cavabdeh5 (bundan sonra – “Cavabdeh5”) arasında bağlanmış 2014-cü il 28 oktyabr tarixli 3853 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə, kartofun becərilməsi üçün hər birinə 5.000 manat olmaqla, cəmi 25.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. 2. 2014-cü il 28 oktyabr tarixli 05 saylı, 06 saylı, 07 saylı, 08 saylı və 09 saylı kassa məxaric orderlərindən görünür ki, Cavabdeh5 5.000 manat, Cavabdeh2 5.000 manat, Cavabdeh1 5.000 manat, Cavabdeh4 5.000 manat və Cavabdeh3 5.000 manat məbləğində kredit verilmişdir.
3. ASC-nin 2020-ci il 23 sentyabr tarixli **********415, **********416, **********417, **********378 və **********377 saylı arayışlarından görünür ki, 2014-cü il 28 oktyabr tarixli 3853 saylı kredit müqaviləsi üzrə 2020-ci il 4 sentyabr tarixə Cavabdeh3 LPO ASC-yə 5.000 manat əsas, müqavilə müddəti üçün hesa blanmış və tələb olunan faiz 12,50 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 0,0 manat, həmçinin gecikdirilmiş vaxt üçün 5%-lə hesablanan 719,98 manat faiz borcu olmaqla, cəmi 5.731,48 manat borcu; Cavabdeh2 LPO ASC-yə 3.810,75 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 239,97 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 458,64 manat, həmçinin gecikdirilmiş vaxt üçün 5%-lə hesablanan 552,26 manat faiz borcu olmaqla, cəmi 5.061,62 manat borcu; Cavabdeh1 LPO ASC-yə 5.000 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 709,80 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 542,50 manat, həmçinin gecikdirilmiş vaxt üçün 5%-lə hesablanan 71 9,98 manat faiz borcu olmaqla, cəmi 6.971,28 manat borcu; Cavabdeh5 LPO ASC-yə 5.000 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 709,80 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 542,50 manat, həmçinin gecikdirilmiş vaxt üçün 5%-lə hesablanan 719,98 manat faiz borcu olmaqla, cəmi 6.971,28 manat borcu və Cavabdeh4 LPO ASC-yə 5.000 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 704,80 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 542,50 manat, həmçinin gecikdirilmiş vaxt üçün 5%-lə hesablanan 719,98 manat faiz borcu olmaqla, cəmi 6.966,28 manat borcu vardır. 4. 2020-ci il 29, 30 sentyabr və 1 oktyabr tarixli xəbərdarlıq bildirişlərindən görünür ki, ASC-nin Cəlilabad filialı ilə ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanılmış 2014-cü il 28 oktyabr tarixli 3853 saylı kredit müqaviləsi əsasında aldıqları 25.000 manat kreditə görə hər bir cavabdehə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmiş, qeyd olunan borclar ödənilmədiyi halda, əsas borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məlumatlandırılmışlar.
5. Həmçinin problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet portalından çıxarışlardan görünür ki, Cavabdeh3 LPO ASC-yə olan əsas kredit borcu 5.000 manat, Cavabdeh1 LPO ASC-yə olan əsas kredit borcu 5.000 manat, Cavabdeh5 LPO ASC-yə olan əsas kredi t borcu 5.000 manat, Cavabdeh4 LPO ASC-yə olan əsas kredit borcu 5.000 manat, Cavabdeh2 LPO ASC-yə olan əsas kredit borcu 3.810,75 manat təşkil etmiş, həmin kreditlərin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunmaları təklif olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. ASC 2020-ci il 28 oktyabr tarixində iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh1 5.000 manat əsas, 709,80 manat faiz, 542,50 manat cərimə, 719,98 manat kredit müqaviləsinin müddəti bitdikdən hesablanmış məbləğ olmaqla, cəmi 6.971,28 manat; Cavabdeh2 3.810,75 manat əsas, 239,97 manat faiz, 458,64 manat cərimə, 552.26 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 5.061,62 manat; Cavabdeh5 5.000 manat əsas, 709,80 manat faiz, 542,50 manat cərimə, 719,98 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 6.971,28 manat; Cavabdeh4 5.000 manat əsas, 704,80 manat faiz, 542,50 manat cərimə, 719,98 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 6.966,28 manat; Cavabdeh3 5.000 manat əsas, 12,50 manat faiz, 719,98 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 5.731,48 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq LPO ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC ilə Cava bdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış 2014-cü il 28 oktyabr tarixli 3853 saylı kredit müqaviləsinə əsasən, cavabdehlərə 36 ay müddətinə, illik 6% ödənilmək şərti ilə 25.000 manat məbləğində kartofun becərilməsi üçün kredit verilmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 kredit müqaviləsinin şərtlərini pozmuşlar, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər, kredit və faizləri vaxtında ödəməmişlər. Hazırda Cavabdeh1 cəmi 6.971,28 manat, Cav abdeh2 cəmi 5.061,62 manat, Cavabdeh5 cəmi 6.971,28 manat, Cavabdeh4 cəmi 6.966,28 manat, Cavabdeh3 cəmi 5.731,48 manat borcu mövcuddur.
8. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 472.1, 472.2, 739.1-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad edərək əsaslandırılmışdır.
9. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 23 fevral tarixli e-2-2(121)-109/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, M.Allahverdiyedən 5.000 manat əsas borc, Cavabdeh2 3.810,75 manat əsas borc, Cavabdeh5 5.000 manat əsas borc, Cavabdeh4 5.000 manat əsas borc, Cavabdeh3 5.000 manat əsas borc, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,50 manat məbləğində pul tutularaq LPO ASC-nin ləğvedicisi ƏSF-na ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – R.İsmayılov).
10. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin tərəflər arasında 2014-cü il 28 oktyabr tarixli 3853 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 5.000 manat, Cavabdeh1 5.000 manat, Cavabdeh5 5.000 manat, Cavabdeh4 5.000 manat, Cavabdeh2 3.810,75 manat əsas borcunun mövcud olması iş materialları ilə sübut olunduğundan iddia həmin hissədə, yəni əsas bo rc məbləğinin tutulması hissəsində təmin edilməlidir. 11. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019- cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Fərmanın təsiri altına düşdüyündən, iddia faiz və cərimə borcuna dair hissədə rədd edilməlidir.
12. Məhkəmə bu qənaətini MM-in 385.1, 442, 443.1, 445.7, 448.1, 448.2, 466.2.1, 739.1, 739.2; MPM-in 107, 119.1-ci maddələrinə; “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının (bundan sonra – "xxxx") 1, 5, 6.2, 8.6-cı bəndlərinə istinad etməklə əsaslandırmışdır.
13. ASC 2021-ci il 22 mart tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin - iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 iyul tarixli 2-2(106)-152/2021 saylı qətnaməsi ilə ASC-nin ləğvedicisi ƏSF tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 23 fevral tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – İ.Əhmədov, hakimlər – T.Kərimov və T.Heydərov).
15. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmışdır (bax yuxarıda §§ 10-11).
16. Məhkəmə bu qənaətini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda § 12), əlavə olaraq MPM-in 14.2, 77.1, 88, 217.4, 372.1, 372.6, 372.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
17. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 22 iyul tarixində tərəflərə məktubla göndərilmişdir.
18. LPO ASC 2021-ci il 13 sentyabr tarixində həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin - iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddia tələbinin tam həcmdə təmin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN, ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
19. Məhkəmə Fərmanın tələblərini nəzərə almayaraq Cavabdeh3, Cavabdeh1 Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 ASC-yə kredit müqaviləsi üzrə borcunun tərkib hissələri olan faiz borcu, cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra (KMP 2014-cü il 24 dekabr tarixli Qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləğini əsassız olaraq silmişdir.
20. Həmin Fərmanın təsir dairəsinə düşən müqavilələrin məhkəmələrə restrukturizasiya olunmayan kredit müqavilələrinin faiz, cərimə və KMP 2014-cü il 24 dekabr tarixli Qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış faiz məbləği borclarının silinməsi səlahiyyətl əri verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktik i halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, k reditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük mə bləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
466. Zərər və dəbbə pulu... 466.2. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;...” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
28. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.”
29. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli 551 saylı Fərmanının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət b üdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin....
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticə sində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.
6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.... 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar;...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməs i və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanında, onun qəbul edilməsində məqsədin baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Restrukturizasiyanın özü əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Bu məqsədlə Fərmanın ayrı-ayrı bəndlərində qeyd olunmuşdur ki,... ödəniş, ilk növbədə, fiziki şəxslərin ba nklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir (2-ci bənd);... həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək,... (3.2-ci bənd); banklara tövsiyyə edilsin ki:... fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər (6.3-cü bənd); borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər (6.3-cü bənd).
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının faiz və cərimənin tutulması tələbinə düzgün olaraq qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından qiymət vermiş və belə qənaətə gəlmişdir ki, cavabdehlə restrukturizasiya tətbiq olunmaqla yeni kredit müqaviləsi bağlanılsaydı, Fərmanın tələbinə müvafiq olaraq, iddiaçı kredit müqaviləsi üzrə hesablanmış faiz borcunu və cəriməni silməli, yeni müqaviləni əsas qalıq borca görə bağlamalı olacaqdı. Çünki faizlərin silinməsi dedikdə Fərmana görə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə və penya) silinməsi başa düşülür (8.9-cu bənd). Banklar borclulardan Fərmanın təsiri altına düşən kreditlər üzrə faiz və cərimə borclarını deyil, yalnız əsas borcları tələb edə bilərlər. Bu səbəbdən, iddiaçını n tələbinin faiz borcu və cəriməyə aid olan hissədə təmin etməməklə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
33. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 iyul tarixli 22(106)-152/2021 saylı qətnaməsi iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov İ.A.Dad