Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-542/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdehə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 2-2(103)-292/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İcraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında 2020-ci il 25 avqust tarixli barter müqaviləsi (bundan sonra – “müqavilə”) bağlanmışdır. Müqavilənin: - 1.1-ci bəndinə əsasən, icraçı bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçini Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsindəki ünvanda yerləşən tikinti sahəsini müqavilənin ayrılmaz hissəsi sayılan razılaşma protokolunda göstərilən betonla təchiz etməyi öz öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən, sifarişçi bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında betonun icraçıdan qəbul edilməsini və qəbul edilmiş betonun dəyərini ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən, sifarişçi həmin müqavilə imzalandıqdan sonra müqavilənin 1.2-ci bəndinin icraç ısı ilə əlaqədar alınmış betonun dəyərinin 20%-ni ƏDV-ni icraçının hesabına köçürür, betonun dəyərinin qalan 80% hissəsi isə icraçı ilə bağlanılmış əlavə müqaviləyə əsasən mənzillə barter olunur. - 4.1-ci bəndinə əsasən, sifarişçi müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib betonu icraçıdan müəyyənləşdirilmiş qaydada təhvil almağı öz öhdəsinə götürür. - 4.2-ci bəndinə əsasən, sifarişçi müqavilə ilə aldığı betonun ödəmələrini (ƏDV) vaxtında aparılmasını öhdəsinə götürür.
2. İddiaçı MMC tərəfindən təqdim edilmiş müqaviləyə əlavə olan qiymətlərin razılaşma protokolu ilə Cavabdeh MMC-yə satılacaq B 25, B 22.5, B 20, B 15 və B 12.5 adlı beton məhsullarının qiymətləri müəyyən olunmuş, həmin protokol hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı MMC tərəfindən təqdim edilmiş 2020-ci il 22 oktyabr tarixli EBAR seriyalı 537765 nömrəli e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 78.000 manat dəyərində, 2020-ci il 4 dekabr tarixli EBAT seriyalı 457160 nömrəli e-qaiməyə əsasən 78.000 manat dəyərində və 2020-ci il 14 dekabr tarixli EBAT seriyalı 857761 nömrəli e-qaimə əsasən isə 84.630 manat dəyərində beton satışı həyata keçirilmişdir.
4. Cavabdeh MMC tərəfindən 2020-ci il 21 oktyabr tarixində - 15.600 manat, 2020-ci il 27 oktyabr tarixində - 15.600 manat, 2020-ci il 1 dekabr tarixində - 10.530 manat, 2020-ci il 3 dekabr tarixində - 6.396 manat alınacaq betonun avans dəyəri və 2020-ci il 14 dekabr tarixində EBAR 537765 nömrəli elektron qaimə üzrə alınmış malların dəyərindən 16.900 manat ödəniş edilmişdir (İddiaçı MMC-nin hesabından çıxarış). İş ü zrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 9 iyun tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 206.804 manat borc və 350 manat dövlət rüsumu olmaqla, cəmi 207.154 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə əsasən razılaşdırma protokolunda göstərilən betonla cavabdehi təchiz etmişdir. Qiymətlərin razılaşma protokolunda göstərilmiş Beton B25, Beton B22.5, Beton B20, Beton B15, Beton B12.5 markalı, (2020-ci il 22 oktyabr tarixli 537765 nömrəli qaimə ilə ümumi dəyəri 78.000 manat, 2020-ci il 4 dekabr tarixli 4571 60 nömrəli qaimə ilə ümumi dəyəri 78.000 manat və 2020-ci il 14 dekabr tarixli 857761 nömrəli qaimə ilə ümumi dəyəri 84.630 manat olmaqla) cəmi 240.630 manat dəyərində beton cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən isə iddiaçıya cəmi 33.826 manat ödəniş edilmişdir. Sifarişçinin betonla təmin olunduğu müddətdən iki ildən artıq vaxt keçməsinə baxmayaraq, cavabdeh indiyədək öz öhdəliyini tam icra etməmişdir. İddiaçı şirkətin direktoru bu barədə cavabdehə müraciət edərək pulun ödənilməsini tələb etdikdə, cavabdeh şirkətin direktoru müxtəlif bəhanələrlə hər dəfə ödənişin ediləcəyini bildirmişdir.
7. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, tərəflər arasında imzalanmış müqavilənin 3.1-3.3, 3.5 və 4.1-ci bəndlərinə əsasən iddiaçı beton məhsulunu cavabdehə təhvil verməmiş, bununla ə laqədar məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 noyabr tarixli e-2-2(113)-3502/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən müqavilə üzrə 175.604 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 465 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur (hakim – G.Namazova).
9. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış barter adlı müqavilədə həm alqı-satqı, həm də dəyişdirmə müqavilələrinin ünsürlərini öz əksini tapmışdır.
10. Malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən olunmuş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırkı işdə bu hal möv cud olmadığına görə, cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi mənasına gəlmişdir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamış, əksinə həmin mallar üzrə qismən ödənişlər də edilmişdir.
11. İddiaçı tərəfindən cavabdehə cəmi 240.630 manat dəyərində sement məhsulu satılmış, satılan malların dəyərindən 65.026 manat ödəniş edilmişdir. Qalan borc ödənilməmiş, nə də ki, müqavilənin 2.1-ci bəndinə əsasən alınmış betonun dəyərinin 80% hissəsinə münasibətdə əlavə müqavilə bağlanaraq mənzillə əvəzləşdirilməmişdir.
12. İddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə, avans ödənişi, həmçinin təqdim olunmuş qaimə üzrə qismən ödəniş ilə təsdiqini tapdığı üçün iddia tələbinin 175.604 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcud olmuşdur. Müqavilə üzrə yaranmış borc məbləği üzrə cavabdeh tərəfindən hissəvi ödənişlərin həyata keçirilməsi iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş malların ona təhvil verilməsinə əyani sübutu olmuşdur.
13. İddiaçı tərəfindən iddia tələbinin azaldılması barədə ərizə təqdim edilməsə də, məhkəmə iclaslarında cavabdehin borcunun iddiada göstərilən 206.804 manat deyil, 175.604 manat olduğu bildirilmiş və bununla bağlı yazılı cədvəl/arayış məhkəməyə təqdim olunmuşdur.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425, 443.1, 567, 568.1, 579.1, 600.1, 600.4, 662.1, 662.2, 662.3 və 664-cü, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddələrinə, Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq olunmuş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 1.2, 3.1, 3.2, 3.3 və 3.4-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 2-2(103)-292/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).
17. Apellyasiya məhkəməsi məhkəmə aktını qismən – iddianın təmin olunan hissəsində yoxlayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə barter müqaviləsi kimi adlandırılsa da, mahiyyət etibarı ilə həmin müqavilə alqı-satqı müqaviləsi olmuş, t ərəflər də həmin müqavilənin betonun alqı-satqısına dair olduğunu bildirmişlər.
18. İddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrin cəmi məbləği 240.630 manat, ödənişlərin cəmi məbləği isə 65.026 manat təşkil etmişdir. Eyni zamanda, tərəflər arasında müqavilədə malların təhvil-qəbulu ilə bağlı konkret sənədlərin (təhvil-təslim aktı, üzləşmə aktı və s.) tərtib olunması razılaşdırılmamış, faktiki olaraq da belə sənədlər tərtib edilməmiş, cavabdeh ona təqdim olunan elektron qaimələrə etiraz etməmiş və bir qaimə üzrə qismən ödəniş etmişdir. Əgər cavabdehin qeyd etdiyi kimi, həqiqətən də iddiaçı cavabdehə malları təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən olunmuş 5 gün müddətində imtina edər və ən azı bununla bağ lı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırkı işdə bu hal mövcud olmamış, əksinə, cavabdeh qismən ödəniş etmişdir. Tərəflər arasında işgüzar adətlərə görə malların təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.
19. İddiaçı üzərinə düşən vəzifəni yerinə yetirərək cəmi dəyəri 240.630 manat təşkil edən betonun cavabdehə təhvil verildiyini sübuta yetirə bilmiş, cavabdeh isə üzərinə düşən vəzifəni yerinə yetirə bilməmiş və 65.026 manat ödənişdən əlavə məbləğin ödənildiyini sübuta yetirə bilməmişdir.
20. Cavabdehin bununla bağlı istinad etdiyi, yəni “yerdə qalan məbləğin iddiaçı MMCnin faktiki rəhbəri olan X1 ödənilməsi” barədə dəlilləri isə kollegiya əsaslı hesab etməmiş və həmin şəxsin adından olan 2022-ci il 22 iyul tarixli ərizənin mötəbər sübut kimi qəbul edilməmə si qənaətinə gəlmişdir. Belə ki, apellyasiya icraatında X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş və məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi həmin halları etiraf etməmiş, hazırkı mübahisənin üçüncü şəxsə aidiyyəti olmadığını və onun üçüncü şəxs qismində cəlb edilməsinə etirazını bildirmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 404.1, 404.2, 567 və 598.3-cü maddələrinə, Qaydaların 3.9-cu bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
22. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin iddianın təmin edilən hissəsində ləğv olunaraq, həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 567-ci maddəsi üzrə - Məhkəmənin iddianın təmin olunduğu hissədə mövqeyi və gəldiyi nəticə tamamilə əsassızdır. Apellyasiya məhkəməsi şikayəti rədd edərkən, yalnız iddiaçı tərəfindən elektron-qaimə fakturanın təqdim edilməsinə əsaslanmışdır. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar işgüzar adətlərin, qanunun və yaxud da müqavilə şərtlərinin tətbiqini diferensiasiya e də bilməmişdir. Halbuki hazırkı mübahisəyə münasibətdə mülki hüququn qeyd olunan mənbələrinin birinin mövcudluğu digərlərinin tətbiqini istisna edir. Həmçinin məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini ümumiyyətlə nəzərə almamış, onları sadalamaqla kifayətlənərək, hazırkı mübahisəyə tətbiq etməmişdir.
24. Məhkəmə müqavilənin məhz 1.1, 1.2 və 4.1-ci bəndlərində (bax § 1) göstərilən şərtləri hazırkı mübahisəyə tətbiq etməli olduğu halda bunu etməmişdir. Müqavilə şərtləri cavabdeh tərəfindən qəbul olunmuşdur. Yəni müəyyənləşdirilmiş qaydada və keyfiyyətdə təhvil verilmiş betonun dəyərinin ödənilməsi nəzərdə tutulur. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş betonun tam şəkildə cavabdehə təhvil verilməsini təsdiq edən heç bir sübut təqdim edilmədiyi halda, məhkəmə elektr on-qaimələrin təqdim olunmasının pul tələbinin təmin edilməsi üçün yetərli olması qənaətinə gəlmişdir. Eyni zamanda, məhkəmə nəzərə almamışdır ki, MM-in 567-ci maddəsinə əsasən də alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında qeyd edilən göstərişlərə əhəmiyyət vermədən, vergi-hesab fakturalar la kifayətlənmiş, bununla da əsassız və qanunsuz qətnamə qəbul edilmişdir.
26. VM-in 71-1-ci maddəsi və Qaydalar üzrə - Məhkəmə qeyd edilən qaydaları düzgün tətbiq etməmişdir. Belə ki, qaydaların 3.4-cü bəndinə əsasən, bu qaydaların 2.2.2-ci, 2.2.3cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarım bəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 gün müddətində qəbul edən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Apellyasiya məhkəməsi həmin qaydaların 3.4-cü bəndinin tətbiq edilmədiyi, istisna halların (qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarım bəndlərinin) nədən ibarət olduğunu, habelə hazırkı mübahisəyə qaydaların 3.4-cü bəndinin tətbiq olunmasının mümkünlüyünü yoxlamadan, yanlış nəticəyə gəlmişdir.
27. MPM-in 14.1 və 174.2-ci maddələri üzrə - İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş betonun tam şəkildə cavabdehə təhvil verilməsini təsdiq edən heç bir sübut təqdim edilmədiyi halda, məhkəmə həmin sübutların mövcud olmamasını nəzərə almamış, işə birtərəfli yanaşmış, yalnız iddiaçının mənafeyindən çıxış etmişdir. Nəticə etibarı ilə iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəmə aktını qismən – iddianın təmin edilən hissəsində yox lamış, hazırkı icraat çərçivəsində isə apellyasiya məhkəməsinin qətnaməsi kassator tərəfindən bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPMin 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tut ulur: “Maddə
404. Müqavilənin təfsiri Mülki Məcəlləsinin müvafiq müddəalarında 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidə n təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.... 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv e dilməmiş sayılır (2022-ci il 25 avqust tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9cu bəndinin birinci cümləsinə “qaimə-fakturanın” sözlərindən sonra “(bu Qaydaların 2.2.10cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla)” sözləri əlavə edilmişdi)....”
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş və zamana görə qüvvədə olan “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulurdu: “... 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyya t aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur....”
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab faktura ları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
35. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutu lmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini (bax §§ 23-27) əsassız hesab edir.
37. Cavabdeh eyniməzmunlu dəlilləri aşağı məhkəmə instansiyalarında da bildirmişdir. Həmin dəlillər mahiyyət etibarilə mübahisəli malın cavabdehə təhvil verilməsinin iddiaçı tərəfindən sübut olunmaması, təhvil-təslim aktının təqdim edilməməsi, məhkəmənin müqavilə şərtlərini nəzərə almaması ilə bağlıdır.
38. Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, tərəflər arasında bağlanmış müqavilədə malların təhvil-qəbulu ilə bağlı konkret sənədlərin (təhvil-təsli m aktı, üzləşmə aktı və s.) tərtib edilməsi razılaşdırılmamışdır.
39. Göründüyü kimi, müqavilə ilə iddiaçının üzərinə malı cavabdehə məhz təhvil-təslim aktı əsasında təqdim etməli olmasına dair öhdəlik qoyulmamışdır.
40. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından o da məlum olur ki, iddiaçı tərəfindən cavabdehə cəmi 240.630 manat dəyərində sement məhsulu satılmış, satılan malların dəyərindən 65.026 manat ödəniş edilmişdir. Qalan borc ödənilməmiş, nə də ki, müqavilənin 2.1-ci bəndinə əsasən alınmış betonun dəyərinin 80% hissəsinə münasibətdə əlavə müqavilə bağlanaraq mənzillə əvəzləşdirilməmişdir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassatorun öz dəlillərini müqavilə şərtləri ilə əsaslandırılması haqlı hesab edilə bilməz.
42. Eyni zamanda, işin məhkəmələr tərəfin dən müəyyən edilmiş digər hallarına görə, tərəflər faktiki olaraq da malların təhvil verilməsinə dair təhvil-təslim aktları, üzləşmə aktları tərtib etməmişlər.
43. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı müvafiq hüquqi mövqelərə (bax § 34) istinadən, tərəflər arasında formalaşmış təcrübənin xarakterinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
44. Nəhayət işin məhkəmələr tərəfindən müəyyən edilmiş başqa hallarından məlum olur ki, cavabdeh ona təqdim edilən elektron qaimələrə etiraz etməmiş və qismən ödənişlər etmişdir.
45. Halbuki əgər cavabdehin qeyd etdiyi kimi, həqiqətən də iddiaçı cavabdehə malları təhvil verməsəydi, onda cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş və zamana görə qüvvədə olan “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinin (bax § 33) tələblərinə görə, iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina etməli və ya ən azından, bununla bağlı öz etirazlarını iddiaçıya bildirməli idi.
46. Qeyd etmək lazımdır ki, analoji müddəalar hazırda qüvvədə olan Qaydaların 3.3 və 3.4-cü bəndlərində (bax § 32) də nəzərdə tutulmuşdur.
47. Lakin hazırkı işdə cavabdehin elektron qaimələrə etiraz etməsi halının mövcud olmadığı, əksinə, cavabdehin qismən ödənişlər etməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir.
48. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi istər zamana görə qüvvədə olan, istərsə də hazırda qüvvə olan Qaydaların tələblərinə zidd olmamışdır.
49. Kassator isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
50. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 35) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 35) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
51. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apelly asiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 2-2(103)-292/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 22(103)-292/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.