Məhkəmə qərarları › İş №2-2(102)-544/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-544/2022

08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-544/2022 08.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “X“ MMC-nin Cavabdeh1 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407.1-ci maddəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 iyun tarixli 2-2(106)-72/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ:

1. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.474,** manat məbləğində əsas borc, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 5.018,49 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Şirvan Kommersiya Məhkəməsinin 2020-ci il 11 noyabr tarixli, e-2-2(121)943/2020 saylı iş üzrə qətnaməsi ilə iddia təmin edilməmişdir.

3. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək, onun ləğv və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 2 iyun tarixli 2-2(106)-72/2021 saylı qətnaməsi ilə a pellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilmişdir.

5. Qətnamədən cavabdeh tərəfindən kasasiya şikayəti verilərək, onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 13 yanvar tarixli 2-2(106)-72/2021 saylı qərardadı ilə kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 407.1-ci maddəsinin tələbinə cavab vermədiyi üçün geri qaytarılmışdır.

7. Daha sonra cavabdeh tərəfindən yenidən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.

8. Azərbaycan Respublikasının Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 3 mart tarixli 2-2(102)-213/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinin icraata qəbulundan imtina edilmiş və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin 2022-ci il 18 aprel tarixli 2-2(106)-72/2021 saylı qərardadı ilə kasasiya şikayəti geri qaytarılmışdır.

10. Cavabdeh tərəfindən yenidən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.

11. Cavabdeh, eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən kasasiya şikayəti verə bilməsi ü çün prosessual müddətin ötürülməmiş hesab edilməsini xahiş etmiş, sonradan ərizəsini dəqiqləşdirərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

12. Şirvan Apellyasiya Məhkəməsinin 2022-ci il 8 iyun tarixli 2-2(106)-72/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən kassasiya şikayətinin vaxtında verilə bilməməsinin üzrlü səbəblərdən baş verməsinə dair sübutlar verilmədiyindən, şikayətin prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi isə üzrlü hal hesab edilmədiyindən, “buraxılmış müddətin bərpasına dair” ərizə təmin edilməmişdir.

13. Həmin qərardaddan cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsi, prosessual müddətin ötürülməsi barədə ərizənin təmin edilməsi, kasasiya şikayətinə mahiyyəti üzrə baxı lması barədə qərar qəbul olunması xahiş edilmişdir.

14. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.

15. Belə ki, MPM-in 425.1-ci maddəsinə əsasən, şikayət, ərizə və protest bu Məcəllənin 407-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. 16. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə bir sıra dəyişikliklər edilmiş (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş), yeni redaksiyada MPM-in 407-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma isə Məcəlləyə yuxarıda göstərilən Qanunla edilmiş “Əlavə 3”-də göstərilmişdir. 17. “Kassasiya şikayətinin forması” adlanan həmin “Əlavə 3”-də müəyyən edilmişdir ki, kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Kassasiya şikayəti verən şəxsin tələbi hissəsində isə kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

18. Göründüyü kimi kassasiya şikayəti verilərkən şikayət yalnız formanın Məcəllədə nəzərdə tutulmuş zahiri tərtibatının deyil, həmçinin onun məzmununun uyğunluğu tələblərinə də cavab verməklə vəhdət təşkil etməlidir. Hazırki halda isə, cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən yuxarıda qeyd olunan forma (zahiri tərtibat və məzmun) ilə bağlı tələbə riayət edilməmiş, şikayət Məcəllədə nəzərdə tutulan forma ilə uyğunluq təşkil etməmişdir.

19. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən veri lmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

20. Göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və onun qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.

21. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407.1, 408.1, 408.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 iyun tarixli 2-2(106)-72/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar