Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-55/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-55/2019) Bakı şəhəri 20 fevral 2019-cu il 20.02.2019 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "qanunsuz hesablanmış pulun silinməsi" tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-523/2018 saylı 31 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kass asiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 20 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) “xxxx” ASC-yə (bundan sonra - cavabdeh) müraciət edərək, obyektin tələb olunan gücünün 50 kvt artırılaraq 60 kvt təşkil etməsini xahiş etmişdir. Həmin müraciətə cavabdeh 10 sentyabr 2015-ci il tarixli, TMX-15/0919 nömrəli məktubla cavab verərək bildirmişdir ki, tələb olunan gücü 10Kvt olan obyektin elektrik təchizahı MX-D/T06-116 saylı, 21.04.2006-cı il tarixli texniki şərtlər əsasında 387 saylı transformator məntəqəsinin (TM) 0,4 kV-luq paylayıcı qurğusundan (PQ) qidalanan 20 saylı binanın paylayıcı lövhəsindən yerinə yetirilir. Hazırd a obyektin tələb olunan gücünün 50 kvt artırılaraq 60 kvt təşkil etməsi barədə abonentin müraciəti nəzərə alınaraq, onun elektrik təchizatının təmini üçün 387 saylı TM-in 0,4 kv-luq Pq-da layihə əsasında cərəyan və gərginliyin verilmiş qiymətinə əsasən dövrəni dərhal və ya müddətli normal açıb bağlaya bilən, avtomatlarla təmin olunan müasir tipli bir ədəd paylayıcı lövhə quraşdırılmaqla və oradan 1 kv-luq yeraltı kabel xətti çəkməklə yerinə yetirilməsinə “xxxx” ASC etiraz etmir. Bununla əlaqədar “xxxx” ASC-dən, X2 İdarəsindən istismara buraxılma aktı alınmalı və “xxxx” ASC ilə yeni enerji alqı-satqı müqaviləsi bağlanmalıdır “xxxx” ASC tərəfindən tərtib edilmiş 08 oktyabr 2015-ci il tarixli, BA-15/1261 nömrəli arayışda iddiaçının həqiqətən cavabdeh tərəfindən verilmiş 10.09.2015-ci il tarix li, TMX15/0919 nömrəli texniki şərti yerinə yetirməsi qeyd edilmişdir. “Enerjitəchizatı müəssisəsi” adlanacaq “xxxx” ASC ilə “Abonent” adlanacaq İddiaçı arasında 10 oktyabr 2015-ci il tarixli, 022647 nömrəli Enerjitəchizatı müəssisəsi ilə qeyriistehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi imzalanmışdır. İddiaçı tərəfindən “xxxx” ASC-yə 459,66 manat pul ödənilmişdir.(13 oktyabr 2015-ci il tarixli, 264799 nömrəli mədaxil qəbzi) Bakı şəhəri, A.Nemətulla 20 ünvanda yerləşən “qeyri-yaşayış” sahəsinin elektrik təchizatı üçün “xxxx” ASC tərəfindən verilmiş TMX-15/0919 saylı, 10 sentyabr 2015-ci il tarixli Texniki şərtə əməl olunması və təhvil verilməsi Nərimanov 10-6/0,4 kv İstismar Şöbəsinin rəisi xxx v ə “Qeyri-yaşayış” sahəsinin sahibi - iddiaçı tərəfindən imzalanmış 30 oktyabr 2015-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilmişdir. ünvan 2 ünvanında yerləşən, iddiaçıya məxsus Şah Abbas hamamında cavabdehin əməkdaşları tərəfindən EEİQ-na uyğun elektrik sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, aktda göstərilən koda aid TM həmin sxemə qoşulmuş kompüter məlumat bazasında olmayan S/N 36000814 d/m qurğuşun, a/m-349069, g-3077,6 əlavə sayğacdır. Ölçmə zamanı xətdən axan yüklər: Ta =230,17A, Tb =235A, Tc= 190A təşkil edir. P(fak)=144 kvt, P(say) = 0 kvt. (“xxxx” ASC Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 29 dekabr 2017-ci il tarixli, 003899 nömrəli Akt) Həmin akt əsasında tərtib edilmiş 29 dekabr 2017-ci il tarixli icra vərəqəsində qeyd edilir ki, y oxlama zamanı elektrik sayğacı obyektin daxilində sxemdən kənarlaşdırılmış halda aşkar olunmuş və abonent tərəfindən təhvil verilmişdir. Belə ki, TM-də sxemə qoşulmuş sayğac kompyuter məlumat bazasında qeydiyyatda yoxdur. Sayğac yenisi ilə əvəz olunmuşdur. “xxxx” ASC Sayğac quraşdırma və uçota nəzarət idarəsi tərəfindən araşdırılması və dəyişdirilməsi üzrə Aktda qeyd edilir ki, NBQ 003899 nömrəli akt əsasında obyektdə olublar. Məlum olub ki, laboratoriya tərəfindən quraşdırılmış sayğac çıxardılıb və onun əvəzinə qeydiyyatda olmayan sayğac quraşdırılıb. “xxxx” ASC tərəfindən çıxardılmış və hesabatda olmayan 36000814 nömrəli sayğac götürülmüş və salafan torbaya qoyulmuşdur. 003899 nömrəli akt əsasında tərtib edilmiş 097455 nömrəli “Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqı nda” 04 yanvar 2018-ci il tarixli protokolda qeyd edilmişdir ki, 73268141 nömrəli sayğac laboratoriya yoxlamasından keçmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, sayğacın alt möhürü normaldır. Sayğac normal buraxılan xətt ilə işləyir. “Bakıelektrikşəbəkə” tərəfindən tərtib edilmiş “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi” üzrə 181526 nömrəli aktda qeyd edilmişdir ki, 040247 nömrəli tələbnamə və 264799 nömrəli qəbzə əsasən TM-387-də sayğac quraşdırılıb. Cərəyan transformatorları yoxlanılıb 1886569, 1886510, ******* möhürlə möhürlənmişdir. Gərginlik və yük verilmədiyi üçün yoxlamaq mümkün olmamışdır, daha sonra yoxlanılması vacibdir. İddiaçı tərəfindən 10 yanvar 2018-ci il tarixli qəbzlərə əsasən 5000,00 AZN və 4300,00 AZN ödəniş edilmişdir. İddiaçının 09.12.2015-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən, 09.12.2015-ci il tarixə 2.906,10 manat, 18.01.2016-cı il tarixli, ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 18.01.2016-cı il tarixə 2.052,16 manat, 18.03.2016-cı il tarixli, ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 18.03.2016-cı il tarixə 2.269,78 manat, 23.09.2016-cı il tarixli, ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 23.09.2016-cı il tarixə 1 918,97 manat, 12.10.2016-cı il tarixli, ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 12.10.2016-cı il tarixə 2.619,97 manat, 06.11.2016-cı il tarixli, ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 06.11.2016-cı il tarixə 4.064,07 manat, 30.11.2016-cı il tarixli, ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 30.11.2016-cı il tarixə 4.099,87 manat, 11.01.2 017-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 11.01.2017-ci il tarixə 7.801,87 manat, 13.02.2017-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 13.02.2017-ci il tarixə 3.851,07 manat, 13.03.2017-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 13.03.2017-ci il tarixə 3.850,27 manat, 06.04.2017-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 06.04.2017-ci il tarixə 5.150,67 manat, 15.05.2017-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 15.05.2017-ci il tarixə 5.789,07 manat, 07.06.2017-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 07.06.2017-ci il tarixə 5.822,67 manat, 09.07.2017-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 09.07.2017-ci il tarixə 4.594,27 manat, 11.08.2017-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 11.08.2017-ci il tarixə 3.025,17 manat, 09.09.2017-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 09.09.2017-ci il tarixə 3.226,57 manat, 09.10.2017-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 09.10.2017-ci il tarixə 3.303,57 manat, 06.11.2017-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 06.11.2017-ci il tarixə 4.037,97 manat, 11.12.2017-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 11.12.2017-ci il tarixə 4.848,57 manat, 29.12.2017-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 29.12.2017-ci il tarixə 37.592,73 manat, 09.01.2018-ci il tarixli 609825476-nömrəli hesab ödəniş vərəqəsinə əsasən 09.01.2018-ci il tarixə 40.249,15 manat, 05.02.2018-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 05.02.2018-ci il tarixə 33.362,25 manat, 09.03.2018-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 09.03.2018-ci il tarixə 33.246,55 manat, 10.04.2018-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 10.04.2018-ci il tarixə 33.132,85 manat, 11.05.2018-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən 11.05.2018-ci il tarixə 31.909,55 manat borcu vardır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, elektrik enerjisinin istifadə qaydalarının pozulması haqqında 003899 saylı akta əsasən 29.12.2017-ci il tarixdə qanunsuz hesablanmış 40.249 manat borcun silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, “xxxx” ASC-nin NDQ 003899 saylı aktına əsasən hesablanmış 35.210,16 manat pulun silinməsi və həmin akta əsasən ödənilən 5.000 manatın ona geri qaytarılmasının cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı icarə müqaviləsi əsasında ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istifadəçisidir. 29 dekabr 2017-ci il tarixdə “xxxx” ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən sayğac sxemlərinin yoxlanması, quraşdırılması, dəyişdirilməsi barədə akt tərtib edilməklə onun istifadəsində olan qeyri-yaşayış sahəsinə aid elektrik sayğacı dəyişdirilərək guya əvəzinə laboratoriyada qeydiyyatdan keçməyən elektri k sayğacı qoyulmuşdur. Bunun əvəzi olaraq isə cavabdeh tərəfindən iddiaçıya 40.249 manat borc hesablanmışdır. Tərtib edilmiş aktın və bunun əsasında təyin edilmiş pul cəriməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, sözügedən sayğacın yerləşdiyi yer, yəni TM-387 onun istifadəsində olan qeyri-yaşayış sahəsindən 300-400 metr kənarda yerləşir. Bundan əlavə, həmin yerdə bir neçə transformatorun mövcud olması səbəbindən adi bir şəxsin həmin yerə daxil olması və orada sayğacı dəyişdirməsi qeyri-mümkündür. Çünki həmin yerə yalnız cavabdeh qurumun əməkdaşları daxil ola və orada müvafiq iş apara bilərlər. Həmin yerə hər hansı bir şəxsin daxil olub sayğac dəyişdirmək niyyəti olsa belə bunu etmək qeyri-mümkündür. Çünki orada həmin hərəkətlərin aparılması üçün ən azından TM-387-yə elektrik enerjisinı n verilməsi dayandırılmalıdır, ancaq bundan sonra orada müvafiq iş aparılması mümkündür. 29.12.22017-ci il tarixdə Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsi tərəfindən sayğacın yoxlanılması aparılarkən iddiaçının iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisinin istifadə qaydalarının” 8.33-cü maddəsində müəyyən edilmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və bu aktın bir nüsxəsini məişət abonentinə verir. Lakin “xxxx” ASC-nin əməkdaşları akt tərtib edərkən yuxarıda qeyd edilən normativ aktın tələblərini pozmuşlar. 1 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinin 2-2(81)-317/2018 saylı 01 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim: İ.B.Əhmədov) iddiaçıya hesablanmış 35.210,16 manat məbləğində borcun cavabdeh tərəfindən silinməsi və cavabdehə ödənilən 5.000 manatın iddiaçının depozit hesabına qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin birtərəfli qaydada tərtib etdiyi sənəd – akt iddiaçı üçün hər hansı öhdəlik yarada bilməz. Məhkəmənin həmin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-523/2018 saylı 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) c avabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-317/2018 saylı, 10 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-523/2018 saylı 31 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayət ində qeyd edilən xüsusatları araşdırmadan qərar qəbul etmiş, çıxarılmış sayğacın abonentə məxsus obyektdən “xxxx” ASC-nin əməkdaşlarına təhviİ verilməsinə, “xxxx” ASC-nin kompyuter məlumat bazasında olmayan sayğacın necə, hansı şəraitdə və kim tərəfindən “xxxx” ASC-nin TM-də quraşdırılması faktına hüquqi qiymət verilməmiş və bunun da nəticəsində cavabdehə maddi ziyan dəymişdir. Daha sonra qeyd edilir ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya və apellyasiya instansiya məhkəmələri tərəfindən sübut edilməmiş və eyni zamanda iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumatlandırılmasına baxma yaraq işdə iştirak edən şəxslər məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-in 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdi rilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı mübahisə elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədardır. İddiaçı, cavabdehin ona ünvanladığı xəbərdarlıqda göstərilmiş enerji haqqı borcu ilə razılaşmamış və bununla əlaqədar olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: -1.3-cü bəndinə əsasən, enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. - 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütü n istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. -7.17-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinin hesablaşma uçotunun sxeminin dəyişdirilməsi, həmçinin uçot cihazlarını qidalandıran ölçü transformatorlarının yerlərinin dəyişdirilməsi və əvəz olunması müvafiq olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəfin rəsmi razılığı ilə yerinə yeti rilə bilər. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.3-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. - 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. -8.13-cü bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daş ıyır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün sonuncunun “xxxx” ASC-yə zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin özünün mövcud olması, onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən hallarına görə, “xxxx” ASC Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 29 dekabr 2017-ci il tarixli, 003899 nömrəli Akta əsasən, ünvan 4 ünvanında yerləşən, iddiaçıya məxsus Şah Abbas hamamında “xxxx” ASC-nin əməkdaşları tərəfindən elektrik sayğacına baxış keçirərkən məlum olub ki, aktda göstərilən koda aid TM həmin sxemə qoşulmuş kompüter məlumat bazasında olmayan S/N 36000814 d/m qurğuşun, a/m-349069, g3077,6 əlavə sayğac aşkar edilmişdir. “xxxx” ASC tərəfindən şahid qismində ifadə verən X1 (Aktı tərtib edən şəxs) bildirmişdir ki, o, əraziyə baxan nəzarətçi mühəndis olan zaman həmin sayğacı özü çıxarıb. Buna görə də nəzarətçi işdən azad olunub. Transformator “xxxx” ASC-nin balansındadır. Abonentin ora girmək imkanı da azdır. Heç kəs gəlib sayğacı aktsız dəyişdirə bilməz. Qeyd olunmalıdr ki, qanunvericilik elektrik enerjisinə görə hesablaşmaların tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış elektrik sayğacının göstərişinə əsasən hesablanmalı olmasını müəyyən etmiş, elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda sərhəddən el ektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkilərini (texnoloji sərfiyyat) şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid etmiş, elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehliyi isə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktına əsasən həmin qurğuların balans daşıyıcısı olan təşkilatın üzərinə qoymuşdur. Bundan əlavə, cavabdeh iddiaçının borcunun necə və hansı əsaslara istinad olunaraq hesablanmasını əsaslandıra bilməmiş, 35.210,16 manat borcun yaranma mənbəyi kimi özünün birtərəfli qaydada tərtib etdiyi “Abonent haqqında məlumat”a əsaslanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Abonent haqqında məlumat” cavabdehin müvafiq məlumat - baza sistemindən çıxarış olmaqla cavabde hin daxil etdiyi informasiya əsasında formalaşmış və onun tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bu mənada, cavabdehin birtərəfli qaydada tərtib etdiyi sözügedən sənədin iddiaçı üçün hər hansı öhdəlik yaratması mümkün deyildir. Eyni zamanda, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş “Akt”da iddiaçının törətdiyi mülki hüquq pozuntusunun halları, sənədlərə istinadən bu halları təsdiq edən digər məlumatlar göstərilməlidir. Buna baxmayaraq, sözügedən zəruri məlumatlar nə yoxlama aktında, nə də ki ona edilən əlavələrdə əks olunmadığı üçün iddiaçının mülki hüquq pozuntusuna görə məsuliyyəti müəyyən edilə bilməz. Həmçinin, cavabdehin heç bir əsas olmadan 35.210,16 manat borcun ödənilməsini tələb etməsi yuxarıda göstərilən səbəblərdən başqa həm də Azərbaycan Respublikası Mülki M əcəlləsinin 425.1-ci maddəsində nəzərdə tutulmuş vicdanlılıq prinsipi ilə də ziddiyyət təşkil etdiyi üçün əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə isə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduğu faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı məhkəməyə iddia tələblərinin əsasını təsdiq edən sübutlar təqdim etsə də, cavabdeh öz etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iş materiallarında olan sübutlara və sadalanan maddi və prosessual hüquq normalarına istinad etməklə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normal arına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-523/2018 saylı 31 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-55/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-55/2019
20.02.2019 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver