Məhkəmə qərarları › İş №2-2(102)-55/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-55/2022

01.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-55/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: vergi borcuna görə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracdan satılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, Cavabdeh MMC (bundan sonra – cavabdeh) tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-833/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətin ə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. “Vergi borcunun ödənilməsinə dair” 2020-ci il 26 avqust tarixli **********5 nömrəli bildirişindən görünür ki, cavabdehin həmin tarixə dövlət büdcəsinə ümumilikdə 104.765,76 manat borcunun olması bildirilərək, göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuşdur.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra – iddiaçı) 2020-ci il 21 sentyabr tarixli, **********5 nömrəli qərarı ilə cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır.

3. Əmlakın siyahıya alınması haqqında 2020-ci il 18 noyabr tarixli, **********5 nömrəli protokola görə, vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınmas ı haqqında qərara əsasən cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 2.230 manat dəyərində əmlakı siyahıya alınmışdır.

4. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında 2020-ci il 18 noyabr tarixli aktla cavabdehə məxsus siyahıya alınmış əmlak məsul saxlanma üçün onun nümayəndəsinə təhvil verilmişdir.

5. Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə 2020-ci il 3 dekabr tarixli **********907200 nömrəli xəbərdarlığa əsasən, cavabdeh əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.

6. Vergi borcu barədə 2021-ci il 18 may tarixli məlumata görə, cavabdehin 2021-ci 18 may tarixə borcu 87.579,65 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı 2021-ci il 19 fevral tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2020-ci il 22 sentyabr tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 226,03 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 35.951,56 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 729,43 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 2230 manat məbləğdində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh qanunvericiliklə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin cavabdeh tərəfindən dövlət büdcəsinə olan borcu ödənilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul etmiş, qərar əsasında 2020-ci il 22 sentyabr tarixə olan borca görə 2230 manat məbləğində əmlak sıyahıya alınmış və bu barədə protokol tətib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakı n ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq göndərilmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 may tarixli, e2-2(113)-1540/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – E.Əliyev).

10. Həmin məhkəmə bildirmişdir ki, cavabdeh vergiləri tam həcmdə və vaxtında ödəmədiyindən vergi borcunun onun əmlakına yönəldilməsi barədə iddia tələbi əsaslı olmuşdur.

11. Gəldiyi nəticəni məhkəmə Vergi Məcəlləsinin 23.1.6, 89.1, 89.7, 89.10, 90.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegi yasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-833/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov, V.Baxışova).

14. Apellyasiya məhkəməsi bildirmişdir ki, apellyasiya araşdırmasının predmeti mövcudluğu qəbul edilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasından ibarətdir. Yalnız borcun olmadığı tərəflər arasında mübahisəsiz olduqda yaxud bu fakt cavabdeh tərəfindən təqdim olunan mötəbər, təkzibolunmaz sübutlarla təsdiqini taparsa, iş üzrə qəbul və müzakirə edilə bilər. Əgər belə dəlillər yoxdursa və borc da mübahisəlidirsə, o halda vergi borcunun mövcud olub-olmaması və ya düzgü n hesablanıb-hesablanmaması indiki məhkəmə tədqiqatının hüdudlarından kənarda qalır. Belə ki, əgər cavabdeh ona hesablanmış vergi borcları ilə razı deyilsə, pozulduğu güman olunan hüquqlarının bərpası məqsədilə inzibati məhkəmədə iddia qaldırmağa haqlıdır. Bu mənada, cavabdeh şikayətində əmlakların başqa şəxsə məxsus olduğunu bildirirsə, bununla bağlı mötəbər sübutlarını əvvəl, yəni əmlaklar siyahıya alınarkən iddiaçıya, bu mümkün olmadıqda isə məhkəməyə təqdim etməli olduğu halda bunu etməmişdir.

15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12.01.2011-ci il tarixli Qər arına, Vergi Məcəlləsinin 16.1.1, 23.1.8, 65.1, 78.1, 89.1, 90.1-ci maddələrinə instinad etməklə əsaslandırmışdır.

16. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 29 sentyabr tarixdə iddiaçının nümayəndəsi və cavabdehin qanuni təmsilçisinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

17. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin qanuni təmsilçisi həmin əmlakın məsul saxlanmaya verilməsi haqqında 2020-ci il 18 noyabr tarixli aktı imzalamaqdan imtina etmişdir. Belə ki, siyahıya alınan əmlaklar müəssisəyə məxsus olmamış, müəssisənin yerləşdiyi məkan və istifadəsində olan əmlaklar icarə predmeti olmuşdur. Məhkəmə isə sözügedən əşyaların cavabdehə məxsus olmamasını nəzərə almamışdır. Məhkəmə qətnaməsi sübutlara əsaslanmalı olduğu halda, siyahıya alınmış əmlakın cavabdehə məxsus olmasına dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh hesab edir ki, iddiaçı inzibati orqan olduğundan, siyahıya alınmış əmlakın məhz cavabdehə aid olmasınına dair sübutetmə yükü onun üzərinə düşmüşdür. Əmlakların məhz cavabdehə məxsus olması heç bir sənədlə təsdiq olunmadığı halda, məhkəmə həmin əmlakın mülkiyyətçisinin mülkiyyət hüquqlarını pozan qətnamə qəbul etmişdir.

19. Cavabeh kassasiya şikayətində Vergi Məcəlləsinin 89.10, MPM-in 88 və 418.1ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı təqdim etdiyi etirazında bildirmişdir ki, cavabdeh ona hesablanmış vergi borcları ilə razı olmadığı təqdirdə pozulduğu güman edilən hüquqlarının bərpası məqsədilə inzibati məhkəmədə iddia qaldıra bilərdi. Cavabdeh siyahıya alınmış əmlakların başqa şəxsə məxsus olduğunu bildirsə də, bununla bağlı mötəbər sübutlarını əmlaklar siyahıya alınarkən və ya aşağı instansiya məhkəmələrinə təqdim etməmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

21. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmiş dir.

22. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitu siyası M a d d ə 7

3. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; Maddə

23. Vergi orqanlarının hüquqları 23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanlarının hüquqlarıdır. 23.1.8. Qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; Maddə

65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Maddə

78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Maddə

89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfind ən xəbərdar edilir. Maddə

90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12.01.2011-ci il tarixli Qərarı Vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin-vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin-vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunl a nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkə məsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

26. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl malı, kassasiya şikayəti təmin olunmamalıdır.

27. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, siyahıya alınan əmlaklar müəssisəyə məxsus olmamış, müəssisənin yerləşdiyi məkan və istifadəsində olan əmlaklar icarə predmeti olmuşdur. Məhkəmə isə sözügedən əşyaların cavabdehə məxsus olmamasını nəzərə almamışdır.

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından cavabdehin vergilərin ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi, iddiaçı tərəfindən bunun təmin olunması üçün Vergi Məcəlləsinə uyğun olaraq görülmüş tədbirlər nəticə vermədiyindən 2020-ci il 21 sentyabr tarixdə cavabdehin əmlakının siyahıya alınması barədə qərar qəbul etmiş və əmlakın siyahıya alınmasına dair protokol tərt ib olunmuşdur. Cavabdeh protokolu imzalamaqdan imtina etsə də, inzibati orqanın əmlakın siyahıya alınmasına dair qərarını və həmin protokolu mübahisələndirməmişdir.

29. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, vergi qanunvericiliyi digər şəxslərin əmlak hüquqlarının pozulmasının qarşısını almaq məqsədi ilə məhz vergi ödəyicisinin yalnız onun özünə məxsus olan əmlakının siyahıya alınması mümkünlüyünü müəyyən etmişdir (Vergi Məcəlləsinin 89.1-ci maddəsi). Belə olduqda, cavabdeh siyahıya alınan əmlakın ona məxsus olmadığını qeyd etsə də, əmlakın ona məxsus olmaması və siyahıya alınmış əmlakların icarəçisi olmasına dair vergi orqanına, bu mümkün olmadıqda isə aşağı instansiya məhkəmələrinə hər-hansı sübutlarını təqdim etməmişdir. Halbuki, məhkəmə işi üzrə tərəfin məhkəməyə öz də lillərinin əsasını təşkil edən sübutlarını təqdim etmək hüquqları təminatı mövcuddur.

30. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.1, 76.2-ci maddələri).

31. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər h alların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.

32. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

33. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbl ərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadə lərinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni yuxarıda istinad edilmiş mülki prosessual qanunvericil iyin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən onlara verilmiş şərhə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdeh isə istinad etdiyi dəlilləri sübuta yetirə bilməmişdir.

36. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-833/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

37. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmi n etmədən saxlaya bilər.

38. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-833/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar