Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-55/2023 07.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı X1nın cavabdehlər “X2” MMC və “X3” MMC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı X1nın cavabdehlər “X2” MMC və “X3” MMC-yə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs: ləğv prosesində olan QSC “X4-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi ü çün tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli 2-2(103)-728/2022 saylı qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Azərbaycan Respublikasının X1 İLƏ X4 arasında 2016-cı il 2 fevral tarixli, KBS16-1823 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə X1 X4-ə 2016-cı il 2 fevral tarixindən etibarən 20.000.000 manat məbləğində, illik 3 faiz dərəcəsi ilə sonuncu instansiya krediti verir. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit 2017ci il 27 yanvar tarixinədək verilir.
2. X1 ilə “X3” MMC və X4 arasında 2016-cı il 2 fevral tarixdə İBS16-1823/2 saylı sonrakı ipoteka müqaviləsi bağlanm ışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə ipoteka predmetləri X1da ipoteka ilə yüklü edilmiş “X3” MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 4 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və X1da ipoteka ilə yüklü edilmiş “X3” MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 4 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzildir. Müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka predmetinin ümumi dəyəri tərəflər arasında 1.753.000 manat məbləğində qiymətləndirilmişdir.
3. X1 ilə “X2” MMC və X4 arasında 2016-cı il 2 fevral tarixdə İBS16-1823/3 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə ipoteka predmeti X1-də ipoteka ilə yüklü edilmiş "X2" MM C-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksidir. Müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka predmetinin ümumi dəyəri tərəflər arasında 19.400.000 manat məbləğində qiymətləndirilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri»nin RX 0816598 nömrəli çıxarışa əsasən, “X2” MMC-yə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 22ci km ünvanda yerləşən əmlak kompleksi 2016-cı il 2 fevral tarixli KBS16-1823 KM nömrəli kredit müqaviləsi əsasında Bankın xeyrinə, yüklülüyün müddəti 2017-ci il 27 yanvaradək müəyyən edilməklə, ipoteka ilə yüklü edilmiş v ə daşınmaz əmlakın dövlət reyestrində 2016cı il 4 fevral tarixində qeydiyyata alınmışdır.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri»nin RX 0814292 nömrəli çıxarışa əsasən, “X3” MMC-yə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 2016-cı il 2 fevral tarixli KBS16-1823 KM nömrəli kredit müqaviləsi əsasında Bankın xeyrinə, yüklülüyün müddəti 2017-ci il 27 yanvaradək müəyyən edilməklə, ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 2016cı il 4 fevral tarixində qeydiyyata alınmışdır.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri»nin RX 0816597 nömrəli çıxarışa əsas ən, “X3” MMC-yə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 4 ünvanda yerləşən mənzil 2016-cı il 2 fevral tarixli KBS16-1823 KM nömrəli kredit müqaviləsi əsasında Bankın xeyrinə, yüklülüyün müddəti 2017-ci il 27 yanvaradək müəyyən edilməklə, ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 2016-cı il 4 fevral tarixində qeydiyyata alınmışdır.
7. X1 ilə X4 arasında 2016-cı il 15 aprel tarixli, KBS16-1839 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə X1 X4-ə 2016-cı il 15 aprel tarixindən etibarən 6 ay müddətinə 15.000.000 manat məbləğində, illik 7 faiz dərəcəsi ilə, kredit xətti (müxbir hesabın overdraftı) formasında sonuncu instansiya krediti verir. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit 2016-cı il 17 oktyabr tarixinədək verilir.
8. X1 ilə ”X3” MMC və X4 arasında 2016-cı il 16 aprel tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə “X3" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 4 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 4 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzil Azərbaycan Respublikasının X1ının xeyrinə sonrakı ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka predmetlərinin ümumi dəyəri 1.753.000 manat məbləğində qiymətləndirilmişdir.
9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri»nin RX 0838549 nömrəli çıxarışa əsasən, “X3” MMC- yə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X1nın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri»nin RX 0838525 nömrəli çıxarışa görə, “X3” MMC-yə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 4 ünvanında mənzil X1nın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
11. X1 ilə ”X2” MMC və X4 arasında 2016-cı il 16 aprel tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə “X2" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksi X1 xeyrinə sonrakı ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka predmetinin ümumi dəyəri tərəflər arasında 19.400.000 manat məbləğində qiymətləndirilmişdir.
12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri»nin RX 0838513 nömrəli çıxarışa görə, “X2” MMC-yə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə X1nın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin X1na ünvanlanmış 2016-cı il 25 noyabr tarixli, 163020350656 saylı məktubuna əsasən, “X2 ” MMC-yə mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km. ünvanında yerləşən əmlak kompleksinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin X1na ünvanlanmış 2016-cı il 25 noyabr tarixli, 163020350655 saylı məktubuna əsasən, “X3” MMC-yə mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 4 saylı ünvanda yerləşən əmlaka tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin X1na ünvanlanmış 2016-cı il 25 noyabr tarixli, 16302 0350525 saylı məktubuna görə, “X3” MMCyə mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 4 saylı qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
16. İddiaçı X1 (bundan sonra-“iddiaçı”) cavabdehlər “X2” MMC (bundan sonra“cavabdeh X2”), “X3” MMC (bundan sonra-“cavabdeh MMC”) və üçüncü şəxs LPO X4-ün ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra-“üçüncü şəxs”) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, üçüncü şəxsin 2016cı il 2 fevral tarixli, KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə 10.000.000 manat məbləğində əsas borc, 79.166,67 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 10.079.166,67 manat və 2016-cı il 15 aprel tarixli KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə 12.252.469,87 manat məbləğində əsas borc, 7164 manat faiz borcu olmaqla, ümumilikdə 12.259.633,87 manat olmaqla, hər iki kredit müqaviləsi üzrə cəmi 22.338.800,54 manat məbləğində kredit borcunun ödənilməsi üçün tutmanın cavabdeh X2yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksi və cavabdeh MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 4 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və cavabdeh MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 4 ünvanında yerləşən 187 k v.m ümumi sahədən ibarət mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakların ilkin satış qiymətləri (likvid qiymət) üçüncü şəxs tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına üçüncü şəxsin qeyd olunan kredit müqavilələri üzrə iddiaçı qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə üçüncü şəxs arasında 2016cı il 2 fevral tarixli KBS16-1823 nömrəli və 2016-cı il 15 aprel tarixli KBS16-1839 nömrəli kredit müqavilələri bağlanmışdır. 2016-cı il 2 fevral tarixli kredit müqaviləsinə əsasən, x1 İdarə Heyətinin qərarı əsasında üçüncü şəxsə illik 3% olmaqla 2017-ci il 27 yanvar tarixədək öd ənilməsi şərti ilə 20.000.000 manat məbləğində kredit verilmişdir. Müqavilədə kredit üzrə əsas borcun 2017-ci il 27 yanvar tarixə kimi ödənilməli olduğu göstərilmişdir. 18. 2016-cı il 15 aprel tarixli KBS16-1839 nömrəli kredit müqaviləsi əsasında X1ın İdarə Heyətinin qərarı əsasında üçüncü şəxsə illik 7% olmaqla 6 ay müddətinə 15.000.000 manat məbləğində kredit verilmişdir. Müqavilədə kredit üzrə əsas borcun 2016-cı il 17 oktyabr tarixə kimi ödənilməli olduğu göstərilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin təminatı olaraq 2016-cı il 2 fevral tarixli və 2016-cı il 16 aprel tarixli ipoteka müqavilələrinə əsasən aşağıdakı əmlaklar ipoteka ilə yüklü edilmişdir: cavabdeh MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 4 ünvanında yerləşən 213 kv.m üm umi sahədən ibarət qeyri-yaşayış sahəsi və cavabdeh MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 4 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzil, cavabdeh X2-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksi.
19. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 4 oktyabr tarixli, 2-1(81)-4498/2016 nömrəli qərarı ilə üçüncü şəxs müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu 2016-cı il 4 oktyabr tarixdən qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Kredit müqavilələri üzrə qalıq borc məbləği həcmində iddiaçının kreditor tələbləri üçüncü şəxsə 2016-c ı il 14 noyabr tarixli, 05-01002-2016 nömrəli məktubla təqdim edilməsinə və bu tələblərin üçüncü şəxs tərəfindən qeydə alınmasına baxmayaraq, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. Üçüncü şəxsin 2016-cı il 4 oktyabr tarixinə iddiaçı qarşısında kredit müqavilələri üzrə borcu aşağıdakı kimidir: 2016-cı il 2 fevral tarixli, KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə 10.000.000 manat əsas borc, 79.166,67 manat faiz borcu olmaqla, ümumilikdə 10.079.166,67 manat; 2016-cı il 15 aprel tarixli, KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə 12.252.469,87 manat əsas borc, 7.164 manat faiz borcu olmaqla, ümumilikdə 12.259.633,87 manat məbləğində hesablanmışdır. İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişləri ipoteka qoyanlar cavabdeh X2-y ə 2016-cı il 11 noyabr tarixli, 05-00994-2016 nömrəli, cavabdeh MMC-yə 2016-cı il 11 noyabr tarixli, 05- 00993-2016 nömrəli məktublarla göndərmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi qeydə alınması üçün aidiyyəti üzrə göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2016-cı il 25 noyabr tarixli, 163020350656 nömrəli, 2016-cı il 25 noyabr tarixli, 163020350525 nömrəli və 2016-cı il 25 noyabr tarixli, 163020350655 nömrəli məktubları ilə bildirişlərin qeydə alındığı bildirilmişdir.
20. Bundan sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan üçüncü şəxsin 2016-cı il 2 fevral tarixli, KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə 9.469.166,67 manat məbləğində kredit borcunun, 2 016-cı il 15 aprel tarixli, KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə 12.252.469,87 manat əsas borc, 7.164,00 manat faiz borcu olmaqla, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 21.728.800,54 manat məbləğində kredit borcunun ödənilməsi üçün cavabdeh X2-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksi və cavabdeh MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 4 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 4 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzilə tutma yönəldilməsi və həmin daşınmaz əmlakların ilkin satış qiymətləri (likvid qiymət) göstərilməklə üçüncü şəxs tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına üçüncü şəxsin qeyd olunan kredit müqavilələri üzrə iddiaçı qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddiaçı tərəfindən 2019-cu il 25 fevral tarixli, 16-00094-2019 nömrəli vəsatətlə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, qiymətləndirmə ekspertizasının keçirilməsini xahiş etmişdir. 22. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 26 fevral tarixli, 2-2(81)230/2019 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur (hakim S.Nuriyeva). 23. “Əmlak Ekspert Mərkəzi” MMC-nin 2019-cu il 27 sentyabr ta rixli, ƏEM/İ 51685/19 saylı rəyinə əsasən 2019-cu il 27 sentyabr tarixinə cavabdeh X2-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8,0 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış (likvid) dəyərinin 6.173.000 manat məbləğində təşkil etməsi, cavabdeh MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 4 ünvanında yerləşən 213,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış (likvid) dəyərinin 319.500 manat məbləğində təşkil etməsi və cavabdeh MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 4 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzilin ilkin satış (likvid) dəyəri 685.000 manat m əbləğində təşkil etməsi müəyyən edilmişdir.
24. Üçüncü şəxs tərəfindən 2019-cu il 21 oktyabr tarixli, 1911200605097 nömrəli vəsatətlə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, təkrar qiymətləndirmə ekspertizasının keçirilməsini xahiş etmişdir. 25. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 noyabr tarixli, 2-2(81)230/2019 saylı qərardadı ilə əmlakın qiymətləndirilməsi ekspertizası təyin olunmuşdur (hakim S.Nuriyeva). 26. “Əmlak Ekspert Servis” MMC-nin 2020-ci il 1 iyun tarixli, ES/001-023/20 saylı rəyinə əsasən, cavabdeh X2-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8,0 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin 2020-ci il 1 iyun tarixinə ilkin satış qiym ətinin 6.568.000 manat, cavabdeh MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 4 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 2020-ci il 1 iyun tarixinə ilkin satış qiymətinin 788.100 manat və cavabdeh MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 4 ünvanında yerləşən 187 kv.m ümumi sahəsi olan mənzilin 2020-ci il 1 iyun tarixinə ilkin satış qiymətinin 1.159.000 manat təşkil etməsi müəyyən edilmişdir.
27. Cavabdeh X2 və üçüncü şəxs Bakı Kommersiya Məhkəməsinə vəsatətlə müraciət edərək, təkrar əmlakın qiymətləndirilməsi ekspertizasının keçirilməsini xahiş etmişlər.
28. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 sentyabr tarixli, 2-2(113)-47/2020 saylı qərardadı ilə əmlakın qiymətl əndirilməsi ekspertizası təyin olunmuşdur (hakim L.Əliyeva). 29. “Mizan Konsaltinq Ltd.” MMC-nin 2021-ci il 17 may tarixli, 02-QH-M/05-21 saylı rəyinə əsasən, cavabdeh X2-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında yerləşən daşınmaz əmlakın 2021-ci il 28 aprel tarixinə bazar dəyəri 13.849.337 manat, o cümlədən daşınmaz əmlak üçün 13.358.372 manat və əmlaka quraşdırılmış avadanlıqlar üçün 490.965 manat məbləğində müəyyən edilmişdir. Qiymətləndirilən əmlakın likvid dəyəri 10.018.779 manat məbləğində təşkil etmişdir.
30. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 iyun tarixli, 2-2(113)-15/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, üçüncü şəxsin 2016-cı il 2 fevral tarixli, KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında 9.469.166,67 manat kredit borcunun və 2016-cı il 15 aprel tarixli, KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə 12.252.469,87 manat məbləğində əsas borc, 7.164 manat faiz borcu olmaqla, cəmi 12.259.633,87 manat məbləğində kredit borcunun, ümumilikdə 21.728.800,54 manat məbləğində borcun ödənilməsi üçün cavabdeh X2-yə xüsusi hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə, cavabdeh MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 4 ünvanında yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 4 ünvanında yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilə tutma yönəldilməsi, həmin əmlakların ü çüncü şəxs tərəfindən açıq hərracda satılması, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiymətinin 6.568.000 manat məbləğində; Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 4 ünvanında yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 788.000 manat məbləğində; Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 4 ünvanında yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilin ilkin satış qiymətinin 1.159.000 məbləğində müəyyən edilməsi, əmlakların satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbi (ipotekanın qeydə alınması ardıcıllığı ilə əvvəl 2016-cı il 2 fevral tarixli KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə borc tələbi, son ra isə 2016-cı il 15 aprel tarixli, KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə borc tələbi) və tutma yönəldilməsi ilə bağlı xərclərin ödənilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin satışından əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda artıq qalmış məbləğin cavabdeh X2-yə qaytarılması, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 4 ünvanında yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 4 ünvanında yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilinin satışından əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda artıq qalmış məbləğin cavabdeh MMC-yə qaytarılması qət edilmişdir (hakim L.Əliyeva).
31. Biri nci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, üçüncü şəxs 2016-cı il 2 fevral tarixli, KBS16-1823 saylı və 2016-cı il 15 aprel tarixli, KBS16-1839 saylı kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliklərin vaxtında icrasını təmin etmədiyindən iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. İddiaçı tərəfindən ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması təmin edilmişdir. İpoteka predmeti olan əmlaklar cavabdehlərə məxsus olmaqla üçüncü şəxsin aktivi h esab edilmədiyindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinin mübahisəli hüquq münasibətinə tətbiqi istisna edilmişdir.
32. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8,0 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiymətinin (likvid dəyəri) müəyyən edilməsinə gəldikdə məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması gedişində alınmış 3 mütəxəssis rəyindən ikisində müəyyən edilmiş ilkin satış qiymətləri əhəmiyyətli dərəcədə fərqlənmədiyi halda (“Əmlak Ekspert Mərkəzi” MMC tərəfindən 6.173.000 manat, “Əmlak Ekspert Servis” MMC tərəfindən 6.568.000 manat) sonuncu mütəxəssis rəyi ilə müəyyən edilmiş ilkin satış qiyməti (10.018.779 manat) əvvəlki rəylərlə müəyyən edilmiş qiymətlərdən kəskin surətdə fərqlənir (fərq təxminən üç milyon yarım manata bərabərdir).
33. Həmçinin məhkəmə “Mizan Konsaltinq Ltd.” MMC tərəfindən verilmiş mütəxəssis rəyinin işin materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etdiyini nəzərə alaraq həmin rəydə müəyyən edilmiş bazar qiyməti və likvid dəyəri ağlabatan hesab etməmişdir. Məhkəmə “Əmlak Ekspert Mərkəzi” MMC tərəfindən mütəxəssis rəyinin 2019cu il 27 sentyabr tarixdə, “Əmlak Ekspert Servis” MMC tərəfindən mütəxəssis rəyinin isə 2020-ci il 1 iyun tarixdə verildiyini, eləcə daşınmaz əmlak bazarında qiymətlərin daim dinamikada olmasını nəzərə alaraq ipoteka predmetləri olan əmlakların likvid dəyərinin daha sonrakı (qətnamənin qəbul edildiyi tarixə daha yaxın) tarixdə verilmiş rəyə əsasən müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir.
34. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ipoteka predmetləri olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km ünvanında 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 6.568.000 manat məbləğində; Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 4 ünvanında yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 788.000 manat məbləğində; Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 4 ünvanında yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilinin ilkin satış qiyməti 1.159.000 manat məbləğində müəyyən edilməlidir.
35. Məhkəmə gəldiyi nəticəni MM-in 269.1, 269.2, 270.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 1.0.9, 3.1, 4.1, 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 10.4, 11. 1, 11.2, 34.1, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 41.1, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81, 81.1.1, 81.1.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 88, 119.1-ci maddələrinə istinad etmişdir.
36. Cavabdeh X2 və üçüncü şəxs tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində, qətnamənin qismən ləğv olunmasını və iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
37. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli, 2-2(103)-1201/2021 saylı qərardadı ilə cavabdeh X2-nin və üçüncü şəxsin apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir (sədrlik edən-mə ruzəçi hakim hakim V.Baxışova, hakimlər R.Qurbanov və H.Həmidov).
38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinin tələblərinin hazırkı mübahisə üzrə tətbiq edilməli olmadığına dair düzgün olmayan nəticəyə gəlmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı olan bütün aktivlərin açıq hərracda satılmasının ləğvedici tərəfindən həyata keçirilməli olduğu nəzərdə tutulduğundan, ləğvetmə prosesi çərçivəsində həll edilməli olan tələbə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxıla bilməz.
39. Məhkəmə gəldiyi nəticəni “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.1, 81.1.1, 81.1.2, 81.4, 82, MPM-in 261.0.1, 384.0.5, 372.7, 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
40. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 may tarixli, 2-2(102)-313/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim hakim İ.Dadaşov, hakimlər B.Məmmədli və B.Qəribov).
42. Kassasiya instansiyası məhkəməsi həmin qərarında göstərmişdir ki, üçüncü şəxs 2016-cı il 2 fevral tarixli, KBS16-1823 nömrəli və 15 aprel 2016-cı il tarixli, KBS161839 nömrəli kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliklərin vaxtında icrasını təmin etmədiyindən iddiaçının “İpoteka haqqında” Qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmış, iddiaçı tərəfindən ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı sözügedən Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması təmin edilmişdir. İpoteka predmeti olan əmlaklar cavabdehlərə məxsus olmaqla üçüncü şəxsin aktivi hesab edilə bilməz, iş üzrə iddia tələbinin bilavasitə yönəldiyi cavabdehlər hüquqi şəxs olaraq ləğv edilməmişlər, ipoteka predmetləri isə iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış 2016-cı il 2 fevral tarixli, KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə bir il müddətinə, 3 faiz dərəcəsi ilə verilmiş 20.000.000 manat məbləğdə, 2016-cı il 15 aprel tarixli, KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə 6 ay müddətinə verilmiş 15.000.000 manat məbləğlərində kreditlərin təminatı hesab olunmuşdur. 43. 2016-cı ildən keçən altı ilə yaxın müddət ərzində üçüncü şəxs iddiaçının kreditor tələblərinin təminatı olan ipoteka predmetlərinin açıq hərracdan satılması üzrə səlahiyyətlərindən istifadə etməmiş, nəticədə xüsusi ilə külli miqdarda, dövlətin mülkiyyəti hesab edilən kredit məbləğlərinin dövlətə qaytarılması təmin edilməmişdir.
44. Kasasiya instansiyası mə hkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
45. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli, 2-2(103)-728/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Məmmədov, hakimlər E.Mehdiyev və A.Oruczadə).
46. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kredit müqavilələrinə əsasən alınan pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun r isk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan üçüncü şəxs müqavilə üzrə iddiaçıya olan borclarını ödəmədiyi üçün, borcun tutulmasının öhdəliyin icrasının təminatı olan cavabdehlərə məxsus ipoteka predmetlərinə yönəldilməsi düzgün olmuşdur.
47. Məhkəmə cavabdeh X2-nin və üçüncü şəxsin birinci instansiya məhkəməsinin əmlakların ilkin satış qiymətinin müəyyən edilməsinin qanunazidd olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu hal birbaşa olaraq “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsi ilə tənzimlənir. Hazırkı iş üzrə ipoteka predmeti olan əmlaklar üçüncü şəxsə deyil, cavabdehlərə məxsus olmuşdur. İş üzrə iddia tələbinin bilavasitə yönəldiyi cavabdehlər hüquq i şəxs olaraq ləğv edilməmişlər, ipoteka predmetləri isə iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış 2016-cı il 2 fevral tarixli kredit müqaviləsi üzrə bir il müddətinə 3 faiz dərəcəsi ilə verilmiş 20.000.000 manat məbləğdə, 2016-cı il 15 aprel tarixli kredit müqaviləsi üzrə 6 ay müddətinə verilmiş 15.000.000 manat məbləğdə kreditlərin təminatıdır.
48. Məhkəmə həmçinin qeyd etmişdir ki, 2016-cı ildən keçən altı ilə yaxın müddət ərzində üçüncü şəxs iddiaçının kreditor tələblərinin təminatı olan ipoteka predmetlərinin açıq hərracdan satılması üzrə səlahiyyətlərindən istifadə etməmiş, nəticədə xüsusi ilə külli miqdarda, dövlətin mülkiyyəti hesab edilən kredit məbləğlərinin dövlətə qaytarılması təmin edilməmişdir.
49. Halbuki, Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 5 may tarixli Qərarı nda da vurğulanmışdır ki, dövlətin müstəsna mülkiyyətində olmaqla X1ın da hazırkı münasibətlərdə kreditor kimi kifayət qədər əsaslı gözləntiləri vardır ki, bu da dövlətə məxsus vəsait hesabına yenidən maliyyələşdirmə məqsədi ilə kredit təşkilatlarına verilmiş kreditin mümkün qədər tez müddət ərzində geri qaytarılması ilə bağlıdır. Bu isə öz növbəsində dövlətin iqtisadi funksiyalarının effektiv şəkildə icrasına, ölkənin maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş olar. 50. “Əmlak Ekspert Mərkəzi” MMC-nin 2019-cu il 27 sentyabr tarixli və 2020-ci il 1 iyun tarixli hesabatları ilə gəlinən nəticələr arasındakı fərq ağlabatan, həmin hesabatlarla “Mizan Konsaltinq Ltd.” MMC-nin 2021-ci il 17 may tarixli hesabatında qeyd olunan dəyərlər arasındakı kəskin fərq isə inandırıcı olmadığından, “Əmla k Ekspert Mərkəzi” MMC-nin ipoteka qoyanların mənafeyinə uyğun olan ikinci rəyi daha mötəbər qəbul olunmuşdur.
51. Beləliklə, kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayətlər təmin edilməməlidir.
52. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 39.3.3, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddələrinə, ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 81 və 82-ci maddələrinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2022-ci il 5 may tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
53. Üçüncü şəxs tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iş üzrə icraat xitam verilməsi və ya işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 54. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1, 72.1.3, 81.1, 81.2, 81.1.2-ci maddələrinin tələbləri pozulmuşdur- iflas proseduru çərçivəsində üçüncü şəxs tərəfindən açıq hərracda satılacaq aktivlərin ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməsi nəzərdə tutulmamışdır. Qeyd olunan qanunlara əsasən, üçüncü şəxs tərəfindən yalnız iddiaçıya məxsus aktivlərin satıla biləcəyi barədə göstərişi olmamışdır.
55. Məhkəmənin üçüncü şəxs tərəfindən iddiaçıya məxsus olmayan aktivi sata bilməməsi barədə qənaəti “bankın öz tələblərinin təminatı olan bütün aktivlər”in üçüncü şəxs tərəfindən satılmasını ehtiva edən müddəa ilə də uzlaşmamışdır. Belə ki, iddiaçının tələblərinin təminatı qismində iddiaçının deyil, məhz başqasının aktivi çıxış etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 4 oktyabr tarixli, 2-1(81)-4498/2016 nömrəli qərarı ilə üçüncü şəxs müflis elan edilərək iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxsin ləğvedicisi təyin olunmuşdur. Birinci instansiya məhkəməsinin əmlakların üçüncü şəxs tərəfindən açıq hərracda sa tılması barədə qətnamə qəbul edərkən əmlakların ilkin satış qiymətini müəyyən etməsi qanuna zidd olmuşdur.
56. Həmçinin məhkəmə tərəfindən ümumiyyətlə ilkin satış qiymətinin müəyyən edilməsi, özü də real qiymətindən aşağı (girov predmetlərindən əmlak kompleksinin qiyməti girov qoyularkən 19.400.000 manat məbləğində razılaşdırıldığı halda, qətnamə ilə hazırda da fəaliyyət göstərib gəlir gətirən həmin əmlak kompleksinin ilkin satış qiyməti cəmi 6.568.000 manat məbləğində müəyyən olunmuşdur) üçüncü şəxsin həmin əmlakları qənaətbəxş qiymətlə, yəni kreditorun tələblərinin maksimum dərəcədə ödəyə biləcəyi qiymətlə satmaq imkanlarını məhdudlaşdırmışdır ki, bu hal öhdəliklərin tam icra olunması baxımından istər borclunun, istərsə də kreditorun və əmlak mülkiyyətçilərinin maraqlarına uyğun olmamışd ır.
57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 aprel tarixli, 2-2(102)-310/2022 saylı və Ali Məhkəmənin Mülki Kollegiyasının 2022-ci il 6 iyul tarixli, 2(102)-2679/2022 saylı qərarların göstərişləri pozulmuşdur. Göstərilən məhkəmə qərarlarında müəyyən olunmuş göstərişlərə riayət olunmamış və apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır.
58. MPM-in 88, 385.1.2, 418.1-ci maddələrinin tələbləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və iş obyektiv araşdırılmamışdır. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
59. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışını n hədləri
60. MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yoxlanılacaqdır.
61. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2.Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir....” “Maddə
270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir....” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya ver ildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xi dmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” 63. “Banklar haqqında” Azərbaycan Respublikası 2004-cü il 16 yanvar tarixli, 590-IIQ Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
81. Girovla təmin edilmiş tələblər 81.1. Aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır: 81.1.1. qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən satılmasına yol verilir; 81.1.2. bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda satılmasına yol verilir.... 81.4. Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsa it hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir.” “Maddə
82. Ödənişlərin növbəliyi 82.1. Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür:... 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər, büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. 82.2. Qalan aktivlər bankın səhmdarla rına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir. 64. “İpoteka haqqında” Azərbaycan Respublikası 2005-ci il 15 aprel tarixli, 883-IIQ Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlayışlar … 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; … 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə
3. İpotekanın tətbiq sahəsi 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər t əmin edilə bilər....” “Maddə
4. İpoteka ilə təmin edilən tələbin həcmi 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi....” “Maddə
10. İpoteka müqaviləsi … 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. …” “Maddə
11. İpotekanın dövlət qeydiyyatı 11.1. Daşınmaz əşyanın ipotekası ha qqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur....” “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;...” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn müba hisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; …” “Maddə
41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər....” 65. ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 81 və 82-ci maddələrinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2022-ci il 5 may tarixli Qərarında müvafiq müddəa larında aşağıdakılar nəzərdə tutulur: “... Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının X1ı haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən, pul siyasətinin həyata keçirilməsi məqsədilə X1 tərəfindən kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi həyata keçirilir. Yenidənmaliyyələşdirmə kreditləri dövlət qiymətli kağızları, dövlətin və digər etibarlı emitentlərin qarantiyaları və zaminliyi, xarici valyuta, qızıl, müxtəlif formada qiymətli metallar və digər aktivlərlə təmin olunmalıdır.... Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, “Azərbaycan Respublikasının X1ı haqqında” Qanunun 1-ci maddəsinə əsasən, X1 Azərbaycan Respublikasının X1ıdır. Konstitusiyanın 19-cu maddəsinin II hissəsinə müvafiq olaraq X1 dövlətin müstəsna mülkiyyətindədir. Odur ki, d övlətin müstəsna mülkiyyətində olmaqla X1ın da hazırkı münasibətlərdə kreditor kimi kifayət qədər əsaslı gözləntiləri vardır ki, bu da dövlətə məxsus vəsait hesabına yenidənmaliyyələşdirmə məqsədi ilə kredit təşkilatlarına verilmiş kreditin mümkün qədər tez müddət ərzində geri qaytarılması ilə bağlıdır. Bu isə öz növbəsində dövlətin iqtisadi funksiyalarının effektiv şəkildə icrasına, ölkənin maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, X1ın kreditor tələbləri təminatsız kreditorlar sırasında ödənildiyi halda əlverişsiz vəziyyətin yaranmaması baxımından X1ın tələblərinin ödənilməsi məsələsinin Əmanətlərin Sığortalanması Fondu ilə qarşılıqlı əlaqədə həll edilməsi hər iki qurumun qanunvericiliklə müəyyən edilmiş vəzifələrinin effektiv həyata keçirilməsinə şərait yaratmış olar....”
66. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməs i qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
261. İcraata xitam verilmə əsasları... 261.0.1. iş məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 68. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
69. Üçüncü şəxsin kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər eyni zamanda, apellyasiya şikayətinin də dəlili olmuşdur. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 4651-ci bəndləri) və eyni hüquqi qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
70. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlilləri ilə b ağlı qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
71. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlilləri üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Nəzərə alınmalıdır ki, kass asiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
72. Kassasiya şikayətinin məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillərinə gəldikdə qeyd olunmalıdır ki, (bax yuxarıda bu Qərarın 57-ci bəndi), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.1 və 81.3-cü maddələrinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 10 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci, habelə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraat qaydasında baxılmalıdır. Bu baxımdan hazırki iddia tələbi üzrə icaata xitam verilməməsi və iddia icraatı qaydasında mahiyyəti üzrə baxılması qeyd olunan qərarda ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.
73. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 39.3.3-cü maddələrinin tələbləri (mətni üçün bax yuxarıda bu qərarın «Tətbiq edilən hüquq» hissəsi) baxımından düzgün hüquqi qiymət verilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
74. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli 2-2(103)-738/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: V.T.Həsənov E.Y.Şamayev