Məhkəmə qərarları › İş №2-2(102)-550/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-550/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-550/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə da ir iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024- cü il 27 may tarixli 2-2(108)-16/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC (kreditor) ilə Cavabdeh4 (borcalan) arasında bağlanmış 2019-cu il 5 dekabr tarixli 4-MZ5-1-0-1105-19 nömrəli kredit müqaviləsinə əsasən, kreditor tərəfindən borcalana biznes fəaliyyəti məqsədilə 24 ay müddətinə 25 % dərəcəsi ilə 30.000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı məqsədilə Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh1 ilə 2019-cu il 5 dekabr tarixli 4-MZ5-1-0-1105-19 nömrəli zaminlik müqavilələri bağlanmış, zaminlər 2019-cu il 5 dekabr tarixli 4-MZ5-1-01105-19 sa ylı kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Müqavilələrin 5.1.4-cü bəndinə əsasən, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

3. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 2019-cu il 5 dekabr tarixli 4-MZ5-10-1105-19 saylı kredit müqaviləsinə 2020-ci il 24 avqust tarixli Əlavə Saziş 1-in şərtlərinə əsasən, müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, cərimə borcu) kapitallaşdırılmaqla 26.156,17 manat təşkil edir və kreditin müddəti 2022-ci il 5 mart tarixinədək uzadılır.

4. Kreditor İddiaçı ASC və borcalan C avabdeh4 ilə zaminlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 arasında 2019-cu il 5 dekabr tarixli 4-MZ5-1-0-110519 nömrəli zaminlik müqavilələrinə 2020-ci il 24 avqust tarixli 1 saylı əlavə sazişlər bağlanmışdır. Həmin sazişlərin şərtlərinə əsasən, saziş qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu 4-MZ5-1-0-1105-19 saylı 05-DEC-19 tarixli kredit müqaviləsi üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 26.156,17 manat təşkil edir. Müqavilə üzrə kreditin müddəti 2022-ci il 5 mart tarixinədək uzadılır və kreditin illik faiz dərəcəsi 25 % təşkil edir. Müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaç ı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh4 (bundan sonra – “Cavabdeh4”), Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”), Cavabdeh5 (bundan sonra – “Cavabdeh5”), Cavabdeh6 (bundan sonra – “Cavabdeh6”), Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”) və Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) qarşı iddia ərizəsi ilə 2023-cü il 17 iyul tarixində məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2019-cu il 5 dekabr tarixli kredit müqaviləsi üzrə 26.006,17 manat əsas borc, 10.650,69 manat faiz borcu, 1.059,85 manat cərimə və 2022-ci il 5 mart tarixindən 2022-ci il 12 may tarixinədək geckdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 241,9 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 37.958,61 manat borcun və 203,88 manat dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barə də qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda göstərilən halları ilə əsaslandırılaraq, borclu Cavabdeh4 borc öhdəliyini icra etmədiyindən, kredit müqaviləsi üzrə hesablanmış borcun borclu Cavabdeh4 və zaminlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada tutulması xahiş edilmişdir.

7. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

8. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2024-cü il 31 yanvar tarixli e-2-2(123)-25/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 2019- cu il 5 dekabr tarixli 4-MZ5-1-0-1105-19 nömrəli kredit müqaviləsi və həmin kredit müqaviləsinə 2020-ci il 24 avqust tarixli 1 saylı Əlavə sazişə əsasən, Cavabdeh4 əsas borc üzrə 25.987,58 manat, faiz borcu üzrə 8283,46 manat, əldən çıxmış fayda üzrə 241,9 manat, cərimə borcu üzrə 1.059,85 manat olmaqla, ümumilikdə 35.572,79 manat borcun və iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin alınıb iddiaçıya ödənilməsi, 191,06 manat məbləğində dövlət rüsumunun Cavabdeh4 alınıb dövlət gəlirlərinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – E.Salmanov).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər 2019-cu il 5 dekabr tarixli 4-MZ5-1-0-1105-19 saylı kredit müqaviləsi və ona 1 saylı əlavə saziş bağlamaqla kredit müqaviləsinin mühüm şərtləri hesab edilən hallar barədə razılığa gələrək, maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr əldə etmiş, nəticədə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hü quq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh4 kredit üzrə əsas və faiz məbləğlərini müqaviləyə əlavə olan ödəniş qrafiki əsasında ödəməyərək üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmış, kreditorun icra müddəti çatanadək 2021-ci il 3 iyun tarixində etdiyi xəbərdarlıqdan sonra da öhdəliyini lazımi qaydada icra etməyərək icranı gecikdirmiş və barəsində qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaranmışdır. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcu, öhdəliyin icra edilməməsi nəticəsində gecikdirilmiş günlərə nəzərən yaranmış cərimə borcu və əldən çıxmış faydanın ödənilməsini Cavabdeh4 tələb etməkdə haqlıdır.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlan mış kredit müqaviləsinə 1 saylı əlavənin 1.3-cü bəndi ilə müqavilə üzrə kreditin müddəti 2022-ci il 5 mart tarixinədək uzadılmış, 2.1-ci bəndə əsasən müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılmışdır. Zaminlik müqavilələrinin digər bəndlərinin dəyişdirilmədən saxlandığı nəzərə alınmaqla, 2019-cu il 5 dekabr tarixli 4-MZ5-1-0-1105-19 nömrəli zaminlik müqavilələrinin 5.1.4-cü bəndindən müəyyən edilir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kredit müqaviləsi üzrə əsas öhdəliyin 2022-ci il 5 mart tarixinədək uzadıldığını və öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il hesablandıqda 2023-cü il 5 mart tarixinədək iddiaçının zaminlərə qarşı iddia irəli sürmədiyini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 zamin olduğu 2019-cu il 5 dekabr tarixli 4-MZ5-1-0-1105-19 saylı zaminlik müqavilələrinə (eyni zamanda 2019-cu il 5 dekabr tarixli 4-MZ5-1-0-1105-19 saylı kredit müqaviləsinə 1 saylı əlavə əsasında bağlanmış zaminlik müqavilələrinə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 477.0.4-cü maddəsi ilə xitam verilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini MM-in 6.2, 14.2.1, 21.1, 21.2, 324.1, 324.2, 385.1, 386.1, 389.1, 389.3, 390.1, 390.5, 399.4, 421.1, 442, 443.1, 443.2, 445.1, 445.2.2, 445.7, 448.1, 455.1, 455.2, 462.1, 462.2, 465.2, 477.0.4, 739.1, 739.2, 741-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin K ommersiya Kollegiyasının 2024cü il 27 may tarixli 2-2(108)-16/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Quliyev, hakimlər – S.Bəylərli və M.Allahverdiyev).

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və verdiyi hüquqi qiymətləndirmə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, kredit müqaviləsinə 2020-ci il 24 avqust tarixli Əlavə saziş bağlanaraq kreditin müddəti 2022-ci il 5 mart tarixinədək uzadılmış, sözügedən müddətin axımının 2022-ci il 5 mart tarixindən başladığını nəzərə almaqla iddiaçı bir il müddətində, yəni 2023-cü il 5 mart tarixinəd ək zaminlərə qarşı iddia qaldırmalı olduğu halda, həmin müddətdə iddia tələbi irəli sürməmişdir. Belə ki, iş materiallarından da görünür ki, iddiaçı 2023-cü il 17 iyul tarixində elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

15. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd olunan müvafiq qərardadlar üzrə işlər sorğu edilərək nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, həmin qərardadlar qanuni qüvvədə olduğundan, həmin iddia ərizələri də vaxtında verilmiş müraciət kimi nəzərə alına bilməz.

16. İddiaçının 2022-ci il 27 yanvar tarixində mediasiyaya müraciət edərək cavabdehlərə qarşı iddia tələbini irəli sürməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsaslı hesab etməmişdir. Belə ki, X1 tərəfindən kollegiyaya ünvanlanmış 20 may 2024-cü il tarixli məktubda qeyd olunan mediasiyaya müraciət olunduğu və müvafiq arayışın verildiyi tarixlər nəzərə alınmaqla müddətin ötürüldüyü müəyyən olunur. X1 tərəfindən məhkəməyə ünvanlanmış 2024-cü il 20 may tarixli məktubun məzmunundan aydın olur ki, iddiaçı tərəfindən Babək Rayonunun Vayxır kənd sakini Cavabdeh4 banka olan borcunun tutulması iddiası ilə əlaqəli Naxçıvanda fəaliyyət göstərən fərdi mediatorların vahid koordinatorluğuna müraciət daxil olmuş, müraciət 2022-ci il 7 yanvar tarixində Azərbaycan Mediasiya Şurası tərəfindən MŞİH-12966 sayı ilə qeydiyyata alınaraq aidiyyəti üzrə Naxçıvana göndərilmişdir. Həmin vaxt hələ X1 yaradılmadığından fərdi mediator fəaliyyə ti tətbiq edilirdi və fərdi mediatorların Mediasiya Şurasında şəxsi iş kabinetləri mövcud idi. Buna müvafiq olaraq 2022-ci il 16 yanvar tarixində şəxsi kabinetdə qeydiyyatdan keçməklə müraciət 003480 sayı ilə qeydiyyata alınmışdır. 2022-ci il 17 yanvar tarixində tərəflərə mediasiya dəvəti göndərilmiş və 2022-ci il 27 yanvar tarixində saat 16:00-da mübahisəyə ZOOM formatında ilkin mediasiya sessiyası keçirilərək baxılmışdır. İlkin mediasiya sessiyasında Cavabdeh4 iştirak etmədiyindən iddiaçıya həmin tarixdə mediasiya haqqında Azərbaycan Respublikası qanununun 29.2-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə 003480 saylı arayış verilmişdir.

17. Kredit üzrə 2022-ci il 11 mart, 2023-cü il 24 yanvar, 2023-cü il 27 fevral, 2023-cü il 5 may, 2023-cü il 22 iyun, 2023-cü il 1 avqust, 2023-cü il 31 avqust, 2023-cü il 5 oktyabr, 2023-cü il 31 oktyabr, 2023-cü il 25 dekabr, 2024-cü il 31 yanvar tarixlərində ödənişlərin mövcud olması, belə olduğu halda cavabdehlərin etirafedici hərəkətlərinin iddia müddətinin axımının müddətinin uzadılması kimi dəyərləndirilməsi dəlilini də məhkəmə əsassız hesab edərək göstərmişdir ki, MM-in 477-ci maddəsində zaminliyə xitam verilməsinin hüdudları müddət baxımından kəsici olaraq dəqiq və konkret müəyyən edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini MM-in 445.7, 462, 467, 477, 739-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu n 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına istinad etməklə əsaslandırmışdır.

19. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 379.1.6-cı maddəsi üzrə - Mübahisə üzrə tərəflər arasında mediasiya sessiyası keçirilmiş, tərəflərə mediasiya təklifi göndərilmiş və tərəflər arasında 2022-ci il 27 yanvar tarixli ilkin mediasiya sessiyasının keçirilməməsi barədə arayış alınmışdır.

21. MM-in 477-ci m addəsi üzrə - Sözügedən iddia tələbi üzrə iddia müddətinin axımı sonuncu ödəniş tarixindən hesablanmalıdır. Belə olan halda isə zaminlərə qarşı iddia müddətinə riayət edilməklə məhkəməyə müraciət olunmuşdur.

22. Kassasiya şikayətinin mətnində həmçinin MM-in 399.3, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 88 və 416-cı maddələrinin pozuntusuna da istinad olunmuşdur.

23. Digər məsələlər üzrə - İddiaçı 2021-ci il 23 iyul tarixində cavabdehlərdən 2019-cu il 5 dekabr tarixli kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə Babək Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2021-ci il 26 iyul tarixli qərardadı ilə iş aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəmə sinin 2021-ci il 27 avqust tarixli qərardadı ilə “Mediasiya haqqında” Qanunun tələbinə riayət edilməməsi səbəbindən iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Tərəflər arasında 2022-ci il 27 yanvar tarixli ilkin mediasiya sessiyası keçirilərək arayış əldə olunmuş, iddiaçı 2022-ci il 3 avqust tarixində elektron qaydada Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2022-ci il 5 avqust tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra iddiaçı tərəfindən qərardaddan Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə şikayətlər verilmişdir (qərardadlar əlavə olunur). Daha sonra iddiaçı iddia ərizəsi ilə 2022-ci il 12 oktyabr tarixində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2022-ci il 14 oktyabr tarixli qərardadı ilə iddia ərizəsi və əlaqəli sənədlər geri qaytarılmışdır. Bank tərəfindən 2022-ci il 19 oktyabr tarixli iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət olunmuş və məhkəmənin 2023-cü il 28 fevral tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Sözügedən qərardaddan da bank tərəfindən şikayətlər verilmişdir (2023-cü il 9 mart tarixli və 2023-cü il 4 aprel tarixli qərardadlar əlavə edilir). İddiaçı 2023-cü il 15 aprel tarixində yenidən Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və bu dəfə də məhkəmənin 2023-cü il 18 aprel tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Nəhayət sonuncu dəfə 2023-cü il 17 iyul tarixində id diaçı elektron iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin 2023-cü il 17 iyul tarixli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Qeyd edilən hallardan da göründüyü kimi 2022-ci il 27 yanvar tarixində mediasiyaya müraciət olunmasına baxmayaraq, məhkəmə tərəfindən dəfələrlə əsassız və süründürməçiliyə yol açan hallar nəticəsində iddiaçı öz hüquqlarının məhkəmə müdafiəsini 2023-cü il 17 iyul tarixində həyata keçirə bilmişdir. Məhkəmə bu müddəti öz qətnaməsində zaminliyə qarşı ötürülmüş müddət kimi göstərsə də, iddiaçı 2022-ci il 27 yanvar tarixində mediasiyaya müraciət edərək cavabdehlərə qarşı iddia tələbini irəli sürmüşdür.

24. Bundan başqa, 2019-cu il 5 dekabr tarixli kredit müqaviləsinin müddəti 2020-ci il 24 avqust tarixli Əlavə sazişə əsasən 2022-ci il 5 mart tarixinədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş hesabdan çıxarış məlumatlarına diqqət yetirdikdə aydın görmək mümkündür ki, kredit üzrə 2022-ci il 11 mart, 2023-cü il 24 yanvar, 2023-cü il 27 fevral, 2023-cü il 5 may, 2023-cü il 22 iyun, 2023-cü il 1 avqust, 2023-cü il 31 avqust, 2023-cü il 5 oktyabr, 2023-cü il 31 oktyabr, 2023-cü il 25 dekabr, 2024-cü il 31 yanvar tarixlərində ödənişlər mövcuddur. Belə olduğu halda cavabdehlərin etirafedici hərəkətləri iddia müddətinin axımının müddətinin uzadılması kimi dəyərləndirilir. Bütün yuxarıda sadalanan hallara əsasən məhkəmənin bankın iddia tələbini zaminlərə münasibətdə təmin etməməsi əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

26. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etsə də, kassasiya şikayətinin dəlillərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini zaminliyə xitam verilmə hissəsində mübahisələndirdiyindən hazırkı kassasiya icraatı çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki halla rına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.”

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlillərini (bax § 20-24) əsassız hesab edir.

31. Kassasiya şikayətində göstərilən oxşarməzmunlu dəlillər iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

32. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib ed ə bilməmişdir.

33. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 29) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1ci maddəsinə (bax § 29 ) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

34. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 may tarixli 2-2(108)-16/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdı r.

35. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 may tarixli 2-2(108)-16/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar