Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-551/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı firması Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: (maddi və mənəvi ziyan tələbi, sübutetmə yükü) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), 25.12.2019 Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə İddiaçı firmasının Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının e-2-2(103)-517/2019 say lı, 06 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 25 dekabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı firması ilə (bundan sonra - iddiaçı) Cavabdeh MMC (bundan sonra cavabdeh) arasında bağlanmış 05 saylı, 19.12.2008-ci il tarixli icarə müqaviləsinə əsasən X3 Hava Limanında əl çantalarının üzlənməsi aparatları üçün yer ayrılaraq iddiaçıya icarəyə verilmiş, göstərilən müqavilə 1 il müddətinə (2008-ci ilin dekabr ayının 31-dən 2009-cu ilin dekabr ayının 31-ə kimi) bağlanılmış, Cavabdeh MMC-nin “Airport Gate” filialı tərəfindən iddiaçıya 23.11.2009-cu il tarixdə xəbərdarlıq edilməklə 01.12.2009-cu il tarixdən müqaviləyə qiymətlərin qalxması ilə əlaqəda r birtərəfli qaydada xitam verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əldə edilmiş avadanlığa görə 95.000 ABŞ dolları və istifadə edilməmiş streç materialına görə 15.000 ABŞ dolları məbləğində dəymiş maddi zərərin ödəniş günü manat məzənnəsinə əsasən manatla, eyni zamanda bu müddət ərzində çəkilən stresslərin müqabilində dəymiş mənəvi zərərin əvəzi olaraq 33.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1998-ci ildən etibarən X1 tərəfindən yaradılmış İddiaçı firması X3 Aeroportunun ərazisində sərnişinlərə məxsus bağlamaların üzlənməsi ilə bağlı xidmətlə məşğul olmuşdur. İddiaçı ilə əməkdaşlıq edildiyi vaxtadək aeroportda bağlamalar kağız ilə bağla nırdı. Göstərilən işin Avropa standartlarına uyğun şəkildə görülməsi məqsədi ilə iddiaçının nümayəndələri “xxxx” QSC-nin prezidenti ilə görüşmüş və öz ideyalarını nəzərinə çatdırmışlar. Aeroport rəhbərliyinin razılığını aldıqdan sonra göstərilən işi həyata keçirmək üçün xaricdən avadanlıq alınmışdır. Aeroport rəhbərliyi ilə danışıqlara və müqaviləyə inanaraq avadanlığı ala bilmək üçün iddiaçının rəhbərliyi xüsusi mülkiyyətlərində olan evlərini satmış və bütün əllərində olan vəsaiti bu işi görmək üçün istifadə etmişdir. Avadanlığın yerləşdirilməsi üçün Aerovağzal kompleksinin cənub terminalının 2-ci mərtəbəsində 2 kv.metr, şimal terminalının 2-ci mərtəbəsində 2 kv. metr, yerli hava xətləri terminalında 2 kv. metr yüklərin və əl çantalarının üzlənməsi üçün müasir avadanlığa yer ayrılmışdır. İddiaçı fəaliyyət göstərdiyi dövr ərzində həm Azal, həm də “X6” MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirmiş, dövlət büdcəsinə vergi ödəmiş, heç bir zaman qanunsuz hərəkətə yol verməmişdir. Cavabdeh MMC yarananadək X3 Aeroportu ilə 13 il əməkdaşlıq etmişdir. Cavabdeh MMC yarandıqdan sonra isə iddiaçı onunla işləməyə başlamış və əməkdaşlıq haqqında müqavilə bağlamışdır. Lakin 2009-cu ildə Cavabdeh MMC müqavilənin müddəti bitməmiş heç bir səbəb göstərmədən gecə ilə 4 üzləyici avadanlığı aeroportdan kənarlaşdırmışdır. Müqavilə Aviaşirkət tərəfindən birtərəfli qaydada pozulduqdan sonra iddiaçının 39 nəfər işçisi işsiz qalmışdır. İddiaçının xaricdən gətirdiyi üzləyici avadanlıq yalnız aeroportda bağlamanı həyata keçirmək üçün istifadə olunduğundan, bu günə qədər başqa heç bir sahədə istifadə edilmir. İstifadəsiz qalmış avadanlıq və materiallar xarab olmaq təhlükəsi altındadır. Dəfələrlə Cavabdeh MMC-yə müqavilə münasibətlərinin davam etdirilməsi ilə bağlı müraciətlər olmuş, lakin heç bir nəticə əldə edilməmişdir. Cavabdehin heç bir səbəb göstərmədən müqaviləyə xitam verməsi onlara çox böyük maddi zərər vurmuşdur. Belə ki, göstərilən işi görmək üçün 4 ədəd üzləyici avadanlığın alınması üçün xərclənən 95.000 ABŞ dolları cavabdeh tərəfindən onlara ödənilməmiş və bağlamada istifadə etdiyi 15.000 ABŞ dolları dəyərində olan yarımçıq qalmış streç materialı istifadə edilməmiş qalmışdır. İddiaçı əlavə olaraq bildirir ki, məsələ ilə bağlı “xxxx” QSC-yə və “X7” MMC-yə rəsmi müraciət etmişdir. “xxxx” QSC-nin 11.12.2018-ci il tarixli H-600 nömrəli məktubu ilə onla ra aidiyyəti üzrə “X7" MMC-yə müraciət edilməsi tövsiyə olunduğu halda, “X7” MMC-nin 14.12.2018-ci il tarixli 138 nömrəli məktubu ilə göstərdikləri xidmətin “xxxx” QSC-yə aid olması bildirilmişdir. Halbuki, 19.12.2008-ci il tarixli 05 nömrəli Müqavilə “X7” MMC-nin rəhbərlik etdiyi “Airport Gate” filialı ilə bağlanmışdır. Buna görə də dəymiş maddi ziyana görə Cavabdeh MMC cavabdehdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçı, əldə etdiyi avadanlığa verilən 95.000 ABŞ dolları və bağlama üçün istifadə edilən streç materiallarına görə 15.000 ABŞ dolları məbləğində dəymiş maddi ziyanın ödəniş gününə olan məzənnəyə əsasən manatla ödənilməsini, eyni zamanda göstərilən müddət ərzində çəkdikləri streslərin qarşılığında dəymiş 33.000 manat məbləğində mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2019-cu il tarixli e-2-2(82)419/2019 saylı qətnaməsi ilə (hakim: L.R.Əliyeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehin hərəkəti nəticəsində ona maddi və mənəvi zərər dəyməsini sübuta yetirə bilməmişdir. Məhkəmənin həmin qətnaməsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının e-2-2(103)-517/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2019-cu il tarixli e-2-2(82)-419/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi biri nci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasnı xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh müqaviləyə birtərəfli qaydada xitam verməklə iddiaçıya maddi ziyan vurmuşdur. Müqavilənin vaxtı bitmədən şirkət əməkdaşlığı bitirdiyi, heç bir səbəb göstərmədən 4 ədəd üzləyici aparatı hava limanından çıxardığı üçün iddiaçıya maddi ziyan dəymişdir. Apelyasiya instansiya məhkəməsi o hal a istinad etmişdir ki, müqavilə müddətinin bitməsinə 1 ay qalmış həmin müqaviləyə xitam verilməsi faktı avadanlığın alınmasına çəkilmiş xərclərin cavabdehdən tələb edilməsi üçün əsas vermir. Bununla bağlı qeyd edirik ki, apelyasiya instansiya məhkəməsi 1 ay ərzində baqaj qablaşdırmadan İddiaçı firmasının əldə etdiyi gəliri araşdırmamışdır. Müqavilənin birtərəfli qaydada heç bir səbəb olmadan xitamı “Məhəmmədi” firmasına ağır maddi zərər vurmuşdur. Hazırki işə münasibətdə 1 ay çox əhəmiyyətli bir müddətdir. 1 ay ərzində kifayət qədər gəlir əldə etmək olardı. Çox təəssüflər olsun ki, apelyasiya instansiya məhkəməsi bu hallara da lazımi hüquqi qiymət verməmiş, tətbiq olunmalı olan maddi hüquq normaları əvəzində işə tətbiq olunmalı olmayan normaları tətbiq etmişdir. Daha sonra qeyd edilir ki, Vyaçeslav Kondovun 05 avqust 2019-cu il tarixli məktubundan ( səh. 245) görünür ki, X4 ( “xxx ” firmasının ekspeditoru) “Kondov” şirkətindən “CİF” şərtləri əsasında qablaşdırma maşını almışdır. Bakı Apelyasiya Məhkəməsinin mübahisələndirilən qətnaməsində göstərilmişdir ki, iddiaçı tərəfindən baqajın üzlənməsi üçün xüsusi avadanlıq və ləvazimatlar almasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həqiqətən də, belə bir aparat İddiaçı firması tərəfindən sifariş edilmiş və alınmışdır. İş materiallarında olan “DELO”-lardan görünür ki, X4 İddiaçı firmasının işçisi olmuşdur. Göründüyü kimi, bu hallar da apelyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bundan əlavə şikayətdə qeyd edilir ki, apelyasiya instansiya məh kəməsi qətnaməsində göstərmişdir ki, iddia əsassız olduğundan iddia müddətinin tətbiqinə ehtiyac yoxdur. İddia müddəti yalnız o halda tətbiq oluna bilər ki, iddia əsaslı olsun. İddia müddətinin ötürülmə səbəbi tamamilə üzrlü səbəbdir. İddiaçının nümayəndəsinin dediyinə görə, keçən müddət ərzində İddiaçı firmasının məhkəməyə müraciət etməməsinin səbəbi İddiaçı firmasının sahibi “xxx ” ailəsinə olan hədə-qorxular, təzyiqlər, qohumlarının işdən çıxarılması ilə bağlı təhdidlər olmuşdur. Hətta Legion.az, Azpolitika, Reportyor.info kimi xəbər saytlarında “xxx ” ailəsinə olan hədə-qorxularla bağlı yazılar yerləşdirilmişdir. 14.03.2019-cu il tarixli, Qanuni nümayəndə1 ölkə prezidentə ünvanlanmış məktublarında da bu hədə-qorxular barədə yazılar öz əksini tapmışdır. Yəni, ötən illər ərzində iddiaçı firmanın sahibləri ilk başda hədə-qorxularla, daha sonra bu kimi qanunsuzluqlarla bağlı müxtəlif dövlət orqanlarına müraciət etmələri və həmin müraciətlərin cavabını gözləməsi səbəbindən dolayı iddia müddətini ötürmüşdür. İş materiallarından görünür ki, həqiqətən də iddiaçı firmanın sahibləri ölkə prezidentinə, ölkənin birinci xanımına, vəzifəli şəxslərə, müxtəlif dövlət orqanlarına məktublar ünvanlamış və onlara həmin müraciətlərdən cavab gəlməsini gözləmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxnılmasın ı xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Tərəflər arasında yaranmış hazırkı mübahisə onlar arasında bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verilməsi ilə bağlıdır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 05 saylı, 19.12.2008-ci il tarixli icarə müqaviləsinə əsasən X3 Hava Limanında əl çantalarının üzlənməsi aparatları üçün yer ayrılaraq «İddi açı” firmasına icarəyə verilmiş, göstərilən müqavilə 1 il müddətinə (2008-ci ilin dekabr ayının 31-dən 2009-cu ilin dekabr ayının 31-ə kimi) bağlanılmış, Cavabdeh MMC-nin “Airport Gate” filialı tərəfindən iddiaçıya 23.11.2009-cu il tarixdə xəbərdarlıq edilməklə 01.12.2009-cu il tarixdən müqaviləyə qiymətlərin qalxması ilə əlaqədar birtərəfli qaydada xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində maddi və mənəvi ziyanın ödənilməsini tələb etsə də, bu hal sübutlar vasitəsi ilə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miq darda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. İş materiallarında tərəflər arasında bağlanmış icarə müqaviləsinə cavabdeh tərəfindən birtərəfli qaydada vaxtından əvvəl xitam verilməsi təsdiq edilsə də, iddiaçı, cavabdehin göstərilən hərəkəti nəticəsində ona maddi zərər dəyməsini, eləcə də ona dəymiş zərərin məbləğini təsdiq edən sübutları məhkəməy ə təqdim etməmişdir. Kassasiya şikayətində iddiaçı ona maddi zərər vurulmasını müqavilənin bağlanması ilə əlaqədar baqajın üzlənməsi üçün xüsusi avadanlıq və ləvazimat alması, müqaviləyə vaxtından əvvəl xitam verilməsi nəticəsində həmin avadanlıq və ləvazimatın istifadəsiz qalması ilə əlaqələndirmiş və bu səbəbdən zərərin əvəzi olaraq alınmış avadanlığın dəyərinin cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, göstərilən halları təsdiq etmək üçün iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər kserosurət olduğundan MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən sübut qismində qəbul edilə bilməz. Kserosurət olan sənədlərin əsillərini və ya lazımi qaydada təsdiq edilmiş surətlərini məhkəmə təqdim etmək təklif edilsə də, iddiaçının nümayəndəsi sənədlərin əsli itirildiyindən həmin sənədlərin təqdim edilməsinin mümkün olmamasını bildirmişdir. Həmçinin, təqdim edilmiş sənədlərdən “Kandov” firması ilə Yusifov Sübhi arasında avadanlığın alınması ilə bağlı 22 dekabr 1997-ci il tarixli müqavilənin, təhviltəslim aktının, yazışmaların məzmunu ilə bağlı məhkəmə hesab etmişdir ki, göstərilən sənədlər kserosurət olmaqla yanaşı həmin sənədlərin tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla bağlılığı, yəni mübahisəyə aid olması da müəyyən edilmir. Yəni, iddiaçı tərəfindən nə baqajın üzlənməsi üçün xüsusi avadanlıq və ləvazimatları almasını, nə həmin avadanlıq və ləvazimatın qiymətini, nə də həmin avadanlıq və ləvazimatın cavabdehlə 05 saylı 19.12.2008-ci il tarixli icarə müqaviləsinin bağlanması ilə əla qədar alınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatla təsdiq edilmişdir ki, baqaj üzlənməsi ilə bağlı avadanlıq 1997-ci ildən İddiaçı firmasının istifadəsində olmuşdur, yəni mübahisəli müqavilənin bağlanması ilə əlaqədar alınmamışdır. Digər tərəfdən, 1997-ci ildən şifahi razılaşmaya əsasən aeroportda baqaj üzlənməsi xidmətlərini göstərməsi və həmin razılaşmaya əsasən avadanlığı alması barədə iddiaçının dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, belə bir razılaşmanın mövcudluğu ehtimal edilsə belə, göstərilən razılaşmanın hansı əsasla 2001-ci ildə təsis edilərək dövlət qeydiyyatına alınmış cavabdeh “xxxx” Aviaşirkəti MMC üçün hüquqi nəticələr yaratmalı olması iddiaçı tərəfindən əsa slandırılmamışdır. Bundan əlavə, maddi zərərin ödənilməsi tələbinə dair İddiaçı firmasının iddiasının əsassızlığı həmçinin onunla sübuta yetirilir ki, tərəflərin izahatlarından da aydın olduğu kimi, tərəflər arasında 05 saylı 19 dekabr 2008-ci il tarixli müqavilə bir il müddətinə bağlanmış və müqaviləyə həmin müddətin bitməsinə, cəmi 1 ay qalmış vaxtından əvvəl xitam verilmişdir. Göstərilən hal ona dəlalət edir ki, cavabdeh iddiaçı qarşısında sonuncunun istifadə etdiyi avadanlığın alınmasına çəkdiyi xərcləri çıxardacağına əminlik yaradan uzunmüddətli öhdəlik götürməmişdir. Belə olan halda isə müqavilənin bağlanması ilə əlaqədar iddiaçı tərəfindən xüsusi avadanlığın alınması ehtimal edilsə belə, müqavilə müddətinin bitməsinə 1 ay qalmış həmin müqaviləyə xitam verilməsi faktı avadanlığın alı nmasına çəkilmiş xərclərin cavabdehdən tələb edilməsi üçün əsas vermir. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddianın maddi zərərin ödənilməsi tələbinə dair hissəsi rədd edilməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəməyə lazımı sübutların əsli və ya lazımı qaydada təsdiq olunmuş surəti təqdim edilir. (Azərbaycan Respublikası MPM 81, 89.3-cü maddələri) Bundan əlavə iş materiallarından görünür ki, İddiaçı firması hazırkı iddia ərizəsində cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi tələbini də irəli sürmüşdür. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 4-cü maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xara kterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 3-cü bəndinə görə isə mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuz dan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatında məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) ö z qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. (Azərbaycan Respublikası MPM-si 14.2, 76.1, 77.1, 80, 81, 88, 106.1, 217.3, 217.4, 218.3-cü maddələri) Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnamə qanunun normalarına uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qətnamə qəbul edilmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından q ətnamə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kasassiya şikayəti təmin olunmamalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı firması tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının e-2-2(103)-517/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-551/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-551/2019
25.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver