Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-551/2023 30.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, ilkin iddia üzrə İddiaçı MMC-nin həmin iddia tələbi üzrə Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin həmin iddia tələbi üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 iyun tarixli 2-2(103)-429/2023 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında 2018-ci il 28 noyabr tarixdə “ofis icarəsinə dair” müqavilə bağlanmışdır.
2. Həmin müqavilənin 2-ci bəndinə görə icarəyə verən Bakı şəhəri, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”da Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında icarəçiyə verir. - 4.2-ci bəndinin a) bəndinə əsasən, icarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. - 4.2-ci bəndinin b) bəndinə əsasən, icarəçi kommunal xidmətlər üçün ödənişlər icarə haqqı xaricində göstərilibsə, bu ödənişləri vaxtında həyata keçirməlidir. - 5.1-ci bəndinə görə, icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1%-ini ödəməlidir. - 8.1-ci bəndinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarə müddəti 2018-ci il 1 dekabr tarixindən 2019-cu il 31 dekabr tarixinədək qüvvədədir. - 8.2-ci bəndinə görə, tərəflərdən biri, digərinə icarə müddətinin bitməsinə ən azı 90 gün qalmış müqavilənin müddətini uzatmaq istəməsi və ya ona xitam verilməsi haqqında yazılı bildiriş verməlidirlər. Əks halda müqavilənin müddəti 1 il daha uzadılmış hesab olunur. - 9-cu bəndinə əsasən, icarəçi Əlavə 1-in 2.1-ci maddəsində göstərilən məbləği, bu ma ddədə göstərilən qaydada icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. - Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında imzalanmış “ofis icarəsinə dair müqavilənin” 1 saylı əlavəsinin (ofis sahəsi): - 1.1-ci bəndinə görə, icarəyə verən “Caspian Plaza”nın 4-cü mərtəbəsində yerləşən 72 2 m sahəni icarəçiyə icarəyə verir. - 2.1-ci bəndinə əsasən icarəçi 2018-ci il 1 dekabr tarixindən 2019-cu il 31 dekabr tarixədək 700 manat+18 faiz ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş aylıq olaraq, hər ayın əvvəlində elektron hesab-faktura təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. - 2.2-ci bəndinə görə, icarə haqqına sahədən tam istifadə, texniki xidmət xərcləri, kommu nal xidmətlər (elektrik enerjisindən istifadə haqqı, telefon nömrələrinin alınması, aylıq abunə, beynəlxalq danışıq və internetdən istifadə haqqının ödənməsi, ofis daxilində internet şəbəkəsinin çəkilməsi istisna olmaqla) daxil olacaqdır. - Əlavə 1 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 4. 2018-ci il 21 dekabr tarixindən 2019-cu il 18 dekabr tarixinədək əhatə edən (GÖQ və ĞLL seriyalı) kassa mədaxil orderlərinin qəbzlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2018-ci ilin dekabr ayından 2019-cu ilin dekabr ayınadək olan dövr (13 ay) üçün ümumilikdə 10.738 manat icarə haqqı ödəmişdir.
5. Kassa mədaxil orderlərinin qəbzləri İddiaçı MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. 6. 2018-ci il 17 dekabr tarixindən 2020-ci il 5 fevral tarixinədək əhatə edən mədaxil (xəzinə) orderlərindən görünür ki, Cavabdeh MMC tərəfindən 2018-ci ilin dekabrdan 2019-cu ilin dekabr ayınadək olan dövr (13 ay) üçün ümumilikdə 29.980 manat icarə haqqı ödənmişdir.
7. Mədaxil (xəzinə) orderləri xəzinədar tərəfindən imzalanmış və orderlərə “K 1, tarix və ödənilib” qeydləri əks olunmuş ştamp vurulmuşdur. 8. 2020-ci il 5 fevral tarixindən 2020-ci il 31 may tarixinədək əhatə edən mədaxil (xəzinə) orderlərindən görünür ki, Cavabdeh MMC tərəfindən 2020-ci ilin yanvar, fevral və mart (3 ay) ayları üçün ümumilikdə 3.480 manat icarə haqqı ödənmişdir.
9. Mədaxil (xəzinə) orderləri xəzinədar tərəfindən imzalanmış və orderlərə “K 1, tarix və ödənilib” qeydləri əks olunmuş ştamp vurulmuşdur.
10. İddiaçı MMC tərəfindən verilən 2020-ci il 29 oktyabr tari xli 767 nömrəli, 2020-ci il 30 oktyabr tarixli 783 nömrəli, 2020-ci il 2 noyabr tarixli 787 nömrəli, 2020-ci il 4 noyabr tarixli 836 nömrəli və 2020-ci il 11 noyabr tarixli 900 nömrəli qəbzlərdən görünür ki, 2020-ci ilin oktyabr ayı üçün ümumilikdə 1.640 manat icarə haqqı Cavabdeh MMC-dən alınmışdır. 11. 767, 783, 787, 836 və 900 nömrəli qəbzlər kassir tərəfindən imzalanmış və qəbzlərə “K 1, tarix və ödənilib” qeydləri əks olunmuş ştamp vurulmuşdur.
12. İddiaçı MMC tərəfindən verilən 2020-ci il 27 noyabr tarixli 1156 nömrəli və 2020-ci il 1 dekabr tarixli 1193 nömrəli qəbzlərdən görünür ki, 2020-ci ilin noyabr ayı üçün ümumilikdə 1.640 manat icarə haqqı Cavabdeh MMC-dən alınmışdır. 13. 1156 və 1193 nömrəli qəbzlər imzalanmasa da, qəbzlərə “K 1, tarix və ödənilib” qeydləri əks olunmuş ştamp vurulmuşdur. 14. 2020-ci il 31 yanvar tarixindən 2020-ci il 11 dekabr tarixinədək əhatə edən (GÖQ və ĞLL seriyalı) kassa mədaxil orderlərinin qəbzlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2020-ci ilin yanvar, fevral, oktyabr, noyabr və dekabr (5 ay) ayları üçün ümumilikdə 4.130 manat icarə haqqı ödəmişdir.
15. Kassa mədaxil orderlərinin qəbzləri İddiaçı MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.
16. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında 2020-ci il 10 dekabr tarixində “ofis icarəsinə dair” müqavilə bağlanmışdır.
17. Həmin müqavilənin 2-ci bəndinə görə, icarəyə verən Bakı şəhəri, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”da Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında icarəçiyə verir. 4.2-ci bəndinin a) yarımbəndinə əsasən, icarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. 4.2-ci bəndinin b) bəndinə əsasən, icarəçi kommunal xidmətlər üçün ödənişlər icarə haqqı xaricində göstərilibsə, bu ödənişləri vaxtında həyata keçirməlidir. 5.1-ci bəndinə görə, icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 0,1 faizini ödəməlidir. 8.1-ci bəndinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarə müddəti 2021-ci il 1 yanvar tarixindən 2021-ci il 31 dekabr tarixinədək qüvvədədir. Tərəflərdən biri, digərinə icarə müddətinin bitməsinə ən azı 90 gün qalmış müqavilənin müddətini uzatmaq istəməsi və ya ona xitam verilməsi haqqında yazılı bildiriş verməlidirlər. 9-cu bəndinə əsasən, icarəçi Əlavə 1-in 2.1-ci maddəsin də göstərilən məbləği, bu maddədə göstərilən qaydada icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
18. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında imzalanmış “ofis icarəsinə dair” 2020-ci il 10 dekabr tarixli müqavilənin 1 saylı əlavəsinin (ofis sahəsi): 19. 1.1-ci bəndinə görə, icarəyə verən, icarəçiyə əlavə olaraq “Caspian Plaza”nın 4-cü mərtəbəsində 130 m2 sahəni icarəyə verir. 2.1-ci bəndinə əsasən, icarəçi 2021-ci il 1 yanvar tarixindən 2021-ci il 1 iyul tarixinədək 2.119 manat+18 faiz ƏDV, 2021-ci il 1 iyul tarixindən 2021-ci il 31 dekabr tarixinədək 2.340 manat+18 faiz ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş 1 aylıq olmaq şərti ilə hesab-faktura və elektron-qaimə təqdim olunan günd ən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. 2.2-ci bəndinə görə, icarə haqqına sahədən tam istifadə, texniki xidmət xərcləri, kommunal xidmətlər (elektrik enerjisindən istifadə haqqı, telefon nömrələrinin alınması, aylıq abunə, beynəlxalq danışıq və internetdən istifadə haqqının ödənməsi, ofis daxilində internet şəbəkəsinin çəkilməsi istisna olmaqla) daxil olacaqdır. Əlavə 1 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
20. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında 2020-ci il 10 dekabr tarixində bağlanmış icarə müqaviləsinə edilmiş dəyişikliklər haqqında 2021-ci il 13 yanvar tarixli 2 saylı əlavə ilə müəyyən edilir ki, qarşılıqlı razılığa əsasən icarə müqaviləsinə aşağıdakı əlavə və dəyişiliklər edilir: 2.4. İcarəçinin “Caspian Plaza”nın 4-cü m ərtəbəsində yerləşən 130 m2 ofis sahəsi üçün dünyada yayılmış COVİD-19 xəstəliyi ilə bağlı elan olunmuş pandemiya ilə əlaqədar olaraq icarə haqqına (2.119 manat+18 faiz ƏDV) aşağıda qeyd olunmuş aylar üzrə güzəştlər tətbiq olunur: yanvar ayı üzrə icarə haqqına 50 faiz güzəşt tətbiq edilir; müqavilə müddəti 2021-ci il 31 dekabr tarixinədək müəyyən edilir; müqavilənin digər şərtləri dəyişməz qalır; bu əlavə, müqavilənin ayrılmaz tərkib hissəsidir; Əlavə 2 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 21. 2021-ci il 2 fevral tarixindən 2021-ci il 13 avqust tarixinədək əhatə edən (GÖQ və ĞLL seriyalı) kassa mədaxil orderlərinin qəbzlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2021-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun (6 ay) ayları üçün ümumilikdə 11.652,84 manat icarə haqqı ödəmişdir.
22. Kassa mədaxil orderlərinin qəbzləri İddiaçı MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.
23. İddiaçı MMC tərəfindən verilən 2021-ci il 11 fevral tarixli 425 nömrəli, 3 sentyabr tarixli 2994 nömrəli, 9 sentyabr tarixli 3073 nömrəli, 27 oktyabr tarixli 3802 nömrəli, 2 noyabr tarixli 3867 nömrəli, 4 noyabr tarixli 3921 nömrəli, 16 noyabr tarixli 4032 nömrəli, 22 noyabr tarixli 4123 nömrəli, 23 noyabr tarixli 4141 nömrəli, 30 noyabr tarixli 4244 nömrəli; 2022-ci il 28 yanvar tarixli 349 nömrəli, 31 yanvar tarixli 368 nömrəli, 24 fevral tarixli 710 nömrəli, 25 fevral tarixli 736 nömrəli, 3 mart tarixli 818 nömrəli, 18 mart tarixli 1067 nömrəli və 28 mart tarixli 1074 nömrəli qəbzlərdən görünür ki, 2021-ci ilin fevral, iyul, avqust, s entyabr, oktyabr və noyabr (6 ay) ayları üçün ümumilikdə 13.040 manat icarə haqqı Cavabdeh MMC-dən (qalıq borcu 1.622,40 manat olmaqla) alınmışdır.
24. Kassir tərəfindən imzalanmış 425 nömrəli qəbz daxil, 2994 nömrəli, 3073 nömrəli, 3802 nömrəli, 3867 nömrəli, 3921 nömrəli, 4032 nömrəli, 4123 nömrəli, 4141 nömrəli, 4244 nömrəli, 349 nömrəli, 368 nömrəli, 710 nömrəli, 736 nömrəli, 818 nömrəli, 1067 nömrəli və 1074 qəbzlər imzalanmasa da, qəbzlərə “K 1, tarix və ödənilib” qeydləri əks olunmuş ştamp vurulmuşdur.
25. İddiaçı MMC tərəfindən (ƏDV daxil) cəmi 30.319,51 manat dəyərində xidmətlərin göstərilməsinə dair 2021-ci il 12 mart tarixli, EBAY seriyalı, 679621 saylı; EBAY seriyalı, 679623 saylı; 13 aprel tarixli, EBBA seriyalı, 145218 saylı; EBBA seriyalı, 145219 saylı; 7 may tarixli, EBBB s eriyalı, 373177 saylı; 10 iyun tarixli, EBBD seriyalı, 105397 saylı; 12 iyul tarixli, EBBE seriyalı, 752567 saylı; 10 avqust tarixli, EBBG seriyalı, 164700 saylı; 1 sentyabr tarixli, EBBH seriyalı, 431293 saylı və 2022-ci il 31 yanvar tarixli, EBBP seriyalı, 430012 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. 26. 2022-ci il 19 may tarixli MŞB/6-2488 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər 2022-ci il 19 may tarixində keçirilən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qəbul etmədilər. İlkin mediasiyanın keçirilməsi üçün İddiaçı MMC tərəfindən 200 manat ödənilmişdir.
27. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2022-ci il 2 iyun tar ixli pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış müqavilələri görə yaranmış 18.665,83 manat məbləğində pulun Cavabdeh MMC-dən İddiaçı MMC-yə 3 gün müddətində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
28. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 7 iyun tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı və cavabdeh arasında 2020-ci il 10 dekabr tarixində bağlanmış “ofis icarəsi”nə dair müqaviləyə əsasən, cavabdehdən ödənilməmiş icarə haqqı üzrə 15.818,50 manat məbləğində əsas, 2.847,33 manat məbləğində ƏDV və 1.800 manat məbləğində cərimə borcu ol maqla, ümumilikdə 20.465,83 manat məbləğində pulun və 200 manat məbləğində mediasiya xərclərinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2020-ci il 10 dekabr tarixində iddiaçı və cavabdeh arasında bağlanan “ofis icarəsi”nə dair müqavilənin ayrılmaz hissəsi olan, 1 saylı Əlavəsinə əsasən cavabdeh 130 m2 sahənin icarəsinə görə 2021-ci il 1 yanvar tarixindən 2021-ci il 1 iyul tarixinədək 2.119 manat+18 faiz ƏDV, 2021-ci il 1 iyul tarixindən 2021-ci il 31 dekabr tarixinədək 2.340 manat+18 faiz ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş 1 aylıq olmaq şərti ilə aylıq hesab faktura və elektron-qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Dah a sonra həmin müqavilənin ayrılmaz hissəsi olan, 2021-ci il 13 yanvar tarixli 2 saylı Əlavəsinə əsasən İcarəçi üçün 2021-ci ilin yanvar ayı üzrə icarə haqqına görə 50 faiz güzəşt tətbiq edilir və müqavilənin müddəti 2021-ci il 31 dekabr tarixinədək müəyyən edilir. İcarə müqaviləsinin 4.2-ci maddəsinin (a) bəndinə əsasən, icarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-in 1.1-ci maddəsinə əsasən, icarəyə verən binanın 4-cü mərtəbəsində yerləşən 130 m2 sahəni icarəçiyə icarəyə verir. Əlavə 1-in 2.1-ci maddəsinə əsasən, icarəçi 2021-ci il 1 yanvar tarixindən 2021-ci il 1 iyul tarixinədək 2.119 manat+18 faiz ƏDV, 2021-ci il 1 iyul tarixindən 2021-ci il 31 dekabr tarixinədək 2.340 manat+18 faiz ƏDV olan aylıq icarə ha qqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş 1 aylıq olmaq şərti ilə hesab-faktura təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir.
30. Elektron qaimələrin siyahısından görünür ki, cavabdehlə iddiaçı arasında icarə müqavilə münasibətləri mövcud olmuş və cavabdeh tərəfindən – 679621 saylı, 2021-ci il 12 mart tarixli elektron-qaimə üzrə cavabdeh tərəfindən 2021-ci ilin yanvar ayı üçün cəmi 826 manat icarə haqqı ödənilmiş; 145218 saylı, 2021-ci il 13 aprel tarixli elektron-qaimə üzrə cavabdeh tərəfindən 2021-ci ilin fevral ayı üçün cəmi 826 manat icarə haqqı ödənilmiş; 679623 saylı, 2021-ci il 12 mart tarixli elektron-qaimə üzrə cavabdeh tərəfindən 2021-ci ilin mart ayı üçün cəmi 2.500,42 manat icarə haqqı ödənilmiş; 145219 saylı, 2021-ci il 13 aprel tarixli elektro n-qaimə üzrə cavabdeh tərəfindən 2021-ci ilin aprel ayı üçün cəmi 2.500,42 manat icarə haqqı ödənilmiş; 373177 saylı, 2021-ci il 7 may tarixli elektron-qaimə üzrə cavabdeh tərəfindən 2021-ci ilin may ayı üçün cəmi 2.500,42 manat icarə haqqı ödənilmiş; 105397 saylı, 2021-ci il 10 iyun tarixli elektron-qaimə üzrə cavabdeh tərəfindən 2021-ci ilin iyun ayı üçün cəmi 2.500,42 manat icarə haqqı ödənilmiş və ümumilikdə cavabdeh tərəfindən 11.653,68 manat məbləğində icarə haqqı ödənilmişdir. 679621 saylı, 2021-ci il 12 mart tarixli yanvar ayı üçün və 145218 saylı, 2021-ci il 13 aprel tarixli fevral ayı üçün elektron-qaimələr üzrə qalıq icarə haqqı borcu, 752567 saylı, 2021-ci il 12 iyul tarixli iyul ayı üçün; 164700 saylı, 2021-ci il 10 avqust tarixli avqust ayı üçün; 431293 saylı, 2021-ci il 1 se ntyabr tarixli sentyabr ayı üçün; 430012 saylı, 2022-ci il 31 yanvar tarixli oktyabr, noyabr və dekabr ayları üçün elektron-qaimələr üzrə isə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Hazırkı müqavilə üzrə cavabdehin 2021-ci ilin yanvar, fevral, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları olmaqla 8 ay üçün (yanvar – 359,50 əsas borc+64,71 ƏDV=424,21 manat; fevral – 1.419+255,42=1.674,42 manat; iyul – 2.360 əsas borc+424,8 ƏDV=2.784,80 manat; avqust 2.320 əsas borc+417,60 ƏDV=2.737,60 manat; sentyabr – 340 əsas borc+421,20 ƏDV= 2.761,20 manat, oktyabr – 2.340 əsas borc+421,20 ƏDV=2.761,20, noyabr – 2.340 əsas borc+421,20 ƏDV=2.761,20 manat; dekabr – 2.340 əsas borc+421,20 ƏDV=2.761,20 manat) cəmi 15.818,50 manat əsas borc, 2.847,33 manat ƏDV borcu, ümumilikdə 15.818,50 + 2.847,33 =18.665,83 manat icarə haqqı borcu mövcud olmuşdur.
31. Hazırkı müqavilənin 5.1-ci maddəsinə əsasən, icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 0,1 faizini ödəməlidir. Belə ki, cavabdehin icarə haqqını gecikdirməyə görə 1.800 manat cərimə borcu olmuşdur. Bununla bağlı cavabdehlə dəfələrlə görüşləri, şifahi və telefon danışıqları olsa da, heç bir nəticəsi olmamışdır. İddiaçı tərəfindən cavabdehə “Mediasiya prosesin tətbiqi” barədə təklif göndərilmişdir. Lakin cavabdeh tərəfindən həmin təklif 10 gün ərzində qəbul edilmədiyindən iddiaçı Mediasiya Şurasına müraciət etmişdir. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 2022-ci il 19 may tarixli arayış iddiaçıya verilmiş və mediasiya xidmətinin göstəri lməsinə görə iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Eyni zamanda 2022-ci il 2 iyun tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı və onlayn kargüzarlıq vasitəsilə pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır.
32. İlkin tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 399, 441.2, 442, 443.5, 448.1, 462.1, 465.1, 684.2, 698.1, 698.3, 700.1ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2, 36.5-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3, 9.1-1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4-cü maddələrinə istinad e tmişdir.
33. Daha sonra cavabdeh 2022-ci il 22 avqust tarixində Bakı Kommersiya Məhkəməsinə qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icrası təmin edilərək 34.624 manat məbləğində pul vəsaitinin, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 210 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 200 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
34. Qarşılıqlı iddia ərizəsi isə onunla əsaslandırılmışdır ki, cavabdeh və iddiaçı arasında “ofis icarəsinə” dair 2020-ci il 10 dekabr tarixli müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən 2021-ci ilin yanvar ayı üçün 826 manat, fevral ayı üçün 2.466 manat, mart ayı üçün 2.500,42 manat, aprel ayı üçün 2.500,42 manat, may ayı üçün 2.500 manat, iyun ayı üçün 2.500 manat, iyul ayı üçün 2.761 manat, avqust ayı üçün 2.761 manat, sentyabr ayı üçün 2.239,20 manat, oktyabr ayı üçün 2.761,20 manat, noyabr ayı üçün 877,60 manat – ümumilikdə 24.692,84 manat məbləğində ödəniş həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında 2018-ci ildən bəri ofis icarəsinə dair müqavilələr imzalanmışdır. Bu müqavilələr üzrə iddiaçı tərəfindən müqavilədə qeyd olunan məbləğlərdən artıq ödənişlər həyata keçirilmişdir. 2018-ci il 28 noyabr tarixli müqavilənin 1 saylı Əlavəsində icarəçinin 2018-ci il 1 dekabr tarixindən 2019-cu il 31 dekabr tarixinədək 700 manat+18 faiz ƏDV aylıq icarə haqqını ödəməli olduğu öz əksini tapmışdır. İddiaçı tərəfindən 2018-ci ilin dekabr ayı üçün 3.186 manat, 2019-cu ilin yanvar ayı üçün 3.186 manat, fevral ayı üçün 3.186 manat, mart ayı üçün 3.186 manat, aprel ayı üçün 3.186 manat, may ayı üçün 2.936 manat, iyun ayı üçün 2.936 manat, iyul ayı üçün 2.986 manat, avqust ayı üçün 3.216 manat, sentyabr ayı üçün 3.186 manat, oktyabr ayı üçün 3.216 manat, noyabr ayı üçün 3.216 manat, dekabr ayı üçün 3.216 manat – ümumilikdə 40.838 manat; 2020-ci ilin yanvar ayı üçün 2.526 manat, fevral ayı üçün 2.496 manat, mart ayı üçün 200 manat, oktyabr ayı üçün 2.466 manat, noyabr ayı üçün 966 manat, dekabr ayı üçün 826 manat – ümumilikdə 9.480 manat məbləğində ödəniş etmişdir. 2018-ci il 1 dekabr tarixindən 2019-cu il 31 dekabr tarixinədək iddiaçı tərəfindən 30.100 manat, 2020-ci il üzrə isə 4.524 manat məbləğində artıq ödəniş həyata keçirilmişdir. Həmçinin iddiaçı hüquqlarını bərpa etmək üçün 210 manat hüquqi yardıma görə və məhkəməyə müraciət etmək üçün 200 manat dövlət rüsumu ödəyərək xərc çəkmişdir.
35. Cavabdeh tələbinin hüquqi əsası kimi MM-in 21.1, 21.2, 385.1, 386.1, 386.2, 389.1, 390.1, 399.1, 425.1-ci maddələrinə istinad etmişdir.
36. İlkin və qarşılıqlı iddia tələbi üzrə etirazlar təqdim olunmamışdır.
37. Cavabdeh 2022-ci il 19 sentyabr tarixində məhkəməyə vəsatətlə müraciət edərək, X1 hazırkı iş üzrə şahid qismində cəlb edilməsini xahiş etmişdir. 38. 2022-ci il 19 sentyabr tarixli e-2-2(113)-3302/2022 nömrəli məhkəmə iclasının protokolundan görünür ki, cavabdeh tərəfindən verilmiş vəsatət təmin olunmuşdur (hakim – L.Əliyeva).
39. Cavabdeh 2022-ci il 26 sentyabr tarixində məhkəməyə ərizə təqdim edərək, məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
40. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 3 oktyabr tarixli e-2-2(113)-3302/2022 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir (hakim – L.Əliyeva).
41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 19 dekabr tarixli 4/1510 nömrəli rəyinə əsasən: - ekspertizaya təqdim olunmuş, ĞLL seriyalı 697160 nömrəli 2021-ci il 11 fevral tarixli, ĞLL seriyalı 697144 seriyalı 2021-ci il 2 fevral tarixli, ĞLL seriyalı 697283 nömrəli 2021-ci il 15 aprel tarixli, ĞLL seriyalı 697371 nömrəli 2021-ci il 4 iyun tarixli, ĞLL seriyalı 482171 nömrəli 2020-ci il 11 dekabr tarixli kassa mədaxil orderlərinin qəbzlərində “Kassir” qrafalarındakı imzalar ilə 425 nömrəli 2021-c i il 11 fevral tarixli, 836 nömrəli 2020-ci il 4 noyabr tarixli qəbzlərdə “Kassir” qrafalarındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. - ĞLL seriyalı 482090 nömrəli 2020-ci il 27 oktyabr tarixli, ĞLL seriyalı 482147 nömrəli 2020-ci il 26 noyabr tarixli kassa mədaxil orderlərinin qəbzlərində “Kassir” qrafalarındakı imzalar ilə 900 nömrəli 2020-ci il 11 noyabr tarixli, 767 nömrəli 2020-ci il 29 oktyabr tarixli, 783 nömrəli 2020-ci il 30 oktyabr tarixli qəbzlərdə “İmza” qrafalarındakı imzalar, nömrəsiz 2020-ci il 18 mart tarixli, nömrəsiz 2020-ci il 19 mart tarixli, nömrəsiz 2020-ci il 31 may tarixli xəzinə mədaxil orderlərində “İmza” qrafalarındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. - ĞLL seriyalı 138581 nömrəli 2019-cu il 31 may tarixli, GÖQ seriyalı 510413 nömrəli 2 018ci il 21 dekabr tarixli, GÖQ seriyalı 510475 nömrəli 2019-cu il 15 yanvar tarixli kassa mədaxil orderlərinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzalar ilə ĞLL seriyalı 138437 nömrəli 2019cu il 9 aprel tarixli, GÖQ seriyalı 510556 nömrəli 2019-cu il 18 fevral tarixli, GÖQ seriyalı 510625 nömrəli 2019-cu il 14 mart tarixli kassa mədaxil orderlərinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur.
42. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 yanvar tarixli e-2-2(113)-90/2023 saylı qərardadı ilə iddiaçı və cavabdehin vəzifəli şəxslərin əməllərində cinayət tərkiblərinin əlamətlərinin olması ilə bağlı araşdırmanın aparılması üçün xüsusi qərardad Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır (hakim – L.Əliyeva).
43. Bakı Ko mmersiya Məhkəməsinin 2023-cü il 30 yanvar tarixli e-2-2(113)-90/2023 saylı qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 5.625,40 manat məbləğində əsas borc və 250 manat məbləğində dəbbə pulu, cəmi 5.875,40 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 70 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin olunması, iddiaçıdan 3.280 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 20 manat, vəkilə çəkilmiş xərclərin əvəzi olaraq 110 manat məbləğində pul vəsaitinin tutularaq cavabdehə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, 110 manat məbləğində ekspertiza xərcinin 55 manat hissəsinin iddiaçıdan, 55 manat hissəsinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur (hakim – L.Əliyeva).
44. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisəli müqavilə üzrə iddiaçıya borcunun olmadığını sübuta yetirmək üçün cəmi 13.040 manat məbləğində icarə haqqının ödənilməsinə dair hesabat blanklarında tərtib edilməmiş qəbzlərə istinad etmişdir.
45. Həmin qəbzlərə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı qəbzlərin şirkətin kassasında verilməsini, o cümlədən həmin qəbzlərdəki imzaların sonuncunun nümayəndələrinə (kassirlərə) məxsus olmasını qəbul etməyərək qəbzlərə vurulmuş “K1, ödənilib, tarix” qeydli ştampın sonuncuya məxsus olmadığını, belə bir ştampın ümumiyyətlə olmadığını iddia etmiş olsa da, həmin qəbz lər ilkin iddia üzrə cavabdeh tərəfindən ilkin iddiaçıya mübahisəli icarə müqaviləsi üzrə ödəniş edilməsini təsdiq edən sübut qismində qəbul olunmuşdur.
46. Birincisi, həmin qəbzlərdə olan imzalarla iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş ciddi hesabat blanklarında tərtib olunmuş kassa mədaxil orderlərində olan imzaların eyni şəxslər tərəfindən icra edilib-edilməməsini müəyyən etmək üçün məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə qəbzlərin bir hissəsində imzaların kassa mədaxil orderlərindəki imzalarla eynilik təşkil etməsi müəyyən olunmuşdur. Qəbzlərin də iddiaçının nümayəndələri (kassirlər) tərəfindən icra edilməsini və belə olan halda qəbzlərə vurulmuş “K 1, tarix və ödənilib” qeydləri əks olunmuş ştampın da iddiaçıya aid olmasını təsdiq etmişdir.
47. İkinc isi, şahid qismində ifadə vermiş X3 "xxxx" MMC-nin qanuni təmsilçisi olduğunu və qanuni təmsilçisi olduğu şirkətin də iddiaçıdan ofis icarəyə götürmüş olduğunu, iddiaçı ilə aralarındakı münasibətlərdə analoji halla icarə haqqı ödənilərkən kassada eyni formalı “K-1 ştamplı qəbzlərin” təqdim edilməsi qarşılaşdığını bildirmişdir. Şahidin ifadələrinin təsdiq etmək məqsədilə "xxxx" MMC-nin adına verilmiş eyni formalı və ştamplı qəbzlər də iş materiallarına əlavə olunmuşdur. İddiaçının "xxxx" MMC-yə qarşı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 dekabr tarixli qətnaməsindən görünmüşdür ki, "xxxx" MMC-yə verilmiş eyni formalı və ştamplı qəbzlərin həqiqiliyi məhkəmə prosesi gedişində iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
48. Üçüncüsü, cavabdeh tərəfi ndən iddiaçıya internetə, elektrik enerjisinə, eləcə də iddiaçının göstərdiyi müxtəlif xidmətlərinə görə ödənişlərin həyata keçirilməsi də eyni formalı qəbzlərlə rəsmiləşdirilmişdir. Həmçinin icarə müqaviləsində sözügedən kommunal xərclərin icarəçi tərəfindən icarəyə verənə vaxtında ödənilməli olması barədə şərtin yer alması, eyni zamanda tərəflər arasında həmin xərclərin ödənilməsi ilə bağlı mübahisənin olmaması kimi halları nəzərə aldıqda ilkin iddiaçının istinad etdiyi dəlilləri ağlabatan görünməmişdir.
49. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən iş materiallarında olan “K-1 ştamplı” qəbzlərin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi müəyyən edilir.
50. Qəbzlərin forması, üzərinə möhür əvəzinə ştamp vurulması, bəzi qəbzlərin imzalanmaması ilə bağlı məhkəmə onu da qeyd e tmişdir ki, müqavilənin tərəfi kontragentinin kassasında verilmiş sənədi imzalamış şəxsin səlahiyyətli olması, eləcə də həmin sənədə vurulmuş ştampın həqiqiliyini, yəni sənədin mötəbərliyini güman etməyə, yəni kontragentin bu məsələdə vicdanlı davranacağını gözləməyə haqlıdır.
51. Kassada oturan şəxsin (kassirin) səlahiyyəti ilə bağlı məsələsinə münasibətdə məhkəmə həmçinin qeyd etmişdir ki, səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
52. Hazırkı halda iddiaçı tərəfindən kassalarında verilmiş qəbzlərdəki imzaların səlahiyyətli şəxs tərəfindən icra edilməməsinə, ştampın həqiqi olmamasına, bəzi qəbzlərdə ştamp vurulsa da, imzaların olmamasına istinad etməklə qəbzlərin mötəbərliyinin mübahisələndirilməsi kontr agentin gözləyə biləcəyi vicdanlı davranış hesab edilə bilməz. Odur ki, mübahisəli qəbzlər cavabdeh tərəfindən iddiaçıya ödənişlərin edilməsini təsdiq edən sübut qismində qəbul edilməlidir.
53. İcarə haqqı borcunun məbləğinə gəldikdə məhkəmə ilk növbədə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə və ona əlavələrə əsasən icarəçi tərəfindən 2021-ci ilin yanvarında ƏDV daxil 1.250,2 manat, fevral-iyun aylarında hər ay üçün ƏDV daxil 2.500,4 manat və iyul-dekabr aylarında hər ay üçün ƏDV daxil 2.761,2 manat məbləğində ödəniş edilməli idi. 2021-ci ilin yanvar ayı üçün ödənilməli 1.250,2 manat icarə haqqının 826 manat hissəsi ödənilmiş, 424,2 manat hissəsi isə ödənilməmiş; 2021-ci ilin fevral ayı üçün ödənilməli olan 2.500,4 manat məbləğində icarə haqqından kassa mədaxil orderinə əsas ən 826 manat və “K1 ştamplı” qəbzə əsasən 1.640 manat olmaqla, cəmi 2.466 manat pul ödənilmiş, icarə haqqının 34,4 manat hissəsi isə ödənilməmiş; 2021-ci ilin sentyabr ayı üçün “K1 ştamplı” qəbzlərə əsasən 2.239 manat məbləğində ödəniş edilməklə, 522 manat məbləğində icarə haqqı ödənilməmiş; 2021-ci ilin noyabr ayı üçün icarə haqqından “K1 ştamplı” qəbzə əsasən 877,6 manat ödənilməklə, 1.883,6 manat məbləğində icarə haqqı ödənilməmiş qalmışdır. 2021-ci ilin dekabr ayı üzrə isə heç bir ödəniş edilmədiyindən ödənilməmiş icarə haqqı borcu məbləği 2.761,2 manat təşkil etmişdir. İlkin iddia tələbi üzrə cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarə haqqı borcu cəmi 5.625,4 (424,2+34,4+522+1.883,2+2.761,2) manat təşkil etmişdir. İddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabde hdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.
54. Belə ki, əvvəlki icarə müqaviləsi üzrə artıq ödənişlərin mübahisəli müqavilə üzrə avans qismində nəzərə alınmalı olması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqavilələrində əvvəlki icarə müqavilələri üzrə ödənişlərin hazırkı müqavilə üzrə avans və ya ödəniş qismində nəzərə alınması barədə şərt nəzərdə tutulmamış, eləcə də tərəflər arasında əvvəlki icarə müqaviləsi üzrə artıq ödənilmiş məbləğlərin 2020-ci il 10 dekabr tarixli müqavilə üzrə borcla əvəzləşdirilməsi barədə razılaşmanın mövcud olması da iş materialları ilə təsdiq edilməmiş və cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pu lu 250 manat məbləğində müəyyən olunmuşdur.
55. Qarşılıqlı iddia tələbi üzrə, cavabdeh müqavilə üzrə icarə haqqını tam ödəməklə yanaşı, tərəflərindən artıq ödəniş etdiklərini əsas göstərərək iddiaçıdan artıq ödənilmiş 34.624 manat məbləğində pul vəsaitinin pulunun qaytarılmasını tələb edir. İddiaçı qarşılıqlı iddianı qəbul etmir və etirazına əsas kimi MM-in 1095-ci maddəsinə, yəni əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşməsinə və MM-in tələbini nəzərə alınmaqla cavabdehin 2018 və 2019-cu illərə aid qəbzlər üzrə ödənişlərin də geri qaytarılmasını tələb hüququnun olmamasına istinad edir.
56. Məhkəmə iddiaçının etirazının dəlillərini qismən əsaslı hesab edir.
57. Belə ki, iş materiallar ına əlavə edilmiş mədaxil orderlərinə və qəbzlərə əsasən müəyyən edilir ki, “ofis icarəsinə dair” 2018-ci il 28 noyabr tarixli müqavilə üzrə cavabdehin 25 ay (2018ci ilin dekabrından 2021-ci ilin yanvarınadək) üçün ödəməli olduğu icarə haqqı ƏDV daxil 20.650 manat təşkil etdiyi halda, sonuncu tərəfindən həmin müqavilə üzrə icarə haqqı olaraq ümumilikdə 50.420 manat ödənilməklə 29.770 manat məbləğində artıq ödəniş edilmişdir.
58. Digər tərəfdən, iddiaçı yazılı ərizədə iddiaya MM-in 1095-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
59. İş materiallarından görünür ki, cavabdeh tərəfindən 2018-ci il 28 noyabr tarixli icarə müqaviləsi üzrə artıq ödənişlərin 26.490 manat hissəsi 2020-ci il 31 may tarixinədək olan dövrdə edilmişdir. Cavabdeh qarşılıqlı iddianı 2022-ci il 22 avqust tarixində verməklə qarşılıqlı iddia tələbinin həmin hissəsinə münasibətdə iddia müddətini buraxmışdır. İddia məbləğinin qalan 3.280 manat məbləğində (2020-ci ilin oktyabr ayı üzrə icarə haqqına görə 1.640 manat və noyabr ayı üzrə icarə haqqına görə 1.640 manat məbləğində) artıq ödəniş isə cavabdeh tərəfindən 2020-ci ilin oktyabr-dekabr aylarında edildiyindən qarşılıqlı iddia verilərkən həmin ödənişlərin qaytarılması üzrə iddia müddəti buraxılmamışdır. Belə olan halda, cavabdehin MMin tələbinə əsasən öhdəlikdən kənar ödənilmiş həmin pul vəsaitinin (3.280 manat) geri qaytarılmasını iddiaçıdan tələb etməkdə haqlı olmuşdur.
60. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 359.1, 372.1, 372.2, 385.1, 439.4, 442, 443.1, 448.1, 462.1, 467, 700.1, 1091.1, 1091.2, 1092.1, 1 095-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəslərnə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına, MPM-in 4.6, 107, 115.0.9, 119.1, 121.1-ci maddələrinə istinad etmişdir.
61. Cavabdeh 2023-cü il 9 mart tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
62. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 iyun tarixli 22(103)-429/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti t əmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).
63. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətində ilk iddianın təmin edildiyi hissədə qətnamənin ləğv edilməsi üçün hər hansı dəlil qeyd edilmədiyindən məhkəmə həmin hissədə qətnamənin qanuni və əsaslı hesab etmişdir.
64. Tərəflər arasında bağlanmış 2018-ci il 28 noyabr tarixli icarə müqaviləsi üzrə ödənilməli olan icarə haqqı məbləğindən artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə qarşılıqlı iddia tələbinin 26.490 manat hissəsi üzrə MM-in tələbində nəzərdə tutulmuş 2 illik iddia müddəti ötürüldüyündən və iddiaçı tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barə də ərizə verdiyindən qarşılıqlı iddia həmin hissədə rədd edilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin axımının nə vaxtdan başladığını düzgün müəyyən etməmişdir; iddia müddətinin axımı artıq ödənişin həyata keçirildiyi tarixlərdən deyil, icarəçiyə artıq ödəniş etdiyini bildiyi vaxtdan, 2022-ci ildən başlamış, belə olan halda isə müddət ötürülməmişdir.
65. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini əsassız hesab etmişdir. Belə ki, MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi günlə yanaşı, eyni zamanda bilməli olduğu gündən başlanması nəzərdə tutulmuşdur. Hazırkı halda 2018-ci il 28 noyabr tarixli icarə müqaviləsinə əsasən, icarəçi ödəməli olduğu icarə haqqı mə bləğini bildiyi üçün həmin ödənişdən artıq ödədiyi məbləğlərin öhdəlikdən kənar artıq ödənilmiş məbləğlər olduğunu bilməli idi. Buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, əsassız varlanma qaydasında öhdəlikdən kənar artıq ödənilmiş vəsailərin geri qaytarılmasına dair iddia tələbində iddia müddəti ödəmənin həyata keçirildiyi tarixdən hesablanmalıdır. Qarşılıqlı iddia 2022-ci ilin avqust ayında irəli sürüldüyündən 2020-ci il 31 may tarixinədək həyata keçirilmiş icarə haqqından artıq ödənişlər üzrə iki illik iddia müddəti ötürülmüşdür.
66. Əvvəlki icarə müqaviləsi üzrə artıq ödənişlərin mübahisəli müqavilə üzrə avans qismində nəzərə alınmalı olması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqavilələri ndə əvvəlki icarə müqavilələri üzrə ödənişlərin hazırkı müqavilə üzrə avans və ya ödəniş qismində nəzərə alınması barədə şərt nəzərdə tutulmadığından və tərəflər arasında əvvəlki icarə müqaviləsi üzrə artıq ödənilmiş məbləğlərin 2020-ci il 10 dekabr tarixli müqavilə üzrə borcla əvəzləşdirilməsi barədə razılaşma mövcud olmadığından bu dəlillər də məhkəmə tərəfindən əsassız hesab edilmişdir.
67. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsini əsaslandırmaq üçün MM-in 372.2, 373.4, 377.1, 385.1, 439.4, 442, 443.1, 448.1, 462.1, 467, 700.1, 1091.1, 1091.2, 1092.1, 1095-ci maddələrinə istinad etmişdir.
68. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 16 iyun tarixində cavabdehin vəkilinə göndərilmiş və vəkilə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
69. Cavabdeh 2023-cü il 16 avqust tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
70. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ, 125-ci maddəsinin Vİİ-ci hissəsi və 127-ci maddəsi üzrə - Apellyasiya instansiya məhkəməsi Konstitusiyada göstərilən maddələrin tələblərinə riayət etməmişdir.
71. MM-in 385.1-ci maddəsi üzrə - Mövcud mübahisə üzrə icarə haqqı cavabdeh tərəfindən artıq məbləğdə ödənmiş, lakin sonrakı aylarda pandemiya səbəbindən ödənməmişdir. Ona görə də cavabdehin əvvəlki aylar üzrə ödəmiş olduğu artıq vəsaitlər sonrakı ödəmədiyi aylarla əvəzləşdirilməlidir k i, belə olan halda cavabdeh bütün öhdəliklərin yerinə yetirmiş olur.
72. MM-in 377.1-ci maddəsi üzrə - Qətnamədə qeyd edilir ki, iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi günlə yanaşı, eyni zamanda bilməli olduğu gündən başlanması nəzərdə tutulmuşdur. Lakin qeyd edək ki, hazırkı iş üzrə müddətin axımı hüquq pozuntusunun şəxsə məlum olduğu gündən başlayır. İddia müddətinin axımı cavabdeh tərəfindən artıq ödənişin həyata keçirildiyi vaxtdan deyil, icarəçiyə artıq ödəniş etdiyini bildiyi vaxtdan, 2022-ci ildən başlamışdır. Cavabdeh artıq ödənişi keçirdiyi vaxt artıq ödəniş etdiyini bilməmiş, artıq ödənişin edildiyini bildiyi vaxt 2022-ci ildə olmuşdur. Ona görə də iddia müddəti keçməmişdir və cavabdehin qarşılıqlı iddiasına baxılmalıdır. Cavabdeh tərəfindən artıq ödəni şlər edilərkən, növbəti aylarda artıq ödənilmiş vəsaitin ödənilməli olan vəsaitdən çıxıldığı zənn edilmişdir. Nəzərə alaq ki, heç kim əvəzsiz və səbəbsiz olaraq ödəməli olduğu vəsaitdən daha artıq vəsait ödəməz və bu gün praktikada da bir çox hallarda olur ki, şəxs kredit götürür və müddətin daha tez bitməsi üçün isə bəzi aylarda daha artıq vəsait ödəyir ki, kredit tez bitsin. Cavabdeh tərəfindən artıq ödənən vəsaitlərin iddiaçı tərəfindən avans və ya ödəniş olaraq nəzərə alınmadığı cavabdehə iddiaçı məhkəməyə müraciət etdikdən sonra məlum olmuşdur. Ona görə də müddət axımı cavabdehin hüquqlarının pozulduğunu bildiyi andan hesablanmalıdır.
73. MM-in 1091.1 və 1092.1-ci maddələri üzrə - Artıq ödənilən vəsaitin avans və ya ödəniş qismində nəzərə alınmaması halında cavabdeh tərəfindən ödəni lən artıq vəsait nə hesab edilməlidir? Fakt budur ki, ortada artıq ödənilmiş vəsait vardır, həmin vəsait isə əlbəttə ki, geri qaytarılmalıdır. Cavabdeh artıq pul ödəyib və həmin pulun avans və ya ödəniş olaraq nəzərə alınmadığını iddiaçının məhkəməyə müraciətindən sonra bilib və bundan sonra həmin vəsaitin geri qaytarılması üçün qarşılıqlı iddia verib. Yuxarıda sadalananlara əsaslanaraq qeyd edə bilərik ki, cavabdeh tərəfindən ödənilən vəsait geri qaytarılması məhkəmə tərəfindən qət edilməlidir. Cavabdehin tələbi ilə əsassız varlanan şəxs – iddiaçı həmin vəsaiti geri qaytarmalıdır. Həmin vəsaitlərin geri qaytarılmaması cavabdehin hüquqlarının kobudcasına pozulmasıdır.
74. MM-in 1095-ci maddəsi üzrə - Cavabdeh artıq ödəniş etdiyini 2022-ci ildə - iddiaçı məhkəməyə müraciət etdikdən sonra bi lib və hazırda isə 2 il müddət keçməyib. Cavabdeh tərəfindən artıq ödənişlər edilərkən həmin ödənişlərin avans və ya ödəniş qismində nəzərdə tutulmadığı ona məlum olmamışdır. Qeyd edək ki, artıq ödəniş avans və ya ödəniş olaraq hesab edilmirsə, həmin ödənişlər ödənərkən niyə iddiaçı tərəfindən qəbul edilirdi? Davamlı olaraq ardıcıl ödənişlər edildikdə iddiaçı tərəfindən cavabdehə bu ödənişlərin hər hansı avans və ya ödəmə olaraq qəbul edilmədiyi bildirilməli idi. Lakin belə hal olmayıb.
75. MPM-in 9, 14.2, 77.1, 78, 80, 106.1, 217.4, 407.2, 416-cı maddələri üzrə - Qeyd olunan prosessual maddələrdə göstərilən tələblərə məhkəmə tərəfindən əməl olunmamış və həmin normalarının tələbləri təmin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
76. Kassasiya şikayətinə qarşı etiraz t əqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
77. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
78. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
79. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassas iya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ.TƏTBİQ EDİLƏN HÜQUQ
80. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
372. İddia müddəti anlayışı... 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri... 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər....” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyy ənləşdirilir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
439. Pul öhdəliklərinin icrası... 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Ma ddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
545. Tələblərin əvəzləşdirilməsinin yolverilməzliyi 545.0. Aşağıdakı hallarda öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir:... 545.0.4. digər tərəfin ərizəsi ilə tələbə iddia müddəti tətbiq edilməli olduqda və bu müddət keçdikdə;...” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəti cəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə....” “Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.”
81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarınd a aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsa slandırılmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
82. İddiaçı cavabdehdən ilk iddia üzrə ofis icarəsinə dair müqavilə üzrə ümumilikdə 20.465,83 manat məbləğində pulun, cavabdeh isə iddiaçıdan qarşılıqlı iddia üzrə müqavilə üzrə 34.624 ma nat məbləğində pulun tutulmasını xahiş etmişlər.
83. İlk iddia qismən – 5.625,4 manat məbləğində əsas borc hissəsində, qarşılıqlı iddia da qismən – 3.280 manat məbləğində artıq ödənilmiş pul vəsaiti hissəsində təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
84. Cavabdehin kassasiya şikayətinin dəlilləri nəticə etibarilə ondan ibarətdir ki, cavabdehin əvvəlki aylar üzrə ödəmiş olduğu artıq vəsaitlər sonrakı ödəmədiyi aylarla əvəzləşdirilməlidir ki, belə olan halda cavabdeh bütün öhdəliklərin yerinə yetirmiş olur. İddia müddətinin axımı cavabdeh tərəfindən artıq ödənişin həyata keçirildiyi vaxtdan deyil, icarəçiyə artıq ödəniş etdiyini bildiyi vaxtdan, 2022-ci ildən başl amışdır. Cavabdeh artıq ödənişi keçirdiyi vaxt artıq ödəniş etdiyini bilməmiş, artıq ödənişin edildiyini bildiyi vaxt 2022-ci ildə olmuşdur. Cavabdeh tərəfindən artıq ödənən vəsaitlərin iddiaçı tərəfindən avans və ya ödəniş olaraq nəzərə alınmadığı cavabdehə 2022-ci ildə - iddiaçı məhkəməyə müraciət etdikdən sonra məlum olmuşdur; hazırda isə 2 il müddət keçməyib. Ona görə də müddətin axımı cavabdehin hüquqlarının pozulduğunu bildiyi andan hesablanmalıdır. Davamlı olaraq ardıcıl ödənişlər edildikdə iddiaçı tərəfindən cavabdehə bu ödənişlərin hər hansı avans və ya ödəmə olaraq qəbul edilmədiyi bildirilməli idi. Lakin belə hal olmayıb.
85. Məhkəmə kollegiyası kassatorun həmin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
86. Məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiy ası tamamilə düzgün nəticəyə gəlmişdir ki, 2018-ci il 28 noyabr tarixli icarə müqaviləsinə əsasən, icarəçi ödəməli olduğu icarə haqqı məbləğini bildiyi üçün həmin ödənişdən artıq ödədiyi məbləğlərin öhdəlikdən kənar artıq ödənilmiş məbləğlər olduğunu bilməli idi.
87. Digər tərəfdən isə, İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, qarşılıqlı iddianın təmin olunmadığı 26.490 manat artıq vəsaitin 2018-ci il 28 noyabr tarixli icarə müqaviləsi üzrə ödənməsi halları 2020-ci il 31 may tarixinədək, yəni təqribən 1 il 6 ay ərzində davam etmişdir. Belə uzun müddət ərzində cavabdehin müxtəlif aylar üzrə ödədiyi artıq ödənişlərin iddiaçı tərəfindən növbəti aylar üzrə ödənilməli olan icarə haqqı kimi nəzərə alınmamasıdan (avans ödəmə və ya əvəzləşdirmə şəklində) cavabdehin xəb ər tutmaması da ağlabatan deyildir.
88. Odur ki, məhkəmə kollegiyası MM-in 377.1-ci maddəsinə (bax yuxarıda § 80) istinadən (şəxsin öz hüququnun pozulduğunu bilməli olduğu gün baxımından) belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddia müddətinin axımının başlanma vaxtını (2020-ci il 31 may tarixi) qanuni və əsaslı şəkildə müəyyən etmişdir.
89. Həmçinin apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq göstərmişdir ki, tərəflər arasında bağlanmış icarə müqavilələrində əvvəlki icarə müqavilələri üzrə ödənişlərin hazırkı müqavilə üzrə avans və ya ödəniş qismində nəzərə alınması barədə şərt nəzərdə tutulmamış və tərəflər arasında əvvəlki icarə müqaviləsi üzrə artıq ödənilmiş məbləğlərin 2020-ci il 10 dekabr tarixli müqavilə üzrə borcla əvəzləşdirilməsi b arədə razılaşma mövcud olmamışdır.
90. O da qeyd olunmalıdır ki, MM-in 545.0 və 545.0.4-cü maddələrinin (bax yuxarıda § 80) tələblərindən aydın olur ki, digər tərəfin ərizəsi ilə tələbə iddia müddəti tətbiq edilməli olduqda və bu müddət keçdikdə, öhdəliklərin əvəzləşdirilməsinə ümumiyyətlə yol verilmir.
91. Bu baxımdan, yuxarıda qeyd olunduğu kimi, işə baxan məhkəmələr tərəfindən cavabdehin qarşılıqlı iddia üzrə tələb etdiyi 26.490 manat artıq ödənilmiş vəsait üzrə iddia müddətinin ötürüldüyü müəyyən edildiyindən və bununla bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, yuxarıda qeyd olunduğu kimi, qanuni və əsaslı hesab edildiyindən, həmin vəsait üzrə əvəzləşdirilmə aparılmasına dair kassatorun dəlilləri əsaslı hesab oluna bilməz.
92. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 81) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 81) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
93. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 iyun tarixli 2-2(103)-429/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
94. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-n in kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 iyun tarixli 22(103)-429/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.