Məhkəmə qərarları › İş №2-2(102)-552/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-552/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-552/2023 30.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 iyun tarixli 2-2(103)-501/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya ş ikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" ASC (borcverən) Cavabdeh MMC (borc alan) olmaqla imzalanmış 2008-ci il 8 fevral tarixli 228 saylı kredit müqaviləsinə əsasən, borc verən borc alana 2.400.000 manat məbləğində 2008-ci il 8 mart tarixinədək illik 17% ödənilmək şərtilə “məişət texnikaları zavodunun” avadanlıqlarının montaj işlərinin tamamlanması üçün (müqavilənin 1.2-ci bəndi) kredit verir.

2. Müqavilənin 2.8-ci bəndə əsasən borc alan tərəfindən bu müqavilənin 1.1-ci bəndində göstərilən 2008-ci il 8 mart tarixədək kreditin və ona borc verən tərəfindən hesablanmış faizlərin məbləğinin tam ödənilməsi pozulduqda borc verən “borc alana ötmüş borc məbləği üçün illik 34 faiz məbləğində cərimə ödəyir. 3. 2021-ci il 30 iyun tarixli maliyyə arayışında qeyd olunmuş dur ki, "xxxx" ASC və Cavabdeh MMC arasında imzalanmış 2008-ci il 8 fevral tarixli MER********** saylı kredit müqaviləsi üzrə 2021-ci il 24 iyun tarixinə 378.576,74 manat əsas borc, 258.778,65 manat faiz borcu, 255.328 manat illik 5% hesablanmaqla faiz borcu mövcuddur.

4. Cavabdeh MMC-yə məxsus 2016-cı il 16 dekabr və 2021-ci il 1 noyabr tarixlərini əhatə edən hesabdan çıxarışdan məlum olur ki, 2018-ci il 17 iyul tarixində qeyd olunan hesaba sonuncu ödəniş olmuşdur.

5. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh MMC-yə ünvanlanan 2021-ci il 29 iyun tarixli məktubda borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

6. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 2021-ci il 1 4 dekabr tarixli MŞİH-06790-001787 nömrəli arayışa əsasən LPO "xxxx" ƏSF tərəfindən 400 manat mediasiya xərci ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı ASC-nin (bundan sonra – “iddiaçı”) 2022-ci il 26 oktyabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 1.081.667,04 manat – bundan 378.576,74 manat əsas, 258.778,65 manat faiz, 188.983,17 manat cərimə və AR Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 255.328,48 manat faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərc və iş üzrə ödənilmiş 731 manat dövlət rüsumunun cavabdehdən iddiaçıya verilməsi barədə qətnam ə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2008-ci il 8 fevral tarixli 228 saylı kredit müqaviləsinə əsasən cavabdehə 1 ay müddətinə, illik faiz dərəcəsi 17% ödənilmək şərtilə 2.400.000 AZN məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Borclu mütəmadi ödənişlər etmişdir. Cavabdehə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmada n qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. 2021-ci il 24 iyun tarixinə cavabdehin kredit üzrə cəmi borcu 1.081.667,04 manat təşkil etmişdir.

9. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 739.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.4, 36.5-ci maddələrinə istinad edilmişdir.

10. Cavabdeh 2023-cü il 27 yanvar tarixində iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 fevral tarixli e-2-2(113)-282/2023 saylı qətn aməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – A.Əliyeva).

12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi imzalanmış, cavabdeh kredit müqaviləsi üzrə müəyyən olunan şərtlərlə və qaydada ödənişlər edilməsini öhdəsinə götürsə də müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, kredit məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş, nəticədə iddiaçıya əsas və faiz borcu yaranmışdır.

13. Bununla belə, hazırkı iş üzrə iddia müddəti təbiq edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından məlum olur ki, tərəflər arasında imzalanmış kredit müqaviləsində sonuncu ödəniş tarixi 2008-ci il 8 mart tarixi tərəflər arasında razılaşdırılmış, 2018-ci il 17 iyul tarixində sonuncu ödəniş olmuşdur. Tərəflər arasında mediasiya sessiyasının keçirilməsi barədə arayış isə 2021-ci il 14 dekabr tarixində tərtib edilmiş, iddia tələbi ilə iddiaçı məhkəməyə 2022-ci il 26 oktyabr tarixində müraciət etmişdir.

14. Məhkəmə sonuncu ödəniş tarixinin 2018-ci il 17 iyul tarixi olmasını nəzərə alıb iddia müddətinin axımını həmin tarixdən hesablayaraq hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsinə dair ərizə əsaslıdır, iddiaçı tələb üzrə üç illik iddia müddətini ötürmüşdür.

15. Məhkəmə iddiaçının iddia müddətinin tətbiqi barədə ərizənin cavabdeh tərəfindən məhkəmə baxışında verilməsini, bu səbəbdən nəzərə alınmaması ilə bağlı əsaslandırmasına münasibətdə bildirmişdir ki, tələb hüququna iddia müddətinin şamil edilməsi, tələb hüququnun özünü aradan qaldırmasa da, həmin tələbin məhkəmə qərarı ilə təmin edilməsinin qarşısını alır. İddia müddətinin tətbiqi cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir və məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin tətbiqi barədə ərizənin məhkəmə qərarı çıxarılanadək verilməsi hüququ mülki qanunvericilikdə birbaşa nəzərdə tutulur və cavabdehin bu müdafiə vasitəsini seçmək, bu hüquqdan istifadə etmək imkanı məhkəmə qərarı çıxarılanadək müəyyən olunur.

16. İddiaçının nümayəndəsi eyni zamanda mediasiya müraciətləri olduğu bu səbəbdən müddətin axımının kəsildiyini bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının kəsilməsinə yox, dayandırılmasına səbəb olur və mediasiya prosesi nəticəsində t ərəflər arasında barışıq sazişi imzalanmadığından iddia müddətinin axımı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışın tərəflərə təqdim edildiyi gündən bərpa olunmuş hesab olunur.

17. İş materiallarından göründüyü kimi “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayış 2021-ci il 14 dekabr tarixində tərtib edilmiş və arayışda tərəflərin ilkin mediasiya sesiyasının yeri vaxtı barədə 10 gün əvvəldən məlumatlandırılması qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən mediasiya prosesinin təbiqi barədə sentyabr ayında müraciət etdiklərini bildirməsi belə nəzərə alınsa, iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmüşdür.

18. Həmçinin, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçmiş hesab olunur.

19. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 372.1, 373.2, 374.2, 375.2, 376, 385.1, 442, 443.1, 445.2.1, 445.2.2, 448.1, 739.1, 739.2-ci; MPM-in 14.2, 77.1, 119.1, 217.4cü, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.9, 32.4.2, 35.1, 35.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

20. İddiaçı 2023-cü il 3 aprel tarixində apellyasiya şikayəti verərək həmin qətnaməni ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 iyun tarixli 2-2(103)-501/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).

22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, tərəflər arasında bağlanmış kredit müqaviləsi və ona dair əlavənin şərtlərinə görə kreditdən istifadə müddəti 2008-ci il 8 mart tarixində başa çatır. Həmin müqavilə üzrə sonuncu ödəniş 2018-ci il 17 iyul tarixində olmuşdur.

23. Tərəflər arasında mediasiya sessiyasının keçirilməsi barədə arayış isə 2021-ci il 14 dekabr tarixində verilmişdir. Həmin arayışda tərəflərin ilkin mediasiya sesiyasının yeri vaxtı barədə 10 gün əvvəldən məlumatlandırılması qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsinin mediasiya prosesinin təbiqi barədə 2021-ci ilin sentyabr ayında müraciət etdiklərini bildirmişdir. Hətta iddiaçının 2021-ci ilin sentyabr ayında mediasiya təşkilatına müraciət etməsi faktı qəbul edilsə belə, bu, sonuncu ödəniş tarixindən hesablanmaqla 3 il 2 ay keçdikdən sonra verilmişdir.

24. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnı z mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM-in 372.1, 372.2, 373.2 və 375.2-ci maddələri).

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 mart tarixli qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

26. İddiaçının MM-in 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən 2018-ci il 17 iyul tarixindən sonra ödənişlərin aparıldığını təsdiq edən sübutların təqdim edilmədiyini, yəni hazırkı işdə MM-in 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia müddətinin keçməsi səbəbinə görə borcun tutulması barədə iddia rədd edilməlidir.

27. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi q aydada məlumatlandırmamışdır. Çünki həmin vaxt onun elektron kabineti mövcud olmamış (elektron kabinet 2023-cü il 1 fevral tarixində qeydiyyatdan keçmişdir), məhkəmə tərəfindən onun ünvanına göndərilən bütün poçt bildirişləri geri qaytarılmış, eyni zamanda, heç bir SMS bildiriş göndərilməmişdir. Yalnız 2023-cü il 23 yanvar tarixində cavabdehin nümayəndəsinin telefon nömrəsinə SMS bildiriş göndərilmiş və bundan sonra da, yəni 2023-cü il 27 yanvar tarixində cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Bankın ləğv prosesində olması ilə əlaqədar iş yükünün kəskin artmasının isə mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur. Çünki bu hal heç bir halda müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul edilə bilməz. Həmçinin mediasiya prosesi iddia müddətinin axımının kəsilm əsinə deyil, dayandırılmasına səbəb olur və yuxarıda qeyd edildiyi kimi hətta iddiaçının 2021-ci ilin sentyabr ayında mediasiya təşkilatına müraciət etməsi faktı qəbul edilsə belə, bu hərəkət ödəniş tarixindən hesablanmaqla 3 il 2 ay müddət, yəni iddia müddəti keçdikdən sonra edilib və ona görə də iddia müddətinin hesablanması baxımından əhəmiyyət kəsb etmir.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələri ilə əsaslandırmışdır (bax yuxarıda § 19).

29. Həmin qətnamə 2023-cü il 16 iyun tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.

30. İddiaçı 2023-cü il 12 iyul tarixində kassasiya şikayəti verərək həmin qətnaməni ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş dir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. MM-in 399.3, 399.4-cü maddələri üzrə - Maddənin tələbindən də göründüyü kimi, normanın ilk hissəsi müqavilənin qüvvədə olması müddətinin bitməsini, ikinci hissəsi isə müqavilədən yaranan öhdəliklərin icra olunmasına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə öhdəliklərin vicdanla yerinə yetirilməsi hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitam şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi belə şərtin olmadığı müqavilə öhdəliyi icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmə anına qədər qüvvədə sayılı r. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli qərarında qeyd edilmişdir ki, formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasə n müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilm ələri ilə bağlıdır. Bundan əlavə, həmin qərara əsasən kreditor və borclu arasında bağlanmş kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, MM-in 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Qeyd olunanlar məhkəmə tərəfindən nəzərə alınmamış və bu məsələlərə heç bir münasibət bildirilməmişdir.

32. MM-in 375.2-ci maddəsi üzrə - Məhkəmə iş üzrə qətnamə çıxararkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımının müqavilənin icra müddətinin bitdiyi tarixdən hesablanması və iddia tələbimizin rədd edilməsi düzgün deyil. Çünki hakim işin tam və obyek tiv araşdırılması üçün iddiaçının iddia müddəti ilə bağlı ərizəyə mövqeyini öyrənməli idi. Bakı Apellyasiya Məhkəməsi iddia ərizəsini iddia müddətinin tətbiq edilməsi əsası ilə rədd edərək iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqların pozulubpozulmamasını nəzərə almamışdır. Belə ki, iddia tələbinin mahiyyətindən də görünür ki, cavabdehlə kredit müqaviləsi bağlanmış və cavabdeh həmin kredit müqaviləsi üzrə 2.400.000 manat məbləğində kredit götürmüşdür. İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi təşkil edir. Beləliklə, iddiaçının hazırkı iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququndan irəli gəldiyindən iddia tələbi təmin olunmalıdı r və iddia ərizəsində tələb olunan məbləğlər cavabdehdən tutulmalıdır. Lakin məhkəmə sözügedən mübahisəni araşdırmadan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək iddianı rədd etmişdir və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmişdir.

33. MPM-in 88, 217, 385.1-ci maddələri üzrə - Bakı Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. İş üzrə qəbul etdiyi qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə qətnaməsinə münasibət bildirərkən prosessual baxımdan da səhvə yol vermişdir. Məhkəmə tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətb iq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsasl ılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

374. İddia müddətlərinin müəyyənləşdirilməsi... 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə

376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdik də əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....”

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... ” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” 40. “Mediasiya haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

32. Mediasiya prosesinə xitam verilməsi 32.1. Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir:... 32.1.9. bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda.... 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən....” “Maddə

35. İddia müddətlərinin axımının dayandırılması 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddi a müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.”

41. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarı ilə müəyyən edilmişdir ki: “Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.”

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixili qərarında müəyyən edilmişdir ki: “Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

43. İddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə rədd edilmiş, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.

44. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən formal xarakterli və əsassız hesab edir.

45. Kassasiya şikayətinin dəlillərinə görə, mübahisəli kredit müqaviləsi hazırda da qüvvədədir, ona görə də iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.

46. Halbuki apellyasiya instansiyası məhkəməsi tamamilə qanuni və əs aslı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli qərarına istinadən göstərmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

47. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixili qərarında formalaşdırılan hüquqi mövqelərə (bax yuxarıda § 42) görə, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, MM-in 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddə ti kreditin icra müddəti bitdiyi gündən hesablanır.

48. Digər tərəfdən, iddiaçı kassasiya şikayətində iddia müddətinin ötürülmədiyi qənaətinə gəlsə də, mübahisələndirilən qətnamədən məlum olur ki, apellyasiya icraatında iddia müddətinin ötürülməsini Bankın ləğv prosesində olması ilə əlaqədar iş yükünün kəskin artması ilə izah etmiş, yəni faktiki olaraq müddətin ötdüyünü təsdiq etmişdir.

49. Qeyd etmək lazımdır ki, apellyasiya instansiyası məhkəməsi bu dəlil üzrə tamamilə haqlı olaraq göstərmişdir ki, bankın ləğv prosesində olması ilə əlaqədar iş yükünün kəskin artmasının isə mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur. Çünki bu hal heç bir halda müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul edilə bilməz.

50. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sözügedən nəticəsi ilə razılaşmamaq hər hansı hüquqi əsas tapmır.

51. Kassatorun digər dəlilləri isə ondan ibarətdir ki, məhkəmə işin tam və obyektiv araşdırılması üçün iddiaçının iddia müddəti ilə bağlı ərizəyə mövqeyini öyrənməli idi. Məhkəmə iddia ərizəsini iddia müddətinin tətbiq edilməsi əsası ilə rədd edərək iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqlarının pozulub-pozulmamasını nəzərə almamışdır.

52. Halbuki iddiaçı iddia müddətinin ötürülməsi məsələsi ilə bağlı mövqeyini həm birinci instansiya məhkəməsində, həm bu məhkəmənin qətnaməsindən verdiyi apellyasiya şikayətində, həm də apellyasiya instansiyası məhkəməsində artıq aydın şəkildə ifadə etmişdir.

53. Məhkəmənin iddia ərizəsini iddia müddətinin tətbiq edilməsi əsası ilə rədd edərək iddiaçının mənafeyini və cavabdeh tər əfindən hüquqlarının pozulub-pozulmamasını nəzərə almamasına gəldikdə isə, qeyd olunmalıdır ki, ümumiyyətlə, iddia müddəti pozulmuş hüquqa görə qaldırılan iddiadan cavabdehə qanunla verilmiş müdafiə vasitəsidir. Yəni məhkəmələr cavabdehin ərizəsinə əsasən iddia müddətini yalnız o halda tətbiq edirlər ki, cavabdehin həqiqətən də iddiaçının hüququnu pozduğu müəyyən edilmiş olsun.

54. Baxılan işdə də cavabdehin iddiaçı bankdan götürdüyü krediti geri qaytarmaması, beləliklə də bankın hüquqlarını pozması işin mübahisəsiz halını təşkil edir.

55. Lakin iddiaçı iddia müddətini ötürüyündən birinci instansiya məhkəməsi cavabdehin ərizəsinə əsasən iddia müddətini tətbiq edərək iddianı rədd etmiş, apellyasiya instansiyası məhkəməsi də tamamilə haqlı olaraq həmin mövqe ilə razılaşmışdır.

56. Yuxarıda g östərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsnin (bax yuxarıda § 39) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 39) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

57. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 iyun tarixli 2-2(103)-501/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ASC-nin ləğvedicisi kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-c ü il 6 iyun tarixli 22(103)-501/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar