Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-553/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmmə d oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 17 oktyabr tarixli, 2-2(106)-91/2023 nömrəli qətnaməsindən və 2024-cü il 24 may tarixli, 2-2(106)-91/2024 nömrəli əlavə qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 2014-cü il 26 may tarixli, 28L000004302 nömrəli kredit xətti müqaviləsi ilə İddiaçı QSC tərəfindən Cavabdeh2 120 ay müddətinə 300.000 ABŞ dolları kredit xətti açılmışdır.
2. Tərəflər arasında imzalanmış 2019-cu il 21 iyun tarixli, 28L000004302S nömrəli sazişlə kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilmiş, kredit alana 5.000.000 ABŞ dolları kredit xətti açılaraq, kreditin müddəti 181 ay, 2029-cu il 23 iyun tarixinədək müəyyən edilmişdir.
3. Qeyd olunan kredit xətti müqaviləsi və kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə yaranmış öhdəlikləri icra etmək məqsədilə Cavabdeh3 ilə 2014-cü il 29 may tarixində və Cavabdeh1 ilə 2018-ci il 26 aprel tarixində zaminlik müqavilələri bağlanmışdır. 4. 2019-cu il 28 iyun tarixli, 055R********** nömrəli kredit razılaşması ilə İddiaçı QSC tərəfindən Cavabdeh2 36 ay müddətinə, 1,5 faizlə, 100.000 manat kredit verilmişdir. 2020-ci il 07 may, 2020-ci il 22 oktyabr, 2021-ci il 30 iyun sazişlərlə kredit razılaşmasında dəyişikliklər edilmiş, kreditin müddəti son nəticədə 2021-ci il 30 iyun tarixinədək uzadılmışdır. 5. 2020-ci il 13 fevral tarixli, 02 2R********** nömrəli kredit razılaşması ilə İddiaçı QSC tərəfindən Cavabdeh2 36 ay müddətinə, 1,3333 faizlə, 25.000 manat kredit verilmişdir. 2020-ci il 22 oktyabr tarixli və 2021-ci il 30 iyun tarixli sazişlərlə bu kredit razılaşmasında dəyişikliklər edilmiş, kreditin müddəti son nəticədə 2021-ci il 30 iyun tarixinədək uzadılmışdır. 6. 2019-cu il 24 iyun tarixli ipoteka müqaviləsi ilə Əliyev X1 rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi 2014-cü il 26 may tarixində bağlanmış 28L000004302 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. 7. 2014-cü il 26 may tarixli və 2019-cu il 24 iyun tarixli ipoteka müqavilələrinə əsasən, Cavabdeh2 mülkiyyətində olan İmişli şəh əri, P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A nömrəli qeyriyaşayış binasını 2014-cü il 26 may tarixində bağlanmış 28L000004302 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.
8. İddiaçı QSC borc alana və zaminlərə borcun ödənilməsi ilə bağlı 2022-ci il 16 sentyabr tarixli xəbərdarlıq məktubları göndərmişdir.
9. İddiaçı QSC Cavabdeh2 2022-ci il 22 aprel tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı QSC Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış kredit razılaşmalarının və sazişlərin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 022R********** nömrəli kredit razılaşması üzrə 20.432,58 manat kredit borcu, 1.666,16 manat faiz borcu və 3.669,67 manat cərimə olmaqla, cəmi 25.768,41 manatın, 055R********** nömrəli kredit razılaşması üzrə 75.298,8 manat kredit borcu, 5.663,09 manat faiz borcu və 14.577,87 manat cərimə olmaqla, cəmi 95.539,76 manatın, iki kredit razılaşması üzrə ümumilikdə 121.308,20 manat borcun tutulması, tutmanın Cavabdeh2 məxsus İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və İmişli şəhəri P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A nö mrəli qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 121.308,2 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 12 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsumunun və 180 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və İmişli şəhəri P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərt əbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A nömrəli qeyri-yaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, Borc alan kredit razılaşmalarının tələblərini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır.
12. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2023-cü il 10 mart tarixli rəyindən görünür ki, tərəflər arasında 2020-ci il 13 fevral tarixində bağlanmış 022R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh2 müqavilənin bitdiyi 2022-ci il 25 may tarixinə əsas borc üzrə 20.373,57 manat, faiz borcu üzrə 1.835,18 manat; 2022-ci il 14 noyabr tarixinə əsas borc üzrə 20.373,57 manat, faiz borcu üzrə 3.174,17 manat, 2019-cu il 28 iyun tarixində bağlanmış 055R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh2 müqavilənin bitdiyi 2022-ci il 25 may tarixinə əsas borc üzrə 74.800,65 manat, faiz borcu üzrə 7.342,36 manat; 2022-ci il 5 iyul tarixinə əsas borc üzrə 74.800,65 manat, faiz borcu üzrə 8.547,48 manat, 2022-ci il 14 noyabr tarixinə əsas borc üzrə 74.800,65 manat, faiz borcu üzrə 8.547,48 manat borcunun olması müəyyən olunmuşdur.
13. Birinci instansiya məhkəməsinə təqdim olunmuş "xxxx" MMC-nin 2022-ci il 22 dekabr tarixli qiymətləndirmə hesabatları ilə Cavabdeh2 mülkiyyətində olan İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinin 26.280 manat, likvid dəyərinin 20.762 manat; Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri, P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A nömrəli qeyri-yaşayış binasının bazar dəyərinin 90.720 manat, likvid dəyərinin 80.741 manat məbləğində olması müəyyən olunmuşdur.
14. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 25 may tarixli, e-2-2(121)-57/2023 nömrəli qətnaməsi ilə (hakim N.Misirzadə) iddia qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2020-ci il 13 fevral tarixli 022R********** nömrəli kredit razılaşmasının və ona əlavə olaraq bağlanmış sazişlərin ləğv edilməsi, 055R********** nömrəli kredit razılaşması üzrə 74.800,65 manat əsas borc, 5.663,09 manat faiz borcu və 1.400 manat cərimə olmaqla, cəmi 81.863,74 manat, 022R********** nömrəli kredit razılaşması üzrə 20.373,57 manat əsas borc, 1.666,16 manat faiz borcu və 360 manat cərimə olmaqla, cəmi 22.399,73 manat, iki kredit razılaşması üzrə ümumilikdə 104.263,47 manat kredit borcun, 10 manat dövlət rüsumunun, 350 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 25 manat dövlət rüsumunun və 140 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan İmişli rayonu, Göbəktala kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 87.6 m ümumi sahədən ibarət fərdi yaşayış evinə və İmişli şəhəri, P.Həsənov küçəsində 0.166 ha torpaq sahəsi və həmin tor paq sahəsində yerləşən 1 mərtəbəli 151.2 m ümumi sahədən ibarət 61A nömrəli qeyri-yaşayış binasına yönəldilməsi, Cavabdeh2 mülkiyyətində olan İmişli rayonu, Göbəktala kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 87.6 m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 20.762 manat və İmişli şəhəri, P.Həsənov küçəsində 0.1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151.2 m ümumi sahədən ibarət 61A nömrəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 80.741 manat olmaqla açıq hərracdan satılması və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən 104.263,47 manat kredit borcun, 10 manat dövlət rüsumunun, 350 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 25 manat dövlət rüsumunun və 140 manat xidmət haqqının iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 2020-ci il 13 fevral tarixli 022R********** nömrəli kredit razılaşması və ona əlavə olaraq bağlanmış sazişlərin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdeh(lər)dən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış 2020-ci il 13 fevral tarixli 055R********** nömrəli kredit razılaşması və ona əlavə olaraq bağlanmış sazişlərin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir.
16. Məhkəmə iddianın digər kredit razılaşması və ona əlavə olaraq bağlanmış sazişlərin müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab etmişdir ki, iddia tələbi göstərilən hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı məhkəməyə müraciət etdiyi zaman 2019-cu il 28 iyun tarixli 055R********** nömrəli kredit razılaşması və ona əlavə olaraq bağlanmış sazişlər üzrə müqavilənin müddəti 2022-ci il 15 sentyabr tarixində başa çatmışdır. Belə olan halda, iddia tələbi həmin hissədə rədd edilməlidir.
17. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, cavabdeh kredit müqaviləsi (razılaşması) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcıs ı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
18. Lakin, məhkəmə hesab etmişdir ki, cavabdehdən əsas borcunun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən 2022-ci il 25 may tarixinə 055R********** nömrəli kredit razılaşması üzr ə 74.800,65 manat, 022R********** nömrəli kredit razılaşması üzrə 20.373,57 manat məbləğində əsas borcunun olması müəyyən edilmişdir.
19. Məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul etmiş və onunla razılaşmışdır. Buna görə də hesab etmişdir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək, cavabdehdən göstərilən kredit müqaviləsi üzrə 055R********** nömrəli kredit razılaşması üzrə 74.800,65 manat əsas borc, 5.663,09 manat faiz borcu, 022R********** nömrəli kredit razılaşması üzrə 20.373,57 manat məbləğində əsas borc, 1.666,16 manat faiz borcu tutulmalıdır.
20. Məhkəmə, həmçinin iddianın cərimə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. İşin hallarını nəzərə alaraq, mə hkəmə iddia ərizəsində göstərilən cərimənin 022R********** nömrəli kredit razılaşması üzrə 3.669,67 manat deyil, 360 manat və 055R********** nömrəli kredit razılaşması üzrə 14.577,87 manat deyil, 1.400 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli saymışdır.
21. Eyni zamanda məhkəmə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab etmişdir ki, onlar kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən məbləğin, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 kredit müqavilələri (razılaşmaları) üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabd ehlər Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 iddiaçıya olan kredit müqavilələri (razılaşmaları) üzrə alınmış kreditə görə zamin olduqlarından, bununla da iddiaçı qarşısında olan Cavabdeh2 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərlərinə götürmüşlər.
22. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlak(lar)a yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. İpoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmad ığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir.
23. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir.
24. Məhkəmə eyni zamanda, iddia tələbinin “tutma yönəldildikdən və o satıldıqdan sonra əmlakların boşaldılması”na dair hissəsini araşdıraraq hesab etmişdir ki, qeyd edilən əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də rədd edilməlidir.
25. Məhkəmə həmçinin iddia tələbinin “əmlakların alıcıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, əmlakın təhvil verilməsi üçün həmin əmlaka tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, əmlakda olan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində əmlakı könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi əmlakın ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır.
26. İpotekaya qoyulmuş əmlak satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçi və orada olan şəxslər yeni mülkiyyətçi qarşısında mənz ili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun (və ya başqa şəxsin) baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “əmlakların alıcıya təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Buna görə də, iddia həmin hissədə rədd edilməlidir.
27. Məhkəmə iddia tələbinin “satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən tutulması”na dair hissəsini araşdıraraq hesab etmişdir ki, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassız dır.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 319.1, 385.1, 399.3, 421.2, 423.2, 442, 443.1, 462.1, 467, 470.1, 472.2, 739.1 və 739.2-ci; “Mediasiya haqqında” Qanunun 36.5-ci; “İpoteka haqqında” Qanunun 39.3.3, 59.3 və 59.4-cü; “İcra haqqında” Qanununun 45.6-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 6.1-ci, “Dövlət rüsumu haqqında” Qanununun 8.1, 9.1-1, 26.2 və 26.4-cü; Mülki Prosessual Məcəllənin 101.7, 103.1-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2020-ci il 20 iyul tarixli 1 nömrəli qərardadına istinad etmək lə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
29. İddiaçı QSC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin – ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması və əmlakların boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
30. Həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək iddia tələbinin artıq hesablanmış əsas borc, faiz və cərimə, ona məxsus əmlaklara yönəldilməsi hissəsində təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahi ş etmişdir.
31. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 17 oktyabr tarixli, 2-2(106)-91/2023 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi - “İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və on satıldıqdan 1 ay sonra əmlakın boşaldılması” tələbinin rədd edildiyi hissədə ləğv olunaraq, həmin tələb üzrə icraata xitam verilmişdir.
32. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 17 oktyabr tarixli, 2-2(106)-91/2023 nömrəli qətnaməsi ilə (hakim P.T.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər C.F.İmanovdan və T.X.Heydərovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsin in qətnaməsi mübahisələndirilən hissədə qismən – İmişli şəhəri P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A nömrəli qeyri-yaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinin təmin edilməməsi hissədə ləğv edilərək, həmin hissədə iddia tələbi təmin olunmuş, İmişli şəhəri P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A nömrəli qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlak boşaldılaraq, hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi q ət edilmişdir.
33. Apellyasiya kollegiyası qeyd etmişdir, işə əlavə olunmuş iddiaçı və Cavabdeh2 arasında bağlanmış 2019-cu il 24 iyun tarixli ipoteka müqaviləsinə əsasən İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi 2014-cü il 26 may tarixində bağlanmış 28L000004302 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İddiaçı isə İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpot eka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 2023-cü il 22 iyun tarixli № 02/2023 Qərardadının tələbləri baxımından iş üzrə ipoteka müqaviləsi 2019-cu il 24 iyun tarixində bağlanmışdır ki, buna görə də, həmin tələb üzrə işə hazırda mahiyyəti üzrə baxıla bilməz və iş üzrə icraata həmin hissədə xitam verilməlidir.
34. Həmçinin, apellyasiya şikayətlərində göstərilən digər dəlillər üzrə kollegiya qeyd etmişdir ki, sadalanan həmin dəlillər formal mülahizə xarakterlidir. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqda n sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab etmişdir ki, apellyasiya şikayətlərinin başqa dəlilləri üzrə hazırkı qətnamənin digər hissələrdə ləğvi yaxud dəyişdirilməsi üçün heç bir əsas yoxdur.
35. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 269.7, 319.1, 385.1, 442 və 445.2-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci və 34.1.3, 59.3 və 59.4-cü, Mülki Prosessual Məcəllənin 217.2, 372.1, 372.6 və 372.7-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may t arixli Qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 2023-cü il 22 iyun tarixli 02/2023 nömrəli Qərardadına istinad etməklə əsaslandırmışdır.
36. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 24 may tarixli, 2-2(106)-91/2023 nömrəli əlavə qətnaməsi ilə (hakim P.T.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər C.F.İmanovdan və T.X.Heydərovdan ibarət tərkibdə) Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 25 may tarixli 2-2(121)-57/2023 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
37. Cavabdeh2 kassasiya şikayətləri verərək, Şirv an Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 17 oktyabr tarixli, 2-2(106)-91/2023 nömrəli qətnaməsinin və 2024-cü il 24 may tarixli, 2-2(106)-91/2023 nömrəli əlavə qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: 38.1. Mülki Məcəllənin 14.2.7, 425.1-ci maddələri və Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 2019-cu il 28 fevral tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı üzrə - iddiaçı müqavilədə göstərilən müddəti gözləmədən cavabdehin evinin alı nmasını tələb etmişdir. Bununla, iddiaçının əsassız varlanmaq istəyinə məhkəmə hüquqi qiymət verməmişdir. Məhkəmə Prezidentin Fərmanın bu işə düzgün olmayaraq tətbiq etməmişdir. 38.2. Mülki Prosessual Məcəllənin 8.1, 9, 77.1, 80, 88, 385, 388, 390 və 418-ci maddələri üzrə - məhkəmə prosesi zamanı bərabərlik prinsipi pozulmışdır. Məhkəmə yalnız iddiaçının tələblərini təmin etmiş, cavabdehin vəsatətlərini müzakirə etməmişdir. O, ekspertin rəyinə etiraz etdiyi halda, məhkəmə göstərilən dəlilləri araşdırmamışdır. Tutma ipoteka predmetinə deyil, zaminlərə yönəlməlidir. Kassator götürdüyü krediti vaxtında ödəmiş, sonradan pandemiya başlamış və o, işləyə bilməmişdir. İddiaçı kassatorun ödədiyi pulun bir hissəsini nəzərə almamış, ona yüksək faiz və cərimə hesablamışdır. Apellyasiya instansiyası mə hkəməsi mülki işin faktiki hallarını araşdırarkan tərəflərin qarşılıqlı münasibətini nəzərə almamış və iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının məhkəmə iclasında iştirakını təmin etmədən məhkəmə prosesini keçirərək çəkişmə prinsipinə əməl etməmişdir. Banka olan borcun çox hissəsi ödənilsə də, bank ödənilmiş məbləğləri nəzərə almamışdır. Məhkəmə prosesində cavabdehin iştirakı təmin olunmamış, o, öz sübutlarını məhkəməyə təqdim edə bilməmiş və nəticədə məhkəmə birtərəfli qətnamə qəbul etmişdir.
39. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
41. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göst ərə bilər.
42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirilmədiyindən, hazırkı kassasiya baxışının hədlərini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın kassatora münasibətdə təmin olunan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər v urulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkild ə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən eksp ertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsa sən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı şikayətin dəlillərinə uyğun olan apellya siya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş, işin halları tam və hərtərəfli araşdırılmaqla, gəldiyi nəticə qanunvericiliyə uyğun əsaslandırılmışdır.
47. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq kredit müqaviləsi üzrə borcu müvafiq ekspertizanın rəyinə əsasən müəyyən etmişdir. Cavabdeh iddianın rədd olunmasını məhkəmələrdən xahiş etsə də, kredit müqaviləsi üzrə borcun ödənilməsini və ya başqa əsasla öhdəliyin icrasından azad olunmasını əsaslandırmamışdır.
48. Odur ki, apellyasiya instansiyası məhkəməsi borcun məbləğini alınmış rəy əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
49. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübu t növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
50. Bundan əlavə kassatorun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına istinadı açıq-aydın əsassızdır. Belə ki, işin hallarından müəyyən olunduğu kimi, hazırkı iddianın əsasını təşkil edən kredit razılaşmaları qeyd olunan Fərman qəbul edildikdən sonra bağlanmışdır. Odur ki, həmin Fərmanla müəyyən olunan güzəştlər cavabdehin bu borclarına tətbiq edilə bilməz.
51. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi dəlili həmçinin açıq əsassızdır. Belə ki, iş materiallarında olan məhkəmə iclas protokollarına əsasən cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılmasında şəxsən iştirak etmiş, izahat vermiş, digər prosessual hüquqlarının həyata keçirilməsinə şərait yaradılmışdır.
52. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübah isələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 17 oktyabr tarixli, 2-2(106)-91/2023 nömrəli qətnaməsi və 2024-cü il 24 may tarixli, 2-2(106)-91/2024 nömrəli əlavə qətnaməsi iddianın Cavabdeh2 münasibətdə təmin olunan hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.