Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-555/2023 30.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 iyun tarixli 22(107)-47/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşi n halları
1. İddiaçı “Xalq” Bankı” ASC-nin İsmayıllı filialı ilə Cavabdeh arasında bağlanmış 2012-ci il 4 iyul tarixli **********12 nömrəli kredit xətti müqaviləsinə əsasən, bank şadlıq sarayı tikmək məqsədilə 48 ay müddətinə illik 18 faiz olmaqla 42.000 manat məbləğində kredit xətti açmağı, borcalan kredit xəttindən göstərilən məqsəd üçün istifadə etməyi, qaytarmağı və faizləri ödəməyi öhdəsinə götürmüşdür. Borcalanın bu müqavilə üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh mülkiyyətində olan İsmayıllı şəhəri R.Hacıyev küçəsi 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
2. İddiaçı “Xalq” Bankı” ASC müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, borcalan müqavilə üzrə öhdəliklərini ye rinə yetirmədiyindən "xxxx" ASC cavabdehlər Cavabdeh və X2 qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı qətnamə qəbul olunmasını xahiş etmiş, həmin məhkəmənin 2017-ci il 12 iyul tarixli 2(037)299/2017 nömrəli qətnaməsi ilə 2012-ci il 4 iyul tarixli **********12 nömrəli kredit müqaviləsi üzrə 42.000 manat əsas, 5.100,64 manat faiz borcu, 200 manat cərimə borcu, əldən çıxmış faydanın əvəzi kimi 1.213,33 manat, iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 26 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 12 manat olmaqla cəmi 4 8.581,97 manat məbləğin alınaraq "xxxx" ASC-yə ödənilməsi, 48.581,97 manat məbləğin tutulmasının ipoteka ilə yüklü edilmiş MA seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq İsmayıllı şəhəri R.Hacıyev küçəsində 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən, mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********* qeydiyyat nömrəsi ilə 2007-ci il 21 noyabr tarixində qeydə alınmış 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evinə açıq hərracda satılmaqla yönəldilməsi, əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 70.000 manat müəyyən edilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldildikdə və ya satıldıqda ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvü X1 tutduqları yaşayış sahəsini ən gec i bir ay ərzində tərk etmədikdə onların həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları qət edilmişdir.
3. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra ipoteka predmeti olan əmlakın satılması məqsədilə hərrac keçirilmiş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 2021-ci il 14 oktyabr tarixli müqaviləyə əsasən, İsmayıllı şəhəri R.Hacıyev küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi 44.625 manata satılmış və iddiaçı “Xalq” Bankı” ASC həmin əmlakı satış qiymətinə uyğun qəbul edərək mülkiyyətinə götürmüşdür.
4. İddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 2022-ci il 17 noyabr tarixli məktubdan görünür ki, borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İş üzrə məhk əmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 5. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) 2022-ci il 2 dekabr tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2012-ci il 4 iyul tarixli **********12 saylı kredit xətti müqaviləsi üzrə 2017-ci il 2 fevral tarixindən 2020-ci il 1 aprel tarixinə kimi ödənilməsi gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablanmış 16.461,01 manat təşkil edən cərimə faizləri üzrə borc, 2017-ci il 2 fevral tarixindən 2021-ci il 14 oktyabr tarixinə qədər illik 14 faiz dərəcəsi ilə hesablanmış 17.296,48 manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 33.757,49 manat məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstəri lməsinə görə ödənilmiş 200 manat məbləğində pul vəsaiti və üzrə 191,27 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2012-ci il 4 iyul tarixli, **********12 nömrəli kredit xətti müqaviləsinə (bundan sonra – “Kredit Müqaviləsi”) müvafiq olaraq iddiaçı tərəfindən borcalana 48 ay müddətinə, illik 18 faiz ödəmək şərtilə 42.000 manat məbləğində kredit verilmiş, Kredit Müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə cavabdeh arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus İsmayıllı şəhəri R.Hacıyev küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 144,91 m2 yaşayış, 181,26 m2 köməkçi sahədən ibarət 10 saylı fərdi yaşayış evinin (bundan sonra – “İpoteka Predmeti”) ipoteka qoyulması barədə 2012-ci il 4 iyul tarixli 132099/0256/12/09 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit Müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı “ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma haqqında” iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2017-ci il 12 iyul tarixli 2(037)-299/2017 nömrəli qətnaməsi ilə bankın iddiası qismən təmin edilmişdir (bax bu qərarın 2-ci bəndinə). Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "xxxx" MMC tərəfindən keçirilmiş hərraclarda mənzil satılmadığından onun alınması banka təklif edilmiş və bank buna öz razılığını bildirmişdir. Mənzilin alqı-satqısı hərrac təşkilatçısı və bank tərəfindən imzalanmış hərracın yekunları haqqında 383/21 nömrəli protokolla və bank ilə hərrac təşkilatçısı arasında 2021-ci il 14 oktyabr tarixində bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə ilə rəsmiləşdirilmiş, həmin müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 44.625 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən qətnamə üzrə müəyyənləşdirilmiş borc məbləğinin bir hissəsinin ödənilməsinə və ipoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində bankın balansına keçməsinə baxmayaraq, cavabdeh banka Kredit Müqaviləsinin 2.4-cü bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablanan cərimə faizi də ödəmə lidir ki, 2017-ci il 2 fevral tarixindən (ilkin iddia tələbləri ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edilən tarixdən) 2020-ci il 1 aprel tarixinə bu məbləğ 16.461,01 manat təşkil edir. Bankın daxili qərarına əsasən, 2020-ci il 1 aprel tarixindən Kredit Müqaviləsi üzrə gecikdirilmiş məbləğə penyanın hesablanması borc alanın xeyrinə dayandırılmışdır. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit Müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə c avabdeh arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır. Hazırkı iddia ərizəsinə iddiaçı tərəfindən Kredit müqaviləsi üzrə ilkin iddia tələbləri ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edilən 2017-ci il 2 fevral tarixindən etibarən əsas borc məbləğinin tam şəkildə ödənildiyi 2021-ci il 14 oktyabr tarixinə qədər olan dövr ərzində sahibkarlıq subyekti olan borcalanlara iddiaçı tərəfindən verilmiş kreditlər (“ASC “Xalq” Bankında verilən biznes krediti bank məhsulunun Pasportu”) barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, biznes məqsədləri üçün bank tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin m iqdarı illik 14 faiz təşkil etmişdir. Qeyd olunana əsasən, bank 2017ci il 2 fevral tarixindən 2021-ci il 14 oktyabr tarixinə kimi əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab etmişdir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 17.296,48 manat təşkil etmişdir.
7. Cavabdeh 2023-cü il 12 yanvar tarixində cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, kredit ona istehlak məqsədilə verilərək onun sahibkar hesabına deyil, hesablaşma hesabına daxil edilmişdir. Bundan başqa, iddiaçı ilə aralarında olan müqavilənin müddəti 2016-cı il 4 iyul tarixində bitmişdir. İddia müddəti bitdiyi üçün iddia rədd edilməlidir. Bundan əlavə, hazırkı mübahisə üzrə bank İsmayıllı Rayon Məhkəməsinə müraci ət etmişdir və məhkəmənin qətnaməsi mövcuddur. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir.
8. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 7 mart tarixli e-2-2(117)-52/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd olunmuş, işə baxılması ilə əlaqədar ödənilmiş 191,27 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qərara alınmışdır (hakim – R.Məcidov).
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisə həm tərəflərin subyektiv tərkibi, həm də mübahisənin predmeti baxımından kommersiya mübahisəsidir və mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmalıdır. Belə ki, iddiaçı bank hüquqi şəxs, cavabdeh isə fərdi sahibkar olmaqla tərəflərin hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləridir. Habelə Kredit Müqaviləsi ilə müəyyən olunmuşdur ki, iddiaçı bank tərəfin dən cavabdehə şadlıq sarayının tikintisi üçün kredit ayrılmış və sonuncu şadlıq sarayını şəxsi istehlak məqsədilə ilə deyil, gəlir əldə etmək məqsədilə tikmişdir. Bu səbəblərdən, cavabdehin aidiyyətlə bağlı etiraz dəlilləri əsassızdır, mübahisə mülki xarakterli deyildir və kommersiya məhkəməsi tərəfindən baxılmalıdır.
10. Bundan əlavə, hazırkı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməli olmaması və eyni tərəflər arasında, eyni mübahisə predmetinə dair qanuni qüvvəyə minmiş digər məhkəmə aktının mövcud olması əsası ilə iş üzrə icraata xitam verilməsi barədə cavabdehin etiraz dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə və X2 qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı qətnamə qəbul olunmasını xahiş etmiş və məhkəmənin 2017-ci il 12 iyul tarixli, 2(037)-299/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.
11. İddiaçı cavabdehə qarşı 2017-ci il 2 fevral tarixindən 2020-ci il 1 aprel tarixinə kimi ödənilməsi gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablanmış 16.461,01 manat təşkil edən cərimə faizləri üzrə borc, 2017-ci il 2 fevral tarixindən 2021-ci il 14 oktyabr tarixinə qədər illik 14 faiz dərəcəsi ilə hesablanmış 17.296,48 manat məbləğində əldən çıxmış faydanın əvəzinin ödənilməsi ilə bağlı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hazırki mübahisə eyni tərəflər arasında olsa və eyni Kredit Müqaviləsindən irəli gəlsə də, mübahisə predmeti olmaqla cavabdehdən tələb edilən borc məbləğləri başqa-başqadır və h azırkı mübahisə üzrə tələb olunan borc İsmayıllı Rayon Məhkəməsi tərəfindən işə baxıldıqdan sonra hesablanmış borc məbləğidir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsi üçün əsas mövcud olmamışdır və işə mahiyyəti üzrə baxılaraq iddiaya hüquqi qiymət verilməlidir.
12. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı ilk dəfə hazırkı Kredit Müqaviləsi üzrə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2017-ci il 12 iyul tarixli qətnaməsi ilə mübahisə üzrə yekun qərar qəbul olunmuşdur.
13. Bundan sonra, İsmayıllı Rayon Məhkəməsinin icra vərəqəsi əsasında keçirilən hərracda ipoteka predmetini 44.625 manata tələbkar əldə etmiş, 2021-ci il 14 oktyabr tarixində hərracın yekunları üzrə əmlakın alqı-satqısı barəd ə müqavilə bağlanmış və həmin əmlak üzərində iş üzrə tələbkar hazırkı iddiaçı bankın mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq adına hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir.
14. İddiaçı cavabdehə qarşı kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı 2020-ci il 1 aprel tarixinə əsas borca hesabladığı əldən çıxmış fayda və cərimənin hesablanmasına dair hazırki iddiasının maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 443.2, 462, 465.2, 528-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarı çıxış edir və iddiaçı həmin maddələrə və qərara istinadən əlavə pul tələb etmişdir.
15. İddiaçının dəlilləri ilə razılaşmayan məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən çıxış edərək hesab etmişdir ki, iddiaçı MM-in 449-cu maddəsinə istinadən tərəflər arasında baş tutmuş məhkəmə mübahisəsindən sonra cavabdehdən əlavə pul tələb edə bilməz.
16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı hazırkı cavabdehə qarşı ilk dəfə Kredit Müqaviləsi üzrə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş və borcun tutulması ilə tutmanın ipoteka predmetlərinə yönəldilməsini, ipoteka predmetlərindən əldə olunan vəsait hesabına borcun ödənilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 2017-ci il 12 iyul tarixli qətnaməsi ilə mübahisə üzrə yekun qərar qəbul edilmiş və qanuni qüvvəyə minmişdir.
17. Bundan sonra İsmayıllı Rayon Məhkəməsinin icra vərəqəsi əsasında keçirilə n hərracda ipoteka predmetini 44.625 manata tələbkar əldə etmiş, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmış və həmin əmlak üzərində iş üzrə tələbkar hazırkı iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq və adına hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir.
18. Göründüyü kimi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən sonra cavabdeh hər hansı təqsirli hərəkətləri ilə borcun ödənilməsini gecikdirməmiş, ipoteka predmetinin satışına maneə törətməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən iddiaçı cavabdehdən MM-in 449-cu maddəsinə istinadən pul tələb edə bilməz.
19. İddiaçı İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə aktı əsasında əsas borc, faiz borcu və əldən çıxmış fayda məbləği olmaqla kredit xətti müqaviləsi üzrə haqqı çatan bütün məbləğləri almışdır. Qeyd edilən əsas, faiz, əldə çıxmış fayda olan 48.581,97 manat məbləğin ondan tutulması qət edilmiş və 44.625 manata ipoteka predmeti satılmışdır.
20. Göründüyü kimi, cavabdehin iddiaçıya ilkin məhkəmə mübahisəsindən sonra ödənilməmiş 3.956,97 manat borcu qalmışdır ki, həmin borcun tutulması isə İsmayıllı Rayon Məhkəməsinin 48.581,97 manat borcun tutulması hissəsinin icrası olaraq icra qurumu tərəfindən həyata keçirilməlidir və başqa məhkəmə mübahisəsinin yaradılması yolverilməzdir. Belə ki, iddiaçının haqqı çatası vəsaitin tutulmasına dair məhkəmə aktı mövcud olmuşdur. İddiaçı ilə cavabdehin razılaşması nəticəsində İsmayıllı Rayon Məhkəməsinin icra sənədinə əsasən aparılan icra hərək ətlərinin dayandırılması xahiş olunmuşdur ki, bu vəziyyətdə cavabdehin evdən çıxmaması ilə bağlı dəliləri əsassız olmuşdur.
21. Bundan başqa, cavabdehin evdən çıxmaması ondan əlavə pul tələb etmək üçün əsas deyildir və mülkiyyətçi olaraq iddiaçı bank İsmayıllı Rayon Məhkəməsinin 2017-ci il 12 iyul tarixli 2(037)-299/2017 nömrəli qətnaməsinin cavabdeh və onunla birlikdə yaşayan ailə üzvü X1 tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları göstərişinə uyğun icra qurumuna müraciət etməlidir ki, bu məsələ icra qaydasında həllini tapmalı olan məsələdir.
22. İddiaçının Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına istinadən cavabdehdən pul tələb etməsi qanunsuz olmuşdur.
23. Məhkəmə araşdırm ası zamanı iddiaçı bank pozulmuş hansı hüququnu bərpa etmək üçün nə qədər xərc çəkdiyi və ya çəkməli olduğu barədə və ya əmlakını zədələnməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. İddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) barədə isə məhkəmə qeyd etmişdir ki, sonuncuya əldən çıxmış fayda kimi 1.213,33 manat məbləğində pulun ödənilməsini İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir və iddiaçının MM-in 21-ci maddəsinin tələbləri baxımından cavabdehdən pul almaq hüququ mövcud olmamışdır.
24. İddiaçı MM-in 443.2-ci maddəsinə istinad edir və həmin maddə göndərici dispozisiyaya malikdir. MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur ki, yuxarıda şərh olunduğu kimi iddiaçıya MM-in 21-ci maddəsinə əsasən zərər dəyməmiş və əldə çıxmış fayda qismində ona dəymiş zərərin ödənilməsi məhkəmə aktı ilə təmin edilmişdir. Bu hallar isə müqavilənin qüvvədə olma müddəti ilə məhdudlaşır. Dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən kreditora ödənilməli olan pul məbləğidir ki, bəlli olduğu kimi müqavilənin qüvvədə olduğu müddətdə dəbbə pulu hesablana bilər.
25. Kredit Müqaviləsi 48 ay müddətinə bağlanmış və müqavilənin müddəti 2016-cı il 4 iyul tarixində bitmişdir. İddiaçı 2017-ci il 2 fevral tarixindən 2020-ci il 1 aprel tarixinə kimi ödənilməsi gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablanmış 16.461,01 manat təşkil edən cərimə faizləri üzrə borc tələb etmişdir ki, bunda da haqlı olmamışdır. Belə ki, dəbbə pulu müqavilə müddətində hesablanmalı olan pul mə bləğidir və müqavilə müddəti artıq bitmişdir. Bundan başqa iddiaçı müqavilə müddətinə hesabladığı dəbbə pulunu tələb etmiş və İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə 200 manat cərimə borcunu cavabdehdən tutulmasını qət etmişdir. İddiaçının müqavilə müddəti bitdikdən sonra müqaviləyə əsasən cavabdehdən cərimə tələb etmək hüququ mövcud olmamışdır.
26. Bunlardan başqa iddiaçı MM-in 528-ci maddəsinə istinad etmişdir. MM-in 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
27. Göründüyü kimi, iddiaçı qeyd olunan maddəyə istinadən hesab edir ki, cavabdehin onun qarşısında öhdəliyi tam icra edilmədiyindən müqavilə münasibətləri davam edir və sonuncu müqaviləyə istinadən cavabdehdən cərimə və əldən çıxmış fayda tələb edə bilər.
28. İddi açının dəlilləri ilə razılaşmayan məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə müddəti 48 ay olmuş və 2016-cı il 4 iyul tarixində bitmişdir. Müqavilə müddətinin bitməsi cavabdehi əsas öhdəliyinin icrasından azad etməsə də qanunvericiliyin tələbi baxımından faizlərin və dəbbə pulunun hesablanmasına məhdudiyyətlər gətirir, iddia müddəti və s. institutların tətbiqinə imkan yaradır.
29. MM-in 528-ci maddəsi əsas öhdəliyin icrasından bəhs edir və tərəflər arasında baş tutmuş məhkəmə mübahisəsindən sonrakı dövrü ehtiva etmir. 30. 2012-ci il 4 iyul tarixli kredit xətti 48 ay müddətinə bağlanmış və kredit xətti müqaviləsinin müddəti 2016-cı il 4 iyul tarixində bitmişdir. İddiaçı hüququndan istifadə edərək məhkəməyə müraciət etmiş və İsmayıllı Rayon Məhkəməsini n 2017-ci il 12 iyul tarixli 2(037)-299/2017 nömrəli qətnaməsi ilə tərəflər arasında yaranmış müqavilə münasibətlərinə son qoyulmuş, hazırda isə qətnamədən irəli gələn tələblərin yerinə yetirilməsi öhdəliyi və bundan irəli gələn tələbkar və borcu münasibətləri mövcuddur ki, iddiaçının mülki qanunvericiliyin 528-ci maddəsinə istinadən iddia irəli sürməsi tamamən əsassız olmuşdur.
31. İddiaçı tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən haqqı çatanı İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi əsasında almış və sonuncunun hazırda irəli sürdüyü iddianın qanuni əsası mövcud olmamışdır.
32. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. İddia tələbi əsaslı olduqda iddia müddəti tətbiq edilərək yekun məhkəmə aktı qəbul edilir. Hazırki iddia tələbi əsassız olduğundan iddia mü ddətinin tətbiqi ilə deyil əsassızlığına görə rədd edilməlidir.
33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 21.3, 443.1, 443.2, 449.1, 462.1, 465.2 və 528-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
34. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
35. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 iyun tarixli 2-2(107)-47/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edi lməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – V.Məlikov və G.Cavadova).
36. Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun 2009cu il 9 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən çıxış edərək və işin hallarına əsaslanaraq hesab etmişdir ki, iddiaçı MM-in 449-cu maddəsinə istinadən tərəflər arasında baş tutmuş məhkəmə mübahisəsindən sonra cavabdehdən əlavə pul tələb edə bilməz.
37. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı hazırkı cavabdehə qarşı ilk dəfə kredit xətti müqaviləsi üzrə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş və borcun tutulması ilə tutmanın ipoteka predmetlərinə yönəldilməsini, ipoteka predmetlərindən əldə ol unan vəsait hesabına borcun ödənilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 2017-ci il 12 iyul tarixli qətnaməsi ilə mübahisə üzrə yekun qərar qəbul edilmiş və qanuni qüvvəyə minmişdir.
38. Bundan sonra İsmayıllı Rayon Məhkəməsinin icra vərəqəsi əsasında keçirilən hərracda ipoteka predmetini 44.625 manata tələbkar əldə etmiş, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmış və həmin əmlak üzərində iş üzrə tələbkar hazırkı iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq və adına hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir.
39. Göründüyü kimi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən sonra cavabdeh hər hansı təqsirli hərəkətləri ilə borcun ödənilməsini gecikdirməmiş, ipoteka predmetinin satışına maneə törətməmişdir. Konstitusiya M əhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən iddiaçı cavabdehdən MM-in 449-cu maddəsinə istinadən pul tələb edə bilməz.
40. İddiaçı İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə aktı əsasında əsas borc, faiz borcu və əldən çıxmış fayda məbləği olmaqla kredit xətti müqaviləsi üzrə haqqı çatan bütün məbləğləri almışdır. Qeyd edilən əsas, faiz, əldə çıxmış fayda olan 48.581,97 manat məbləğin ondan tutulması qət edilmiş və 44625 manata ipoteka predmeti satılmışdır.
41. Göründüyü kimi, cavabdehin iddiaçıya ilkin məhkəmə mübahisəsindən sonra ödənilməmiş 3.956,97 manat borcu qalmışdır ki, həmin borcun tutulması isə İsmayıllı Rayon Məhkəməsinin 48.581,97 manat borcun tutulması hissəsinin icrası olaraq icra qurumu tərəfindən həyata keçiril məlidir və başqa məhkəmə mübahisəsinin yaradılması yolverilməzdir. Belə ki, iddiaçının haqqı çatası vəsaitin tutulmasına dair məhkəmə aktı mövcuddur.
42. İddia ərizəsində olan əsaslandırma və iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirilmişdir ki, cavabdehin evdən çıxmır. Bununla bağlı məhkəmə ilk öncə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı bank 2018-ci il 14 avqust tarixli məktubla İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək cavabdehlə borc məbləğinin hissə-hissə ödənilməsinə dair razılığın əldə olunduğunu bildirmiş və icranın müvəqqəti dayandırılmasını xahiş etmişdir.
43. Göründüyü kimi, iddiaçı ilə cavabdehin razılaşması nəticəsində İsmayıllı Rayon Məhkəməsinin icra sənədinə əsasən aparılan icra hərəkətlərinin da yandırılması xahiş olunmuşdur ki, bu vəziyyətdə cavabdehin evdən çıxmaması ilə bağlı dəliləri əsassızdır.
44. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin evdən çıxmaması ondan əlavə pul tələb etmək üçün əsas deyildir və mülkiyyətçi olaraq iddiaçı bank İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinin cavabdeh və onunla birlikdə yaşayan ailə üzvü X1 tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları göstərişinə uyğun icra qurumuna müraciət etməlidir ki, bu məsələ icra qaydasında həllini tapmalı olan məsələdir.
45. İddiaçı pozulmuş hansı hüququnu bərpa etmək üçün nə qədər xərc çəkdiyi və ya çəkməli olduğu barədə və ya əmlakını zədələnməsi barədə işə baxan məhkəmə sübut təqdim e tməmişdir. İddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) barədə isə qeyd olunmalıdır ki, sonuncuya əldən çıxmış fayda kimi 1.213,33 manat məbləğində pulun ödənilməsi İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə qət edilmişdir və iddiaçının MM-in 21-ci maddəsinin tələbləri baxımından cavabdehdən pul almaq hüququ yoxdur.
46. İddiaçı MM-in 443.2-ci maddəsinə istinad etmişdir və həmin maddə göndərici dispozisiyaya malikdir. MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İddiaçıya MM-in 21-ci maddəsinə əsasən zərər dəyməmiş və əldən çıxmış fayda qismində ona dəymiş zərərin ödənilməsi məhkəmə aktı ilə təmin edilmişdir. Bu hallar isə müqavilənin qüvvədə olma müddəti ilə məhdudlaşır.
47. Bundan başqa, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən kreditora ödənilməli olan pul məbləğidir ki, bəlli olduğu kimi müqavilənin qüvvədə olduğu müddətdə dəbbə pulu hesablana bilər.
48. Kredit Müqaviləsi 48 ay müddətinə bağlanmış və müqavilənin müddəti 2016-cı il 4 iyul tarixində bitmişdir. İddiaçı 2017-ci il 2 fevral tarixindən 2020-ci il 1 aprel tarixinə kimi ödənilməsi gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablanmış 16.461,01 manat təşkil edən cərimə faizləri üzrə borc tələb etmişdir ki, bu tələbində də haqlı deyil olmamışdır. Belə ki, yuxarıda şərh olundu kimi, dəbbə pulu müqavilə müddətində hesablanmalı olan pul məbləğidir və müqavilə müddəti artıq bitmişdir. Bundan başqa iddiaçı müqavilə müddətinə hesabladığı dəbbə pulunu tələb etmiş və İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə 200 manat cərimə borcunu cavabdehdən tutulmasını qət etmişdir.
49. İddiaçının müqavilə müddəti bitdikdən sonra müqaviləyə əsasən cavabdehdən cərimə tələb etmək hüququ mövcud olmamışdır.
50. Bundan əlavə, iddiaçı MM-in 528-ci maddəsinə istinad etmişdir. MM-in 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Göründüyü kimi, iddiaçı qeyd olunan maddəyə istinadən hesab edir ki, cavabdehin onun qarşısında öhdəliyi tam icra edilmədiyindən müqavilə münasibətləri davam edir və sonuncu müqaviləyə istinadən cavabdehdən cərimə və əldən çıxmış fayda tələb edə bilər.
51. Kredit Müqaviləsinin müddəti 48 ay olmuş və 2016-cı il 4 iyul tarixində bitmişdir. Müqavilə müddətinin bitməsi cavabdehi əsas öhdəliyinin icrasından azad etməsə də qanunve riciliyin tələbi baxımından faizlərin və dəbbə pulunun hesablanmasına məhdudiyyətlər gətirir, iddia müddəti və s. institutların tətbiqinə imkan yaradır.
52. MM-in 528-ci maddəsi əsas öhdəliyin icrasından bəhs edir və tərəflər arasında baş tutmuş məhkəmə mübahisəsindən sonrakı dövrü ehtiva etmir.
53. İddiaçı hüququndan istifadə edərək məhkəməyə müraciət etmiş və İsmayıllı Rayon Məhkəməsinin 2017-ci il 12 iyul tarixli, 2(037)-299/2017 saylı qətnaməsi ilə tərəflər arasında yaranmış müqavilə münasibətlərinə son qoyulmuş, hazırda isə qətnamədən irəli gələn tələblərin yerinə yetirilməsi öhdəliyi və bundan irəli gələn tələbkar və borcu münasibətləri mövcuddur ki, iddiaçının mülki qanunvericiliyin 528-ci maddəsinə istinadən iddia irəli sürməsi tamamən əsassız olmuşdur.
54. Hazırkı iş üzrə iddiaçı tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən haqqı çatanı İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi əsasında almış və sonuncunun hazırda irəli sürdüyü iddianın qanuni əsası mövcud olmamışdır. Ona görə də birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur.
55. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 21.3, 385.1, 425.1, 443.1, 443.2, 449.1, 462.1, 465.2 və 528-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına, İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsinin “Brumаresku Rumuniyаyа qаrşı”, “Mahmudov Rusiyaya qarşı” və “Qavazov Bolqarıstana qarşı” Qərarları na, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
56. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin tam ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarı ilə müəyyən edilənlərə riayət olunmamışdır. 24 dekabr 2014-cü il tarixli Qərarda qeyd edilmişdir ki, “...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki dövriyyənin inkişaf ı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir”; “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”; “...kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənil məsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir”. Digər tərəfdən 24 dekabr 2014-cü il tarixli Qərarda habelə qeyd edilmişdir ki, “MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya i sə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarına, habelə Kredit xətti müqaviləsinin 5.1-ci, 2.4cü bəndlərinə əsasən, iddiaçı 2012-ci il 4 iyul tarixli kredit xətti müqaviləsi üzrə 2017-ci il 2 fevral tarixindən 2020-ci il 1 aprel tarixinə kimi ödənilməsi gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablanmış 16.461,01 manat təşkil edən cərimə faizləri üzrə borcunu, 2017ci il 2 fevral tarixindən 2021-ci il 14 oktyabr tarixinə qədər illik 14 faiz dərəcəsi ilə hesablanmış 17.296,48 manat məbləğində əldən çıxmış faydanın əvəzini tələb etməkdə haqlı olmuşdur. Aşağı instansiya məhkəmələri iddianın təmin edilməməsinə dair yanlış hüquqi mövqe sərgiləyərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan məhkəmələr üçün məcburi sayılan hüquqi mövqeyinin tələbini pozmuşlar. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırırıq ki, 2014-cü il 24 dekabr tarixli Qərarda əldən çıxmış fayda ilə bağlı aşağıdakı mövqe bildirilmişdir: “Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit m üqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə b orcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və443.2-ci maddələrinin tələblərindən irəli gəlir”. 58. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli qərarı il ə müəyyən edilənlərə riayət olunmamışdır. Həmin qərarda qeyd edilmişdir ki, “...Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-cimaddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz ö hdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan i rəli gəlir. Məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxsin MM-in 449.1-ci maddəsi üzrə hər hansı öhdəliyi əmələ gələ bilməz.” Lakin aşağı instansiya məhkəmələri sübutları düzgün araşdırmamış və yanlış nəticəyə gələrək qeyd etmişdirlər ki, cavabdehin evdən çıxmaması ondan əlavə pul tələb etmək üçün əsas deyildir. Həmçinin məhkəmələr yanlış olaraq mövqe sərgiləyərək qeyd etmişdirlər ki, mülkiyyətçi olaraq iddiaçı İsmayıllı Rayon Məhkəməsinin 2017-ci il 12 iyul tarixli, 2(037)-299/2017 nömrəli qətnaməsinin cavabdeh və onunla birlikdə yaşayan ailə üzvü X1 tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların həmin fərdi yaşayış evindən məcburi qayda da çıxarılmaları göstərişinə uyğun icra qurumuna müraciət etməlidir ki, bu məsələ icra qaydasında həllini tapmalı olan məsələdir. Apellyasiya instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı isə kassator bildirir ki, bankın tələb etdiyi pul vəsaitinin əsasını cavabdehin “evdən çıxmaması” təşkil etmir. İddia tələblərinin əsasını 2017-ci il 2 fevral tarixindən (ilkin iddia tələbləri ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edilən tarixdən) 2020-ci il 1 aprel tarixinə kimi kredit müqaviləsi üzrə illik 15 faiz dərəcəsi ilə hesablanmış penya və 2017-ci il 2 fevral tarixindən 2021-ci il 14 oktyabr tarixinə kimi illik 14 faiz (iddiaçı tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı) dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda şəklində zərərin əvəzinin ödənilməsi təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
59. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
60. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
61. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və a raşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
62. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. ” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələb ini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsi ni və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə
528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.”
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “...öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən mü ddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.”
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında müəyyən edilmişdir ki: “Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzəri nə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz.”
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “Prosesdə iddianın pred meti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı). İddianın faktiki ə sasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğ un olan hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır.”
66. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
67. İddiaçı kredit xətti müqaviləsi üzrə cavabdehdən: 1) 2017-ci il 2 fevral tarixindən 2020-ci il 1 aprel tarixinə kimi, müvafiq müqavilə şərtinə uyğun hesablanmış ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 16.461,01 manat təşkil edən cərimə faizləri üzrə borcun və 2) 2017-ci il 2 fevral tarixindən 2021-ci il 14 oktyabr tarixinə qədər illik 14 % faiz dərəcəsi ilə hesablanmış 17.296,48 manat məbl əğində əldən çıxmış faydanın əvəzinin tutulmasını xahiş etmişdir.
68. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı hazırkı cavabdehə qarşı ilk dəfə, kredit xətti müqaviləsi üzrə borcun tutulması ilə tutmanın ipoteka predmetlərinə yönəldilməsini, ipoteka predmetlərindən əldə olunan vəsait hesabına borcun ödənilməsinə dair iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş (2017-ci il 2 fevral tarixində), həmin iş üzrə məhkəmənin 2017-ci il 12 iyul tarixli qətnaməsi qanuni qüvvəyə minmiş, icra vərəqəsi əsasında keçirilən hərracda ipoteka predmetini 44.625 manata tələbkar əldə etmiş (2021-ci il 14 oktyabr tarixində), hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmış və həmin əmlak üzərində iş üzrə tələbkarın (hazırkı iddiaçının) mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq adına hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir.
69. Birinci iddia tələbi (2017-ci il 2 fevral tarixindən 2020-ci il 1 aprel tarixinə kimi, müvafiq müqavilə şərtinə uyğun hesablanmış ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 16.461,01 manat təşkil edən cərimə faizləri üzrə borcun tutulması) üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, dəbbə pulu müqavilə müddətində hesablanmalı olan pul məbləğidir və müqavilə müddəti artıq bitmişdir. Bundan başqa, iddiaçı müqavilə müddətinə hesabladığı dəbbə pulunu tələb etmiş və İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə 200 manat cərimə borcunu cavabdehdən tutulmasını qət etmişdir. Şərh olunanlara əsasən iddiaçının müqavilə müddəti bitd ikdən sonra müqaviləyə əsasən cavabdehdən cərimə tələb etmək hüququ yoxdur.
70. Məhkəmə kollegiyası MM-in 462.1 və 465.2-ci maddələrinə (bax bu qərarın 62-ci bəndinə) istinadən hesab edir ki, həmin nəticə qanuni və əsaslıdır.
71. Həmçinin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının istinad etdiyi, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verildiyini nəzərdə tutan MM-in 528-ci maddəsi (bax bu qərarın 62-ci bəndinə) əsas öhdəliyin icrasından bəhs edir və tərəflər arasında baş tutmuş məhkəmə mübahisəsindən sonrakı dövrü ehtiva etmir. İddiaçı hüququndan istifadə edərək məhkəməyə müraciət etmiş və İsmayıllı Rayon Məhkəməsinin 2017-ci il 12 iyul tarixli qətnaməsi ilə tərəflər arasında yaranmış müqav ilə münasibətlərinə son qoyulmuş, hazırda isə qətnamədən irəli gələn tələblərin yerinə yetirilməsi öhdəliyi və bundan irəli gələn tələbkar və borcu münasibətləri mövcuddur ki, iddiaçının cərimə faizləri ilə bağlı MM-in 528-ci maddəsinə istinadən iddia irəli sürməsi əsassızdır.
72. Bu səbəbdən də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə müvafiq hissədə razılaşmır.
73. İkinci iddia tələbi (2017-ci il 2 fevral tarixindən 2021-ci il 14 oktyabr tarixinə qədər illik 14 % faiz dərəcəsi ilə hesablanmış 17.296,48 manat məbləğində əldən çıxmış faydanın əvəzinin tutulması) üzrə isə apellyasiya instansiyası məhkəməsi mahiyyət etibarilə belə qənaətə gəlmişdir ki, iddiaçı MM-in 449-cu maddəsinə istinadən tərəflər arasında baş tutmuş məhkəmə mübahisəsindən sonra cavabdehdən əlavə pul tələb edə bilməz. Belə ki, iddiaçı hazırkı cavabdehə qarşı ilk dəfə kredit xətti müqaviləsi üzrə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş və borcun tutulması ilə tutmanın ipoteka predmetlərinə yönəldilməsini, ipoteka predmetlərindən əldə olunan vəsait hesabına borcun ödənilməsini xahiş etmiş, İsmayıllı Rayon Məhkəmənin 2017-ci il 12 iyul tarixli qətnaməsi ilə mübahisə üzrə yekun qərar qəbul edilmiş və qanuni qüvvəyə minmiş, icra vərəqəsi əsasında keçirilən hərracda ipoteka predmetini tələbkar əldə etmiş və həmin əmlak üzərində iş üzrə tələbkar hazırkı iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq adına hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən sonra cavabdeh hər hansı təqsirli hərəkətləri ilə borcun öd ənilməsini gecikdirməmiş, ipoteka predmetinin satışına maneə törətməmişdir. İddiaçı qanuni qüvvəsini almış məhkəmə aktı əsasında əsas borc, faiz borcu və əldən çıxmış fayda məbləği olmaqla kredit xətti müqaviləsi üzrə haqqı çatan bütün məbləğləri almışdır. Qeyd edilən əsas, faiz, əldə çıxmış fayda olan 48.581,97 manat məbləğin ondan tutulması qət edilmiş və 44.625 manata ipoteka predmeti satılmışdır. Göründüyü kimi, cavabdehin iddiaçıya ilkin məhkəmə mübahisəsindən sonra ödənilməmiş 3.956,97 manat borcu qalmışdır ki, həmin borcun tutulması isə İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinin 48.581,97 manat borcun tutulması hissəsinin icrası olaraq icra qurumu tərəfindən həyata keçirilməlidir və başqa məhkəmə mübahisəsinin yaradılması yolverilməzdir. Belə ki, iddiaçının haqqı çatası vəsaitin tutu lmasına dair məhkəmə aktı mövcuddur.
74. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən sonra cavabdeh hər hansı təqsirli hərəkətləri ilə borcun ödənilməsini gecikdirməmiş, ipoteka predmetinin satışına maneə törətməmişdir.
75. Həmçinin cavabdehin evdən çıxmamasına dair iddiaçının dəlilinə münasibətdə mübahisələndirilən qətnamədə göstərilmişdir ki, iddiaçı bank 2018-ci il 14 avqust tarixli məktubla İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək cavabdehlə borc məbləğinin hissə-hissə ödənilməsinə dair razılığa gəlindiyini bildirmiş və icranın müvəqqəti dayandırılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdehin razılaşması nəticəsində İsmayıllı Rayon Məhkəməsinin icra sənədinə əsasən aparılan icra hərəkətlərinin dayandırılması xahiş olunmuşdur ki, bu vəziyyətdə cavabdehin evdən çıxmaması ilə bağlı dəliləri əsassızdır. Cavabdehin evdən çıxmaması ondan əlavə pul tələb etmək üçün əsas deyildir və mülkiyyətçi olaraq iddiaçı İsmayıllı Rayon Məhkəməsinin 2017-ci il 12 iyul tarixli qətnaməsinin cavabdeh və onunla birlikdə yaşayan ailə üzvünün tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları göstərişinə uyğun icra qurumuna müraciət etməlidir ki, bu məsələ icra qaydasında həllini tapmalı olan məsələdir.
76. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır.
77. Əvvəla, iş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2017-ci il 12 iyul tarixli qə tnaməsindən məlum olur ki, ipoteka qoyan (cavabdeh) və onunla birlikdə yaşayan ailə üzvü X3 ipoteka müqaviləsi bağlanarkən həmin fərdi yaşayış evinə tutma yönəldikdikdə və fərdi yaşayış evi satıldıqda qeyd-şərtsiz evi tərk edəcəyi barədə üzərinə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşdür.
78. Bu öhdəliyi nəzərə alaraq İsmayıllı Rayon Məhkəməsi öz qətnaməsində ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan (cavabdeh) və onunla birlikdə yaşayan ailə üzvü X3 tutduqları yaşayış sahəsini ən geci bir ay müddətində tərk etmədikdə onların həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasını qət etmişdir.
79. Lakin bank icra vərəqəsi əsasında keçirilən hərracda ipoteka predmetini 2021-ci il 14 oktyabr tarixində əldə etsə də, cavabdeh və onun la birlikdə yaşayan ailə üzvü X3 ipoteka qoyulmuş evi hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə verilənədək - 2022-ci il 2 dekabr tarixinədək, yəni ötən 1 il 1 aydan artıq müddətdə tərk etməmişlər.
80. İddiaçı bankın 2018-ci il 14 avqust tarixli məktubla müvafiq icra qurumuna müraciət edərək cavabdehlə borc məbləğinin hissə-hissə ödənilməsinə dair razılığa gəlindiyini bildirməsinə və icranın müvəqqəti dayandırılmasına gəldikdə qeyd olunmalıdır ki, işə baxan məhkəmələr bu dayandırmanın tarixini və icra tədbirlərinin davam etdiyi tarixi müəyyənləşdirməmiş, yekunda isə icra tədbirlərinin ümumilikdə hansı müddətdə həyata keçirildiyinə qiymət verməmişlər.
81. O da qeyd olunmalıdır ki, işə baxan məhkəmələr cavabdehin icra icraatına mane olmadığı qənaətinə gələrkən icra işinin materialları ilə ümum iyyətlə tanış olmamışlar. Apellyasiya instansiyası məhkəməsi icra tədbirlərinin müvəqqəti dayandırılmasının hansı müddət ərzində olması, dayandırmanın nəticəsi və hazırkı vəziyyəti barədə məlumat verilməsi üçün icra qurumuna sorğu məktubu göndərsə də (i/v 199-200), həmin sorğunun cavabını almadan hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir (i/v 203-204).
82. Məhkəmə kollegiyasının qənaətinə görə, hər hansı qanuni qüvvəyə minmiş qətnamənin icra olunmasına, icra tədbirlərinin vaxtında həyata keçirilməsinə borclu (cavabdeh) tərəfindən maneçilik törədilib-törədilməməsi barədə yekun qənaətə məhkəmə yalnız həmin qətnamə üzrə icra işinin materialları ilə bilavasitə tanış olduqdan sonra gələ bilər.
83. Həmçinin məhkəmə zərərin həcminə qiymət verərkən tərəflərin, eyni zamanda ipoteka qoyulm uş əmlakın sahibinin davranışlarının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını, eləcə də öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət edib-etməmələrini MM-in müvafiq olaraq 21.3 və 425.1ci maddələrinin (bax bu qərarın 62-ci bəndinə) tələbləri kontekstindən də qiymətləndirməlidir.
84. Odur ki, baxılan işdə məhkəmənin sözügedən məsələ barədə əsaslandırılmış qənaətə gəlməsini söyləmək qeyri-mümkündür.
85. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında (bax bu qərarın 64-cü bəndinə) şərh olunmuş konkret məhkəmə işinin hallarından görünür ki, həmin işdə də cavabdeh və ailə üzvləri tələbin ipoteka predmetinə yönələcəyi halda, qeyd olunan mənzili könüllü olaraq tərk edəcəkləri barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. Məhkəmə 2008-ci il 2 aprel tarixli qiyabi qətnamə ilə iddianı təmin edərək, tutmanı cavabdehə məxsus ipotekaya qoyulmuş mənzilə yönəltmişdir. Həmin qətnamənin qanuni qüvvəyə minməsindən sonra, 2008-ci il 28 may tarixində icra icraatına başlanılmış, bu icraat çərçivəsində müvafiq təşkilat tərəfindən 2008-ci il 5 sentyabr tarixində mənzil qiymətləndirilmişdi r. Borclunun və onun ailə üzvlərinin mənzildən könüllü çıxması və mənzilin sonuncu ilə bankın nümayəndəsi arasında təhvil-təslimin təmin olunmasına dair akt 2008-ci il 10 oktyabr tarixində tərtib olunmuşdur. Məhkəmə icraçısının 2008-ci il 19 noyabr tarixli məktubu ilə müvafiq hərrac təşkilatının direktoruna müraciət olunaraq, həmin mənzilin satışının təşkil olunması xahiş olunmuşdur. Lakin “İpoteka haqqında” Qanunun 38, 43 və 45-ci maddələrində təsbit olunmuş imkanlara baxmayaraq, qanuni qüvvəyə minmiş bu qətnamə naməlum səbəblərdən qanunda göstərilmiş müddətdə icra edilməmiş qalmışdır. Buna görə də, kreditor (iddiaçı) 2008-ci il 10 sentyabr tarixində borcluya (cavabdehə) qarşı “pul öhdəliklərinin vaxtında icra olunmadığına görə bir daha yığılmış faizlərin və cərimənin alınmasına dair” idd ia qaldırmış, tələbini onunla əsaslandırmışdır ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsinin çıxarılmasından 5 aydan çox müddətin keçməsinə baxmayaraq, öhdəlik icra olunmadığı üçün, cavabdeh yenə də həmin beş ay üzrə faiz və cərimənin ödənilməsinə cəlb edilməlidir.
86. Məhz həmin qərarda formalaşdırılmış Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə görə, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi anda n kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz.
87. Odur ki, məhkəmə kollegiyası hazırda baxılan işdə cavabdehin evdən çıxmamasının ondan əlavə pul tələb etmək üçün əsas olmamasına, cavabdehin və onunla birlikdə yaşayan ailə üzvünün tutduqları fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarının icra qaydasında həllini tapmalı olan məsələ olmasına dair məhkəmənin mülahizələrini Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan hüquqi mövqelərinə zidd olan mülahizələr kimi qiymətləndirir.
88. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindiyi tari xdən sonra cavabdehin hər hansı təqsirli hərəkətləri ilə borcun ödənilməsini gecikdirməməsi, ipoteka predmetinin satışına maneə törətməməsinə dair nəticəyə gələrkən yuxarıda qeyd olunan xüsusatları və sübutları düzgün qiymətləndirməmişdir.
89. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax bu qərarın 63-cü bəndinə) görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edil miş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
90. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun həmin hüquqi mövqeyinə istinadən hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsində məqsəd pul öhdəliyi üzrə borcun qaytarılmasına nail olmaq olduğundan ipoteka predmeti müvafiq qaydada ipoteka saxlayan tərəfindən əldə olunanadək, yaxud ipoteka predmetinin başqa şəxslərə satışından daxil olan vəsait ipoteka ilə təmin olunmuş öhdəlik üzrə borcun ödənilməsi üçün kreditora verilənədək həmin borcun qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi artmaqda davam edir.
91. Qeyd etmək lazımdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun “İpoteka predmetinə tutmanın yönəldilməsi və ona xitam verilməsi” adlanan V fəslinin müddəalarından aydın olur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi prosesi ipoteka saxlayan tərəfindən ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilməsi (həmin Qanunun 36-cı maddəsi) ilə başlayır və məntiqi ardıcıllıqla davam edərək ipoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi ilə, o cümlədən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə yönəldilməklə (həmin Qanunun 47-ci maddəsi) başa çatır.
92. Bu baxımdan, borcverən bankla borcalan şəxs ar asında mövcud olmuş kredit münasibətləri üzrə yaranmış əvvəlki məhkəmə mübahisəsinə qanuni qüvvəyə minmiş qətnamə ilə son qoyulsa da, əvvəlki mübahisə üzrə iddiaçının əsas borc, faiz borcu, cərimə borcu tam və ya qismən təmin olunsa da və tələb ipoteka predmetinə yönəldilsə də, borcverən bank ipoteka predmeti icra qaydasında satılanadək həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azından, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə (bax bu qərarın 62-ci bəndinə) uyğun olaraq, tələb etməkdə haqlıdır.
93. Çünki bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək n əzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri ona müraciət edən digər şəxslərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir.
94. Bu baxımdan, işə baxan məhkəmələrin hazırkı mübahisəyə MM-in 445.7-ci maddəsini tətbiq etməmələri, əvəzində isə MM-in 449-cu maddəsinin (bax bu qərarın 62-ci bəndinə) tətbiqi üçün əsasların olmamsı barədə qənaətə gəlmələri əslində mübahisənin yarımçıq, yəni həll olunmamış qalması ilə nəticələnmişdir.
95. O da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiy yətinin direktoru H.Əliyevin şikayəti üzrə” 2022-ci il 20 aprel tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax bu qərarın 65ci bəndinə) görə, iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərə findən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. İddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilməlidir. Mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır.
96. Həmin hüquqi mövqelərdən çıxış edərək məhkəmə kollegiyası belə nət icəyə gəlir ki, əgər iddiaçı bank özünün iddia tələblərini cavabdeh tərəfindən kredit öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində ona zərər dəyməsi ilə əsaslandırırsa, bankın bununla bağlı MM-in 445.7 və/və ya 449.1-ci maddələrinə istinad edib-etməməsindən asılı olmayaraq, işə baxan məhkəmələr, ən azından, MM-in 445.7-ci maddəsinə istinadən həmin zərərin cavabdeh müvafiq məbləğdə qarşılanması perspektivlərini dəyərləndirməlidirlər (iddiaçının daha artıq məbləğdə zərərin əvəzini tələb etmək imkanına malik olmaması şərtilə). Çünki hər iki halda iddia tələbi eyni faktiki əsaslarla, banka zərər dəyməsi ilə əsaslandırılır.
97. Odur ki, qeyd olunanlar baxımından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə heç cür qanuni və əsaslı hesab edilməz.
98. MM-in 445.7-ci maddəsini n hazırkı mübahisəyə tətbiqi perspektivlərini qiymətləndirərkən məhkəmə yeni apellyasiya baxışında nəzərə almalıdır ki, iddiaçı əldə çıxmış zərərin əvəzi kimi, 2017-ci il 2 fevral tarixindən, yəni əvvəlki mübahisə üzrə iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etdiyi gündən 2021-ci il 14 oktyabr tarixinə kimi, yəni icra vərəqəsi əsasında keçirilən hərracda ipoteka predmetini əldə etdiyi günədək hesablanmış faiz məbləğini tələb edir.
99. Lakin yuxarıda qeyd olunduğu kimi, qanuni qüvvəyə minmiş qətnamənin icrası kreditorun (iddiaçının) özünün müraciəti əsasında müəyyən dövr ərzində dayandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia üzrə həmin dövr üçün cavabdehə zərər üzrə əvəz hesablanması ədalətli və qanuni hesab edilə bilməz.
100. Yuxarıda göstərilənləri ümumi ləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi əldən çıxmış faydanın əvəzinin tutulmasına dair iddia tələbinin təmin edilməməsi hissəsində qanunu düzgün tətbiq etməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax bu qərarın 66-cı bəndinə) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
101. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 iyun tarixli 2-2(107)-47/2023 saylı qətnaməsi qismən - 2017-ci il 2 fevral tarixindən 2021-ci il 14 oktyabr tarixinə qədər illik 14 % faiz dərəcəsi ilə hesablanmış 17.296,48 manat məbləğində əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutulmasına dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
102. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən: 1) qanuni qüvvəyə minmiş qətnamə üzrə icra icraatının materialları əsasında qətnamənin icrasının müvəqqəti dayandırılması tarixlərini və icra tədbirlərinin davam etdiyi tarixləri müəyyənləşdirməli, dayandırmanın nəticəsinə və hazırkı vəziyyətinə, yekunda isə icra tədbirlərinin ümumilikdə hansı müddətdə həyata keçirildiyinə qiymət verməli; 2) MM-in 445.7-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi perspektivlərini dəyərləndirməli; 3) bu zaman qanuni qüvvəyə minmiş qətnamənin icrasının kreditorun (iddiaçının) özünün müraciəti əsasında dayandırıldığı və icra tədbirlərinin cavabdehdən asılı olmayan səbəblərə görə davam etmədiyi dövrün tələb olunan zərər üzrə əvə zin tərkibinə daxil ola bilməyəcəyini nəzərə almalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
103. Qətnamə mübahisələndirilən qalan hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmadır.
104. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 iyun tarixli 22(107)-47/2023 saylı qətnaməsi qismən - 2017-ci il 2 fevral tarixindən 2021-ci il 14 oktyabr tarixinə qədər illik 14 % faiz dərəcəsi ilə hesablanmış 17.296,48 manat məbləğində əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutulmasına dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.